Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə332/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   328   329   330   331   332   333   334   335   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
271
Baku, Azerbaijan


Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı «Regionların sosial-iqtisadi inkişafı haqqında» Dövlət 
Proqramında nəzərdə tutulmuş və prioritet sahə kimi götürülmüşdür. Belə ki, ölkədə kiçik və orta 
sahibkarlara məxsus olan özəl şirkət və müəssisələr bütövlükdə istehsal sahələrinin 42%-ni, xidmət 
sahələrinin 78%-dən çoxunu təşkil edir. Kiçik və orta biznes sahəsinin xidmət sektorunda payının çox 
olması bu sahənin tamamilə özəlləşdirilməsi və inkişafı ilə bağlıdır. [5 s.34 ] 
Turizmdə kiçik və orta biznesin inkişafı əhalinin məşğulluğunun artmasına, ölkə iqtisadiyyatının 
stabilləşməsinə, müxtəlif xidmət sahələrinin genişlənməsinə imkan yaradır. Bu baxımdan turizmdə kiçik və 
orta biznesin genişlənməsi dövlətin sosial-iqtisadi siyasəti ilə əlaqələndirilir. Turizm sahəsində vergilərin 
azaldılması da bu siyasətin tərkib hissəsini təşkil edir.
Müalicəvi turizmin əsas istiqamətlərindən biri də sosial turizmin inkişaf etdirilməsidir. Respublikada 
1996-cı ildən sonra baş verən iqtisadi stabillik, əhalinin maliyyə gəlirlərinin tədricən artması da sosial 
turizmin inkişafına təsir göstərməmişdir. Belə ki, yeni tikilən istirahət-turizm müəssisələrində qiymətlərin 
yüksək olması əhalinin daha çox imkanlı təbəqəsinin tələbatını ödəyirdi. Sosial turizmdə kurort xidmətləri 
"Kurort" Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilirdi.
Sosial turizmin inkişafı əhalinin kütləvi hissəsinin maraqlarını təmin etməklə yanaşı, asudə vaxtın 
səmərəli təşkili, bölgələrdə və şəhər ətrafında istirahət-sağlamlıq müəssisələrinin genişlənməsinə təsir 
göstərə bilər. Bu baxımdan bölgələrdə istirahət mərkəzlərinin genişləndirilməsi, əhalinin daxili turizm 
hərəkatında fəal iştirakı birbaşa sosial turizmin inkişafı ilə bağlı ola bilər.
Ölkənin kurort xidmətlərində yollayışların mövcud qiymətlərə uyğunlaşdırılması məqsədəuyğun 
olardı. Araşdırmalar göstərir ki, respublikamızda fəaliyyət göstərən sanatoriyalarda 20 günlük istirahət və 
müalicənin qiyməti hər nəfər üçün 550-1200 manat təşkil edir. Bu qiymətə 20 gün ərzində 3 dəfə 
qidalanma (tam pansion) və müalicə xidmətləri daxildir. Müalicə xidmətləri nisbətən yaxşı olsa da, 
yeməklə təminat qənaətbəxş deyildir. Belə ki, əksər sanatoriyalarda verilən yeməklərin keyfiyyəti aşağı 
olduğuna görə, müştərilər ondan imtina edirlər. Digər tərəfdən sanatoriyaların otaqlarında çarpayıların və 
digər avadanlıqların köhnə olması, həmçinin televizor, soyuducu kimi avadanlıqların yoxluğu, hər nömrədə 
ayrıca vanna otağının olmaması yollayışın qiymətinin çox yüksək olduğunu göstərir. Bunu nəzərə alaraq, 
sanatoriyalarda əvvəlcə xidmətin səviyyəsi yüksəldilməli, sonra isə yollayışların qiymətləri ona 
uyğunlaşdırılmalıdır. 
Abşeron bir çox hidromineral ehtiyyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün 
əhəmiyyətlidir. Eyni zamanda termal suıların debitinin yüksək olması bir çox sağlamıq turizm növlərinin 
inkişafına imkan vermiş olur. Mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiy-
yətini artırmaqla yanaşı, onların il boyu fəaliyyət göstərməsinə şərait yaradır. Bu xidmət sahəsi çox gənc-
dir. Bu gün respublika ərazisində 27 minə qədər yeri olan 132 sanatoriya və istirahət müəssisələri və 4 minə 
yaxın yeri olan 10 turist bazası yaradılıb. Sağlamlıq ocaqlarında ildə orta hesabla 600 mindən artıq 
adam müalicə oluna bilər. Azərbaycanın kurort ehtiyatları burada müalicə olunan və istirahət edənlərin sa-
yını 2 milyona qədər artırmağa imkan verir. Bu baxımdan Xəzər sahili zonanın əhəmiyyəti daha böyükdür. 
Bu zonanın çox böyük üstünlükləri var. Abşeron sahillərindəki hidrogen-sulfidli termal və yodlu-bromlu 
müalicəvi suların zənginliyi onlardan kompleks itifadə etməyə imkann verir. Bölgədə qeyd olunan termal 
suların potensialından az miqdarda istifadə olunur, termal sulardan əsasən dayaq-həkət orqanları, dəri 
xəstəlikləri müalicə olunur. Təbii müalicəvi sulara olan tələbatın artması, otellərdə və SPA mərkəzlərində 
ondan istifadə olunması imkanların nəzərə alaraq regionda yerli termal mənbələrdən istifadfə etmək 
mümkündür.
Abşeron yarımadası kurortlar qrupu rayonu respublikamızda məşhur kurort guşəsidir. Təxminən 53 
kilometr dənizin içərisinə doğru irəliləyən bu yarımada çimərliklərlə əhatələnib. Abşeron yarımadası 
iqliminə görə subtropik iqlimə çox yaxındır. Burada isti yay, günəşli payız, mülayim qış keçir, yazı 
nisbətən qısa olur. Abşeron təkcə qumlu sahil və dənizlə xarakterizə edilmir, burada həm də çoxlu şəfa 
bulaqları qaynayır. Belə ki, Suraxanı, Sabunçu və Şıx burnunda çıxan və tərkibi yod, brom və böyük 
müalicə təsiri gücünə malik çoxlu başqa maddələrlə zəngin mineral sular həm də böyük müalicə 
əhəmiyyətinə malikdir. Təəssüf ki, ərazidəki palçıq vulkanlarının müalicə palçıqları balneoloqlar və 
kurortoloqlar tərəfindən lazımınca tədqiq olunmayıb. 
Bunlara metan və kükürdlü oksigen suları, mineral palçıq, mineral göllər, çimərliklər, dənizkənarı 
iqlim stansiyaları daxildir. Yarımadada böyük sayda metan və kükürdlü mineral sular vardır. Zığ 
qəsəbəsində və Şıxda mineral suların xüsusilə müalicəvi əhəmiyyət daşıyır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin