Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə219/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   215   216   217   218   219   220   221   222   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
172
Baku, Azerbaijan


səviyyəsində həll etməklə vahid sistemin region daşıyıcılarına, subyektinə çevrilir. Bu əlaqələr, 
uyğunlaşma iqtisadi mexanizmlər olan ÜDM-un istehsalında, bölgüsündə, dövlət büdcəsinin 
formalaşmasında, istifadəsində, həmçinin hər hansı qərar qəbulunun ayrı-ayrı sahələrə təsirində öz 
səmərəsini tapır. Turizmin sahəsi region iqtisadiyyatında sahə və sosial rol oynayır. Həm məhəlli 
region, həm də ölkə mərkəzləşmiş səviyyədə özünəməxsus mexanizmlərlə icra olunur. Yəni ki, ÜDM-
un yaranmasında, bölgüsündə, dövlət büdcəsi gəlirlərinin formalaşmasında, yerli büdcələrin 
regionlarda formalaşmasının mənbələri rol oynayır. Buna görə də region iqtisadi potensialı dedikdə, 
geniş mənada hər bir regionda olan potensial turist imkanlarını qiymətləndirmək və onlardan istifadə 
yollarını müəyyən etməklə ümumi iqtisadi inkişafa təsiri qiymətləndirmək, proqnozlar vermək 
mümkündür. Turizmin regional maraqları və dövlət maraqları arasında sərhədlər, miqyaslar, bölgü 
resursların istifadəsilə bağlıdır, amma müasir şəraitdə regionların özünü idarəetmə prinsipləri bu 
resursların istifadəsindənə əldə olunan ülçüsü ilə seçilir, əsaslandırılır. Turizm baxımından bəzi 
regionlar daha əlverişli, daha sosial tutumlu və regionun kompleks inkişafı üçün əhəmiyyətli olur. 
Buna görə də turizm iki əsas istiqamətə bölünür [8, s. 92]: 
1)
Makroiqtisadi göstəricilərə uyğun; 
2)
Regionun sosial inkişafına uyğun 
Turizm təbii sərvətlərlə bağlı olduğuna görə onun təkrar istehsalı yerli əhaliyə ayrılmaq üçün 
vəsaitlərlə təmin olunur. Ona görə də mərkəzləşmiş büdcə hesabına sahibkarlığa kömək, yaxud 
subsidiyalar vasitəsilə ayrı-ayrı regionlarda turizmin inkişafı stimullaşdırılır. Turizmin inkişafı bir sıra 
ölkələrdə strateji hədəflər rolunu oynayır və bu rol tuрizmin ÜDM-da xüsusi çəkisi ilə ölçülür. Belə ki, 
turizm gəlirlərinin ÜDM-da nisbəti, turizmdə olan resursların istehlak resurslarına olan nisbəti ölkənin 
resurs potensialının formalaşmasında turizmin rolunu qiymətləndirir. Ayrı-ayrı ölkələrdə 30%-40% 
qədər yüksələ bilir [6, s. 124]. Turizmin rolu sosial indikatorlar rolunu oynayır. Belə ki, əhalinin sahə 
üzrə məşğulluğu regionlarda əhalinin məskunlaşmasında turizm sahəsinin payı, xüsusi çəkisi 
qiymətləndirilir. Perspektiv inkişaf istiqamətlərində iqtisadiyyatın sahə quruluşunu təkmilləşdirmək 
üçün və resursların iqtisadi dövriyyəyə cəlb edilməsi məqsədilə bəzi sahələrə investisiya qoyuluşu 
yüksək qiymətləndirilir. İnvestisiya mənbəyi olaraq müasir şəraitdə dövlət büdcəsindən ayrılan 
vəsaitlər və əhalinin xərcləri rol oynayır. Turizm növləri, formaları, motivləri iqtisadi inkişafın 
xarakterini müəyyənləşdirir. Turizmin inkişafı həmçinin inteqrasiya əlaqələri ilə daha çox digər 
ölkələrin turizm tələbatı ilə səciyyələndiyi üçün onun öyrənilməsində beynəlxalq xüsusiyyətlər nəzərə 
alınır. Ona görə də beynəlxalq turizm sahəsi ölkədə miqrasiya problemləri ilə bağlıdır və yaxud ölkəyə 
daxil olan xarici vətəndaşların tələbatı ilə məhdudlaşır. Regional turizmin ərazi planlaşması 
prinsipində 2 əsas məqsəd güdülür [9, s. 85]: 
1)
Regionun turist potensialını maksimal istifadə etmək yolu ilə ərazidə məşğulluğun təmin 
olunması və ərazidə gəlirlərin artırılması; 
2)
Sahibkarlıq fəaliyyəti, kommersiya gəlirləri, kommersiya mənfəəti və rəqabət mühiti 
şəraitində təsərrüfat subyekti olaraq turizmlə bağlı fəaliyyət göstərən istehsalçı və istehlakçıların 
maraqlarının qorunması. 
Turizmin inkişafının planlaşması ümumi prinsiplərə və fərdi xüsusiyyətlərə əsaslanır. Ümumi 
prinsiplər ümumi iqtisadi inkişafın və respublikanın müvafiq iqtisadi şəraiti ilə bağlıdır. Xüsusi 
prinsiplər isə konkret olaraq hər bir turist fəaliyyəti üçün ayrıca gəlir və mənfəət prinsiplərinə 
əsaslanır. Turizmin planlaşması direktiv xarakter daşımır. Onun proqnozu bir sıra hesablamalar, 
variantlar və resurslar təminatı üzərində qurulur. Ona görə də planlaşma cari yox, perspektiv planlara 
ayrılır. Turizmin planlaşması kompleks sistemli yanaşma 180 üsulları ilə həll olur. Komplekslik 
regionda bütöv şəraitin, sahələrin və resursların istehsalı və istifadəsinin təşkilini özündə əks etdirir. 
Komplekslik regionun, dövlətin, xarici ölkələrin turizmin inkişafına dair imkanların istifadəsinin 
qiymətini vahid sistem halında birləşdirir. Kompleks yanaşma turizm təş- kilatçılarının, 
istifadəçilərinin, dövlət və yerli orqanların marağını təşkil etmək və idarə etmək qabiliyyətini özündə 
əks etdirir. Buna görə də turizm sahəsi regionda digər sahələrin iqtisadi və sosial inkişaf proqramları 
ilə uzlaşdırılır. O cümlədən regionun ÜDM-u region əhalisinin məşğulluğu, regiondan ixracat 
potensialının yuksəldilməsi, turizmlə digər şirkətlər arasında təsərrüfat əlaqələrinin və əmək 
bölgüsünün təşkili, turizm məhsulunun istehsalçıları arasında bölgüsü planları tərtib olunur. Bu planlar 
bir sıra göstəricilər, meyarlar və əsas vəzifələrlə uyğunlaşdırılır. Bu göstəricilərə makroiqtisadi 
göstəricilər və konkret sahə göstəriciləri daxildir. Makroiqtisadi göstəricilər turizmin inkişafının 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin