QƏLBİ ÜÇÜN
Ata Gününə qədər Amalımızın Tərənnümünü yazırsan. (Ata haqqında
Sözlə bərabər).
Bayatı Biçimində. 40 sətir. 10 Bayatı.
(“Əzizim” rədifinə ehtiyac yoxdur).
Atanın, Amalın, Sabahın, Mütləqiliyin, Müqəddəsliyin Mahiyyətini vəsf
edirsən, Şərin Qəbahətini Döyürsən.
Bədiyyatla Fikrin Vəhdətinə nail olursan.
Həm Məna, həm də Hissiyyat zənginliyi!..
Həm İdrak, həm də Gözəllik!
Ehtiyac hiss etsən, Müqəddəs Kitablara Müraciət eləyərsən.
Ayın 20-də axşam saat 8-də Tərənnümü Ata Hüzuruna gətirirsən.
Mərasim Tərənnümlə bitir. Sənin ifanda.
Uğurlar diləyirəm!
8 Arzu günü, Ata Ayı, 8-ci il. Bakı.
(Qeyd: Həyatdakı adı İlham idi. Döndü).
DÜZGÜNƏ
Nə qədər İnamlı olsan da – Dəyişil!
Mütləq İnama Yüksəl!
Nisbi İnam – İnamsızlıqdır!
Nə qədər İdraklı olsan da – Dəyişil!
Mütləq İdraka Yüksəl!
Nisbi İdrak – İdraksızlıqdır!
Nə qədər Mənəviyyatlı olsan da – Dəyişil!
Mütləq Mənəviyyata Yüksəl!
Nisbi Mənəviyyat – Mənəviyyatsızlıqdır!
Nə qədər İradəli olsan da – Dəyişil!
Mütləq İradəyə Yüksəl!
Nisbi İradə – İradəsizlikdir!
159
Düzgün Yaşa!
“Düzgün“ adını sənə halal eləyirəm!
Amallaş, Amala layiq Əməl Yetir!
Hər Ayda bir dəfə Ata hüzuruna gəlmək haqqın var. (20-də, axşam
saat 11-də, 15 dəqiqə ərzində). Hesabat və Suallarla.
Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə yar olsun!
11 Ata Ayı, 8-ci il. Bakı.
(Qeyd: Həyatdakı adı Əli idi. Amaldan döndü. İlk iki dönükdən biridir).
“ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA
Mərasim Məqsədinə çatdı.
Ruhani Əməl yarandı.
Xeyirə Uzunömürlü Xeyir verildi.
Şərə Uzunömürlü Zərbə vuruldu.
Evladlar Təqdirəlayiq Ləyaqət göstərdilər.
Sabahımıza bir addım da yaxınlaşdıq!
“SORĞU GÜNÜ” HAQQINDA
Müqəddəs Kitabların öyrənilməsinə, Ailə Yaradıcılığına Kömək
Məqsədiylə Evladlara hər 4 aydan bir Atayla Sorğu haqqı verilir.
Çətin Məsələlər aydınlaşdırılır, Ruhani Bilik Möhkəmlənir, dərinləşir,
dəqiqləşir; Əməl Kamilləşir.
Zərurilik, Yer, Gün, saat Evladlar tərəfindən Müəyyənləşdirilir, Ataya
təqdim edilir.
Məsullar: Safruh, Sadiqim, Əsil.
SAFRUHA
(Buyuruq)
“Hadisələr” kitabı hazırlayırsan.
Orada əks olunur: Mərasimlərin tarixi, məğzi, nəticəsi, Səfərlərin,
Tədbirlərin, Görüşlərin, Müsahibələrin, Mühazirələrin tarixi, məğzi,
nəticəsi...
Cari Amal işlərinin tarixi, məğzi, nəticəsi.
Ata hüzuruna gediş, Adlanma, Evladlanma əməlinin tarixi, məğzi,
nəticəsi.
160
SAFRUHA
Evlad Ehtiramı pakdır!
1.Sağlamlığının qayğısına qalırsanmı?
O da Evladlıq Borcudur, bilirsənmi?
2.Ata Safruhunu aramsız Buyuruqlarıyla Yormalıdır!
3.Mərasimin Məğzini “Hadisələr” kitabı üçün yaz.
Ata haqqında Evlad Sözlərini “Hadisələr”ə topla.
4.Bayrağımızın Bənzərsizliyini, Əlçatmazlığını, Müstəqilliyini yaradın!
5.Səfər aqibətiniz Zəfərli olsun!
26 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı.
SAFRUHA
“Sədaqət”in təzə, genişlənmiş çeşidini çap eləməyi ön plana çək.
O, Ailə yaradıcılığında, Amallaşma Hadisəsində çox konkret iş
görə bilər...
Ataya Səcdə qaydalarını xüsusi biçimdə ayır, “Sədaqət”dən
fərqləndir...
Müqəddəs Səhifələr janrı yarat.
.
HALALA
Evlad Ehtiramı pakdır!
1. 9-cu ildən Ailə yaradıcılığına başla.
“Sədaqət”, “Ruhani Hökmlər” kəlamlarını hərəkət xətti Say və Əməl
bağbanlığına başla...
Özünə bağban ol, olduqca ailəyə bağban ol!
Öyrəndikcə – öyrət!
2.Ata Buyuruqlarını özünü Kamilləşdirmə səviyyəsi say!
Dəyişil – dəyişdir!
Ürəyin qaranlıqları yarsın!
15 Xəzan Ayı, 8-ci il. Bakı.
ƏSİLİMƏ
1.Ata Günü Mərasimində təşkilatçılıq qabiliyyətin bar verdi: nizam,
qayda, ardıcıllıq, bütövlük, dəqiqlik yarandı.
Müqəddəs Bayrağımıza da iqtidarını sərf elə!
2.Mərasimdəki nöqsanlar: Qaboyun uzunçuluğu, Sadiqimin özünü
itirməsi, bir də şkafdakı konyak.
3.Gələcəkdə Mərasimlərimizi Məşəllə keçirəcəyik.
Düşünürsən, daşınırsan, təxəyyülünü Səfərbər eləyirsən və mü-
lahizələrini Ataya təqdim edirsən!
4.Səfərlərə Yaraqlanırsan!
Ürəyin qaranlıqları yarsın!
23 Mərhəm günü, Xəzan Ayı, 8-ci il. Bakı.
161
SAFRUHA
Evlad Ehtiramı pakdır!
Suallar:
1.Evladımın Əhvalı Mütləqləşirmi, İdrakı Mütləqləşirmi, Mənəviyyatı
Mütləqləşirmi, İradəsi Mütləqləşirmi?
2.Hökmlərin İcrası Mütləqdirmi?
3.Qardaşların Mütləqçiliyi Mütləqləşirmi?
4.“İş başına!” çağırışının Mütləqiliyi həyata keçirmi?
MƏLUMAT
Evlad olmaq istəyən çoxdur, Evlad Tələbinə cavab verən azdır!
Ata tələsmir!
AMAL MƏNTİQİ
Gülnaz bizə Yağı olmasa da, Doğma da deyil, Yaddır.
YADA SİRR VERMƏ!
31 Qismət günü, Xəzan Ayı, 8-ci il. Bakı.
EVLADIM DÜZGÜNƏ
İnamlı, qanadlı məktubunu aldım.
Bəhrələndim.
Qardaşlarına salamımı çatdır.
“Əməl” qanunları əsasında qardaşlardan müqəddəs ailə yarat, birlikdə
Amallaşın, Ata Gününə qədər doğmalarından evlad yetir, evladlıq
nişanəsi mərasiminə yüksəlt.
Şəhərinizdə rəsmi hörməti ruhani hörmətlə əvəz edin.
Şəhərinizin hörmətlisi olun!
Ürəyiniz qaranlıqları yarsın!
Daxilinizdəki Mütləq sizə yar olsun!
12 Dözüm günü, Yağış Ayı, 8- ci il. Bakı.
ƏMƏL MÜTLƏQİLİYİ
1.“Sədaqət”i, “Ruhani Hökmlər”i Evladlar köçürürlər və Mütləq
səviyyədə həyata keçirirlər.
2.Əməl Mütləqiliyinin ən cüzi natamlığı – şərə xidmətdir, Evladlığa
yağılıqdır.
3.“Ataya ricalar” Müqəddəsliyi, Ruhani gündəliklər İntizamı, Maddiyyat
Qaydası Mütləq Əmələ çevrilməlidir.
4. 9-cu ilimiz Ruhani Səfərlər, Müqəddəs Ailələr ili olmalıdır.
5. Nisbiyə enən Amaldan dönür!
Mütləqçinin nisbi əməli yoxdur, yalnız Mütləq əməli var!
162
SAFRUH ÜÇÜN
1.“Sədaqət”i, “Ruhani Hökmlər”i Evladlar köçürürlər, həyatlaşdırırlar.
2.“Əməl Mütləqiliyi” sənədini Evladlar köçürürlər, həyatlaşdırırlar.
3.Gələn ildən Səfərləşirsiniz!
4.Maddiyyat Qaydası pozulmur!
5.Ruhani Sənədlər oxunur.
6.Amal Dəftərxanalığı Sabahxana sayılır.
7.Bayrağımız Qar Ayında nurlanır!
8.Sorğu günü doğur!
Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
HALALA
1.Müqəddəs
Kitabların,
Atalığın
Ruhunu,
Hərfini
İdrakına,
Mənəviyyatına, İradənə tam həkk elə, Bugündən tam çıx, Mütləq mənada
Sabahlaş, Bənzərsizlik, Əlçatmazlıq, Müstəqillik Yüksəkliyinə çat!
2. 9-cu il – Müqəddəs Ailələr ili olmalıdır.
Ailə Yaradıcılığına Qalx!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
15 Murad günü, Yağış Ayı, 8-ci il. Bakı.
SAFRUHA
“Muğam Fəlsəfəsi“ni “Atestasiyaçılar” istəyirlər. Təcililəşdir!
Musiqilər doğmadır.
Üvertüra uzundur.
İki hissəyə bölün, mərasim son hissəylə bitsin.
Sazda “Bülbül” Məmmədrahimliyini silib atın.
Bir başa “Ruhani”ylə başlayın.
Habilin kamanında Məharətpərəstliyi yaxına qoymayın.
Qaval üstə Söz deyilmir.
Bayrağa sarılın!
Vaxta etibar eləməyin.
O sizi aldada bilər.
Ata Hökmünün Mütləqiliyi pozular, Şər qazanar.
Qaranlıqlar Yarılsın!
23 İnam günü, Yağış Ayı, 8-ci il. Bakı.
SAFRUHA
Maddi borc və Ruhani İntizam Qanunlarını Evladlara çatdır!
Nisbiçiliyə yuvarlanan – Bugünə yuvarlanır.
163
Evladlar həmin bədnamçılığı ömürlərindən birdəfəlik silsinlər!
Balalarıma salamımı yetir!
1 Arzu günü, Sərt Ay, 8-ci il. Bakı.
QƏLBİYƏ
Evlad Ehtiramı pakdır!
1.İnamın Mütləqiliyi səviyyəsindəsənmi?
(Qəlbi: İnam Mütləqiliyinə aparan yol – yolumdur. İnamım Mütləqdir.)
2.Ata Tələbinin Mütləqiliyi səviyyəsindəsənmi?
(Qəlbi: Ata Tələbini Amalım hesab edirəm.)
3.Amallaşırsanmı – “Amaldan başqa həyatım yoxdur!” səviyyəsinə
yaxınlaşırsanmı?
(Qəlbi: Artıq Amallaşmışam. Həyatımın Mənasıdır Amal.)
4.Dolanmaq – Yaşamağına rəqib çıxmır ki?
(Qəlbi: Dolanmaq haqqında heç düşünmürəm. Yaşamaq istəyirəm.)
5.Özünü yoxlayırsanmı? Hakimin olmusanmı? Həkimin olmusanmı?
(Qəlbi:
Qəlbimin,
ruhumun
hakimiyəm.
Daxili
nöqsanlarımın
həkimiyəm.)
6.Amal klubdan üstündür, Ocaqdan üstündür. Qəlbi İlhamı kölgədə
qoyubmu?
(Qəlbi: “Klub“ sözünün, işinin yerini Ocaq çoxdan tutubdur. Qəlbi – əsil
adımdır.)
7.Düşmən
bizi
yalnız
maddi
cəhətcə
incidə
bilər.
Maddi Borcun ruhani əhəmiyyətini anlamısanmı?
Zəifliyimiz olmamalıdır!
Kasıbıq, kasıb olduğumuz üçün də maddi Qurbanımız ruhanidir!
Var-dövlətdən kasıbıq, Qeyrətdən varlıyıq! Qeyrət tələb eləyir ki, maddi
Qurbandan çəkinməyək!
(Qəlbi: Qeyrətim maddi çətinliyimi çoxdan məhv edib.)
8.Müqəddəsliyimizi öyrənirsənmi? Ailə yaradıcılığına hazırsanmı?
Gələn Ata gününə Evlad yetirəcəksən, Evlad nişanəsinə yüksəldəcəksən!
Mütləq!
“Əməl”i, “Müqəddəs Əməl”i rəhbər tut.
Ailənin birini Bakıda, o birini Gəncə Mahalında yaradırsan!
(Qəlbi: Ata tələbini ən müqəddəs qanunum hesab edirəm.)
9.Təzə Mərhələ başlayır. Ona Layiq ol!
Atayurd Amallaşmalıdır!
(Qəlbi: Ürəyimi şad etdiniz, Ata! Bu günü çoxdan gözləyirəm.)
10.Rozaya mənəvi kömək dur. (Qəlbi: Ata tələbi hökmdür.)
5 Qismət günü, Sərt Ay, 8- cil il. Bakı.
164
AMAL MƏİŞƏTİ
1.Evladlar Safruhla vaxtaşırı əlaqədə olmalıdırlar.
2.Ata Safruh vasitəsiylə Evladlardan xəbərdar olmalıdır.
SƏFƏR ÜSTƏ
(Safruha)
1.Səfərə Birinci başlayırsan.
Birincilik Ləyaqəti qazanırsan.
Bu Ləyaqətə layiq ol!
2.İşıq
aparırsan,
işıqlandırırsan,
işıq
almağa
getmirsən.
Camaat zülmətdədir...
Zülmət səni sarsıtmasın, sən zülməti sarsıt!
Tələsik Məhəbbət gözləmə – yetkin Məhəbbət apar özünlə.
3.İşıq aparırsan, həm də Müqəddəs tilov...
İşığa gələnləri tilova salırsan.
Münasibət yaradırsan. Gəlib səni tapırlar.
Amal və Ata haqqında məlumat verirsən:
Məqsədi və Üsulu qandırırsan!
Ata hüzuruna Mütləq səviyyədə hazırlayırsan!
4.Ölməyimiz indiki Məqamda fərariliyimizdir.
Ruh bədəndə olduğu üçün bədən qorunur.
Taksi miniyində qəbahət imkanı var...
Həmin imkana yol verilmir.
5.Səfəri son cümləsinə, nöqtəsinə, vergülünə qədər yazırsan, təhlil
eləyirsən və Ataya təqdim edirsən.
6.Lazım olsa, eyni məkana bir neçə dəfə gedirsən.
Ümumi Oyatma əməlini: Mütləqə İnam, Özüylədöyüş, Müstəqil Xalq,
Ruhani Cəmiyyət, Ləyaqətli Şərq və Bəşər Müqəddəsliyində ifadə
eləyirsən. Hər dəfə Təzələşirsən!
7.Özünü öyrənirsən:
Qorxu ölübmü, yaxud ölürmü?
Xudbinlik ölübmü, yaxud ölürmü?
Şöhrətpərəstlik ölübmü, yaxud ölürmü?
Ürəyinə bax, Atanı orada görəcəksən!
Ata səninlə olacaq!
Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
26 Sərt Ay, 8-ci il. Bakı.
165
SAFRUHUMA
Rican Doğmadı!
“Gərək”
rədifli
Dördlüklərlə
–
çağırışlarla
bitir
Sözünü.
Təxminən: İnamlı dünya gərək və s.
Səfər üstə Ata Xeyir-Duasına gəl.
13 Murad günü, Qar Ayı, 8-ci il. Bakı.
SAFRUHA
Əsilgilə get, gör nə var, nə yox.
Qardaşının halı necədir?
SAFRUHA
Düzgünə Ata cavabını göndərdinmi?
Həmin cavab həm də Buyuruq idi.
SAFRUHA
Bayram hökmünü Qardaşlarına çatdır.
Hazırlaşsınlar.
15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı.
HALAL ÜÇÜN
Nur Balamız Sabahımıza xoş gəlib!
Anasının dilində öyrəndiyi birinci söz “Ata“ sözü olsun, ikinci
söz “Amal“ sözü olsun, üçüncü söz “Sabah“ sözü olsun.
Qardaşlarına Bacı olsun!
Ürəyi qaranlıqları yarsın!
Daxilindəki Mütləq ona yar olsun!
27 Qar Ayı, 8-ci il.
SAFRUHA SUALLAR
1.Tariximizin nöqtəsi, vergülü belə saxlanılırmı, toplanırmı?
“Hadisələr” kitabçası yazılırmı?
– Yox.
Sənəd azdır.
2.Evladlar Mərasim Qaydasını bilirlərmi?
– Bilirlər.
3.Özümlü, Bütöv Amallaşmada necə irəliləyirlər?
– Özümlü – yaxşı!
Bütöv – passiv.
166
4.Suallar yazılırmı?
– Qayda hamıda var. Yəqin hamı yazacaq.
Mən yazmışam. Yazıram.
SAFRUHA
Evlad ehtiramı pakdır!
1.Yetkinliyini özünlə aparmısan Səfərə, buna görə də Səhvə yol ver-
məmisən!
2.Dinləyənlər yüz olsun, yaxud bir olsun, heyrətlənsinlər, yaxud
qeyzlənsinlər, diqqətlə dinləsinlər, yaxud biganə qalsınlar – Əhval bir
yüksəklikdə qalmalı, kökdən düşməməlidir.
Əhvalın haradasa, kimdənsə küsübsə, Mütləqilikdən ayrılıb. Bu,
Mütləqçi üçün kəsirdir.
3.Aslanı Müqəddəs İl Gününə yox, Ata Gününə hazırla – Nişanə
Ucalığına çatdır.
Risqə get, “Bədiyyat”, “Yol”, “Sədaqət”, “Rəmzlər” kitablarını öyrət: oxu,
oxut.
4.Evladlar sonuncu Ruhani hökmü bilsinlər, Bayraq Andını əzbərləsin,
Bayramımıza Mütləq mənada səfərbər olsunlar.
5.Gələcək Səfərləri Amalın Bir İdeyası üzərində qur.
Təzə Səfərini “Müstəqil Xalq” İdeyasına həsr elə.
Müqəddəs Kitablarda həmin İdeyanı ara, ağlına, qəlbinə, iradənə həkk
elə, Səfər Sözü yarat – dördlüklə başla, Deyimlərlə bitir.
Sual-cavablara qüvvətini əsirgəmə, onlar doğmalığa aparan
körpüdür.
6.Ailə Yaradıcılığı haqqında Əməl Hökmünü ruhunda gəzdir, Ali
Məqsədi göz önündə tut, ona yaxınlaş, yüksəl, nail ol.
Getdiyin yeri Ailəyə tapşırmayınca, Ataya Evlad – Timsal gətirməyincə
rahat olma.
Bir getdiyin yerə bir də get!
7.Amal vərəqələri – Amal şüalarıdır – Sabahı işıqlandıran. Bu
baxımdan, kağızpərəst ol. Ruhani dəftərxanaçılığı Uca tut!
“Səfər dəftəri” yarat, Səfər Əməli son nöqtəsinə, vergülünə qədər
qorunsun, Sabaha çatdırılsın!
“Birinci səfər gündəliyi”ni Qardaşlarına oxu!
8.Əhvalını biryolluq İradənə tabe elə ki, ona tam etibar eləyəsən!
9.İstirahət məqamlarımı məqaləçiliyə həsr eləyirəm. İstəyirəm
kölgəmizi Şərin başına çırpam. Görüm baş tutacaqmı?
Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə yar olsun!
167
TƏQDİR
Evladım Safruhun Səfər Əməlini təqdir edirəm.
30 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı.
EVLADIM DÜZGÜNƏ, QARDAŞLARINA!
İnamımız, Amalımız, Sabahımız naminə!
Bugün “İnamından” daxilinizdə əsər-əlamət belə qalmasın!
Bugün “İdrakından” daxilinizdə əsər-əlamət belə qalmasın!
Bugün “Mənəviyyatından” daxilinizdə əsər-əlamət belə qalmasın!
Bugün “İradəsindən” daxilinizdə əsər-əlamət belə qalmasın!
Camaatın daxilində Bugün “İnamından” əsər-əlamət belə qalmasın!
Camaatın daxilində Bugün “İdrakından” əsər-əlamət belə qalmasın!
Camaatın daxilində Bugün “Mənəviyyatından” əsər-əlamət belə qal-
masın!
Camaatın əməlində Bugün “İradəsindən” əsər-əlamət belə qalmasın!
Yeriniz Göylənsin...
Ruhunuz Göylənsin.
İdrakınız Göylənsin.
Mənəviyyatınız Göylənsin.
İradəniz Göylənsin.
Atanın Düzgününə, Düzgünün Qardaşlarına xeyir-dua verirəm, İnam-
lıma,
İnamlımın
qardaşlarına
Ruhani
Uğurlar
diləyirəm!
Ürəyiniz Qaranlıqları Yarsın!
Daxilinizdəki Mütləq sizə yar olsun!
31 İnam günü, Qar Ayı, 8-ci il. Bakı.
ÖZGƏLİKDƏN ÇIXMAQ
Ruhani Dünyamız Mütləq mənada Özümüzünküdür!
Maddi Dünyamız Mütləq mənada Özgəninkidir!
Bu özgəlikdən çıxmalıyıq!
Maddiyyat çəpəri çəkilib Amalımız qarşısında – onu sökməliyik!
AMAL MƏİŞƏTİ
Adam məclislərində iştirak etməli!
Məclis Fərəhsizliyini qandırmaq üçün.
Məclis Qeyrətsizliyini qandırmaq üçün.
Ruhaniyyat közünü alışdırmaq üçün.
ŞƏRƏ QARŞI
Şər Evladla görüşsə, Evlad: “Həqiqəti demişəm!” – deyir.
– Atanı tanıyırsanmı?
168
– Yox.
– Qardaşları tanıyırsanmı?
– Yox.
– Kimin sözünü danışırsan?
– Özümün.
– Danışma!
– Həqiqətə qadağa yoxdur!
2 Arzu günü, Köçəri Ay, 8-ci il. Bakı.
“AİLƏ GÜNÜ” MƏRASİMİ
Birinci Ailə yaranan Günü – “Ailə Günü” sayılır – Mərasimləşir.
SAFRUHA
Mərasimlərə xüsusi Dəftər (Qovluq) həsr elə.
Mərasimlərin tarixini, gedişatını, qısa məzmununu yaz, qoru, sa-
bahlaşdır.
3 Ümid günü, Köçəri Ay, 8-ci il. Bakı.
DÜNYALAŞMAQ
Müqəddəs Kitablar, Kəlamlar, Hökmlər, Sənədlər 9-cu ildə rus dilinə
tərcümə edilir, həmin il SSRİ ərazisinə və başqa ölkələrə yayılır.
Çap işinə məsul: Safruh, Sadiqim, Əsil.
Yayılmaya məsul: Sadiqim, Halal.
4 Dözüm günü, Köçəri Ay, 8-ci il. Bakı.
EVLADIM QƏLBİYƏ
1. Evlad Ehtiramı pakdır!
Evlad müəssisəyə, kollektivə bağlanmaz, Amala bağlanar.
Evlad dar meydanda at sürməz, dar meydanda at sürməyi Evlad
vüqarına sığışdırmaz.
Evlad müəssisədə, kollektivdə Ailə arayar, Ailə yaradar – Pünhan!
Şər Evladı sayar, Evlad Şəri saymaz.
2. Əsəb gərginliyinin dərmanı Fərəhdir.
Şər təzyiqinin qənimi İnamdır.
Müdriklik duzu qat Cəsarət xörəyinə!
Dözüm duzu qat Səmimiyyət xörəyinə!
Ömrümüz – Amalımız qədərdir!
3. Üsul. Şərə qarşı Şər dəlilləri:
“Yenidənqurma” havasına oynamışam!
“Demokratizm” havasına oynamışam!
“Bütöv həqiqət” havasına oynamışam!
169
“Təzə təfəkkür” havasına oynamışam!
“İnsan amili” havasına oynamışam!
“Keçmişə qayıtmamaq” havasına oynamışam!
Şər yalanını Şərin başına çırp!
Ehtiraslarını münaqişələrə sərf etmə, döyüşlərə saxla!
Ürəyin qaranlıqları yarsın!
Daxilindəki Mütləq sənə yar olsun!
14 Murad günü, Köçəri Ay, 8-ci il. Bakı.
(Qeyd: Bu Qəlbinin həyatda adı İlham idi. Döndü).
SAFRUHA
1. Evladım öz fikrini Ataya bildirməkdə səhv eləmir. Ancaq o, Atayla
razılaşmamaqda səhv eləyir. Belə hallarda Evlad özünə yox, Ataya inan-
malıdır: vaxt həmin İnamın düzgünlüyünü Mütləq göstərəcək!
2. Atayurdda doğan Amal Günəşi dünyanı işıqlandırmalıdır.
Bunun üçün Müqəddəs Kitablar, Kəlamlar, Hökmlər, Sənədlər başqa
dilə tərcümə olunmalıdır.
Şər dili yoxdur. Şər Ehkamı var, Quruluşu var, Siyasəti var, Zoru var.
Evladım Ata Buyuruğuna Mütləq mənada əməl etməlidir!
Ata Sözü Mütləqdir!
15 İnam günü, Köçəri Ay, 8-ci il. Bakı.
SAFRUHA
Mərasimi qələmə alırsan, ruhani tarix səviyyəsində.
Gələn görüşümüzdə Ataya Mərasimlərin Şərhini təqdim edirsən.
27 Qismət günü, Köçəri Ay, 8-ci il. Bakı.
SAFRUHA SUALLAR
1.Son hökmləri Evladlara oxudunmu?
– Şifahi çatdırmışam, oxumuşam da – burdakılara.
2.Bayrağımız bitirmi?
– Çalışırıq.
3.Ataya sorğunu nə vaxt, harada keçirirsiniz?
– Buyuruq Atanındır.
– Müqəddəs İl Mərasimində.
4. Mütləqiliyə xələl dəymir ki?
– Yox.
Dostları ilə paylaş: |