TÜrk xalqlari folkloru IV kitab altay dastanlari və ƏfsanəLƏRİ baki – 2016 Redaktoru: fil. ü. f d. Əfzələddin ƏSGƏR



Yüklə 1,55 Mb.
səhifə6/14
tarix24.04.2017
ölçüsü1,55 Mb.
#15714
1   2   3   4   5   6   7   8   9   ...   14

AK-BÖKÖ1 OĞLU KAN-TACİ
Ak-bökönün bir oğlu vardı, işıqlı dünyada yaşayırdı. Onun arvadı Altın-Sudurun2 görücüsü idi, var-dövlətin gəlirini-çıxa­rını qabaqcadan söyləyirdi. Bir gün yerin altın­dan, Koron-talay çayının dibindən üç çulmus çıxdı. Böyük çulmus dedi:

– Urkütey-Mürkütey xanın alaçığına gedirəm.

Ortancıl çulmus dedi:

– Optolmo-Bitalma xanın alaçığına gedirəm, ürək-ciyər yeyəcəyəm.

Kiçik çulmus dedi:

– Yer üzündə Kara-bökö(Ak-bökönün atası) ilə Ak-bökö yaşayır, onların çoxlu adamları var. Mən onların adamlarını yeyəcəyəm.

Ortancıl çulmus yeddi il ərzində cavan qayınağacı kimi böyüdü. Kiçik çul­mus silkinib qara milçəyə çevrildi, uçub gəl­di alaçığın tünnükündə oturdu, dedi:

– Əvvəllər Kara-bökö canlı-cüssəli idi. İndi başı ağarıb, dişləri tökülüb, qo­ca­lıb.

Çulmus Ak-bökönün tünnükünə yapışıb baxdı. Qızıl axu­run yanında ağ-boz at dayanmışdı. Milçək fikirləşdi: “Onun diş­ləri olanda ata oxşayırdı; atın onurğası o zaman oynaqsız (fəqərələri dirək kimi bütöv, düz) idi”. Milçək tünnükdən ba­xanda gör­dü ki, Ak-bökö qızıl şirenin üstündə uzanıb üzü bu yana (aru qurub – bura baxaraq) yatıb. Çiyinlərində heç bir qü­suru yoxdur, qırmızı bədəni görünmür, qırmızı daş kimi uza­nıb. Ölməyə canı, böyüməyə yaşı yoxdur. Kiçik çulmus oturub baxır; onun ürəyi qorxudan alovlanır. Abakay3 Altın-Sudur oca­ğın başında4oturub qunduzun, susa­mu­ru­nun dərisini kəsir, mandık-torko5 ti­kir. O, gəlir-çıxarı qabaqcadan xəbər verir. Çulmus fikirləşdi: “Yəqin, bu, elə Altın-Su­dur Abakay­dır?” Ak-bökö geri çevrilib dedi:

– Ey, qızıl masanı qoy, ulum-çikır yeməyi gətir.

Altın-Sudur qızıl masanı gətirib onun qarşısına qoydu, sonra gedib ulum-çikır yeməyi gətirdi. Ər-arvad oturub ye­məyə başladılar. Kezer çulmus tünnük­dən enib oca­ğın başına fırlanmağa başladı; gah aşağı endi, gah yuxarı qalxdı, külə çevrilib (otunq kubal poozı) ora-bura süzdü, uçub Altın-Su­durun qaşığına düşdü. Altın-Sudur bunu görmədi, qaşığı ağ­zına aparıb yeməyi uddu, dedi:

– Qarnıma nə oldu, birdən niyə ağrıdı?

Sonra yenə dedi:

– Vay, qarnım, vay, qaraciyərim, vay, içalatım.

O, əyilib uzandı. Ak-bökö dedi:

– Nə oldu, mənim aldığım?

Adamlar onun əl-qolunu tutub saxladılar, hamı narahat oldu. Adamlarının içində çox tanınmış kam Kalaşı gətirdilər. Kalaş-kam şamanlıq edirdi. Uç-Kurbustan-Kuday­dan cəza gön­də­rildiyini düşünən Ak-bökö şamanın təklifi ilə üç eyni ağ-boz atını qur­ban kəsdi. O, Altaydan, torpaqdan, sudan (yer suu) dərd-bəla gəldiyini düşünüb üç eyni qan-kürən atını da qurban kəsdi. Düşünəndə ki, bu dərd-bəla tayqadan, dağlardan gəlib, üç kəmənd atını da qurban etdi. Altın-Sudur çırpındı. O, altı gecə yatıb yeddinci gün öldü. Ak-bökö öz abakayını qucağına alıb dəhşətlə ağladı. Onun atası Kara-bökö yerin altından çıxıb dedi:

– Ölənlə ölünməz. Elə adət yoxdur, belə adət var ki, ölənin sümükləri bas­dı­rılmalıdır.

Ak-bökönü onun bədənindən ayıranda ayaqlarından tuturdu, ayaqlarından ayıran­da bədənini qucaqlayırdı, deyirdi:

– Onunla birlikdə öləcəyəm.

Kara-bökönün oğlunu heç cür kənara çəkə bilmirdi­lər. O, oğlunu yeddi sajınlıq dəmir dayaqla (temir tayak) vurdu. Ak-bökö huşunu itirdi. Al­tın-Suduru qızıl-gümüş tabuta qoydular. Bu tabutda o, qışda donmayacaq, yayda çürü­mə­yə­cəkdi. Sü­mükləri apa­rıb Toştu-tayqada basdırdılar. Ak-bökö özünə gəlib oturmuşdu. Ka­ra-bökö dedi:

– Gərək ki, bizim alaçığa yetkep1 çulmus gəlib. Deyəsən, burda bizim Kudaydan göndərilən cəza yoxdur. Yeddi gün ər­zində abakayın sümüklərinə yaxın getməyin, iz açmayın. Eh­tiyatla yaşayın. Deyəsən, sizin alaçıqda yetkep-çulmus var.

Kara-bökö qaranlıq dünyadakı evinə, öz alaçığına getdi. Ak-bökö atasını din­lə­mə­yib səhər-axşam arvadının sümükləri­ni ziyarətə getdi. Yeddi gündən sonra abakay dirilib qızıl-gü­müş tabutun üstündə oturdu, başını qaşımağa başladı. O, otu­rub sağ tərə­fin­dən saçlarını darayır, yenə oturur, sol tərəfinə to­xunmurdu. Ak-bökö bunu görüb atını cəld atası Kara-bökö­nün yanına çapdı. O, Kara-bökönün qapısına çatıb dedi:

– Altın-Sudur-Abakay dirildi. Gedim, onu gətirim.

Kara-bökö dedi:

– Kalak, kokıy! Sən demə, bizim alaçığa çulmus gəlib. Qoy, özü gəlib döyüşsün, sən də onun yanına getmə!

Ak-bökö atını geri çapdı; bir nəfəsə Toştu-tayqaya qalxdı, dedi:

– Yoldaşım (nökör), aldığım, sən necə dirildin?

Qadın dedi:

– Nə üçünsə birdən dondum. Məni kiy2 tutdu.

Ak-bökö qarını tərkində oturdub öz alaçığına gətirdi1. Ak-bökö soruşurdu:

– Altın-Sudur, abakayım, indi bir yerin ağrıyırmı?

Qadın, əvvəlki kimi, qazanda yemək bişirir, inəkləri sağır, çeqen2 qaynadır, arakı çəkirdi. Bir dəfə o, inəkləri sağıb qayı­dan­da gördü ki, Kara-bökönün qapısında iki uşaq oynayır. O, diqqətlə baxmağa başladı; onlar Ak-bökönün uşaqları idi. Onun (Altın-Sudur-abakayın) dünyaya gətirdiyi cəmi iki uşaq – kiçiyi oğlan idi. Qadın onları görən kimi dedi:

– Vay, içalatım. Vay, qaraciyərim!

O, vedrəni yerə atıb qapıya tərəf süründü. Arvad ocağın başında oturub yeri eşməyə başladı:

– Vay, qarnım, vay, qaraciyərim.

Ak-bökö soruşdu:

– Hansı yeməyi yesən sağalarsan?

Ak-bökö yerə uzanıb ağlayırdı:

– Hansı yemək-içməklə sağalarsan?

Qadın dedi:

– Hər şeyi deyərdim, bircə ölüm olmasın.

Ak-bökö dedi:

– Mənə demək istəmirsənsə, kimə demək istəyirsən?

Saxta Altın-Sudur dedi:

– İki uşağımın ürək-ciyərini yesəm, sağalaram. Bunları ye­məsəm, ölərəm. Bunu yuxarıdakı Kuday belə buyurub: “İki­miz rahat yaşayacağıqsa, mütləq belə (yeni) uşaq­lar qazanacağıq.

Ak-bökö əmr edib iki bökösünü qara-qura fikirlərlə uşaq­ların dalınca gön­dərdi:

– Ata-anamdan soruşmayın, iki uşağı kəsib ürək-ciyərini bura gətirin.

İki bökö göy kimi guruldayıb, dəmir kimi cingildədi. On­la­rın gözləri qanla doldu, qaşları çatıldı. Kara-bökö onların qar­şısına çıxıb soruşdu:

– Uşaqlar hara getdilər?

Pəhləvanlar cavab verdilər:

– Bizi Ak-bökö göndərib, əmr etdi ki, uşaqların ürək-ciyərini aparaq.

Kara-bökö dedi:

– Ey, ey, mənim bahadırlarım! Bizim torpağımıza, obamı­za, alaçığımıza çulmus gəlib. Biz onun əlindən necə xilas ola bilərik?

Bahadırlar guruldamağa başladılar; daş-qayaları qılıncla iki böldülər. Kara-bökö cavab tapa bilmədi; geri çəkildi. Kara-bökönün arvadı (abakay) çıxıb dedi:

– Ey, bökölər! Niyə başınızın (əmgəyinizin) böyüyü (ya­laqa), ürəyinizin başı (ör­koş) xanınızın sözlərini eşitmir­siniz? Niyə ağlamağa, yalvarmağa məcbur edir­si­niz?... Siz öz xanınız uğrunda ölərsiniz də....Hə, burda nə var ki?

Bökölərin gözündən yaş axmağa başladı. Qadın onları öyrətdi:

– İki tayqıl iti öldürüb ürək-ciyərini onlara aparın! Bu, doğrudan da çulmusdursa, ürək-ciyəri yeyib sağalacaq. Yox, Altın-Sudur-abakaydırsa, öləcək.

İki tayqıl iti öldürüb ürək-ciyərini çıxardılar, apardılar. On­lar əti qara tunc qazana tökdülər, bişirdilər, yağını ayırıb qı­zıl kasaya qoydular, bir kasaya da ürək-ciyər, qan doldurdu­lar. Altın-Sudur oturub ürək-ciyəri yedi, yağı içdi, dedi:

– Qarnım da, ürəyim də yumşaldı, sağaldım.

O, yenə də qazanda yemək bişirib, çeqen qaynadır, mal-qara sağırdı. Bir gün sonra yenə inək sağanda gördü ki, uşaqlar oynayırlar. Yenə donquldanmağa baş­la­dı:

– Vay, qarnım, vay, qaraciyərim.

O, ocağın başında oturub yeri eşirdi. Ak-bökö soruşdu:

– Sənə nə oldu, aldığım? Kim rahat, kim əzabla yaşayacaq?

Ak-bökö oturub ağlayırdı, soruşdu:

– Hansı yemək-içməkdən sağalarsan?

Qadın dedi:

– Bətnimdən doğulan iki uşağa yazığın gəlir. Yaxşısı bu­dur, mən ölüm. Özün qıy­ma­dığın iki uşağını yedirib doydurarsan.

O, çevrilib torpağı cırmaqlamağa başladı. İki bahadır hara getdi? Onları çağırt­dır­maq lazımdır; o, bədənini baş barmağı boyda kəsib doğrayır, qanını qaşıqla axıdırdı, bü­tün oynaq sü­müklərini kəsib ayırdı, torpağa basdırdı, iki başqa temir bö­könü uşaq­la­rın dalınca göndərdi:

– Ata-anamdan soruşmayın, iki uşağı kəsib ürək-ciyərini bura gətirin. Əmrə tabe olmasanız, sizə ondan çox zülm edərəm.

Dəmir bökölər göy kimi guruldayıb Kara-bökönün qapıs­ı­na gəldilər, soruş­du­lar:

– Uşaqlar hardadır? Tez olun, onları bura gətirin!

Qara polad qılınclar qayaları ikiyə böldü. Kara-bökö onla­rın qarşısına çıxdı, da­ya­­nıb onlara yalvardı:

– Bizim ömrümüz bitib. Siz bizim ürək-ciyərimizi çıxarıb aparın!

– Susun!

Bökölər bunu deyib onun üstünə atıldılar. Kara-bökönün arvadı çıxıb de­di:

– Mən çətin sağ qalaram. Eşidin sözümü. İki tayqılı kəsib ürək-ciyərini aparın. Bu uşaqları çulmus yeməkdənsə, çöllərdə dolaşıb ölməkləri daha yaxşıdır.

Bökölər tayqılları kəsib ürək-ciyərini aparanda Kara-bökö­yə, arvadına dedi­lər:

– Uşaqları heç kimə göstərməyin!

Bahadırlar getdilər. Onlar qara tunc qazanda ürək-ciyəri qaynatdılar, piyini-yağı­nı ayırıb iki kasaya qoydular. Çulmus oturub ürək-ciyəri yedi, üstündən də bir kasa yağı içib dedi:

– Qarnım, qaraciyərim yumşaldı.

Arvadı abakay sağaldı. O, artıq çeqendən arak çəkir, inək­ləri sağır, əvvəlkindən daha da yaxşı iş görürdü.

Qoca Kara-bökö ilə qarısı ağlayırdılar; gündüzlər uşaqları gizlədir, gecələr buraxırdılar. Onlar bir kisə dolu kurut1 ilə pış­tak2 hazırlayıb uşaqları çölə buraxdılar. Kisənin birinə qurut ilə yağ, o birinə ediqey-bıştak yığdılar, uşaqlara dedilər:

– Mal-qaradan uzaq olun; harda insan görsəniz, kənar gə­zin. İlxı görsəniz, minməyin, at görsəniz, oturub sürməyin, ala­çıq görsəniz, yanından ötün, içəri girməyin.

Böyük bacı qardaşının əlindən tutmuşdu, oba-tayqanı aşdı­lar, öz altaylıların­dan uzaq­laşdılar, çöl-biyabanda dolaşmağa başladılar. İki kisə qurut, pıştak qurtarmışdı; ağızlarına qoyma­ğa bir tikə də qalmamışdı, daha gedə bilmirdilər, taqətdən düş­müş­­dü­lər, güclə gedirdilər, ac idilər, ağlayırdılar, deyirdilər:

– Ey, hər şeydən uca Uç-Kurbustan, bizi yaratmaqdansa, kaş ki, yaratmasaydın! Belə ata-ana bizi dünyaya gətirmək­dənsə, gətirməsəydilər yaxşı idi.

Qardaşı dayandı, irəli gedə bilmədi. Onlar oba-tayqanı aşan­da da edesi3 onu çiy­ni­nə alıb keçirmişdi. İndi qardaşını apar­mağa onun da taqəti qalmamış­dı. Bacısı dedi:

– “Bu”. Bu, nə işgəncədir?

O, acı-acı (açu-koron) qışqırdı:

– Ey, hər şeydən uca Uç-Kurbustan, bizi belə bədbəxt ya­ra­dınca, kaş ki, yarat­ma­yay­dın. Niyə bizi ana qucağından ayırdın?

Onların qışqırığından sonra yer üzü qırmızı dumana bü­rün­­dü; elə bir duman gəldi ki, nə atın qulaqları, nə də ay, günəş gö­rün­mədi. Dumanın içindən ananın döşləri görün­dü. Uşaqlar döşləri əmməyə başladılar. Onlar çox acmışdılar, indi doydu­lar, ətə-qana dol­du­lar. Qırmızı duman çəkildi, ananın döşləri gözdən itdi. Onlar əl-ələ tutub yola davam etdilər; Altayı fırlanıb, yer üzünü dolandılar. Altay (een) boşalmışdı; heç bir canlıya rast gəlmədilər, gözlərinə yeməyə bir şey dəymədi. Yenə də ac-yalavac gedir­di­lər. Bir alaçıq görsəydilər, girərdilər, mal-qara görsəydilər, yanına gedərdilər. Qar­da­şı irəli gedə bilməyib dayandı; bacısı onu çiyninə alıb bir Altayı da keçirdi. Artıq qar­da­şı­nın ölümü yaxınlaşmışdı. O, gözlərini qaldırıb baxanda bir az aralıda yetmiş yeddi bu­caq­lı qızıl tayqanın parladığını gördü:

– Bircə bu tayqanın ətəyinə çatsaydıq...

Bacısı qardaşını çiynindən yerə qoyub özü də yarımcan halda irəli getdi. Bə­də­nin­də azca titrəyiş, çox az həyat əlaməti qalan, ürəyi lap zəif döyünən qardaşı çölün ortasında qaldı. Qızcığaz zor-güclə yavaş-yavaş sürünüb qızıl tayqaya çatdı. O, dağın başından baxıb kol kimi sıx dayanan mal-heyvanı, qara meşəyə bənzəyən camaatı gör­dü. Qızıl tayqanın ətəyində gü­müş-qızıl örqö gözə dəyirdi, qapının yanında qızıl at axu­ru vardı, qızılı tüklü ağ səmənd at axura bağlanmışdı. Kızıçaqım1 aşağı, dağın ətəyi­nə doğru irəlilədi. O, qızıl örqönün qapısına yaxınlaşdı, qapını aralayıb içəri girdi. Qızıl şiredə ömrünün axır yaşlarını yaşayan (ak buru çak) bir adam uzanmışdı. Onun yanında bir qarı oturmuşdu. Bu xan soruşdu:

– Belə gözü odlu, kürəyi qanlı, kimsən sən, bala?

Qoca soruşur, qızcığazım cavab verə bilmirdi. O oturmuş­du, aramsız çeçəyirdi. Bir­dən dedi:

– Mənim atam Ak-böködür. Kara-bökö babamdır. Onlar bizi çöldə dolaşmağa buraxıblar. Alaçığımıza çulmus girib.

Xan qalxıb oturdu, dedi:

– Ova gedəndə biz Ak-bökö ilə bir yerdə gecələmişik. Kim bilərdi ki, onun oba­sı­na fəlakət üz verəcək (çak sarınqan). Yazıq el-oba məhv olub zərər çəkdi.

Bu xan uşağı götürüb törə qoydu. O, uşağın ağzına qaşıqla süd tökməyə başla­yan­­da qızcığaz içmədi, oturub ağlamağa baş­ladı, dedi:

– Mənim bircə qardaşım var, çölün ortasında qalıb, ürəyi çox zəif döyünürdü. İndi ölmüş olar.

Xan dedi:

– Mənim balam, niyə bayaqdan demirsən?

O, alaçıqdan çıxıb yəhərsiz atı mindi, gedib qızın qarda­şını qucağında gətirdi. Oğlanın ağzına qaşıqla süd tökdü. Uşaq uzanıb gecəni yatdı; səhər yavaş-yavaş onun bədəninə hərarət gəldi. Artıq gözlərini açıb baxırdı. O, iki-üç gecədən sonra ar­tıq çöqöçeydə süd içirdi. Uşaqlar burda doyunca yedilər, gəzib oynadılar. Bu, qızıl tüklü ağ səmənd atlı Altın-xan idi. Səhər Altın-xan oturub dedi:

– İki uşağın dalınca çıxıram. Qoy, dördü bir yerdə oyna­sınlar. İki uşaq da yuxarı­da Uç-Kurbustanın yanındadır; Uç-Kur­bustan onları yedirdir. Kulqur1 Erlik arvadının doğduğu uşaqları həmişə ora aparır.

Altın-xan çəmən kimi geniş tərlikləri, artaşı atın üstünə qoydu, altmış düy­mə­li qızıl çümü geyindi, doxsan doqquz düy­mə­li zirehi əyninə keçirdi, araqay-saadakı çiy­nin­dən aşırıb al­maz polad ağ qılıncını qurşağına bağladı, ayağını üzəngiyə qoyub üç təkanla atı mindi, üç Kurbustan-Kudayın yanına yollandı.

Qızıl tüklü ağ səmənd at yuxarı dünyada Uç-Kurbustan-ku­daya dua edəndə yalını yerə sərdi, Altın-xan da dizüstə çök­dü. O, qızıl örqöyə daxil oldu. Uç-Kurbustan dedi:

– Hansı ehtiyacına görə gəlmisən?

Altın-xan cavab verdi:

– İki uşaq tapmışam, yaşayıram, yeyib-içirəm. İstəyirəm, burdakı uşaqları da apa­rıb onlara birləşdirəm.

O, uşaqların birini qucağında saxlayıb o birini tərkinə aldı. Uşaqları götürüb gəl­di. Altın-xanın indi iki böyük qızı ilə iki balaca oğlu vardı. O dörd uşağı birləşdirib oy­na­mağa buraxdı. Bu uşaqlar bir yerdə oynayır, onları ata-ana deyib çağırırdılar. Onlar da uşaqları sığallayıb əzizləyirdilər.

Bir gün yerdə tapılan oğlan ağlaya-ağlaya gəldi. Altın-xan dedi:

– Mənim balamı kim döyüb?

Yerdə tapılan oğlan dedi:

– Ayağım yerə yapışır, camaatın arasına çıxa bilmərəm. Oğlun bacıma söz atır.

Altın-xan onu dilə tutub geri qaytardı:

– Ay bala, ay bala!Ağlama! Pis düşünmə, o, heç nə etməz!

Onlar yenə dördü də birlikdə oynamağa başladılar. Səhəri gün Altın-xanın öz oğlu ağlaya-ağlaya gəldi. Altın-xan soruşdu:

– Mənim balamı kim döyüb?

– Sənin azğın, sahibsiz oğlun bacıma söz atır.

– Pis düşünmə, o heç nə etməz! Nədən şikayətin var?

Altın-xan onu da dilə tutub geri qaytardı. O dedi:

– Camaatım, adamlarım gəlsin!

Yaxın adamlarının yanına elçi göndərib əmr etdi:

– Çay boyda şərab çəkilib tayqa boyda ət doğransın! Uşaq­­larıma məclis qurulsun!

Bulud kimi qarnı piyli heyvanlar kəsildi, buur yunu kimi saçaqlı ət doğrandı. Yerdə tapılan oğlana öz hörüklü qızını ver­di, öz oğluna da yerdə tapılan qızı aldı. Altın-xan toy etdi, məc­­lis qurdu. Onun yaxın-uzaq adamları özlərinə bir aylıq ye­mək apar­dı­lar. Onlar firavanlıq, bolluq içində yaşadılar.

Yerdə tapılan oğlan Altın-xanın yanına gəlib dedi:

– Atam, anam, heyvanın yunu, insanın adı olur. Niyə mə­nə ad qoymursunuz?

Altın-xan yenə camaatı yığıb məclis qurdu, yirqal1 etdi:

– Yaxşı olsun, pis olsun, adını özüm qoyacağam.

Öz oğlu barədə dedi:

– Qoy böyük olsun!

O, hər şeydən uca Uç-Kurbustan-kudaydan soruşub otur­du, dedi:

– Qoy öz oğlum ağ xallı atlı Ak-Tadi olsun. Yerdə tapılan oğlumun minəcəyi at ağ ilxımdan doğulsun; eremikdən2 qan-kürən Erdine (Erdine-kan-eren) doğulsun; qışda qırov basma­sın, yayda tərləməsin; qan-kürən atlı Kan-Tadi3 olsun.

Kan-Tadi altmış sajın kəməndi əlinə alıb getdi. O, ağ ilxının içində gəzişməyə başladı. Belə gəzəndə altı dişli boz bir ayğır kişnəyib qaçdı. At qaça-qaça dedi:

– Minəcəyin at mən deyiləmmi?

Kan-Tadi onu sığallamağa başlayanda atın dərisi soyuldu. Kan-Tadi dedi:

– Bu, necə heyvandır? Başı, beli tamam çürüyüb?

Bu dəfə yeddi dişli kürən ayğır qaçıb dedi:

– Minəcəyin at mən deyiləmmi?

Kan-Tadi onun yalını, quyruğunu tumarlamağa başladı. Atın dərisi qopdu, dedi:

– Bu necə heyvandır, beli, onurğası çürüyür?

O, əlində altmış sajın uruk bir az da irəli keçib qoca aduçi1 ilə qarşılaşdı. Kan-Tadi so­ruşdu:

– Ağ ilxını otaran ak saqaldu aduçi, minəcəyim atı görməmisən?O harda gəzir?

Aduçi dedi:

– Bilmirəm, bala. Burda bir kürən eremik var, yeddi ay tapdayıb əzəcək, doq­quz ay ağrı çəkəcək. Tapa bilmirəm. Bu ilxılarda başqa sənə layiq minəcəyin at yoxdur.

Kan-Tadi bu atı eşidib ağ ilxının bu başından o başına dolanıb axtarmağa başladı. Adamların yanından da ötüb onun qara tayqadan ötən izini tapdı. Bir tayqanın başında yanmış iz2 gördü. Sumer-Ulan dağlarının ətəyində Suttep gölün qırağında kürən eremik uzanıb doğurdu. Kan-Tadi dedi:

– İndi ona necə yaxınlaşım ki, məni görməsin?

O, iki ovcunu yuxarı tutub yada3 etdi. Qasırğa qopdu, qum boranı başladı. O, bir yarpağa dönüb madyanın yanına endi; Suttep gölündə üzməyə başladı. Kürən-eremik qan-kürən at doğdu. Kürən madyan dayçasını arxasına salıb Sumer-Ulan tayqasına gir­di. Bahadır dayanıb dayçanı tutmağa bir şey tapmadı. O, Suttep gölünün dibinə endi. Sut­tep gölünə çevrilib ləpələndi. Kan-Tadi soruşdu:

– Sumer-Ulan tayqasının dağılacağını bilirsən? Sut gölün quruyacağını da bilirsən? Bir dəfə gəlib bir udum içsən necə olar?

Qan-kürən madyan dayçası ilə Sut gölün qırağına geri qa­yıdıb boğazacan su içdi. Kan-Tadi əlində altmış sajın uzun­luğunda qara kəmənd tutub gözləyirdi. O dedi:

– Bu, minəcəyim atdırsa, qara kəmənd onun nazik boy­nuna üç dəfə do­lan­sın. Yox, minəcəyim at bu deyilsə, gedib çə­mənliyə sərilsin.

Kəmənd üç dəfə dayçanın nazik boynuna dolandı. Bahadır Sud gölünə dirənib çıxdı. O, söykənəndə dib söküldü. Dayça bahadırı kəməndlə dartıb irəli çapdı. Ba­hadır atın ardınca Su­mer-Ulanın içinə girdi. Sumer-Ulan tayqası ikiyə parça­lan­dı; day­ça bahadırı arxasınca sürüyüb daha da irəli qaçırdı. Bahadır kəməndi qara daşa bağ­ladı; qara tayqa azca qalxıb dağıldı. Bir az da getdilər; bahadır kəməndi Altın-Çoqor-terek qovağa bağ­ladı, ağacın gövdəsinə söykənib oturdu. Qara kəmənddən üç tel qırıldı, altı tel tab gətirib qırılmadı. Altın-Çoqor1 qovağın göv­dəsi temene iynəsi boyda nazik­lə­şib dayandı, daha nazilmədi.

Cavan dayça nəhayət ki, geri baxıb dedi:

– Bu uçkan2 oğlan kimin oğludur belə?

Bahadır cavab verdi:

– Altın-xanın yerdə tapılan oğluyam.

Dayça dedi:

– Kürəyini bir az da parçalasaydım.

– Səni cavan dayça bilib yavaş dartdım. Möhkəm dart­saydım, bolçek3 başını qopa­rar­dım.

Bahadır dayçanın başını kəməndlə döndərib arxasınca apardı. Əlində qızıl qoltuq­ağacı, qızılı kürk geyinmiş bir qoca onlara yaxınlaşıb dedi:

– Dayan, dayan, bala! Altın-Çoqor qovağın ətrafında ardıc çubuğunu yandırıb on­dan daha bir kürk, bir də yaş (ömür) istə. O, sənin ömrünü, ölümünü bilir!

Qoca bir göz qırpımında yoxa çıxdı. O, ağ Çolmona dönüb göyün üzünə qalxdı. Ba­ha­dır altı yerdə san1 qaladı, altı dəfə qızıl qovağa baş əyib onun başına dolandı, so­ruş­du:

– Ölümədək ömrüm uzundurmu? Ölüm vaxtı möhkəmdirmi?

Kan-Tadi dua etdi:

– Ana, qızıl qovaq, Altın-Çoqor! Hər şeydən uca Kuday, deyin.

Göydən yanar alov kimi bir yalbırak2 düşdü. Yarpaq ağ mək­tuba dönüb yerə endi. Ağ fərman alan bahadır baxdı. Yar­paq sabur (biçik) məktubuna döndü, oxunması asan­laşdı. Söh­bət ölümdən, həyatdan gedirsə, eremik madyandan doğulan Kan-erendən so­ruş­sa, heç olmasa ömrünün sonuna neçə il qal­dı­ğını bilər. Bahadır hələ də dayanıb dua edirdi. Göydən bir yarpaq da düşüb kuler-artaşa, tokuma, kecimə, qızıl-gümüş yü­yə­nə çevrildi. O, hələ də dizüstə çöküb dua edirdi. Göydən daha bir yarpaq da düşüb his kimi qapqara zirehə, altmış altı düy­məli qızıl çümə çevrildi. O, sanın başına üç dəfə do­la­nıb diziüstə dua edirdi. Bir yarpaq da düşdü; qara ox-yaya, almaz polad ağ qılınca, quru ku kimi nizəyə çevrildi. Bahadır dayça­nın üstünə çəmən kimi geniş tərlikləri qo­yub qızıl-gümüş yü­yə­ni taxdı. Qalxıb tunc artaşı da gətirdi, dayçanın üstünə qoy­du; dayça dördillik at oldu; ara-ara (olıy seliy) otuz qayışaltını çəkib bərkitdi, dayça altıillik ata çevrildi, quşqunu taxanda dayça yeddiillik at oldu. Dəmir zəncirdən altmış altı düy­mə­li kürkün qolları torpaqda qərq oldu3. Bahadır çağırdı:

– Uç-Kurbustan-kuday, sanki bunu, yəni bu ağır zirehi qisasdan yaratmısan.

O, almaz polad ağ qılıncını qurşağına bağlayıb qara ox-yayı çiynindən aşırdı. Aya­ğı­nı üzəngiyə basıb üç təkanla qal­xıb oturdu, getdi. Bahadır Kan-eren atdan soruşdu ki, onun qıdığı gəlirmi. At dedi:

– Hə, bu məni bir az qorxudur. Ox-yayını möhkəm tut, üzəngiyə möhkəm bas.

Bahadır qamçinı atın ombasına vurdu. Kan-eren şahə qalx­dı. Yuxarı dünya görün­dü. At dikələndə bahadır aşağı ba­xıb qaranlıq dünyanı gördü. Dırnaqları ilə yeddi Alta­yın qatla­rını (kırtış) qoparan at sərtləşib göylə yerin arasında dayandı.

Kan-Tadi yalnız indi özünə gəldi. Yerə söykənən qara zireh indi dizləri ilə bəra­bər oldu (bahadır zirehdən böyük ol­muşdu). Bahadırın əmgəyində saçlarının görün­mə­sinə mane olan ox-yay indi çiyinlərinin arasından çıxmırdı. Kan-Tadi ere­mek madyandan doğulan Erdine-kan-ereni o yan-bu yana tər­pətdi, atın iki qabaq ayağı sanki havada rəqs edir, arxa ayaqları yorğa gedirdi; at başını, gözlərini qabırğalarına sürtürdü. Baha­dır öz camaatını, adamlarını salamlayıb gedirdi. O, öz ağ il­xısını dolanıb Altayın bu başından o başınadək gəzdi. Arvadı oturub mahnı oxuyurdu. Böyük bacısı da oxuyurdu:

– Bizi əmizdirən anamızı tamqa çulmus yedi! Bizi yedirən atamızı tamqa çulmus yedi! Bədbəxt ata! O, elə ölmüş kimidir?

Onlar oturub oxuyurdular: “Yazıq obamızı tamqa çulmus yedi” deyirdilər. Çoxdan unu­dulmuş bu hadisə yenidən Kan-Tadinin yadına düşdü. O, gedib qızıl axurun yanında atdan düş­dü, atı bağladı, qızıl örqöyə girdi, qızıl şiredə yatağa uzan­dı, göz yaşları gölə döndü; o, uzanıb ağlayırdı. Aldığı arvadı soruşdu:

– Nəyə belə heyfsilənirsən?Niyə belə tutulmusan, məni alan yarım?

Arvadı ondan bir söz ala bilmədi. Bahadır uzanıb ağla­yırdı. Arvadı alaçıqdan çıxdı; ata-anasının, Altın-xanın yanına yüyürdü. Kan-Tadinin arvadı dedi:

– Balanız, kürəkəniniz Kan-Tadi niyə belə tutulub (ka­rıktıqan)? Siz böyüksü­nüz, bəlkə gedib soruşasınız?

Altın-xan, qoca ilə qarı çıxıb gedib baxdılar ki, Kan-Tadi qızıl şiredə üzüüstə uza­nıb ağlayır. Dedilər:

– Nə olub sənə belə ağlayırsan? Niyə belə tutqunsan? Bala, kü­rəkən, açıq de. Belə məyus olma, mənim balam, səni dinləyirik.

Kan-Tadi dedi:

– Babam Kara-bökönü, atam Ak-bökönü, anam Altın-Su­duru tamqa çulmus yeyib! Atamın öldüyü torpaqlara gedə­cə­yəm, onunla birlikdə öləcəyəm. Anamın öldüyü torpaqlara ge­dəcəyəm, onunla birlikdə öləcəyəm. Öz Altayınızda yaşayın, öz işinizi görün. Mən ölənlər uğrunda öləcəyəm, tələf olanlar uğrunda tələf olacağam. Mənə xeyir-dua verin. Arvadım Ere­men-çeçen, evimizə yaxşı bax.

O, alaçıqdan çıxıb qara ox-kamanı çiyninə aşırdı, ağ almaz polad qılıncı qurşağına, yanmış meşə kimi qapqara oxları qoy­duğu oxdanı belinə bağladı, qupquru ağac kimi nizəni əlinə al­dı, ayağını üzəngiyə basıb üç təkanla Erdine-kan-eren atı min­di, yola düş­dü. O, vüqarla gedirdi, iti gedirdi. Yortma çapıb öz Altın-çoqur ağacının yanına çatdı, üç yerdə əlini torpağa di­rəyib, üç dəfə dua etdi, dedi:

– Kudayım Uç-Kurbustan, sümüklərimi öldüyüm yerə qoyarsanmı? Sən bil!

Yarpaq kimi sabra-biçik yerə düşdü. Kan-Tadi götürüb baxdı, fərmanda deyi­lirdi:

– Ölən can, artan ömür, eremikdən doğulan Oktorqoyun ba­lası Erdenit-kan-eren at­dan asılı olan, onun məsləhətindən çıxma!

Bahadır dizüstə çöküb üç dəfə dua etdi. Atını minib getdi. O, ağ Altayın ətəyi ilə yort­ma çapırdı. Atın arxasında tez-tez tappıltı eşidilirdi; atın ağzını dartıb geri çevirəndə dayanıb gördü ki, Ak-Tadi ağ xallı atda gedir. Ak-Tadi dedi:

– Kan-Tadi! Atın ağzını çək, dayan. Hara gedirsən, yestem1?

Kan-Tadi dedi:

– Ata-anamı yeek-çulmus yeyib. Ata-anamın sümüklərinə baxmaq istəyirəm.

Ak-Tadi dedi:

– Axı, biz səninlə birlikdə oynaya-oynaya böyümüşük, yeste. Mən səndən ayrıl­sam, elimə-obama necə qayıdaram?

Kan-Tadi dedi:

– Yeste, dayan, dayan. Ata-ananı yedirt (yəni evdə qal, get­mə). Tələf olanlarla tələf olacağam, ölənlərlə öləcəyəm.

O, üç dəfə Ak-Tadini dilə tutub evə göndərməyə çalışsa da, bacarmadı, dedi:

– Belədirsə, onda bu ağ tayqada uzanıb mən qayıdanadək gözlə. Ölsəm, yeek-çul­mus izimlə geri qayıdıb Altın-xanın yur­duna gələcək. Sən də burda onu gözləyib vu­ru­şar­san. Bur­da, ağ tayqa dağlarında uzan. Onu öz yurduna buraxma.

Kan-Tadi buradan tək yola düşdü. O, atasının yetmiş yeddi silsiləli ağ tayqasına gəl­­di, gördü ki, arxa-xalqın, daşlı-qayalı də­rələrdə ağ ilxının sayı azalıb. Atasının ağ-boz atı axurun ya­nın­da dayanıb. O qana bulaşmış kimi görünürdü (bağırsaqdan iba­rət), san­ki qan-kürən at dayanıb. Bahadır qara milçək donuna gi­rib babasının tünnükünə qon­­du, dinləməyə başladı. Babası ilə nə­nəsi külə bulaşıb oturmuşdular. Sonra o, uçub atası Ak-bökönün tün­nükünə yapışdı, gördü ki, alaçığın içi tör-töküntüdür. Baxıb gördü ki, atası çulmusun qucağında uzanıb yatıb. Atası oyanıb üzünü ocağa çevirdi, çulmusla yaşadıqca özü də çulmusa dön­müş­dü. Atasının ürəyində1 sarı ilan vardı. Kan-Tadi oturub ilbi-tarmı atdı. İlbi-tarmının kömə­yilə o, atasının içində yatan sarı ila­nı dartıb çıxartdı, cibinə qoydu. Atası Ak-bökönun huşu özünə qa­yıtdı, durub oturdu, baxmağa başladı. O, alaçığın içinə baxıb dedi:

– Mənə nə olub belə?

Sonra alaçıqdan çıxıb camaata, ağ ilxıya baxdı, gördü ki, onların sayı azalıb. Qana bulaşmış (bağırsaqdan ibarət) ağ-boz atını da gördü. Kezer çulmus dedi:

– Sən niyə dala-qabağa gedirsən? Yenə sənin huşun dağı­lıb, bir yerdə durmur?

Kan-Tadi sarı ilanı Ak-bökönün üstünə tulladı. Ak-bökö yenidən çulmus arva­dı ilə qucaqlaşıb yatdı. Arvadı dedi:

– Dünən sən gedib ürək-ciyər gətirmişdin, bu gün mən ge­dib gətirəcəyəm. Ağ-boz atı yəhərləyib mənə ver.

Ak-bökö yəhərlə tokumu götürüb alaçıqdan çıxdı, dedi:

– Ağ-boz atı yəhərlədimmi?

Arvadı dedi:

– Yəhərlədin.

Çulmus arvadı alaçıqdan çıxıb ağ-boz atı mindi, ağ ilxı ilə arxa-xalqı axtarmağa getdi. Atası Ak-bökö ağ şiredə uzan­mış­dı. Kan-Tadi atasının içindəki sarı ilanı dartıb çı­xartdı. Ak-bö­kö alaçığın içinə baxıb oturdu, çox təəccübləndi:

– Mənə nə olub belə? Alaçığımda, yurdumda nə baş verib?

O çıxıb bütün Altayını gözdən keçirdi. Ağ ilxısını gördü; ağacların arasında bir-iki baş tərpənirdi. Arxa-xalqı, görünür ki, daş-qaya arasında sıxışmış vəziyyətdə yaşayır­dı. O, alaçığa qayıt­dı, altmış sıralı ağ şerdekə üzüüstə uzanıb ağlamağa başladı. Bir azdan Ak-bökö qalxıb ocağın kənarında oturub ağladı. Kan-Tadi ocağın ayağına enib oturdu, öz cildinə girdi. Ak-bökö qışqırdı:

– Ködök!


O qalxıb çarpayının baş tərəfinə qaçdı, orada gizlənmək istədi. Kan-Tadi dedi:

– Qorxma, Ak-bökö, atam!Gəl, yanımda otur. Mən sənin əvvəllər ürək-ciyərini yediyin iki övladından biriyəm.

Ak-bökö qışqırdı:

– Kalaqay(kalak) koron! Mənim balam!Sən niyə bura gəlmisən? Madam ki, əldən düş­müşəm, ölənlərlə birlikdə ölə­cəyəm. Qoy məni yeek-çulmus yesin.

Onlar belə oturanda birdən tappıltı səsi gəldi. Kimsə bayır­dan dedi:

– Ak-bökö, çıx bayıra. Mən ürək-ciyəri (yəqin ki, mal-qaranın, adamların) yığıb gə­tir­mişəm.

Ak-bökö qalxa bilmədi; yerində oturub ağlamağa başladı. Kan-Tadi dedi:

– Abıdamın1 gətirdiyini mən də ala bilərəm.

Kan-Tadi belə deyib alaçıqdan çıxdı. Çulmusumun qorxu­dan ürəyi düşdü. Kan-Tadi dedi:

– Ey, abıda, mən də ala bilərəm.

Yeek-çulmus ağ-boz atı bir tərəfə çəkdi, at da dayanıb qu­laq­larını qısmışdı. Kan-Ta­di çulmusun yaxasından yapışdı, çə­kib atdan yerə saldı. Çulmus silkinib tayqa boyda Kezerə çev­rildi. Onlar yaxalaşıb bir-birinin başından tutdular, ağ çəmən­liklərdə güləş­di­lər; bərk torpaq dağıldı, bir-birlərini tay­qaya söykədilər, dağların özünü belə torpaqdan sil­dilər. Çaylara ya­xın­laşdılar, çayları qurudub dibində dolaşdılar; bir-birlərinə qalib gə­lə bilmədilər. Onlar bir qaydada yıxılıb, bir qaydada qalxdılar. Kezer çulmusun yapışıb çək­diyi hər yerdən alov qı­ğılcımları çıxırdı. Yuxarıdan aşağıya bahadır Kan-Tadini alov yan­dırır, aşağıdan yuxarıya zəhər püskürürdü. Bahadır bu həra­rətə dözə bilmədi. Onun ayıq-sayıqlığı tükəndi, sarı ilanı ağzına qoydu. Kan-Tadinin burnundan qızmar isti daşlandı, ağzından od püskürdü; onun dolaşdığı yerdən zəhərli çay qaynayıb coşdu, əli ilə tutduğu yerdən alov dilləri çıxdı. O, çülmusla çulmus kimi döyüşürdü artıq. Onlar aylarla, illərlə vuruşdular, bir-birlərinə qalib gələ bilmədilər. Tamqa çulmus artıq yeri qucaq­layırdı, pəhləvandan az tuturdu, taqəti tükənmişdi. Kan-Tadi merqen1 işlətməyi qərara aldı; o, karmak teqeni2 işə salıb düş­mənini çibinə tərəf dartdı. Kan-Tadi üç təkan­dan sonra çulmusu havaya qaldırdı, ona mavi səmanı(kok ayas) göstərdi, ağ bulud­ların arasında fırladı. O, temir çölün ortasına gəlib çulmusu ayağının altına atdı, onun başını boynundan ayırdı. Çulmusun qıpqırmızı (kızarqan kızık) bədəni uçub uzaqlaşdı, qızıl tayqa kimi göründü. Göy canavara çevrilən qırmızı qan dağların zirvəsinə doğru qaçdı. Kurmösə3 çevrilən sümüklər yüngül daş kimi oxuya-oxuya aşağıya, Erlikin yanına get­di­lər. Kızı edı4 dağlarda, daşlarda kırçın5 kimi böyüyüb yayıldı. Çulmusun qırmızı qanın­da qırmızı canı da vardı. Çulmus dedi:

– Səni tutub yeməsəm, yeddi babamın (yeddi nəsil) ətini yeyəcəyəm.

Kan-Tadi silkindi; qara xallı pələngə çevrilib göy cana­varın arxasınca qaçdı. O, ağ tayqa boyu göy canavarı qovub tuta bilmir, göy canavar da onun əlindən qaçıb canını qurtara bilmirdi. Ak-Tadi ağ tayqanın zirvəsində oturub Kan-Tadini gözləyirdi. Göy canavar(kok nori) dilini çıxarıb Ak-Tadinin qabağınca qaçırdı.

Ak-Tadi dedi:

– Onu oxla vurmaq istəyirəm. Yestem hansıdır?Çulmus hansıdır?

O, canavarı vurmaq istəyirdi, amma çaşıb qalmışdı. Çul­mu­sun ardınca ağzında-üzündəki qanı yalayan qara xallı pə­ləng qaçırdı. Onlar iki dəfə ağ tayqanı dolandılar; Ak-Tadi oxu­­nu atmadı. Göyün üzündə ağ Çolmon çildində dayanan Erdine-kan-eren baxırdı; at acı-acı kişnədi: onun dediyi aydın eşidildi:

– Niyə durmusan? Göy canavarı niyə vurmursan?

Nəhayət, üçüncü dəfə canavar qaçanda Ak-Tadi kaybır-yebe oxunu qoyub yayı çəkdi; elə bu vaxt göy canavar keçdi. Ak-Tadi oxu atdı, göy canavar üç yerə parçalandı. İndi artıq kezer-çulmusun ürəyi paralanmışdı.

Canavarı qovan qara xallı pələng dedi:

– Ak-Tadi, göy canavarı niyə parçaladın?

O, belə deyib Ak-Tadinin ardınca qaçdı; qara xallı pələng Ak-Tadinin bədənini tikə-tikə parçalayıb yeməyə başladı. Ak-Tadi Kan-Tadiyə yalvadı:

– Kalak kokıy, yeste!

Bu sözləri qara xallı pələng eşitmədi. Göydə dayanan qan-kürən Kan-eren at tarm oxuyub Kan-Tadinin içindəki sarı ilanı dartıb çıxartdı. Qara xallı pələng(kara çokur bar) yalnız indi özünə gəldi. Onun huşu özünə gələndə gördü ki, öz yestesinin bədənini parça-parça edib. Yeste Ak-Tadinin ürəyi çox zəif döyünürdü. Qara xallı pələng, yəni Kan-Tadi əsrlərlə-nəsillərlə dəyişməyən em-tom dərmanını onun yaralarına qoydu. Günor­ta vaxtı çatmamışdı ki, yaralar sağaldı. Kan-Tadi öz yestesini sağaltdı. İki dəli­qan­lı üz-üzə dayanmışdı. Qəzəbimizə səbəb olan qalib gəlmiş, kimə arzu edirdisə, o, məğlub olmuşdu. Ağ Altayın ortasından qapqara toz burulub qalxdı, yaxınlaşmağa baş­la­dı. Atası Ak-bökö ağ-boz atında gəlirdi, dedi:

– Mənim bədbəxt balalarım. Yeek-çulmusa qalib gəldilər. Qəzəbləndirən qalib gəldi, öldürmək istəyən məğlub oldu.

Onlar dedilər:

– Evə, evə!

Ak-Tadi dedi:

– Qalan mal-qaranı da qovub aparmaq lazımdır.

Kan-Tadi dedi:

– Qardaş, götürməsək yaxşıdır. Mən çulmusun artığı olan mal-qaranı götürmərəm.

Ak-Tadi dedi:

– Az olsa da, yığıb götürmək lazımdır. Çulmusdan nə qalıb ki, götürəsən?

Buradan ata-oğul irəliyə, Ak-bökönün yurduna getdilər.

Ak-Tadi gedə-gedə deyirdi:

– Qalanları yığıb götürmək lazımdır.

Yilab yılbas çay, ucsuz-bucaqsız göy Altay uzandıqca uzanırdı. Ak-bökö dedi:

– Mənim balam! Gəl, ötüşək.

Kan-Tadi razılaşıb dedi:

– Hə.

Onlar göy Altaya doğru qalxmağa başladılar. Qara duman buruıub qalxır, göy duman burulub yerə enirdi. Kan-Tadi dedi:



– Qoca atam geri qaldı?

O, geri dönüb baxdı; ağ-boz at qan-kürən atın yüyəni ilə bərabər(sduluk kulajip) qaçırdı. Kan-Tadi dedi:

– Doğrudanmı, atam belə istəyirdi?

Kan-Tadi qamçını qan-kürən atın sağ-sol yanlarına vurur­du. Toz yerdən göyə qalxır, göydən də yerə qayıdırdı. O, geri qa­yıdıb gördü ki, qan-kürən at ağ-boz atı bir boy qabaqlayıb. Onlar yortma çapıb ağ Altaya çatdılar. Ak-bökö atını saxlayıb dedi:

– Mənim balam, burda dayan!

Məlum oldu ki, bura ağ çöldür. Dedi:

– Hə, bax, burda biz səninlə güləşib gücümüzü sınayaq!

İkisi də atlardan düşdü; atların cilovunu kastapa1 qoydular. Ak-bökö dedi:

– Öz gücünə qızırğalanma! Nə gücün var, göstər!

Onlar açiy2 tutdular. Ak-bökö üç dəfə təkan verib Kan-Tadini yuxarı qal­dır­dı. Ona göy səmanı göstərib ağ buludlar ara­sında dolandırdı, gətirib yerə qoydu. Kan-Tadi yıxıldı, ayaq­ları dizəcən torpağa batdı. Elə bu vaxt Kan-Tadi Ak-bö­könü yuxarı qal­dır­dı. Ak-bökönün çiyinləri yerə dəymədi, o, ayaqları ilə dizəcən torpağa batdı. Kan-Tadi dedi:

– İndi heç yerə gedə bilmərəm. İndi gücüm nəyə çatar ki?

Ak-bökö dedi:

– Ağzını aç!

Kan-Tadi ağzını açdı. Ak-bökö onun ağzına üfürdü. Kan-Ta­di beş sajın məsafədə geri çəkildi, yıxılıb oturdu. O, oturanda çi­yinləri arasındakı məsafə bir sajın artdı; göz­lə­ri arasındakı məsafə bir qarış1 böyüdü. Ağ-boz at qan-kürən ata gücünün yarısını ver­di. Erdine-kan-erenin boyu bir sajına qədər artdı, quşqunu, qarınaltısı çatmadı; əlavə et­mək lazım gəl­di. Onlar evə getdilər.

Qızıl tayqanı dolanıb gəldilər. Bir-birinin ardınca üç qızıl örqö görünürdü. Mal-qara kol kimi, camaat qara meşə kimi sıx gözə çarpırdı. Altın-xan onların qarşısına çıxdı, dedi:

– Sönmüş ocaq alışdı, ölən dirildi.

Buludlar boyda ağ kazılı buurlar kimi yallı atlar kəsildi. Məclis qurdular. Geridə qa­lan Ak-Tadini unutdular. Üçü də içib kefləndi. Ağ xallı at Ak-Tadisiz qayıtdı. Üçü də so­ruşdu:

– Ak-Tadiyə nə olub?

At cavab verdi:

– Şodon çokur atlı Şokşulan Ak-Tadini öldür­dü. Mən qaçıb tınımı qur­tar­dım.

Kan-Tadi bunu eşidən kimi tərlikləri, yəhəri atın üstünə qoydu, qan-kürən atı necə gəldi yəhərləyib yola düşdü, dedi:

– Ata, ana, salamat qalın! Camaat, sağlıqla qalın!

Qamçını atın yalına vura-vura gedirdi. Ağ tayqaya qalxa­na­dək kefli idi, ayıldı. Tə­lə­sib atı yortma çapdı. O, teerbekli2 Te­mir-Tayqanı gördü; temir edirqen3 görünürdü. Yəhə­rin or­tasına çatanadək dərin, qara yol qazılmışdı. Kan-Tadi dayanıb kan-eren atdan soruşdu:

– Bu yol kimindir belə?

Kan-eren at dedi:

– Şokşulanın Temir-Tayqası alıpları gözləyir. Bu, altmış başlı Abra-Müüsün yolu­dur. Onun başı qalın iynəyarpaqlı meşəyə, buynuzları qılınca bənzəyir. Xan ordusunu gördüyünü düşünsən, bil ki, bu, altmışbaşlı Abra-Müüsdür. Bir başı oxu­yur, bir başı şamanlıq edir, bir başı kaylayır, bir başı fit çalır, cürbəcür səslər çıxa­rır­lar.

Kan-Tadi oturub gözlədi. Altmışbaşlı Abra-Müüs gəldi:

– Niyə tayqama girmisən, Tıin-yolonq1?

Bir-iki ağız söyüşdülər. Altmışbaşlı Abra-Müüs əlinin içi ilə Kan-Tadini vurdu. Mü­la­yim Kan-Tadi hirsləndi; o, qara po­lad ağ qılıncla daş-qayanı dağıdıb parçaladı, qı­lın­­cı altmış ba­şın birləşdiyi yerə vurdu. Altmış baş bütün yer üzünə səpə­lən­di. Abra-Müüsün bədəni yerdə çabalamağa başladı. Başlar­dan biri tullanıb qəhqəhə çəkdi:

– Bir vaxt gələr, götürərəm.

Kan-Tadi əlində qara polad qılıncı ilə başın arxasınca qaçdı. Qara baş gah tullanıb dağa, gah da çölə düşürdü. Kan-Tadi qılıncını ora-bura (anda-munda) çırpıb başı vurur­du. Dəmir çölün ortasında dəmir örqö göründü. Dəmir at axurunun yanında dəmir rəngli seyrəktük quyruqlu at dayanmışdı. Yumru baş dəmir örqönün qapısı yanında yerə düş­dü. Kan-Tadi atdan sıçrayıb düşdü, başı ayağı ilə dəmir qapının astanasına itələdi. Baş dığır­landı. Dəmir laylı qapını açan Şokşulan onun qarşı­sı­na çıxdı. On­lar bir-birinin ya­xa­sından, başından tutub çiyinlərindən itələdilər. Bir-birini yerə əydilər, üçillik vəhşi at kimi zingildədilər (çınqır). Bir-birini geri itələdilər; azğın dişi dəvələr kimi nərildədilər. İki alıpın səsi yeddi Altaya yayıldı; yeddi çay coşub daş­dı. Onlar ikisi də gah qalxır, gah yıxılırdılar. Yeddi ay ötdü, heç biri qalib gələ bilmədi. Artıq Şokşulan igidi tutmaq­dan çox yerə əyilirdi. Şokşulan acı-acı qışqırıb göydəki kudayını çağırdı:

– Məni yaradanda taleyimi Kan-Tadinin əlinə verməyi yazmışdın?

Göydən bir bütöv qurut, bir də yarım qurut düşdü. Bütöv qu­rutu Kan-Tadi Şok­şu­la­nın əlindən alıb yedi, yarım qurutu da Şok­şulan özü yedi. Kan-Tadinin qüvvəsi əvvəl­kin­dən iki dəfə, lap əv­vəlkindən on dəfə çox artdı. O, aldadıcı fənd işlədib yanlış tə­rəfə çəkdi; qarmaq fəndini işə salıb onu cibinə tərəf çəkdi. O, Şok­şu­la­nı qaldırıb göyü gös­tər­di, buludların arasında fırladıb də­mir çölün ortasına atdı, başını tapdalayıb boy­nun­dan ayırdı. Şok­şu­lanın axan qanı çaya, ağ sümükləri tayqaya döndü. Kan-Tadi dedi:

– Şokşulanın aldığı arvada gedib baxmaq lazımdır. Yaxşı qadın olsa, atama apa­ra­­ram, özünə arvad edər. Arıq qadın olsa, başını bədənindən ayıracağam.

O, örqöyə girib gördü ki, anası Altın-Sudur1 oturub. Onlar oturub salamatlıqdan, dinc həyatdan danışdılar.

– Mamır basmış yurdu dağıdıb ağ ilxını qovacağam, ca­maatı köçürəcəyəm.

Qoca Kara-bökö ilə arvadı çənələrini bağlayıb söhbət edir­dilər:

– İstəyirik sümüklərimizi öz Altayımızda basdıraq.

Sonra onlar ağ ilxını qovub camaatı köçürdülər. Kan-Tadi anası ilə öz Altaylarının parıltısını (Altay dınq keqeni) gördü. Anasının gözlərindən yaş axdı. Kan-Tadi dedi:

– Ana, nədən incimisən?

Anası Altın-Sudur dedi:

– Heç vaxt dinc yaşaya bilməyəcəyik. Şokşulanın ulduz kimi xallı atlı dayısı Ti­lan-koo yetmiş xanı özünə tabe edib onları vergi verməyə məcbur edir. Aşağı dünyada da altmış xanı özünə tabe edib. Nə aşağıda yaşayan Erlik, nə də yuxarıda yaşayan Kuday onu mühakimə etməyəcək. Buna görə biz dinc yaşaya bilməyəcəyik. Mən də bu­na görə ağlayıram. Yəqin par­ça-parça (kezek ke) yaşayıb parça-parça gecə­lə­yə­cə­yik.

Bu sözləri eşidəndə Kan-Tadinin ürəyi çırpındı, dizləri titrədi, dedi:

– Görünür, qorxulu dəliqanlıdır. Tez ağ sürünü sürüb aparaq.

Ak-Tadi at ilə onun qarşısına gəlib dedi:

– Ezen!


Görüşdülər. Evə gəlib atdan düşdülər. Altın-xan Ak-bökö ilə danışırdı:

– Salam, əziz balalar. Qəzəbləndiyinə qalib gələ bildinmi? İstədiyini ala bildinmi?

Kan-Tadi cavab verdi:

– Ak-bökö, atam! Sənin yanına bir nəfər gətirmişəm.

Kan-Tadi gətirdiyi Altın-Sudurdan soruşdu:

– Atama gələrsən?

Anası Altın-Sudur on dörd yaşlı gənc qıza çevrilib cavab verdi:

– Mən heç vaxt belə dişsiz adam görməmişəm. Getmərəm! Qoxumuş buğa iylə­məz, məcbur edilən buğa addım atmaz!

Ak-bökö dedi:

– Atanın (qılıncının?) altından keç!

O, ayaqlarını yerə döyüb guruldadı:

– Sən, tamqa, mənə yalvararsan. Əvvəllər sənin kimiləri əlimə su tökməyə layiq bil­məz­dim.

O, əlini atıb bir az kənardakı qılıncını çəkdi:

– Nə danışırsan, qurdlu arvad?

Kan-Tadi dedi:

– Dayan, dayan, Ak-bökö, atam. İstəməzsənmi, arvadın Altın-Sudur ortaya çıx­sın? Səncə, mən kədərlənmirəm? Yoxsa sən xətrimə dəymək istəyirsən? Düşünürsən ki, mən yaşayıb dərd çəkmirəm?

Kan-Tadi öz anasını tutub onu əsl görkəminə qaytardı, öz atası Ak-bökönün ya­nın­da oturtdu. Qoca dedi:

– Ah!


O, qadını qucaqlayıb titrədi. Ak-bökönün alaçığında hər gün məclis qurulub şad­lıq etdilər. Kan-Tadi dedi:

– Arxa-xalqım, insanlar, qoy şənlik edib sevinsinlər.

Kan-Tadi özü qış-yay şərab içdi, dedi:

Yəqin ki, Tilan-koo gələcək. Səhər-axşam başımdan çıx­mır. O gəlsə, mən burda öləcəyəm. Bundansa, özüm gedib onun yanında ölsəm yaxşıdır. Atalar, analar, mənə xeyir-dua ve­­rin! Atalar, analar, Altay Kuday, kömək edin!

Arxa-xalq ona xeyir-dua verib dedi:

– Sağ-salamat qayıt!

Ak-Tadi dedi:

– Mən səninlə birlikdə öləcəyəm!

O, atını Kan-Tadinin arxasınca çapıb ağladı. Kan-Tadi dedi:

– Yaşa, qoca ata-ananın sümüklərini basdır!

Ak-Tadi dedi:

– Atın sümükləri Altayı seçmir, igidin sümükləri torpağı seçmir.

Onun ardınca qaçan ata-anası ağlayıb dayandılar, ağ ilxı qaçıb uğuldadı.

Kan-Tadi dedi:

– Dayanmadan axan çayım Arjan-kuduk, öz xeyir-duanı ver!

Böyük tayqaların ovqatı təlx qaldı (ormonjib). Kan-Tadi öz Altın-Çoqor qova­ğı­nın yanına gəldi, altı yerdə ocaq qalayıb dua etdi, dedi:

– Altın-Çoqor, anam! Mən Tilan-koonu öldürə bilərəmmi?

Bir topa (salaqa) yarpaq onun qarşısında yerə düşüb sabur-bi­çik fərmana çevrildi. Bahadır onu götürdü. Fərmanda deyilirdi:

– Ölməli can hardadır? Böyüməli yaş hardadır? Sən ere­mik madyandan do­ğu­lan Ok­tor­koydan olan qan-kürən(kan-eren) atın məsləhətindən çıxmasan, həyatın hə­mi­şə uğurlu olacaq.

– Həmişə mərhəmətini göstər(yəqin ki, bahadır Kan-Tadinin sözləridir).

Kan-Tadi dua edirdi:

– Uç-Kurbustan, kudayım!

O, qızıl tinzalı1 papağını qoltuğunun altında tutub dua edir­­di. Altayın­dan, kuda­yın­dan xeyir-dua istəyirdi. Atını minib getdi; cəld atını çapıb dedi:

Tez gedib ora çataq, ölək.

O, belə gedəndə qara tayqanın bir tərəfi göründü; qara tayqaya girdi. Tayqanın ətəyində alıp atının izləri gedirdi. Atın dırnaqlarının zərbəsindən daş-qayalarda torpaqla qa­rışmış qan qalmışdı. Bunu görəndə onun ürəyi odlandı. Dırnaqların zər­bəsi ilə qopa­rıl­mış torpaq qatı tebur2 kimi yerə sərilmişdi. O, bu izlərlə yanaşı gedib baxırdı; onun atının addımı həmin atın dörd sajın izinə çatmırdı, düşündü:

– Yəqin bu, məni gözləyən Tilan-koodur. Ondan başqa kim ola bilər ki burda? Tez ona çatıb ölmək lazımdır!

Kan-Tadi ucadan dedi:

– Ay, Erdenelu kan-eren! Bütün var-qüvvəmizlə günlər­dən əziz ayla günəş ara­sın­dakı Altayımızda dolanmaq lazımdır. Bu yolu qət etmək lazımdır!

O, qızıl çumburu, qızıl cilovu sağa-sola tərpədir, gedə-gedə toorçuk-kamçini o yan-bu yana yelləyirdi. Atın qabaq ayaqları dayanmayıb sanki havada rəqs edirdi, ar­xa ayaq­la­rı yortma çapırdı. At baş-gözünü yelləyib qabırğasına sürtürdü. Böyük tayqa­lar titrəyir, böyük çaylar öz məhvərindən çıxırdı. Qara çölün ortasında dörd yol ayrıcında dəmir rəngli xallı atını tutan bir bahadır dayanmışdı. Kürən atın qabaq ayaqla­rı hələ də havada rəqs edir, arxa ayaqları yortma çapırdı. At başını, gözlərini fırladıb çapırdı. Həmin bahadır dayanıb başını yel­ləyir, baxırdı. Kan-Tadi dedi:

– Bu atdan yaxşı at doğula bilərmi? Adın nədir? Hardan gəlib, hara gedir­sən?

O dayanıb soruşurdu:

– Adın nədir (adı nere kem ide)?

Dayanan həmin bahadır cavab verdi:

– Məni yedirib doyduran atam Altayın Ak-Altay dağları­dır. Anam göy çay Cilar-Cılbasdır. Mən torpaqdan doğulan dəmir rəng­li xallı atlı insanam; Koq-Ayrıyam. Nə dolandır­mağa ca­maa­tım, nə də baş­ka­ratan1 mal-qaram yoxdur. Tilan-koonun elçi­ləri dinclik vermirlər. Buna görə də gedirəm! Sizin adınız nədir?

Kan-Tadi dedi:

– Atam Ak-bökö, babam Kara-böködür. Oktorqoydan do­ğu­lan Erdine-kan-eren atlı Kan-Tadiyəm. Tilan-koonun elçisini gözləməyə səbrim çatmadı. Ölməyə gedirəm!

Bahadır dedi:

– Doğru deyirsən? Onda, qardaş, gəl, atdan düşək, oturub hərtərəfli danışaq.

İki alıp atlardan düşdülər, kecimləri, tokumları yerə sərib üz-üzə oturdular. Koq-Ayrı dedi:

– Onun Sut-kölün, bir də Ulan-Sumer tayqasının yanında otur­muş (oktuqup) ca­nı­nı tapa bilərikmi? Mənim yeganə da­yım Alaş-kam yerlə göyün birləşdiyi yerdə yaşayır; ondan xa­hiş edə­rik. Hansımız onun yanına gedək? Müharibəni kim edə­cək? Onun (Alaş-kam) yanına gedib Tilan-koonun ruhunu ax­tar­maq lazımdır.

Koq-Ayrı kaybur-yebe oxu əlində tutub dedi:

– Kimin oxu uzundursa, qoy müharibəni o etsin; kimin oxu qısadırsa, canı da o axtarsın!

Kan-Tadi kaybur-yebe oxunu çıxardı. Koq-Ayrı bahadırın oxu yeddi qarış uzun imiş. Koq-Ayrı dedi:

– Ee, çaaldı! Deyəsən, müharibəni mən edəcəyəm. Yəqin ki, sən də tələsib gedə­cək­sən. Oktorqoydan doğulan Erdine-kan-eren dayça, acı tərini əsirgəmə, iti çapmağa çalış! Mən Ti­lan-koo ilə on dörd il vuruşacağam. On dörd ildən artıq müha­ribə etmək olmaz! On dörd il keçəcək, mən öləcəyəm. Tez çapmağa çalış!

Kan-eren atın yayda təri, qışda qırovu bitmirdi. Alıplar görüşüb ayrıldılar. Kan-Tadi ilə Koq-Ayrı ayrılanda ağladılar. Kan-eren at Alaş-kamın yolunu tutub gecə-gün­düz gedirdi. Nəhayət, Alaş-kamın yetmiş yeddi qollu qara tayqası göründü. O, ya­xın­la­şıb tayqaya girdi, əks tərəfə baxıb dəmir örqö gördü. Dəmir at axurunun yanında qara xallı at dayanmışdı. Qara xallı at ilk baxışdan Kan-Tadini gördü, ona baxmadı, dırnaq­la­rı ilə dəmir axurun altındakı torpağı qazımağa başladı. Alaş-kam çı­xıb əlini uzatdı, qo­xunu canına çəkib adamı tanıdı:

– Dost kimi gəlib, yoxsa düşmən kimi (qonaq gəlib ya müharibə etməyə)? Bu adamın mənə hansısa işi düşüb.

O, bunu deyib alaçığa qayıtdı. Kan-Tadi gəlib qızıl at axu­runun yanında atdan düşdü. Qızıl tuulqu1 qoltuğunun altına qoyub alaçığa girdi; ak telenqır2 tajuuru götürdü.

Alaş-kam oturub soruşdu:

– Ak-bökönün yeganə oğlu Kan-Tadi, hara gedirsən? Hansı Altaya getmişdin?

Kan-Tadi dedi:

– Tilan-koonun elçisini gözləməyə səbrim çatmadı. Ölməyə gedirdim, Koq-Ayrı ilə rastlaşdım. Koq-Ayrı döyüşməyə getdi. Mənə tapşırdı ki, canı axtarım, Alaş-kam dayısının yanına gedim, o da şamanlıq edib mənə göstərsin. Dedi ki, soruşum, öyrənim.

Alaş-kam dedi:

– Bu uşaqlara heç vaxt dinclik vermirlər.

O, şərabı götürüb azca çilədi:

– Mis tunqurumu qurut.

Kan-Tadi Alaş-kamın tunqurunu götürüb qurutdu, sazladı. Alaş-kam şamanlıq etməyə başladı, mis qavalı döyməyə başladı. O, çalıb, çalıb dayandı. Kan-Tadi dedi:

– Nə gördün, nə eşitdin?

Alış-kam dedi:

– Onu almağa (takılqa) gücün çatacaqmı? Yuxarıda göy səmanın ruhu göy-ala bun1, aşağıda qara-ala bun – bu iki bu­nun buynuzunda zəncirli mis qutu var. Həmin qu­tu­da doqquz sajın quyruqlu qara qunduza çevrilmiş can gizlədi­lib. O, barıl­qa2 istəyir. Barılqa nədən ibarət olmalıdır: Doqquz çay boyda şərab, doqquz dağ boyda barama lazımdır. Bunları yerinə ye­tirsəniz, yəqin ki, istəyiniz də həyata keçər.

Kan-Tadi öz-özünə dedi: “Mən bura gəlincə neçə il keçib, görəsən?”. O, saymağa başladı; məlum oldu ki, üç yay ötüb, dedi:

– Gecə ay bədirlənəndə (aydınq bolzo) Sut-kölün yanında, Sumer-Ulan tay­­qa­nın ətə­yində görüşərik.

Kan-Tadi kan-eren atını minib oxdan iti, quşdan tez çapıb üç ildən sonra öz yur­du­na gəlib çatdı. Məlum oldu ki, şamanın tələbinə gücü çatmır, qurbanın çox ağır şərt­lə­ri var. Kan-Tadi camaata üzünü tutub dedi:

– Nə olur, olsun kalan almayacağam. Doqquz dağ boyda barama, doqquz çay boy­­­da şərab hazırlayın.

Onun adamları dünyanın o başından bu başınadək at çapıb torko-mandık1 yığdılar; onlar doqquz dağ boyda torko-mandık yığıb, doqquz çay boyda şərab çəkdilər. Sabur kitabını oxuyub dəqiq hesabladılar ki, artıq yeddi il ötüb. Koq-Ayrının ömrünün sonuna cəmi yeddi il qalıb. Doqquz il doqquz tajuur şərab çəkib doqquz dağ boyda barama büküb torok hazırladı. Sumer-Ulan tayqanın ətəyində Sut-kölün qırağına gəldi. Sonra Alaş-kamın yerdə-göydə gurultu salan qavalı­nın səsi gəldi. Yerin üstündə torpağı bağla­yan mis manyak peyda oldu; o gəlib torpağın səsini batırdı. Üç Altayda əks-səda verdi. Öz başına fırlanan Alaş-kam da gəlib çıxdı. O, doqquz çay boyda şərabı Sut-kölə, Su­mer-Ulan dağlarına səpdi2. Səpələnən şərab Sut-kölə, Sumer-Ulan dağlarına düşdü. Alaş -kam oturub xeyir-dua verdi, dedi:

– Sut-kölüm, Sumer-Ulan tayqam! Uşaqlar – Kan-Tadi ilə Koq-Ayrı, bir də onların nəsilləri naminə sizi razı salıram. Yu­xa­rı­da göy səma, aşağıda göy dəniz onların nəsillərini3 möh­kəm etsin!

Şaman doqquz çay boyda şərabı ayırıb çaylara səpdi, doq­quz dağ boyda bara­ma­nı (ipəyi) da bütün dağlara dağıtdı.

– Qoy nəsildən-nəsilə uşaqlarınızın uşaqları sizi əzizlə­sinlər.

Şam dayanıb qışqırdı:

– Sut-kölüm! Sumer-Ulan dağlarım! Bu iki igidə Tilan-koonun ruhunu buraxın! Tilan-koo bizə çox amansızlıq edir.

Sumer-Ulan tayqa dedi:

– İki igid bizə ehtiram göstərib xeyir istəyirlər.

Sut-köl dedi:

– Bura, aşağıya iki bun enir.

Zəncirli mis qutunu Kan-Tadinin ətəyinə endirdilər. Kan-Tadi mis qutunu bun­lar­dan alıb onları buraxdı. Qara-ala bun aşağı dünyaya sıçrayıb dedi:

– Qoy, istədiyini götürsün. Kimə qəzəblidirsə, ona da qa­lib gəlsin.

Göy-ala bun səmaya qalxıb dedi:

– Başımıza çox ağır idi. İndi çox yüngülləşdik.

Kan-Tadi ayağı ilə mis qutunu tapdalayıb doqquz sajın quyruqlu qara qundu­zu çıxardı. O, qara qunduzu yarımcan ola­na­dək döydü. Ay ilə günəşin gözləri qaraldı(karık tiib), yer sil­kələndi, daş uçqunları (taş köçkö) oldu. Kan-Tadi dedi:

– On dörd ildən neçəsi qalıb?

O, sabur-biçikə baxanda gördü ki, cəmi doqquz gün qalıb, qara qunduzu əlində əzib yarımcan saxladı. Kan-Tadi Tilan-koo ilə Koq-Ayrının döyüşdüyü xırmana gəldi. Xırman güləş­dən dağılmışdı; böyük tayqalar yer üzünə səpələnmiş, böyük çaylar quru­muş, yalnız çınqıllar (say) qalmışdı. Kan-Tadi də­mir çöldəki xırmana (Ederqen) gə­lən­də gördü ki, Koq-Ayrı də­mir çölün ortasında Tilan-koonun üstündə oturub, ayaqları yerə çatmır. Kan-Tadi qışqırdı:

– Kalak, kalak! Mən gələnədək Tilan-koonu öldürmə!

Tilan-koo uzanıb yerdə qalmışdı, gözləri iki qara göl kimi parlayır, burnu dik tə­pə­yə oxşayırdı. Kan-Tadi dedi:

– Salam, salam, dostum Tilan-koo!

Tilan-koo dedi:

– Əlbəttə, salam. Erlikin qapısı ağzında, altın tolunun1 yanında görüşərik! Nizə­lə­rin ucunu iylə, qılıncların ucunu yala ki, qıl körpüdən keçməyəcəksən!

Kan-Tadi qıl körpüdən keçməyəcəyinə söz verib nizənin ucunu iyləyib qılıncın ucunu yaladı. O, doqquz sajın quyruqlu qunduzu tikə-tikə edib Tilan-koonun əlinə ver­di. Tilan-koo öl­dü. Axan qanı çaylar boyda, ağ sümükləri dağlar boyda oldu. Koq-Ayrı onun üstündən düşdü, amma ayağa qalxa bilmədi. O sürünə-sürünə eremikin balası Er­de­ne-kan-eren ata çatıb dedi:

– Biz sənin hesabına(səninq şilqaqında) yaşayırıq!

O, atın qabaq ayaqlarını qucaqlayıb ona dua etdi:

– Ölüm saatım yetişmədi. Bir az da keçsəydi, öləcəkdim. Ki­mə qəzəblənmişdiksə, ona da qalib gəldik, istədiyimizi aldıq.

Onlar Tilan-koonun ağ ilxısını qovub camaatını köçürüb apardılar. Ağ ilxını qo­vub camaatı köçürməyi yetişdirə bilmir­dilər. Yer üzündə yaşayan yetmiş xan, yer altın­da yaşayan alt­mış xan onlara xeyir-dua verirdi. Tilan-koo bir neçə xanın həyatına son qo­­yub bəzilərinin ürəyini qorxu altında saxlayırdı. Onlar dedilər:

– İndi dinc yaşaya bilərik.

Kan-Tadiyə xeyir-dua verirdilər: Çoxlarının qanını axıdıb çoxlarının həyatına son qoymudşu; qoy, gəbərsin!

Tilan-koonun ağ ilxısını, camaatını üç il qovdular. Mamır basmış yurdunu dağıt­dı­lar. Ağ ilxını, camaatı cibinə qoydu. Çaylar, sular keçib, tayqalar, dağlar aşıb öz ev­ləri­nə gəldilər. Koq-Ayrı dedi:

– Qardaş, bax, bura bizim görüşdüyümüz yerdir. Gəl, qa­zandığımızı bölək. Mən öz Altayıma, sən də öz Altayına get.

Koq-Ayrı ağ ilxını cibindən çıxarıb səpələdi; qamçı ilə ayı­rıb bərabər böldülər. Kan-Tadi cibindən camaatı çıxarıb səpələdi; onu da yarı böldülər. Koq-Ayrı dedi:

– Kan-Tadi, dostum! Sənə nə verim ki, həmişə qoruyub görəsən?

O, gedib dəmir rəngli göy-xallı atının qığırdaqlı qabırğa­sını1 çıxarıb gətirdi. Doq­­quz gözlü (deşikli) qızıl çoqur düzəlt­di. Kan-Tadi onu götürüb çalmağa baş­la­dı. Çoqurun səsi doq­quz Altaya yayıldı. Doqquz gözlü qızıl çoqur gəlirdən-çıxardan (kereltı-çiqaltı) xəbər verirdi. O, ağ ilxını qaytarıb cibinə qoydu. Kan-Tadi dedi:

– Doqquz aydan sonra mənə qonaq gələrsən! Möhtəşəm bir məclis quracağam, yer üzündəki yetmiş xan, yer altından altmış xan, hamısı ora toplaşacaq.

Kan-Tadi Koq-Ayrını qonaq çağırıb atını oxdan iti, quş­dan tez çapdı, gecə-gün­düz bilməyib yol gəldi, dedi:

– Evə çatmaq lazımdır.

Qızılı-gümüşü tayqalar görünməyə başladı; Altın-Çoqor qovaq göründü. Kan-Tadi qızıl tuulqasını başından götürdü, ge­dib dua etdi. O, öz Altayına girib qızıl axurun yanında da­yandı. Ata-anası dedilər:

– Kan-Tadi balamız gəlib!

Ağ ilxı, arxa-xalq yaxına gəldi. Böyük tayqalar uzanıb ba­xırdı, böyük çaylar məhvərindən sığmayıb köpüklənirdi. Kan-Tadi dedi:

– Qoy, yer üzündən yetmiş xan, yer altından altmış xan yığışsın!

O, fərman, pilik2 göndərdi, özü də içib kefləndi (şərabın küpünə girdi). Kan-Tadi özü­nə gələndə gördü ki, dostu Koq-Ayrı gəlib. O, bir də özünə gələndə gördü ki, yer üzün­dən yet­miş xan gəlib; təzəcə huşu özünə qayıtmışdı ki, gördü, yer altından altmış xan da gəlib, oturub baxanda gördü ki, iki igid oturub, bir-birinə oxşayırlar. Koq-Ayrıya ox­şa­yırlar. İkisi də eynidir. Biri Ay-xanın oğlu Altın-Taş, o biri Kun-xanın oğlu Kumış-Taş­dır. Onlar söhbət etməyə başladılar; danışıqları ey­ni­dir; qalxanda gördülər ki, boy­ları da eynidir.

Kan-Tadi bir də özünə gələndə baş tərəfdə qızıl çoqur oxuyurdu. O dedi:

– O nə bilir, nədən xəbər verir!

Yaxınlaşıb dinlədi. Çoqur dedi:

– Kan-Tadinin mamır basmış alaçığı dağılacaq, peyin basmış alaçığı qazılacaq.

Belə oxuyurdu çoqur:

– Tilan-koo Erlikin yurduna gedib orada hələlik məskən sa­lıb, hələlik gecələyir. Onu (yəni Kan-Tadinin yurdunu) çətin­liyə (çaksıratkan) salacaq. O, Erlikdən Kan-Ta­di­yə qarşı vuruş­ma­ğı istəyir. Erlik yeddi oğlunu bahadır Sokor-Kara ilə birləşdirib.

Kan-Tadi bunu eşidib öz yerinə qayıtdı, oturdu. O, Koq-Ayrı ilə söhbət etməyə baş­ladı:

– Deyəsən, Erlik-bi gəlib işlərimizə qarışacaq, vuruşacaq.

İki igid oturub ağlamağa başladılar. Onlar başqa iki baha­dırdan kömək istədilər. Yetmiş xandan xahiş etdilər:

– Bizə kömək edin, Erliklə müharibə edəcəyik!

Onlar da dedilər:

– Bizdən onunla vuruşmağı istəməyin!

Yetmiş xan atlarını minib evlərinə getdilər. Onlar altmış xandan istədilər:

– Biz kömək edə bilmərik.

Onlar da belə deyib evlərinə getdilər. Kan-Tadi iki dəli­qan­lıdan xahiş etdi:

– Bizə kömək edin, Erliklə vuruşaq!

İgidlər dedilər:

– Siz istəməsəydiniz də, biz qalıb sizə kömək edərdik. Amma qisasdan qorxuruq.

Onlar da belə deyib çıxıb getdilər.

Kan-Tadi ilə Koq-Ayrı bahadırlar ikisi qaldı.

Koq-Ayrı dedi:

– İndi Erliklə nə edək?

Kan-Tadi dedi:

– Erlikin yeddi oğlunun ruhuna qarşı bir şey tapsaydıq.

– Onlar hardadır?

– Erlikin yeddi oğlunun canı onun balıncının altında çu­qun qutudadır. Sən gedib onu oğurlamağa bir fənd tapa bilərsənmi?

Koq-Ayrı dedi:

– Bu fəndi yalnız kan-eren at tapa bilər. O, bunu bacar­masa, biz ikimiz də həlak olacağıq. Mən yerin altına gedib Er­li­kin yeddi oğlu ilə döyüşəcəyəm; onlar məni on dörd ilə öl­dürə bilməyəcəklər. Oktorqoyun balası eremikdən doğulan Er­dine-kan-eren, sən bir fənd tap!

Koq-Ayrı atın qabaq ayaqlarını qucaqlayıb ona yalvardı. Kan-eren at dedi:

– Dəmir rəngli göy-xallı atını yəhərləyib getməyə çalış! Mən aşağı dünyaya Er­li­kin yeddi oğlunun yanına gedərəm.

Kan-eren at ilə Kan-Tadi getdilər. Qızıl tayqanın qoynun­da bitən Altın-Çoqor qo­va­ğın yanında Kan-Tadi altı yerdə san yandırdı, dedi:

– Mən Erlikin yeddi oğlu ilə döyüşdə öləcəyəmmi?

O, belə soruşub uçkurunu1 bilmək istədi. Qovaqdan bir yar­paq qopub düşdü, qızıl sabura-fərmana çevrildi:

– Erdine-kan-eren atın sözündən çıxmasan, sənə heç vaxt ölüm yolu görünmür.

Kan-Tadi oradan yola çıxıb yer cəhənnəminin ağzına gəl­di, aşağı dünyaya tul­la­nıb alıs-yılıs2 ölkəsinə düşdü. O, kənar­ları yəhər qaşına çatan yolda iri addımlarla tul­la­na-tullana qa­çırdı. Bir azdan gəlib yeddi yolayrıcına, qıl körpüyə çatdı. Er­dine-kan-eren atı tərpədib irəli getdi. Kan-eren at dedi:

– Dayan, dayan, Kan-Tadi! Axı, sən yerin üstündə and iç­din, söz verdin ki, Erlik-biyin körpüsünü keçməyəcəksən. Qı­lın­cın ucunu yaladın, nizənin ucunu iylədin.

Kan-Tadinin indi yadına düşdü. O, məcbur qalıb dayandı, dedi:

– İndi mən hansı fəndi işlədəcəyəm?

– Qıl körpünün sonunda düşüb mən ətrafı dolanıb gə­lə­nədək uzan.

Kan-Tadi könülsüz atdan düşdü. Kan-eren sahibsiz getdi; at çapıb körpünü keçdi. O, taska3 kimi uzandı, tük kimi nazildi. At Er­lik-biyin qapısına çathaçatda idi. Erlik-biyin kişi tərə­fin­də4 kelqeekli5 Temir-Tayqa vardı. Temir-Tayqanın yanında Er­likin üç qızı oynayıb qaçırdılar. Kan-eren at Erlikin böyük qızı Ka­raçı-kızın donunda laylı də­mir qapını açdı, alaçığa girdi. O, içəri girəndə gördü ki, Erlik-ada6 oturub. Onun çənə­sin­dəki saqqalı iki arxa, üzündəki bığları üç arxa boyda idi. Kan-eren at dedi:

– Abı7, yeddi oğlunun canını ver, bir az oynayım. Oyna­maq istəyi­rəm.

Erlik-bi o saat böyük qızını qovdu:

– Bu tamqa nə deyir? İndi kişinin canı ilə kim oynayar?

Kan-eren at alaçıqdan sıçrayıb çıxdı, Temir-Tayqaya bax­dı. Erlikin üç qızı evə gəlirdi. At Erlikin ortancıl qızı Kara-Toltonun cildinə girdi, alaçığa daxil olub dedi:

– Erlik-abu, yeddi qardaşımın canını mənə ver, bir az oy­nayım.

Erlik dedi:

– Sən nə danışırsan, tamqa! Müharibəyə gedən, çətinliyə düşən oğlanlarımın canı­nı istəyirsən?

Kan-eren yenə də qaçıb alaçıqdan çıxdı. Baxıb gördü ki, Erlikin qızları kel­qe­ek­li Temir-Tayqadan gəlirlər. At Erlikin kiçik qızı Erke-Karanın cildinə girib yenə alaçı­ğa daxil oldu. Erke-Kara dedi:

– Əzəmətli hakimiyyəti, dörd bucaqlı yenqısı olan əziz atam! Yeddi oğlunun canını ver, bir az oynayım.

Erlik dedi:

– Ay mənim balam! Böyük bacıların gəlib mənimlə kobud danışırlar. Zərif balam, mənə oxşamısan, nəzakətlə (yaraş) is­təyirsən. Özün bilirsən, bala, mühari­bə­yə getmiş qar­daşla­rının bədəni ağırlaşıb. Bir az oyna, gətirib yerinə qoyarsan. Yaxşı, bala?

Kan-eren dedi:

– Siz yaşlı adam olsanız da, axmaqsınız, adətləri bilmir­siniz. Mən qız olsam da, epşi kadıtam (qadınam). Özün ver­məsən, sərbəst götürmək haqqım yoxdur.

Erlik dedi:

– Bax ha, bala, Erke-Kara!

Qoca balıncın altında olan doxsan doqquq açarlı qara-çuqun qutunu qaldırıb doxsan doqquz açarını açdı, qutudan yeddi susamuru balasını çıxardı. Erke-Kara alaçı­ğın içində samur balaları ilə oynaya-oynaya onları oradan çıxardı. Erke-Kara, yəni at öz cildinə qayıdıb gördü ki, Erlikin üç qızı gəlir. Kan-eren at oynaya-oynaya yeddi samur balasını dişinə alıb durduğu yerdən götürüldü. O, Erlik-biyin qara-çuqun axurunu aya­ğı ilə vurub dağıtdı, tullanıb qaçdı. Qızların üçü də ona baxa-baxa yerlərində donub qal­dı­lar. Kan-eren at dişində yeddi samur balası göyə qalxdı. Erlikin böyük qızı yaan1 Karaçı dedi:

– Qoca, sənə nə olub? Niyə kan-erenə yeddi oğlunun canını verdin?

Erlik dedi:

– Yalan danışma, kız-tamqa2! Rədd ol! Onları qızım Erke-Karaya ver­mi­şəm.

Qızı Kara-Tolo alaçığa girib dedi:

– Qoca kişi, sənə nə olub? Yeddi oğlunun canını niyə verdin?

Erlik dedi:

– Sus! Bunu kiçik qızım Erke-Kara bilir!

O, qızı Kara-Tolonu da alaçıqdan qovdu. Kiçik qızı Erke-Kara alaçığa girib dedi:

– Qoca kişi, sənə nə olub? Yeddi oğlunun canını niyə verdin?

Erlik qəzəbləndi:

– Kalak! Mən onları sənə vermədimmi, mənim balam?

Qızı dedi:

– Sən harda görmüsən ki, uşaqlar kişilərin canı ilə oyna­sınlar?

Erlik sıçrayıb yerindən qalxdı, dəmir qapıları açıb cəld ala­çıqdan çıxdı. Qara-çu­qun at axuru əyilmişdi. İndi qoca əl­lərini dizlərinə çırpdı:

– Eh, kalak! İndi məni kan-eren at aldatdı!

O, acı-acı qışqırdı:

– Tilan-koo hardadır? Kan-Tadinin mindiyi kan-eren at yed­di oğlumun canını apar­dı. Tilan-koo, onun arxasınca get, tut onu!

Cəhənnəmin yetmiş ağzına(uuz), yetmiş xana hökmranlıq edən Tilan-koo gurul­da­­dı, dedi:

– Ax!


Tilan-koo ulduz kimi xallı atını minib kan-eren atın arxa­sınca çapdı. O, kan-eren atın izinə düşüb gedir, qışqırırdı. Uruk­çi kan-erenin boynuna ilgək keçirmişdi. Onun sağrısı də­mir qovağın yanında qalmışdı. Tilan-koo qışqırdı:

– Çamqaçi, nə baxırsan?

Çamqaçi kəməndi atdı; ilgək nazik boynuna ilişdi. Çam­qaçinin yarısı qovağın yanında qaldı, yarısı kəməndlə bərabər getdi. Tilan-koonun atının ardınca qaçıb kan-ereni qovmağa baş­ladı. Keçilməz qıl körpünün yanına tullanıb, kan-ereni kör­pünün o biri tərəfinə buraxmadı. Tilan-koo mis qarmağı (at­kak­tu ces karmak) atdı. Qarmaq kan-eren atın kürəyinə batdı. Tilan-koo qarmaqlı kəməndi üzənginin qayışının altına qoyub atı körpüdən geriyə dartdı. Kan-eren dedi:

– Kan-Tadi, nə baxırsan?Yazıq başım əldən gedir!

Kan-Tadi kaybır oxu qoyub yayı çəkdi, Tilan-koonun qar­maqlı kəməndinə atdı. Kan-eren qıl körpünün üstü ilə qaçdı. O tərəfdə Tilan-koo, bu tərəfdə Kan-Tadi daya­nıb. Onlar bir-birinə tüpürüb yaxşı-yaman sözlər dedilər.

Kan-eren dedi:

– Bu kürmösə az ox at! Geri dön, get!

Kan-Tadi yeddi samur balasını cibinə qoyub kan-eren atı mindi, getdi, dedi:

– Niyə mən onları qoruyub aparıram?

O, qara polad qılıncı ilə yeddi samur balasını parçaladı. Ayın-günəşin üzü qa­ral­dı. O, bir az da irəli getdi. Birdən səs-küy (kanqar-konqur) eşidildi; o, atı saxlayıb bax­mağa başladı: Erlikin böyük oğlu kölgə kimi gedirdi. O, gedə-gedə donqul­danırdı (keminerıp):

– Mən səni məhv edəcəyəm!

Onun ardınca Erlikin o biri oğlu gedirdi, deyirdi:

– Mən səni məhv edəcəyəm!

Onların ardınca da o biri oğlanları gedib deyirdilər:

– Canını almasaq, biz biz olmarıq! Niyə canımızı verdin (yəqin ki, müraciət Erlikə ünvanlanıb)!

O bir az da irəli getdi. Koq-Ayrı aşağı dünyadan çıxıb gözləyirdi, dedi:

– Salam, salam, qardaş! Yəqin ki, ölməsən, görüşəcəyik. Əziz kan-eren! Sayəndə günəşi görürük!

Koq-Ayrı atın qabaq ayaqlarını qucaqlayıb ona dua etdi. İki igid Erlikin yurdu­nu zəbt etdilər, atlarına minib evlərinə getdilər. Dedilər:

– Salam, ata, salam, ana! Salam, mendu, aldığım!

Dişi dəvələrin bulud kimi ağ piyinə oxşar yağlı atlar kə­sildi.

– Tünd şərab gətirin, adamlarım.

Dağ boyda ət doğrandı, çaylar boyda şərab çəkildi. İki igid oturub özlərindən ge­də­­nədək içdilər, kefləndilər. Yer üzündən yetmiş xan, yer altından altmış xan gəlib igid­lə­ri tərif etdilər. İgidlər gah özlərinə gəlir, gah huşdan gedirdilər.

Elə bu vaxt doqquz gözlü qızıl çoqur oxumağa başladı. Doqquz gözündən də yaş ax­dı. Kan-Tadi baş tərəfə yaxınlaşıb doqquzgözlü çoquru dinləməyə başladı. Çoqur oxuyurdu:

– Erlik-biyin yeddi oğlu ilə Tilan-koo Erlikə əzab verirlər, onu kəsib doğrayır­lar. Erlik onlara deyir: Dayanın, dayanın, uşaqlar! Mən özüm gedib o iki igidin canını ala­ram. Yeddi gün­dən sonra hər şeydən uca Uç-Kurbustandan Kan-Tadi ilə Koq-Ayrı­nın canını istəyib alacağam.

Doqquzgözlü çoqur hələ oxuyurdu:

– O gedib Uç-Kurbustandan istəsə, mütləq alacaq.

Kan-Tadi dedi:

– Eremikdən doğulan Erdine-kan-eren!İndi biz necə xilas olacağıq?

Kan-eren at dedi:

– Mən Erlikdən qabaq gəlsəm, ya o, ya da biz qalib gə­ləcəyik, ya da məğlub ola­ca­ğıq. Yox, o, məndən qabaq çatsa, biz ölümdən qaça bilməyəcəyik.

İki igid Kan-erenə yalvardı. Kan-eren ağ Çolmona dönüb göyə qalxdı. O, Erliki bir gün qabaqladı. Kan-eren yalını yerə sərib dua edirdi, deyirdi:

– Uç-Kurbustan, kudayım!Məgər sən bizi Erlikə yaratmı­san?Bizi Erlik-biyə ya­rat­maqdansa, yaratmasaydın yaxşıydı.

Uç-Kurbustan dedi:

– Bəyəm, Erlik bura gəlir? Bu qoca yeryenqıs1 yaranandan bəri yuxarıdakı qapı­mı­zı açmayıb. İki igidin canını ona vermə­mək olmaz. Deyərik ki, iki yumurta çürüyüb.

Kan-erenin gözlərində yaş gölə döndü; burnundan buz kimi su axdı. At üç dəfə fırlanıb dua etdi:

– Hər halda məsləhətimə qulaq asın!

Uç-Kurbustan dedi:

– Bir söz demək istəyirsənsə, tez ol, de.

Kan-eren dedi:

– Erlik gəlib sizdən istəsə, deyərsiniz ki, iki igidi götür. Onda o, deyəcək: istə­di­yi­mi aldım. Siz iki igidi ona verib kara kış kamçısını1, bir də ağ-boz atını istəyin. Qoca Er­lik deyəcək: bəs mən evə necə gedim? Onda deyin: bizdə kara kalcan buka2 var, onu mi­nib gedin. Qamçısı da aymalta olsun. Deyin ki, o, buğanı arxadan irəliyə doğ­ru yə­hər­ləsin, Kan-Tadinin alaçı­ğı­nın başına üç dəfə fırlansın, hər sıranaka3 ay­mal­tanı üç də­fə vursun, qapıya çatanda aymaltanı ikiəlli buğanın buynuz­ları ara­sına vursun, on­da Kan-Tadinin bütün yurdunu qovmuş ola­caq. Qoy, belə olsun, Uç-Kur­bus­tan ku­da­yım.

Kan-eren evə qayıtdı. Qoca Erlik ağ-boz atda, əynində qara tülkü dərili kürkdə, qara samur dərili qamçısı ilə Uç-Kurbustan kudayın yanına gəldi. O, ağ-boz atı Uç-Kur­bus­tan kudayın qapısı yanında yüyəni yəhər qaşının üstündə saxladı. Erlik laylı qapını açıb içəri girdi, dedi:

– Ezen!Mendu!

Uç-Kurbustan dedi:

– Bu böyük qoca burda heç vaxt olmayıb, qapımızı açmayıb.

Erlik dedi:

– Bilmirəm, necə yaratmısınızsa, yurduma dinclik yoxdur! Yanına iki igidin canı­nı istəməyə gəlmişəm.

Uç-Kurbustan dedi:

– Bax ha, bu tamqalara. Onlar möhtərəm qocanı narahat edir­lər­sə, onda alın!

Erlik dedi:

– Mən orda da dedim ki, alacağam.

Uç-Kurbustan soruşdu:

– Sizdən nə istəsəm, verərsinizmi?

– Siz məndən nə istəyəcəksiniz ki?

– Ağ-boz atı, bir də qara samur dərisindən qamçınızı istə­yirik.

– Bəs mən nə ilə gedəcəyəm?

– Məndə bu atdan da yaxşı iribuynuzlu qara tüksüz buğa var. Onu arxadan qabağa doğru yəhərləsəniz, istədiyiniz hər şeyə nail olarsınız.

Erlik-bi dedi:

– Götürə bilərsiniz!

Qoca ağ-boz atını verdi. İribuynuzlu qara tüksüz buğanı ona yəhərlədilər, qamçı­nın əvəzinə də aymaltu verib onu öyrətdilər:

– Kan-Tadinin alaçığına gedib aymaltanı hər sıranaya vur.

Erlik qara buğanı minib aymaltunu əlinə aldı, Kan-Tadinin yurduna yol­lan­dı. O, yurda, alaçığa çatıb aymaltunu hər sırana­çaka vura-vura alaçığın başına üç də­fə dolandı, aymaltunu bu­ğanın buynuzlarının arasına vurub dedi:

– Kan-Tadinin yurdunu qovub apar.

Erlik qara buğanın başını yardı, üstündə oturdu. Kan-Tadi dedi:

– İndi də fikirləşib ki, qapımın yanına gəlib burda öz qara tüksüz buğasını öldür­sün, sonra da deyəcək ki, buğanı Kan-Tadi ilə Koq-Ayrı öldürüb.

Bahadırlar qocanı buğanın üstündən dartıb onu dörd payanın üstündə çarmıxa çəkdilər, teqeneklə döydülər. Erlik fəryad qopardı:

– Kalak, kalak! Bundan sonra heç vaxt sənin adını tutma­ya­cağam.

Göydən tunqur səsi eşidildi. Ağ manyak günəşin, ayın qabağını örtdü. Şaman Alaş yüzlərlə kuzunqu səsi çıxardıb göy­dən yerə endi, dedi:

– Dayanın, dayanın, uşaqlar! Axmaqlıq etməyin!Hər şey­dən uca Kuday bütün bə­şə­­riyyətin yaradıcısıdır. Aşağıda yaşayıb ölənlər isə Erlikin rəiyyətidir1. Şaman Alaş kurutolu2 qoyub qara buğanı üstündə verir. O, şamanlıq etməyə başlayır, yəni qavalı döyür, Erlik-bini də toxmaqla vura-vura aşağı dün­yaya itələyir (kaqıp-idı).

Şaman-Alaş dedi:

– Öz qara bayzın örqönə qayıt! Qoy, Kan-Tadi ilə Koq-Ayrı nəsildən-nəsilə qara buğa ilə sənin günahından keçsinlər3.

Qoca Erlik aşağı dünyaya getdi. Axır ki, indi Kan-Tadi ilə Koq-Ayrı dinc, sağ-salamat yaşamağa başladılar.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin