TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə1/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   38

 

 

 

 

 

 

TÜRKÜN (ilk) RUHANİYYAT OCAĞI  

İNAM ATANIN  (Asif Atanın) 

MÜTLƏQƏ İNAM OCAĞI 

 

 


 

2

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

3

 



 

 

İNAM  ATA  

MÜTLƏQƏ  İNAM  PEYĞƏMBƏRİ  

 

 

 

 

 



 

4

      



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

5

    



İNAM  ATA 

                           (Asif Ata)  

 

 

 

 

 

 

 

 

ON  KUTSAL  BİTİQ 

 

 (Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı) 

 

 

 

 

 

 

 

KUTSAL  QURUCULUQ 

 

(Beşinci  Bitiq) 

 

 

 

 

 

 

 

  

 



Atakənd – 35 

Qanun – 2013 



 

6

 



Az 2 

Nəşrə hazırlayanlar: 

 

SAFRUH,  Mütləqə İnam Ocağının Ruhani Başçısı 

 

İŞIQLI ATALI, Mütləqə İnam Ocağının Yükümlüsü 

 

YOLRUH ATALI, Mütləqə İnam Ocağının Evladı 

 

 

 

 

 

İNAM ATA (Asif Ata). ON  KUTSAL  BİTİQ  

 (On Müqəddəs Kitab) 

 (Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatı) 

 

KUTSAL QURUCULUQ  (Beşinci Bitiq) 

(Atakənd. İnam Evi. 35-il).  

Bakı, “Qanun” nəşriyyatı, 2013, 472 səh. 

 

Yaradıcısının  Adı  ilə  “İnam  Ata  Sivilizasiyası”,  mahiyyətinə  görə 

“Mütləqə 

İnam 


Sivilizasiyası”, 

ulus’al 


kimliyinə 

görə 


“Türk 

Sivilizasiyası”  adı  ilə  yeni  ümumbəşər  sivilizasiyası  yaranmasına 

səbəb  olacağı  düşünülən  dünyabaxışın  fəlsəfəsi  və  ruhaniyyatı 

təqdim olunur. 

“Kutsal  Quruculuq”  –  İnamın  beş  Müqəddəs  Kitabını  özündə 

birləşdirir:  “Yol.  Ata  Sözü”,  “Sədaqət”,  ”Ruhani  Sənədlər”,  ”Ruhani 

Hökmlər” və ”Müqəddəs Kəlamlar”.  

 

 



ISBN    978-9952-26-632-0 

 

             



 

                   © Yolruh Atalı (İmaməliyev  Soltan Qalib oğlu), 2013 

                                                                             © Qanun, 2013


 

7

 Mütləqim, Müqəddəsim, Peyğəmbərim 



İnam Ataya Ali Səcdəylə! 

 

Önsöz: KUTSAL QURUCULUQ 



 

Onun Quruculuğu Sizif işiydi – Sizifin növbəti Nuhçuluğuydu...  

Kutsal  (Müqəddəs)  Quruculuqla  bağlı  düşüncə  və  qayğılarımı  kağıza 

danışmağa başlayıram.  

Haqqında  danışmaq  istədiyim  Quruculuq  yalnız  İnam  Atanın  Əməyi 

olduğuna  görə  yox,  özü  –  bütövlükdə  müqəddəsdir  –  kutsaldır,  çünki  o 

əmək insanın əzəli, əbədi yaradıcısı və gərəyidir.  

O  Əmək  insanın  yaradıcısıdır!  (O  Əməyin  insanın  yaradıcılığı  olması 

bundan  az  önəmlidir,  çünki  insanın  başqa  yaradıcılıqlarından  biridir). 

İnsanı  isə,  demək  olar,  hər  dövrdə,  məs.,  yüz–iki  yüz  ildə  bir  yenidən 

yaratmaq lazım gəlir.  

Ata  Ocağı  yaradır  –  qurur;  Ocaq  –  Xalqın  öz  dəyərləri  (Yeddi  İçsəs) 

üzərində  (yenidən)  qurulmasına  yardımçı  olur.  (Ocaq  –  Evladlar  birliyi, 

gələcəyin  Ruhsal  Birliyi,  Mütləqə  İnam  sisteminin  Dördüncü  İdeyası; 

Evladlar  –  xalqın  yenidən  yaranması  gedişinin  öyrətmənləri,  carçıları, 

yönətmənləri).  

Bunun  (Bir  İnsanın  başqalarını  yaratma  çabasının)  icraçısı,  faili  – 

Ruhani  İradə,  səbəbi  –  insanın  həmin  dövrdə  müşahidə  olunan  böhran 

keçirməsi, çöküşüdür.  

Bütün  humanitar  sahə  bunu  nəzəri  həll  eləyir.  Toplumu,  zamanı,  in-

sanı  getdikcə  daha  dərindən  öyrənməklə  həll  eləyir.  Ancaq  o  həllərin  ən 

doğrusu  tapılanda  belə,  problem  həll  olunmur,  çünki  nəzəri  həllin 

yaradıcısı,  dahisi  olur,  daşıyıcısı  və  faili  (həyata  keçirəni)  olmur.  Dü-

nyanın,  dünyada  ədalətin,  doğrunun,  ləyaqətin,  hətta  bunlara  sadəcə 

sayğının  gündən-günə  geri  getməsi  bunu  göstərir.  Nəzəriyyə,  düha, 

istedad,  bəzək  (dizayn),  sərgi  (nümayiş),  hətta  maddi  bolluq  yaranır,... 

pardaxlanır,  cilalanır,  göz  qamaşdırır.  İnsan    isə,    (ən    aşağı    pillədəki  

insan birliyi olan)  ailə isə,  millət isə,  

dövlət isə... gündən-günə geri gedir, mənəvi aşınmaların qarşısında aciz 

qalırlar.  

Anti-insanilik  inkişaf  eləyir,  gəlişir,  üstümüzə  yeriyir  –  özünün  bütün 

parlaq  (gerçəkdən  parlaq)  uğurlarıyla!  Nəyə  dəyər  (və  ya  dəyməz), 

məsələn,  burada  oturub  Avstraliya  banklarından  pul  çəkmək!  Rerkordlar 

kitabına  düşmək!  Kimin  ağzı  var  soruşsun  o  rekordçu  hansı  yuvanın 

quşudur?! Anti-insaniliyin gəlişməsi – göyərtəsində yüzlərcə qırıcı təyyarə 

olan hərb gəmisidir, pilotsuz qırıcıdır; “pilotsuz qırıcı” – “qırıb qırılmayan” 

deməkdir,  bunun  üstünlüyü  –  qırılanın  “başqası”  olmasıdır.  Bu,  insana 


 

8

nifrət  sənayesidir.  Çağımızda  hamı  və  hər  kəs  bu  sənaye  nazirliyinin 



başqanı  (naziri)  olmaq  istərdi.  Anti-insaniliyin  gəlişməsi  doğuşda  cinsləri 

nəzarətdə  saxlamaqdır,  klonlama,  orqan  alveri  və  qaçaqmalçılığı 

məhşəridir;  robotların  musiqi  yazması,  rəsm  çəkməsi,  körpələrə  dayəlik 

etməsidir;  sol  gözün  sağ  gözə,  sağ  əlin  sola  al  qırmızı  xəyanəti  və 

kimsədən “gözün üstə qaşın var” eşitməməsidir; cinsi azlıqların öz qanun-

larını  çoxluğa  diktə  etməsidir  və  bütün  bunları  “Avropa  insan  haqları  və 

azadlıqlarının” beynəlxalq səviyyədə qoruması, dəstəkləməsidir. 

Bu haqlar topluma katarsis haqqı tanımır... Ona görə də... 

Sonuc:  total  simasızlıq  –  insani,  milli,  dövləti,  bəşəri;  “bacarana  baş 

qurban”,  “hamı  hamıya  qarşı”  kimi  səslənən  və  dünənə  qədər  pislənən 

fəlsəfələrin  ağarması,  normalaşmasıdır.  Toplumda  coxçeşidli  sivil  hey-

vanlığın hakim mövqeyə çıxmasıdır... 

Bunu dünyanın azmanları, “super gücləri” belə önləyə bilmirlər, məs., 

“sıravi”, passiv Ocaqçı qədər də. Çünki güclər, “superləri” ilə birlikdə, üz-

üzə yatan canavar sürüsüdür. 

Ata  bunun  önlənməsi  yolunu  canlı,  konkret,  ayrı-ayrı  insanlarla  iş 

aparmaqda və onları bir qurumda birləşdirməkdə görürdü – özündəki ca-

navarlığı,  tülkülüyü,  ilanlığı,  əqrəbliyi  öldürən  fərdlərin  əlbirliyində  –  ta 

ruhani dövlətə qədər. 

İnam  Ata  bunu  incələməklə,  buna fərdi  dahi  qırımı və inandırıcılığıyla 

“yox” deməklə yetərlənmədi. İncələyənləri incələdi. (Ondan qalmış qalaq-

qalaq  konspekt  dəftərləri  –  Onun  axtarışları,  əsərləri  kimiydi).  “Ayrılaq” 

dedi  Ata:  “Cəmiyyətdən,  şər  gedişdən.  Mütləqə  İnam  üstə,  öz  inamımız 

üstə  qurulaq,  Ocaqlaşaq,  Ailələşək.  Tamam  yeni  dünya  gərək,  tamam 

yeni insan gərək, tamam yeni qan gərək!” – dedi. 

Burada  söhbət  nədən,  kimdən  gedir?  İnam  Ocağının  Evladı 

(Zərdüştçülüyün ilkin öyrətməni, Buddaçılığın bhikşusu, İsaçılığın aposto-

lu,  İslamın  İmamı...)  bunun  üzərində  baş  sındırmalıdır,  Mütləqə  İnam 

Ocağı  isə  qırmalara  və  qıranlara  qarşı  ruhani  mübarizə  aparmalıdır;  öz 

mübarizəsini  Uluyurdda  Ruhani  Dövlətlə  başa  çatdırana  qədər.  İnam 

Atanın (Asif Atanın) ideyası budur, çağırışı bunadır. 

Atanın Evlad, Ocaq üzərindəki işi belə bir kutsal quruculuqdur – ruhani 

döyşçünü, insanı qurmaqdır. Və onun idarə edəcəyi qurumu qurmaqdır. 

Ata  bunun  daşıyıcılarını  və  gerçəyə  gətirənlərini  yaratmaq  üçün 

çalışırdı.  Sıravi,  sadə,  hətta  aşağı  adamlar  arasından.  Onları  Özünün 

qurduğu sistemdə Özünün düşündüyü işlərə buyurur, icraların gedişini və 

hər  məqam  üçün  sonucunu  yoxlayır,  dəyərləndirirdi.  Ən  uca,  ən  incə, 

ucu-bucağı  görünməyən,  ortada  örnəyi,  bənzəri  olmayan  işlərə  sıravi, 

sadə,  hətta  aşağı  (savadsız,  istedadsız)  adamları,  ulusal  meydanda  bu 

yöndə tarixi təcrübəsi, biliyi, bütövlükdə müstəqil idraki-ruhani iş aparmaq 



 

9

alışqanlığı  olmayan  bir  ulusun  (millətin)  mənsublarına,  ucdantutma  yox-



sul,  çox  yoxsul  ailələrdən  gəlmiş  oğlan və  qızlara  belə  iş  buyurmaq;  on-

lardan uğur gözləmək həm ilk yaradıcı xislətidir, düzünə qalsa, həm də 

yaşamamaq  deməkdi.  (Ata  da  yaşamırdı...  1982-ci  il  sentyabrın  23-də 

Safruhla  söhbətində  Özü  belə  deyirdi:  “Mən  yaşamıram,  mən  mübarizə 

aparıram”. (Başlanğıc”, s.29). Ocaq Evladlarından ən yaşlısı, ən savadlısı 

o  vaxtlar  mən  idim.  Ata  mənə  Ocağın  ilk  “Ata  Günü”  Mərasiminin 

gedişatını  (ssenari)  yazmağı  tapşırmışdı  (“Başlanğıc”,  s.  232),  mən  bu 

ibtidai  işi  bacarmadım,  onu  yaşı  hələ  20-yə  çatmamış  başqa  bir  Ocaqçı 

(Elxan-Əsil) yazdı. 

Atanın  Safruh  (Evlad)  quruculuğundan  daha  bir  xırdaca  cızqı 

(24.XII.1982):  “Bu  gün  işə  gedəndə  Şaumyan  (indiki  Xətai)  adına 

mədəniyyət sarayının qabağında avtobusdan düşüb yolun qalanını ayaq-

la getdim. İşdən çıxanda isə evə qədər... ayaqla gəldim... Yol boyu Atanın 

ideyaları başımda dolaşırdı. Düşünürdüm ki, saxta işlərdən, yalanlardan, 

qondarmaçılıqdan,  xırdalıqdan,  ikiüzlülükdən  və  bu  kimi  başqa  qüsur-

lardan  yaxa  qurtarmalıyam”  (“Başlanğıc”,  s.  43).  Bu  (V)  Bitiqdə  təqdim 

olunan Bəlgələrdə Atanın Evladlara dair ən uca Sözü kimi, ən acı qınağı 

da  Safruha  yönəlikdir.  Bununla  belə,  Asif  Ata  Ömrünün  ölməz  şah  əsəri 

olan Mütləqə İnam Yolunun (Evladlar arasında) baş yazarı, Atanın ilk (və 

hələlik  tək)  bioqrafı  oldum.  “Ata  Səcdəsində”  kitabımın  başqa  bir  adı  da 

“Safruhun  yaradılması”dır.  İndi  təqdim  olunan  Bitiqdə  Atanın  bu 

yaradıcılığa çəkdiyi əməyin üzücülüyü aydın görünür. 

Bugündən  baxanda  görürəm  ki,  mən  yaranmamışam,  yarana 

bilməmişəm,  mən  yalnız  yonulmuşam  və  O,  məni  Özünün  qurduğu 

Məbədin  bir  yerinə  tir  kimi  qoyub,  mən  orada  öz  üzərimə  düşən  yükü 

çəkirəm;  mən  Onun  bu  cür  yonub-yaratdıqlarından  biriyəm.  Onlarca 

başqa Evladlara da bu cür əməklər çəkib. Onlara dair Bəlgələr bu Bitiqdə! 

Qısaltmalarla bir-iki örnək: 

 

LEQAL  FƏALİYYƏT  HAQQINDA 

Amalımıza  Mütləq  Sədaqət  ruhunda,  İnam  naminə,  Xalqın  xeyrinə 

leqal  fəaliyyətdə  bulunmaq  –  rəsmi  təsir  vasitələrindən,  “icazəli” 

görüşlərdən, Mühazirələrdən, Müsahibələrdən və s. istifadə etmək. 

Şərt:  Mətbuat,  Radio,  Televizor,  Tədris  Şərini  daim,  ardıcıl,  barışmaz 

ifşa etmək. 

3 Dözüm günü, Ata Ayı, 8-ci il. (bu nəşr, səh. 157). 

 

QƏLBİ ÜÇÜN 

“Ata Günü”nə qədər Amalımızın Tərənnümünü yazırsan. (Ata haqqın-

da Sözlə bərabər).  


 

10 


Bayatı Biçimində. 40 sətir. 10 Bayatı. 

(“Əzizim” rədifinə ehtiyac yoxdur). 

Atanın, Amalın, Sabahın, Mütləqiliyin, Müqəddəsliyin  Mahiyyətini vəsf 

edirsən, Şərin Qəbahətini Döyürsən. 

8 Arzu günü, Ata Ayı, 8-ci il. (bu nəşr, səh. 158). 

 

SAFRUHA 

1.  Safruh  tərcümə  məsələsində  Ataya  şübhə  izhar  etməkdən  əl  çək-

mir, Ata Mütləqiliyinə xilaf çıxır. 

2.  Ata  hökm  eləyir:  İradəsinə  Sahibliyi  bacarmayan  Safruh  3  ay  ər-

zində Ata hüzurundan Məhrum olunur (Od Ayının 29-na qədər). 

3. 3 ay ərzində İradəsinə Yiyələnə bilməsə Safruh Amala qayıtmır. 

4. 3 ay ərzində Safruh Amal işlərindən tam azad olunur. 

Ata Sözü Mütləqdir! 

6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 192). 

 

ƏSİLƏ  SƏFƏR  ƏMƏLİ 

1

 

1.  Özünlə  Müqəddəs  Kitablardan  “Mütləqə  İnam”,  “İnsana  çatmaq”, 

“Ruhani Cəmiyyət”, “Müstəqil Xalq”, “Ləyaqətli Şərq” haqqında Kəlamlar, 

Şeir Bədiiyyatı aparırsan, oxuyursan. 

2. Anladırsan ki, Atayurdda Ata var, Amal var, Evladlar var. 

23 Murad günü, Çiçək Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 195). 

 

Müxtəlif,  çox  önəmli  tapşırıq  və  tövsiyələri  özündə  birləşdirən,  6 



bənddən  ibarət  bu  Bəlgə  ilə  ruhani  səfərə  göndərilən  Evlad  səfərdən 

qayıtdıqdan sonra Ata onun Əməlini dəyərləndirir:  

 

ƏSİLİN  SƏFƏR  ƏMƏLİ 

Əsilin Səfər Əməli – Ruhani Yönü, Məzmun və Üsul ciddiyyəti, Duyğu 

Hərarəti, Təhlükəylə öcəşmə Qətiyyəti – Təqdir olunur. 

Yurdumuzun Ailələşmə Aqibətinə Qovuşur Əməl. 

Qaranlıqlar Yarılsın! 

28 Murad günü, İşıq Ayı, 10-cu il. Bakı. (bu nəşr, səh. 195). 

 

ATAYLA  GÖRÜŞLƏR 

1.  Evladım  Göylünün  əməliylə  yaranan  Bakının  36  nömrəli 

məktəbində  keçirilən  Görüşdə  Amal  İşığı  düşdü  ürəklərə,  Amal  çağırışı 

səsləndi, Amal Ünvanı bilindi. 

                                                



1

 “Buyuruq” anlamında.  (Cızqılar – qeydlər Safruhundur). 

 

11 


2.  Tovuzda  Evladım  Əsillə  birgə  keçirilən  Atayla  görüşdə  –  Amal 

öyrənildi, Əməl çatdırıldı, Evladlar manşırlandı. 

Qaranlıqlar Yarılsın! 

22 Dözüm günü, Günəş Ayı, 11-ci il. Bakı. (bu nəşr, səh. 212). 

 

Ata  Özünün  yaratdığı  ruhani mübarizə  qurumu  olan  Ocağın və Ocaq 



Ailələrinin  işlərini  də  beləcə  qurur  və  yönəldirdi.  Bu  mərhələdə  Evlad 

(fərd,  ruhani  döyüşçü)  tərbiyəsi  möhtəşəm  əməli  iş  vasitəsilə  aparılır. 

Bununla da tərbiyə olunan həm həyatın, yaşamın həşirindən ayrılır, həm 

də  özü  yeni  psixologiyanın,  yeni  dəyər  və  ideyaların  yayıcısına  və 

yaradıcısına çevrilir. Mütləqə İnam Ocağının ən ali yığıncağı olan və daim 

Özünün idarə etdiyi Mərasimlərin quruluşunu, savad səviyyəsini yuxarıda 

xatırlatdığım insanlara – Evladlara tapşırırdı. Bu yöndəki Buyruqlarına ilk 

çağlarda  xırdaca  yönəldici,  məzmun  daşıyıcı  işarələr  qoşurdu.  (Sonralar 

bunu bütünlüklə Evladın öhdəsinə buraxırdı). Örnəklər: 

 

ONUNCU  İL  “ATA  GÜNÜ”  BAYRAMI 



1. Bayram  “Yol” kitabı üstə qurulur. 

Kitabın əsas İdeyaları Yazılır və Bayramda səsləndirilir. 

Bayram Kitabla başlayır və qurtarır. 

2. Ata haqqında Söz Atanı dərk etmə Yönündə deyilir… 

4.  Bayramın  Gedişatını  Evladım  Safruh  yazır,  təşkilatçılıq  –  Evladım 

Əsilə həvalə edilir. 

21 Od Ayı, Mərhəm günü, 10-cu il. Bakı.  (bu nəşr, səh.197). 

 

10-cu  İL, “ATA GÜNÜ” HAQDA 

1. Bayram Evladların Amallaşma inkişafını təsdiq etdi. 

2. Safruhun, Qəlbinin təlimçiliyi, Əsilin təşkilatçılığı Təqdir olunur. 

3. Naqisliklər: Vaxt Qanununun pozulması, ssenariyə tam riayət olun-

maması, Bütövün iştiraksızlığı. 

Qaranlıqlar Yarılır! 

26 Arzu günü, Ata Ayı, 10-cu il. Bakı.  (bu nəşr, səh. 202). 

 

“EVLAD GÜNÜ”  MƏRASİMİ 

1.  Mərasim  Atanın  Evladlar  haqqında  Sözüylə  başlayır,  Evlad 

qəbuluyla davam edir, Ruhani Sənədlərin oxunuşuyla sona çatır. 

2. Vaxt 2 saat. Tarix – Şölə Ayının Biri. 

3. Mərasim Sadiqimin evində keçirilir. 

4.  Mərasim  Gedişatının  Yazısı  Qəlbiylə  Layiqə  tapşırılır:  İşıq  Ayının 

20-də Ataya təqdim edilir. 

5. Mərasim nöqsansız keçirilməlidir! 

 

12 


Qaranlıqlar Yarılsın! 

5 Qismət günü, İşıq Ayı, 11-ci il. Bakı.  (bu nəşr, səh.  216). 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNİN  

VII  AİLƏ  GÜNÜ  HAQQINDA 

1. Ailə Müqəddəslik Yoluyla irəliləyir, Fədakarlıq nümunəsi göstərir. 

2. Fikir Evi vasitəsiylə Ailənin İşığını camaatın üstünə salmalı. 

3. Mütləqə İnam Ruhaniyyatını bütün dərinliyi, incəliyiylə mənimsəməli 

və xalqa çatdırmalı. 

4.  Rayonda  Ailənin  nəzdində  Sorğular-Cavablar  Evi  yaratmalı,  ca-

maatı Ruhaniləşdirməli... 

26 Ümid günü, Ata Ayı, 11-ci il. Bakı.  (bu nəşr, səh.  247). 

 

EVLADIM  DOĞMANIN  TƏMSİL  ETDİYİ  “FİKİR EVİ”nin  

QARDAŞLARINA – BACILARINA 

Asan Yol seçməyin – Çətin Yol seçin! 

Yaxın Yol seçməyin – Uzaq Yol seçin! 

Mütləqə  İnanın,  İnandırın  –  Yurdumuzun,  Şərqimizin,  Dünyamızın  xi-

lası bu İnamdadır. 

Özünüzlə Döyüşün, Başqalarını özüylədöyüşə çağırın – Yurdumuzun, 

Şərqimizin, Dünyamızın xilası bu Döyüşdədir… 

Daxilinizdəki Mütləq sizə Yar olsun. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

27 Qismət günü, Çiçək Ayı, 12-ci il. Bakı.  (bu nəşr, səh. 266). 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNİN  

HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Müqəddəslik üstə köklənməli, Müqəddəsliyə çağrılmalı, Müqəddəs-

lik çağırmalı! 

3. Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə Yüksəlməli! 

4. Ataya Təzə Evlad Yetirmək! 

5. Dərgini Bənzərsizlik səviyyəsinə çatdırmaq, yaymaq! 

Nurlanın, Nurlandırın! 

15 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı.  (bu nəşr, səh. 313). 

 

EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNİN  

HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Odtəkinin Təmsilçilik Yükü Təqdir olunur. 

 

13 


3.  Ata  Hökmləri  həyata  keçməli:  Ailə  Böyüməli;  Fikir  Evi  Ucalmalı; 

Ruhani Əməl Xalqlaşmalı. 

4. Mütləq özümləşmə Məqsədinə çatmalı. 

Qaranlıqlar Yarılsın! 

2 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı.  (bu nəşr, səh. 386). 

(Qeyd:  Odtəkinin  təmsil  etdiyi  Ailə  –  ona  qədər  Özümlünün  təmsil 

etdiyi Ailə idi). 

 

Ata Azərbaycanda özümlü düşünən xalq yaratmaq istəyirdi. Evladlara 



gündəlik  yazmaq,  özünü  öyrənmək  (özüylədöyüş  dəftəri  tutmaq)  buyur-

muşdu – vaxtaşırı (ildə bir dəfə) Özü onları gözdən keçirməklə. 

 

ÖZÜYLƏDÖYÜŞ  ƏMƏLİ 

1.  Evladlar  özüylədöyüş  üçün  xüsusi  dəftər  ayırırlar,  müntəzəm 

surətdə  kamilliyə  doğru  Yolun  gedişatını,  məqamlarını,  nəticəsini  həmin 

dəftərə yazırlar... 

4.  Hər  il  “Ata  Günü”  Bayramından  əvvəl  özüylədöyüş  Dəftəri  Ataya 

təqdim edilir və Ata ona qiymət verir. Həmin qiymət Mərasimdə oxunur. 

17 Qismət günü, Köçəri Ay, 11-ci il. Bakı. (bu nəşr, səh. 208) 

 

Evladlara  “ailə  qurmağa  tələsməyin”  deyirdi.  “Yurdun  ən  gözəl  oğlan 



və qızları Ocağımıza gələcəklər, onda evlənərsiniz” deyirdi. “Evlənməklə, 

ailə  qurmaqla  Ocağa  Evlad  gətirin,  Evlad  gətirə  bilməsəniz,  dost  gətirin, 

dost gətirə bilməsəniz, yağı da gətirməyin” deyirdi. Ailə quranlara uğurla-

ma (xeyir-dua) yazırdı. Ocaqçıların cismani ailələrində doğulan körpələrə 

Mütləqə  İnam  yönlü  ruhsal,  ulusal  adlar  verirdi,  onları  ata-analarıyla 

birlikdə  “Atalılar  soyu”  adlandırırdı.  Bu  Bitiqdə  Kutsal  Quruculuğun 

həmin qolunun da bəlgələri var.  

Atanın  bu  yöndə  yeritdiyi  xətt  İnamçı  Türk  Ulus`u  yaratmaq  məqsədi 

daşıyırdı:  birləşdirici-bəlirləyici  Şəxs,  Sima  (Özü)  –  Ulus`al  kök  (7 

İçsəsdəki ardıcıllıq) – Öyrəti (Öz Ruhaniyyatı – Mütləqə İnam) – Tərbiyə, 

Yönəltmə  vasitəsi  (Ocaq)  –  Adlandırma  –  Soylandırma  –  özgün  İlsıra, 

Günsıra  (Tarix, Təqvim)  –  Əlifba  –  Rəqəm  –  Geyim  –  Görüşmə  (Salam-

laşma)  –  Ayrılma  sözləri  (“Ürəyində  Ata  Günəsi  olsun!”  –  “Atamız  var 

olsun!”), – Bayramlar...  

Beləliklə, O bizə ulus`al özümlü yaşam fəlsəfəsi, yaşam tərzi verirdi – 

fərddən başlayıb – Ocaqdan keçib – Ulusda sonuclanan – hədəfinə yetən 

fəlsəfə. 

Bugün  bu  Əməklər  geniş  ictimaiyyət  içində  bəhrəsiz  qalmış  kimi 

görünə  bilər,  ancaq  heç  də  belə  deyil!  Bu  Ulu  Əmək  Azərbaycanda  öz 

kimliyi  üzərində  öz mənliyi  uğrunda  ruhani-idraki mübarizə  aparan  Bilinc 



 

14 


(Şüur) yaratmışdır. Ata bulağından su içmişlərin ən öləziyi, ən dönüyü, ən 

suçlusu belə, öz şüurunun ya önündə, ya altında həmin Bilincin işartılarını 

daşıyır. 

Biz  bu  Əməklərə  söykənib,  “İnamın  Gəlişi”  kitabını  yazdıq  və  orada 

Azərbaycan xalqını hər hansı dinin daşıyıcısı (mənsubu) kimi deyil, məhz 

“Mütləqə  İnam  Xalqı”  kimi  görüb  təsbit  etdik.  Xalq  deyir:  “Qoyun  ayağı 

qısalır, quzu ayağı uzanır”. 

Kimlərsə  də  buna  və  bunun  davamı  olan  əməklərə  söykənib, 

“Azərbaycan  Xalqının  Gəlişi”ni  yaza  bilər.  Beləliklə  də  Kutsal  Quruculuq 

davam edər. 

İctimaiyyət arasına, eləcə də mətbuata çıxışı yasaqlanan illərdə Onun-

la təsadüfən qarşılaşanların “Niyə görünmürsünüz? Nə ilə məşğulsunuz?” 

sualına  Ata  adətən  belə  cavab  verirdi:  “Qabaqlar  çoxlu  balaca  qazanlar 

qaynadırdım,  indi  bir  Böyük  Qazan  qaynadıram”.  Bu  Bitiq  Ata  Sözünün 

təsdiqidir. 

Bütövlükdə  Onun  Bilinci  lap  başlanğıcdan  quruculuq  üstə  olmuşdur. 

Onda  araşdırıcılıq  (öyrənmə,  dolğunlaşma)  zamanca və məcburən  öncə 

gəlsə də, önəmcə ikincidir, quruculuq üçün alt yapıdır. Araşdırıcılığın özü 

də, bir araşdırıcılıq olaraq, tək istək (hədəf) deyil, onun gərəkli Dağıdıcılıq 

kimi də bir içəriyi (tərkib hissəsi, “komponenti”) var. 



 

OCAQLAŞDIRMA  ƏMƏLİ 

Ocaqçı  Yurdumuzu,  Şərqimizi,  Dünyamızı  Din  –  Ateizm,  Kapita- 

lizm – Sosializm, Demokratiya – Totalitarizm Dairəsindən çıxarmaq üçün 

Ocaqlaşdırma Əməlinə sarılır. 

1. Dini Ayinlər, Mərasimlər əvəzi – Mütləqə İnam Biliyi öyrədilir Xalqa. 

2. Toy Dəllallığı əvəzi – Ocağın Ailə Qaydaları öyrədilir Xalqa. 

3. Yas mövhumatı əvəzi – Ocağın Matəm Sözləri öyrədilir Xalqa. 

4.  Yığıncaqlar,  Seçki  Oyunu,  Parlament  Qanunları  əvəzi  –  Ruhani 

Cəmiyyət İdealı öyrədilir Xalqa. 

5. Qərbçilik əvəzi – Özümlü Şərq İdealı öyrədilir Xalqa. 

6. İctimai Tərbiyə əvəzi – İnsanlaşma öyrədilir Xalqa. 

7. Dini Bayramlar əvəzi – Ocaq Bayramları – camaatla birgə... 

15 Ümid günü, Ata Ayı, 14-cü il. Bakı.  (bu nəşr, səh. 369). 

 

Ata İdrakı, Ata Bilinci quruculuqla qaynayır. “Yol. Ata Sözü”, “Sədaqət” 

kitabları  özəllikcə  “Sədaqət”ə  daxil  olan,  1984-ilin  oktyabrında  yazılmış 

“Əməl” Əsəri. Həmin Əsər belə başlanır: 



Asif Hərəkatı: 

Asif Ata – Hərəkatın yaradıcısı, hərəkata məsul. 

Asifçilik: 

 

15 


Asif İnamı – Mütləqə İnam... 

Asifçilər: 

Asif İnamına yüksələnlər... 

Evlərdə, müəssisələrdə Asif Ailələri yaranır.  

Onlar Asifçilər çağırılır. 

Hər  həftənin  bir  günü  “Müqəddəs  Gün”  sayılır  və  həmin  gün  Asif 

Amalına həsr olunur.” (bu nəşr, səh. 91). 

 

Bundan  bir  il  sonra  yazılmış  “Müqqəddəs  Əməl”  Əsərinin  (“Kutsal 



Quruculuq”  da  elə  “Müqəddəs  Əməl”  deməkdir)  başlanğıcı  da  bu 

başlanğıcın (“Əməl”inkinin) üzvi davamıdır:  

 

Evladlara: 1. Müqəddəs Amal yarandı. Ata öz borcunu yerinə yetirdi. 

Müqəddəs  Əməl  yaranmalıdır.  Evlad  öz  Müqəddəs  borcunu  ye- 

rinə yetirməlidir. (bu nəşr, səh.96). 

 

    Budur, 35 ildir (Atadan sonra 16-cı ildir) ki, Evladlar öz Müqəddəs borc-

larını yerinə yetirməkdədirlər, demək olar ki, uğurla. Və bu zaman Atanın 

Buyuruqlarına  meyarlanırlar.  Belə  Buyuruqlar  –  Ruhsal  Bəlgələr 

yüzlərcədir  –  bu  Bitiqdə  500-dən  artıqdır!  Demək  asandır!  Onlarca  naşı 

ilə  illərcə  işləmək,  onların  bilməzliklərinə  qatlanmaq,  yerişlərini  izləmək, 

böyümələrini  gözləmək,  zaylara  çəkilən  əməyin  itməsinə  dözmək,  hər 

bilməz  ilə  bu  yolu  yenidən  başlamaq!..  Bunlar  hələ  o  Quruculuğun  bir 

bölümüdür – beşdə bir, onda bir!..  

Aydındır  ki,  biz  beləsinə  deyə  bilərik,  deməliyik  peyğəmbər, 

Peyğəmbərimiz – Atamız. 

Mütləqə İnam sivilizasiyasının, Ruhani Birliyin ilkin xəmiri nə qədər su 

apararmış!  Bunu  anlayanlar,  Ata  Quruculuğunun  hər  zərrəsini  qızıla  tut-

maq istəyənlər olacaq yəqin ki... 

 

Nəyə gərək o Əmək? 



Azərbaycan  türk  xalqının  inanmasına  ki,  onun  belə  bir  yaradıcılığı 

olub,  var  və  hansısa  bəhrəni  verib  və  verməkdədir.  Bu  baş  veribsə,  bu 

xalq  artıq  o  xalq  deyil;  o  özünün  var  olduğunu,  var  olmaq  (Peyğəmbər, 

yeni  fəlsəfə,  yeni  dünyabaxış,  Müqəddəs  Kitab,  Mütləq  İdrak,  Mütləq 

İradə...  yetirmək)  imkanı  daşıdığını  sezmiş  xalqdır;  hər  cümləqurana 

(ayə`çiyə)  bel  əyən,  baş  əyən  noxulular,  Batıya  “ləbbeyk”  deyən  idraki 

əzbərçilər  yığını  deyil.  Bu  Sezinti  İnam  Ata  Əməyinin  bəhrəsidir:  “Xalq 

sonsuz  Mətanət,  Əzab-Əziyyət  bahasına  öz  bənzərsizliyini,  Bəşəri 

Ləyaqətini saxlayırsa, – özündəki Mütləqə yaxınlaşır”. 


 

16 


Kutsal  Quruculuq  baxımından,  Onun  şah  əsəri  –  Onun  Ocağıdır  – 

canlı, diri, konkret Evladlar Birliyidir. 

Bu  Ocağın  nəliyi,  kimliyi  aydın  olmalıdır  –  özünə  də,  xalqa  da.  Onun 

bütöv  adı  belədir:  “Türkün  (ilk)  Ruhaniyyat  Ocağı  –  İnam  Atanın  (Asif 

Atanın)  Mütləqə  İnam  Ocağı”.  Adın  canı,  yönü,  fəlsəfi-ruhani  kimliyi  son 

üç sözdədir: Mütləqə İnam Ocağı. 

Ocaq  arasıkəsilməz  gündəlik  iş  aparan,  öz  içində  qaçılmaz  ruhani 

iyerarxiyası  olan  (qarşılıqlı  səcdəli  ilişkilərə  əsaslanan)  qurumdur.  O  öz 

ilsırası  (tarixi),  günsırası  (təqvimi)  ilə  yaşayır.  Onun  öz  Bayrağı,  Gerbi, 

Himni,  öz  əlifbası,  rəqəmləri  var.  Onun  iç  quruluşu  (strukturu),  öz  iş  ku-

ralları  var.  Öz  Kutsal  ünvanı  –  İnam  Evi  var;  bu  Ev  bütün  İnamçıların, 

eləcə də İnam Ata xalqının ruhani Mərkəzidir. Ocaq Evladlarının özlərinə 

məxsus  ruhani  geyimləri  var  və  s...  Bu  müəyyənliklərdən  qıraqda  Ocaq, 

Ocaqçı yoxdur. 

Hər  bir  Ocaqçı  həm  də  İnamçıdır  (Mütləqə İnam Ocağının  Evladıdır); 

hər  İnamçı  isə  Ocaqçı  deyil,  yalnız  İnam  Ata  Dünyabaxışını  daşıyan 

şəxsdir. 

Azərbaycanda  –  Güney  olsun,  Qüzey  olsun,  bütöv  olsun  –  yalnız  bir 

Ocaq  var  və  yalnız  bir  Ocaq  ola  bilər,  Ulu  Sözünün  qüvvəti  –  “əgər  o 

ikidirsə,  demək  o  yoxdur”.  Çünki  o,  Türkün  mənəvi-ruhani  birliyinə 

yetilməsi  üçün  qalanıb.  (Bir  də  yada  salaq  ki,  Onun  ümuminsanlığa  xid-

məti  bu  yol  ilədir,  ulusal  simalaşma  –  Onun  üçün  vasitədir.  Həm  də  bu, 

Onun  hər  bir  xalqa  təklifi  –  önəri`sidir).  Əgər  o  da  bölünmüşlük  yara-

dacaqsa,  sönsə  yaxşıdır  və  “1+”lik  onun  elə  sönmüşlüyü  –  yoxluğu 

demək olardı.  

Düşüncə,  axtarış  ayrılığı  başqa  məsələdir  –  bir  Ocaq  içində  – 

mümkündür.  Böyük,  tək-tək,  ələdüşməz  (nadir)  kişilərin  Həqiqət  axtarışı 

Həqiqətdən  sapma  ilə  də  sonuclana  bilir,  Həqiqəti  tapma  ilə  də.  Sapan-

ların  Həqiqətə  dönüşü  yaxarışla  baş  verir.  (İslamda  buna  “tövbə”  və  ya 

“istiğfar”  deyilir).  Böyük,  tək-tək,  ələdüşməz  kişilər  Həqiqətdən  sapmanı 

özləri  üçün  ölüm  sayırlar.  Yaxarış  (tövbə)  –  süçdan  ölmüşün  dirilmə yal-

varışıdır. Mən bugün Mütləqə İnam Ocağının Ruhani Başçısı olaraq, suçu 

bağışlamıram,  keçmirəm  suçdan.  Suç  var  ki,  ölümə  təndir  –  keçilməz; 

keçdin – oldun suçluya tay, suça güzəştli, öyrəncəli. 

Əmək suçu yumur, arıtmır, ağartmır.  

Suç  ayrı,  xəyanət  ayrı.  Xəyanətçiyə  yönəlik  Atanın  qənaəti  belədir: 

“Xəyanətçiyə  yaşamaq  haqqı  verilmir,  özünü  öldürmək  haqqı  verilir”. 

(Yəni Ocaqdan çıxmaq, çıxarılmaq). Bağışlana, yuyula biləsi suç isə suç 

yiyəsinin ölüb-dirilməsindən – yaxarışından keçir. 

İnsanın  mənəvi-ruhani    çöküşünü  önləmə  qurumunun,  Ruhani  Dövlət 

carçısı olan, Mütləqə İnam Sivilizasiyasına haylayan qurumun özəyində – 


 

17 


Ocaqda  suç,  suçlu  ola  bilməz!  İnsanın mənəvi-ruhani çöküşünün  səbəbi 

elə bənzər qurumların suça qarşı barışmazlıqdakı mütləqsizliyi olmuşdur. 

İnamın Yaradıcısı belə deyir. 

 

Bu Ocaqdan çoxlu ayrılanlar olub – suçlu, suçsuz. Qayıdanlar da olub 



–  yaxarışla.  Atanın  sağlığında  –  Qəlbi  (İlham  Heydərov)  qayıdıb,  Ata 

onun yaxarışını qəbul eləyib: ”Qəlbini  Evladlıqda  saxladım. Tövbəsi  – 



qəlbiydi”   (Bax: bu nəşr, səh.  150).

 

Göylü-Əminə  və  Layiq-Vələddin  də  Ocaqdan  ayrıldıqdan  sonra 



qayıtmaq istəmişdilər, Ata “yox” demişdi. Bu gənclər (ailə...) məndən xa-

hiş  etmişdilər  ki,  onların  qayıtmaları  üçün  mən  də  Atadan  diləkdə  bulu-

num.  Mən  bunu  Ataya  deyəndə  Ata:  “Zamin  olursanmı?”  deyə  soruşdu. 

Mən zamin olmadım. Onlar da bərpa olunmadılar.  

Atadan  sonra  da  Ocağa  bəzi  qayıdışlar  olub.  (Sadiq,  İşıqlı,  Yolruh). 

Qayıdışın sorumluluğunu üstlənənlər özlərini Ata qarşısında hiss etmiş və 

Atanın  ola  biləsi  qərarına  əsaslanmışlar.  Onların  da  “tövbələrində”  –  ya-

xarışlarında  qəlbləri  olubmu?  Bunu  onların  yazılı  yalvarışları  göstərir. 

(Bax:  Yolruh  Atalı.  “Ocağa  qayıdış...”  –  “İnam  Ata  və  Ocağı”  özəl  bu-

raxılışı, 25 Ata ayı 27-ci il – 25.IX.2005, s.14; İşıqlı Atalının yaxarışı olar-

aq,  30-cu  ilin  “Ruhani  Səfər  Günü”  Mərasimindəki  çıxışına  bax;  Sadiq 

Atalı.  “Ölmüşdüm  –  Dirildim”  “İnama  Doğru”  dərgisi,  Günəş  Ayı  34-il  – 

Mart  2012,  N1(19),  s.12,13).  İndi  onlar  Ocağın  işində  –  İnam  Atanın 

Kutsal  Quruculuq  cəbhəsində  fərəhli  yük  çəkməkdədilər.  İşıqlı  Atalı  isə 

31-ci  (2009)  –  ildən  Ocağın  Yükümlüsü,  qardaşı  –  Amaldaşı  Yolruhla 

birlikdə  Ocağın  qoşa  qanadı  kimi  iş  aparmaqdadırlar.  Sabah  necə 

olacaqlar – deyə bilmərəm. Yəni mən bu adlar altında mütləq dəyər sun-

muram.  Hər  kəsin  sonunu  –  sonu  göstərər.  Bugün  Azərbaycanda  Ocaq 

halının  bütöv  mənzərəsi  Safruhun  “İnam  Atanın  Ocaq  İrsi”  içsəsində 

göstərilən kimidir. (Bax: “İnama Doğru” dərgisi, N11(29), Qar-34-il – Yan-

var 2013). Daha dəqiqi, Safruh. “Ruhani İnsan uğrunda” kitabı). 

İnamın (Atanın) Əməyi sayəsində “Ocaqçı” sözü bu xalqın özümlü id-

raklılarının,  özümlü  qeyrətlilərinin  adıdır,  onu  ifadə  eləyən  termindir. 

Həmin termin daşıyıcısının dahiyanə yazılmış yaşam – eyləm, iş – döyüş 

tərzi var – “Ocaqçının Həyat Tərzi” adında. Ata daim “kamikadze, samu-

ray”  deyib  dururdu.  Ataya  qədər  bizdə  bu  sahədə  gözəl  nağıllar  vardı, 

konkretləşmə  yox  idi.  Ata  konkretləşdirdi.  Həm  də  ruhsal  sahədə  – 

cəbhələrin  ən  çətinində,  ən  ucasında.  Çirkini  (gözəl  olmayanı)  gözəllik 

yaratmağa  göndərdi,  üstündə  dayandı  –  ondan  Ocaq  Evladı  –  Ocaqçı 

yetirənə qədər! 

Kutsal Quruculuq budur. 


 

18 


Əməyi  kutsal  olanın  özü  kutsal  olmaya  bilir.  Kutsallıqda  əməyimizlə 

birliyə çağırırdı Ata bizi... 

Allahı  (İdeyanı)  anlamağa,  Onu  öz  şəxsimizdə  şübhələrdən, 

çeynənməkdən qurtarmağa çağırdı. 

Ata bizdə böyüklüyə, birüzlüyə zövq yaratdı. 

Kutsal Quruculuq budur. 

Böyük  olmaqdan  qorxmamaq,  həm  də  şişməmək  öyrətdi.  Böyük 

olmağa can atmaq – Müqəddəs olmağa can atmaqdır. 

Ata öyrətdi bunları bizə. Öz örnəyində. 

Ata  bizim  üçün  həm  Öyrətmən  idi,  həm  Yönətmən!  Həm  Məbud  idi, 

həm Məbəd! 

Biz  də  Ocaq  Evladları  olaraq,  bəşər  içində  Torpağın  qumlaşmasına 

qarşı döyüşçüləriyik İnamımızın! 

 

Bunun gerçəkləşməsi yolu kimi, biz dünyaya aşağıdakıları önəririk: 



Simalı kişi, simalı qadın – simalı ailə; 

Simalı Ulus, simalı Yurd – simalı Dövlət; 

Xalqın birinciliyi, beynəlxalqın bundan törəməliyi; 

İnsanların,  xalqların  müstəqil  iradələrini  məhdudlaşdırmaqla  onları  si-

masızlaşdıran  dini  və  dünyəvi  təmərküzləşmələri  dayandırmaq  –  “1-

ləşmə”lərin tündlüyünü “1-1-ləşmə” ilə azaltmaq;  

Əhali artımının stimullaşdırılmasını yasaqlamaq;  

Yarışmaq,  yortuşmaq  (idman)  psixologiyasını  Yaşamın  ana  xəttindən 

çıxartmaq – Yavaş Yaşam tərzinə keçmək; 

Ruhani qurum olub (bizdə bunun adı Mütləqə İnam Oçağıdır) yuxarıda 

deyilənləri gerçəkləşdirmək. 

 

İndi  Azərbaycanda  fəaliyyət  göstərən  istənilən  inanc,  fəlsəfə 



daşıyıcısının  şüurunda,  öz  inancı  və  fəlsəfəsi  ilə  yanaşı,  Mütləqə  İnam 

obrazı da var. Və bu Obraz o biriləri ilə deyişmə – dialoq aparmaqda, on-

ları  etkiləməkdə,  dirsəkləməkdə,  sınağa  çəkməkdədir:  idrakilik-əfsanəlik 

sınağına,  haqlılıq:  yerlilik  –  yersizlik,  doğmalıq  –  yadlıq  sınağına, 

yaşarılıq, ucaldıcılıq –aşağılayıcılıq sınağına... 

Bu, İnam Atanın xidmətidir. Bu, Azərbaycan xalqını  var etmək, türkü, 

bütün türk soyluları tarixdə izli etməkdir. 

İnam Atanın, Mütləqə İnamın Gəlişindən sonra heç bir dünyabaxış Ata 

Yurdumuz  Azərbaycanda,  Ulusumuz  içində  ağalıq  eləyə,  birinci  sayıla 

bilməz. 


Kimlərsə  bunun  Ulusa,  Yurda  xidmətliyini  birinci  kimi  başa  düşər. 

Əslində isə o, ikincidir. Onun, insanı gələcəyə umudsuzluq aşınmasından 

(“deqradasiyadan”)  qorumaya  xidmətliyi  birincidir.  Baxışın  Yiyəsi  – 


 

19 


Yaradıcısı  nə  deyir:  İnsanlaşın!.. İstənilən  Yurdu,  Ulusu  simalı  saxlamaq 

– insan işidir və bunu yalnız ruhani insan istər və bacarar. Bunu “seçmə 

insanlar – seçkinlər”, qəhrəmanlar, pəhləvanlar eləmir yalnız, sıravilər də 

eləyir. 


*** 

Türk ilsırasının ən böyük ruhaniyyat Yaradıcısı qarşısında yenə də bir 



ilk Evlad ərki və sonərki:  

 

  1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə