Cədvəl 1.Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələri üzrə əsas göstəricilər İllər
Kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq sahələrdə çalışan
işçilərin sayı, min nəfərlə
Əlavə dəyərin ÜDM-də
xüsusi çəkisi, müvafiq
illərin cari qiyməti, faizlə
ÜDM-də məhsul
istehsalı, cari qiymətlərlə,
milyon manatla
İnvestisiyalar,
milyon manatla
2012
1673,8
5,1
2 813,7
648,8
2013
1677,4
5,4
3 122,2
574,3
2014
1691,7
5,3
3 139,2
363,9
2015
1698,4
6,2
3 359,4
355,4
2016
1729,6
5,6
3 386,8
325,1
2017
1752,9
5,6
3 949,3
617,8
1-ci cədvəldən göründüyü kimi illər üzrə kənd təsərrüfatında çalışan işçilərin sayında və ÜDM-də
məhsul istehsalında artımlar müşahidə olunur. Son dövrlər aqrar sektorun inkişafına təkan vermək
üçün aqroparkların yaradılmasına başlanılmışdır. Ölkədə aqroparkların və müasir iri fermer
təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının tapşırığına uyğun olaraq
respublikanın 33 rayonu üzrə 257 min hektar ərazidə ümumi dəyəri 2.2 milyard manat olan 51
aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir. Bununla yanaşı, 19
aqropark və iri fermer təsərrüfatı üzrə 32 layihəyə investisiya təşviqi sənədi verilmişdir. 96 min ha
ərazidə ümumi dəyəri 604 milyon manat dövlət dəstəyi göstərilmiş 17 aqropark və iri fermer
təsərrüfatı fəaliyyətə başlamışdır. 10 aqropark və iri fermer təsərrüfatının 2019-cu ildə fəaliyyətə
başlaması gözlənilir. 130 min ha ərazidə ümumi dəyəri 1.3 milyard manat dövlət dəstəyi göstərilmiş
24 aqropark və iri fermer təsərrüfatında isə layihələndirmə və tikinti-quraşdırma işləri aparılır.
2018-ci il ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7010.0
milyon manat təşkil etmişdir ki, onun da 3186.0 milyon manatı bitkiçilik, 3824.0 milyon manatı isə
heyvandarlıq məhsullarının payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının
istehsalı 4.6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 6.8 faiz, heyvandarlıq məhsulları üzrə 2.7 faiz
artmışdır. Ötən il ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində əsas kapitala
yönəldilmiş ümumi vəsait əvvəlki ilin müvafiq dövrünə nisbətən 20.7 faiz artaraq 771.0 milyon
manata çatmışdır [2] .