TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə5/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38

 

VII. İMTİNA  ZƏRURİLİYİ 

 

Yanlış Əqidədən İmtina! 

Saxta Müəssisələrdən İmtina! 

Rütbələrdən, vəzifələrdən, mükafatlardan İmtina! 

Yalançı kitablardan, sözlərdən, çağırışlardan İmtina! 

Ağlı, Ürəyi, Həqiqəti buxovlayan süni silahdaşlıqdan İmtina! 

Parniklərdə becərilmiş İdrakdan, Bədiiyyatdan İmtina! 

Yanlış Dostluqdan, Ümumbəşərilikdən İmtina! 

Cənnət Xülyasından İmtina! 

Haylı-Küylü Əzəmətdən İmtina! 

İntizam pərdəsi altında köləlikdən İmtina! 

Sədaqət pərdəsi altında yaltaqlıqdan İmtina! 

İclas səmimiyyətindən İmtina! 

Sədəqə verəni Allah saymaq günahından İmtina! 

Dilindən  ayrı  düşməyin  Elindən  ayrı  düşmək  olmasını  anlamamaq 

fəlakətindən İmtina! 

Vətənsevərliyi Millətçilik möhürüylə damğalamaq qəbahətindən İmtina! 

Mənsəbpərəstlərin mənəvi paklığına inam yanlışlığından İmtina! 

Yalana alışmaq bəlasından İmtina! 

Bugünlə kifayətlənmək, Bugünə pərçimlənmək miskinliyindən İmtina! 

Saxta Xalq xidmətçilərinin cəfakeşliyinə İnamdan İmtina! 

Müasir, qabaqcıl, tərəqqipərvər görünmək eybəcərliyindən İmtina! 

Təqlidçiliyi Nicat Yolu saymaq bədnamlığından İmtina! 

Yeni Ailə, Yeni Məhəbbət, Yeni Məişət xurafatından İmtina! 

Zorun Ruhu məhv etməsi qənaətindən İmtina! 

Bugünün Mütləq labüdlüyü iddiasından İmtina! 

Dəbdəbəli nikbinlikdən və sızıltılı bədbinlikdən İmtina! 

Zorun Zəka üzərində qələbəsinə İnamdan İmtina! 



 

57 


Mühitin İnsanı Köləyə çevirməsi iddiasından İmtina! 

“Yenilikçi”  özündənayrılma,  özünə  qarşı  çevrilmə,  özünə  yadolma 

səfalətindən İmtina! 

Elmin,  texnikanın  Bəşərə  səadət  gətirəcəyinə  sadəlövh  etiqaddan 

İmtina! 

Peyğəmbərlərin indiki Dünyaya gərəksizliyi cəhalətindən İmtina! 

Ölçülü Həqiqətdən İmtina! 

 “Xalq Ruhunun tərcümanlarına” etiqaddan İmtina! 

Laboratoriyalarda yaradılmış tarixi şəxsiyyətlərdən İmtina! 

Bu İmtinalar – Zəruridir! 

Zəkanı və Ürəyi zərərli, zəhərli təsəvvürlərdən təmizləmək gərəkdir! 

Onları əsl, həqiqi fikirlərlə, duyğularla zənginləşdirmək üçün! 

 

VIII. İDEAL 

 

 Doqmatizm  Bəşəriyyətin  Nicat  Yolunu  fərdi  mülkiyyətin  ictimai  (yəni 

ümumi) mülkiyyətlə əvəz olunmasında görür.  

Həyat  isə  göstərir  ki,  bu  əməliyyat  vasitəsilə  İnsan  özünə  qayıtmır, 

İnsani Mahiyyətini təsdiq etmir.  

Çünki  ümumi  mülkiyyət  hamıya  məxsus  olduğu  halda,  heç  kəsə 

məxsus olmur.  

Zavod  hamınındır,  ancaq  əslində  heç  kəsin  deyil,  torpaq  hamınındır, 

ancaq əslində heç kəsin deyil.  

Ümumi,  ictimai  mülkiyyətə  sahib  olmaq  gerçəklikdə  heç  nəyə  sahib 

olmamaq deməkdir. 

Mülkiyyət  hamınındır,  deməli,  həm  də  sənindir,  ancaq  əslində  sənin 

deyil, mücərrəd ümuminindir.  

Fərdi  mülkiyyətin  ümumi  mülkiyyətlə  əvəz  olunması  həqiqətdə  İnsanı 

mülkiyyətdən məhrum etdi. Paradoksal vəziyyət yarandı: hər şey sənindir 

və heç şey sənin deyil! 

Torpaq hamınındır, ancaq sən ondan istifadə edə bilməzsən, çünki, o, 

tək səninki deyil, deməli, əslində heç kəsin deyil! 

Doqmatizmin  Həyata  gətirdiyi  əməliyyat  İnsan  ilə  mülkiyyət  arasında 

görünməmiş yadlıq yaratdı. Ümumi torpaq – yad torpağa çevrildi, hamının 

olan  hamıya  özgə  oldu,  ümumilik  dəhşətli  dərəcədə  fetişləşdi  və  son 

nəticədə  mülkədarların,  kapitalistlərin  hakimiyyəti  dövlət  hakimiyyəti  ilə 

əvəz olundu.  

Mülkiyyətin  sahibi  ayrı-ayrı  şəxslər  yox,  dövlət  oldu.  Dövlət    –  izafi 

dəyəri,  kənd  təsərrüfatı  gəlirinin  çox  hissəsini  ələ  keçirdi  və  sonralar 

kəndlini muzdlu fəhləyə döndərdi.   



 

58 


Fərq o oldu ki, bir zamanlar fəhlə, kəndli əməyinin gəliri istismarçı sinif-

lərə qismət olurdu, indi isə onun “öz”, “doğma” dövlətinə qismət olur.  

Lakin bu fərq əslində nəzəri, formal fərqdir. 

Zəhmətkeşlərin  maddi  vəziyyəti,  cəmiyyətdə  yeri  baxımından  həmin 

fərq heçə bərabərdir.  

Yenə  də  işləyənlə  dişləyən,  becərənlə  mənimsəyən  bir-birindən  ayrı 

düşdü, əməkçi öz əməyinin sahibi olmadı.  

O, real sahiblik əvəzinə, formal sahiblik əldə etdi.  

Digər  tərəfdən,  heç  bir  kitabda  yazılmayan,  nəzərə  alınmayan, 

gözlənilməyən  hadisə  baş  verdi:  sinifsiz  cəmiyyət  arzusunu  Həyata 

keçirən bir məmləkətdə yeni hampalar, zadəganlar silki meydana gəldi.  

Kolxoz  sədrinin  adi  kolxozçuyla,  müdirin  fəhləylə,  vəzifəlilərin 

vəzifəsizlərlə,  rütbəlilərin  rütbəsizlərlə  münasibətində,  müqayisəsində 

yuxarı – aşağı silk əlaqələri bərpa olundu.  

Yeni  zadəganlar  mülkiyyətə  sahib  olmadılar,  ancaq  ümumi 

mülkiyyətdən  ən  çox  qazandılar,  varlandılar,  Xalqdan  uzaqlaşdılar,  öz 

xüsusi Həyat tərzini, məişətini, əxlaqını yaratdılar.  

Fəhlə  –  kəndli  hakimiyyətində  fəhlə  olmağa,  kəndli  olmağa  həvəs 

oyanmadı,  yuxarı  dairəyə  dırmaşmağa  və  həmişəlik  orada  qalmağa 

həvəs oyandı.  

Burjua  cəmiyyətinə  xas  olan  və  klassik  realizm  tərəfindən  dahiyanə 

təsvir  olunan  mənsəb,  var-dövlət  uğrunda  amansız,  əxlaqsız  döyüş 

Həyatın başlıca qanununa çevrildi.  

İstismarçı siniflər ləğv olundu, ancaq antixəlqi silk yenidən peyda oldu, 

yerini bərkitdi və cəmiyyətə hakim oldu.  

Fəqət İnsanın fəlakətli halı bununla bitmədi. 

İnsanın  Ağlı,  Mənəvi  Dünyası,  Düşüncəsi,  Duyğuları,  Taleyi  – 

Doqmatizmi  zorla  həyata keçirən  amansız və mütəşəkkil  Qüvvənin  əlinə 

keçdi.  Həmin  Qüvvə  İnsanın  vəziyyətini  düşünmədi,  nəyin  bahasına 

olursa-olsun, hakimiyyəti saxlamaq haqqında düşündü.  

Bu məqsədi yerinə yetirmək üçün o, yalana tapındı, azadfikirliyi boğdu, 

İnsanları  təşviş,  qorxu  altında  saxladı,  ziyalının  qeyrətlisini  qırdı, 

qeyrətsizini  satın  aldı,  İnsanları  miskinləşdirdi.  Cilddən-cildə  girdi,  yeri 

gələndə  özünü  xalqın  keşikçisi  kimi  gözə  soxdu,  yeri  gələndə  Zora  əl 

atdı.  

Nəticədə  cənnət  əvəzinə  cəhənnəm  yaratdı  və  inandırdı  ki,  bu, 



cəhənnəm yox, cənnətdir.  

Qüvvə  anladı  ki,  Dünyanın  normal  vəziyyətə  qayıtması  doqmatizmin 

ölümüdür.  

Bu səbəbdən də o, Dünyanı dəhşətli dərəcədə saxtalaşdırdı.  



 

59 


Əqidə  süniləşdi,  Mənəviyyat  süniləşdi,  Qəhrəmanlıq,  Vətənsevərlik, 

Sənət, Fəlsəfə süniləşdi. 

Saxtalıq ayaq açıb sürətlə yeriməyə başladı.  

Həyat öz təbii məhvərindən çıxdı.  

İnsana  İnam  itdi,  onun  üzərində  nəzarət  piramidası  ucaldıldı  

(təşkilatlar, müəssisələr nəzarəti, tədris nəzarəti, inzibati nəzarət və s. və 

i.a.). 

Süni  Həyat  Əqidəsizlik,  Əxlaqsızlıq,  Mənsəbpərəstlik,  Rüşvətxorluq 



axını yaratdı və bu axın cəmiyyəti bürüdü.  

Doqmatiklər  deyirlər  ki,  bu  mənfiliklər  İdeal  Cəmiyyətin  birinci 

mərhələsinə  (fazasına)  xas  olan  xüsusiyyətlərdir,  ikinci  mərhələdə  onlar 

aradan qalxacaq.  



Bu, son dərəcə yanlış iddiadır.  

Birinci faza ilə ikinci faza arasında yerlə göy qədər fərq ola bilməz.  

Bu,  artıq  mərhələ  yox,  bir-birini  rədd  edən  müxtəlif  hadisə  hesab 

edilməlidir.  

Əslində  birinci  mərhələnin  ziddiyyətlərini  həll  etmək  üçün  onu  inkar 

etmək tələb olunur: yəni ikinci mərhələ birinci mərhələni ləğv etməlidir. 

Çünki naqisliklər cəmiyyətin dərinliklərinə işləyib, çirkinliklər dəhşətli bir 

antihəyat yaradıb.  

Birinci fazada antihəyat yaradan cəmiyyətin ikinci fazada gözəl həyata 

çevrilməsi – əfsanədir.  

Digər tərəfdən, doqmatizmin irəli sürdüyü əsas tələb – fərdi mülkiyyətin 

ictimai  mülkiyyətlə  əvəz  olunması,  planlı  təsərrüfat  –  birinci  mərhələnin 

özündə Həyata keçdi.  

Buna görə də Doqmatizmin ideal Cəmiyyəti elə indiki Cəmiyyətdir. 

Doqmatizmin  İflası  qabaqcıl  istehsal  əlaqələrinin  Kamil  İnsan 

yetişdirməsi ideyasını da alt-üst etdi.  

Əmək – Kamil Şəxsiyyət yetişdirmir; bu, cəfəngiyyatdır.  

Kamil  Şəxsiyyətin  yetişməsi  ən  çox  Şəxsiyyətin  Özünüdərketmə, 

Özünüdəyişdirmə Qüdrətindən asılıdır.  



İnsanı  fəlakətdən  qurtarmaq  üçün  Dünyanı  normal  vəziyyətə 

qaytarmaq,  formal  Azadlığı  əsil  Azadlıqla  əvəz  etmək,  İnsanı  əsl 

İdraka, Mənəviyyata, Həyat tərzinə yüksəltmək lazımdır.  

Bunun  üçün  Ali  Sözün  gücüylə  Yeni  İdrak,  Yeni  Mənəviyyat  və  Yeni 

Həyat Tərzi əsasında  İntibah yaratmaq, İnsanı  özünə  yaxınlaşdırmaq, 

özünə çatdırmaq gərəkdir.  

 

 



 

 

 

60 


IX. YOL 

 

Xalqı Ata Əqidəsi ətrafında birləşdirmək.  

Əqidəni Şərqə və Dünyaya yaymaq.  

Əqidə üçün Yaşamaq, Döyüşmək və Ölmək! 

 

X. RİCƏT 



 

Yük ağırdır, Yol uzun və yoxuşludur, iqlim sərt, düşmən güclüdür.  



Məni Mütləqə çevir, Mütləqim! 

Dağlar aşa bilim, çaylar keçə bilim, Sənə qovuşa bilim.  



Mənə kömək et, Mütləqim! 

Bakı, avqust 1981-ci il.  

 

 

MEYAR 

 

              I. HƏYAT MEYARI 

 

Maddi Nemət Ölçüsü yox, Mənəvi Sərvət Ölçüsü! 

Maddiyyata,  Məişətə,  Var-Dövlətə,  Eyş-İşrətə,  Cismani  Nəşəyə, 

Hakimliyə, Fatehliyə yox, Mənəviyyata, Ülviyyətə, Paklığa, Müqəddəsliyə, 

Ruhaniliyə, İnsaniliyə, Fədailiyə Xidmət.  

Bədəni Ruhla ram etmək! 

Hissiyyatı İradəylə ram etmək! 

Maddini Ali Nemət saymamaq! 

Cismanini Ali Məqsəd saymamaq! 

 Maddiylə öyünməmək, sevinməmək! 

Maddini Nailiyyət saymamaq, Qalibiyyət saymamaq! 

Haramsızlıq, Yalansızlıq, Yamansızlıq, Zülmsüzlük! 

İşrət bolluğu əvəzinə Qeyrət bolluğu! 

Zəngin otaqlar əvəzinə Zəngin Könüllər! 

Möhtəşəm  Qorxular əvəzinə Möhtəşəm Duyğular! 

Əşya Ehtirası əvəzinə Ülfət Ehtirası! 

Erkək Bolluğu əvəzinə Kişi Bolluğu! 

Dişi Bolluğu əvəzinə Qadın Bolluğu! 

Maddi Əzəmət əvəzinə Mənəvi Ləyaqət! 

İqtisadi Yarış əvəzinə Mənəvi Yarış! 

Maddinin Mənəvidən asılılığı! 


 

61 


Mənəvinin birinciliyi, Maddinin ikinciliyi! 

Duyğu Zirvəsini zəbt etmək! 

Zəka Zirvəsini zəbt etmək! 

Həya Zirvəsini zəbt etmək! 

Qorxaqlığı məhv etmək! 

Alçaqlığı məhv etmək! 

Qəddarlığı məhv etmək!  

Heyvandan ayrılmaq! 

Şeytandan ayrılmaq! 

Qəbahətlə Döyüş!  

Həqarətlə Döyüş! 

İnsani Həyat – Mənəvi Həyatdır.  

Bu səbəbdən də əsil qiymət – Mənəvi qiymətdir.  

Mənəviyə həsr olunan Həyat – Gözəldir! 

Maddiyə həsr olunan Həyat – Çirkindir! 

İnsan Mənəviyə yüksəlir, Maddiyə enir! 

Ruhaniliyə yüksəlir, Şəhvaniliyə enir! 

Ülviyyətə yüksəlir, Maddi Nemətə enir! 

İmtinaya yüksəlir, Hərisliyə enir! 

Ölümsüzlüyə yüksəlir, Şöhrətə enir! 

Qəhrəmanlığa yüksəlir, Güzərana enir! 

Ruhani Vəcd halına yüksəlir, Dünya Malına enir! 

Sədaqətə yüksəlir, Xəyanətə enir! 

Ədalətə yüksəlir, Əsarətə enir! 

Paklığa yüksəlir, Qəbahətə enir! 

Heyrətə yüksəlir, Həsədə enir! 

Vüqara yüksəlir, Köləliyə enir! 

Fədailiyə yüksəlir, Nəşəsevərliyə enir! 

Müqəddəsliyə yüksəlir, Hərcayiliyə enir! 

İnama yüksəlir, Şübhəyə enir! 

Məhəbbətə yüksəlir, Şəhvətə enir! 

Qüdsiyyətə yüksəlir, Qəbahətə enir! 

Mənəvi – İnsanı Aliyə qaldırır. 

Maddi – İnsanı Alidən endirir.  

Yalnız Mənəvi yaşayan – yaşayır. 

Maddidə dayanan, yaşayan – yaşamır.  

 

II. İNSAN MEYARI 

 

Zorlu İnsan yox, Nurlu İnsan! 

Varlı İnsan yox, Vüqarlı İnsan! 


 

62 


Dünyaya Sahib olmaq əvəzinə – Özünə Sahib olmaq! 

Ölkələri fəth etmək əvəzinə – Ürəkləri fəth etmək! 

Hakimlik əvəzinə – Atalıq! 

Xanımlıq əvəzinə – Analıq! 

Yüksək Mənsəb əvəzinə – Ali Məqsəd! 

Maddi Zənginlik əvəzinə – Müqəddəslik! 

Yırtıcını Daxildən qovmaq! 

İblisi Daxildən qovmaq! 

Qatili Daxildən qovmaq! 

Naşı Qiyməti Daxildən qovmaq! 

Hərcayi Qisməti Daxildən qovmaq! 

Naşı Niyyəti Daxildən qovmaq! 

Öldürmək əvəzinə – Diriltmək! 

Endirmək əvəzinə – Qaldırmaq! 

Böyük Rütbə əvəzinə – Böyük Sevgi! 

Böyük Qibtə əvəzinə – Böyük Səcdə! 

Sahibkarlıq əvəzinə – Fədakarlıq!  

Şəhvanilik əvəzinə – Ruhanilik! 

Nəşəsevərlik əvəzinə – İbadət! 

Zamana tapınma əvəzinə – İdeala tapınma! 

Nisbiyə alışmaq əvəzinə –Mütləqə qovuşmaq! 

Özünü bəsləmək əvəzinə – Özündən keçmək! 

Hərislik Ehtirası əvəzinə – İmtina Qətiyyəti! 

Şeytanla Görüş əvəzinə – Özüylə Döyüş! 

Maneələr Sevinci! 

Təhlükələr Sevinci! 

 İşgəncələr Sevinci! 

Ülviyyət Ehtirasından məst olmaq! 

Naqis Xalisə bərabər olmaz! 

Cahil Kamilə bərabər olmaz! 

Alçaq Yüksəyə bərabər olmaz! 

Qorxaq İgidə bərabər olmaz! 

Soyuq Vəcdliyə bərabər olmaz! 

Zalım Adilə bərabər olmaz! 

Özüylə barışan Özüylə savaşana bərabər olmaz! 

Cəlallı Amallıya bərabər olmaz! 

Yarımçıq Bütövə bərabər olmaz! 

Əyri Doğruya bərabər olmaz! 

Çirkin Təmizə bərabər olmaz! 

Haqsız Haqlıya bərabər olmaz! 

Kölgə Canlıya bərabər olmaz! 


 

63 


Miskin Mətinə bərabər olmaz! 

Dolanan Yaradana bərabər olmaz! 

Övladın Atadan Asılılığı! 

Tələbənin Müəllimdən Asılılığı! 

Adinin Alidən Asılılığı! 

Kişinin Qeyrətdən Asılılığı! 

Qadının İsmətdən Asılılığı! 

Nisbinin Mütləqdən Asılılığı! 

Varlını Yoxsuldan Üstün saymaq Günahdır! 

Rütbəlini Rütbəsizdən Üstün saymaq Günahdır! 

Səlahiyyətlini Səlahiyyətsizdən Üstün saymaq Günahdır! 

Maddi Sərvət Üstünlüyü – Qəbahətdir! 

Yüksək Təbəqə Üstünlüyü – Qəbahətdir! 

Zor Üstünlüyü – Qəbahətdir! 

Maddinin yaratdığı məziyyət – Aldanışdır. 

Əsillik – Ruhaniliyə bərabərdir.  

 

III. XALQ   MEYARI 

 

İqtisadi Xalq yox, Əxlaqi Xalq! 

Texniki Xalq yox, Ruhani Xalq!  

İzdihamlı Xalq yox, Vicdanlı Xalq! 

Müasir görünən Xalq yox, Özünəbənzəyən Xalq!  

Vahiməli Xalq yox, İsmətli Xalq! 

Dəbdəbəli Xalq yox, Həyalı Xalq!  

Ağa Xalq yox, Məğrur xalq! 

Tacir Xalq yox, Adil Xalq! 

Dəb yaradan Xalq yox,  Dəbə uymayan Xalq! 

Hakim Xalq yox, Həkim xalq! 

Azman Xalq yox, Müdrik Xalq! 

Dağıdan Xalq yox, Yaradan Xalq! 

Nəşəsevər Xalq yox, Həqiqətsevər Xalq! 

Qorxudan Xalq yox, Ayıldan Xalq! 

Sarsıdan Xalq yox, Sevdirən Xalq! 

Bəzəkli Xalq yox, İdraklı Xalq! 

İşğalsevər Xalq yox, İnsansevər Xalq! 

Pula səcdə qılan Xalq yox, Ruha səcdə qılan Xalq! 

Məkrli Xalq yox, Zəkalı Xalq! 

Mülkədar Xalq yox, Vəfadar Xalq! 

Sərmayəçi Xalq yox, Həqiqətçi Xalq! 

Aldadan Xalq yox, Aldanmayan Xalq! 


 

64 


Hami Xalq yox, Azad Xalq! 

Yedəkləyən Xalq yox, Yeriyən Xalq! 

Minnətli Xalq yox, Ləyaqətli Xalq! 

Xilas edilən Xalq yox, Xilas olan Xalq! 

Döyən Xalq yox, Döyülməyən Xalq! 

Sürüyən Xalq yox, Sürünməyən Xalq! 

Müstəbid Xalq yox, Qəhrəman Xalq! 

Lovğa Xalq yox, Şəstli Xalq! 

Həris Xalq yox, Xalis Xalq! 

Qəsdli Xalq yox, Vəcdli Xalq! 

Dalaşqan Xalq yox, Çalışqan Xalq! 

Bağıran Xalq yox, Çağıran Xalq! 

Fitnəli Xalq yox, Tədbirli Xalq! 

Məkrli Xalq yox, Səbrli Xalq! 

Ziynətli Xalq yox, Qeyrətli Xalq!  

Qanlı-Qadalı Xalq yox, İlhamlı Xalq! 

Sonluda qalan Xalq yox, Sonsuza can atan Xalq! 

Xalqın Zahirinə baxma: Xalqı görməzsən! 

Ruhuna bax: Orada Xalqı görərsən! 

 

IV. ÖLKƏ   MEYARI 



 

Zəngin Ölkə yox, Yetkin Ölkə! 

Əhalisi çox olan Ölkə yox, İnsanı çox olan Ölkə! 

Gəliri çox olan Ölkə yox, Xeyiri çox olan Ölkə! 

Kabusu çox olan Ölkə yox, Namusu çox olan Ölkə! 

İmarəti  bol olan Ölkə yox, Ləyaqəti bol olan Ölkə! 

Maşınları bol olan Ölkə yox, Loğmanları bol olan Ölkə! 

Binaları yüksək olan Ölkə yox, Məhəbbəti yüksək olan Ölkə! 

Maddiyyat bitirən Ölkə yox, Mənəviyyat yetirən Ölkə! 

Qüvvətli Ölkə yox, Qüdrətli Ölkə! 

Ehtişamlı Ölkə yox, Etibarlı Ölkə! 

Möhtəşəm Ölkə yox, Müqəddəs Ölkə! 

Qabaqcıl Ölkə yox, Şərəfli Ölkə! 

Mənəvi Paklıq Zirvəsi! 

Doğmalıq Zirvəsi! 

Həmdəmlik Zirvəsi! 

Talançı Ölkə yox, İnamlı Ölkə! 

Sələmçi Ölkə yox, Qələmli Ölkə! 

Parıltılı Ölkə yox, İşıqlı Ölkə! 

Ülvi Düşüncə! 



 

65 


Ülvi Duyğu! 

Ülvi Həyat Tərzi! 

Təqlidçilik əvəzinə – Dostluq! 

Xülya əvəzinə – Həqiqət! 

Həsəd əvəzinə – Ülfət! 

Şər əvəzinə – Dilək! 

Əsarət əvəzinə – Ədalət! 

Riya əvəzinə – Sədaqət! 

 

Nəşəli Cahillik əvəzinə – Ruhani Kamillik!  



 

V. CƏMİYYƏT  MEYARI 

 

İnsanı kölələşdirən Cəmiyyət yox, Ülviləşdirən Cəmiyyət! 

Əyriyə xidmət edən Cəmiyyət yox,Doğruya xidmət edən Cəmiyyət! 

Hakimə xidmət edən Cəmiyyət yox, Xalqa xidmət edən Cəmiyyət! 

Dəllal Cəmiyyət yox, Halal Cəmiyyət! 

Qatil Cəmiyyət yox, Adil Cəmiyyət! 

Qəddar Cəmiyyət yox, Sərraf Cəmiyyət! 

Hiyləgər Cəmiyyət yox, Hünərvər Cəmiyyət! 

Riyalı Cəmiyyət yox, İlqarlı Cəmiyyət! 

Boyalı Cəmiyyət yox, Ziyalı Cəmiyyət! 

Müstəbid Cəmiyyət yox, İgid Cəmiyyət! 

Zəhərli Cəmiyyət yox, Dəyərli Cəmiyyət! 

Düşmən Cəmiyyət yox, Həmdəm Cəmiyyət! 

Dəyirman Cəmiyyət yox, Dərman Cəmiyyət! 

Quldur Cəmiyyət yox, Qadır Cəmiyyət! 

Cəllad Cəmiyyət yox, Azad Cəmiyyət! 

İlan Cəmiyyət yox, İnsani Cəmiyyət! 

Təlxək Cəmiyyət yox, Fərəhli Cəmiyyət! 

Həyasız Cəmiyyət yox, Ləkəsiz Cəmiyyət! 

Aktyorluq əvəzinə – Səmimiyyət! 

Mükafat əvəzinə – Ləyaqət! 

Məddahlıq əvəzinə – Həqiqət! 

Varidat əvəzinə – İnsaniyyət! 

Şüar əvəzinə – Hüquq! 

Quyu əvəzinə  – İşıq! 

İntiqam əvəzinə – Cəza! 

Rütbə əvəzinə – Zəka! 

Zahirin Daxilə bənzərliyi! 

Biçimin Məzmuna bənzərliyi! 

Niyyətin Təzahürə bənzərliyi! 



 

66 


Xain qıtlığı. 

Oyun qıtlığı. 

Qoyun qıtlığı. 

Çirkab qıtlığı.  

Əzab qıtlığı. 

Ölü Qıtlığı. 

Zülm Qıtlığı. 

Minnətli Çörək Qıtlığı! 

Zillətli Əmək Qıtlığı! 

Yalançı Loğmanlıq Qıtlığı! 

Yalançı Qəhrəmanlıq Qıtlığı! 

Yalançı Xilaskarlıq Qıtlığı! 

Yalançı Nəhənglik qıtlığı! 

Yalançı Sədalar qıtlığı! 

Eybəcər Ədalar qıtlığı! 

Satılmış İlhamlar qıtlığı! 

Hərcayi İnamlar qıtlığı! 

Yalançı Nəvaziş qıtlığı! 

Maddiyə Pərəstiş qıtlığı! 

Böhtana Bulaşmaq qıtlığı! 

Günaha Alışmaq qıtlığı! 

Mənəvi Əlillər qıtlığı! 

Möhtəşəm Zəlillər qıtlığı! 

Qaranlıq Aydınlar qıtlığı! 

Yalançı Qadınlar qıtlığı! 

Yalançı Aşiqlər qıtlığı! 

Yalançı Dahilər qıtlığı! 

Yalançı Kahinlər qıtlığı! 

Yalançı Böyüklər qıtlığı! 

Yalançı İgidlər qıtlığı! 

Namərd Mərdlər qıtlığı! 

İsmətsiz İsmətlilər qıtlığı! 

Azğın Mülayimlər qıtlığı! 

Qatil Xeyirxahlar qıtlığı! 

Cahil Qabillər qıtlığı! 

Rəhmsiz Rəhmlilər qıtlığı! 

Vətənsiz Vətənsevərlər qıtlığı! 

Duyğusuz Duyğular qıtlığı! 

Vicdansız Vicdanlar qıtlığı! 

Kölə Sahiblər qıtlığı! 

Naşı Ariflər qıtlığı! 


 

67 


Şöhrətsiz Şöhrətlilər qıtlığı! 

Topal Sağlamlar qıtlığı! 

Ali görünənlər qıtlığı! 

Munis görünənlər qıtlığı! 

Xalis görünənlər qıtlığı! 

İnsanı özünə çatdıran Cəmiyyət! 

Maddini Mənəviyə qaldıran Cəmiyyət! 

Həyatı Mütləqə yüksəldən Cəmiyyət! 

 

VI. DÖVLƏT  MEYARI 

 

Ruhani Dövlət. 

Nurani Dövlət. 

İblislə Döyüşən. 

Heyvanla Döyüşən.  

Mütləqin Təsdiqi. 

Müqəddəsin Təsdiqi.  

Ülviyyət Tədrisi.  

Ləyaqət Tədrisi. 

İnsaniyyət Hakimiyyəti.  

Həqiqət Hakimiyyəti. 

Mərifət Hakimiyyəti.  

Vicdanın Hökmü.  

Amalın Hökmü.  

Mənəvi Kamillik Mükafatı.  

Əsillik Mükafatı.  

Xalislik Mükafatı.  

Mənəvi Cəza. 

Mənəvi Məhbusluq.  

Mənəvi Edam.  

Mənəvi Əsgər.  

Mənəvi Keşikçi.  

Mənəvi Məhkəmə.  

Mənəvi Hakim.  

Mənəvi Rəhbər.  

Mənəvi Qanun. 

Yüksək Mənəviyyat Rütbəsi! 

Müqəddəs Həyat Rütbəsi! 

Ürəyin Məhəbbət Borcu! 

İradənin Qətiyyət Borcu! 

Doğru Söz Mütləqliyi! 


 

68 


Həyalı Üz Mütləqliyi! 

Vəfadarlar Dövləti! 

Xalqsevərlər Dövləti.  

Vicdanlılar Dövləti. 

İnamlılar Dövləti. 

Qəbahət Zəncirini qıranlar Dövləti! 

Cinayət Zəncirini qıranlar Dövləti! 

Daxildəki Yırtıcını zəncirləyənlər Dövləti! 

Daxildəki Çirkabı yuyanlar Dövləti! 

Daxildəki Günahı yuyanlar Dövləti! 

Ətalətdən Azad olanlar Dövləti! 

Yalandan Azad olanlar Dövləti! 

Bədniyyətdən Azad olanlar Dövləti! 

Xurafatdan Azad olanlar Dövləti! 

Cismani Əsarətdən Azad olanlar Dövləti! 

Yalançı Sevincdən Azad olanlar Dövləti! 

Yalançı Nəşədən Azad olanlar Dövləti! 

Yalançı Böyüklükdən Azad olanlar Dövləti! 

Yalançı Əzəmətdən Azad olanlar Dövləti! 

Yalançı Dövlətdən Azad olanlar Dövləti! 

Yalançı Savabdan Azad olanlar Dövləti! 

Yalançı Nicatdan Azad olanlar Dövləti! 

Yalançı Həyatdan Azad olanlar Dövləti! 

Yalançı Dirilikdən Azad olanlar Dövləti! 

Yalançı Birlikdən Azad olanlar Dövləti! 

Yalançı Əlacdan Azad olanlar Dövləti! 

Yalançı Dərmandan Azad olanlar Dövləti! 

Yalançı Hörmətdən Azad olanlar Dövləti! 

Yalançı Mərhəmətdən Azad olanlar Dövləti! 

Yalançı Vüqardan Azad olanlar Dövləti! 

Yalançı Hünərdən Azad olanlar Dövləti! 

Yalançı Qüdrətdən Azad olanlar Dövləti! 

Yalançı Şöhrətdən Azad olanlar Dövləti! 

Yalançı Gözəllikdən Azad olanlar Dövləti! 

Yalançı Nemətlərdən Azad olanlar Dövləti! 

Ayılmışlar Dövləti! 

Mənən Dirilmişlər Dövləti! 

Mütləq olmaq Dərsi! 

İnsan olmaq Dərsi! 

Xalq olmaq Dərsi! 

Haqq olmaq Dərsi! 


 

69 


Rəiyyət əvəzinə – Övlad! 

Hakim əvəzinə – Ata! 

 

1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə