Birikmə
O mənə “Safruhum” deyərdi, mən Ona “İnamım”.
***
Qarşılıqlı gözləntilərimiz qarşılıqlı sevgilərimiz qədər idi, qarşılıqlı ina-
mımız, güvənimiz də eləcə. Ancaq O – Ata boyda idi, mən – Evlad boyda.
***
Mənə adı O vermişdi, Ona Adı mən verdim.
***
Safruh İnamın Safruhudur, İnam Safruhun İnamı.
***
O, Ata idi, mən oğul. Biz Ata – oğuluq əbədi.
***
O, Ata idi, mən türk. Biz Ata –Türkük əbədi.
***
Bir soydan idik – soylardan biri idik.
***
Soylardan biri kimi Yol başladıq – Pir Soy olduq, Ulu Soy olduq.
***
Cünki hər kəsə bu imkanı tanıdıq və hər kəsi öz ululuğuna səslədik –
Bəşərin Ləyaqəti naminə.
***
Atamız var olsun!
SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı
06 Söngü – 05 Ata Ayı 35-il.
Atakənd. İnam Evi.
(Avqust – sentyabr. 2013).
21
İNSANLAŞMAQ
Zəmanə İnamını – İnamsızlıq saydım.
İnam yaratdım.
Zəmanə İdrakını – İdraksızlıq saydım.
İdrak yaratdım.
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım.
Mənəviyyat yaratdım.
Zəmanə İradəsini – İradəsizlik saydım.
İradə yaratdım.
Zəmanə Amalını – Amalsızlıq saydım.
Amal yaratdım.
Zəmanə Əməlini – Əməlsizlik saydım.
Ocaq qaladım.
Təqiblərə yüksəldim. Ata çağırıldım.
Bəşərin nicatı – İnsanlaşmaqdadır.
İnsanlaşın – İnsanlaşdırın...
Şölə Ayı, 7-ci il. Bakı.
(İyun, 1985-ci il).
23
YOL. ATA SÖZÜ
(Üçüncü Müqəddəs Kitab)
25
DOĞMALARIMA
Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.
Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik
Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi,
Səhər Təbəssümü, sonu görünməyən, ürəyimizi özü ilə aparan,
Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək
Nərəsi, Sel Əzəməti var…
Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başında
oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün
Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması,
Özünü başqasında tapmaq Səadəti var.
Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündənkeçmə
Ülviyyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvələrlə Yarışı, Babəkin
tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sarsıdan Ruhu, Əzabdan alınan
Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.
Sizin Ruh Dünyanızda Zərdüştün Hürmüzdü, Füzulinin Məcnunu,
Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinası, Muğamın
Ülvi Ehtizazı var…
Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağsaqqallıq,
Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənənəsi, Qədimliyə pərəstiş,
Babaların Müqəddəs Ruhuna İnam var.
Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi
anlarsınız.
Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.
Dünyasızlarla döyüşün – Dünyanızı təsdiq etmək üçün!
Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.
Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz!
OCAQ MƏRAMI
Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani
Zənginliyə sonsuz Ehtiras yaşayır.
Ocaq həmin Ehtirasdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz
Nifrət yaşayır.
Ocaq həmin Nifrətdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi
sərvətlərə sönməz Məhəbbət yaşayır.
Ocaq həmin Məhəbbətdən yaranmışdır!
26
Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir Pərəstiş
yaşayır.
Ocaq həmin Pərəstişdən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Bütöv, Parlaq, Gözəl İnsan
Şəxsiyyətinə Çağırış yaşayır.
Ocaq həmin Çağırışdan yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Hərarətli və Dərin, Əzəmətli və Zərif,
Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyil yaşayır.
Ocaq həmin Meyildən yaranmışdır!
Dünyada, Həyatda, Xalqımızda Qeyrət ilə Alçaqlıq, Ləyaqət ilə
Qəbahət, Cəngavərlik ilə Mənəvi Zəlillik, Vətənpərvərlik ilə Vətənsizlik
döyüşür.
Ocaq bu Döyüşün ön sırasındadır!
Dünyada, Həyatda, Xalqımızda Yanar Zəkanın Övladı olan, Dünya
Fikrinin Mahiyyətini özündə təcəssüm etdirən, Bədiiyyatla nəfəs alan,
Mənəviyyatı Həqiqət Odunda təmizləyən Qanadlı, Hissiyyatlı, Cəsarətli
İdraka zəruri Ehtiyac yaşayır.
Ocaq həmin Ehtiyacdan yaranmışdır!
XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz
həmin Bayrağı başımızın üzərinə qaldırırıq.
İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə öz
zəifliyi üzərində qələbə çala bilər.
İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən
böyük borcudur. Bütün çirkinlikləri daxildən silib atmaq olar. Pisliyin
bəraət imkanı yoxdur…
Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz
məqsədi sayır.
Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsızlıq,
yırtıcılıq, bədbinlik, eybəcərlik təbliğ edən “sənət”ə qarşı ikrah hissi
yaşayır.
Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüşündə ardıcıl, amansız
olacaqdır.
Dünyada, Həyatda, Xalqımızda müasir əxlaq, müasir gözəllik, müasir
həyat tərzi libasına bürünmüş, öz Əsilliyindən, Qədimliyindən, Xəlqi
Mahiyyətindən ayrılmış təcavüzkar, fəal, azğın qüvvələr yaşayır.
Onların puç və zərərli əqidəsini Ocaqda yandırıb külə döndərmək
lazımdır.
Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.
Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.
Biz Qərb solçuları kimi gələcəklə keçmiş arasında uçurum görmürük,
“ya gələcək, ya da keçmiş” demirik.
27
Biz belə hesab edirik ki, müasir İnsanın Qəlbində Məcnun Alovu
yaşamalıdır, Nəsimi Ənəlhəqqi səslənməlidir, Zərdüşt İşığı parlamalıdır,
Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.
Biz mədəni bədbinlərin “İnsan məhv olur” – hay-küyünə inanmırıq.
İnsan öz böyüklüyünə qayıda bilər, qayıtmalıdır və Ocaq bu
ümumbəşəri tarixi vəzifəyə xidmət edir.
Biz geriyə yox, irəliyə gedirik.
Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.
Biz Bəşərin Ülvi Ruhunu Ürəyimizdə gəzdiririk. Həmin Ruh bizi
Müqəddəsləşdirir və biz bu Müqəddəsliyi Dünyaya, Həyata, Xalqa
qaytarırıq.
Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, Mehr,
Məhəbbət bəzəyir Dünyanı, Qeyrət, Namus cilalayır Mənəviyyatı, Fikrə
Ənginlik, Duyğuya Təravət bəxş olunur.
İnsan öz üzərində çaldığı qələbəni bayram edir.
Biz azərbaycanlıyıq, Şərq dünyasının bir hissəsiyik.
Muğamlarımızla, Şerimizlə, Adət-Ənənələrimizlə Şərqə bağlıyıq,
Füzulilərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafizlərə qohumdur.
Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq.
İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəltmişik.
Şərqin ikinci Füzulisi yoxdur, Muğamları da ən kamil şəkildə biz
qoruyub saxlamışıq və ifa etmişik.
Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt qərbçi olmamışıq.
Sənətimizdə, Fəlsəfi Fikrimizdə, Musiqimizdə təsdiq olunan Ruh –
Hərarətli, Müdrik Şərq Ruhudur.
Biz həm də türkdilli xalqların bir hissəsiyik. Ancaq bu xüsusiyyətimizi
bütün Şərqə qarşı qoymuruq.
Biz türkdilli xalq olsaq da, ən çox Şərqi xalqıq. Bizim Mənəviyyatımızda
ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz
hamıya bəllidir.
Belə bir xalq özünəməxsus Mənəviyyat Fəlsəfəsi yaratmalıdır. Tarix
onun qarşısında bu vəzifəni qoyub.
Ocaq həmin Zəruriyyətdən yaranıb!
Füzulilərin, Nəsimilərin, Muğamatın, Sazın, Şərq Ruhunun, ümumən
Dünya İdrakının davamı olan Mənəviyyat Fəlsəfəsini Ocaq mütləq
yaradacaq!
Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.
Dünyanın Aqibəti İnsanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya
yaratmağa qadirdirlər.
Azərbaycanın sinəsində yanan bu Ocaq Xalis, Qeyrətli, Pak İnsanlar
yetişdirəcək, Gözəl İnsan yaratmaqla Gözəl Dünyaya xidmət edəcək.
28
Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın!
Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!
Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız – Məqsədimizə
bərabər olsun!
Ocağın Müqəddəs Ruhu sönməzdir!
Bakı, 1980-ci il.
OCAQÇININ HƏYAT TƏRZİ
1.ÖZÜ İLƏ DÖYÜŞ
Dünyanı, İnsanı, Həyatı dəyişən, Kamilləşdirən, Ülviləşdirən Ocaqçı öz
Mənəviyyatında, İdrakında yaşayan eybəcərliyi, naqisliyi, natamlığı
öldürməlidir.
Ocaqçının qazandığı ilk Qələbə – özünün üzərində çaldığı Qələbə
olmalıdır.
Ocaqçı bilməlidir ki, bəşər övladı Məxluq kimi dünyaya gəlir, Adam
kimi mövcud olur, İnsan kimi yenidən doğulur.
Məxluqun başqa canlılardan fərqi azdır. O, cismani tələbləri ödəyir,
nəsil artımında iştirak edir, Həyata uyğunlaşır, özünü qoruyur, ibtidai
nəşələrdə səadət tapır. Təbiət tərəfindən bəxş olunan nadir Qüdrət – Ağıl
həmin məqsədlərə xidmət edir.
Dostluq əvəzinə faydalı ünsiyyət, Məhəbbət əvəzinə şəhvani asılılıq,
Vətənpərvərlik əvəzinə məişətsevərlik yaranır.
Məxluq üçün Vicdan, Həqiqət, Fədakarlıq, Ülviyyət yoxdur.
Məxluq Dünyanı, Bəşəri, Vətəni görmür. Çünki Mənəvi Aləmi dardır,
Qəlbi sönükdür, İdrakı cılızdır.
Məxluq özünü dəyişdirməyə can atmır, çünki özünü tanımır, özünə
qayıtmır, öz əsil Mahiyyətinə yaddır.
O, daim bayağı fəaliyyətdədir. Onun öz daxili Dünyasına enməyə
meyili, həvəsi, vaxtı yoxdur. O, bəsit həyat axarında adi bir damladır.
Məxluq İradəsini, Ağlını, Mənəviyyatını cılız cismani mövcudluğa qarşı
qoymağa cəhd göstərmir. Çünki bu mövcudluqdan kənara çıxa bilmir,
ona pərçimlənir.
Məxluq özünün indiki vəziyyəti ilə kifayətlənir, bayağı Həyatın
meyvələri ona dadlı gəlir, çünki başqa meyvə tanımır və tanımaq istəmir,
başqa meyvənin olacağına inanmır.
29
O, Dünyadan yalnız cismani faydalanır. Məxluqun başını qaldırıb
Dünyaya baxmağa vaxtı və ehtiyacı olmur.
Özünü dəyişdirmək üçün özünü öyrənməlisən.
Məxluq özünə heç yaxınlaşmır da.
Ali Duyğulara tələb yaranmır. Çünki hissiyyat div yuxusuna qərq olub.
Dəhşətli bir naşılıq törəyir. Günəş – bədəni isidən səma cismi, Torpaq
– qarnı doyduran mətbəx, Vətən – birgəyaşayış yeri, Çay – böyük hovuz,
Dağ – torpaq, daş və gil yığını sayılır.
Məxluqun taleyi yoxdur, çünki Mənliyi yoxdur.
Məxluq Zəmanənin daxilində olsa da, Zəmanəni görmür, çünki
Zəmanədən fərqlənmir.
Məxluq Əqidə tanımır, çünki heyvaniliyi xoşbəxtlik sayır.
Məxluq İdrak tanımır, çünki şüur onun cismani tələblərini tam ödəyir.
Məxluq Müqəddəslik tanımır, çünki heyvanilik səddini aşa bilmir.
Ocaqçı Qəlbində, Düşüncəsində, Həyat Tərzində təzahür edən
məxluqluğa qarşı ardıcıl şəkildə vuruşmalıdır.
O, anlamalıdır ki, Mənəvi naqislik öz-özünə aradan qalxmır, Kamilliyə
nail olmaq istəyən şəxs Daxili Aləmin dərin qatlarına enməli, oradakı
çirkabı Ürəkdən silib atmalıdır.
Ocaqçı Həyat Dəftərinə özünün səciyyəvi müsbət və mənfi cəhətlərini,
özü ilə döyüşün nəticələrini yazmalıdır.
“Mən bu gün necə yaşadım, hansı mənfi keyfiyyətlərdən xilas ola
bildim?”
“Mənəvi Kamilləşmə Yolunda hansı yeni addımlar atmalıyam?”
“Dostluğum, Məhəbbətim əsildirmi?”
“Yalana, saxtalığa meyil etmirəm ki?”
“Vətən haqqında düşünürəmmi?”
“Qəlbimdə xəbislik ilanı yatmır ki?”
“Bu gün hansı xeyirxah iş gördüm?”
“Əqidəm uğrunda ölməyə hazırammı?”
“Əzabdan, cəzadan qorxmuram ki?”
“Başqasında özümü görə bilirəmmi?”
(Bu qəbildən olan suallara cavab Həyat Dəftərində əks olunur və hər
altı aydan bir Ocağa təqdim edilir, Ata tərəfindən qiymətləndirilir.)
Ocaqçı bilməlidir ki, İnsan Həyata kamil, nöqsansız gəlmir, Təbiət
insanı İdeal səviyyədə yaratmır. Ona görə də şəxsiyyət özünü yenidən
yaratmalı, ardıcıl şəkildə dəyişdirməli, İdeala yaxınlaşdırmalıdır.
Yalnız özü ilə amansız döyüşən, özü üzərində yüksələn şəxs
Ocaqçı adına layiq ola bilər!
Özü ilə Döyüş qurtaran yerdə Ocaqçılıq Ləyaqəti qurtarır.
30
Adam – Məxluqdan üstün, İnsandan aşağıdır. Məxluqdan fərqli olaraq,
Adamda Ruhani Gözəlliyə, Yüksək Həyat Tərzinə meyil var. Ancaq həmin
meyil güclü ehtiras səviyyəsinə qalxmır. Çünki Ali hisslərlə yanaşı,
Adamın bulanıq daxili aləmində çirkin, cılız duyğular da yaşayır.
Adam – Vətəni sevir, ancaq Vətən yolunda Əzaba qatlaşmır, Ölümə
getmir, çünki Vətənsevərliyi ömrün mənasına çevirməyib, güclü İradəyə
malik deyil, Mənəviyyatını qorxu kabusu bürüyüb, yetkin mətanətli
Şəxsiyyət deyil.
Adam – Müqəddəsliyi qiymətləndirə bilir, ancaq Müqəddəsliyə qovuşa
bilmir. Çünki Ruhani Qüdrət sahibi deyil, xilqətində Böyüklük yoxdur.
Adam – Məhəbbətə, Sədaqətə biganə qalmaz, ancaq çətin anda
Məhəbbətdən, Sədaqətdən qaçar. Çünki Məhəbbətlə yanaşı, daxilində
Xudpəsəndlik də yaşayır.
Adam – Dostluğa can atar, lakin onun ağırlığını çiynində gəzdirə
bilməz. Çünki çiyni zəifdir.
Adam – Əxlaqi Təmizliyi bəyənər, ancaq hərcayi ehtiraslarını
cilovlamağa iradəsi çatmaz, Əxlaqsızlıq bataqlığına yuvarlanar.
Adam – ani Cəsarət göstərər, fəqət sonra Qorxu hissinin pəncəsində
çabalayar, Qorxaqlığı İgidliyini üstələyər.
Adam – Qəhrəmanla, Fədakarla, Özündənkeçənlə bir neçə addım yol
gedə bilər, ancaq yarı yoldan qayıdar.
Adam – əsil İdraka, Sənətə biganə qalmaz, ancaq süni və bəsit sənəti,
İdrakı da sevər, onlara daha çox bağlanar.
Adam – Təmənnasızlığı qiymətləndirər, ancaq şəxsi həyatında ondan
qaçar.
Adam – eybəcər mühitə lənətlər yağdırar, ancaq mühitlə təmasda
özünü onun timsalı kimi aparar və son nəticədə mütiləşər, Üsyanından,
Hiddətindən heç nə qalmaz.
Adam – Leyli axtarar, Məcnun olmaq istəməz, Böyüklük axtarar, Əzab
istəməz, ölçülü yaşayar, ona görə də yaşamaz.
Adamda – müsbət keyfiyyətlər mənfi keyfiyyətlərlə qaynayıb qarışar,
öz qüdrətini itirər.
Ocaqçı öz Mənəviyyatında, İdrakında, Həyat Tərzində Adam
natamlığını, naqisliyini aradan qaldırıb, İnsan Kamilliyinə çatmalıdır.
İnsan – Müqəddəsliyə, Həqiqətə, Vətənpərvərliyə, Qəhrəmanlığa,
Bəşərsevərliyə, İdeala, Məhəbbətə, Qədimliyə, Ruhani Ülviyyətə,
Cəngavərlik Siqlətinə qəlbdən bağlanan, ömrünü Yüksək Arzulara həsr
edən, Səadətini onda tapan Şəxsiyyətdir.
Ocaqçının Məqsədi İnsan olmaqdır!
Bunun üçün o, özüylə daim mübarizə etməlidir.
Ocaqçı Ürəyindən Qorxu duyğusunu silməlidir.
31
Ocaqçı Mənəviyyatından Paxıllığı qovmalıdır.
Ocaqçı Əxlaqından Heyvani Şəhvaniliyi murdar yük kimi atmalıdır.
Ocaqçı Bədxahlığı Daxili Aləminə qoymamalıdır.
Ocaqçı tənbəllik, fəalsızlıq eybəcərliyini məhv etməlidir.
İradəsizlik Ocaqçının qəddar düşmənidir.
Namus bəndini aşan ehtirası ürəyə qoymazlar.
Ocaqçı Mənəviyyatında Müxənnətliyə yer yoxdur.
Dilində Yalan gəzdirən Ocaqçı lənətə layiqdir.
Ocaqçının saxta Fərəhə ehtiyacı yoxdur. O, araq, şərab adlanan
murdarlığı dilinə vurmur, mənəvi zəlillərin pənah gətirdiyi içki ehtirasını
rədd edir.
Ocaqçı İdrakından lüzumsuz bilikləri atıb, dəyərli bilikləri saxlamalıdır.
Müqəddəslik duyğusunu Mənəviyyatının əsasına çevirməyən şəxsdən
Ocaqçı olmaz.
İnsan olmaq çətin peşədir!
İnsan sözü əsil qiymətini itirib. Ocaqçı onun ləyaqətini bərpa etməlidir.
Özü ilə döyüşən Ocaqçı Ocaqdan güc alır.
Ocağa müraciət edir.
Ocaqçının Ocağa Səhər Müraciəti belə olmalıdır:
“Ocağım, Ülvi Qüdrətini məndən əsirgəmə!
Mənə kömək et!
Heç bir naqisin təsirinə düşməyim, pis hərəkətə yol verməyim,
ürəyimdə çirkin duyğular oyanmasın.
Xeyirə xidmət edim.
Kamillik Yoluyla gedim.
Sənə layiq olum.
Kömək et mənə, Ocağım!”
Ocaqçının Ocağa Günorta Müraciəti belə olmalıdır:
“Səhərimi başa vurdum.
Saf Ürəklə, Təmiz Niyyətlə.
Sən istədiyin kimi.
Mənəviyyatıma çirk qonmadı.
Hərəkətlərimdə qəbahət olmadı.
Xeyirə qulluq göstərdim.
Şəri yaxına buraxmadım.
Kamillik Yolunda büdrəmədim, çünki səninləydim”.
Ocaqçının Ocağa Axşam Müraciəti belə olmalıdır:
“Ürəyimdə İşıq yandır, Ocağım, Qaranlıqlar çəkilsin!
İradəmə güc ver, daxilimdəki Çirkabları əritsin!
32
Saflığına bir addım da yaxınlaşdım.
Sabahıma apar məni!
Mənimlə ol!
Yoxuşlarda büdrəməyim!
And içirəm, Sabahım bu günümdən daha Kamil olacaq!”
Ocağından bir an da ayrılmayan Ocaqçının özü ilə döyüşdə qələbə
çalacağına Ata İnamı böyükdür!
2. HƏYATDAKI EYBƏCƏRLİKLƏ DÖYÜŞ
Ocaqçının ən böyük düşməni – Vətənsizlikdir.
Vətənsizlik – Xalqına İnanmamaq, Xalq Ruhuna, İdrakına yad olmaq,
özgələşmək deməkdir.
Vətənsizlik – Qərbi yamsılamaq, təqlid etmək və bu miskinliklə
öyünmək, onu müasirlik, qabaqcıllıq timsalı saymaqdır.
Vətənsizlik – Kökündən, Qədimliyindən, Tarixindən ayrılmaq,
süniləşmək, müflisləşməkdir.
Vətənsizlik – Xəlqi Düşüncəni, Mənəviyyatı – gerilik, ibtidailik nişanəsi
saymaq qəbahətidir.
Vətənsizlik – ardıcıl, təcavüzkar, açıq əxlaqsızlıqdır, əxlaqsızlığı
hörmətə mindirmək cəhdidir.
Vətənsizlik – fəndgirliyin, mənsəbpərəstliyin, minsifətliyin, mədəni
alçaqlığın, nəcib cəlladlığın həyatımıza müdaxiləsidir.
Vətənsizlik – idealsız, antixəlqi, yarışərq, yarıqərb, müti və pozğun
ziyalı qrupunun, elitasının peyda olmasıdır.
Vətənsizlik – sadə Vətən övladlarına təşəxxüslü və saxta
münasibətdir.
Vətənsizlik – taleyini, səadətini, gələcəyini özündə yox, özündən
uzaqlarda axtarmaq bəlasıdır.
Ocaqçı Vətənsizliklə həmişə, hər yerdə vuruşmalıdır.
Əgər Ocaqçının yanında Vətənsizlik təbliğ olunursa və o, bədnam
əqidəni ifşa etmirsə, onun Ocaqçı adını daşımağa haqqı yoxdur.
Əgər bu və ya digər əsərdə Vətənsizlik əlaməti görünürsə, Ocaqçı ona
öz münasibətini mütləq bildirməlidir.
Ocaqçı Vətənsizlik haqqında Ocağın fikrini xalqa şərh etməlidir.
Ocaqçı öz mühitini Vətənsizlik çirkabından təmizləməlidir.
Ocaqçı olan yerdə Vətənsizlik toxumu bar verə bilməz.
Ocaqçı Vətənsizlik adlanan yağı ilə bir an da barışmamalıdır.
Həyat – Ocaqçı üçün Vətənsizliklə döyüş meydanına çevrilməlidir.
33
Ocaqçı öz Həyat Dəftərində bu sözləri yazmağa haqq qazanmalıdır:
“Mən Vətənsizliklə həmişə döyüşürəm”.
Vətənsizliklə Mübarizənin çeşidləri müxtəlifdir.
Müəllim dərslərində, qələm əhli əsərlərində, işçi müəssisələrdə,
tələbə
auditoriyada,
yataqxanada
Vətənsizliyi
ifşa
etməlidir,
Vətənsevərliyi təbliğ etməlidir.
Ocaqçının ikinci düşməni – Məhəbbətsizlikdir.
Həyatımızda İnsana Məhəbbət azalıb, İnsan Ləyaqəti tapdanır.
Müqəddəslik duyğusunun sönməsi nəticəsində İnsani əlaqələrdə
Gözəllik, Şeiriyyət yoxa çıxmaqdadır. İnsana Heyrətli münasibət tükənir.
Sevgi ucuzlaşıb, bayağılaşıb, nəşəsevərlik aşiqliyi üstələyir.
Övladın Valideynə, Qadının Ərə, Bacının Qardaşa münasibətində
biganəlik, soyuqluq, yadlıq görünür. Həyat Gözəlliyini, Cazibədarlığını
itirir. Nəsimilərin, Füzulilərin atəşin, ehtizazlı Ruhu ürəkləri tərk edir.
Qəddarlıq, Yırtıcılıq, didib-parçalamaq Ehtirası Dünyanı bürüyüb.
Qeyrətsizliyə, İsmətsizliyə, Xəyanətə qarşı Nifrət duyğusu azalıb.
Qəbahətə alışmaq təhlükəsi meydana çıxıb.
İnsan öz böyüklüyündən ayrılmaqdadır.
Ocaqçı dəhşətli Məhəbbətsizlik çirkabının Ürəklərə axmasına biganə
baxa bilməz. O, Məhəbbət uğrunda, İnsan uğrunda döyüşməlidir.
O, ətrafındakıları başa salmalıdır ki, Məhəbbətsizlik Həyatın normal
vəziyyəti deyil, xəstə vəziyyətidir.
Məhəbbətsiz İnsan heç yarıminsan da deyil.
Məhəbbəti itirən Dünya Antidünyadır.
Ocaqçı Məhəbbətsizlik Kahinlərinin çürük fikirlərini ifşa etməli, Xalqı
murdar təsəvvürlərin təsirindən xilas etməlidir.
Ocaqçı Ümumdünya, Şərq və Azərbaycan İdrakının, Bədiiyyatının
Qüdrətini Məhəbbətsizliyə qarşı qoymalı, Ülvi Gözəllik vasitəsilə mənfur
eybəcərliyi rədd etməlidir.
Ocaqçı Məhəbbətsizliklə həm də öz şəxsi Həyatında vuruşmalıdır.
Məhəbbətsizlik səfsəfəsinə uyana Ocaqda yer yoxdur!
Ocaqçının üçüncü düşməni – Yalandır!
Yalanın çeşidləri çoxdur, ancaq o, hər çeşiddə eybəcərdir.
Yalana tapınan Həyat – Ölən Həyatdır!
Ocaqçı hər cür Yalanla döyüşməlidir:
Müəllimin dilindən çıxan Yalanla.
Kitabda yazılan Yalanla.
Tərif şəkilli Yalanla, yaxud tənqid şəkilli Yalanla.
Yalançı Məhəbbətlə, Yalançı Mədəniyyətlə.
34
Yalançı Alimliklə, Yalançı Şairliklə.
Rütbələrin pərdələdiyi Yalanla.
Yalançı Andlarla.
Yalançı Qəhrəmanlıqla.
Yalançı Heyranlıqla.
Yalançı Xalqsevərliklə.
Yalançı Savadla.
Yalançı Bəşərsevərliklə.
Yalançı Sənətlə.
Yalançı Qeyrətlə.
Yalançı Gözəlliklə.
Yalançı Sədaqətlə.
Ocaq Yalanı Həyatdan qovmalıdır!
Ocaq Yalana alışmaq bəlasını dəf etməlidir!
Dünyada Yalana alışanlar, Həyatı Yalansız təsəvvür edə bilməyənlər
var. Onların düşüncələrini tar-mar etmək gərəkdir!
Çünki bədbinlik zəlilliyi Yalana müqavimətsiz qələbələr gətirir.
Ocaqçı sübut etməlidir ki, Yalana heç cür bəraət qazandırmaq olmaz,
əsil Həyatın Yalana ehtiyacı yoxdur, Yalan heç vaxt Bəşəriyyətə gərək
olmayıb, Yalana tapınmaq – əxlaqsızlıqdır, Yalanın yayılması Mənəvi
Böhran əlamətidir.
Ocaqçı göstərməlidir ki, Yalan vasitəsilə əldə edilən Nailiyyət əslində
Məğlubiyyətdir, çünki burada İnsani Ləyaqət məhv olur.
Ola bilsin ki, Yalançının Qəbahətini heç kim bilməsin, ancaq özü bilir.
Ləyaqətini qurban verir, sonra Ləyaqətsizliyə alışır və Mənən ölür.
Ocaqçı ətrafdakılara başa salmalıdır ki, Yalançı Ziyalı – Tüfeylidir,
çünki İdraka, Həqiqətə, Vətənə heç nə vermir.
Onun Rütbəsi parlaqdır, Ağlı yox.
Ocaqçı sübut etməlidir ki, Yalançı Sənət – Sənət deyil, çünki onda
Təbii Hiss və Ağıl yoxdur, Oyun var.
Ocaqçı Söz ilə İş arasında, Əlamətlə Mahiyyət arasında olan fərqi
görməli və göstərməlidir.
Ocaqçı
böyük Sözlərin
kiçik
Niyyətlərə
qurban verilməsinə
dözməməlidir.
Ocaqçının digər düşməni – Ədalətsizlikdir.
Nə üçün Pislər Yaxşıları üstələyə bilsinlər?
Nə üçün Yaltaqlar, Azğınlar Həyat nərdivanına dırmaşa bilsinlər?
Nə üçün Sünilik Təbiiliyi kölgədə qoysun?
Nə üçün Təmiz Yoxsul olsun, Pozğun – Varlı?
35
Niyə Əyyaş, Qeyrətsiz, Vətənsiz – Namuslunun, Fədakarın Taleyini
həll eləsin?
Niyə vəzifəyə və pula hörmət – Ağıla və İstedada Hörməti geridə
qoysun?
Niyə Müqəddəslik məsxərəyə qoyulsun, Eybəcərlik dağ başına çıxsın?
Niyə armudun yaxşısını ayı yesin?
Niyə özünə bənzəmək Qəbahət sayılsın?
Niyə Mütilik Sədaqət sayılsın?
Niyə Mənsəbpərəstlik Dahilik hesab olunsun?
Tüfeylilər niyə bu qədər çoxalıb?
Ənənəni inkar etmək niyə Qəhrəmanlıq adlandırılsın?
Bu kimi suallar Ocaqçının Qəlbində səslənməlidir.
Ocaqçı Ədalətsizliyin Qənimi olmalıdır!
Ocaqçı bilməlidir ki, Ədalətin tapdanması – Dünyaya, Həyata, İnsana
İnamın alçaldılması, İnsanın Həyatdan küsməsi, Gözəlliyin təhqir
olunması deməkdir.
Ədalətsizlik – yalnız ürəkləri qanatmır, Həyatı Zülmətə qərq edir, Şəri
yüksəldir, Xeyiri alçaldır.
Ədalətsizlik bərqərar olubsa – deməli, Həyatın təbii axarı, ahəngi
pozulub. Bəşəri təhlükədən xilas etmək üçün Ədaləti bərqərar etmək
lazımdır.
Ocaqçı həmişə və hər yerdə Ədalətsizliyi ifşa etməli, onun mənfur
simasını açıb göstərməli, başqalarında buna qarşı dərin Nifrət duyğusu
yaratmalıdır.
Ocaqçının ardıcıl düşmənlərindən biri də – Meşşanlıqdır.
Bütün təbəqələrə sirayət edən bu eybəcərlik – Həyatda güzərandan,
məişət nemətlərindən başqa heç nə tanımır. İdeal Niyyətlər, Ali Duyğular
ona yaddır.
Meşşanlıq harada peyda olursa, orada nasiranəlik, bəsitlik, qanadsızlıq
hökm sürür.
Əgər Meşşan işçidirsə, onu işin Gözəlliyi yox, Qazancı maraqlandırır.
Əgər Meşşan elm adamıdırsa, onu İdrakın verdiyi Səadət yox,
İmtiyazlar cəlb edir.
Əgər Meşşan musiqiçidirsə, onu ifa etdiyi sənətin Mahiyyəti yox,
tamaşaçıların alqışı düşündürür.
Əgər Meşşan vəzifə sahibidirsə, onu Xalqın mənafeyi yox, mənsəb
pillələri cəlb edir.
Meşşan Həyat tərzini görəndə elə bilirsən ki, müqəddəs kitablar
yazılmayıb, Qəhrəmanlar ömürlərini İdeallarına qurban verməyiblər, dahi
sənətkarlar Ülvi Duyğuları vəsf etməyiblər.
36
Meşşan üçün Dünya – böyük masadır. Meşşan həmişə özünü böyük
masa arxasında hiss edir. Meşşan üçün yaşamaq – yemək, geymək, var-
dövlət yığmaq, gün görməkdir.
Vətən haqqında düşünmək, Bəşərin dərdinə qalmaq, Ali Duyğularla
yaşamaq – meşşan Həyat tərzinə yaddır.
Meşşan yaşamır, dolanır.
Dünyadan təcrid olur, əsil Həyatı görmür. Ancaq öz Həyatını əsil Həyat
sayır. Onu təbliğ edir. Onunla öyünür.
Ocaqçı bilir ki, İnsan Dünyaya var-dövlət yığmaq, kef çəkmək üçün
yox, Müqəddəs İdeallara xidmət etmək üçün gəlib. Dünyada ən böyük
xoşbəxtlik Fədakarlıqdır, geyim əsiri olmaq – quyruğu ilə qürrələnən quş
olmaq kimi bir şeydir. Ömrü dolanmağa həsr eləmək – amalsızlıqdır,
məişətə yapışıb qalmaq – ölməkdir.
Ocaqçı anlayır ki, Meşşan öz əhvali-ruhiyyəsini Həyatın bütün
sahələrinə yayır. Dünyada Ticarətçi Meşşanla yanaşı, Xanəndə Meşşan
da var, Tələbə Meşşanla yanaşı, Akademik Meşşan da var, Sürücü
Meşşanla yanaşı, Şair Meşşan da var.
Ocaqçı onu dərk edir ki, Meşşanlıq mikrobu daxili aləmə bəzən gizli
daxil olur. Mənəviyyata gözlənilməz şəkildə sirayət edir.
Bu səbəbdən də Ocaqçının Həyat Dəftərində “Mən Meşşanlıqdan
azadammı?”, “Meşşanlıqla daxilimdə vuruşurammı?” sözləri əhəmiyyətli
yer tutmalıdır. Ocaqçı daim özünü yoxlamalı, Mənəviyyatını Ruhani
Həkim gözü ilə müayinə etməli, onu təmiz saxlamalıdır.
Ocaqçı bilir ki, Meşşan öz həyat tərzinə bəraət qazandırmağa ciddi
cəhd göstərir. “Dünya beş gündür, mən bir də həyata gəlməyəcəyəm,
Dünyadan nə aparacağıq?” – Meşşanın dəlilləri bunlardır.
Ocaqçıya gün kimi aydındır ki, əsil nəşə İdeal Niyyətlərin, Ülvi
Arzuların, Duyğuların, Düşüncələrin Mənasıyla yaşamaqdır.
Dünya beş gündürsə, Ömür qısadırsa – Xeyir İşığı salmağa, Ali
hisslərə qovuşmağa tələs!
Ölümə məhkumuqsa – Ömrümüzü Ölümsüz İdeallara həsr edək!
Dünya və tarix miqyasında kiçiyiksə – Bəşərin Möhtəşəm
Qəhrəmanlıq, İdrakilik, Mənəvi Ülviyyət Ənənəsinə qovuşaq!
Xoşbəxtlik diləyiriksə – Müqəddəs Ehtirasların çağırışını dinləyək, ona
qovuşaq!
Sevinc istəyiriksə – Özündənkeçmə Yüksəkliyinə tapınaq!
Ocaqçı öyrətməlidir ki, Meşşan – Həyati Fərəhlərin ən bəsitiylə,
ibtidaisiylə kifayətlənir.
Meşşan Həyatında Mənəvi Gərginlik çatışmır, ona görə də o,
Gözəllikdən məhrumdur.
37
Ocaqçı əmindir ki, əsl İnsani Həyat Meşşanlığın ürəklərdən, ağıllardan
silinməsini tələb edir.
Ocaqçı özünü Meşşanlığa qarşı döyüşən Cəngavər saymalıdır.
Dostları ilə paylaş: |