1.Yadro itələmək texnikasının təlimi-Texnikasının ilkin təlim zamanı hərəkətlər
istifadə edilməlidir.Qüvvə inikişaf etdikcə alətin ağırlığı artırılır. Təlim zaman
müəyyən metodik ardıcıllığa riayət edilməlidir. Məşğul olanların yadro itələmək
göstərilməsi və yoxlanılması,yadronu irəli-yuxarı itələmək,ayaqları qabaqcadan
bükməklə və gövdəni sağa döndərməklə yadronun itələnməsi.Yadro 3,4,5,6 və
7,257 kq ağırlığında olan metal kürədir. Yadro diametri 2,135 m olan dairədən
sürətindən,uçuş bucağından və yardronun idmançının əlindən buraxıldığı
yüksəklikdən asılıdır.Yadronun uçuşuna təsir edən həlledici amil ilk sürətdir.İlk
sürət yolun uzunluğundan və yadroya təsir vaxtından asılıdır.Yadronu 22 m-ə və
daha uzağa itələdikdə uçuşun sürəti 14m\san-yə çatır.Optimal uçuş bucağı 38-41
0
-
dir.Alətin buraxılma hündürlüyü yadro itələyinin hündürlüyündən və qolunun
uzunluğundan asılıdır.
2.Yadro itələməyin təlimində metodik göstərişlər.Yadro itələməyin təlimi
yadronun tutulması yoxlamaqla bir vaxtda kecirilir.Əvvəlcə yadro əllə yüngülcə
yuxarıya atılır.Bu zaman qol azacıq bükülmüş olmalıdır.Yadro itələməyi,yadronun
itələnməsini təqlid etməklə növbələşdirmək lazımdır.
Bir yerdə dayanıb yadro itələmə zamanı ayaqların çiyin nahiyəsinin tam
döndərilməsi ilə əlaqədə fəal işləməsinə nail olmaq lazımdır.Qolun düzləndirilməsi
bazu önünün itələmə istiqamətində aparılması anından başlamalı və sol qıçın
düzləndirilməsinin qurtarması ilə başa çatmalıdır. Final səyini yerinə yertirərkən
yeni məşğul olmağa başlayan idmançılar arasında geniş yayılmış səhv sonradan
gövdəni irəli-sola əyməklə, başı sola döndərən zaman bədənin ağırlığının sol
ayağa vaxtından əvvəl keçirilməsidir.
Nəticədə idmançı sağ ayaq üzərində dayaqlanmanı itirir.Digər yayılmış səhvlər
bunlardır:final səyinin əvvəlində sol ayağın sola döndərilməsi,final səyinin ayrı-
ayrılıqda yerinə yetirilməsi,yəni idmançının əvvəlcə qıçlarını düzləndirməsi,və
gövdəni sola döndərməsi,yalnız bundan sonra yadronu tutduğu qolu düzləndirməyə
(açmağa) başlaması.Ona görə də məşğul olanları yadro itələnəcək əşyalara
səmtləşdirmək faydalıdır.