TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 

MÜQƏDDƏS  MƏTBUAT 

I.”Məbəd”, “Müqəddəs Təlim” və “Ocaq Tarixi”nin hazırlanmasıyla Amal 

Mətbuatı yarandı. 

    II.Safruhun Zəngin, Səriştəli, Uğurlu Əməli xüsusi Təqdir olunur. 

   III.Müqəddəs Mətbuatı ardıcıl şəkildə xalqa çatdırmalı. 

 

XƏTT 

Minimal İmkandan maksimal istifadə. 

27 Qismət günü, Xəzan Ayı, 11-ci il. Bakı. 

 

 BAKIDAKI  ATA  AİLƏSİNİN  TƏMSİLÇİSİ 



SAFRUHUN  HESABATI  HAQQINDA 

Ailə Müqəddəslik üstə köklənib – Müqəddəslik çalmalıdır! 



 

TELETEATRDA  ATAYLA GÖRÜŞ 

    Görüş Amalın xalqlaşmasına yaradı...  

    Əsilin yaradıcı, inadkar, fədakar Təşkilatçılığı xüsusi qeyd olunmalıdır. 

 

NEFT  və  KİMYA  İNSTİTUTUNDA   ATAYLA  GÖRÜŞ 

   Amalla camaatın doğmalaşması yolunda irəliləyiş oldu Mərasim. 

   Əsilin yaradıcı, inadkar, fədakar Təşkilatçılığı xüsusi qeyd olunmalıdır. 

28 Ümid günü, Yağış Ayı, 11-ci il. Bakı. 

 

POLİTEXNİK  İNSTİTUTUNDA  ATAYLA  GÖRÜŞ 

Mərasimdə Amal bildirildi, Əmələ çağırıldı. 

Əsilin Təşkilatçılığı yüksək səviyyədəydi. 

29 Dözüm günü, Yağış Ayı, 11-ci il. Bakı. 

 

11-ci İL  “SƏFƏR  GÜNÜ”  MƏRASİMİ 

   1. Mərasim Mütləq Səcdə üstündə köklənir və 4 hissədən ibarət olur: 



 

251


I. Ata Kəlamı. 

II. Evladlaşma. 

III. Safruhun Səfər Təcrübəsi. 

IV.Evladların Səfər, yaxud Səfərsizlik haqqında sözləri. 

   2.Mərasimin gedişatını Halal yazır və Sərt Ayının 15-də Ataya təqdim 

edir. 


   3.Mərasim Əsilin Evində keçirilir – 2 saat müddətində. 

4 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

EVLADIM  DOSTA 

Şərdən başqa Düşmənimiz yoxdur. 

     İnsanın daxilindəki Şərdən başqa. 

     Dünyanın daxilindəki Şərdən başqa. 



     Xeyirə Dostuq. 

    “Dost” adını sənə halal eləyirəm. 

     Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun! 



5 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Hidayət idi. Ocaqdan çıxdı.) 

 

QƏLBİ  GƏLİŞİ 

Evladlarım Sadiqimin və Üstünün oğlu “Qəlbi” adlandırılır – Yüksək və 

Ürəkli böyüsün, Ataya Evlad olsun. 

Layla üstündə köklənsin Analığı Üstünün, 

Qayğı üstündə köklənsin Atalığı Sadiqin. 

 

RUHANİ  TOPLU 

Sadiqimin tərtib etdiyi “Evlad sözü” – Amala gərəkdir, İşıq payıdır ca-

maata Evladlardan. Yayılsın Car kimi. 

7 Dözüm günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

EVLADIM  GÖYLÜYƏ 

Yerin mənası Göydədir. 



    Göylüyük – çünki İnamlıyıq. 

Göysüzdürlər – çünki İnamsızdırlar. 

    Göylüyük – çünki İdraklıyıq. 

Göysüzdürlər – çünki İdraksızdırlar. 

    Göylüyük – çünki Mənəviyyatlıyıq. 

Göysüzdürlər – çünki Mənəviyyatsızdırlar. 



 

252


    Göylüyük – çünki İradəliyik. 

Göysüzdürlər – çünki İradəsizdirlər. 

   Yurdçuyuq – Göylüyük. 

    “Göylü” adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

     Daxilindəki Mütləq sənə Yar olsun! 

11 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Rəhilə idi. Ocaqdan çıxdı). 

 

MƏNƏVİ  RƏMZLƏR 

Cənnət – İnam. 

Cəhənnəm – Tərəddüd. 

O dünya – Kamillik. 

Bu dünya – Naşılıq. 

15 Qismət günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

SAFRUHUN  QƏDİMYURD  AİLƏSİ 

    MƏRASİMİ  HAQQINDA  HESABATI 

1.Mərasim Müqəddəslik məzmununda, Ruhani biçimdə, Bənzərsizlik 

Qanununa uyğun, Ləyaqət İşığında keçib. 

    2.Safruhun Yüksək Əməli təqdir olunur. 

    3.Evladların Amal Birliyi, Mübahisəsizlik Doğmalığı təqdir olunur. 

     Məzmun Mütləqiliyinə çatın! 

     Biçim Mütləqiliyinə çatın! 

     Qaranlıqlar Yarılsın! 



25 Arzu günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

EVLADIM  QALAYA 

İnam Qalasını uçurtdular İnamsızlar. 

İnam Qalası tikməliyik. 

İdrak Qalasını uçurtdular İdraksızlar. 

İdrak Qalası tikməliyik. 

Mənəviyyat Qalasını uçurtdular Mənəviyyatsızlar. 

Mənəviyyat Qalası tikməliyik. 

İradə Qalasını uçurtdular İradəsizlər. 

İradə Qalası tikməliyik. 

Qala olmalıyıq Yurda. 



“Qala” adını sənə halal eləyirəm. 

 Adına layiq ol. 

 Qaranlıqlar Yarılsın. 

 Daxilindəki Mütləq sənə Yar olsun! 



(Qeyd: Həyatda adı Sahib idi. Ocaqdan çıxdı). 

 

253


SUMQAYITDA  ATAYLA  GÖRÜŞ 

Mərasim Amala çağırdı, Şər tanındı, Xeyir təsdiqləndi. 

    Soylunun sürətlə yetkinləşən Təşkilatçılığı Təqdir olunur. 

 26 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

EVLADIM  LAYİQƏ 

İnama layiq deyil Bugünkülər –  

çünki İnamları nisbidir – yəni yoxdur. 

    İdraka layiq deyil Bugünkülər – 

çünki İdrakları nisbidir – yəni yoxdur. 

    Mənəviyyata layiq deyil Bugünkülər – 

çünki Mənəviyyatları nisbidir – yəni yoxdur. 

    İradəyə layiq deyil Bugünkülər – 

çünki İradələri nisbidir – yəni yoxdur. 

     İnama layiqik – çünki İnamımız Mütləqdir. 

     İdraka layiqik – çünki İdrakımız Mütləqdir. 

     Mənəviyyata layiqik – çünki Mənəviyyatımız Mütləqdir. 

     İradəyə layiqik – çünki İradəmiz Mütləqdir. 

     Mütləq İnam gətirməliyik ömürlərə. 

     Mütləq İdrak gətirməliyik ömürlərə. 

     Mütləq Mənəviyyat gətirməliyik ömürlərə. 

     Mütləq İradə gətirməliyik ömürlərə. 

     “Layiq” adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

     Qaranlıqlar Yarılsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun! 



 (Qeyd: Həyatda adı Əlikram idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  FƏRƏHƏ 

 Fərəhsizdirlər Bugünkülər – çünki İnamsızdırlar, İdraksızdırlar, 

Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

     Fərəhliyik – çünki İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq, İradəliyik. 

     Fərəh gətirməliyik Ömürlərə – İnam Fərəhi, İdrak Fərəhi, Mənəviyyat 

Fərəhi, İradə Fərəhi. 

    Fərəhsizdir Bugünkülər – çünki Ülvi Fərəh tanımırlar. 

   Ülvi Fərəh gətirməliyik Ömürlərə, Ülvi Fərəhə qərq olmalıdır ömrümüz. 



   “Fərəh” adını sənə halal eləyirəm! 

    Qaranlıqlar Yarılsın. 

    Daxilindəki Mütləq sənə Yar olsun! 

26 Ümid günü, Sərt Ay, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Mikayıl idi. Ocaqdan çıxdı). 


 

254


“SƏFƏR  GÜNÜ”  MƏRASİMİ 

Mərasim Yetkin keçdi. 

     Əsilin Təşkilatçılığı, Safruhun Sözü, Halalın Yazısı, Evladların Riqqəti 

Müqəddəslik səviyyəsindəydi. 

     Nöqsan: Toplanış Mütləqiliyinin pozulması. 

Qaranlıqlar Yarılsın! 



30 Murad günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

FƏRQ 

Səcdədə İnsan özündən Yüksəyə ucalır. 

    Mütilikdə İnsan özündən Güclüyə alçalır. 

 

MANEƏLƏR 

İnsaniliyə ən çox Allahlar mane olublar – təxəyyülləşən Hökmdarlar. 

 

HƏQİQƏT 

     Mədəniyyətin əsası İnamdır, İnamsızlıq – Mədəniyyətsizlikdir. 

Mədəniyyət üçün məktəb azdır, Mehrab gərək! 



31 İnam günü, Sərt Ay, 11-ci il. Bakı. 

 

VƏZİYYƏT 

İslam millət tanımır, bu səbəbdən də İslam İranı azərbaycanlı tanımır – 

“Vahid  Azərbaycan”  ideyası  İslamla  döyüş  tələb  eləyir:  İslam  heyranları 

Yurda xəyanət eləyirlər, Yağıya xidmət eləyirlər. 

 

HƏQİQƏT 

Talış Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 

    Kürd Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 

   Tat Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 

    Lahıc Türklə birləşib Bir olub, 

Türkdən ayrılıb İkiləşmək ona nə verər? 



    Yağıya yarayan – özünə yaramaz! 

 

CƏFƏNG  ŞÜAR 

 Türkləşmə  –  millətləşmə  deməkdir,  İslam  –  millət  tanımır,  bu 

səbəbdən  də  türkləşməyə  ziddir;  “türkləşmə–islamlaşma”  şüarı  cəfəngiy-

yatdır; islamlaşan türkləşə bilməz, müsəlmanlaşa bilər yalnız. 



1 Arzu günü, Qar Ayı, 11-ci il. Bakı

 

255


FƏRQ 

Xristianlar Mərhəmətə əsaslanır, Hürufilər Heyrətə. 

İslam İnsanı Qorxudur, Hürufilər İnsana Səcdə qılır. 

 

HƏQİQƏT 

   Əgər özünü görə bilmirsənsə, kimi görə biləcəksən? 



2 Ümid günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Məhəbbət – Bədənin üzağlığıdır. 

 

GƏRƏKSİZLİK 

Gözəllik  Sirdir,  Sehrdir;  “Estetika  Elmi”  Sirri,  Sehri  öldürür  –  bu 

səbəbdən də o, Gözəllik Təlimi yox, Gözəllik Məzarıdır. 

 

VƏZİYYƏT 

   Qərb sübut elədi ki, Bəşər maddiyyatçılığa baş əyir. 

   Şərq sübut eləməlidir ki, İnsan maddiyyatçılığı əyir. 

 

VƏZİYYƏT 

Dünya Qərbindir, Dünyanın Dərdi –Şərqin. 



 

VƏZİYYƏT 

Qərb oyaq görünür, əslində isə Yuxudadır – Ruhsuzluq Yuxusunda. 

 

RUHANİ  TƏŞKİLATÇILIQ  MƏRASİMİ 

Evladım Əsilin Yaradıcı, İnadkar, Fədakar fəaliyyətindən Ruhani Təşki-

latçılıq əməli yaranıb – Mərasimləşməyə layiq. 

  Hər Od ayının 7-si “Ruhani Təşkilatçılıq Günü” sayılır və Bayram edilir. 



3 Dözüm günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

ALTERNATİV  YOXLUĞU 

Amal Alternativliyi Yoxdur – Amal Birdir. 

Həqiqət Alternativliyi Yoxdur – Həqiqət Birdir. 

Amalsızlıq Alternativliyi Var – Amalsızlıq – Çoxdur. 

Həqiqətsizlik Alternativliyi Var –Həqiqətsizlik – Çoxdur. 

 

HƏQİQƏT 

    Ziyalı Təbəqəsi – Ziyasızdır. 

    Ziyalı – Təbəqədən artıqdır, böyükdür, yüksəkdir – mahiyyətcə 

Təbəqəyə qarşıdır. 



 

256


HƏQİQƏT 

Birlik gərək: Ata ətrafında, Atalıq ətrafında, Ata Amalı ətrafında, Ata 

Sabahı ətrafında. 

17 Dözüm günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Xalqın səviyyəsinə enmək – Xalqa xəyanət eləməkdir. 



19 Qismət günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Beynəlmiləlçilik əvəzinə – Humanizm. 

Kollektivçilik əvəzinə – Birlik. 

Dövlətçilik əvəzinə – Xalqçılıq. 

Marksizm əvəzinə – Amal. 

 

VƏZİYYƏT 

Kommunistlər Azərbaycanı kommunizm zülmətinə qərq etdilər. 

İndi də İslamçılar Azərbaycanı islam zülmətinə qərq etmək istəyirlər. 

25 Mərhəm günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

    Qəzavü-qədərdə  Ruhaniyyat  yoxdur,  o  dünya  cəfəngiyyatında 

Ruhaniyyat  yoxdur;  hürü-pəri  şirniyyatında,  Yeri  –  Göyü  yaradan  Allah 

vəhmində  Ruhaniyyat  yoxdur;  İslam  –  dəhşətli  Ruhsuzluqdur  əslində. 

    Qərb  –  Maddiyyatçılıq Ruhsuzluğudursa,   İslam  –  ilahiyyatçı  Ruhsuz- 

luqdur. 


HƏQİQƏT 

Mütləq olmasaydı – Nisbi olmazdı. 

Sonsuz olmasaydı – Sonlu olmazdı. 

Əbədi olmasaydı – Keçici olmazdı. 

Mütləq olmasaydı – Nisbi Mütləq sayılardı. 

Sonsuz olmasaydı – Sonlu Sonsuz sayılardı. 

Əbədi olmasaydı – Keçici Əbədi sayılardı. 

 

VƏZİYYƏT 

Nüvə silahının yaranması – maddi tərəqqi və mənəvi iflasdır. 

    Nüvə silahından əqidəsizlik bahasına xilas olmaq yenə də mənəvi 

iflasdır. 

    İnsan İnsan olsaydı – Nüvə silahı yaranmazdı. 

    İnsan İnsan olsaydı – Əqidəsizlik yaranmazdı. 



27 Murad günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

257


HƏQİQƏT 

   Dialektika – Üzdəki. 

   Metafizika – Daxildəki. 

28 İnam günü, Qar Ayı, 11-ci il. Bakı. 

 

EVLADIM  QEYRƏTƏ 

Qeyrətdən  uzaqdırlar  Bugünkülər  –  çünki  İnamdan  uzaqdırlar, 

İdrakdan uzaqdırlar, mənəviyyatdan uzaqdırlar, İradədən uzaqdırlar. 

Mütləqsizdirlər – bu səbəbdən də hünərsizdirlər. 

İnamlıyıq,  İdraklıyıq,  Mənəviyyatlıyıq,  İradəliyik,  bu  səbəbdən  də 

Qeyrətə tapınırıq... 

Qeyrət İşığına qərq olmalıdır Yurdumuz. 

"Qeyrət" adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



(Qeyd: Həyatda adı Bəhram idi. Öldü). 

 

EVLADIM  YURDÇUYA 

Yurdçuyuq – Mütləqçiyik. 

Yurdçuyuq – Amalçıyıq. 

Yurdçuyuq – Sabahçıyıq. 

Yurdçu İnamımız Mütləqdir. 

Yurdçu İdrakımız Mütləqdir. 

Yurdçu İradəmiz Mütləqdir. 

Yurdumuz – Müqəddəsimizdir, 

Yurdçuluğumuz – Müqəddəsliyimizdir. 

“Yurdçu” adını sənə halal eləyirəm. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

5 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı. 

(Qeyd: Həyatdakı adı Ələddin idi. Ocaqdan çıxdı). 

 

BİRİNCİ  “AİLƏ  GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

Mərasim Müqəddəsliyə yaradı, Mütləqi təsdiq etdi. 

    Özümlünün Sözü, Safruhun, Qədimin hesabatları, Əsilin təşkilatçılığı 

Təqdir olunur. 

    Nöqsanlar: İntizam Mütləqiliyinin pozulması.Girişin sönüklüyü. 

10 Köçəri Ay, 11-ci il. Bakı. 

 

 


 

258


MƏQSƏD 

Mütləqi Tanımaq. 

Nisbini Rədd etmək. 

Mütləqə Çatmaq. 



 

HƏQİQƏT 

Dövlətçilik – Zorakı Hamılaşma. 

    Demokratiya – Azad Hamılaşma. 

    Hər ikisi – İnsanlaşmaya zidd. 

19 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

HƏQİQƏT 

Əqidəsizlik Haqqından böyük Haqsızlıq yoxdur! 



21 Dözüm günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

VƏZİYYƏT 

Dünya cəfəngləşib – hədsiz dərəcədə müdrik olmaq gərək. 



 

VƏZİYYƏT 

Hər bir Dövr özünü doğrultmağa çalışır. 

    Bu səbəbdən heç bir Dövr özünü doğru qiymətləndirmir. 

    Dövrü yalnız Dövrdən yüksəkdə duran qiymətləndirə bilər. 



 

HƏQİQƏT 

Mütləqə  İnanırıq  –  bu  səbəbdən  də  Dünyanın  ölümünə  İnanmırıq. 

     Mütləqə  İnanırıq  –  bu  səbəbdən  də  Nisbini  Mütləq  saymırıq. 

     Mütləqə  İnanırıq  –  bu  səbəbdən  də  Mütləqdən  ayrılan  Dünyanı  Dü-

nyasızlıq sayırıq. 

HƏQİQƏT 

    Sabaha gərək olduğumuz dərəcədə – Bugünə gərəyik. 

    Sabahı gördüyümüz dərəcədə – Bugünü görürük. 

    Bugünə qarşı olduğumuz dərəcədə – Bugünlə təmasdayıq. 



 

HƏQİQƏT 

                                                I 

    Dünyanın Mənasına İnanıram – Məna həddinə İnanmıram.  

Bu səbəbdən Zəmanə İnamına İnanmıram. 

                                               II 

    Bugünün gözü – bugünü görmür; 



Bugünün qulağı – bugünü eşitmir. 

    Sabah gözlü, sabah qulaqlı olmaq gərək... 

22 Mərhəm günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

259


HƏQİQƏT 

Ocağa gələn – Doğulur. Ocaqdan gedən – Ölür. 



 

HƏQİQƏT 

Ölkənin Atası olmayanda – Ağası olur. 



24 Murad günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

QORUYUCULUQ 

Ruhaniyyatı Ehkamdan qorumaq. 

Mənəviyyatı Cəmiyyətdən qorumaq. 

İradəni Hökumətdən qorumaq. 



26 Arzu günü, Köçəri Ay, 11-ci il. Bakı. 

 

12-ci  “YENI  İL”  MƏRASİMİ  HAQQINDA 

Mərasim Müqəddəsliyə yaradı, Mütləqi təsdiq etdi. 

    Safruhun Ricası, Evladların Sözü, Əsilin Təşkilatçılığı, Sadiqin Yazısı 

Təqdir olunur. 

   Nöqsan: İntizam Mütləqiliyinin pozulması. 

2 Günəş Ayı, Qismət günü, 12-ci il. Bakı. 

 

SAFRUHUN  GÜNDƏLİYİ  HAQQINDA 

1.Gündəlikdə Safruh Ataya yaxınlaşır və Atadan ayrılır. 



Ayrılma:  Zahirilik.  Guya  Mərasim  Xalq  cəbhəsi  Hünərinin  yanında 

balaca işdir. 



Halsızlıq: Duyğu pərakəndəliyi. 

“Balaca Mən”dən asılılıq. 

2.Gündəlik – özünüqınamadır, özüylə döyüş deyil, özüylədöyüşdə yön 

– özündənyüksəyə qalxmaqdır, gündəlikdə özündən kənara çıxmır Evlad. 

3.Təmsilçilik  –  Ruhani Təmasdır, Fərqsizlikdir,  başçılıq  deyil,  Hakimlik 

bizə yaddır; Təmsilçi Qardaşdır – Doğma. 

4.Gündəlikdə gerçəkliyi görmək, duymaq, anlamaq var, ötmək yoxdur. 



   Gerçəkliyi ötmədən Həqiqətə çatmaq olmaz.  

 

VƏZİYYƏT 

Dini Dirçəldirlər – Ruhaniyyatı Zəhərləyirlər. 



 

HƏQİQƏT 

Həyatın öz Qanadı yoxdur; Həyatın Qanadı – Amaldır. 



6 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

 

 

260


HƏQİQƏT 

   Fərdi Fərdə tapşırmaq gərək – Xalqı Ataya. 

   Xalqı Xalqa tapşırmaq – Günahdır. 

12 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM  YÜKSƏYƏ 

Dövrdən Yüksək olmadan Həqiqətə çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan Amala çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan İnama çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan İdraka çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan Mənəviyyata çatmaq olmaz. 

Dövrdən Yüksək olmadan İradəyə çatmaq olmaz. 

“Yüksək” adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



17 Murad günü, Günəş Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Əvəz idi. Ocaqdan çıxdı). 

 

İNŞAAT  İNSTİTUTUNDA  ATAYLA  GÖRÜŞ 

   Görüş Amal çağırdı, Amala çağırdı. 

       Əsilin Təşkilatçılığı, Sadiqin Təşəbbüsü, Fərəhin Təqdimi Təqdir olu-

nur. 


25 İnam günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM  ÖTKÜNƏ 

Zəmanə Əskikdir – onu ötmək gərək. 

    İnamdan  əskikdir  –  İdrakdan  əskikdir,  Mənəviyyatdan  əskikdir, 

İradədən əskikdir, İnsanlıqdan əskikdir Zəmanə. 

    Onu  ötməlisən  ki,  İnama  çatasan,  İdraka  çatasan,  Mənəviyyata  çata-

san, İradəyə çatasan – İnsanlığa çatasan. 



   “Ötkün” adını sənə halal eləyirəm. 

    Zəmanədən artıq ol ki, Həqiqət qarşısında, Ədalət qarşısında əskik 

olmayasan. 

   Ürəyin Qaranlıqları Yarsın! 

   Daxilindəki Mütləq sənə Yar olsun! 

27 Ümid günü, Günəş Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Qiyas idi. Ocaqdan çıxdı). 

 

 

 


 

261


“YAS  GÜNÜ”nün  YAZISI 

 1.Mərasim  Kədərə  düşmək  və  Kədərdən  çıxmaq  İdeyaları  əsasında 

qurulur. 

 2.“Yas  Günü”  Safruhun  Ruhani  Ricasıyla  başlayır,  Ataya  Ricayla  da-

vam etdirilir, Ata Carıyla Müqəddəsləşir, Evlad Qəbuluyla varisləşir. 

3.Ata  Sözündən  sonra  Evlad  Ağıları,  Bayatıları,  Məqamları,  İzharları 

səslənir. 

Ruhani Sənədlər oxunur. 

4.Mərasim Ata Haraylarıyla müşayiət olunur. 

5.Mərasim Əsilin Evində keçirilir. 



28 Dözüm günü, Günəş Ayı, 12-ci il. Bakı. 

 

FİZİKA  İNSTİTUTUNDA  GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı – Xeyirə yaradı, Şəri döydü. 

    Əsilin Təşkilatçılığı təqdir olunur. 

8 İnam günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

FƏRQLƏR 

Gerçəkliyə bərabər olan İdeal yoxdur. 

    Kapitalizm gerçəkliyə xidmət eləyir: –  

Bu səbəbdən də kapitalizm İdealsızdır... 

Maddiyyata bərabər olan İdeal yoxdur. 

    Sosializm maddiyyata xidmət eləyir: – 

Bu səbəbdən də sosializm İdealsızdır. 

İdeal – Mütləqə çatmaq deməkdir –  

bu səbəbdən də Ruhani Cəmiyyət – İdeallı cəmiyyətdir. 

 

HƏQİQƏT 

İnsanlaşma – Mənafeyə əsaslanan cəmiyyətə ziyandır. 

İnsanlaşma – Zora əsaslanan cəmiyyətə ziyandır. 

İnsanlaşma – kapitalizmə və sosializmə ziyandır. 



9 Arzu günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNİN  

 HESABATI  HAQQINDA 

I. Ailə əməli təqdir olunur – Üsul əlvanlığı artır – özünütanıma 

Yetkinləşir. 

II. Mütləqilik tələb eləyir ki, Timsalçının girişi “Atayla Görüş”dən sonra 

deyilsin. 

III. “Əxlaq” və “Həqiqət” Kəlamları əsasında qurulsun təzə Ailə günləri. 



 

262


IV. Lənkərandakı “Talış Evlərinə” müdaxilə eləmək: “Bütöv Yurd” 

ideyasını Mütləqilik səviyyəsində Aşılamaq (Ruhani Sənədlərdən, 

maqnitofon yazılarından, kitablardan istifadə etmək). 

    V.Rayon qəzeti vasitəsiylə Atayla görüşü hazırlamaq. 

Nurlanın, Nurlandırın! 

12 Mərhəm günü, Çiçək Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

   Dəyişilən Həqiqət – Dəyişilən Əxlaq deməkdir. 

   Həqiqətsizlik – Əxlaqsızlığı qoruyur. 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin