Xab – uyğu, yuxu. Xabi-qəflət – qafillik yuxusu.
Xamə – qamış qələm; ipək.
Xatəm – üzük, möhür; məşuqənin ləbi.
Xeyl – ilxı, süvari qoşun.
Xeymə – çadır.
Xəndan – gülər üzlü. Xəndan-xəndan – gülə-gülə.
Xirəd – fəhm, ağıl; huş.
Xotən – Kaşğara yaxın tarixi bölgə, müşk ceyranı ilə məşhurdur.
Xun – qan.
İ
İadə – qaytarma, geri vermə, cavab vermə.
İməs (əməs) – deyil, yox.
İraq – dış, uzaq; Orta Şərqdə ölkə.
İskəndər– Makedoniyalı İskəndər (e.ə. 356-323). Şərqdə İskəndər Zülqərneyn adı ilə məşhurdur.
İsmayıl – İbrahim peyğəmbərin oğlu. Rəvayətə görə, İbrahim öz oğlu İsmayılı Allah yolunda qurban etmək istəmiş, bu zaman göydən bir qoç nazil olmuş, onu qurban kəsmişdir.
İşvə – naz, qəmzə.
İzhar – bəyan etmə.
K
Kan – xəzinə, sərvət.
Kəttə – böyük.
Kişvər – ölkə, yer, yurd.
Kövsər – cənnət çeşməsi, hovuz.
Kuh – dağ.
Külbeyi-əhzan – qəm evi.
Q
Qanun – simli çalğı aləti, Fərabi (IX əsr) təkmilləşdirmişdir.
Qəmər – Ay
Qəza – üzə çəkilən qızılı rəng, ənlik; hadisə, qəza; cahad, müharibə.
Qəzal– körpə ceyran; sevgili.
Qulam – xidmətçi.
L
Ləli-Bədəxşan – Bədəxşanda çıxan qiymətli daş, rubin.
Ləli-meygün – qırmızı şərab rəngində ləl.
Ləli-nəf – saf, xalis ləl.
Ləhzə – göz açıb-yumuncaya qədər keçən vaxt, bir an.
Liqa – üz, camal.
M
Mehr– gün. Mehr-məh – günəş və ay.
Meygün – al şərabın rənginə yaxyn qızılı rəng.
Meykədə – mey içilən yer, meyxana.
Məğrib – qərb.
Məhcub – utancaq, həyalı.
Məhliqa – ayüzlü.
Məhvəş – ay kimi, aya bənzər.
Məhzun – hüznlü, qayğılı.
Mətlub – istək, məqsəd, mətləb, arzu.
Mərğub – rəğbət olunan, sevilən.
Məşriq – şərq.
Mina – şüşə, billur.
Mişkin – müşk kimi.
Mustafa – sayılan, sevilən. Məhəmməd peyğəmbərin ləqəbi.
Mühit – okean, ümman, dəniz.
Mürəssə – qiymətli daşlarla bəzədilən.
Müşk – qara rəngli, xoş ətirli maddə.
N
Nagahan – birdən, qəfil, qəflətən.
Nahan/nihan – gizlin, oğrun.
Nar – od, alov, atəş; cəhənnəm.
Nəbi – pəyğəmbər. Nəbiullah – Allahın peyğəmbəri.
Nəhr – arx, çay, irmaq.
Nilgun – mavi, göy, lacivərd.
Nisar – saçma, dağıtma; şabaş; qurban.
Nuh – 50 yaşında özünü peyğəmbər elan edən ağac ustası. Allahın əmri ilə daşqından əvvəl bir gəmi düzəltmiş, içinə hər heyvandan bir cüt və insanları almış, daşqından sonra Ağrı dağına çıxarmışdır. Nuh çox uzun ömür sürmüşdür, ona ikinci Adəm də deyilir.
Nun – ərəb əlifbasında bir hərf.
O – Ö
Ovqat – vaxtlar; durum, vəziyyət.
Övc – yuxarı, ən yuxarı.
Övraq – vərəqlər, səhifələr.
Övsaf– vəsflər, təriflər.
P
Peyvəstə – bağlı, bitişik; həmişə, müdam, daim.
Pər – qanad, lələk.
Pəyam (peyğam) – xəbər.
R
Rah – yol.
Rast – doğru, dürüst; sağ.
Ravi – rəvayət edən.
Rəxşan – parlaq, cilalı, işıqlı.
Rəşk – qısqanclıq, paxıllıq.
Rəvan – axma, axıtma; yola düşmə; can, ruh.
Riya – iki üzlülük.
Rizvan – cənnət qapıçısının adı; cənnət, behişt.
Rövşən – işıqlı, nurlu.
Rüxsar – üz, çöhrə.
S
Salar – başçı, rəis, sərdar.
Saqi – şərab paylayan.
Sarsar – güclü, şiddətli soyuq, yel.
Səbz –yaşyl, göy ot, səbzə.
Səhabə – Məhəmməd peyğəmbərin yaranları.
Səna – dua, alqış, öygü, tərif.
Səra – ev, saray. Dü səra – iki cahan, o dünya və bu dünya.
Səfid – qara.
Sərvər – başçı, rəis.
Sima – üz, görk, sifət.
Simin – gümüş kimi ağ.
Sirac – çıraq, işıq.
Sirat – cəhənnəmin üstündən keçən qıldan incə, qılıncdan iti körpü.
Sitəmgər – zalım.
Subhü şam – gəcə-gündüz, sabah-axşam.
Suz – yaxısı, yandırıcı.
Sücud – səcdə, təzim.
Süleyman – Davudun oğlu, yəhudi peyğəmbəri. Rəvayətə görə, təbiətdəki bütün canlıların dilini bilirmiş, yelə-suya hökm edirmiş. E. ə. 1001-ci (bəzi bilgilərə görə, 1016) ildə taxta çıxmış, 962 və ya 976-cı ildə ölmüşdür.
Süxən – söz.
Ş
Şahab – şölə, alov.
Şan – xasiyyət, qılıq; şan-şöhrət, dərəcə, mərtəbə; ehtiram; iş, kar, hünər, bir işə sərəncam vermə; hakimiyyət, güc, qüvvət; nişanə.
Şayəstə – layiq, münasib.
Şeyda – aşiq, eşqə düşən, dəli.
Şəcər – ağac.
Şəddad – ərəb hökmdarlarından biri. Rəvayətə görə, İrəm bağını saldırmışdır. Hut pəyğəmbəri hüzuruna qəbul etmədiyi üçün bütin qövmü ilə birlikdə məhv olmuşdur.
Şərabi-feyz – bərəkət (eşq bərəkətinin) şərabı.
Şərar – od, alov, qığılcım.
Şəri – dini qayda, şətiətə uyğun.
Şikəstə xatir – könlü sınıq.
T
Taət – tabe olma, boyun əymə, qulaq asma.
Talib – tələb edən.
Tarac – talan, yağma, çapovulçuluq.
Təfsir – şərh.
Təqrir – bəyan etmə, iqrar etmə.
Tələt – gözəllik, xarici görünüş.
Tifl – çağa.
Tiğ – qılınc.
Tir – ox, peykan.
Tuba – behiştdə bitən ağac.
Tümən – on min; diviziya; vilayət; pul vahidi.
Tün – gecə, qaranlıq.
Türrə – alına tökülən saç, qıvrım tel. Türreyi-tərrar–alın saçı.
Ü
Üftadə – biçarə, yıxılan; düçar, mübtəla.
Üqba – axirət, qiyamət, məhşər, o dünya.
Üqubət – cəza, əzab, cəbr, sitəm.
Üləma – alimlər.
V
Vabəstə – bağlı, asılı, kömək, arxa.
Var(ı) – hamı, hamısı.
Y
Yaqub – Yusif peyğəmbərin atası.
Yasinü təha – Qurandakı iki surənin adı.
Yavuq – yaxın.
Yəhya –Zəkəriyyə peyğəmbərin oğlu, o da peyğəmbərdir.
Yəzdan – Allah, tanrı, xuda.
Yunus – pəyğəmbər, rəvayətə görə, delfinin qarnında gizlənmişdir.
Yusif – Yaqub peyğəmbərin ikinci əyalı Rəhildən olan yeddinci oğlu. Gözəllik simvolu. Rəvayətə görə, dünyadakı gözəlliyin onda doqquzu hissəsi onda cəmləşmişdir. Züleyxa ona aşiq olmuş, bu eşq haqqında dünya ədəbiyyatında yüzdən çox poema yazılmışdır.
Z
Zaifə – qadın, naçar.
Zəban – dil.
Zəbərcət – qiymətli daş.
Zəlil – aciz, fağır, yazıq.
Zəhra – Məhəmməd pəyğəmbərin qızı Fatimənim ləqəbi.
Zər – qızıl.
Ziba – gözəl.
Zinhar – agah ol, aman, xəbərdar ol!
Zöhrə – Venera.
Zülcəlal –Allahın epiteti.
Zülfüqar – Əlinin qılıncı.
Zümərrəd – zümrüd.
Zünnar – qurşaq; xristianların bağladığı qurşaq.
R a m i z Ə S K Ə R
10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978).
Azərbaycan radiosunda redaktor (1978-83), Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan «Azərbaycan bugün» jurnalının baş redaktoru (1983–84), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan «Odlar yurdu» qəzetinin baş redaktoru (1984-91), «Hürriyet» qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-93), Xarici Turizm Şurasının idarə rəisi (1993-94), «XXI əsr» qəzetinin baş redaktoru (1994–96), «Yeni Forum» jurnalının (Ankara) Bakı təmsilçisi (1993-97) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. Bakı Dövlət Universitetinin bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, AMEA Folklor İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur.
«Qızıl qələm», «Həsən bəy Zərdabi», «Humay», Küveytin «İslama xidmət», Türkiyənin «Yeni Orhun» və «Türk dünyasına xidmət», Türkmənistanın «Altın əsr» mükafatları laureatıdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvüdür. Azərbaycanın Əməkdar jurnalistidir. Türkologiya, ədəbiyyat, tarix və jurnalistikaya dair kitablar yazmış, türk, rus, özbək, uyğur, türkmən, qaqauz, tatar dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).
Əsas əsərləri:
1. İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987, 104 s.
2. Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s.
4. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2008, 432 s.
5. Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstərici. Bakı, MBM, 2008, 96 s.
6. Mahmud Kaşğarinin «Divanü lüğati-it-türk əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı, MBM, 2008, 192 s.
7. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2009, 532 s.
8. Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin tədrisi. Bakı, MBM, 2010, 112 s.
Əsas tərcümələri:
1. Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s.
2. M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s.
3. Faruq Sümər. Oğuzlar. Bakı, Yazıçı, 1992, 432 s.
4. Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s.
5. Murad Tağı. Həyatım. Bakı, Oka Ofsət, 1998, 92 s.
6. Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s.
7. Bahəddin Ögəl. Türk mifologiyasi. Bakı, Səda, 2004, I cild, 626 s.
8. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild,512 s.
9. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.
10. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.
11. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.
12. N.Ozerov. İlham Əliyev: Mən Azərbaycanıma inanıram. Bakı, Azərnəşr, 2007, 376 s.
13. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, I том, 512 с.
14. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II том, 400 с.
15. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III том, 492 с.
16. Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.
17. XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s.
18. Molla Nəfəs. Bu məkana gəlmişəm. Bakı, MBM, 2010, 160 s.
19. Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s.
20. Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s.
21. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Ankara, 2010, 448 s.
22. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, I cild, 602 s.
23. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, II cild, 658 s.
24. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM, 2011, 292 s.
25. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 328 s.
26. Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s.
27. Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s.
28. Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.
29. Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, BXQR, 2011, 432+32 s.
30. Qurbanqulu Berdimühəmmədov. Axaltəkə atı–iftixarımız və şöhrətimiz. Bakı, CBS, 2011, 232 s.
31. Türkmən şeiri antologiyası. Bakı, MBM, 2011, 400 s.
32. Abdulla Şahbəndə. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 104 s.
Türkcə, rusca, almanca və ermənicə bilir.
e-mail: ramizasker@gmail.com
İÇİNDƏKİLƏR:
Möcüzəli poeziya (Ramiz Əskər) 3
Nurməhəmməd Əndəlib 14
Tahirlə İgidin deyişməsi 18
Tahirlə Zöhrənin deyişməsi 21
Yusiflə Züleyxanın deyişməsi 23
Abdulla Şahbəndə 25
Qırx 28
Beş 30
Nədir 31
Bilinməz 33
Hansıdır – budur 35
Pəri ilə Şah Bəhramın deyişməsi 37
Balahüsn ilə Şah Bəhramın deyişməsi 39
Məxdumqulu Fəraqi 41
Oturmuş 45
Yaşıl zümürrüd 47
Onda var 49
Vardır 50
Gördüm 51
Nəsən sən 52
Neçə yaşındadır 53
Durdu şair – Məxdumqulu 54
Məxdumqulu – Durdu Şair 57
Məxdumqulu – Oraz xan 59
Azadi – Məxdumqulu 60
Kimdədir 62
Gedibdir 63
Nədəndir 64
Nədir 65
Üçü övladdan 66
Kəfarət etdi 67
Durubdur 68
Dedim – dedi 70
Bir neçə misal 71
Yetdin 73
Məna bilməz yaşında 76
Gərək 78
Gəldin 80
Qurbanəli Məğrubi 82
Tutuldu – bitildi 83
Molla Nəfəs 86
Səraxslı Şair – Molla Nəfəs 90
Hansıdır 92
Qızla gəlinin deyişməsi 93
Cahana gəldi 95
Dedim – dedi 98
İstəyib gözəl yarı 99
Dostməmməd 102
Qurbanqulu – Dostməmməd 103
Annaqılınc Möhtaci 106
Gəlinlə igidin deyişməsi 107
Aman xan – Söyeq Batır 109
Miskin Qılınc 111
Hikmətli 112
Lüğətçə 114
TürkSOY kitabxanası seriyası: 15
Тərtib edən,
türkməncədən uyğunlaşdıran
və ön sözün müəllifi:
Prof. Dr. Ramiz ƏSKƏR
Redaktor:
AMEA-nın müxbir üzvü,
Prof. Dr. Tofiq HACIYEV
Məsləhətçi:
Prof. Dr. Annaqurban AŞIROV
Türkmən müəmmaları və vücudnamələri.
Bakı, MBM, 2011, 128 s.
Korrektor: Leyla
Texniki redaktor: Ülvi Arif
Kompüterdə yığdı: Solmaz Əskərova
Dizayner: Ceyhun Əliyev
________________________________________
Çapa imzalandı: 20.08.2011
Formatı: 60x84
Həcmi: 8 çap vərəqi
Tirajı: 500 ədəd
MBM MMC mətbəəsində
çap olundu.
Dostları ilə paylaş: |