787) Baldır sümüklərinin sınığında cərrahi müdaxiləyə mütləq göstəriş hansıdır?
A) Tam yerdəyişmə ilə olan qapalı sınıq
B) Yerdəyişmə ilə olan oynaqdaxili sınıq
C) Baldır sümüklərinin bucaqvari yerdəyişmə ilə olan metafizar sınığı
D) Baldır sümüklərinin diafizar sınıqları
E) Yerdəyişmə ilə olan bütün növ sınıqlar
Ədəbiyyat: О.Г.Шапошников, Руководство по травматологии и ортопедии, Москва 1997
788) Uşaqlarda bud sümüyünün boynunun sınığının əsas kliniki əlaməti hansıdır?
A) «Yapışmış daban» simptomu
B) Ətrafın qısalması
C) Bud-çanaq oynağında ağrı
D) Ətrafın daxilə rotasiyası
E) Bud-çanaq oynağında şişkinlik
Ədəbiyyat: О.Г.Шапошников, Руководство по травматологии и ортопедии, Москва 1997
789) Yeni doğulmuşda körpücük sümüyünün yerini dəyişməyən sınığına şübhə yaradan əlamət hansıdır?
A) Hemiparez
B) Sınıq ucalarının kripitasiyası
C) Səbəbsiz ağlama və bələmə zamanı ağrıya reaksiya
D) Qan dövranının pozğunluğu
E) Bazu oynağının hematoması
Ədəbiyyat: О.Г.Шапошников, Руководство по травматологии и ортопедии, Москва 1997
Dostları ilə paylaş: |