səviyyəli xidmət göstərmək savadlı olmaqla yanaşı beynəlxalq çərçivədə maariflənmiş insanlara
həvalə edilməlidir. Turizm sektorundan kadrların göstərdikləri xidmətlərin aşağı səviyyədə olması
təşkilatlanma problemi ilə sıx bağlıdır. Burada kadrların fəaliyyətində stimulların olmaması da xidmət
səviyyəsini aşağı salan vasitələrdəndir. Turizmdə çalışanların əsas bilməsi vacib olan müştərilərlə
düzgün ünsiyyət qurmaqdan ibarətdir. Çünki, ünsiyyətdən çox şey asılıdır. Əgər turist ünsiyyətdə
çətinlik çəkəcəksə, və ya narazı qalacaqsa onda o seçdiyi ölkəyə yenidən dönməyəcəkdir. Əgər ərazidə
beynəlxalq arzu edilən turizm forması qurmaq istəyiriksə ilk növbədə münaqişələri aradan qaldırıb,
kadrların peşəkar səviyəsini artırmaq, müasir texnika-texnologiyadan istifadə etməklə, marketinqin
düzgün formalarını seçməliyik.
Yaşadığımız dövrdə və təhlükəsizlik məsələsi turizmin bütün sahələrində vacib məsələlərdəndir.
Bunun üçün ilk dəfə 1995-ci ilin iyun ayında İsveçin Ostersund şəhərində “Turizmdə təhlükəsizlik
problemi” adlı beynəlxalq konfrans keçirilmişdi. Konfransda bir çox ölkənin turizm şirkətlərinin
nümayəndələri, daxili işlər nazirliklərinin nümayəndələri yaxından iştirak etmişdilər. Təhlükəsizlik
məsələlərinə qəza, xəstəlik, yoluxucu xəstəliklər və epidemiyalar, terrorizm, hərbi münaqişələr,
vandalizm və bütün zorakılıq növləri daxildir ki, bütün turistlər də bunlardan qorunmalıdır. Terrorizm
problemi bütün dünyada vacib məsələlərdəndir. Hücumlar beynəlxalq turizmin inkişafına birbaşa
ziyandır. Dünya Turizm Təşkilatı bunun üçün bir sıra tədbirlər həyata keçirir, tövsiyyələr verir. 1994-
cü ildə Turizm Xidmətlərinin Keyfiyyəti üzrə Komitə turizm təhlükəsizliyi tədbirlərinin inkişafı,
səyahət risklərinin azaldılması və turistlərin qorunması üçün birbaşa məsuliyyət daşıyır. Həmçinin
qeyd etmək lazımdır ki, turizmin təhlükəsizliyinin təmin edilməsində və səyahət edərkən risklərin
azaldılmasında mühüm rol dövlət orqanları və milli turizm idarələri tərəfindən aparılır ki, bu da öz
növbəsində, turizm prosesinin bütün iştirakçıları ilə qarşılıqlı təsir və əlaqələndirmə səviyyəsini təmin
etməlidir. Beynəlxalq turizmin inkişafını çətinləşdirən problemlərin həllində hökumətlərin və
dövlətlərin məsuliyyətinin, habelə onun təhlükəsizliyinin artırılmasında medianın rolunun vacibliyinə
ehtiyac var. Eyni zamanda, tətbiq edilən təhlükəsizlik tədbirləri turistlərin və yerli sakinlərin
maraqlarını, hüquq və azadlıqlarına mənfi təsir göstərməməlidir.
Turizmin inkişafı ilə təbii geosistemlərə antropogen təzyiq artmış və artmaqdadır. Xarici
ölkələrdə təbii ekosistemə təsir edən antropogen amillər onların qarşısını almaq üçün işlər görülüb və
görülməkdədir. Turizmin ətraf mühitə təsiri kompleks xarakter daşıyır. Buraya nəqliyyat vasitələri ilə
havanın çirklənməsi, turist nəqliyyatlarının həyata keçirilməsi, su ehtiyatlarının tükənməsi və
çirklənməsi, məişət tullantılarının həcminin artması və ətrafa atılması aiddir. Meşə yanğınları son
illərdə daha da artmaqdadır. Bu nəinki təbiətə həmçinin də turizm infrastruktur şəbəkəsinə təsir edir.
Turist biznesinin düzgün təşkili ilə ərazilərin istismarından əldə olunan gəlirlər ətraf mühitin
mühafizəsi üçün xərclənməlidir. Bu, öz növbəsində, gəlirlərin artmasına böyük töhfə verir. Burada
texnoloji təhlükələrdə çoxdur. Nəqliyyat qəzaları, fəlakətlər də ən ciddi risklərdəndir. Nüvə elektrik
stansiyalarında, kimya zavodlarında, hərbi obyektlərdə baş verən qəzalarda bir çox problem yaranır.
Turizm obyektlərində qəza və yanğınlar hər il turistlərin yaralanmasına və ölümünə səbəb olur.
Turist mübadilələri dövlətlərin sərhədlərini keçib, xarici ölkənin ərazisindən turistləri tapmaq və
hərəkət etdirməklə bağlıdır və bu məsələlər beynəlxalq qanunla deyil, milli qanunlar və inzibati
qaydalara görə idarə olunur. Bunlara görə beynəlxalq turizm sahəsində təşkilati problemlər olduqca
mürəkkəbdir. Bu günə qədər onlar beynəlxalq səviyyədə qəbul edilmiş və dövlətlərin, hökumətlərin və
beynəlxalq təşkilatların diqqətinin mövzusu olmasına baxmayaraq, tam həll edilməmişdir. Dünyanın
137 ölkəsində dövlət səviyyəsində turizm inkişafının mühüm məsələləri həll olunur. Dünya təcrübəsi
bir çox ölkənin hökumətlərinin turizm fəaliyyətini stimullaşdırmaq məqsədi ilə birgə səylərinin
artdığını göstərir. 1995-ci ilin mart ayında, ÜTT, 52 ölkədən 300 millət vəkili iştirak edən İspaniyada
Cadiz beynəlxalq bir forum keçirdi. Forumun məqsədi hökumətlərin, parlamentlərin və yerli
hakimiyyət orqanlarının diqqətini turizmin iqtisadi əhəmiyyətinə yönəltmək idi. Gələcək 20 il
içərisində gözlənilən turist bumu və turist axınının iki dəfə artması ilə əlaqədar olaraq, forum turizm
mərkəzlərinin və regionların istismarı xüsusi sərhəd, gömrük, tibbi, polis və beynəlxalq turizmə
müdaxilə etməyən digər normativ qaydalardan asılı olacaqdır. Forum, turizm üçün əhəmiyyətli
aşağıdakı sahələrə görə dövlətin məsuliyyət daşıması lazım olduğunu təsbit etdi:
* turizm infrastrukturunun, xüsusilə nəqliyyat və kommunikasiyaların inkişafı;
* turist müəssisələrinin menecerləri və işçiləri üçün təlim şəraitinin yaradılması;
* turizm obyektlərində ekoloji qaydalara uyğunluq;
Dostları ilə paylaş: