TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə16/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

 

ONUNCU  “MÜQƏDDƏS  İL”  BAYRAMI 

1.Bayram Baş tutdu, Ali Səviyyəyə yaxınlaşdı. 

2.Qəlbinin, Özümlünün, Əsilin Bayram Yazısı Təqdir olunur. 

3.Evladların Sözləri Təqdir olunur. 

4.Əsilin Təşkilatçılığı Təqdir olunur. 

5.Safruhun Bütövlə və Yetkinlə Ruhani Təması Təqdir olunur. 



Naqisliklər: Carlarda Ata Mütləqiliyi ifadə olunmamışdı, bu, Şərin 

xeyrinəydi. 

    Yazıya dəqiq əməl olunmadı. 

    Səbəbi araşdırılsın. 

Yetkin 

Bayramdan 



ayrı 

düşdü, 


Rəğbətçi 

səviyyəsinə 

endi. 

    Səbəbi araşdırılsın! 



Qaranlıqlar yarılır. 

17 Mərhəm günü, Günəş Ayı, 10-cu il. Bakı. 

 

SADİQİMİN  SƏFƏR  ƏMƏLİ 

1.Sadiqimin Səfər Əməli Təqdir olunur. 

2.Təzə  Səfərə  hazırlaşmalı,  Müqəddəs  Kitablardan  daha  səmərəli 

bəhrələnməli, Ailə quruculuğu Məqsədinə nail olmalı. 

3.Özünü Səfər İşığında ruhani müayinə eləmək, yazılı şəkildə Nəticəni 

Ataya təqdim etmək. 

4.Təzə Səfər Yönü: Sumqayıt. Vaxt – Günəş Ayı. Məqsəd: Öyrətmək, 

Ata  Sözünə  çatdırmaq,  Ailə  quruculuğuna  imkan  aramaq,  Şəraiti 

öyrənmək. 

5.Ümumi  Üsul:  Rəğbətçi  tapmaq,  əlaqə  yaratmaq,  öyrətmək,  Ata 

hüzuruna hazırlamaq. 

Onun vasitəsiylə təzə Qapılar açmaq. 



 

191


6.Səfər gündəliyindən başqa Səfər hesabatı Yazmaq, hər ikisini Ataya 

təqdim etmək! 

Qaranlıqlar Yarılsın! 

18 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı. 

 

SAFRUHA 

   Evlad Ehtiramı Pakdır! 

1.Safruhun kəndində Ailə yaradılır. 

     “Əməl” və “Müqəddəs Əməl” hərfi və ruhani mənada gerçəkləşir. 

    Ayda bir dəfə Safruh Ailəyə Üz tutur, Mərasim keçirir. 

2.İlk Mərasimə və bütün Mərasimlərə Müqəddəs Kitablardan, Deyim-

lərdən ibarət Söz aparırsan. 

    Yazılı və Şifahi Nitq vasitəsiylə Amal yayılır, Ağdam səviyyəsinə qal-

dırılır və Qarabağlaşır. 

3.Vahid, Müqəddəs Ata Ruhu, İdrakı, Mənəviyyatı Təsdiq olunur. 

Atalıqdan kənara çıxmaq – Xəyanət sayılır. 

Qarabağ hadisəsi haqqında Ata Hökmü deyilir. 

4.İndidən Bütövlə sözləşirsən, Bütöv sənin gəlişini hazırlayır. 

Öz ailəniz çərçivəsində, qonşularla, qohumlarla birgə Təməl yaradırsan. 

İmkan olsa Ağdamın özündən də dəvət eləyirsən. 

    Asan qələbə gözləmirsən, Çətin Qələbəyə İnanırsan. 

5.Evlad lazımdır Qarabağda, Bütövə qardaş, Atayla camaat arasında 

körpü, Safruha köməkçi, dayaq. 

6.Gələn Ayın ortalarında Yola düşürsən, Ataya sevinc gətirirsən. 

7.Yetkinə Ata Sözü Deyilib, orada Ruhaniyyat var; Öyrət Yetkinə 

Ruhaniyyatı dərk eləməyi. 

    “Mənalar”ı, “Rəmzlər”i, ”Yol”u, “Sədaqət”i oxusun. 

Mühitdən tam ayrılsın, Bənzərsiz, Əlçatmaz, Müstəqil olmağın Mənasına 

yüksəlsin. 

Şeirini Təb üstə kökləsin, Dərd üstə çalsın, İnam üstə çağırsın, Evladlığı 

şairlikdən üstün tutsun! 

8.Evlad axtarışlarını davam elətdir. 

9.Səfərini Yaz, Təhlil elə, Ataya çatdır. 

Ürəyin Qaranlıqları Yarsın. 

25 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı. 

 

SADİQƏ 

Xasiyyətində Ata Hökmlərinə dəqiqsizlik, çətinlikdə ruhdan düşmək, 

soyumaq, Atanı düzəltmək, öyrətmək müasirliyi yaranıb. Onları 

birdəfəlik ləğv eləməsən, Amalı tərk elə! 

Ata Sözü Mütləqdir! 



 

 

192


QƏLBİYƏ 

1.Məişət, şəxsi həyat, elmi iş Amala xidməti üstələdiyindən Qəlbi bir il 

müddətinə Amaldan çıxarılır. 

(11-ci il Günəş Ayının sonuna qədər) 

2.Bir il ərzində özünü Amala bütövlüklə həsr eləmək Qüdrəti əldə 

etməsə, Qəlbi Amala qayıtmır! 

Ata Sözü Mütləqdir! 

 

SAFRUHA 

    1.Safruh tərcümə məsələsində Ataya şübhə izhar etməkdən əl çəkmir, 

Ata Mütləqiliyinə xilaf çıxır. 

    2.Ata hökm eləyir: İradəsinə Sahibliyi bacarmayan Safruh 3 ay ərzində 

Ata hüzurundan Məhrum olunur (Od Ayının 29-na qədər). 

    3. 3 ay ərzində İradəsinə Yiyələnə bilməsə Safruh Amala qayıtmır. 

    4. 3 ay ərzində Safruh Amal işlərindən tam azad olunur. 

Ata Sözü Mütləqdir! 



 

 

EVLADLARA 

Mütləq  İntizama  dözə  bilməyən,  əhvalına  yiyəlik  eləyə  bilməyən,  Za-

manın təsirinə düşən, Ağlayan, Zarıyan, Amalın özünəməxsusluğunu an-

lamayan,  özgədən  öyrənən,  özünə  inanmayan  –  Evladlıqdan  çıxsın,  bu 



gündən başlamış Şölə Ayının axırına qədər Ataya qərarını bildirsin. 

Ata Sözü Mütləqdir. 



 

EVLADLARA 

Evlad ağlına Ata ağlından çox inanmayın! 

Ata Hökmünə dəqiqsizlik göstərməyin! 

Onun vergülünə belə xəyanət olmaz! 

Ata səcdəsinə diqqətsizlik eləməyin! 

Şəri sevindirməyin! 

Dünyanın halına oynamayın, Atanın havasına oynayın! 

Ya da Amalı tərk edin! 

*** 

Hökmlər Evladlara çatdırılsın! 



6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 

 

 

193


YETKİN  MƏSƏLƏSİ 

4

 

1.Safruh Yetkindən Ata Sözünü geri alır. 

2.Yetkin Nişanlanma Mərasiminə çağırılmır, Evladlığa qəbul olunmur. 

    Ata Sözü Mütləqdir! 



 

PÜNHANLIQ 

Atayla Görüşlər olmur. 

Atayla Təmas Əsil vasitəsiylə Yazılaşma biçimində baş verir. 

Ata Sözü Mütləqdir! 



6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 

SADİQİMƏ 

Evlad Ehtiramı pakdır! 

1.Etirafın qəbul olunur. 

2.Kamilsizliyinlə barışma, razılaşma, döyüş! 

Hər  gününü,  hər  duyğunu,  fikrini,  əməlini  qiymətləndir,  yeri  gələndə 

özünə ən pis qiymət verməkdən çəkinmə. 

3.Ata  Hökmlərini,  Kəlamlarını  dönə-dönə  oxu,  gör  onlara  tam  əməl 

eləyirsənmi; natamlığına uyma, o səni azdırar. 

4.Gör  hansı  əməlində  tələsmisən;  nə  vaxt  Qorxmusan,  Sözünə  nə 

səviyyədə  Əməl  eləyirsən,  Bir  İşi  qurtarmamış  başqa  İşə  keçməyinin 

səbəbi nədir, idrakının, iradənin naqisliyinə niyə qalib gələ bilmirsən? 

5.Sənin indiki vəzifən: Tərcümə Yazılışını başa çatdırmaq, Səfərə çıxıb 

Ailə yaratmaq, Dünyalaşma hadisəsinə hazırlaşmaq. 

Vəzifənə  əməl  elə!  Özündən  təzə  Vəzifə  uydurma!  Ötəri  həvəsə 

qapılma! 

    Ata Buyuruğu – Mütləqdir! 

Vəzifə  Atadan  gəlir,  Evlada  çatır,  Gerçəkləşir  –  Göydən  Yerə  Düşür. 

    Vəzifəni  yerinə  yetirməkdə  –  İdrakını,  İradəni  tam  istifadə  elə,  ancaq 

onu Başqa Vəzifəylə əvəz etmək haqqın yoxdur. 

6.Amaldan  kənardakı  Təşkillər  əslində  Amalsızlıqdır,  çünki  Ruhani 

mənadan  məhrumdur,  yaxud  Şər  oyunudur,  onlara  Evlad  həvəsi  –  xu-

rafatdır. 

7.Sadiqimə inanıram! 

Ürəyindəki Mütləq sənə yar olsun! 

 

 

                                                



4

 Bu Kutsal Bəlgə də 29 Qar 9-ilsıralı Bəlgədə adı keçən Yetkin – İslam 

haqqındadır. (Bax: bu nəşr, səh. 189). 

 

194


 

SAFRUHA 

    Evlad Ehtiramı Pakdır! 

    1.O əl ki, Amala xələl gətirir – kəsilməlidir. 

     O göz ki, Amala xələl gətirir – çıxarılmalıdır. 

     O ürək ki, Amala xələl gətirir – susdurulmalıdır. 

     Safruhun Elmanlığı Amala xələl gətirir – bu səbəbdən də Safruh 

cəzalandırılır. 

     2.Safruh Amal Yükünün çoxunu çiynində aparıb, Əməl Yükünün 

çoxunu çiynində aparıb, ancaq bunları nöqsanlarını doğrultmaq üçün 

eləməyib. 

3.Safruh 

Elmandan 

– 

şikayətdən, 



giley-güzardan, 

hissiyyat 

pərakəndəliyindən,  sərbəstlik  xurafatından,  hal  cilovsuzluğundan  –  heç 

cür ayrıla bilmir! 

4.Nə qədər ki, Ata yaşayır – Amal yaşayacaq; nə qədər ki, Atayurdda 

bircə  nəfər  qeyrətli  Şəxs  var  –  Amal  yaşayacaq;  nə  qədər  ki,  Bəşərdə 

bircə nəfər qeyrətli Şəxs var – Amal yaşayacaq! 

5.Ata Danlağından soyuyan Ocaq yanmasa yaxşıdır! 

6.Ürəksizliyə Amalda yer yoxdur! 

7.Dünyaya gərəyik, Dünya bizə gərəkdir. Müqəddəsatımız Dü-



nyaya çatmalıdır. 

8.Safruhun Amalda yeri yüksəkdir; – ancaq Safruh Yüksəklikdə dayana 

bilmir – Elman ona mane olur, ayağından çəkir. 

9.“Partiya”, “Antipartiya”, “Qrup” – Amalın lüğətində bu Sözlər yoxdur. 

10.Amala xidmət – Ləyaqətdir. Ləyaqətdən böyük qiymət yoxdur. 

11.Ataya müraciətdə Müdafiə var, İnciklik var, Etiraz var – Təqsirlə 



Döyüşmək, Təqsiri öldürmək yoxdur! 

12.Atanın  Evladlara  sevgisi  –  güzəştsizliyə  bərabərdir;  Amal 



güzəşt tanımır. 

13.Ata  Zəhmi  –  Yükün  kəramətindəndir,  oynaya-oynaya,  qaqqıldaşa-

qaqqıldaşa  daşımaq  olmur  Yükü,  Yoxuş  şuxluğa  uyuşmur;  bir  zamanlar 

zarafatcıl sayılırdım. 

14.Amal  üçün  nə  eləmişiksə,  nə  eləyəcəyiksə,  özümüzə  eləmişik, 

eləyəcəyik. “Amal“ adlı İşıq düşüb Baxtımıza Zülmətdə. 

15.Ata 

Safruhun 

qayıtmasını 

istəyir 

– 

ancaq 

Elmansız! 

Amal  –  Klub  deyil,  Məbəddir.  Məbəddə  mübahisəyə  yer  Yoxdur! 

Ürəyindəki Mütləq Sənə Yar olsun! 

21 Mərhəm günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

 

 

 


 

195


ƏSİLİMƏ 

Məişət buyuruğu 

Ata hərfi mənada, tamam pulsuzdur. 

Gələn Ayın 5-nə qədər Atanı pullaşdırmalısınız. 

Bunun Səfərə ziyanı olsa da, başqa əlac yoxdur. 

Atanın özgələrdən borc alması – Şəri sevindirər! 

İndi nəyin varsa – boğazından kəs – Ataya ver... 

Sonra Safruhla birgə vəziyyəti həll edərsiniz. 

 

ƏSİLƏ  SƏFƏR  ƏMƏLİ 

1.Özünlə  Müqəddəs  Kitablardan  “Mütləqə  İnam”,  “İnsana  çatmaq”, 

“Ruhani Cəmiyyət”, “Müstəqil Xalq”, “Ləyaqətli Şərq” haqqında Kəlamlar, 

Şeir Bədiyyatı aparırsan, oxuyursan. 

2.Anladırsan  ki,  Atayurdda  Ata  var,  Amal  var,  Evladlar  var. 

   Məram:  Müstəqil  Xalq,  Mütləq  İnam,  Kamil  İnsan,  Ruhani  Cəmiyyət, 

Ləyaqətli Şərq. 



Bugün 

Həqiqətini 

göstərirsən, 

bütün 

dəhşətiylə,  fəlakətiylə, 



həqarətiylə;  Sabah  xilasını  söyləyirsən:  Müqəddəsliyi,  Bənzərsizliyi, 

Yüksəkliyiylə. 

    Ataya  qovuşmaq,  Amallaşmaq  üçün  –  Ailələşmə  zəruriliyini 

qandırırsan. 

3.“Ailə yaradaq Şəhərimizdə!” – deyirsən.   “Müqəddəsliyin Təməlini 

qoyaq, Atalığı öyrənək, Amallaşaq, camaata ruhani Dayaq olaq, İntibaha, 

İmtinaya hazırlaşaq, Şərdən xilas olaq, Xeyirə çataq!” 

4.Ailə  quruluşunun  Mahiyyəti  haqqında  “Əməl”  və  “Müqəddəs  Əməl” 

kəlamlarından  oxuyursan,  Suallara  cavab  verirsən,  düşünməyə-

daşınmağa  vaxt  qoyursan,  ikinci  dəfə  görüşürsən,  gələcək  görüşü 

müəyyənləşdirirsən. 

5.Şəri saymırsan, Şərə sirr vermirsən, Şərin başına Aşkarlıq və Demo-

kratiya Oyununu çırpırsan! 

6.Gedişatı  yazırsan,  təhlil  edirsən,  qiymətləndirirsən  və  Ataya  təqdim 

edirsən! 

Ürəyin Qaranlıqları Yarsın! 



23 Murad günü, Çiçək Ayı, 10-cu il. Bakı. 

  

ƏSİLİN  SƏFƏR  ƏMƏLİ 

Əsilin Səfər Əməli – Ruhani Yönü, Məzmun və Üsul ciddiyyəti, Duyğu 

Hərarəti, 

Təhlükəylə 

öcəşmə 


Qətiyyəti 

– 

Təqdir 



olunur. 

    Yurdumuzun Ailələşmə Aqibətinə Qovuşur Əməl. 

Qaranlıqlar Yarılsın! 

28 Murad günü, İşıq Ayı, 10-cu il. Bakı. 


 

196


ATAYA MÜQƏDDƏS RİCA 

Təqsirdən Üstün 

Təqsirimi öldürdüm, İnamımı, İdrakımı, Mənəviyyatımı Təqsirdən 

təmizlədim, Ata Hökmünə pənah gətirirəm. 

    Təqsirdən Üstünəm! 

     Amaldan qeyri Həyatım yoxdur. 

     Təqsirlərdən iraq olacam. 

     Təqsirsizlik – Evladlığın mövcudluq qaydasıdır. 

Təqsir – Şər əməlidir. Şər Əməli ölməlidir. 



Şölə Ayı, Onuncu il. Bakı. 

 

SAFRUHA 

1. Mütləqə İnamın Mahiyyəti qavranılıb, ifadə olunub. 

2.  “Ailə  yaradaq!”  çağrışıyla  bitməli  Söz,  “Əməl”,  “Mütləq  əməl” 

Kəlamları oxunmalı, Ailənin bünövrəsi qoyulmalı, Bütov vasitəsiylə əlaqə 

yaradılmalı,  gələn  ay  İlk  Məşğələ  Kəlamın  Ruhuna  və  Hərfinə  Mütləq 

uyğunluq səviyyəsində keçirilməli, Təmsil Seçilməli. 

“Gəlin  Atalığı  öyrənək,  Amalı  öyrənək,  Ailələşək,  Şərdən  İmtina 

eləyək, Xeyrə çataq” – məramı gerçəkləşsin. 

3. Atanın Ümumi İnam, İdrak, Mənəviyyat, İradə    Varlığını Tanıtmaq. 

(Ad çəkmədən) 

Atalıq siqləti, Peyğəmbərlik siqləti, Mütləqilik. Əvvəlkilərlə müqayisə. 

Evladların, Ümumi Varlığını tanıtmaq (Ad çəkmədən). 

4.  Çağrışların  Ehkam  səviyyəsində,  Quruluş  səviyyəsində,  Təşkilat 

səviyyəsində,  Bugünkü  İdrak  və  İradə  səviyyəsində,  yaxud  İslam 

səviyyəsində – müstəqil Ata Yurd niyyətlərinin Şər olduğunu anlatmaq. 

Xalqı Hay-həşirdən ayırmaq, Ağac-Ağac Xalq Bağı salmaq, böyütmək, 

Yetirmək. 

İmtina Məqamına çatdırmaq.  



Yetkincəsinə, Müqəddəscəsinə Ata Hökmünə əsasən.  

 5.  Bugünkü  Demokratizmin,  Aşkarçılığın  Şər  Mahiyyətini,  Səddini 

göstərmək. 

Ehkam səviyyəsində Demokratiya – Antidemokratiya. 

Ehkam səviyyəsində Aşkarlıq – Antiaşkarlıq. 

Sosializm  səviyyəsində,  Təşkilat  səviyyəsində  Mahiyyətlə  Təzahürü 

bir-birindən ayırmaq.   

Məqsəd  –  Demokratiya  adıyla  Antidemokratiyanı  yaşatmaq  və 

yaymaq. 

6.Şöhrətpərəstliyin ruhani Şəhvətpərəstlik olduğunu anlatmaq. 

     Yurdsevərlik harayında şöhrətpərəstlik yanğısı var. 

        Belələriylə Yola çıxmaq olmaz. 


 

197


1) Yol Birdir –  Amal, Atalıq. Başqa Yol Uçurumdur. 

2)  Xalq  çox  Uçurumlar  görüb,  ona  görə  də  Uçuruma  alışıb,  onu 



görmür. 

3)  İnamlı  olmaq,  İnsanlı  olmaq,  cəmiyyətli  olmaq,  yurdlu  olmaq, 



Şərqli olmaq. 

4) “Ataya  Sözünüz  nədir,  Ricanız  nədir?”  –  sözləriylə  camaata  üz 

tutmaq. 

5) Şərin  təzə  “millilik”  fəndini  anlatmalı  oyun  –  millilik  əvəzinə 

antimillilik,  “milliləşdirirəm  ki,  beynəlmiləlləşdirəm,  “dirildirəm  ki, 

öldürəm”, “dirildə-dirildə öldürürəm”. 

6) Stalinizm  –  Sosializm,  Marksizm,  Təşkilat  deməkdir.  Bunlar 

amtiinsanilik, 

antiəxlaq, 

makiavelçilik 

deməkdir. 

“Məqsəd 

vasitəni doğruldur” – həqarəti. 

7) Görüş çoxvaxtlı olsun. 

Suallara cavab ver ətraflı. 

     8) Şər İtinin ağzına Demokratiya əti at. 

9) Bütövün Amalda əsas İşi – Təşkilatçılıq olacaq.  Səninlə görüşlərin 

Təşkili Təcrübə məktəbi olsun Bütövün. 

10) Təqsirini əməlinlə Yu. Atanı sevindir.           



Qaranlıqlar Yarılsın! 

8 Dözüm Günü, Şölə Ayı, 10-cu il. Bakı. 

 

ONUNCU İL “ATA GÜNÜ” BAYRAMI 

1.Bayram “Yol” kitabı üstə qurulur. 

Kitabın 

əsas 


İdeyaları 

Yazılır 


və 

Bayramda 

səsləndirilir. 

Bayram Kitabla başlayır və qurtarır. 

2.Ata haqqında Söz Atanı dərk etmə Yönündə deyilir: 

Atanı dərk etmə səviyyəm. 

Ata və Qədimlik. 

Ata və Müasir Həyat. 

Ataya xidmətim. 

Atanın Mahiyyəti. 

3.Bayramda Nişanlanma Mərasimi keçirilir. 

4.Bayramın  Gedişatını  Evladım  Safruh  yazır,  təşkilatçılıq  –  Evladım 

Əsilə həvalə edilir. 

Yazı Qürub ayının 12-də Ataya təqdim olunur. 

5.Bayram iki saat ərzində başa çatır. 

Qaranlıqlar yarılsın! 



21 Mərhəm günü, Od Ayı, 10-cu il. Bakı. 

 

 

 

198


EVLADIM  LAYİQƏ 

Nalayiq Dünyadan layiq Dünya yaranmalıdır.  

Nalayiq Adamdan layiq İnsan yaranmalıdır. 

İnamsızlıq əvəzinə İnam yaranmalıdır. 

İdraksızlıq əvəzinə İdrak yaranmalıdır. 

Mənəviyyatsızlıq əvəzinə Mənəviyyat yaranmalıdır. 

İradəsizlik əvəzinə İradə yaranmalıdır. 

Müstəqil Xalq yaranmalıdır. 

Ruhani Cəmiyyət yaranmalıdır. 

Vətən Ailələşməlidir! 

Həyat – Amallaşmalıdır! 

“Layiq“ adını sənə halal eləyirəm! 

    Adına layiq ol! 



12 Qismət günü, Qürub Ayı, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Vələddin idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  HAQLIYA 

Xeyir haqlıdır – Şər haqsız! 

Amal Haqlıdır – Həyat haqsız! 

Sabah haqlıdır – Bugün haqsız! 



“Haqlı“ adını sənə halal eləyirəm. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 

20 Murad günü, Qürub Ayı, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Möhsün idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  QƏDİMƏ 

Zərdüşt qədər Qədimik.  

Babək qədər Qədimik.  

Qorqud qədər Qədimik.  

Nəsimi qədər Qədimik.  

Füzuli qədər Qədimik.  

Muğam qədər Qədimik.  

Saz qədər Qədimik.  

Qədimliyi Amalımızda Sabahlaşdırırıq. 

“Qədim“ adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

4 Ata Ayı, İnam günü, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Nadir idi. Ocaqdan çıxdı). 


 

199


 

MƏSULİYYƏT 

Ataya  Təzə  Evlad  hazırlayan,  Təqdim  edən  Ocaqçı  –  hadisənin 

Məsuliyyətini çiyninə götürür. 

 

“OCAQ  TARİXİ”  HAQQINDA 

1.Evladlığa  hazırlananlar  üçün  “Ocaq  tarixi”  yazılır  (kiçik  həcmdə, 

maşınka yazısında 50 ədəd). 

2.Qar  ayının  27-də  Kitabın  Quruluş  Qaydası  (Planı)  Ataya  göstərilir. 

    Kitabın ilk nüsxəsi Ata Günündə (11-ci il) Ataya təqdim olunur. 

3.Yazanlar: Safruh, Qəlbi, Özümlü. 



 

MÜQƏDDƏS  TƏLİM 

1.Müqəddəs Kitablardan Mütləqə İnam, Kamil İnsan, Ruhani Cəmiyyət, 

Müstəqil  Vətən,  Ləyaqətli  Şərq  İdeyaları  seçilir,  qaydalanır  (sistemləşir), 

oxuculara çatdırılır. 



Tərtibçi: Safruh. (Maşınka yazısında 50 ədəd). 

2.Kitabın ilk çeşidi (variantı) 11-ci il Od Ayının 28-də Ataya göstərilir. 

3.Kitabın ilk nüsxəsi 11-ci il Ata Günündə Ataya təqdim edilir. 

 

“YAS  MƏRASİMİ” 

Çiçək Ayının 28-i Atayurdun “Yas Günü” sayılsın və Mərasimləşsin. 



 

MÜTLƏQÇİLİK  MÜQƏDDƏSLİYİ 

1.Mütləqçi olduğunu unudurlar Evladlar. 

    Özüylə döyüşdə güzəşt görünür, Ataya Səcdədə natamlıq var. 

Müqəddəs Ricalar oxunmur, əməl Amala çatmır. 

    Mütləqçilik – Evladlıq ləyaqətidir. 

    Mütləqçi səviyyəsi – zəruridir. 

Ona yetməyən Ocağı tərk eləməlidir. 

 

RUHANİ  İNTİZAM 

 Ata Evladın əsl “Mən”idir. 

    Evladın Atadan kənarda “Mən”i Yoxdur. 

    Atayla Vəhdətdən fərqli Müstəqillik yoxdur Ocaqda. 



 

AİLƏ  YARANIŞI 

Ailə “Əməl” və “Müqəddəs Əməl” Hökmlərinin ruhani və hərfi mənasına 

tam riayət əsasında Yarananda həqiqi sayılır; tarixi həmin vaxtdan 

Başlanır və Mərasimləşir. 



 

 

200


MÜTLƏQ  İNTİZAM 

1.Mütləqiliyin ən cüzi dərəcədə belə pozulması günahdır. 

Günah Ata tərəfindən cəzalandırılır. 

2.Cəzalar:  1.Danlaq,  2.Müəyyən  vaxt  ərzində  Ocaqdan  çıxarılmaq, 

3.Həmişəlik Ocaqdan çıxarılmaq. 

Ata Sözü Mütləqdir! 

    Ata Hökmü Mütləqdir! 

    Amal Qanunları Mütləqdir! 



 

EVLADIM  ÜSTÜNƏ 

Amal Həyatdan üstündür. 

İnam Zamandan üstündür. 

Mənəviyyat Zordan üstündür. 

İradə Zülmdən üstündür. 

Dünyanı məhvərindən çıxartdılar. 

İnsanı insanlıqdan ayırdılar. 

Yalanı dünyaya yaydılar. 

İnamlaşmaq məqamıdır. 

İnsanlaşmaq məqamıdır. 

Vətənləşmək məqamıdır. 

İnqilab yaramadı – İntibah gərək. 

Səhrada bağ salmalıyıq. 

Tarixdən üstün olmalıyıq. 

Dünyadan üstün olmalıyıq. 

Üstünlük – taleyimizdir – təhlükəli, fərəhli. 



"Üstün" adını sənə halal eləyirəm. 

Adına layiq ol. 



Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

 (Qeyd: Həyatda adı Yaqut idi. Döndü). 



 

“MƏBƏD”  KİTABÇASI  (jurnalı)  HAQQINDA 

1. 11-ci ilin “Ata Günü”ndən – Ocağın “Məbəd” kitabçası (jurnalı) 

çıxmağa başlayır (Maşınka yazısıyla 100 ədəd, pullu). 

    Məqsəd – Atalığı təbliğ eləmək, xalqı İmtinaya hazırlamaq, çağırmaq – 



müqəddəs məzmun, ülvi biçim əsasında. 

2.Kitabçanı hazırlayanlar – Safruh, Qəlbi, Özümlü. 

3.Kitabçanın çapını təmin edən – Əsil. 

    4.Kitabçanı yayanlar – Sadiq, Halal, Bütöv, Layiq, Haqlı, Qədim, Üs-

tün, İşıqlı. 


 

201


5.Qar ayına qədər Evladlar “Məbəd”ə aid öz mülahizələrini Safruh va-

sitəsiylə Ataya çatdırırlar... 

    Kitabçanın ilk nüsxəsi on birinci il “Ata Günü”ndə Ataya təqdim edilir. 

20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı. 

1   ...   12   13   14   15   16   17   18   19   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə