290) Uşaqlarda daban sümüyünün yerdəyişməyən sınığının müalicəsi necə aparılır?
A) Vintlə osteosintez
B) Metal lövhə ilə osteosintez
C) Ayağın boylama tağı yaxşı formalaşdırılmaqla gips longeti qoyulur 3-4 gündən sonra gips binti ilə dairəvi bərkidilir
D) İlizarov aparatı ilə
E) Millərlə osteosintez
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
291) Uşaqlarda daban sümüyünün yerdəyişmiş sınığı zamanı müalicə necə aparılır?
A) Millərlə osteosintez edilir
B) Ümumi keyləşmə altında qapalı repozisiya aparılıb gips longeti ilə ətraf fiksasiya olunur və 12-16 gündən sonra gips «çəkməsi» qoyulur
C) Vintlə osteosintez edilir
D) İlizarov üsulu ilə osteosintez edilir
E) Metal lövhə ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
Dostları ilə paylaş: |