Turizm marketinqinin bu mövzudakı əsas hədəfləri aşağıdakı formada göstərilmişdir:
- Gecələmə müəssisələrinin rezervasiya nisbətlərini artırmaq
- Turizmdə istehsal sistemini rasiyonal hala gətimək
- Qiymətlər və məhsul xidmətlər arasında
optimal bir əlaqə qurmaq
- Turizm təklifini daim turistlərin dəyişən zövqlərinə uyğun səviyyəyə gətirmək
- Turizm reklamı, tanıtdırmanı isabətli olaraq tətbiq etmək
- Bazar araşdırmalarını tətbiq etmək, yeni bazarlar aşkar etmək
- Uyğun marketinq strategiyası, planlaşdırmanı tətbiq etmək
- Cəlbedici turizm təklifi əmələ gətirmək,
onu müxtəlifləşdirmək
- Ölkənin turizm məhsulu, xidmətlərini digər ölkələrə tanıtdırmaq
- Ölkəyə qarşı potensial tələbi uyarmaq
- Beynəlxalq turizm bazarında mövcud olan bazar payını qorumaq və artırmaq
- Turizm sektorundan əldə olunan gəlirlərin artırılmasına dəstək olmaq
- Turizmin tanıtımı ilə yanaşı, ölkənin digər xüsusiyyətlərinin də tanıdılmasına dəstəkdə olmaq
- Beynəlxalq və regionlararası rəqabətdə üstünlüyü
tənzimləmək
c) Cəmiyyət baxımından hədəflər
- Yerli əl sənətlərinin inkişaf etdirilməsi
- Cəmiyyətin adət-ənənəsinin
davam etdirilməsi
- Regionlararası olan iqtisadi və cəmiyyət tarazlığının təmin olunmasına dəstək
- Regionlar üçün alternativ sektorların yaradılması və inkişaf etdirilməsi
- İqtisadiyyatda istehsal müxtəlifliyinin artırılaraq, iqtisadi canlanmaya dəstəkdə olmaq
- Daxili bazarda cəmiyyətə istirahət ehtiyacını hiss etdirmə və bu prosesin inkişafına dəstəkdə
olmaq
- Cəmiyyətin turizm şüurunun inkişaf etdirilməsinə dəstəyi təmin
etmək
Xarici bazara çıxan müəssisələr sadəcə olara orada məhsul satışı ilə məşğul olmur, eyni zamanda
həmin bazarda həmin bazarda hərtərəfli fəaliyyət göstərmək istəyir. Bu onların xarici bazarda öz
müəssisələrinin və təmsil etdikləri ölkənin imicinin formlaşması üçün olduqca vacib amildir. [4. s.18]
Beynəlxalq marketinqin əsas prinsipi – hazır məhsulların nəticə olaraq xarici istehlakçıların
tələblərinə uyğunlaşdırılması. Bu da məhz xarici istehlakçıların ehtiyac və tələbatlarının öyrənilməsi
hesabına həyata keçirilir.
Beynəlxalq marketinqdə ən əsas məsələ məqsədli istiqamətlənmə və komplekslilikdir.
Beynəlxalq
marketinqin tədbiqi praktikada göstərir ki bunların hər biri ayrı-ayrılıqda istənilən nəticəni vermir,
yalnız kompleks şəkildə istifadə edərsə xarici turist həmin məhsuldan razı qalacaqdır. Effektli nəticə
əldə etmək üçün lazımdır ki istehlakçıları cəlb edə biləcək xismətlərlə xarici bazara çıxasan. [5. s.47]
Xarici bazara çıxarkən müəssisənin diqqət yetirməli olduğu vacib amillərdən biri də marketinq
xidmətinin səmərəli və çevik təşkili quruluşunun (marketing service organization) yaradılmasıdır.
Miqyasın genişləndiyini nəzərə alaraq müəssisə özünün marketinq bölməsinin quruluşunu dəyişməli,
xarici mühitə uyğun şəkildə fəaliyyət göstərəv bir formaya salmalıdır. Bu dəyişim bir zamanı bir neçə
amil nəzərə alınmalıdır: təklif olunaca məhsulun növü, fəaliyyət göstərilmık istənilən ölkə, aktivlərin
xarakteri hansı ki bu aktivlərdən xarici
ölkədə istifadə ediləcəkdir, müəssisənin perspektiv
məqsədlərinə çatma üsulları. Müəssisə xarici bir mühitdə fəaliyyət göstərdiyi zaman öz filial və
nümayəndəliklərin fəaliyyətinə ciddi nəzarət etməlidir. Bundan əlavə, müəssisənin fəaliyyət göstərdiyi
bir
neçə ölkə varsa əgər, bütün ölkələrdə marketinqin standar quruluşundan istifadə edilməsi heç də
əlverişli deyil. Belə ki, müəssisə fəaliyyət göstərdiyi ölkənin spesifik xüsusiyyətlərindən asılı olaraq
marketinq xidmətinin müxtəlif quruluşundan istifadə etməlidir. [3. s.489]
Dostları ilə paylaş: