ümumi iqtisadi artımda rolunu müəyyən edir, turizmin investisiya tutumunu, orada işləyənlərin sayının
əmək məşğuliyyəti qabiliyyə- tində olmasının xüsusi çəkisini müəyyən edir. Turizmin planlaşmasının
əsas prinsipi olaraq dövlətin himayəçilik siyasəti formalaşdırılır. Dövlətin normativ hüquq və aktları,
onların
istifadəsinin təşkili, turizm prioritetlərinin dövlət səviyyəli prioritetlərə uyğunlaşdırılması və
təbii ki, turizm sahəsi ilə məşğul olan ayrı-ayrı sahələrin vəzifələri həyata keçirilir.
İxtisaslaşma prosesi həmin regionlara planlaşma istiqamətində ayrı-ayrı prioritetlər üzrə
subsidiyalar ayırmağa imkan verir və uyğun olaraq kənd təsərrüfatı, sənaye, turizm sahələri üçün
obyektlərin tikilməsində nəzərə alınır. Turizm sahəsi daha çox regional xarakterli sahədir. Onun
coğrafiyası resurs təminatı, maliyyə potensialı və turizm marketinqinə uyğun olaraq təbii coğrafi şərait
regionlarda rəngarəngdir, çox şaxəlidir və bu çox şaxəli regional iqtisadiyyat kənd, şəhər problemləri,
176 xarici turistlərin və respublikadaxili turizmin inkişafının əsas motivini müəyyənləşdirir. Təbii ki,
yay, qış kənd mühitinə, iqliminə uyğun olaraq turizm obyektləri inkişaf etdirilir. Regionların
sosial
iqtisadi inkişafı sosial demoqrafik vəziyyətin perspektivini müəyyənləşdirir. Məşğulluq səviyyəsi
regionlarda nə qədər yuxarıdırsa, bir o qədər davamlı inkişaf xarakterikdir, məskunlaşma problemləri
həll olur, regionların iqtisadiyyatı daha dayanıqlı, müntəzəm artan və öz potensialına uyğun sahələrin
inkişaf etdirilməsinə imkan yaradır. Məskunlaşma prosesi hər bir regionun kompleks inkişafının tərkib
hissəsidir. Regionlarda iqtisadi potensialla əhali məşğulluğunun birgə inkişaf etdirilməsi iş qüvvəsinin
qıtlığını azaldır, əhali miqrasiyası minimuma endirilir. Məskunlaşma həyat səviyyəsi və sosial
infrastrukturanın inkişafı ilə bağlıdır. Aparılan siyasət dünyada və bizim
respublikada islahatlar
şəraitində regionların iqtisadi inkişaf səviyyəsini mərkəzlərin iqtisadi inkişaf səviyyəsinə
çatdırmaqdan ibarətdir. Ancaq qeyd edək ki, bu yaxınlaşma optimal ən əlverişli,
iqtisadi cəhətdən
səmərəli və sosial durum baxımından effektli olmalıdır. Regionlarda bir sıra sosial obyektlər
mülkiyyət formasından asılı olmayaraq əhali tələbatına uyğun olmalıdır və müəyyən sosial iqtisadi
normativləri təmin etməlidir, o cümlədən səhiyyə obyektləri, təhsil müəssisələri, yol təsərrüfatı, enerji
ehtiyatları, içməli su problemləri, telefon rabitələri normativlərə uyğun olmalıdır. Planlar
göstəricilərinə görə, əhatə dairəsinə görə və qərar qəbulunun xarakterinə görə icmal planlar və konkret
məhsullar üzrə tərtib olunur. Turizm sferası fəaliyyət dairəsidir.
Regional turizmin region, sahə və
fəaliyyət növünün sistemli təsviridir. Təbii ki, xarakter etibarilə turizmin təşkili və planlaşması 181
dövlətin iqtisadi və sosial statistikasının əsasını təşkil edir. Strateji əhəmiyyət kəsb edərək turizm
sahəsinə ayrılan vəsaitlərlə turizmdə sahibkarlığa güzəştli kreditlər tətbiq olunur.
Turizm iqtisadi
təhlükəsizliyin, ərazi təhlükəsizliyinin tərkib hissəsidir.
Regionda turizmin inkişafı üçün xüsusi orqanlar yaranır. Digər orqanların turizmlə bağlı əsas
vəzifələri və səlahiyyətləri müəyyən edilir. Turizm azad iqtisadiyyatın, azad fəaliyyətin sahə strukturu
olmaqla bir sıra qanunla tənzimlənir. Turizmin inkişafının statistikası rəqabət mühiti şəraitində onun
idarə olunmasına ayrılan vəsaitlərlə tənzimlənir. Turizm idarəçiliyi çevik sistemli və perspektiv
qərarların qəbulu ilə bağlıdır. Turizm fəaliyyəti hüquqi və fiziki şəxslərin təsnifatının formalaşmasını
əmələ gətirir. Hər bbr turist təşkilatı biznes planı tətbiq edir və sahibkarlıq fəaliyyəti kimi vergi
orqanlarına təqdim edir. Müasir şəraitdə vergi vahid pəncərə sistemi əsasında turizmin sahibkarlıq
fəliyyəti kimi qeydiyyata alınması, onun lisenziyalaşdırılması, biznes planı, dövlətə verilən vergilərin
sayı, miqdarı müəyyənləşir. Turizmin inkişafının planlaşması isə onun perspektiv, səmərəli yollarının
seçilməsi ilə bağlıdır. Ona görə də turist fəaliyyəti ilə məşğul olan şirkətlərə turist müəssisəsinin
biznes planının tərkibində, onun perspektivində dəyişikliklərin səmərəli variantların həyata keçirmək
üçün elmi əsaslarla qurulmuş proqnozların verilməsinə icazə verilir. Turizm
idarəçiliyi beynəlxalq
planlaşma iqtisadi sistemi ilə bağlıdır. Bu məqsədlə turist şirkətlərinin birbaşa başqa dövlətlərlə və
yaxud başqa şirkətlərlə əlaqəsi cari və perspektiv dövrlər üçün tərtib olunur. Beynəlxalq turizmin
regionlarda inkişafı xarici kapitalın turist regionlarına axınına və turist xidmətinin təşkilində digər
sahələrin məhsullarını və yaxud potensialını tuirzm dövriyyəsinə cəlb etməyə şərait yaradır. Ona görə
də potensialı olan dövlətlər turist əməkdaşlıqlarına daxil olmaqla özünün real bazar sferasını
genişləndirir və təbii resursların istifadəsində əlverişli xidmət sferası yaradır.
Dövlət tənzimləyici
rolunu turizm və regional maraqların qovuşmasında həll edir. Tənzimləmə istiqamətləri istehsal, bölgü
və regionda istehlak sferasına yönəldilir. İstehsalın genişlənməsi yolu ilə dövlət gəlirlərinə daxil olan
vergiləri artırmaq və regionda əhalinin gəlirlərini yüksəltmək məqsədini güdür. İstehsal yolu ilə bazar
diktəsinə uyğun məşğulluq sahə növləri formalaşır. İstehsalın inkişafı infrastruktur problemlərini həll
edir. Belə ki, regionlarda turizmin inkişafı kənd təsərrüfatının, təbii sərvətlərin, ev təsərrüfatının,
Dostları ilə paylaş: