MDB ölkələri arasında kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarından
olan Azərbaycan son
dövrlər, idxalın əvəzlənməsi,
o cümlədən, ixrac üçün kənd təsərrüfatını və ərzaq sənayesini daha da
inkişaf etdirmək niyyətini qarşıya qoymuşdur. Bunun üçün ölkəmizdə
təbii və antropogen amillər
mövcuddur. Bu amillər birlikdə aqroturizmin və onun əsas seqmenti - ekoturizmin inkişafı üçün də
ideal şərait formalaşdırmaqdadır. Aqroturizm və ekoturizminin inkişafına şərait yaradan ailə-kəndli və
fermer təsərrüfatlarıdır ki, bunlar da ölkəmizdə kifayət qədərdir. Ölkəmizdə bu sahələrin inkişafı milli
mədəniyyəti özündə əks etdirən
ənənəvi texnologiyalara, qonaqpərvərlik və milli mətbəxdə
əsaslandığı üçün əcnəbi turistlər üçün çox cəlbedicidir. Bu deyilənlərə bariz nümunə kimi cədvəl 2-də
turizm üçün xarakterik sahələr üzrə əsas göstəricilərə nəzər yetirmək kifayətdir. Cədvəl 2-dən
göründüyü kimi turizm sahəsində çalışanların, əldə olunan gəlirlərin artımı
sübut edir ki, ölkəmizdə
turizm sənayesi yeni olmasına baxmayaraq inkişafdadır. Hər iki sahənin artım
tempini Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərtib etdiyiniz 3-cü şəkildən də
müəyyənləşdirmək olar.
Şəkildən göründüyü kimi, hər iki sahədə illər üzrə artım müşahidə olunur.
Əgər hər iki sahə bir biri ilə əlaqəli şəkildə fəaliyyət göstərsə, o halda sdahələr daha effektif sürətli
inkişaf etmiş olar. Bütün bunlar onu sübut edir ki, kənd təsərrüfatı və aqroturizmin
birgə fəaliyyəti
rayonlarımızda iqtisadi göstəricilərin artmasına şərait yarada bilər. Kənd qonaq evlərinin və ekoaqro
təsərrüfatların təşkili kənd təsərrüfatının inkişafına, əmək məşğulluğunun artmasına şərait yaradar ki,
bu da əmək qabiliyyətli gənclərin şəhərlərə üz tutmasının qarşısını alar, kənddə məşğulluq səviyyəsi
yüksələr,
unudulmaqda olan adət-ənənələr, sənətkarlıq nümunələri bərpa olunar.
Dostları ilə paylaş: