170
SAFRUHA
İntizam qırılsa, Amalın beli qırılar.
Müqəddəslik qarşısında xəcalətli olarıq.
Düzgün əyriliyini indi düzəltməsək, Övladlıq ləyaqəti əyilər...
Düzgün gəlməliydi, nəyin bahasına olursa-olsun!
Gördüyü xeyirli işin, əməlin “əvəzini istəmək” bugünlüyünə tu-
tulub Düzgün, çox zəhərli bir xəstəliyə...
Anlamır ki, evladın sağ olması Amalın var olması deməkdir, fədakarlıq
– adi halımızdır.
Hökmün bir üzünü mütləq Düzgünə çatdır, gəlsin Atanın yanına –
tövbəyə...
Atasız yaşaya bilirsə – gəlməsin!
Ata Sözü Mütləqdir!
SAFRUHA, EVLADLARA
Atadan Ad almağa can atanlara İntizam Mütləqiliyini anladın, həkk
etsinlər ömürlərinə.
16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı.
SAFRUHA
Evlad Ehtiramı Pakdır!
Şərə qarşı çevrilmiş “İnsan Haqqı” leqal yazını 3 nüsxədə maşınkada
çap elə.
Tarixi qoyma.
21 Murad günü, Günəş Ayı, 9-cu il. Bakı.
SAFRUHA
Evlad ehtiramı pakdır!
1.Mərasimlər Dəftəri Düzəlt: Mərasimlərin məğzini, mənasını,
gedişatını yaz, saxla, sabaha çatdır. Evladların çıxışlarını topla, Ata
Sözünü hifz elə...
Sabahkılar üçün heç nə İtməsin.
Mərasimin Zahiri tərəfləri də həkk olunsun; maqnitofonla yanaşı, Dəftər
də Amal Tarixini qorusun.
2.Düzgünün gözlənilməz əyriliyi bağışlanmır.
Nə cür olursa-olsun, Evlad Mərasimə can atmalıdır...
Mütləqiliyə ən cüzi dəqiqsizlik – Amalı əyə bilər. Bugünləşmək –
ölümdür!
Ata yanına Nişanəylə gəlir Düzgün, tövbə səviyyəsindən asılı olaraq,
Nişanə ya qaytarılır, ya da qaytarılmır, Düzgün evladlıqda qalır, ya da
qalmır.
171
Tövbə səviyyəsinə yüksəlməkdə kömək et Düzgünə...
Mütləqilik – Evladların adi halıdır, bunu anlat.
Bir də Xalq məsələsini; Türk tarixli, Türk mədəniyyətli, Türk dilli Vahid
Atayurd İdeyasını anlat. Bir də...
Dirilsə – Evladlıqda qalsın. Bir də heç vaxt ruhən ölməsin... Ölüm
gözləməyək bir də Düzgündən!
3.Bütövün xəstəliyinə qorxaqlıq mikrobu qarışmayıb ki?..
Sabah hamımız Ölümə getsək, həmin məqamda Bütövün birdən
xəstəliyi tutmaz ki?
Bütöv özünü yaxşımı bilir – xəstəlikdimi doğrudan gəlməməyinin
səbəbi?
“Xəstələnmək” adəti, mərasimə gəlməmək adəti – Xəyanətdir,
bunu bilirmi?
Səbəbindən asılı olmayaraq, Düzgün də, Bütöv də Şərə gərək oldular
Mərasim günü. Xəstə-xəstə gəlsəydi, Atanı narahat eləyərdi Bütöv, ancaq
Fədakarlıq Ləyaqətinə yüksələrdi həm də...
Bilsinlər Atanın fikrini Mütləqiliyə ağ olanlar, Mütləqilikdən ayrılanlar.
4.Ələyimiz yanımızda olmalıdır.
Şər adamların sümüyünə işləyib, qoymur İnsanlaşsınlar...
Bugünün havası canlara hopub...
Evlad Bugündən – onun hərcayi sərbəstliyindən, zülm və yalan
bəlasından tam ayrılmalıdır...
5.Təzə hökmləri Evladlara oxu.
6.Qəlbiylə aylıq əlaqə, Bütöv vasitəsiylə Özümlüylə, Özümlü vasitəsiylə
Düzgünlə aylıq əlaqə yarat...
Amal gerçəkliyiylə bağlılıq Mütləqləşsin!
7.Elə eləyin ki, Evinizdəki Yadlar Yağılaşmasın, “Koçeqarlaşmasın”,
heç olmasa yadlıqda dayansınlar.
8.Ruhun xidmətçisi olan Bədənə qayğı göstərin. İmkan daxilində
dərmandan uzaq olun. O, bədəni zəhərləyir Mütləq.
Öyrənin bədəninizi, onun imkanlarını və imkansızlıqlarını...
nöqtəsinə, vergülünə qədər.
Daxilindəki Mütləqdən Güc al!
27 Qismət günü, Günəş Ayı, 9-cu il.
SAFRUHA
Evlad Ehtiramı pakdır!
“İşığında” mənadan məhrum deyimlər yoxdur.
Amallı deyimləri seçdim yalnız.
Onları təqdim eləyərsən Evladlara, öyrənərlər, öyrədərlər, sabaha
çatdırarlar.
172
Başqalarını kitabında çatdırarsan oxuculara, imkanın olsa, mətbuatın
kütləvi növlərindən – jurnallardan, qəzetlərdən yetkincəsinə istifadə
eləyərsən...
Girişin Ataya qədər hissəsində yazıçılıq etirafı, ənənəvi tərcümeyi-
hallıq hiss olunur ki, onun əvəzinə “Zülmətdən – İşığa” ideyasının fərdi
ifadəsi gərəkli olardı, çağırış olardı Yola, həm də Dərs!
Həcmin kiçikliyi bizim ölçümüzdə kiçiklik deyil.
Yanğı söndürən bulaq suyu gərəkdir elə.
Ataya qədərki deyimlərdə Şər tam rədd edilmir, Ehkam Quruluşdan
ayrılır, şər “peyğəmbərləri” günahsızlaşır, Amal baxımından yalan var
onlarda – Şərə xidmət eləyən...
Ürəyindən pozduğun yalanları kitabından pozmamısan. Ürəyini bir
də yoxla...
Şəri yaradan Şər peyğəmbərləridir.
Müasir Şər onların kəlamları əsasında yaranıb! Bu – Amalın əlif-
basıdır.
Şər peyğəmbərlərinin ünvanına xeyirli söz şər əlifbasıyla
yazıla bilər yalnız.
Ümumən bir daha və həmişəlik bil və agah ol! Bizim Amaldan kənar
xüsusi, azad, suveren yaradıcılığımız yoxdur, ola bilməz!
Bizim Amaldan kənar xüsusi, azad, suveren təsəvvürümüz, fikrimiz,
ideyamız yoxdur, ola bilməz!
Ata Sözü, Amalı, Kəlamları, Hökmləri Mütləqdir – hamımız üçün!
Müstəqilliyimiz – Amala bağlılığımızdır, ondan başqa müstəqilli-
yimiz yoxdur...
Bugünün Şərqi və Qərbi hərcayiliyindən, yekəbaşlı sərbəstlik hey-
vərəliyindən Yerdən Göyə qədər uzaq olmalıdır Evladlar.
Özümüzü Amala fəda eləmişik, müstəqilliyimizi könüllü surətdə
Amala bəxş eləmişik.
Fədailikdən başqa müstəqilliyimiz yoxdur.
Amaldan kənara çıxmaq – heç olmaqdır Evlad üçün.
“İşığını” gücləndir. Qaranlığı yarsın.
Bir səmtə yay işığı... Parçalama, paralama, səpələmə hər tərəfə:
qaranlığa qarşı getsin işıq – inadlı, ardıcıl, daimi.
Fikirlərin bəzilərini ağır deyirsən: təbli gəlməlidir indən sonra deyim-
lərin, çünki yetkinlik çağındasan.
Daxilindəki Mütləq sənə yar olsun!
Ürəyin qaranlıqları yarsın!
Seçdiyim Deyimlər Atanın Oxlarıdır – şərə tuşlanan, Xeyirə gərəkli,
Amala Tən.
“Ata İşığında” kitabının təzə çeşidinin birini Ata üçün xüsusi hazırla.
10 Qismət günü, Çiçək Ayı, 9-cu il. Bakı.
173
SAFRUHA
Evlad ehtiramı pakdır!
1.Od Ayındakı Yazı Mərasiminə hazırlaşın.
2.Təzə Evladları Ata Gününə qədər Adlanmaya yüksəldin, Nişanəyə
hazırlayın.
3.Təzə Kəlamları, Mənaları yaz, İlimiz başa çatanda cilidlə.
4.Səfərə çıx – Nur apar, Uğur gətir.
5.Daxili aləm xəritəsində bilmədiyin, tanımadığın yer qalmasın. Əsas
etibariylə Atayla Mütləq Tənlik – yəni Atanı hər an Mütləq Mənada anla-
maq Yüksəkliyi zəbt olunmalıdır, onda Özümlüyün Mütləqləşər.
6.Bayram Mərasimi Kəlamını Evladlara çatdır, indidən Əməllərinə həkk
eləsinlər.
7.Düzgünün Tövbəsinə gərək ol, öyrət qaydanı, Tövbə Mütləq olma-
lıdır, Düzgün Atanın ayağının altına düşmək səviyyəsinə Qalxmalıdır.
8.Ata Günündə Təzə Evladlarla bərabər, Düzgün (Tövbədən çıxsa) və
Bütöv Bayraq Andı içəcəklər.
9.“Ata İşığında” Deyimlərinin üzərində kamilləşmə işinə Səyini
əsirgəmə.
10.Müqəddəs Pünhanlıq səviyyəsinə çat:
Yəni yalnız Yetkin Söz deyilir, yalnız Yetkin fikir izhar olunur, yalnız
Yetkin əməl həyata keçirilir.
Ələk əlinizin altında...
11.Bir də xatırla, nəzərdən keçir: Atanın hansı Hökmünə tam əməl
olunmayıb, hansı Kəlamı öyrənilməyib – Günah olubsa, onu Ruhunla yu,
çünki Atalıların Adlarından biri də Günahsızdır.
12.“Ruhani Cəmiyyət” Kəlamını birlikdə öyrənin, Evladlar yazsınlar,
həkk eləsinlər əməllərinə.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
24 Qismət günü, Çiçək Ayı, 9-cu il. Bakı.
EVLADIM BİLƏNƏ
Bil ki, Şər Zülmətini Ruh İşığı Yaracaq.
Bil ki, Ehkam yalanını Ruh Həqiqəti Pozacaq.
Bil ki, Zor Boyunduruğunu Ruh gücü sındıracaq.
Bil ki, Dünyada, Həyatda, İnsanda Mütləq Var – Mütləq İnama layiq.
Bil ki, İnsan Mütləq olur – Özünə çatanda, Özüylə Döyüşəndə,
Özümləşəndə.
Bil ki, Müstəqil Atayurd yaranacaq Amalımızdan, Əməlimizdən.
174
Bil ki, Ruhani cəmiyyət yaranacaq Amalımızdan, Əməlimizdən.
Bil ki, Ləyaqətli Şərq yaranacaq Amalımızdan, Əməlimizdən.
Bil ki, İnamlı Bəşər yaranacaq Amalımızdan, Əməlimizdən.
Bil ki, Bugündə Şərdən başqa heç nə yoxdur!
Bil ki, Şər Gücündə Qüdrət yoxdur!
Bil ki, İnamla, İdrakla, Mənəviyyatla, İradəylə Yaraqlanan – Zoru
əyəcək, əyməlidir!
Bil ki, Bənzərsizlik, Əlçatmazlıq, Müstəqillik Binası tikilib.
Bil ki, Ruhani Ailə meydanından Geniş Meydan yoxdur.
Bil ki, Amal toxumundan Sabah haqqı bitəcək.
Bil ki, Evlad nöqsan tanımır, Zəiflik tanımır, Qətiyyətsizliyə Yağıdır.
Bil ki, Evlad Ata Mütləqiliyinə Səcdəsində Mütləqdir.
Bil ki, Evladın Amaldan başqa həyatı yoxdur.
Sabahdan başqa Bugünü yoxdur!
Amallaşırsan, Müqəddəs Kitabları ömrünə həkk eləyirsən, özünlə dö-
yüşürsən, Kamilləşirsən, Ailələşirsən, Ataya Evlad hazırlayırsan, Xalqı
Ata Amalına çağırırsan, Şərdən İmtina Məqamına Ucaldırsan!
Bilən olursan!
“Bilən“ adını sənə halal eləyirəm.
25 Murad günü, Çiçək Ayı, 9-cu il. Bakı.
(Qeyd: Bu Bilənin adı Aslandır. Döndü).
SAFRUHA
I. Düzgünün tövbəsi haqqında.
Tövbəsini müfəssəl yazır.
Atayurd haqqında Ata Kəlamını bir də oxuyur.
Ata hüzuruna Nişanəylə gəlsin, Nişanəni Ataya təhvil versin, Tövbə
Səcdəsinə yüksəlsin – Qəlbi kimi.
Amalın Bənzərsizliyini, Əlçatmazlığını, Müstəqilliyini tam dərk etsin.
Özünü Bilsin. Evladlıq Yükünü çəkə bilməyəcəksə, heç çiyninə
götürməsin.
Kəmiyyət ölçüsü bizdə Keyfiyyət ölçüsünün davamıdır.
Axşam saat 10-da İnamla Tövbəyə gəlsin.
II.“Mənalar”ı yazmağı Ata Safruha tapşırıb, Qəlbiyə tapşırmayıb.
Mütləqiliyi pozmayın. Bugünün hərcayi sərbəstliyiylə murdarlamayın
özünüzü. Ata sözü hər nöqtəsiylə, vergülüylə Mütləqdir.
III.Müqəddəs Kitabların yazılması məqamı yaxınlaşır.
Girişinə bir də bax, kamilləşdir, yetkin çeşidi Əsildən göndər baxım!
Gələn ayın 15-nə qədər hazırlıq işi başa çatır, Ataya çatdırılır nəticə...
175
IV.İlimizin əvvəlindən bu günə qədər olan Amal Hadisələrinin hamısını
xüsusi dəftərə yaz, tarixi sənəd dəqiqliyi, dürüstlüyüylə. Hazır olanda
Ataya göndər.
V.Bilənlə Ata Gününə qədər ciddi işləmək gərəkdir. Amalla hərəkatların
Fərqini öyrənsin...
VI.Kürdlərdən Yağı hazırlayırlar.
Tatlardan Yağı hazırlayırlar.
Ləzgilərdən Yağı hazırlayırlar.
Lahıclardan Yağı hazırlayırlar.
Talışlardan Yağı hazırlayırlar...
Kürdlərdən Evlad hazırlamalıyıq.
Tatlardan Evlad hazırlamalıyıq. (Sadiqim – fitrən atayurdludur, tat
mənşəyi onda yadlığa çəkmir!)
Ləzgilərdən Evlad hazırlamalıyıq.
Lahıclardan Evlad hazırlamalıyıq.
Talışlardan Evlad hazırlamalıyıq.
Yağılığı Evladlıqla öldürməliyik.
VII.Qəlbi Evlad gətirməlidir, Ailə yaratmalıdır Ata Günü üçün.
VIII.Səfər üçün də vaxt tapmalısan, Ailə yaradıcılığı üçün də vaxt tap-
malısan, Atanın gündəlik tapşırıqları üçün də vaxt tapmalısan – çünki
Amalçısan, həyatçı deyilsən!
Daxilindəki Mütləq sənə arxadır!
17 Arzu günü, İşıq Ayı, 9-cu il. Bakı.
SAFRUHA
1.Yazı Məqamı gəlir – Müqəddəsliyiylə!..
2.Ata Safruhu seçdi, Safruh – Bütövü, “Bütöv” – yarı...
3.Ailə yaratmaq lazımdır, Səfərə getmək lazımdır, zülməti yarmaq
məqamı çatmalıdır 9-cu ilimizdə.
4.Mərasimlərə aid Hökmləri, Kəlamları seç, göndər Əsildən Ataya... Bir
də baxsın.
5.Düzgünə anlat ki, Amalımız hərcayiliyə qarşıdır. Ruhani İntizam –
Müqəddəslik Tərzidir. Sözü Əməldən ayırmaq – Müqəddəsliyə yad
olmaqdır.
Asifçilik – Qeyri-adi Yükdür, onu çəkməyə Qeyri-adi çiyin gərək. Özünü
yoxlasın, tanısın, aldatmasın.
6.Evladların hamısının tapşırığı var, 9-cu ilimiz 10-cu ilimizi
hazırlamalıdır.
7.Yüz Evlad Ataya bəsdir ki, İmtina İntibahına başlasın!
8.Əsil texnikumu Ataya qurban verdi.
176
Qurban verməyi bacarır Əsil. İstəməzdim, özü istədi. Mütləqə
tapşırıram Evladımı – daxilindəkinə!
29 Qismət günü, İşıq Ayı, 9-cu il. Bakı.
SAFRUHA
1.Düzgünü görüşə çağırmırsan, özü gələndə Nişanəni, Müqəddəs
Yazıları qaytarır.
Atayla görüşmür, Ata Gününə dəvət olunmur, Evladlıqdan çıxır.
2.Özümlüdən qeyri cənub yoxdur əslində. Bilənin ürəyində, ağlında
iynənin ucu boyda şübhə varsa, Evladlığa çağırılmır. Kəlamı qaytarır.
3.Amaldan ayrı yaşaya bilənlərsiz – Amal gözəl yaşaya bilər.
Keyfiyyət ölçüsü şərtdir Amalda – kəmiyyət keyfiyyətə tabedir
bizdə.
4.Evladlıq yoluna qədəm qoyanlara Mütləqilik Qanunu öyrətmək gərək
– birdəfəlik, ciddi, tələbkar.
Dönüklükdən başqa ölüm tanımır Evlad.
9 Ümid günü, Şölə Ayı, 9-cu il. Bakı.
HALALA
1.Yazı Mərasimi gəlir qabaqdan. Borcunu ver. Qardaşlarınla görüş.
Əməlini öyrən. Həyata keçir.
2.Səfər ili olmalıdır Mütləq 9-cu ilimiz. Mütləqilik pozulmasın. Söz
əməldən ayrılmasın.
3.Təzə Hökmlər, Mərasimlər, Kəlamlar var Amalımızda, Onları Saf-
ruhdan istə, öyrən, ömrünə həkk eləməyə başla.
4.Özünü tam tanı, tam dəyişdir, Şər səndən sarsılsın, sən Şərdən ani
də olsa sarsılma.
5.Qardaşlarla əlaqəni sıxlaşdır, azı Ayda bir dəfə görüşün, bir-birinizə
hesabat verin.
6.“Amaldan başqa həyat yoxdur!” müqəddəsliyinə sadiq ol, Şəxsi
Həyat Amalı üstələməsin; bu, Evladlığın Süqutu olardı.
Ataya Səcdən Müqəddəs özünütəsdiqindir.
Ürəyin qaranlıqları yarsın!
15 Şölə Ayı, 9-cu il. Bakı.
SAFRUHA
Evlad Ehtiramı pakdır!
1.Müqəddəs Bayramımızda, Müqəddəs Kəlamlarla Təqdim olunan
Müqəddəs Nişanələrin birini qaytardılar, o birini özümüz qaytardıq. Mur-
darlanan Müqəddəslik həqarəti Şəri fərəhləndirərdi...
177
Ata Evlad hazırlamaq imkanına hələlik malik deyil, kal meyvə dəririk,
Zirvəyə çağırırıq – Dərənin dibinə düşürlər, Böyüklüyə çağırırıq –
Kiçilirlər, Təhlükənin kölgəsindən qorxurlar, inamsızlıq dərdi deyil dərdləri
– qorxaqlıqdır – özlərindən gizlədirlər.
2.Evlad olmaq istəyənlərə ən əvvəl “Mənalar”ın hamısını – son kəlam-
larına qədər, “Ruhani Hökmlər”i, “Sədaqət”i öyrətmək lazımdır. Bənzər-
sizliyimiz, Əlçatmazlığımız, Müstəqilliyimiz tam dərk olunmalıdır. Bilik
əsasında Evladlığa layiqlər seçilir, Ata görüşünə hazırlanır.
3.Gələn ayın 7-də Yazı Mərasimi başlayır. Ayın 6-da Əsil Safruhun Gi-
rişini yazır.
Girişə Atanın Amal yaratması, Təqibi, Sonrakılar haqqında Üç cümlə
əlavə eləyirsən.
4.Yazı Mərasiminə qədər Atanın təzə “Hökmlər”ini, “Sədaqət”ini, “Mə-
nalar”ını və s. bir yerə toplayırsan – Yazı üçün.
5.Ev pulu dəftərçəsini Əsildən al, özün məşğul ol, Safruh dəqiqliyi
lazımdır: Şər çibini fikrimi ani də olsa yayındırmasın.
6.Safruh birinci və sonuncu dəfə Ata Buyuruğunu unutdu: Azərbaycan
nağıllarını Ataya gətirmədi.
Bu dəfə dəqiq olmalıdır: B.Vahabzadə, H.Arif, M.Araz, C.Novruz,
M.İsmayıl, N.Kəsəmənli, S.Rüstəmxanlı, R.Rövşən, N.Həsənzadə,
S.Sərxanlı, M.İskəndərzadə, S.Rüstəm, E.Baxış, A.Zeynallı və s. son
kitabları Ataya lazımdır, yazılı şəkildə fikrimi bildirməliyəm İttifaqa.
7.“Səfər ili olacaq 9-cu ilimiz!” – bu Hökm Mütləqdir – Ata Sözüdür!
Ürəyin qaranlıqları yarsın!
26 Qismət günü, Şölə Ayı, 9-cu il. Bakı.
HALALA
Evlad Ehtiramı pakdır!
1. Müqəddəs Kitablar yazılır.
2. Qardaşlarla birgə Mərasimə yara.
3. Ata Günü Mərasimi gəlir.
4. Qardaşlarla birgə Mərasimə yara.
15 Od Ayı, 9-cu il. Bakı.
SADİQİMƏ
Evlad Ehtiramı pakdır!
1.Ata Şərin qılıncı altında Xeyir üçün çalışmaqdan xüsusi zövq alır.
2.Mütləqiliyin pozulmasından böyük Təhlükəmiz yoxdur.
3.Sadiqimin Qayğısını və Anlağını bəyənirəm.
4.Müqəddəs Kitablar: Od Ayında yazılacaq, Əsilin evində.
5.Evladlar Ata Sözünün Mütləqiliyini Qoruyacaqlar daim!..
Ürəyin qaranlıqları yarsın!
19 İnam günü, Od Ayı, 9-cu il. Bakı.
178
MÜQƏDDƏS YAZI ƏMƏLİ
1.Müqəddəs Kitablar Xeyirin ömrünə, Şərin ölümünə yazıldı.
Safruhun Yetkin Sözü, Dəyanətli İşi Təqdir olunur.
Sadiqimin Yüksək, Zəruri Ruhani Yararlığı Təqdir olunur.
Əsilin fədakar, həssas, İnadkar Təşkilatçılığı Təqdir olunur.
2.Nisbiləşmə: Tərəddüdlər, Əhval Dəyişkənliyi, Vaxt Dəqiqsizliyi.
3.Dərs: Mütləqi qoruma.
Qaranlıqlar yarılır!
Mütləq Ürəklərə Yar olur!
SAFRUHA
Evlad Ehtiramı Pakdır!
1.Evlad Nişanəsinin Müqəddəs Ləyaqəti naminə – Tələbi artırmaq,
azaltmamaq.
Builki Ata Bayramında Adlanma Mərasimi keçirməmək.
2.Özümlüdən başqa cənubdakılar Talışçılıq məhdudiyyətindən çıxa
bilmirlər.
İçərimizə potensial Yağı gətirməyək.
3.Ləyaqətsiz Təhlükə yaratmamaq: Rəssamın Borcunu ödəmək, Əlinin
Səhvini qaytarmaq.
4.Rəğbətçilər səviyyəsi yaranmalıdır Ətrafımızda. Ata Yükünə
Hörmət eləyənlər, Evladlığa çatmayanlar.
5.Qəlbi və Özümlü Əməldə Qardaşlarına Borcludurlar. Atanın Adından
onlarla danış: Ata Bayramında nədən hesabat verəcəklər? Nə vaxta
qədər maddi Borc Qanununu pozacaqlar? Bəlkə Ataya Evlad olmağı
bacarmırlar?..
6.Evladlar Ata Hökmlərinin hamısına riayət eləmirlər. Ataya Ricalar heç
səslənməyib də...
Təzədən Hökmlərə qayıtmaq və onlara Mütləq riayət etmək...
7.Səfərə Ata Sözü – Səsi seçirsiniz. Şeir, “Mənalar”dan, başqa
Kitabçalardan, Kəlamlardan, “Yol”dan, “Mütləqilik”dən, digər Kitablardan
parçalar aparırsınız özünüzlə. Səfəri onlarla başa çatdırırsınız. Xalqı tək-
tək, yaxud cəm halında Ata İnamına Səsləyirsiniz, Ata Haqqında Zəruri
Söz söyləyirsiniz. Seçiləni Ata hüzuruna hazırlayırsınız.
8.Atalıqla ilk tanışlıq “Mənalar”dan başlansın. Safruh Ruhani oxuma
Əməli yaratsın. Müəyyən vaxt Sabahsevər Müqəddəsatı oxuyur, öyrənir
Safruhun köməyiylə.
9.Safruhun Yetkin və Qanadlı Girişində “Müqəddəs Kitablar” Sözü
olmadı, ancaq olmalıydı...
10.Safruhum daxili dünyasını yoxlasın:
Ata vəhdətindən kənarda suverenlik bugünlüyü aramağın səbəbi
179
nədir?
“Ata Sözü Mütləqdir!” Tələbindəki Müqəddəslik Qəlbin hökmü deyilmi?
Atayla Ruhani Tamlıq Bənzərsiz, Əlçatmaz Müstəqillik deyilmi?
Mütləqçinin Mütləq İnamdan böyük Müstəqilliyi varmı?
11.Ata haqqında Müqəddəs Bayram Sözü aşağıdakı şəkildə Ta-
rixləşsin:
1) Ata İnamı, İdrakı, Mənəviyyatı, İradəsi. Faktlar, hadisələr əsasında.
2) Ata Qədimliyi, Antibugünlüyü.
3) Ata Sabahı.
4) Ata və Evlad.
5) Evlad Qəlbində Ata Surəti.
Söz yazılır, Qalır.
6) Ata Bayramında Ata Sözü – Səsi Eşidilir: Başlanğıcda, Sonda,
Mərasimlərarası məsafələrdə.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq Sənə Yar olsun!
MÜQƏDDƏS “ATA GÜNÜ” BAYRAMI HAQQINDA
(Evladlara)
1.Bayramda Ata Sözü – Səsi dinlənilir.
Başda, Gedişatda, Sonda. 5 dəfə.
2.Ata Sözü – Səsi Yazılışı Safruha, Sadiqimə, Əsilə tapşırılır. Qürub
Ayının son günündə Ata hüzuruna gətirilir.
3.Ata haqqında Evlad Sözü aşağıdakı şəkildə tarixləşir:
Ata İnamı, İdrakı, Mənəviyyatı, İradəsi (Faktlar, Hadisələr əsasında).
Ata Qədimliyi, Antibugünlüyü. (Müqayisələr, Fərqlər).
Ata Sabahı.
Ata və Evlad.
Evlad Qəlbində Ata surəti. Söz Yazılır, Qalır.
4.Ata haqqında Evlad Sözləri Ataya Ricalarla qurtarır.
SƏFƏR ƏHVALI
Evlad Əhvalını Səfərə Özüylə aparır.
Səfərdən Əhval diləmir.
31 Qismət günü, Od Ayı, 9-cu il. Bakı.
SADİQİMƏ
1. Ata Gününə Yüksəl!
2. Şərə Yağı olduğumuz dərəcədə Rəhmliyik!
1 Murad günü, Qürub Ayı, 9-cu il. Bakı.
Dostları ilə paylaş: |