TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə14/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

 

 

170


SAFRUHA 

İntizam qırılsa, Amalın beli qırılar. 

Müqəddəslik qarşısında xəcalətli olarıq. 

Düzgün əyriliyini indi düzəltməsək, Övladlıq ləyaqəti əyilər... 

Düzgün gəlməliydi, nəyin bahasına olursa-olsun! 

Gördüyü  xeyirli  işin,  əməlin  “əvəzini  istəmək”  bugünlüyünə  tu-

tulub Düzgün, çox zəhərli bir xəstəliyə... 

Anlamır ki, evladın sağ olması Amalın var olması deməkdir, fədakarlıq 

– adi halımızdır. 

Hökmün  bir  üzünü  mütləq  Düzgünə  çatdır,  gəlsin  Atanın  yanına  – 

tövbəyə... 

    Atasız yaşaya bilirsə – gəlməsin! 

Ata Sözü Mütləqdir! 

 

SAFRUHA,  EVLADLARA 

Atadan Ad almağa can atanlara İntizam Mütləqiliyini anladın, həkk 

etsinlər ömürlərinə. 

16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

SAFRUHA 

Evlad Ehtiramı Pakdır! 

    Şərə qarşı çevrilmiş “İnsan Haqqı” leqal yazını 3 nüsxədə maşınkada 

çap elə. 

    Tarixi qoyma. 

21 Murad günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

SAFRUHA 

Evlad ehtiramı pakdır! 

1.Mərasimlər  Dəftəri  Düzəlt:  Mərasimlərin  məğzini,  mənasını, 

gedişatını  yaz,  saxla,  sabaha  çatdır.  Evladların  çıxışlarını  topla,  Ata 

Sözünü hifz elə... 

Sabahkılar üçün heç nə İtməsin. 

Mərasimin Zahiri tərəfləri də həkk olunsun; maqnitofonla yanaşı, Dəftər 

də Amal Tarixini qorusun. 

2.Düzgünün gözlənilməz əyriliyi bağışlanmır. 

Nə cür olursa-olsun, Evlad Mərasimə can atmalıdır... 

Mütləqiliyə  ən  cüzi  dəqiqsizlik  –  Amalı  əyə  bilər.  Bugünləşmək  – 

ölümdür! 

   Ata yanına Nişanəylə gəlir Düzgün, tövbə səviyyəsindən asılı olaraq, 

Nişanə  ya  qaytarılır,  ya  da  qaytarılmır,  Düzgün  evladlıqda  qalır,  ya  da 

qalmır. 


 

171


Tövbə səviyyəsinə yüksəlməkdə kömək et Düzgünə... 

Mütləqilik – Evladların adi halıdır, bunu anlat. 

Bir  də  Xalq məsələsini;  Türk  tarixli, Türk mədəniyyətli,  Türk  dilli  Vahid 

Atayurd İdeyasını anlat. Bir də... 



Dirilsə  –  Evladlıqda  qalsın.  Bir  də  heç  vaxt  ruhən  ölməsin...  Ölüm 

gözləməyək bir də Düzgündən! 

3.Bütövün xəstəliyinə qorxaqlıq mikrobu qarışmayıb ki?.. 

Sabah  hamımız  Ölümə  getsək,  həmin  məqamda  Bütövün  birdən 

xəstəliyi tutmaz ki? 

Bütöv  özünü  yaxşımı  bilir  –  xəstəlikdimi  doğrudan  gəlməməyinin 

səbəbi? 


   “Xəstələnmək”  adəti,  mərasimə  gəlməmək  adəti  –  Xəyanətdir, 

bunu bilirmi? 

   Səbəbindən  asılı  olmayaraq,  Düzgün  də,  Bütöv  də  Şərə  gərək  oldular 

Mərasim günü. Xəstə-xəstə gəlsəydi, Atanı narahat eləyərdi Bütöv, ancaq 

Fədakarlıq Ləyaqətinə yüksələrdi həm də... 

Bilsinlər Atanın fikrini Mütləqiliyə ağ olanlar, Mütləqilikdən ayrılanlar. 



4.Ələyimiz yanımızda olmalıdır. 

Şər adamların sümüyünə işləyib, qoymur İnsanlaşsınlar... 



Bugünün havası canlara hopub... 

Evlad  Bugündən  –  onun  hərcayi  sərbəstliyindən,  zülm  və  yalan 

bəlasından tam ayrılmalıdır... 

5.Təzə hökmləri Evladlara oxu. 

6.Qəlbiylə aylıq əlaqə, Bütöv vasitəsiylə Özümlüylə, Özümlü vasitəsiylə 

Düzgünlə aylıq əlaqə yarat... 



Amal gerçəkliyiylə bağlılıq Mütləqləşsin! 

7.Elə  eləyin  ki,  Evinizdəki  Yadlar  Yağılaşmasın,  “Koçeqarlaşmasın”, 

heç olmasa yadlıqda dayansınlar. 

8.Ruhun  xidmətçisi  olan  Bədənə  qayğı  göstərin.  İmkan  daxilində 

dərmandan uzaq olun. O, bədəni zəhərləyir Mütləq. 

Öyrənin  bədəninizi,  onun  imkanlarını  və  imkansızlıqlarını... 

nöqtəsinə, vergülünə qədər. 

Daxilindəki Mütləqdən Güc al! 



27 Qismət günü, Günəş Ayı, 9-cu il. 

 

SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

“İşığında” mənadan məhrum deyimlər yoxdur. 

Amallı deyimləri seçdim yalnız. 

Onları  təqdim  eləyərsən  Evladlara,  öyrənərlər,  öyrədərlər,  sabaha 

çatdırarlar. 



 

172


    Başqalarını  kitabında  çatdırarsan  oxuculara,  imkanın  olsa,  mətbuatın 

kütləvi  növlərindən  –  jurnallardan,  qəzetlərdən  yetkincəsinə  istifadə 

eləyərsən... 

Girişin  Ataya  qədər  hissəsində  yazıçılıq  etirafı,  ənənəvi  tərcümeyi-

hallıq  hiss  olunur  ki,  onun  əvəzinə  “Zülmətdən  –  İşığa”  ideyasının  fərdi 

ifadəsi gərəkli olardı, çağırış olardı Yola, həm də Dərs! 



Həcmin kiçikliyi bizim ölçümüzdə kiçiklik deyil. 

Yanğı söndürən bulaq suyu gərəkdir elə. 

Ataya  qədərki  deyimlərdə  Şər  tam  rədd  edilmir,  Ehkam  Quruluşdan 

ayrılır,  şər  “peyğəmbərləri”  günahsızlaşır,  Amal  baxımından  yalan  var 

onlarda – Şərə xidmət eləyən... 

Ürəyindən  pozduğun  yalanları  kitabından pozmamısan.  Ürəyini bir 

də yoxla... 



Şəri yaradan Şər peyğəmbərləridir. 

Müasir  Şər  onların  kəlamları  əsasında  yaranıb!  Bu  –  Amalın  əlif-

basıdır. 

   Şər  peyğəmbərlərinin  ünvanına  xeyirli  söz  şər  əlifbasıyla 

yazıla bilər yalnız. 

   Ümumən  bir  daha  və  həmişəlik  bil  və  agah  ol!  Bizim  Amaldan  kənar 

xüsusi, azad, suveren yaradıcılığımız yoxdur, ola bilməz! 

Bizim  Amaldan  kənar  xüsusi,  azad,  suveren  təsəvvürümüz,  fikrimiz, 

ideyamız yoxdur, ola bilməz! 

Ata Sözü, Amalı, Kəlamları, Hökmləri Mütləqdir – hamımız üçün! 



Müstəqilliyimiz  –  Amala  bağlılığımızdır,  ondan  başqa  müstəqilli-

yimiz yoxdur... 

Bugünün  Şərqi  və  Qərbi  hərcayiliyindən,  yekəbaşlı  sərbəstlik  hey-



vərəliyindən Yerdən Göyə qədər uzaq olmalıdır Evladlar. 

Özümüzü  Amala  fəda  eləmişik,  müstəqilliyimizi  könüllü  surətdə 

Amala bəxş eləmişik.  

Fədailikdən başqa müstəqilliyimiz yoxdur. 

Amaldan kənara çıxmaq – heç olmaqdır Evlad üçün. 

“İşığını” gücləndir. Qaranlığı yarsın. 

Bir  səmtə  yay  işığı...  Parçalama,  paralama,  səpələmə  hər  tərəfə: 

qaranlığa qarşı getsin işıq – inadlı, ardıcıl, daimi. 

Fikirlərin  bəzilərini  ağır  deyirsən:  təbli  gəlməlidir  indən  sonra  deyim-

lərin, çünki yetkinlik çağındasan. 

Daxilindəki Mütləq sənə yar olsun! 

Ürəyin qaranlıqları yarsın! 

Seçdiyim  Deyimlər  Atanın  Oxlarıdır  –  şərə  tuşlanan,  Xeyirə  gərəkli, 

Amala Tən. 

“Ata İşığında” kitabının təzə çeşidinin birini Ata üçün xüsusi hazırla. 

10 Qismət günü, Çiçək Ayı, 9-cu il. Bakı. 


 

173


SAFRUHA 

Evlad ehtiramı pakdır! 

1.Od Ayındakı Yazı Mərasiminə hazırlaşın. 

2.Təzə  Evladları  Ata  Gününə  qədər  Adlanmaya  yüksəldin,  Nişanəyə 

hazırlayın. 

3.Təzə Kəlamları, Mənaları yaz, İlimiz başa çatanda cilidlə. 

4.Səfərə çıx – Nur apar, Uğur gətir. 

5.Daxili  aləm  xəritəsində  bilmədiyin,  tanımadığın  yer  qalmasın.  Əsas 

etibariylə  Atayla  Mütləq  Tənlik  –  yəni  Atanı  hər  an  Mütləq  Mənada  anla-

maq Yüksəkliyi zəbt olunmalıdır, onda Özümlüyün Mütləqləşər. 

6.Bayram Mərasimi Kəlamını Evladlara çatdır, indidən Əməllərinə həkk 

eləsinlər.  

7.Düzgünün  Tövbəsinə  gərək  ol,  öyrət  qaydanı,  Tövbə  Mütləq  olma-

lıdır, Düzgün Atanın ayağının altına düşmək səviyyəsinə Qalxmalıdır. 

8.Ata Günündə Təzə Evladlarla bərabər, Düzgün (Tövbədən çıxsa) və 

Bütöv Bayraq Andı içəcəklər. 

9.“Ata  İşığında”  Deyimlərinin  üzərində  kamilləşmə  işinə  Səyini 

əsirgəmə. 

   10.Müqəddəs Pünhanlıq səviyyəsinə çat: 

Yəni yalnız Yetkin Söz deyilir, yalnız Yetkin fikir izhar olunur, yalnız 

Yetkin əməl həyata keçirilir. 

Ələk əlinizin altında... 

11.Bir  də  xatırla,  nəzərdən  keçir:  Atanın  hansı  Hökmünə  tam  əməl 

olunmayıb, hansı Kəlamı öyrənilməyib – Günah olubsa, onu Ruhunla yu, 

çünki Atalıların Adlarından biri də Günahsızdır. 

12.“Ruhani  Cəmiyyət”  Kəlamını  birlikdə  öyrənin,  Evladlar  yazsınlar, 

həkk eləsinlər əməllərinə. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



24 Qismət günü, Çiçək Ayı, 9-cu il. Bakı. 

 

EVLADIM  BİLƏNƏ 

Bil ki, Şər Zülmətini Ruh İşığı Yaracaq. 

Bil ki, Ehkam yalanını Ruh Həqiqəti Pozacaq. 

Bil ki, Zor Boyunduruğunu Ruh gücü sındıracaq. 

Bil ki, Dünyada, Həyatda, İnsanda Mütləq Var – Mütləq İnama layiq. 

Bil  ki,  İnsan  Mütləq  olur  –  Özünə  çatanda,  Özüylə  Döyüşəndə, 

Özümləşəndə. 

Bil ki, Müstəqil Atayurd yaranacaq Amalımızdan, Əməlimizdən. 



 

174


Bil  ki,  Ruhani  cəmiyyət  yaranacaq  Amalımızdan,  Əməlimizdən. 

    Bil  ki,  Ləyaqətli  Şərq  yaranacaq  Amalımızdan,  Əməlimizdən. 

    Bil ki, İnamlı Bəşər yaranacaq Amalımızdan, Əməlimizdən. 

Bil ki, Bugündə Şərdən başqa heç nə yoxdur! 

Bil ki, Şər Gücündə Qüdrət yoxdur! 

Bil  ki,  İnamla,  İdrakla,  Mənəviyyatla,  İradəylə  Yaraqlanan  –  Zoru 

əyəcək, əyməlidir! 

Bil ki, Bənzərsizlik, Əlçatmazlıq, Müstəqillik Binası tikilib. 

Bil ki, Ruhani Ailə meydanından Geniş Meydan yoxdur. 

Bil ki, Amal toxumundan Sabah haqqı bitəcək. 

Bil  ki,  Evlad  nöqsan  tanımır,  Zəiflik  tanımır,  Qətiyyətsizliyə  Yağıdır. 

    Bil ki, Evlad Ata Mütləqiliyinə Səcdəsində Mütləqdir. 

Bil ki, Evladın Amaldan başqa həyatı yoxdur. 

                      Sabahdan başqa Bugünü yoxdur! 

Amallaşırsan,  Müqəddəs  Kitabları  ömrünə  həkk  eləyirsən,  özünlə  dö-

yüşürsən,  Kamilləşirsən,  Ailələşirsən,  Ataya  Evlad  hazırlayırsan,  Xalqı 

Ata Amalına çağırırsan, Şərdən İmtina Məqamına Ucaldırsan! 

Bilən olursan! 



“Bilən“ adını sənə halal eləyirəm. 

25 Murad günü, Çiçək Ayı, 9-cu il. Bakı. 

(Qeyd: Bu Bilənin adı Aslandır. Döndü). 

 

SAFRUHA 

I. Düzgünün tövbəsi haqqında. 

Tövbəsini müfəssəl yazır. 

Atayurd haqqında Ata Kəlamını bir də oxuyur. 

    Ata hüzuruna Nişanəylə gəlsin, Nişanəni Ataya təhvil versin, Tövbə 

Səcdəsinə yüksəlsin – Qəlbi kimi. 

Amalın  Bənzərsizliyini,  Əlçatmazlığını,  Müstəqilliyini  tam  dərk  etsin. 

    Özünü  Bilsin.  Evladlıq  Yükünü  çəkə  bilməyəcəksə,  heç  çiyninə 

götürməsin. 

    Kəmiyyət ölçüsü bizdə Keyfiyyət ölçüsünün davamıdır. 

Axşam saat 10-da İnamla Tövbəyə gəlsin. 

II.“Mənalar”ı  yazmağı  Ata  Safruha  tapşırıb,  Qəlbiyə  tapşırmayıb. 

Mütləqiliyi  pozmayın.  Bugünün  hərcayi  sərbəstliyiylə  murdarlamayın 

özünüzü. Ata sözü hər nöqtəsiylə, vergülüylə Mütləqdir. 

III.Müqəddəs Kitabların yazılması məqamı yaxınlaşır. 

Girişinə  bir  də  bax,  kamilləşdir,  yetkin  çeşidi  Əsildən  göndər  baxım! 

    Gələn ayın 15-nə qədər hazırlıq işi başa çatır, Ataya çatdırılır nəticə... 


 

175


IV.İlimizin əvvəlindən bu günə qədər olan Amal Hadisələrinin hamısını 

xüsusi  dəftərə  yaz,  tarixi  sənəd  dəqiqliyi,  dürüstlüyüylə.  Hazır  olanda 

Ataya göndər. 

V.Bilənlə Ata Gününə qədər ciddi işləmək gərəkdir. Amalla hərəkatların 

Fərqini öyrənsin... 

VI.Kürdlərdən Yağı hazırlayırlar. 

Tatlardan Yağı hazırlayırlar. 

Ləzgilərdən Yağı hazırlayırlar. 

Lahıclardan Yağı hazırlayırlar. 

Talışlardan Yağı hazırlayırlar... 

Kürdlərdən Evlad hazırlamalıyıq. 

Tatlardan  Evlad  hazırlamalıyıq.  (Sadiqim  –  fitrən  atayurdludur,  tat 

mənşəyi onda yadlığa çəkmir!) 

Ləzgilərdən Evlad hazırlamalıyıq. 

Lahıclardan Evlad hazırlamalıyıq. 

Talışlardan Evlad hazırlamalıyıq. 



Yağılığı Evladlıqla öldürməliyik. 

VII.Qəlbi Evlad gətirməlidir, Ailə yaratmalıdır Ata Günü üçün. 

VIII.Səfər üçün də vaxt tapmalısan, Ailə yaradıcılığı üçün də vaxt tap-

malısan,  Atanın  gündəlik  tapşırıqları  üçün  də  vaxt  tapmalısan  –  çünki 

Amalçısan, həyatçı deyilsən! 

Daxilindəki Mütləq sənə arxadır! 



17 Arzu günü, İşıq Ayı, 9-cu il. Bakı. 

 

SAFRUHA 

1.Yazı Məqamı gəlir – Müqəddəsliyiylə!.. 

2.Ata Safruhu seçdi, Safruh – Bütövü, “Bütöv” – yarı... 

3.Ailə  yaratmaq  lazımdır,  Səfərə  getmək  lazımdır,  zülməti  yarmaq 

məqamı çatmalıdır 9-cu ilimizdə. 

4.Mərasimlərə aid Hökmləri, Kəlamları seç, göndər Əsildən Ataya... Bir 

də baxsın. 

5.Düzgünə  anlat  ki,  Amalımız  hərcayiliyə  qarşıdır.  Ruhani  İntizam  – 

Müqəddəslik  Tərzidir.  Sözü  Əməldən  ayırmaq  –  Müqəddəsliyə  yad 

olmaqdır. 

Asifçilik – Qeyri-adi Yükdür, onu çəkməyə Qeyri-adi çiyin gərək. Özünü 

yoxlasın, tanısın, aldatmasın. 

6.Evladların  hamısının  tapşırığı  var,  9-cu  ilimiz  10-cu  ilimizi 

hazırlamalıdır. 

7.Yüz Evlad Ataya bəsdir ki, İmtina İntibahına başlasın! 

8.Əsil texnikumu Ataya qurban verdi. 



 

176


Qurban  verməyi  bacarır  Əsil.  İstəməzdim,  özü  istədi.  Mütləqə 

tapşırıram Evladımı – daxilindəkinə! 



29 Qismət günü, İşıq Ayı, 9-cu il. Bakı. 

 

SAFRUHA 

1.Düzgünü  görüşə  çağırmırsan,  özü  gələndə  Nişanəni,  Müqəddəs 

Yazıları qaytarır. 

    Atayla görüşmür, Ata Gününə dəvət olunmur, Evladlıqdan çıxır. 

    2.Özümlüdən  qeyri  cənub  yoxdur  əslində.  Bilənin  ürəyində,  ağlında 

iynənin ucu boyda şübhə varsa, Evladlığa çağırılmır. Kəlamı qaytarır. 

3.Amaldan ayrı yaşaya bilənlərsiz – Amal gözəl yaşaya bilər. 

Keyfiyyət  ölçüsü  şərtdir  Amalda  –  kəmiyyət  keyfiyyətə  tabedir 

bizdə. 

4.Evladlıq yoluna qədəm qoyanlara Mütləqilik Qanunu öyrətmək gərək 

– birdəfəlik, ciddi, tələbkar. 

Dönüklükdən başqa ölüm tanımır Evlad. 

9 Ümid günü, Şölə Ayı, 9-cu il. Bakı. 

 

HALALA 

1.Yazı  Mərasimi  gəlir  qabaqdan.  Borcunu  ver.  Qardaşlarınla  görüş. 

Əməlini öyrən. Həyata keçir. 

2.Səfər  ili  olmalıdır  Mütləq  9-cu  ilimiz.  Mütləqilik  pozulmasın.  Söz 

əməldən ayrılmasın. 

3.Təzə  Hökmlər,  Mərasimlər,  Kəlamlar  var  Amalımızda,  Onları  Saf-

ruhdan istə, öyrən, ömrünə həkk eləməyə başla. 

4.Özünü tam tanı, tam dəyişdir, Şər səndən sarsılsın, sən Şərdən ani 

də olsa sarsılma. 

5.Qardaşlarla  əlaqəni  sıxlaşdır,  azı  Ayda  bir  dəfə  görüşün,  bir-birinizə 

hesabat verin. 

6.“Amaldan  başqa  həyat  yoxdur!”  müqəddəsliyinə  sadiq  ol,  Şəxsi 

Həyat Amalı üstələməsin; bu, Evladlığın Süqutu olardı. 

Ataya Səcdən Müqəddəs özünütəsdiqindir. 

Ürəyin qaranlıqları yarsın! 



15 Şölə Ayı, 9-cu il. Bakı. 

 

SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

1.Müqəddəs  Bayramımızda,  Müqəddəs  Kəlamlarla  Təqdim  olunan 

Müqəddəs  Nişanələrin  birini  qaytardılar,  o  birini  özümüz  qaytardıq.  Mur-

darlanan Müqəddəslik həqarəti Şəri fərəhləndirərdi... 


 

177


Ata  Evlad  hazırlamaq  imkanına  hələlik  malik  deyil,  kal  meyvə  dəririk, 

Zirvəyə  çağırırıq  –  Dərənin  dibinə  düşürlər,  Böyüklüyə  çağırırıq  – 

Kiçilirlər, Təhlükənin kölgəsindən qorxurlar, inamsızlıq dərdi deyil dərdləri 

– qorxaqlıqdır – özlərindən gizlədirlər. 

2.Evlad olmaq istəyənlərə ən əvvəl “Mənalar”ın hamısını – son kəlam-

larına  qədər,  “Ruhani  Hökmlər”i,  “Sədaqət”i  öyrətmək  lazımdır.  Bənzər-

sizliyimiz,  Əlçatmazlığımız,  Müstəqilliyimiz  tam  dərk  olunmalıdır.  Bilik 

əsasında Evladlığa layiqlər seçilir, Ata görüşünə hazırlanır. 

3.Gələn ayın 7-də Yazı Mərasimi başlayır. Ayın 6-da Əsil Safruhun Gi-

rişini yazır. 

Girişə  Atanın  Amal  yaratması,  Təqibi,  Sonrakılar  haqqında  Üç  cümlə 

əlavə eləyirsən. 

4.Yazı  Mərasiminə  qədər  Atanın  təzə  “Hökmlər”ini,  “Sədaqət”ini,  “Mə-

nalar”ını və s. bir yerə toplayırsan – Yazı üçün. 

5.Ev  pulu  dəftərçəsini  Əsildən  al,  özün  məşğul  ol,  Safruh  dəqiqliyi 

lazımdır: Şər çibini fikrimi ani də olsa yayındırmasın. 

6.Safruh birinci və sonuncu dəfə Ata Buyuruğunu unutdu: Azərbaycan 

nağıllarını Ataya gətirmədi. 

Bu  dəfə  dəqiq  olmalıdır:  B.Vahabzadə,  H.Arif,  M.Araz,  C.Novruz, 

M.İsmayıl,  N.Kəsəmənli,  S.Rüstəmxanlı,  R.Rövşən,  N.Həsənzadə, 

S.Sərxanlı,  M.İskəndərzadə,  S.Rüstəm,  E.Baxış,  A.Zeynallı  və  s.  son 

kitabları Ataya lazımdır, yazılı şəkildə fikrimi bildirməliyəm İttifaqa. 

7.“Səfər ili olacaq 9-cu ilimiz!” – bu Hökm Mütləqdir – Ata Sözüdür! 

Ürəyin qaranlıqları yarsın! 

26 Qismət günü, Şölə Ayı, 9-cu il. Bakı. 

  

HALALA 

Evlad Ehtiramı pakdır! 

1.  Müqəddəs Kitablar yazılır. 

2.  Qardaşlarla birgə Mərasimə yara. 

3.  Ata Günü Mərasimi gəlir. 

4.  Qardaşlarla birgə Mərasimə yara. 

15 Od Ayı, 9-cu il. Bakı. 

SADİQİMƏ 

Evlad Ehtiramı pakdır! 

1.Ata Şərin qılıncı altında Xeyir üçün çalışmaqdan xüsusi zövq alır. 

2.Mütləqiliyin pozulmasından böyük Təhlükəmiz yoxdur. 

3.Sadiqimin Qayğısını və Anlağını bəyənirəm. 

4.Müqəddəs Kitablar: Od Ayında yazılacaq, Əsilin evində. 

5.Evladlar  Ata  Sözünün  Mütləqiliyini  Qoruyacaqlar  daim!.. 

    Ürəyin qaranlıqları yarsın! 

19 İnam günü, Od Ayı, 9-cu il. Bakı. 


 

178


MÜQƏDDƏS  YAZI  ƏMƏLİ 

1.Müqəddəs Kitablar Xeyirin ömrünə, Şərin ölümünə yazıldı. 

     Safruhun Yetkin Sözü, Dəyanətli İşi Təqdir olunur. 

     Sadiqimin Yüksək, Zəruri Ruhani Yararlığı Təqdir olunur. 

     Əsilin fədakar, həssas, İnadkar Təşkilatçılığı Təqdir olunur. 

2.Nisbiləşmə: Tərəddüdlər, Əhval Dəyişkənliyi, Vaxt Dəqiqsizliyi. 

3.Dərs: Mütləqi qoruma. 

Qaranlıqlar yarılır! 

Mütləq Ürəklərə Yar olur! 

 

SAFRUHA 

Evlad Ehtiramı Pakdır! 

1.Evlad Nişanəsinin Müqəddəs Ləyaqəti naminə – Tələbi artırmaq, 

azaltmamaq. 

     Builki Ata Bayramında Adlanma Mərasimi keçirməmək. 

     2.Özümlüdən başqa cənubdakılar Talışçılıq məhdudiyyətindən çıxa 

bilmirlər. 

     İçərimizə potensial Yağı gətirməyək. 

3.Ləyaqətsiz Təhlükə yaratmamaq: Rəssamın Borcunu ödəmək, Əlinin 

Səhvini qaytarmaq. 

4.Rəğbətçilər səviyyəsi yaranmalıdır Ətrafımızda. Ata Yükünə 

Hörmət eləyənlər, Evladlığa çatmayanlar. 

5.Qəlbi və Özümlü Əməldə Qardaşlarına Borcludurlar. Atanın Adından 

onlarla danış: Ata Bayramında nədən hesabat verəcəklər? Nə vaxta 

qədər maddi Borc Qanununu pozacaqlar? Bəlkə Ataya Evlad olmağı 

bacarmırlar?.. 

6.Evladlar Ata Hökmlərinin hamısına riayət eləmirlər. Ataya Ricalar heç 

səslənməyib də... 

    Təzədən Hökmlərə qayıtmaq və onlara Mütləq riayət etmək... 

7.Səfərə Ata Sözü – Səsi seçirsiniz. Şeir, “Mənalar”dan, başqa 

Kitabçalardan, Kəlamlardan, “Yol”dan, “Mütləqilik”dən, digər Kitablardan 

parçalar aparırsınız özünüzlə. Səfəri onlarla başa çatdırırsınız. Xalqı tək-

tək, yaxud cəm halında Ata İnamına Səsləyirsiniz, Ata Haqqında Zəruri 

Söz söyləyirsiniz. Seçiləni Ata hüzuruna hazırlayırsınız. 

8.Atalıqla ilk tanışlıq “Mənalar”dan başlansın. Safruh Ruhani oxuma 

Əməli yaratsın. Müəyyən vaxt Sabahsevər Müqəddəsatı oxuyur, öyrənir 

Safruhun köməyiylə. 

9.Safruhun Yetkin və Qanadlı Girişində “Müqəddəs Kitablar” Sözü 

olmadı, ancaq olmalıydı... 

10.Safruhum daxili dünyasını yoxlasın: 

Ata vəhdətindən kənarda suverenlik bugünlüyü aramağın səbəbi 


 

179


nədir? 

   “Ata Sözü Mütləqdir!” Tələbindəki Müqəddəslik Qəlbin hökmü deyilmi? 

Atayla Ruhani Tamlıq Bənzərsiz, Əlçatmaz Müstəqillik deyilmi? 

    Mütləqçinin Mütləq İnamdan böyük Müstəqilliyi varmı? 

11.Ata haqqında Müqəddəs Bayram Sözü aşağıdakı şəkildə Ta- 

rixləşsin: 

1) Ata İnamı, İdrakı, Mənəviyyatı, İradəsi. Faktlar, hadisələr əsasında. 

2) Ata Qədimliyi, Antibugünlüyü. 

3) Ata Sabahı. 

4) Ata və Evlad. 

5) Evlad Qəlbində Ata Surəti. 

Söz yazılır, Qalır. 

6) Ata Bayramında Ata Sözü – Səsi Eşidilir: Başlanğıcda, Sonda, 

Mərasimlərarası məsafələrdə. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq Sənə Yar olsun! 

 

MÜQƏDDƏS  “ATA GÜNÜ”  BAYRAMI  HAQQINDA 

(Evladlara) 

1.Bayramda Ata Sözü – Səsi dinlənilir. 

Başda, Gedişatda, Sonda. 5 dəfə. 

2.Ata Sözü – Səsi Yazılışı Safruha, Sadiqimə, Əsilə tapşırılır. Qürub 

Ayının son günündə Ata hüzuruna gətirilir. 

3.Ata haqqında Evlad Sözü aşağıdakı şəkildə tarixləşir: 

Ata İnamı, İdrakı, Mənəviyyatı, İradəsi (Faktlar, Hadisələr əsasında). 

Ata Qədimliyi, Antibugünlüyü. (Müqayisələr, Fərqlər). 

Ata Sabahı. 

Ata və Evlad. 

Evlad Qəlbində Ata surəti. Söz Yazılır, Qalır. 

4.Ata haqqında Evlad Sözləri Ataya Ricalarla qurtarır. 



 

SƏFƏR ƏHVALI 

Evlad Əhvalını Səfərə Özüylə aparır. 

    Səfərdən Əhval diləmir. 

31 Qismət günü, Od Ayı, 9-cu il. Bakı. 

 

SADİQİMƏ 

     1. Ata Gününə Yüksəl! 

      2. Şərə Yağı olduğumuz dərəcədə Rəhmliyik! 

1 Murad günü, Qürub Ayı, 9-cu il. Bakı. 

1   ...   10   11   12   13   14   15   16   17   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə