TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə2/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38

Birikmə 

 

O mənə “Safruhum” deyərdi, mən Ona “İnamım”. 



*** 

Qarşılıqlı  gözləntilərimiz  qarşılıqlı  sevgilərimiz  qədər  idi,  qarşılıqlı ina-

mımız, güvənimiz də eləcə. Ancaq O – Ata boyda idi, mən – Evlad boyda.  

*** 


Mənə adı O vermişdi, Ona Adı mən verdim. 

*** 


Safruh İnamın Safruhudur, İnam Safruhun İnamı. 

*** 


O, Ata idi, mən oğul. Biz Ata – oğuluq əbədi. 

*** 


O, Ata idi, mən türk. Biz Ata –Türkük əbədi. 

*** 


Bir soydan idik – soylardan biri idik. 

*** 


Soylardan biri kimi Yol başladıq – Pir Soy olduq, Ulu Soy olduq. 

*** 


Cünki hər kəsə bu imkanı tanıdıq və hər kəsi öz ululuğuna səslədik – 

Bəşərin Ləyaqəti naminə. 

*** 

Atamız var olsun! 



 

SAFRUH 

Mütləqə İnam Ocağının Ruhani Başçısı 

 

06 Söngü – 05 Ata Ayı 35-il. 

Atakənd. İnam Evi. 

(Avqust – sentyabr. 2013).  

 

 

 



 

20 


 

       


 

  

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

21 


 

 

 

 

 

 

                    İNSANLAŞMAQ 

 

Zəmanə İnamını – İnamsızlıq saydım. 

İnam yaratdım. 

 

Zəmanə İdrakını – İdraksızlıq saydım. 



İdrak yaratdım. 

 

Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım. 



Mənəviyyat yaratdım. 

 

Zəmanə İradəsini – İradəsizlik saydım. 



İradə yaratdım. 

 

Zəmanə Amalını – Amalsızlıq saydım. 



Amal yaratdım. 

 

Zəmanə Əməlini – Əməlsizlik saydım. 



Ocaq qaladım. 

Təqiblərə yüksəldim. Ata çağırıldım. 

 

Bəşərin nicatı – İnsanlaşmaqdadır. 



İnsanlaşın – İnsanlaşdırın... 

 

 



Şölə Ayı, 7-ci il. Bakı. 

(İyun, 1985-ci il). 

 

       

 

 

 


 

22 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

23 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YOL.  ATA  SÖZÜ 

(Üçüncü  Müqəddəs  Kitab) 

 


 

24 


 

 

25 


DOĞMALARIMA 

Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.  

Sizin  Təbiət  Dünyanızda  Dərin  və  Uca  Səmalar,  Vüqarlı  və  Müdrik 

Dağlar,  Günəş  Şəfqəti,  Meşə  Hekayəti,  Qar  Nağılı,  Gecə  Möcüzəsi, 

Səhər  Təbəssümü,  sonu  görünməyən,  ürəyimizi  özü  ilə  aparan, 

Ruhumuzu  çağıran  Yollar,  Qürub  Çağının  Kədərli  Məlahəti,  Şimşək 

Nərəsi, Sel Əzəməti var… 

Sizin  Analıq,  Məhəbbət  və  Dostluq  Dünyanızda  beşik  başında 

oxunan  Layla  Qüdsiyyəti,  Ürəklərdən-ürəklərə  axan  İşıq,  Yerin-Göyün 

Mehr,  Heyrət,  Vəcd  şəfəqinə  bürünməsi,  Duyğu  Bulağının  qaynaması, 

Özünü başqasında tapmaq Səadəti var.  

Sizin  Tarix  Dünyanızda  Qəhrəmanlıq  Müdrikliyi,  Özündənkeçmə 

Ülviyyəti,  Qorxu  hissinin  ölümü,  İnsanın  İlahi  Qüvvələrlə  Yarışı,  Babəkin 

tikə-tikə  doğranılan  bədəni  və  Xəlifəliyi  sarsıdan  Ruhu,  Əzabdan  alınan 

Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var. 

Sizin  Ruh  Dünyanızda  Zərdüştün  Hürmüzdü,  Füzulinin  Məcnunu, 

Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinası, Muğamın 

Ülvi Ehtizazı var… 

Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağsaqqallıq, 

Varislik,  Valideynlik,  Həya,  İsmət,  Qeyrət  Ənənəsi,  Qədimliyə  pərəstiş, 

Babaların Müqəddəs Ruhuna İnam var.  

Siz  həmişə  özünüzü  böyük  Dünyada  hiss  edin.  Onda  kimliyinizi 

anlarsınız. 

Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.  

Dünyasızlarla döyüşün –  Dünyanızı təsdiq etmək üçün! 

Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.  

Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz! 

 

 

OCAQ MƏRAMI 

Dünyada,  Həyatda,  Xalqımızda  Əsilliyə,  Mənəvi  Kamilliyə,  Ruhani 

Zənginliyə sonsuz Ehtiras yaşayır. 

Ocaq həmin Ehtirasdan yaranmışdır! 

Dünyada,  Həyatda,  Xalqımızda  Süniliyə,  Bəsitliyə,  Yalana  sonsuz 

Nifrət yaşayır. 

Ocaq həmin Nifrətdən yaranmışdır! 

Dünyada,  Həyatda,  Xalqımızda  ölməz  Ənənələrə,  Ali  Mənəvi 

sərvətlərə sönməz Məhəbbət yaşayır. 

Ocaq həmin Məhəbbətdən yaranmışdır! 

 


 

26 


Dünyada,  Həyatda,  Xalqımızda  Müqəddəsliyə  alovlu  bir  Pərəstiş 

yaşayır.  



Ocaq həmin Pərəstişdən yaranmışdır!  

Dünyada,  Həyatda,  Xalqımızda  Bütöv,  Parlaq,  Gözəl  İnsan 

Şəxsiyyətinə Çağırış yaşayır. 

Ocaq həmin Çağırışdan yaranmışdır! 

Dünyada,  Həyatda,  Xalqımızda  Hərarətli  və  Dərin,  Əzəmətli  və  Zərif, 

Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyil yaşayır. 

Ocaq həmin Meyildən yaranmışdır! 

Dünyada,  Həyatda,  Xalqımızda  Qeyrət  ilə  Alçaqlıq,  Ləyaqət  ilə 

Qəbahət,  Cəngavərlik  ilə  Mənəvi  Zəlillik,  Vətənpərvərlik  ilə  Vətənsizlik 

döyüşür. 



Ocaq bu Döyüşün ön sırasındadır!  

Dünyada,  Həyatda,  Xalqımızda  Yanar  Zəkanın  Övladı  olan,  Dünya 

Fikrinin  Mahiyyətini  özündə  təcəssüm  etdirən,  Bədiiyyatla  nəfəs  alan, 

Mənəviyyatı  Həqiqət  Odunda  təmizləyən  Qanadlı,  Hissiyyatlı,  Cəsarətli 

İdraka zəruri Ehtiyac yaşayır. 

Ocaq həmin Ehtiyacdan yaranmışdır! 

XX əsrin bayquşları İnsana İnam Bayrağını tapdalamağa çalışırlar. Biz 

həmin  Bayrağı başımızın üzərinə qaldırırıq. 

İnsan  hər  bir  mühitdə  İnsan  olaraq  qala  bilər.  O,  hər  bir  şəraitdə  öz 

zəifliyi üzərində qələbə çala bilər.  

İnsan  özünü  daim  təkmilləşdirməlidir.  Bu,  onun  özü  qarşısında  ən 

böyük  borcudur.  Bütün  çirkinlikləri  daxildən  silib  atmaq  olar.  Pisliyin 

bəraət imkanı yoxdur… 

Ocaq  İnsana  İnam  ideyasına  əsaslanır,  Kamil  İnsan  yaratmağı  öz 

məqsədi sayır.  

Dünyada,  Həyatda,  Xalqımızda  –  yenilik  pərdəsi  altında  əxlaqsızlıq, 

yırtıcılıq,  bədbinlik,  eybəcərlik  təbliğ  edən  “sənət”ə  qarşı  ikrah  hissi 

yaşayır.  

Ocaq pozğun, çirkin, bayağı qeyri-sənətlə döyüşündə ardıcıl, amansız 

olacaqdır.  

Dünyada,  Həyatda,  Xalqımızda  müasir  əxlaq,  müasir  gözəllik,  müasir 

həyat    tərzi  libasına  bürünmüş,  öz  Əsilliyindən,  Qədimliyindən,  Xəlqi 

Mahiyyətindən ayrılmış təcavüzkar, fəal, azğın qüvvələr yaşayır.  

Onların  puç  və  zərərli  əqidəsini  Ocaqda  yandırıb  külə  döndərmək 

lazımdır. 

Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.  

Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.  

Biz  Qərb  solçuları  kimi  gələcəklə  keçmiş  arasında  uçurum  görmürük, 

“ya gələcək, ya da keçmiş” demirik.  



 

27 


Biz  belə  hesab  edirik  ki,  müasir  İnsanın  Qəlbində  Məcnun  Alovu 

yaşamalıdır,  Nəsimi  Ənəlhəqqi  səslənməlidir,  Zərdüşt  İşığı  parlamalıdır, 

Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.  

Biz mədəni bədbinlərin “İnsan məhv olur” – hay-küyünə inanmırıq.  

İnsan  öz  böyüklüyünə  qayıda  bilər,  qayıtmalıdır  və  Ocaq  bu 

ümumbəşəri tarixi vəzifəyə xidmət edir. 

Biz geriyə yox, irəliyə gedirik.  

Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.  

Biz  Bəşərin  Ülvi  Ruhunu  Ürəyimizdə  gəzdiririk.  Həmin  Ruh  bizi 

Müqəddəsləşdirir  və  biz  bu  Müqəddəsliyi  Dünyaya,  Həyata,  Xalqa 

qaytarırıq.  

Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, Mehr, 

Məhəbbət  bəzəyir  Dünyanı,  Qeyrət,  Namus  cilalayır  Mənəviyyatı,  Fikrə 

Ənginlik, Duyğuya Təravət bəxş olunur.  

İnsan öz üzərində çaldığı qələbəni bayram edir. 

Biz azərbaycanlıyıq, Şərq dünyasının bir hissəsiyik. 

Muğamlarımızla,  Şerimizlə,  Adət-Ənənələrimizlə  Şərqə  bağlıyıq, 

Füzulilərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafizlərə qohumdur.  

Şərq mədəniyyətinə qovuşmuşuq, onun Ruhuna Ruhumuzu calamışıq. 

İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəltmişik.  

Şərqin  ikinci  Füzulisi  yoxdur,  Muğamları  da  ən  kamil  şəkildə  biz 

qoruyub saxlamışıq və ifa etmişik. 

Biz həm də Qərbdən bəhrələnmişik. Ancaq heç vaxt qərbçi olmamışıq. 

Sənətimizdə,  Fəlsəfi  Fikrimizdə,  Musiqimizdə  təsdiq  olunan  Ruh  – 

Hərarətli, Müdrik Şərq Ruhudur. 

Biz  həm  də  türkdilli  xalqların  bir  hissəsiyik.  Ancaq  bu  xüsusiyyətimizi 

bütün Şərqə qarşı qoymuruq.  

Biz türkdilli xalq olsaq da, ən çox Şərqi xalqıq. Bizim Mənəviyyatımızda 

ümumi Şərq Mahiyyəti çox güclüdür. Adət-Ənənələrimiz, Cəngavərliyimiz 

hamıya bəllidir.  

Belə  bir  xalq  özünəməxsus  Mənəviyyat  Fəlsəfəsi  yaratmalıdır.  Tarix 

onun qarşısında bu vəzifəni qoyub.  



Ocaq həmin Zəruriyyətdən yaranıb! 

Füzulilərin,  Nəsimilərin,  Muğamatın,  Sazın,  Şərq  Ruhunun,  ümumən 

Dünya  İdrakının  davamı  olan  Mənəviyyat  Fəlsəfəsini  Ocaq  mütləq 

yaradacaq! 

Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.  

Dünyanın  Aqibəti  İnsanın  əlindədir.  Gözəl  İnsanlar  Gözəl  Dünya 

yaratmağa qadirdirlər. 

Azərbaycanın  sinəsində  yanan  bu  Ocaq  Xalis,  Qeyrətli,  Pak  İnsanlar 

yetişdirəcək, Gözəl İnsan yaratmaqla Gözəl Dünyaya xidmət edəcək.  


 

28 


Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın! 

Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!  

Əzmimiz,  Gücümüz,  Cəsarətimiz,  Fədakarlığımız  –  Məqsədimizə 

bərabər olsun! 

Ocağın Müqəddəs Ruhu sönməzdir! 

Bakı, 1980-ci il.   

 

 

 

OCAQÇININ  HƏYAT TƏRZİ 

 

1.ÖZÜ   İLƏ  DÖYÜŞ 

 

Dünyanı, İnsanı, Həyatı dəyişən, Kamilləşdirən, Ülviləşdirən Ocaqçı öz 

Mənəviyyatında,  İdrakında  yaşayan  eybəcərliyi,  naqisliyi,  natamlığı 

öldürməlidir.  



Ocaqçının qazandığı ilk  Qələbə – özünün üzərində çaldığı Qələbə 

olmalıdır.  

Ocaqçı  bilməlidir  ki,  bəşər  övladı  Məxluq  kimi  dünyaya  gəlir,  Adam 

kimi mövcud olur, İnsan kimi yenidən doğulur. 

Məxluqun  başqa  canlılardan  fərqi  azdır.  O,  cismani  tələbləri  ödəyir, 

nəsil  artımında  iştirak  edir,  Həyata  uyğunlaşır,  özünü  qoruyur,  ibtidai 

nəşələrdə səadət tapır. Təbiət tərəfindən bəxş olunan nadir Qüdrət – Ağıl 

həmin məqsədlərə xidmət edir.  

Dostluq  əvəzinə  faydalı  ünsiyyət,  Məhəbbət  əvəzinə  şəhvani  asılılıq, 

Vətənpərvərlik əvəzinə məişətsevərlik yaranır.  

Məxluq üçün Vicdan, Həqiqət, Fədakarlıq, Ülviyyət yoxdur.  

Məxluq  Dünyanı,  Bəşəri,  Vətəni  görmür.  Çünki  Mənəvi  Aləmi  dardır, 

Qəlbi sönükdür, İdrakı cılızdır.  



Məxluq  özünü  dəyişdirməyə  can  atmır,  çünki  özünü  tanımır,  özünə 

qayıtmır, öz əsil Mahiyyətinə yaddır.  

O,  daim  bayağı  fəaliyyətdədir.  Onun  öz  daxili  Dünyasına  enməyə 

meyili, həvəsi, vaxtı yoxdur. O, bəsit həyat axarında adi bir damladır.  



Məxluq İradəsini, Ağlını, Mənəviyyatını cılız cismani mövcudluğa qarşı 

qoymağa  cəhd  göstərmir.  Çünki  bu  mövcudluqdan  kənara  çıxa  bilmir, 

ona pərçimlənir.  

Məxluq  özünün  indiki  vəziyyəti  ilə  kifayətlənir,  bayağı  Həyatın 

meyvələri ona dadlı gəlir, çünki başqa meyvə tanımır və tanımaq istəmir, 

başqa meyvənin olacağına inanmır.  


 

29 


O,  Dünyadan  yalnız  cismani  faydalanır.  Məxluqun  başını  qaldırıb 

Dünyaya baxmağa vaxtı və ehtiyacı olmur.  

Özünü dəyişdirmək üçün özünü öyrənməlisən. 

Məxluq özünə heç yaxınlaşmır da. 

Ali Duyğulara tələb yaranmır. Çünki hissiyyat div yuxusuna qərq olub.  

Dəhşətli bir naşılıq törəyir. Günəş – bədəni isidən səma cismi, Torpaq 

– qarnı doyduran mətbəx, Vətən – birgəyaşayış yeri, Çay – böyük hovuz, 

Dağ – torpaq, daş və  gil yığını sayılır.  

Məxluqun taleyi yoxdur, çünki Mənliyi yoxdur.  

Məxluq  Zəmanənin  daxilində  olsa  da,  Zəmanəni  görmür,  çünki 

Zəmanədən fərqlənmir.  



Məxluq Əqidə tanımır, çünki heyvaniliyi xoşbəxtlik sayır.  

Məxluq İdrak tanımır, çünki şüur onun cismani tələblərini tam ödəyir.  

Məxluq Müqəddəslik tanımır, çünki heyvanilik səddini aşa bilmir.  

Ocaqçı  Qəlbində,  Düşüncəsində,  Həyat  Tərzində  təzahür  edən 

məxluqluğa qarşı ardıcıl şəkildə vuruşmalıdır.  

O,  anlamalıdır  ki,  Mənəvi  naqislik  öz-özünə  aradan  qalxmır,  Kamilliyə 

nail  olmaq  istəyən  şəxs  Daxili  Aləmin  dərin  qatlarına  enməli,  oradakı 

çirkabı Ürəkdən silib atmalıdır.  

Ocaqçı Həyat Dəftərinə özünün səciyyəvi müsbət və mənfi cəhətlərini, 

özü ilə döyüşün nəticələrini yazmalıdır.  

“Mən  bu  gün  necə  yaşadım,  hansı  mənfi  keyfiyyətlərdən  xilas  ola 

bildim?” 

“Mənəvi Kamilləşmə Yolunda hansı yeni addımlar atmalıyam?” 

“Dostluğum, Məhəbbətim əsildirmi?” 

“Yalana, saxtalığa meyil etmirəm ki?” 

“Vətən haqqında düşünürəmmi?” 

“Qəlbimdə xəbislik ilanı yatmır ki?” 

“Bu gün hansı xeyirxah iş gördüm?” 

“Əqidəm uğrunda ölməyə hazırammı?” 

“Əzabdan, cəzadan qorxmuram ki?” 

“Başqasında özümü görə bilirəmmi?” 

(Bu  qəbildən  olan  suallara  cavab  Həyat  Dəftərində  əks  olunur  və  hər 

altı aydan bir Ocağa təqdim edilir, Ata tərəfindən qiymətləndirilir.) 

Ocaqçı  bilməlidir  ki,  İnsan  Həyata  kamil,  nöqsansız  gəlmir,  Təbiət 

insanı  İdeal  səviyyədə  yaratmır.  Ona  görə  də  şəxsiyyət  özünü  yenidən 

yaratmalı, ardıcıl şəkildə dəyişdirməli, İdeala yaxınlaşdırmalıdır. 



Yalnız  özü  ilə  amansız  döyüşən,  özü  üzərində  yüksələn  şəxs 

Ocaqçı adına layiq ola bilər! 

Özü ilə Döyüş qurtaran yerdə Ocaqçılıq Ləyaqəti qurtarır.  

 

30 


Adam – Məxluqdan üstün, İnsandan aşağıdır. Məxluqdan fərqli olaraq, 

Adamda Ruhani Gözəlliyə, Yüksək Həyat Tərzinə meyil var. Ancaq həmin 

meyil  güclü  ehtiras  səviyyəsinə  qalxmır.  Çünki  Ali  hisslərlə  yanaşı, 

Adamın bulanıq daxili aləmində çirkin, cılız duyğular da yaşayır.  

Adam  –  Vətəni  sevir,  ancaq  Vətən  yolunda  Əzaba  qatlaşmır,  Ölümə 

getmir,  çünki  Vətənsevərliyi  ömrün  mənasına  çevirməyib,  güclü  İradəyə 

malik  deyil,  Mənəviyyatını  qorxu  kabusu  bürüyüb,  yetkin  mətanətli 

Şəxsiyyət deyil.  



Adam – Müqəddəsliyi qiymətləndirə bilir, ancaq Müqəddəsliyə qovuşa 

bilmir. Çünki Ruhani Qüdrət sahibi deyil, xilqətində Böyüklük yoxdur. 



Adam  –  Məhəbbətə,  Sədaqətə  biganə  qalmaz,  ancaq  çətin  anda 

Məhəbbətdən,  Sədaqətdən  qaçar.  Çünki  Məhəbbətlə  yanaşı,  daxilində 

Xudpəsəndlik də yaşayır.  

Adam  –  Dostluğa  can  atar,  lakin  onun  ağırlığını  çiynində  gəzdirə 

bilməz. Çünki çiyni zəifdir. 



Adam  –  Əxlaqi  Təmizliyi  bəyənər,  ancaq  hərcayi  ehtiraslarını 

cilovlamağa iradəsi çatmaz, Əxlaqsızlıq bataqlığına yuvarlanar.  



Adam  –  ani  Cəsarət  göstərər,  fəqət  sonra  Qorxu  hissinin  pəncəsində 

çabalayar, Qorxaqlığı İgidliyini üstələyər.  



Adam – Qəhrəmanla, Fədakarla, Özündənkeçənlə bir neçə addım yol 

gedə bilər, ancaq yarı yoldan qayıdar.  



Adam – əsil İdraka, Sənətə biganə qalmaz, ancaq süni və bəsit sənəti, 

İdrakı da sevər, onlara daha çox bağlanar.  



Adam  –  Təmənnasızlığı  qiymətləndirər,  ancaq  şəxsi  həyatında  ondan 

qaçar.  


Adam  –  eybəcər  mühitə  lənətlər  yağdırar,  ancaq  mühitlə  təmasda 

özünü  onun  timsalı  kimi  aparar  və  son  nəticədə  mütiləşər,  Üsyanından, 

Hiddətindən heç nə qalmaz. 

Adam – Leyli axtarar, Məcnun olmaq istəməz, Böyüklük axtarar, Əzab 

istəməz, ölçülü yaşayar, ona görə də yaşamaz.  



Adamda  –  müsbət  keyfiyyətlər  mənfi  keyfiyyətlərlə  qaynayıb  qarışar, 

öz qüdrətini itirər.  

Ocaqçı  öz  Mənəviyyatında,  İdrakında,  Həyat  Tərzində  Adam 

natamlığını, naqisliyini aradan qaldırıb, İnsan Kamilliyinə çatmalıdır. 



İnsan  –  Müqəddəsliyə,  Həqiqətə,  Vətənpərvərliyə,  Qəhrəmanlığa, 

Bəşərsevərliyə,  İdeala,  Məhəbbətə,  Qədimliyə,  Ruhani  Ülviyyətə, 

Cəngavərlik  Siqlətinə  qəlbdən  bağlanan,  ömrünü  Yüksək  Arzulara  həsr 

edən, Səadətini onda tapan Şəxsiyyətdir.  



Ocaqçının Məqsədi İnsan olmaqdır! 

Bunun üçün o, özüylə daim mübarizə etməlidir. 

Ocaqçı Ürəyindən Qorxu duyğusunu silməlidir.  


 

31 


Ocaqçı Mənəviyyatından Paxıllığı qovmalıdır.  

Ocaqçı Əxlaqından Heyvani Şəhvaniliyi murdar yük kimi atmalıdır.  

Ocaqçı Bədxahlığı Daxili Aləminə qoymamalıdır. 

Ocaqçı tənbəllik, fəalsızlıq eybəcərliyini məhv etməlidir. 

İradəsizlik Ocaqçının qəddar düşmənidir. 

Namus bəndini aşan ehtirası ürəyə qoymazlar. 

Ocaqçı Mənəviyyatında Müxənnətliyə yer yoxdur. 

Dilində Yalan gəzdirən Ocaqçı lənətə layiqdir. 

Ocaqçının  saxta  Fərəhə  ehtiyacı  yoxdur.  O,  araq,  şərab  adlanan 

murdarlığı  dilinə  vurmur,  mənəvi  zəlillərin  pənah  gətirdiyi  içki  ehtirasını 

rədd edir.  

Ocaqçı İdrakından lüzumsuz bilikləri atıb, dəyərli bilikləri saxlamalıdır.  

Müqəddəslik  duyğusunu  Mənəviyyatının  əsasına  çevirməyən  şəxsdən 

Ocaqçı olmaz.  



İnsan olmaq çətin peşədir!  

İnsan sözü əsil qiymətini itirib. Ocaqçı onun ləyaqətini bərpa etməlidir.  

Özü ilə döyüşən Ocaqçı Ocaqdan güc alır.  

Ocağa müraciət edir.  

Ocaqçının  Ocağa Səhər Müraciəti belə olmalıdır: 

“Ocağım, Ülvi Qüdrətini məndən əsirgəmə! 

Mənə kömək et!  

Heç  bir  naqisin  təsirinə  düşməyim,  pis    hərəkətə  yol  verməyim, 

ürəyimdə çirkin duyğular oyanmasın.  

Xeyirə xidmət edim.  

Kamillik Yoluyla gedim.  

Sənə layiq olum.  

Kömək et mənə, Ocağım!” 

 

Ocaqçının Ocağa Günorta Müraciəti belə olmalıdır: 



“Səhərimi başa vurdum.  

Saf Ürəklə, Təmiz Niyyətlə.  

Sən istədiyin kimi. 

Mənəviyyatıma çirk qonmadı.  

Hərəkətlərimdə qəbahət olmadı. 

Xeyirə qulluq göstərdim.  

Şəri yaxına buraxmadım.  

Kamillik Yolunda büdrəmədim, çünki səninləydim”. 

 

Ocaqçının Ocağa Axşam Müraciəti belə olmalıdır: 



“Ürəyimdə İşıq yandır, Ocağım, Qaranlıqlar çəkilsin! 

İradəmə güc ver, daxilimdəki Çirkabları əritsin! 



 

32 


Saflığına bir addım da yaxınlaşdım. 

Sabahıma apar məni! 

Mənimlə ol! 

Yoxuşlarda büdrəməyim! 

And içirəm, Sabahım bu günümdən daha Kamil olacaq!” 

 

Ocağından  bir  an  da  ayrılmayan  Ocaqçının  özü  ilə  döyüşdə  qələbə 



çalacağına Ata İnamı böyükdür! 

 

2. HƏYATDAKI   EYBƏCƏRLİKLƏ  DÖYÜŞ 

 

Ocaqçının ən böyük düşməni – Vətənsizlikdir.  



Vətənsizlik – Xalqına İnanmamaq, Xalq Ruhuna, İdrakına yad olmaq, 

özgələşmək deməkdir.  



Vətənsizlik  –  Qərbi  yamsılamaq,  təqlid  etmək  və  bu  miskinliklə 

öyünmək, onu müasirlik, qabaqcıllıq timsalı saymaqdır.  



Vətənsizlik  –  Kökündən,  Qədimliyindən,  Tarixindən  ayrılmaq, 

süniləşmək, müflisləşməkdir. 



Vətənsizlik – Xəlqi Düşüncəni, Mənəviyyatı – gerilik, ibtidailik nişanəsi 

saymaq qəbahətidir.  



Vətənsizlik  –  ardıcıl,  təcavüzkar,  açıq  əxlaqsızlıqdır,  əxlaqsızlığı 

hörmətə mindirmək cəhdidir. 



Vətənsizlik  –  fəndgirliyin,  mənsəbpərəstliyin,  minsifətliyin,  mədəni 

alçaqlığın, nəcib cəlladlığın həyatımıza müdaxiləsidir.  



Vətənsizlik  –  idealsız,  antixəlqi,  yarışərq,  yarıqərb,  müti  və  pozğun 

ziyalı qrupunun, elitasının peyda olmasıdır.  



Vətənsizlik  –  sadə  Vətən  övladlarına  təşəxxüslü  və  saxta 

münasibətdir.  



Vətənsizlik  –  taleyini,  səadətini,  gələcəyini  özündə  yox,  özündən 

uzaqlarda axtarmaq bəlasıdır.  

Ocaqçı Vətənsizliklə həmişə, hər yerdə vuruşmalıdır.  

Əgər  Ocaqçının  yanında  Vətənsizlik  təbliğ  olunursa  və  o,  bədnam 

əqidəni ifşa etmirsə, onun Ocaqçı adını daşımağa haqqı yoxdur.  

Əgər bu və ya digər əsərdə Vətənsizlik əlaməti görünürsə, Ocaqçı ona 

öz münasibətini mütləq bildirməlidir.  

Ocaqçı  Vətənsizlik haqqında Ocağın fikrini xalqa şərh etməlidir.  

Ocaqçı öz mühitini Vətənsizlik çirkabından təmizləməlidir. 

Ocaqçı olan yerdə Vətənsizlik toxumu bar verə bilməz.  

Ocaqçı Vətənsizlik adlanan yağı ilə bir an da barışmamalıdır.  

Həyat – Ocaqçı üçün Vətənsizliklə döyüş meydanına çevrilməlidir.  


 

33 


Ocaqçı  öz  Həyat  Dəftərində  bu  sözləri  yazmağa  haqq  qazanmalıdır: 

“Mən Vətənsizliklə həmişə döyüşürəm”. 

Vətənsizliklə Mübarizənin çeşidləri müxtəlifdir. 

Müəllim  dərslərində,  qələm  əhli  əsərlərində,  işçi  müəssisələrdə, 

tələbə 

auditoriyada, 

yataqxanada 

Vətənsizliyi 

ifşa 

etməlidir, 



Vətənsevərliyi təbliğ etməlidir.  

 

Ocaqçının ikinci düşməni – Məhəbbətsizlikdir.  



Həyatımızda İnsana Məhəbbət azalıb, İnsan Ləyaqəti tapdanır.  

Müqəddəslik  duyğusunun  sönməsi  nəticəsində  İnsani  əlaqələrdə 

Gözəllik,  Şeiriyyət  yoxa  çıxmaqdadır.  İnsana  Heyrətli  münasibət  tükənir. 

Sevgi ucuzlaşıb, bayağılaşıb, nəşəsevərlik aşiqliyi üstələyir.  

Övladın  Valideynə,  Qadının  Ərə,  Bacının  Qardaşa  münasibətində 

biganəlik,  soyuqluq,  yadlıq  görünür.  Həyat  Gözəlliyini,  Cazibədarlığını 

itirir. Nəsimilərin, Füzulilərin atəşin, ehtizazlı Ruhu ürəkləri tərk edir.  

Qəddarlıq, Yırtıcılıq, didib-parçalamaq Ehtirası Dünyanı bürüyüb.  

Qeyrətsizliyə, İsmətsizliyə, Xəyanətə qarşı Nifrət duyğusu azalıb. 

Qəbahətə alışmaq təhlükəsi meydana çıxıb.  

İnsan öz böyüklüyündən ayrılmaqdadır.  

Ocaqçı  dəhşətli  Məhəbbətsizlik  çirkabının  Ürəklərə  axmasına  biganə 

baxa bilməz. O, Məhəbbət uğrunda, İnsan uğrunda döyüşməlidir. 

O,  ətrafındakıları  başa  salmalıdır  ki,  Məhəbbətsizlik  Həyatın  normal 

vəziyyəti deyil, xəstə vəziyyətidir.  

Məhəbbətsiz İnsan heç yarıminsan da deyil.  

Məhəbbəti itirən Dünya Antidünyadır.  

Ocaqçı  Məhəbbətsizlik  Kahinlərinin  çürük  fikirlərini  ifşa  etməli,  Xalqı 

murdar təsəvvürlərin təsirindən xilas etməlidir.  

Ocaqçı  Ümumdünya,  Şərq  və  Azərbaycan  İdrakının,  Bədiiyyatının 

Qüdrətini  Məhəbbətsizliyə  qarşı  qoymalı,  Ülvi  Gözəllik  vasitəsilə  mənfur 

eybəcərliyi rədd etməlidir.  

Ocaqçı Məhəbbətsizliklə həm də öz şəxsi Həyatında vuruşmalıdır.  

Məhəbbətsizlik səfsəfəsinə uyana Ocaqda yer yoxdur! 

 

Ocaqçının üçüncü düşməni – Yalandır! 

Yalanın çeşidləri çoxdur, ancaq o, hər çeşiddə eybəcərdir.  

Yalana tapınan Həyat – Ölən Həyatdır! 

Ocaqçı hər cür Yalanla döyüşməlidir: 

Müəllimin dilindən çıxan Yalanla.  

Kitabda yazılan Yalanla. 

Tərif şəkilli Yalanla, yaxud tənqid şəkilli Yalanla. 

Yalançı Məhəbbətlə, Yalançı Mədəniyyətlə.  


 

34 


Yalançı Alimliklə, Yalançı Şairliklə. 

Rütbələrin pərdələdiyi Yalanla. 

Yalançı Andlarla.  

Yalançı Qəhrəmanlıqla.  

Yalançı Heyranlıqla. 

Yalançı Xalqsevərliklə.  

Yalançı Savadla.  

Yalançı Bəşərsevərliklə.  

Yalançı Sənətlə.  

Yalançı Qeyrətlə.  

Yalançı Gözəlliklə.  

Yalançı Sədaqətlə.  

Ocaq Yalanı Həyatdan qovmalıdır! 

Ocaq Yalana alışmaq bəlasını dəf etməlidir! 

Dünyada  Yalana  alışanlar,  Həyatı  Yalansız  təsəvvür  edə  bilməyənlər 

var. Onların düşüncələrini tar-mar etmək gərəkdir!  

Çünki bədbinlik zəlilliyi Yalana müqavimətsiz qələbələr gətirir.  

Ocaqçı  sübut  etməlidir  ki,  Yalana  heç cür  bəraət  qazandırmaq  olmaz, 

əsil  Həyatın  Yalana  ehtiyacı  yoxdur,  Yalan  heç  vaxt  Bəşəriyyətə  gərək 

olmayıb,  Yalana  tapınmaq  –  əxlaqsızlıqdır,  Yalanın  yayılması  Mənəvi 

Böhran əlamətidir.  

Ocaqçı  göstərməlidir  ki,  Yalan  vasitəsilə  əldə  edilən  Nailiyyət  əslində 

Məğlubiyyətdir, çünki burada İnsani Ləyaqət məhv olur.  

Ola bilsin ki, Yalançının Qəbahətini heç kim  bilməsin, ancaq özü bilir. 

Ləyaqətini qurban verir, sonra Ləyaqətsizliyə alışır və Mənən ölür.  

Ocaqçı  ətrafdakılara  başa  salmalıdır  ki,  Yalançı  Ziyalı  –  Tüfeylidir, 

çünki İdraka, Həqiqətə, Vətənə heç nə vermir.  

Onun Rütbəsi parlaqdır, Ağlı yox. 

Ocaqçı  sübut  etməlidir  ki,  Yalançı  Sənət  –  Sənət  deyil,  çünki  onda 

Təbii Hiss və Ağıl yoxdur, Oyun var.  

Ocaqçı  Söz  ilə  İş  arasında,  Əlamətlə  Mahiyyət  arasında  olan  fərqi 

görməli və göstərməlidir.  

Ocaqçı 

böyük  Sözlərin 



kiçik 

Niyyətlərə 

qurban  verilməsinə 

dözməməlidir.  

 

Ocaqçının digər düşməni – Ədalətsizlikdir.  



Nə üçün Pislər Yaxşıları üstələyə bilsinlər? 

Nə üçün Yaltaqlar, Azğınlar Həyat nərdivanına dırmaşa bilsinlər? 

Nə üçün Sünilik Təbiiliyi kölgədə qoysun? 

Nə üçün Təmiz Yoxsul olsun, Pozğun – Varlı? 



 

35 


Niyə  Əyyaş,  Qeyrətsiz,  Vətənsiz  –  Namuslunun,  Fədakarın  Taleyini 

həll eləsin? 

Niyə  vəzifəyə  və  pula  hörmət  –  Ağıla  və  İstedada  Hörməti  geridə 

qoysun? 


Niyə Müqəddəslik məsxərəyə qoyulsun, Eybəcərlik dağ başına çıxsın? 

Niyə armudun yaxşısını ayı yesin? 

Niyə özünə bənzəmək Qəbahət sayılsın? 

Niyə Mütilik Sədaqət sayılsın? 

Niyə Mənsəbpərəstlik Dahilik hesab olunsun? 

Tüfeylilər niyə bu qədər çoxalıb? 

Ənənəni inkar etmək niyə Qəhrəmanlıq adlandırılsın? 

Bu kimi suallar Ocaqçının Qəlbində səslənməlidir.  



Ocaqçı Ədalətsizliyin Qənimi olmalıdır! 

Ocaqçı  bilməlidir  ki,  Ədalətin  tapdanması  –  Dünyaya,  Həyata,  İnsana 

İnamın  alçaldılması,  İnsanın  Həyatdan  küsməsi,  Gözəlliyin  təhqir 

olunması deməkdir. 

Ədalətsizlik  –  yalnız  ürəkləri  qanatmır,  Həyatı  Zülmətə  qərq  edir,  Şəri 

yüksəldir, Xeyiri alçaldır.  

Ədalətsizlik  bərqərar  olubsa  –  deməli,  Həyatın  təbii  axarı,  ahəngi 

pozulub.  Bəşəri  təhlükədən  xilas  etmək  üçün  Ədaləti  bərqərar  etmək 

lazımdır.  

Ocaqçı  həmişə  və  hər  yerdə  Ədalətsizliyi  ifşa  etməli,  onun  mənfur 

simasını  açıb  göstərməli,  başqalarında  buna  qarşı  dərin  Nifrət  duyğusu 

yaratmalıdır.  

 

Ocaqçının ardıcıl düşmənlərindən biri də – Meşşanlıqdır. 



Bütün  təbəqələrə  sirayət  edən  bu  eybəcərlik    –  Həyatda  güzərandan, 

məişət nemətlərindən başqa heç nə tanımır. İdeal Niyyətlər, Ali Duyğular 

ona yaddır.  

Meşşanlıq harada peyda olursa, orada nasiranəlik, bəsitlik, qanadsızlıq 

hökm sürür.  

Əgər Meşşan işçidirsə, onu işin Gözəlliyi yox, Qazancı maraqlandırır. 

Əgər  Meşşan  elm  adamıdırsa,  onu  İdrakın  verdiyi  Səadət  yox, 

İmtiyazlar cəlb edir.  

Əgər  Meşşan  musiqiçidirsə,  onu  ifa  etdiyi    sənətin  Mahiyyəti  yox, 

tamaşaçıların alqışı düşündürür. 

Əgər  Meşşan  vəzifə  sahibidirsə,  onu  Xalqın  mənafeyi  yox,  mənsəb 

pillələri cəlb edir.  

Meşşan  Həyat  tərzini  görəndə  elə  bilirsən  ki,  müqəddəs  kitablar 

yazılmayıb, Qəhrəmanlar  ömürlərini  İdeallarına  qurban verməyiblər,  dahi 

sənətkarlar Ülvi Duyğuları vəsf etməyiblər.  


 

36 


Meşşan  üçün  Dünya  –  böyük  masadır.  Meşşan  həmişə  özünü  böyük 

masa arxasında hiss edir. Meşşan üçün yaşamaq – yemək, geymək, var-

dövlət yığmaq, gün görməkdir. 

Vətən  haqqında  düşünmək,  Bəşərin  dərdinə  qalmaq,  Ali  Duyğularla 

yaşamaq – meşşan Həyat tərzinə yaddır.  

Meşşan yaşamır, dolanır. 

Dünyadan təcrid olur, əsil Həyatı görmür. Ancaq öz Həyatını əsil Həyat 

sayır. Onu təbliğ edir. Onunla öyünür.  

Ocaqçı  bilir  ki,  İnsan  Dünyaya  var-dövlət  yığmaq,  kef  çəkmək  üçün 

yox,  Müqəddəs  İdeallara  xidmət  etmək  üçün  gəlib.  Dünyada  ən  böyük 

xoşbəxtlik Fədakarlıqdır, geyim əsiri olmaq – quyruğu ilə qürrələnən quş 

olmaq  kimi  bir  şeydir.  Ömrü  dolanmağa  həsr  eləmək  –  amalsızlıqdır, 

məişətə yapışıb qalmaq – ölməkdir. 

Ocaqçı  anlayır  ki,  Meşşan  öz  əhvali-ruhiyyəsini  Həyatın  bütün 

sahələrinə yayır. Dünyada Ticarətçi Meşşanla  yanaşı, Xanəndə Meşşan 

da  var,  Tələbə  Meşşanla  yanaşı,  Akademik  Meşşan    da  var,  Sürücü 

Meşşanla yanaşı, Şair Meşşan da var.  

Ocaqçı  onu  dərk  edir  ki,  Meşşanlıq  mikrobu  daxili  aləmə  bəzən  gizli 

daxil olur. Mənəviyyata gözlənilməz şəkildə sirayət edir.  

Bu  səbəbdən  də  Ocaqçının  Həyat  Dəftərində  “Mən  Meşşanlıqdan 

azadammı?”,  “Meşşanlıqla  daxilimdə  vuruşurammı?”  sözləri  əhəmiyyətli 

yer  tutmalıdır.  Ocaqçı  daim  özünü  yoxlamalı,  Mənəviyyatını  Ruhani  

Həkim gözü ilə müayinə etməli, onu təmiz saxlamalıdır.  

Ocaqçı    bilir  ki,  Meşşan  öz  həyat  tərzinə  bəraət  qazandırmağa  ciddi 

cəhd  göstərir.  “Dünya  beş  gündür,  mən  bir  də  həyata  gəlməyəcəyəm, 

Dünyadan nə aparacağıq?” – Meşşanın dəlilləri  bunlardır.  

Ocaqçıya  gün  kimi  aydındır  ki,  əsil  nəşə  İdeal  Niyyətlərin,  Ülvi 

Arzuların, Duyğuların, Düşüncələrin Mənasıyla yaşamaqdır.  

Dünya  beş  gündürsə,  Ömür  qısadırsa  –  Xeyir  İşığı  salmağa,  Ali 

hisslərə qovuşmağa tələs! 

Ölümə məhkumuqsa – Ömrümüzü  Ölümsüz İdeallara həsr edək! 

Dünya  və  tarix  miqyasında  kiçiyiksə  –  Bəşərin  Möhtəşəm 

Qəhrəmanlıq, İdrakilik, Mənəvi Ülviyyət Ənənəsinə qovuşaq! 

Xoşbəxtlik  diləyiriksə – Müqəddəs Ehtirasların çağırışını dinləyək, ona 

qovuşaq! 

Sevinc istəyiriksə – Özündənkeçmə Yüksəkliyinə tapınaq! 

Ocaqçı  öyrətməlidir  ki,  Meşşan  –  Həyati  Fərəhlərin  ən    bəsitiylə, 

ibtidaisiylə kifayətlənir.  

Meşşan  Həyatında  Mənəvi  Gərginlik  çatışmır,  ona  görə  də  o, 

Gözəllikdən məhrumdur. 



 

37 


Ocaqçı əmindir ki, əsl İnsani Həyat Meşşanlığın ürəklərdən, ağıllardan 

silinməsini tələb edir.  

Ocaqçı özünü Meşşanlığa qarşı döyüşən Cəngavər saymalıdır.  

1   2   3   4   5   6   7   8   9   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə