Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə330/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   326   327   328   329   330   331   332   333   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
269
Baku, Azerbaijan


müalicə vannaları, balneoloji müəssisələrdə ümumi yerlərin sayı 1325-yə çatır. Özəl balneoloji kurortlarda 
xidmət müalicə ilə yanaşı, digər istirahət növləri ilə birlikdə aparılır ki, bu da onları sanatoriya-kurort 
kompleksi adlandırmağa imkan vermir. "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan sanatoriya-kurort 
müəssisələrində faktiki olaraq, fəaliyyət göstərə bilən yerlərin sayı 7594-ə çatır ki, bunun da 5910-u il boyu 
xəstələri qəbul edə bilər.. Bunların əsas hissəsi Abşeron kurortlarının payına düşür (65%).[1, s.32]. 
Hal-hazırda " Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan "Bilgəh", "Abşeron", "Qaranquş", 
"Günəşli", "Şıx", "Qalaaltı" sanatoriyaları, həmçinin "İlisu" pansionatı fəaliyyət göstərir. "Bilgəh" 
sanatoriyası 460 yerlik olmaqla, kardioloji xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmışdır. Bu sanatoriyada 
əsas təbii müalicə faktorları kimi iqlim, dəniz, narın qumlu çimərliklər və kurort ərazisisində mövcud olan 
yodlu-bromlu və sulfidli mənbələridir. Burada iqlimlə müalicə, talassoterapiya (dənizdə çimmə may ayının 
ortalarından sentyabrın ortalarınadək həyata keçirilir), balneoterapiya (Suraxanıdakı mənbədən əldə 
olunmuş yodlu-bromlu və sulfidli su vannaları) müalicəsi tətbiq olunur. Sanatoriya kompleks xidmət 
göstərmək imkanlarına malikdir. 
"Abşeron" sanatoriyası
 
Mərdəkan qəsəbəsində yerləşir və mədə-bağırsaq xəstəlikləri üzrə 
ixtisaslaşmışdır. Bu sanatoriya 740 yerlik çarpayı tutumuna malikdir. Burada balneopalçıq müalicəxanası 
fəaliyyət göstərir. "Qaranquş" sanatoriyası
 
uroloji xəstəliklər üzrə ixtisaslaşmış Mərdəkan qəsəbəsində 
yerləşir, sanatoriya 510 yerlikdir.
Sanatoriyada balneopalçıq müalicəxanasında təbii müalicəvi palçıq və yodlu-bromlu sularla müalicə 
həyata keçirilir. Son illərdə həyata keçirilən təmir-bərpa işləri ilə əlaqədar olaraq xidmət səviyyəsi 
yüksəlmişdir. 
"Günəşli" sanatoriyası
 
Mərdəkan qəsəbəsində yerləşir və nevroloji xəstəliklərin müalicəsi üzrə 
ixtisaslaşmışdır. Sanatoriya 735 yerlik çarpayı tutumuna malikdir, lakin tam gücü ilə işləmir. "Şıx" 
sanatoriyası Bibiheybət qəsəbəsində yerləşir , 210 yerlik balneoterapevtik sanatoyada dayaq-hərəkət 
sistemi və dəri xəstəlikləri müalicə olunur. 
Bununla yanaşı, ayrı-ayrı özəl klinikalarda (xüsusilə Bakıda) müalicəvi palçıqlardan, mineral və 
termal sulardan istifadə etməklə də xəstələrin müalicəsi aparılır. Balneoloji kurort ehtiyatlarından istifadə 
etmək üçün kompleks sanatoriya-kurort və sağlamlıq mərkəzlərinin yaradılması mümkündür. Nəzərə 
almaq lazımdır ki, balneoloji kurortlardan əsasən ölkə vətəndaşları istifadə edir, bu da yaxın gələcəkdə 
kurort təsərrüfatının inkişafına təkan verən amillərdən sayıla bilər.
Bölgədə fəaliyyət göstərən kurortların səmərəliliyinin və müasir tələblərə uyğun fəaliyyətinin təmin 
olunması məqsədilə kompleks xidmətlərin təqdim olunmasına diqqət artırılmalıdır. Bu məqsədlə, 
sanatoriya-kurort müəssisələrində animasiya, aktiv istirahət formaları, SPA xidməti təşkil olunmalıdır.
Ölkədə kurort təsərrüfatının inkişafı üçün əsaslı dəyişiklərin olunmasına ehtiyac duyulur. Kurort 
təsərrüfatının öz əvvəlki şöhrətini bərpa etməsi məqsədilə, 2007-ci ildə Azərbaycan Respublikası 
Prezidentinin fərmanı ilə 2009-2018-ci illərdə ölkədə kurort təsərrüfatının inkişafı məqsədilə dövlət 
proqram qəbul edilmişdir. Bu dövlət proqramında ölkə ərazisində mövcud təbii müalicə ehtiyatlarının 
öyrənilməsi, onlardan səmərəli istifadə olunmasının təşkili, sanatoriya-kurort müəssisələrində göstərilən 
xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə səmərəliliyinin artırılması, bu sahədə 
zəruri infrastrukturun yaradılması, yeni idarəetmə və marketinq üsullarının tətbiqi, özəl sektorun 
fəaliyyətinə dəstəyin artırılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulur [3, s.12]. 
Kurortlara gələnlərin yaş xüsusiyyətlərinə və maraqlarına uyğun olaraq müxtəlif animasiya 
proqramlarını təşkil etməklə həm gələnlərin istirahətini mənalı etmək, həm də istirahət və müalicə 
müddətini uzatmaqla bu sahədən əldə olunan gəlirləri artırmaq mümkündür. Ölkədə fəaliyyət göstərən 
müalicə-sağlamlıq müəssisələrində müxtəlif mədəni (festivallar, konsertlər, musiqi gecələri, teatr 
tamaşaları, sərgi və s.) və idman (fərdi və qrup idman növləri) animasiya proqramlarının təşkili 
vacibdir, xüsusilə, "Kurort" Səhmdar Cəmiyyətinin nəzdində olan dövlət sanatoriyalarında bu cür 
proqramlar təşkil olunmalıdır.
Hal-hazırda dünya təcrübəsində sanatoriya və kurortlarda SPA-Wellness xidmətlərinin 
göstərilməsi geniş yayılmışdır. Abşeronda isə, SPA xidmətləri yalnız son illərdə yaradılmış bəzi özəl 
müalicə-sağlamlıq müəssisələrində Yengicə (Qəbələ), Chinar Hotel & Spa Naftalan, Qaşaltı (Naftalan) 
göstərilir. Dövlətə məxsus müəssisələrdə isə bu cür xidmətlər göstərilmir. Gələcəkdə bu tip xidmətlər 
göstərən SPA mərkəzlərinin yaradılması böyük önəm daşıyır, xüsusilə, Abşeronda yerləşən balneoloji 
kurortlarda SPA xidmətləri göstərən mərkəzlərin yaradılması xidmətin keyfiyyətinin yüksəldilməsi, 
istirahət və müalicənin effektivliyinin atırılması baxımından vacibdir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin