sahələrinə, ələxsus da – kənd turizminə hələ də kifayət qədər diqqətin ayrılmaması, kənd turizminin
sənayedə yeni olması respublikamızda kənd turizminin inkişafı yolunda ən vacib, ən ümdə olan
problemlərdəndir.
Təcrübə göstərir ki, İEÖ-lərdə və İEOÖ-də kənd turizminin fərqli problemləri
vardır. Azərbaycanın müsbət sosial-iqtisadi inkişaf xətti və turizm sənayesində inkişaf perspektivləri
bir vaxtlar digər İEOÖ – in tarixində olmuş, bu təcrübələr mərhələlərlə işlənilmiş, bütün problemlər
aradan qaldırılmış, ölkələrin bəziləri sırf kənd turizmi sferasında yüksək nəaliyyətlər əldə etmiş, hətta
artıq təcrübələrini digər ölkələrlə bölüşmək belə ölkəyə gəlir gətirməyə başlamışdır.
Mümkün və
mövcud təcrübələr əsasında Azərbaycanda kənd turizminin inkişafı yolunda mümkün dövlət
proqramının qəbulu bu prosesləri sürətləndirə, qısa müddət sonra görülən tədbirlərin nəticəsinə
çatmağa imkan verə bilər. Bu da öz növbəsində həm regionlarda, həm
də əhalinin sosial-iqtisadi
inkişafında mümkün irəliləyişlərlə müşahidə olunacaqdır.
Azərbaycan respublikasında kənd turizminin inkişafı üçün qəbul olunmuş dövlət proqramı olmasa
da, regionlarda müəyyən beynəlxalq təcrübələr əsasında maarifləndirici tədbir və layihələr həyata
keçirilir. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Gənclər Fondu daima turizmin
inkişafı üçün addımlar atmaqdadır. Bu fond dünya praktikasına əsaslanan turizm istiqamətlərini
ölkəmizdə tətbiq etməklə inkişaf etdirmək arzusundadır. Onların dəstəyi ilə ilk dəfə Respublikamızda
kənd turizminin inkişaf etdirilməsi üçün "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq”
layihəsini həyata keçirilib. Layihə çərçivəsində aztəminatlı gənc ailələr
və gənc kənd sakinləri
arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-
iqtisadi göstəricilərinin artmasına nail olmağın mümkünlüyü barədə təlimlər həyata keçirilib.
Həmçinin kəndlərdə yaşayan yeni nəslin nümayəndələrinin kənd infrastrukturunun verdiyi
imkanlardan yararlanaraq turizmin bu növündən bəhrələnmək imkanları müzakirə edilib. "Kəndlərdə
yaşayan gənclərimizi aqroturizm, fotoovçuluq, yaşıl turizm operatorluğu kimi yeni peşə və ixtisaslara
həvəsləndirməklə regionlardakı vətəndaşların öz imkanlarını reallaşdırmasına, bununla yanaşı, yeni iş
yerlərinin yaradılmasına, öz məşğulluqlarını və gəlir əldə etməsini təmin etmələrinə nail olmaq
mümkündür". Həyata keçirilən bu layihə sırf maarifləndirmə məqsədi daşıdığı üçün qeyd olunan
infrastrukturları qurmaq mümkün deyildi.
Onu da deyə bilərik ki, kənd turizmi aqrar turizmin də
inkişafına səbəb olur. Kəndlərin sosial-iqtisadi inkişafına təkan verir.
Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün mümkün imkanları nəzərə alaraq
aidiyyatı qurumlar məqsədli, ardıcıl və sistemli şəkildə fəaliyyət həyata keçirməklə qeyd olunan
sahənin inkişaf etdirilməsinə nail ola bilərlər. Bu istiqamətdə imkanların
çox cüzi bir hissəsindən
istifadə olunur. İlk növbədə aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl
turizminin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin təşkili, kənd yaşıl turizminin
inkişafının yeni metod və vasitələrinin təbliğ edilməsi və regionlarda kənd yaşıl turizm mədəniyyətinin
formalaşdırılmasına nail olmaq vacibdir. Yerli hakimiyyət qurumlarının diqqətini kənd turizminin
inkişafına və bununla bağlı infrastrukturun yaradılmasına yönəltmək effektiv ola bilər. Aztəminatlı
gənc kənd sakinlərinin gələcəkdə məşğulluğunun təmini üçün onlar arasında yerli kadr potensialının
formalaşmasına, onların kənd yaşıl turizmi ilə bağlı yeni peşələrə yiyələnməsinə dəstək olmaq üçün
regionlarda müvafiq peşə kurslarının yaradılması faydalı ola bilər. Avropa ölkələrindən Fransa, İtaliya
kimi ölkələrdə aqroturizm böyük maraqla qarşılanıb. Bu sahə bizim ölkəmiz üçün də vacibdir.
Azərbaycanda da kənd yaşıl turizminin modern formasını hazırlamaq olar. "Kənd turizm imkanlarının
təbliğ olunması ölkəmiz üçün çox vacibdir. Çünki bu sahənin inkişafı kənddən şəhərə olan axının
qarşısının alınması, işsizliyin həll olunmasına istiqamətlənib.
Kənd turizminin inkişafının müsbət
istiqamətlərinə baxmayaraq, bu sənayenin üzləşdiyi
problemləri qeyd etməmək mümkün deyil. Respublikamızda həmçinin Astara rayonunda kənd
turizminin inkişafı üçün əsas problemlər içərisində kənd turizminin inkişafı üçün ümumiyyətlə qəbul
edilmiş milli konsepsiyanın olmamasıdır. Bundan başqa kənd turizminə dair aydın şəkildə tərtib
edilmiş dövlət siyasətinin olmaması və buna görə də bu cür fəaliyyət üçün tənzimləyici bir çərçivənin
olmamasıdır. Həmçinin Azərbaycan Respublikasında kənd turizmi sahəsində fəaliyyətini tənzimləyən
xüsusi qanunvericiliyin olmaması, ixtisaslı kadrların olmaması, xarici və yerli turistlərin xidmətində
bilik və təcrübənin olmaması, öz istirahət resurslarının cahilliyi də əsas problemlərdəndir.
Turizm zonalarında inkişaf etmiş turizm sənayesinin olmaması vacib problemlərdəndir. İnsan
faktoru turizmdə ən başlıca problemlərdəndir. Çünki o, xidmət səviyyəsini təşkil edən aparıcı
qüvvədir. Daima kadrların düzgün idarə edilməməsi problemi öndə planda durur.
Müştəri üçün yüksək
Dostları ilə paylaş: