XI
Səksən İki Savaşçi Çixdi Yola
Adı Granma olan bir yaxta gəmi. Savaşçiların kürəklərində zeytun yaşilı geyimlər. Fidel nəzarət edir hamısına. Yanında Raul, Che və digər yoldaşları. Silah, yanacaq, yemək və su daşiyırlar savaşçilar gəmiyə.
XOR
Yolçu sayı bəllidir
Səksən iki olmalı!
Ancaq onlar səksən beş!
Fidel tapsın çarəni!
Yoxsa şübhələndikləri üç adamımı
saxlayacaqlar səfərdən?
CHE (Gülərək ) Mənim kilom yetmiş. Hərhalda səksən iki adamdan biri mən olacağam.
(Fidel, getməsinə icazə vermədiyi üç adamı ayırmışdır belə)
Dərhal hamısı Kubalı,
Dörd savaşçi deyil ancaq,
İtalyan Gino Dona,
Meksikalı Guillen,
Dominikli Mejias,
Digəri Argentinalı Che!
(Granmanın işiqları sönür. Granma hərəkət edir)
XOR
Ya özgürlük ya ölüm!
Gedir qarabasma gəmi!
CHE (Birdən çantasina tərəf qaçır. Qarışdırır. Üzgün və çarəsizdir) Olarmı belə şey? Unutmuşam astma dərmanlarımı.
DİGƏR HƏKİM Məndə var bir şeylər.
(Üç savaşçi bir gitara səsi altında "Guantanamera, guajira guantanamera" adlı mahnını söyləyərkən, Che astma böhranı geçirməyə başlamışdır artıq. Digər həkim təlaşla gəlir . İşıqlar sönür. Yenidən işiqlandığında artıq sahilə çixmislar, şəkər qamışı tarlalarında yürüşlərinə davam edirlər . Təpələrindən kiçik təyyarələr atəş yağdırırlar… Vurulanlar… Fidel toplamağa çalisir savaşçilarını. Tam bir qarışıqlıqdır yaşananlar. Chenin yanındakı köməkci ,iki sandığı - birində güllələr, digərində dərmanlar- buraxıb qaçmağa başlayır)
CHE Geri dön, geri!
(Adam gözden itmişdir.
Che, iki sandığı da götürməyi sınayır. Bacara bilmir. Tamaşaçılara) İnqilabçı həkimlik sökməyir indi! Tam da Hamlet kimi qərar vermə nöqtəsindəyəm. Həkiməmmi yoxsa İnqilabçımı? Dərman sandığınımı yoxsa güllələrimi seçməliyəm? Vicdani bir sual?. Dərmanlar ki ,insanları yaşatmağa çalisir. Güllələr öldürməyə. Şübhəsiz güllələri seçməliyəm. Çünkü xəstələnmək üçün belə əvvəlcə yaşamaq lazımdır.
(Mərmi sandığını sol qoltugunun altına yerləşdirir. Digər əlində silahı… Yenidən başlar güllə yağışı. Sinəsindən vurulmuşdur Che)
FİDEL Əsla təslim olmayacağıq! Əsla! Əsla! Təslim almağa gəldik biz çünkü!
(Səhnədə canlananların içərisində… Chenin yanında, öndə katibəsi , sonra da ikinci yoldaşi olacaq çox xoş bir Kubalı qadın Aleida March iştirak edirlər. Bu qadınla romantik bir əlaqə içində olduğu hiss etdirilməlidir tamaşaçıya)
XOR
(Geridə yavaşladılmış bir film kimi canlandırılır hərəkət)
Tarixin səhifələrindən atılmış
Mifoloji qəhrəmanlar kimi idilər!
Yola çixdiqdan on gün sonra bir şəfəq vaxtı
Algeria dil Piroya çatdilar.
Və burada səhər saat dörtdə hücuma uğrayıb
ağır itkilər verdilər.
Che də ilk dəfə burada yaralandı.
Fidel ümumi qərargahı La Platada qurdu.
On yeddi Yanvar , Otuz dekabra qədər
Cabaiguan və Guayos şəhərləri iki tərəfdən eyni zamanda hücumlarla müvəffəqiyyətlə ələ geçirildi.
Che, Santa Clarada Batistaya qarşi verilən son meydan döyüşünü də qazandı.
Fidel Santiago da Kubaya çatdi.
Batista ölkəni tərk etdi.
(Xalq şapkalarını havaya atarkən. Fidel, Che və yoldaşları Havanaya girirlər, marşlar və mahnılar aıtında. Chenin yanında yenə Aleida March vardır)
XII
Sənaye Naziri Ernesto Che Guevara
Che Nazirlik mövqesində, qarşisındakı sənədləri araşdırıb imzalamaqdadır. Qapı açılır içəriyə katibəsi Aleida girir.
ALEİDA Amerikalı gəldi. (Yavaşladığını görür) Sərhəddən qovulan…
CHE Gəlsin.
(Aleida çölə çixir)
AMERİKALI (Girir. Gülərək) Sabahın xeyir Hörmətli Nazirim.
CHE (Ayağa qalxır, əlini sıxır) Sabahın xeyir. Buyurun oturun. (Amerikalı oturur) Sizi nəylə qonaq edə bilərəm çay ,qəhvə ?
AMERİKALI Teşekkür edirəm Nazirim. Qiymətli zamanınızı almayım. Həm üstəlik ən yaxşi ziyarət ən qısa olanıymış.
CHE Gözəl, sevdim bunu.
AMERİKALI Onsuz da məhduddur zamanınız… Ölkəniz üçün çalismaqdasiniz.
CHE Təşəkkür edirəm. Buyurun, sizi dinləyirəm.
AMERİKALI Ьlkeler arasındakı dostluqlarda duyğusallığa əsla yer olmayacağını məndən daha yaxşi bilərsiniz. Qarşilıqlı qazanclardır ən əsas olan. Geçmişdə ölkəm Amerika Birləşmiş Dövlətləri ilə Kubanın arzulanan əlaqələr içində olmadığını, ola bilmədiyini siz məndən daha yaxşi bilirsiniz. Halbuki o zamanki şərtlər yox artıq. Müstəqil bir ölkəsiniz indi və inkişafa çalisirsiniz . Ağılın yolu birdir. Geçmişi unudub yardımçı olmağa çalismaliyiq bir-birimizə.
CHE Bunları sizdən eşitmək nə gözəl. Fidel eşitdiyində çox sevinəcək. Biz də bunu arzu edirik. Ancaq bu, sözdə qalmaz da gercəkləşə bilərsə bir məna qazanar. Bunun üçün konkret bir niyyətiniz varmı?
AMERİKALI Olmazmı? Var şübhəsiz. Yaxşi niyyətlərimizi sübut etməliyik ilkin. Yaxşi niyyətin ortaya qoyulmasıyla başlar hər şey.
CHE Siz daha böyük bir ölkəsiniz. Bu sizə düşər ilk növbədə. Düşmənliyin iki ölkəyə də fayda verməyəcəyini biz də bilirik. Hər kəs işinə baxmalı, elə deyilmi? Biz onsuz da üstümüzə düşəni edirik.
AMERİKALI Elədirsə niyə sərhəd xarici edirsiniz məni?
CHE Bunu bilmirsinizmi?
AMERİKALI Bilmirəm. Hörmətli Nazirim, anlamıram. Necə ola bilər belə bir şey?
CHE Jose Martı adını eşitdinizmi heç?
AMERİKALI Eşitməz olarammı? O sizin və Güney Amerikanın ən böyük şairlərindəndir. Zövqlə oxudum şeirlərini. Çox bəyənirəm.
CHE Bir az daha diqqətli oxumanızı məsləhət verirəm. Baxımsızlıkçı tərəfini yaxşi qiymətləndirməlisiniz Martının.
AMERİKALI Jose Martı ilə mənim sərhəd xarici edilməm arasındakı əlaqələndirməyi çox anlaya bilmədim doğrusu.
CHE Doğrudur. Anlamadığınız üçün də bu hadisəni lazım olduğu kimi qiymətləndirə bilmirsiniz. Jose Martını anlamış olsaydınız əgər, daxili işlərimizə əsla kimsəni qarışdırmayacağımız həqiqəti də qavrayardınız. Bu mövzudakı vasvasılığımızı anlamalısınız ölkə olaraq. (Susma) Ya da anlamazdan gəlirsiniz.
ALEİDA (Girir) Hörmətli Nazirim, yetişməniz lazımdır aerodroma.
CHE Təşəkkür edirəm.
(Aleida çixir)
AMERİKALI Haqqımdakı qərarı dəyişdirmənizi məsləhət görürəm. Çox xoş qarşilamayacaq Amerikan höküməti bu tətbiqinizi çünki .
CHE Bu tip qərarları tək başima almıram. Hərtərəfli müzakirə edilmiş bir partiya qərarıdır. Şübhəsiz fəaliyyətləriniz bir-bir tökülmüşdür ortaya və mövzu elə müzakirə edilmişdir. CIAin agentləri əsla qarmaq atmayacaqdır bu ölkədə. Ancaq irəlidəki davranışlarınız bu qərarlarımızı yenidən gözdən geçirməmizi müəyyən edər. İzah edə bildimmi?
AMERİKALI (Ayağa qalxır) Məni qəbul etdiyiniz üçün təşəkkür edirəm sizə. (Gülür, ancaq kinlə) Bunu heç unutmayacağam. Qətiliklə görəcəksiniz qarşilığını.
(Che də ayağa qalxır, sıxır əlini. Amerikalı çixir)
XIII
Liderlər Arasında Görüş Ayrılıqları Qaçınılmazdır
CHE (Cəzair radiosunda danışmaqdadır) Bugьn dünyadaki gəlinən nöqtədə Amerika Birləşmiş Dövlətləri ilə Sovetlər Birliyi, yerr kürəsinin paylaşmasında razılaşmışlar. Bu vəziyyətdə üçüncü dünya ölkələrinin birlik və həmrəyliyindən başqa bir çixar yol qalırmı bizlərə?
KASTRO (Əsəbi, qışqırır) Qınadı Sovetlər Birliyini. Halbuki onlardan başqa kim kömək edir bizə? Yoxlanmamış bir gücə əsla icazə verə bilmərəm. Kimsə ağızına gələni söyləyə bilməz. Bu Che olsa belə!
XOR
Cəzair dönüşü Che ilə iki gün bağlandı bir otağa Fidel,
Nəyi müzakirə etdiklərini bilmək çoxmu çətin?
(Parlamentdə danışmaqdadır Fidel)
KASTRO Cəzair dönüşü Cheylə iki gün bağlandıq bir otağa. O mənim dostum, yoldaşim və də yoldaşim. (Əlindəki məktubları göstərir) üç məktub buraxdı Che. Biri mənə… məktubu məlumatınız olsun deyə oxuyuram. (Oxucu) Fidel… Dünyanın başqa ölkələri mənim mütəvazi səylərimin yardımını istəyir. Mən sənin Kubaya olan məsuliyyətinin sənə imkan vermədiyi bu şeyi edə bilərəm. Ayrılmamızın zamanı gəldi. Bunu acılı və sevincin qarışığıyla etdiyim bilinsin. Burada mənim qurucu ümidlərimin ən safını və sevdiklərim arasında ən sevimli olanı... buraxıram və məni övladi kimi mənimsəyən bir xalqı buraxıram. Bu mənim ruhumdan bir parça qoparmaqdır. Yeni döyüş sahələrində, mənə vermiş olduğun inancı, xalqımın inqilabçı ruhunu, vəzifələrin ən müqəddəsi olan harada olursa olsun imperializmə qarşi döyüşüm vəzifəsini yerinə yetirmə duyğusunu daşiyacağam. Başqa göylər altında son saatım gəldiyində mənim düşüncəm bu xalq və əsasən də sən olacaqsan. Öyrətdiklərin üçün və hərəkətlərimin ən son halına qədər bağlı qalmağa çalisacagim, məsləhətin üçün sənə təşəkkür etdiyimi, inqilabımızın xarici siyasəti ilə hər vaxt eyniləşəcəğimi və bunu sürdürəcəyimi, sonumun gəldiyi hər hansı bir yerdə Kubalı bir inqilabçı olmanın məsuliyyətini daşiyacağımı və elə davranacağımı, uşaqlarıma və arvadıma maddi heç bir şey buraxmadığımı və bundan üzüntü duymadığımı , əksinə sevindiyimi, onlar üçün heç bir şey istəmədiyimi çünkü Dövlətin onlara yaşamağa və təhsil almaları üçün lazım olan hər şeyi verəcəyini bilirəm. Hər zaman zəfərə qədər. Ya vətən ya ölüm! İnqilabçılığımın olan atəşiylə qucaqlayıram səni…
Che.
(Castro əlindəki məktubu diqqətlə qatlayır və kürsünün üstünə buraxır. Böyük bir səssizlik)
CASTRO (Duyğu yüklüdür. Yumruğuyla dəstəkləyərək) Che! ge!.. və!.. ra!.. Che!.. ge!.. və!.. ra!..
MİLLƏT VƏKİLLƏRİ (Qatılırlar) Che! ge! və! ra! Che! ge! və! ra!
(Yer göy inləyir sanki )
XIV
Bolivyada Otuz Doqquz Yaşinda Sonlanan Həyat
CHE
Bir dəfə daha
Qıçlarımın arasında
Donkişot’un atının
qabırğalarını hiss edirəm.
Yenə əldə qalxan
yollara düşürəm.
(Celia və Ernesto oxumaqdalar Chenin özlərinə yazdığı məktubu. Celia və Ernesto yaşlanmış əldən düşmülər artıq. Bu vaxt səhnədə Che və yoldaşları gəzməkdədilər)
CELİA Sevimli qocalar! (Bir-birlərinə baxarlar) Yenə topuqlarımın altında Donkişotun atı Rosinantenin qabırğalarını hiss edirəm, qalxanım qolumda, yollara düşürəm. Bundan təxminən on il öncə sizlərə başqa bir vida məktubu yazmışdım. Xatırladığım qədəriylə daha yaxşi əsgər və daha yaxşi həkim ola bilmədiyimə üzülürdüm. İkincisi artıq məni maraqlandırmır, əsgər olaraq isə elə də pis deyiləm. Daha cox təcrübəm, Marksizmin məndə kökləşməsi və saflaşmasından başqa özümdə heç bir şey dəyişmədi. Qurtuluşları məzmununda savaş edən xalqlar üçün tək bir çözüm yolu olaraq yalnız silahlı mücadilə yöntəminə inanıram. Sözlərimdə də cox qərarlıyam . Çox adam mənə macəraçı deyəcək və eləyəm də, ancaq fərqli bir tipdə və inandığı doğruları göstərmək üzrə postunu ortaya qoyanlardanam.
Bu səfərin sonunda ölüm ola bilər. Onu axtarmıram, ancaq ağılçı ehtimallar gətirə bilər belə bir sonu mənə. Elə olsa, bu son qucaqlaşma olsun. Sizləri çox sevdim, ancaq sevgimi dilə gətirə bilmədim. Hərəkətlərimdə son dərəcə qatıydım və bəzən məni anlamamış olduğunuzu sanıram. Digər yandan məni anlamaq asan da deyildi. Yalnız bugün olsun mənə inanın. İndi sənətçi zövqüylə parlatdığım bir iradə, zəif qıçlara və yorğun ciyərlərə dəstək olacaq. Bunu bacaracağam. Hərdənbir iyirminci yüz ilin bu kiçik komandirini xatırlayın.
Celianı, Robertonu, Juan Martın y Patotini, Beatrrizi və hamınızı öpürəm. İnadçı oğlunuz sizləri böyük sevgiylə qucaqlayır.
Che
(Celia və Ernesto əllərini uzadırlar bir-birlərinə. Ernestonun gğzündən yaşlar axmaqdadır səssizcə)
XV
CHEin HƏYATI BİTİRMİ, YOXSA YENİDƏNMİ BAŞLAYIR?
XOR
Saçını qısaltdı Che,
Saqqalını da kəsdi,
Panama geyinib
Bir iş adamına döndü.
Başqa insandır artıq,
Uçdu Meksika City’ə,
Görüşdü igid Danayla
Copacapana Oteldə…
İki qoldan girəcəklər
Bolivya cəhənnəminə.
Kəndçiləri razı salıb
İnqilabı edəcəklər!
CHE (Səsi mikrafondan) On iki Noyabr min doqquz yüz atmış altı. Saçlarım seyrək olmasına baxmayaraq tez uzanır. Başimdakı ağ saçlar isə saralıb azalır. Saqqalım da uzanır. Bu gedişlə iki aya qalmaz köhnə halıma dönərəm.
RADİO (Oldukca xışıltılı) Kəndçilərr, inanmayın onlara. Çünkü onlar dörd öküzünüzün ьüçünə, iki evinizin birinə əl qoyacaqlar… İçlərində Kubalılar, Meksikalılar və bir çox ölkədən xainlər var. Bir Argentinalı gürzə ilanı da geçmiş başlarına, sözüm ona Bolivyanı işgala cürətləndirirlər, əsla bacara bilməyəcəklər bunu. Yetər ki siz oyanıq olun, yeməksiz və susuz buraxın bunları. Güçlü ordumuzu gözləyin. Çox yaxında dəmir yumruğumuz enəcək təpələrinə.
CHE (Səsi mikrofondan) On üç Noyabr. Bu gün bazar. Bir neçə ovçu, düşərgəmizin yaxınından geçdilər. Əslində işçi bunlar. Gənc və bekar dağlılar. Tam silah altına alınacaq adamlar. Əfəndilərindən nifrət edirlər çünkü. Təhlükə yarada biləcək şeyləri saxlamaq üçün bir dəhliz qazmağa başladıq. Bu dəhlizi mümkün ola bildiyincə budaqlarla örtməyə və rütubətdən qorumağa çalisacagiq. Dəhliz dərhal qazıldı. Tunelin istehsalı başlayır. La Bazdan xəbər yox.
XOR Bugün on yeddi Fevral. Hilditacığımın doğum günü.
CHE İyirmi altı Fevral. Rio Grandeyə çatmaq üzrə yolumuza davam etdik. Sonunda çaya çatdiq və sahilində bir kilometr qədər yeridik… Daha sonra qayalara dırmaşmaq məcburiyyətində qaldıq… Tamamilə əldən düşmüş Benjamin kürək зantasıyla baş edə bilmirdi. Əlli metrə qədər dırmaşdığında sürüşkən bir qayaya rast gəldi və suya düşdü. Axıntı o qədər güclüydü ki sürükləndi suda . Rolando Benjaminin olduğu yerə qədər üzdü amma o çoxdan itib getmişdi sularda.
XOR İyirmi yeddi Fevral. Telefon əlaqəsi yaxşi gedir. Çay sahilindəki qayalara dırmaşmaqla geçen çətin bir günden sonra Rositaya çatdiq.
CHE On altı Mart. Atı kəsib yeməyə qərar verdik. Çünkü heç yeməyimiz qalmadı.
XOR On yeddi Mart. Hələ döyüşməyə başlamadığımız halda ikinci bir tragedya yaşadıq. Carlos bir girdaba tutuldu, onu itirdik.
CHE İyirmi səkkiz Mart. Radio büllütenlərində davamlı xəbərlər. Bu xəbərlərə görə l20 kilometr diametr bir sahədə iki min adam tərəfindən əhatə edilmişik.
XOR Aprel ümumi dəyərlənləndirmə. Dağlarda gəzməmizə baxmayaraq hələ Jaoquin ilə əlaqə qura bilməməmiz çox pisdir.
CHE İyun ayı ümumi. dəyərlənləndirmə Kəndçilərin hərəkətimizə qatılmayışının təsiri özünü hiss etdirməyə davam edir.
XOR İyul ayı ümumi dəyərlənləndirmə . Joaquinlə və çöllə hələ əlaqə qura bilmirik. Tanış yaşlı kəndçilərin bizi qarşilamalarında ümid verici gəişmələr sürməklə birlikdə, kəndçilərin hələ bizə yanaşmadığı da ortada.
CHE Avqust ayı ümumi qiymətləndirmə. Şübhəsiz ən pis ay. Hələ heç kimsəylə əlaqəmiz yox. Hələ də kəndçilərin bizə qatılmasını təmin edə bilmədik. Əhvalımız qədər əfsanəmiz də puç olur. Dərman və hər cür vəsaitimiz haradasa bitdi.
XOR Sentyabr ayı ümumi dəyərlənləndirmə . Əslində bu ay toplanıb birləşməmiz olacaqdı. Amma Julio, Miguel və Coconun ölməsi hər şeyi pozdu. Leonu da itirdik. Astma böhranlarım yenidən başlamazsa yaxşi olacaq. Ordu fəaliyyətini yaxşica artırdı. Kəndli kütləsi isə bizə əsla kömək etmir. Üstəlik müxbirlik də edirlər. Edilməsi lazım olan iş isə buradan bir an əvvəl xilas olub daha əmin bir yer tapmaqdır özümüzə...
CHE Yeddi Oktyabr. Bugün artıq 11 ay oldu mücadiləyə başladığımız.
(Che və yoldaşları gəlir, qalırlar. Kəndli qadınlar, kişilər… Bütün qadınlar səliqəsiz və pis geyimlərinə baxmayaraq, başlarındakı panamalarıyla, bir az da qorxuyla baxmaqdadırlar Che və yoldaşlarına.
CHE – Məni tanıyırsınızmı ?
KƏNDLİ QADINLARDAN BİRİ –(Tədirgin)Sən Chesin !
DİGƏR QADINLAR – Che...Che ..
KİŞİLƏRDƏN BİRİ – Həkimsən ...amma..
CHE –Amması nə ? Qorxursunuzmu bizdən ? Qarxmayın , söyləyin.Sizin üçün gəldik buralara .Daha gözəl həyat qurasınız deyə.
KİŞİLƏRDƏN BİRİSİ – Che ..
CHE – Qarnımızın doyması gərək .Bir dana istəyirik sizdən .Bir də ayrıca su ..(yanındakına) Ödəyin nə qədər edəcəksə . Elə bu saat.(Adamın cıxartdığı pulu alır uzadır )Alın...Niyə almırsınız ? (Bir qadının əlinə dürdüt pulları ) Haqqımızda söylənənlərin hamısı yalan .
Qadın pulları alır .Digərləri də çəkinərək uzaqlaşirlar Uzaqdan Che və dostlarını izləməyə davam edirlər
Birdən silahlar atılmağa başlayır. Sanki hər yerdən atəş edilir üstlərinə. Neyə uğradıqlarını anlaya bilməmişlər belə. Chenin yoldaşlarından çoxunu vururlar. Bəziləri yaralanmışdır. Yerdə can çəkisməkdədirlər. Bir ikisi kaçmağı bacarır. Che yerə yatmış, tüfəngini rast gələ odlamaqdadır. Tüfəngdə güllə qalmamış olmalı ki ,tapançasını çixardir. Tapança açılmır nədənsə .. Fırladıb atır silahı əlindən. Səssizlik. Kəndlilərin çasmis və qorxu dolu baxışları altında hər bir yandan əllərində silahlarıyla əsgərlərin başları görünür öncə . Əsgərlər narahatlıqla irəliləyirlər. Yaralıları anında öldürürlər. İki əsgər qorxa qorxa yaxınlaşar Chenin yanına. Canlı olduğunu görən əsgər atəş etməyə hazırlaşir)
DİGƏR ƏSGƏR Dayan! Bu Che!
(Bu xəbərdarlığa qarşi, Əsgər atəş edib qıçlarından vurur Cheni. Sonra yaxınlaşirlar yanına. Tutub qollarından qaldırırlar. İki partizan daha tutulmuşdur)
EHTİYAT ZABİT (Gəlir) Məktəbə götürün.
(İkisini ayrı bir sinifə , Cheni tək başina bir sinifə salırlar. Tam qarşida bir lövhə. Ortanı boşaldırlar. Bir kürsünü tam orta yerə yerləşdirərlər. Əllərini bağlayaraq Cheni oturdarlar bu kürsüyə. Yaralı qıçlarını sarımamışlar belə. Qadınlı , kişili kəndlilər səssizcə gəlib izləirlər Cheni. İşıqlar sönür. Yenidən işiqlandığında, Che əlləri bağlı olaraq bir kürsüdə oturmağa davam etməkdədir və qan sızmaqdadır qıçlarından. Ehtiyat zabit qapının yanında, ayaq üstə içməkdədir. Bir vertolyot səsi eşidilir. Gedərək yaxınlaşmaqdadır səs. Kəndli qadınlar, kişilər və əsgərlər havaya doğru baxırlar. Vertolyot enmiş olmalı ki hər kəs oraya yönlənir . Bir az sonra öndə üst Rütbəli Zabit və arxasında da Amerikalı görünürlər. Amerikalı və üst Rütbəli Zabit üz tutaraq sinifə girərlər. Che və Amerikalı göz gözə gəlirlər)
ÜST RÜTBƏLİ ZABİT Bəli… Engerek ilanı bu işdə!
AMERİKALI Tanıdınmı məni?
CHE Tanıdım.
AMERİKALI Gözel. (Yaxınlaşar yanına. Tüpürür Chenin üzünə) Nifrət edirəm Jose Martıdan! İyrənirəm ondan, səndən iyrəndiyim qədər.
CHE Bunu o zaman da bilirdik.
AMERİKALI Peşmansanmı məni sərhədindən xarici etdirdiyinə?
CHE Nə qədər haqlı olduğumuzu indi daha yaxşi güşünürəm. Murdar, alçaq CIA agenti səni! Səni məzlum xalqların cəlladı səni!
ÜST RЬTBELİ ZABİT (Sürətlə gəlir üstünə və üzünə tüpürür) Səni engerek ilanı səni!
(Che də onun üzünə tüpürür)
AMERİKALI Çixaq Hörmətli Komandirim.
(Çıxırlar yanından. Amerikalı qapıda gözləməkdə olan Ehtiyat zabitə əliylə, öldьrmesini işarə edər Cheni. Bir başqasına da digər ikisini öldьrmesini işarəylə bildirər Amerikalı. Ehtiyat zabit Chenin, digəri də görünməyən iki adamın sinifinə girərkən üst Rütbəli Zabit və Amerikalı irəliyə doğru yeriyib gözləyirlər. Che ilə Ehtiyat zabit göz göze gəlirlər. Ehtiyat zabit tapançasını çəxardir. Vura bilməz Cheni. O biri sinifdən silah səsləri gəlir. Aydın olan onlar artıq öldürülmüslər)
CHE Vursana ! Vur haydı vur!
(Ehtiyat zabit çölə çixir)
AMERİKALI (Hirslənər Ehtiyat zabitə) Niyə? Niyə?
ÜST RÜTBELİ ZABİT (Ehtiyat zabitə) Dövlət Başçimız Rene Barientosun buyruğudur!
(Ehtiyat zabit yenidən girir içəriye. Silahını istiqamətləndirir Cheyə. İşıqlar sönür birdən. Bir neçə dəfə silah səsi eşidilir. İşıqlar yenidən işiqlandığında səhnənin qarşisında Chenin öldürülmüs halı, nəhəng bir ekranda əks olunmaqdadır. Yerdə isə yatmaqda olan Che. Bu nəhəng fotoşəkil oyunun sonuna qədər, bir dəyişmə keçirmək şərtiylə, qalacaq)
XOR
Çantasından nə çixdi Chenin?
Mustafa Kamalın Nitqi… Nazimin şeirləri…
Və bir neçə roman…
Comandante Ernesto Che Guevaranın cəsədi, sanki bir ov gənimətiymiş kimi nümayiş edildi günlərcə.
Ən pisi də Che, daşindırıcı və qorxuducu bir təbliğat təsiri yaratmaq məqsədiylə, bütün adət və ənənələrə zidd olaraq, gözləri bağlanılmadan gömüldü
XVI
Chenin Çocuklarına Məktubudur
Uşaqları … Chenin məktubu ən böyük qızı Hildanın əlindədir.
HİLDA (Oxucu məktubu) Sevimli uşaqlarım Hilda, Aleida, Camilo, Celia və Ernesto. Əgər bu məktubu oxumanız lazım olsa bunun səbəbi sizlərin arasında ola bilmədiyimdəndir. Məni güc-bəla xatırlayacaqsınız, ən kiçiyiniz isə heç xatırlamayacaq. Atanız düşündüyü kimi hərəkət edən bir adam idi və qətiyyətlə bağlıydı inanclarına. Düşmənlərimizə qarşi mücadilə etmək üçün əlimdən gələni etmək üçün uzaqlara getdiyimi və bu səbəblə çox zaman sizlərdən uzaq qaldığımı bilməlisiniz. Bu, böyük bir şey deyil ancaq bir şey bilirəm. Mənim sizinlə qürur duyduğum kimi sizin də hər vaxt atanızla qürur duyacağınızı biləcəyinizə inanıram. Məktəbinizdə ən yaxşilar arasında olmaq üçün çox çalismalisiniz. Sizin yaşinızdaykən mən belə deyildim. İnsanın insana düşmən olduğu fərqli bir cəmiyyətdəydim. Halbuki siz indi başqa bir çagda həyat imtiyazına sahibsiniz. Yaxşi bir inqilabçı olaraq yetişin. Təbiətə suveren olmağı mümkün edən texnikanı öyrənməyə səy göstərin. İnqilabın dəyərli olduğunu və bizlərin tək başimıza heç bir dəyərimizin olmadığını əsla unutmayın. Hər şeydən əvvəl də dünyanın hər hansı bir yerində hər hansı bir adama qarşi edilən hər hansı bir haqsızlığı, daim və ürəyinizin ən dərin yerində hiss edə bilin. Bu, bir inqilabçının ən gözəl xüsusiyyətidir. Balalarım, sizi bir-birimizi görməyəcəyimiz bütün zamana çatacaq qədər sevgiylə öpür və qucaqlayıram.
Atanız…
(Qızı Hilda və digərləri, birlikdə)
CHEə AĞI
Qara qaşlı, qara gözlü
Atamız bizim, canımız.
Getdi gedər gəlməz artıq,
Atamız bizim, canımız.
Özünü heç düşünməzdi,
Atamız bizim, canımız.
Yoxsulların yoldaşi idi,
Atamız bizim, canımız.
Qadınların sevgilisi,
İnqilabın göz bəbəyi
Mindi atına da getdi,
Atamız bizim, canımız.
Bir əfsanədir artıq o
Atamız bizim, canımız.
Nəsillər tərəfindən duyulacaq
Atamız bizim, canımız!
(Qarşi ekrandakı öldürülmüs Che fotoşəkili, yaşayan bir Che fotoşəkilinə dönmüşdür. Oyunun bitiməsinə qədər də elə qalacaq fotoşəkil)
XVII
Ah Kapitalizm Ah!
Bir dükan. Che köynekleri , Che hədiyyəlik əşyaları, Che fincanı, portret və fotoşəkilləri. Hətta balaca Che heykəlcikləri… Satıcı müştərilərə satmaqdadır.
XOR
Kapitalist hiyləgər səni!
Nə alçak bir sistemsən sən!
Ticari maldır artıq Che!
Sənə qarşiykən belə!
Utanıb sıxılmazsanmı?
Üzpərdənmi cırıldı?
Bazarlarda, tükanlarda,
Satarsan Cheni belə!
Boşaldarsan içini,
Nostaljiyə sığınaraq!
Kapitalist hiyləgər səni!
Nə alçak bir sistemsən sən!
SON OYUN
Üç ata, doğulacaq körpəni həyəcanla gözləməkdədirlər. Ata sayı nə qədər çox olurssa daha yaxşi olar.
XALQ
Salam
Bir az sonra bir körpə
Xoş gələcək dünyaya!
Bir bağırtı eşitdirəcək
Salam verəcək hamımıza!
XOR
Körpə körpə gəl artıq,
At səs küylər, gözləmə!
Qızmı yoxsa oğlanmı?
Ürək dözərmi buna?
(Səssizlik davam edir . Bir inqəəə eşidilir. Bir tibb bacısı əlində bir körpəylə gəlir. Atalardan birinə uzadar körpəni
XALQ
XOŞ GƏLDİN DÜNYAMIZA
Xoş gəldin dünyamıza
Səfa gətirdin bizə!
Xəbərsizdin hər şeydən
Bəyəndinmi dünyamızı?
Açlıq toxluq, gecə gündüz,
Varlıq ,yoxluq, dayaq zulüm,
Qadın olmaq ayrı dərddir
Böyü alış sən bunlara!
Dəyənək, işgəncə, darağacı,
Küçələrdə güllələnmə
Susuzluq yaman dərddir
Böyü alış sən bunlara!
Kuşpalazı və boğmaca,
Qara çiçək və qızdırma,
İşsizlik və iş qəzası
Böyü alış sən bunlara!
İnfarkt və ya xərçəng
Yüksek təzyiq və də şəkər
Astma və daha nə qədəri
Böyü alış sən bunlara!
Qaranlıqlar düşdüyündə
Ay işiginda parlayan
Üsyan, xəyanət və danlaqlar
Böyü alış sən bunlara!
Nağılları ilan olan,
İlanlarıdırsa düşmən,
Bəyəndinmi bilinməz ?
Amma gəldin, xoş gəldin!
(Hər kəs rəqs edir)
BİRLİKDƏ
Uzatmayacağıq sözü
Sözün özü , özün sözü:
Biri yeyər biri baxsa?
Qiyamət bundan qopar!
Əsl sual bu hiylədir
Göstəbəklər çilədədir!
Dəyişməli bir an öncə,
Dəyişməzsə davam edər!
Əgər Sülh istənirsə,
Qalxsın o an zidiyyət!
Barışıq səslənirsə
Üzə çixsin Həqiqət!
(Arxa arxaya qulaqları kar edən körpə ağlaması , bağırtısı . İki tibb bacısı iki körpəylə gəlir. - Tibb bacısı və körpə sayı nə qədər çox olsa o qədər yaxşi olar - Atalara uzadırlar körpələri)
BÜTÜN OYUNÇULAR
Bu bir bayraq yarışıdır,
İllərcə dalğalanacaq!
Dəyişməzsə nə olar?
Bir Che gedər, min Che gəlir.
SON
l4 Aprel 2007, Sarıgerme/Dalaman,Bodrum, İstanbul.
Cevrim yapti Gulnare Leman
Dostları ilə paylaş: |