Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə331/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   327   328   329   330   331   332   333   334   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
270
Baku, Azerbaijan


Ölkədə sanatoriya-kurort xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və səmərəli fəaliyyətin təmin 
edilməsi məqsədilə, dövlət müəssisələrinin özəlləşdirilməsi bu sahənin inkişafına təkan verə bilər. Belə ki, 
sanatoriya-kurort müəssisələrinin fəaliyyəti yalnız müalicə ilə məhdudlaşmamalıdır. Onlar dünya 
praktikasında olduğu kimi müştərilərin istirahətinə istiqamətli müxtəlif xidmətlərin göstərilməsinə diqqəti 
artırmalıdırlar. Bununla bağlı olaraq, həmin müəssisələrdə müxtəlif əyləncə, idman ləvazimatları, 
ekskursiya (kiçik miqyasda), sakit istirahətə üstünlük verənlər üçün yaşıllıq ərazilərin və parkların olması 
önəmlidir. 
Ölkədə fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrinin özəlləşdirilməsi məqsədilə ilk öncə 
"Kurort" Səhmdar Cəmiyyətində dəyişiklər edilməli, mövcud kurort müəssisələrinin bərpası həyata 
keçirilməli və orada məskunlaşmış qaçqınlar başqa ərazilərdə köçürülməlidirlər. Kurort müəssisələrinin 
özəlləşdirilməsindən sonra bu sahəyə xarici investisiyaların cəlb olunması mümkün ola bilər. Lakin 
özəlləşdirmə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin tabeliyində olan bərpa 
müəssisələrinə aid olmamalıdır. Digər müalicə-sağlamlıq müəssisələrindən fərqli olaraq, bu müəssisələr 
əhalinin sosial təminatının təmin edilməsi məqsədinə xidmət edir və əksər ölkələrdə özəlləşdirilmir. [2, 
s.38] 
Bu sahənin dirçəldilməsi üçün təbii-rekresiya ehtiyatlarından istifadəyə şərait yaradılması, ilk 
mərhələdə sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, onları bu sahəyə investisiya 
qoymağa stimullaşdırmaq üçün bir çox güzəştlərin edilməsi, yeni özəl sanatoriyaların açılmasının 
dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan özəlləşdirməyə ilk öncə Abşeronda yerləşən 
kurortlardan başlanılması və model olaraq kompleks xidmətlər göstərən kurort müəssisələrinin yaradılması 
lazımdır. 
Müalicə-sağlamlıq müəssisələrinə yerli və xarici turistlərin cəlb olunmasında dövlət və özəl 
müəssisələr marketinq tədbirləri həyata keçirməlidirlər. Beləliklə, bölgədə müalicə-sağlamlıq 
müəssisələrinin yenidən qurulması, göstərilən xidmətlərinin keyfiyyət və kəmiyyətinin artırılmasına 
yönəldilmiş bir çox işlərin görülməsinə ehtiyac var. Bu tədbirlər həyata keçirilərsə, gələcəkdə ölkəmiz 
müalicə-sağlamlıq turizminin inkişafı ilə seçilən ölkəyə çevrilə və bu sahədən əhəmiyyətli gəlirlər əldə edə 
bilər. 
Müalicəvi turizminin strateji planlaşdırılması ölkədə baş verən iqtisadi islahatlar nəzərə alınmaqla 
aparılır. Bu baxımdan bölgədə iqtisadi islahatların genişlənməsi, iqtisadi artım templərinin yüksək olması 
daxili və xarici turizmin inkişafında baza rolu oynayır. Buna görə də, müalicəvi-sağlamlıq turizminin 
inkişafının iqtisadi artımda rolunun yüksək olması mövcud balneoloji resurs potensialından səmərəli 
istifadə olunmasını zəruri edən amillərdəndir. Müalicəvi turizmin strateji planlaşdırılmasında göstərilən 
amillərin üstün tutulması vacibdir: 
-balneloji turizm potensialından səmərəli istifadə etməklə, ölkənin ümumi iqtisadi inkişafında rolunun 
artırılması;
-kurort turizminin sosial-iqtisadi əhəmiyyətini artırmaq məqsədilə regionların rekreasiya potensialının 
dövriyyəyə cəlb edilməsi fəaliyyətinin gücləndirilməsi; 
-müalicə və sağlamlıq turizmində marketinq fəaliyyətinin genişləndirilməsi və turizm bazarında bu 
sahəyə yönələn tələb-təklifin öyrənilməsi; 
-müalicə və sağlamlıq turizminin maliyyə imkanlarının artırılması məqsədilə yerli və xarici 
sərmayədarların cəlb olunması üçün əlverişli investisiya mühitinin yaradılması; 
-müalicəvi turizmdə kiçik sahibkarlığın rolunun artırılması. 
-müalicəvi turizmlə bağlı olan xidmətlərdə, əsasən, turpaketdə qidalanma xidmətlərinin turistlərin öz 
vəsaiti hesabına ödəməsi ölkənin əksər istirahət mərkəzlərində geniş yayılmışdır. Buna görə də, əhalinin 
kütləvi istirahəti üçün ölkədə fəaliyyət göstərən turizm mərkəzləri cəlbedici olsa da, qiymətlərin yüksək 
olması və tam pansion xidmətlərin göstərilməməsi onlardan istifadəni məhdudlaşdırır. 
Son illər daxili turizmdə əhalinin kütləvi istirahətinin təşkili məqsədilə özəl istirahət mərkəzləri 
müxtəlif iri müəssisələrlə müqavilə bağlamaqla, işçilərin 10-12 günlük istirahətini təşkil edirlər. Belə 
müqavilələr Dövlət Neft-Qaz Şirkəti, neft emalı müəssisələri, xarici müştərək təşkilatlarla imzalanmışdır. 
Bölgədə müalicəvi turizmin inkişafı kiçik və orta biznesin formalaşması ilə birbaşa bağlıdır. Kiçik və 
orta biznes xidmət və ticarət sahəsində daha çox yayılmışdır. Kiçik müəssisələrin rahat idarə olunması, 
bazarda rəqabət imkanlarının böyüklüyü, investisiyaların daha çox cəlb olunmasına görə digər iri 
müəssisələrdən üstündür. Bununla yanaşı, kiçik müəssisələrdə məhsulların bazara tez uyğunlaşması, 
manevr imkanlarının genişliyi müxtəlif məhsullar üzrə ixtisaslaşması onun imkanlarını artırır. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin