TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə24/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

 

 

EVLADIM  DOĞMANIN  ÖZÜNÜDƏRKİ HAQQINDA 

Doğma özünü tanıyır. Mənaya çatmaq üçün Yoldadır – Mənaya çata-

caq. 

24 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM  LAYİQİN  ÖZÜYLƏDÖYÜŞÜ  HAQQINDA 

Evladım Layiq böyüyür – Ataya Böyük Evlad olur. 

Hökm: Özüylədöyüşün özünüdəyişmənə bərabər olsun. 

27 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

 Amallaşma – Özüylədöyüş – Xalqlaşma Birliyi yaranır. 

     Məqsəd: İnsanlaşma – İnsanlaşdırma Birliyinə çatmaq. 

 Nurlanın, Nurlandırın! 

 Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

30 İnam günü, Ata Ayı, 12-ci il. Bakı. 

 

TƏQDİR 

Evladım Əsilin Müqəddəs Əməl səviyyəsinə yetən Təşkilatçılığı Təqdir 

olunur. 


2 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Siyasi Dirçəliş olmur – Siyasi Çevriliş olur. 

Ruhani Çevriliş olmur – Ruhani Dirçəliş olur. 

 

 

 

 


 

288


HƏQİQƏT 

Siyasət – Bəşərin Ruhani səviyyəsizliyinin bəhrəsidir. 

Siyasi Rəhbərlik – Ruhani Rəhbərsizliyin bəhrəsidir. 

Siyasi Fəallıq – Ruhani Fəalsızlığın bəhrəsidir. 



 

HƏQİQƏT 

    Ruhaniyyat – Mahiyyətcə Anti Siyasət deməkdir. 

Bu səbəbdən də Siyasətçilər Ruhaniyyatı sevə bilməzlər – sevən 

görünərlər, bilinərlər. 

   Ruhaniyyat – Mahiyyətcə Siyasətin Ölümüdür. 

   Siyasət – öz ölümünü sevməz. 

 

MƏQSƏD 

Siyasəti Ruhaniyyatla əvəz etmək. 



6 Murad günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM  TÜRKELƏ 

Türk  Elliyik  –  Alp  dağlarından  Sibirə  tək,  Sibirdən  Aralıq  Dənizinədək. 

Oğuzlu, Qıpçaqlı, Peçeneqli, Polovesli, Hunlu. 

Ayrılmışıq, səpələnmişik, səpilmişik – diyar-diyar. 

Birləşməliyik:  Mütləqə  İnam  əsasında,  İnsanlaşma  əsasında,  Ruhani 

Cəmiyyət  əsasında,  Müstəqil  Vətən  əsasında,  Özümlü  Şərq  əsasında. 

     Türk  Elliyik,  Şərq  Mahiyyətliyik,  Dünyalıyıq  –  Dünyasızlar  arasında. 

    “Türkel” adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Daxilindəki Mütləq sənə Yar olsun. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur. 

(Qeyd: Həyatda adı İslam idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ULUTAYA 

Suyumuz Uludur. 

Zərdüşt Suyluyuq, Babək Suyluyuq, Dədə Qorduq Suyluyuq, Hürufi 

Suyluyuq, Füzuli Suyluyuq, Muğam Suyluyuq, Saz Suyluyuq. 

    İnam Suyu içmişik, İdrak Suyu içmişik, Mənəviyyat Suyu içmişik,      

İradə Suyu içmişik. 

    Ulularımıza tay olmalıyıq. 

   ”Ulutay” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

Daxilindəki Mütləq sənə Yar olsun! 

    Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

7 İnam günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı  Xanlar idi. Ocaqdan çıxdı). 


 

289


FƏRQ 

Siyasət Riyanı yaşadır – Ruhaniyyat Riyanı öldürür. 

    Siyasət Həyanı öldürür – Ruhaniyyat Həyanı yaşadır. 

8 Arzu günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Dünya Birdir. İkili Dünya – Dünyasızlıqdır. 



 

HƏQİQƏT 

Xeyir Var olduğu dərəcədə Şər yoxdur. 



 

FƏRQ 

  Həqiqət – Varlıq Əməli. 

  Yalan – Yoxluq Əməli. 

 

 



  HƏQİQƏT 

Xülyavi gerçəklik əslində – gerçəklik Xülyasıdır. 



 

    HƏQİQƏT 

Yalan Hüdudu – Gerçəklik. 

Həqiqət Hüdudsuzluğu – Mahiyyət. 

 

HƏQİQƏT 

Həqiqət – İnsan İnamı. 

Yalan – Adam İnamı. 

 

HƏQİQƏT 

Yalan – Yoxluq ifadəsidir. Yalanın çoxalması – Yoxluğun çoxalması 

deməkdir. 

HƏQİQƏT 

Yalandan İnam yaradırlar – əslində İnam Yoxluğu yaradırlar. 

Yalandan Ümid yaradırlar – əslində Ümid Yoxluğu yaradırlar. 

 

HƏQİQƏT 

Həqiqət – Əzablı Varlıq. 

Yalan – Nəşəli Yoxluq. 

 

HƏQİQƏT 

Xeyir – Dünya boyda Varlıq. 

Şər – Dünyasızlıq boyda Yoxluq. 



9 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

290


12-ci İL  “ATA  GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

Mərasim Müqəddəs İzhar səviyyəsində keçdi. 

Nöqsanlar: Texniki çatışmazlıq, İntizam Mütləqiliyinin pozulması. 

 

HƏQİQƏT 

Mücərrəd – yəni Əzəli, Əbədi. 

Konkret – yəni Keçici, Ötəri. 

 

HƏQİQƏT 

Konkret Həqiqət – əslində konkret Yalan deməkdir. 

 

HƏQİQƏT 

Din Yalan əsasında Əzəli, Əbədi Söz demək istəyir; unudur ki,  

Əzəli Yalan olmur, Əbədi Yalan olmur – Əzəli Həqiqət olur, Əbədi 

Həqiqət olur. 



HƏQİQƏT 

    Xeyir Haqsız olub – Şər haqlı: Xeyir Haqq olub – Şər Nahaqq. 



 

HƏQİQƏT 

Yalan – Şərdir. Din yalandan Xeyir yaratmaq istəyir – Şər yaranır. 



 

HƏQİQƏT 

Sərt Həqiqət olur – Azğın Həqiqət olmur: Azğın Yalan olur. 



 

TARİXİ ƏMƏLİYYAT 

 Xeyiri Şərə qatdılar və Xeyir Şərdən seçilmədi. 



 

HƏQİQƏT 

Həqiqət ən yoxsul libasda belə – Gözəldir. 

Yalan ən varlı libasda belə – çirkindir. 

 

HƏQİQƏT 

Yalan gözəlliyi haqqında “həqiqət” – Yalandır! 

 

HƏQİQƏT 

“Bədii Yalan” – Gerçəkliyi ötür – Mənaya çatır, bu səbəbdən də o, Bədii 

Həqiqətdir əslində. 

 

HÜRUFİLİK  ÜSTƏ 

     Əgər İnsan – Allahdırsa, o – Kamil olmalıdır; 

Əgər Kamil deyilsə, o – İnsan deyil. 


 

291


HƏQİQƏT 

İqtisadiyyatçı cəmiyyətdə İnsan iqtisadlaşır. 



 

HƏQİQƏT 

Təzahür keçmişə çevrilir – Mahiyyət keçmişə çevrilmir. 

Təzahür gəlir-gedir – Mahiyyət gəlmir-getmir – Olur, Qalır. 

 

HƏQİQƏT 

    Dünyanı yaradan Allah ideyası – Dünya Mahiyyətinin Mütləqiliyinə Zid-

dir – bu səbəbdən də Yalandır. 

    Qəzavü-qədər  İdeyası  –  İnsani  Mahiyyətin  Mütləqiliyinə  Ziddir  –  bu 

səbəbdən də Yalandır. 

    Din əslində Mütləqiliyə qarşıdır – buna görə də Yalandır. 



 

HƏQİQƏT 

Bədiiyyat – Mənanın İzharıdır. Bu səbəbdən də Bədii Təxəyyül Yalançı 

deyil – Həqiqətçidir. 

10 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

FƏRQ 

Özünə inanmadığın dərəcədə Allaha inanırsan. 

Özünə inandığın dərəcədə Mütləqə inanırsan. 

 

ÖLÇÜ 

Yalana Ehtiyacın olduğu dərəcədə Naqissən. 

Həqiqətə Ehtiyacın olduğu dərəcədə Kamilsən. 

 

FƏRQ 

 Özünü bilməyə-bilməyə Oda-Közə vurmaq – Naşılıqdır. 

     Özünü bilə-bilə Oda-Közə vurmaq – Müdriklikdir. 

11 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Hüquqdan kənarda Borc yoxdur, çünki Zorakı Borc – Mütilikdir. 



   Əslində Borc elə Hüquq deməkdir – Hüquq elə Borc deməkdir. 

 

HƏQİQƏT 

İnsan hüquqları uğrunda döyüşmək – İnsan Borcları uğrunda dö-

yüşməkdir. 

    İnsan hüquqları uğrunda döyüşmək – özü İnsani Borcdur. 



 

 

292


HALLAR 

İnsan haqqı Anlayışına İnsan Borcu da daxildir. 

    İnsan haqqı elə İnsan Borcudur, İnsan Borcu elə İnsan Haqqıdır. 

 

HƏQİQƏT 

Zorakı Cəmiyyətlər əslində ən Məsuliyyətsiz cəmiyyətlərdir. 

 

HƏQİQƏT 

Yenilikçi Konservator olmasa – Yeniliyi Təsdiq edə bilməz. 

    Konservator Yenilikçi olmasa – Sabitliyi Qoruya bilməz. 

    Yenilikçi – Konservator Təzadı Səthi Təzaddır – Siyasətə yarayan. 

 

HƏQİQƏT 

Dünyada Mənadan başqa heç nə yoxdur – çünki Mənadan başqa nə 

varsa – Mənasızdır. 

 

HƏQİQƏT 

Zorakı Məsuliyyət olmur – Zorakı Mütilik olur. 

    Zorakı Məsuliyyət əslində Məsuliyyətsizlikdir. 

 

HƏQİQƏT 

   Keçmişin Böyüklüyü – Keçmişə çevrilməmək. 

 

HƏQİQƏT 

Təmənnasızlıq olmayan yerdə – İnsanilik Yoxdur. 

Təmənna olmayan yerdə – cəmiyyət yoxdur. 

İnsanilik cəmiyyətə Ziddir mahiyyətcə. 

Cəmiyyətçilik – antiinsanidir. 

 

HƏQİQƏT 

Müasir cəmiyyət – İnsana Əmtəə baxımından yanaşır, onun İstehlak 

Dəyərini nəzərə alır; Ruhani Mahiyyətinə məhəl qoymur. 

 

HƏQİQƏT 

Cəmiyyətlə İnsanın Dostluğu tutmur – Alverdə Dostluq olmaz... 

 

HƏQİQƏT 

Güzəran İnsan üçün azdır, ona Məna gərək. 



 

   HƏQİQƏT 

Maddi Rifahda Fayda var, Məna yoxdur. 



 

293


HƏQİQƏT 

Maddi Qıtlıq – İnsanı alçaldır; – Maddi Rifah – İnsanı Yüksəltmir. 



 

MƏNASIZLIQ 

Müasir  Dünya  –  Varidat  Bolluğunda  Məna  görür,  Siyasi    

Möhtəşəmlikdə  Məna görür – əslində Mənasızlıqda Məna görür. 

 

HƏQİQƏT 

   Cəmiyyət – Gerçəkliyə uyğundur, bu səbəbdən də Mənasızdır. 

 

HƏQİQƏT 

Dönüklük – Gerçəkliyə uyğundur. 

    Sədaqət – Mənaya uyğundur. 

 

HƏQİQƏT 

Mənaya İnanan – Gerçəkliyə İnanmaz. 

    Gerçəkliyə İnanan – Mənaya İnanmaz. 

 

HƏQİQƏT 

Məna – Əzəlidir, Əbədidir, Kamildir. 

Bu səbəbdən də Var olandır. 

 Gerçəklik – Ötəridir, Sonludur, Qeyri-Kamildir. 

Bu səbəbdən də Yox olandır. 



Mənalı – Mənadan azdır, Gerçəklikdən çox. 

Bu səbəbdən Varlıqdan azdır, Yoxluqdan çox – Varlıqla Yoxluq 

arasındadır. 

 

HƏQİQƏT 

Gerçəklik Bir olanı İkiləşdirir – Paralayır, Parçalayır – Mənasızlaşdırır – 

Yoxluğa aparır. 

HƏQİQİQƏT 

    Mənanın Üzü Birdir, Gerçəkliyin Üzü – Min. 

Bu səbəbdən də Məna – Dəyişməzdir, Gerçəklik – Dəyişkən. 

 

HƏQİQƏT 

Gerçəkliyə Bel bağlayan – Aldanır... 

    Mənaya Bel bağlayan – Aldanmır. 

 

HƏQİQƏT 

Dialektika Gerçəkliyi Məna sayır–Mənanı gerçəkləşdirir–Yox eləyir. 



14 İnam günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

294


HƏQİQƏT 

Ənənə – Əbədiliyin ifadəsidir. 

    Əbədi – Keçmişə çevrilmir. 

 

HƏQİQƏT 

Ailə – ictimai hadisə deyil, ruhani hadisədir. 

    Ailə ictimailəşəndə – dağılır. 

 

ƏNƏNƏ 

    Keçmişə çevrilməyən Qədimlik. 



 

HƏQİQƏT 

Ruhani Bərabərsizlik – Maddi Bərabərliyi ləğv etmir – Təsdiq edir. 

 

HƏQİQƏT 

Məna – Bölünməzdir, çünki Müəyyəndir. 

    Mənasızlıq – Bölünəndir, çünki Qeyri-Müəyyəndir. 

 

HƏQİQƏT 

Mütləq – Müəyyəndir, Nisbi – Qeyri-Müəyyən. 

Sonsuz – Müəyyəndir, Sonlu – Qeyri-Müəyyən.  

Əbədi – Müəyyəndir, Keçici – Qeyri-Müəyyən.  

Kamil – Müəyyəndir, Naqis – Qeyri-Müəyyən. 

 

HƏQİQƏT 

Ailə – əslində cəmiyyətdən qorunmaq üçündür – cəmiyyəti qorumaq 

üçün deyil. 

15 Arzu günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Gerçəklik Yuxusu. 

    Amal Oyanışı. 

16 Ümid günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

XEYİR-DUA 

Güneydəki Ata Ailəsinin “Ata Yolu” Dərgisinə Xeyir-Dua verirəm. 

Müqəddəslik səviyyəsi – Ruhani Kamillik İşığına bərabər olsun. 

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! 



17 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

 

 

 

295


EVLADIM  ÖMÜRTAYA 

Ömür Mənaya Sərf olunmayanda – Adam Ömürsüzləşir. 

Bugünkülər  –  Ömürsüzdürlər,  çünki  İnamsızdırlar,  İdraksızdırlar, 

Mənəviyyatsızdırlar, İradəsizdirlər. 

Ömrün Mütləqə İnam Mənası olmalıdır, Özüylədöyüş Mənası olmalıdır, 

Ruhani  Cəmiyyət  Mənası  olmalıdır,  Müstəqil  Vətən  Mənası  olmalıdır, 

Özümlü Şərq Mənası olmalıdır. 

Ömür Amala tay olmalıdır. 



“Ömürtay” adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Daxilindəki Mütləq sənə Yar olsun. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur. 



18 Mərhəm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Məlahət idi. Ocaqdan çıxdı). 

  

ATAYLA  XARKOVDA  GÖRÜŞ 

Hər yerdə bizi gözləyirlər – tanımaya-tanımaya. 

    İnamlının Təşkilatçılığı Təqdir olunur. 

    Əsilin Atagüzarlığı Yüksək səviyyədəydi. 



31 Dözüm günü, Xəzan Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Azadlıq – Ruhani Kamillik Haqqı. 

Bərabərlik – Ruhani Kamillik Haqqı. 

Qardaşlıq – Ruhani Kamillik Haqqı. 



6 Ümid günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

BEYLƏQANDA  ATAYLA  GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Qədimin, Düzgünün, Günevin Təşkilatçılığı Təqdir olunur. 

Əsilin Atagüzarlığı Yüksək səviyyədəydi. 



9 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

EVLADIM  ÜZAĞLIYA 

Üzləri Qaradır Bugünkülərin: – İnamsızlıq kimi, İdraksızlıq kimi, 

Mənəviyyatsızlıq kimi, İradəsizlik kimi. 

    Üzümüz Ağdır: – İnam kimi, İdrak kimi, Mənəviyyat kimi, İradə kimi. 

    Mütləqə İnam adlı ÜzAğlığımız var. 

    Özüylədöyüş adlı ÜzAğlığımız var. 

    Ruhani Cəmiyyət adlı ÜzAğlığımız var. 


 

296


    Müstəqil Vətən adlı ÜzAğlığımız var. 

    Özümlü Şərq adlı ÜzAğlığımız var. 



    “Üzağlı” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

    Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun. 



12 Arzu günü, Yağış Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Vaqif idi. Savaşa getdi – qayıtmadı). 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

Amallaşma Dərinləşdikcə Özüylədöyüş Dərinləşir, Özüylədöyüş 

Dərinləşdikcə Xalqlaşma Dərinləşir. 

   Məqsəd: Ruhani Mərkəzə çevrilmək. 

   İlk addım: Ailə Mərasiminə Özgələri daha çox cəlb eləmək – 

Özümləşdirmək məqsədiylə. 

Nurlanın, Nurlandırın! 

   Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

20 Ümid günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

ATAYLA  BAKININ  LENİN  RAYONUNDA  GÖRÜŞ 

1.Görüş Amal çağırdı, Amala çağırdı – Ocağın Xalqlaşma Məqsədinə 

yaradı. 

2.Əsilin Təşkilatçılığı Ruhani Hünər səviyyəsindəydi. 



24 Murad günü, Yağış Ayı, 12-ci il. Bakı. 

  

ATAYLA  İNŞAAT  İNSTİTUTUNDA GÖRÜŞ 

Görüş Ocağın Xalqlaşma Yolunda səmərəli addım oldu. 

    Əsilin Təşkilatçılığı Təqdir olunur. 

24 Murad günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Əqidəsizlikdən böyük İdraki Məhdudluq yoxdur. 



30 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

İslamın  Zərdüştçülük  üzərində  qələbəsi  –  Əhrimənin  Hürmüzd 

üzərində qələbəsi oldu. 

2 İnam günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

 


 

297


HƏMİŞƏLİK 

Məna həmişəlik yaşayır – Təzahür həmişəlik ölür. 



 4 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Əgər Dünyanın Mənası Dünyadan artıq olmasaydı – Dünyanın Dərdi 

olmazdı. 

FƏRQ 

Özgə Əlifba – Özgələşmə Əməliyyatıdır. 

Doğma Əlifba – Özümləşmə Əməlidir. 

 

HƏQİQƏT 

Həyat öz Mənasına Həsrətdir, bu səbəbdən də Kədərlidir. 

 

HƏQİQƏT 

Kilsə – Allah evi deyil, Allah idarəsidir. 

Məscid – Allah evi deyil, Allah idarəsidir. 

5 Dözüm günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

Ruhani Yükdən azad olmaq – Fərəhdən azad olmaqdır. 

     Fərəh – Ruhani Yükdür əslində. 

 

FƏRQ 

Beynəlmiləlçilik – Millətlərüstü Birlikdir. 

     Humanizm – Millətlər birliyidir. 

 

DİNİ İDARƏÇİLİK 

Keşiş – Allah çinovniki. 

     Molla – Allah çinovniki. 

6 Mərhəm günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

FƏRQ 

Hakimlik – Özünütəsdiq. 

     Atalıq – Özündənkeçmə. 

 

HƏQİQƏT 

Cəmiyyətçi Ruhaniyyat olmur – Ruhaniyyatçı cəmiyyət olmayıb. 



 

HƏQİQƏT 

Din – cəmiyyətləşən, yəni hakimiyyətləşən İnam. 



 

298


FƏRQ 

Amal – Göy Həqiqəti. 

     Din – Göy Əfsanəsi. 

 

FƏRQ 

İskəndərləri Zaman yetirir – Zərdüştləri İnam. 

 

HƏQİQƏT 

Cəmiyyət İnsan yetirmir – Hakim yetirir, Rəiyyət yetirir, Çinovnik yetirir, 

İxtisasçı yetirir. 

    İnsanı cəmiyyətə qarşı duran Ruhaniyyat yetirir. 



 

FƏRQLƏR 

Zərdüştçülük – İşıqçılıq. 

İslam – İtaətçilik. 

Xristianlıq – Mərhəmətçilik. 

Amal – İnsançılıq. 

 

 

HƏQİQƏT 

Cəsarət Azadlığı – Mütilik Üsulu. 



 

VƏZİYYƏT 

Ruhaniyyatçı üzünü Şərqə tutub, Şərq üzünü Qərbə. 



7 Qismət günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

HƏQİQƏT 

 Sosializmə Kamil İnsan gərək deyil – Müti Adam gərəkdir. 

      Kapitalizmə Kamil İnsan gərək deyil – Varlı Adam gərəkdir. 

      Kamil İnsan uğrunda döyüş – Sosializmə qarşı döyüşdür, Kapitalizmə 

qarşı döyüşdür. 

 

HƏQİQƏT 

Var olmaq – Əbədi, Sonsuz, Ölümsüz, Kamil olmaq deməkdir. 

Yox olmaq – Keçici, Sonlu, Ölümlü, Qeyri-Kamil olmaq deməkdir. 

Məna – Var olandır. 

Təzahür – Yox olandır. 

 

HƏQİQƏT 

Dəyişməzlik – Varlıq. 

Dəyişkənlik – Yoxluq. 

 


 

299


ÖLÇÜ 

Həyat qədər amansız, həyasız – Amal qədər ədalətli, ləyaqətli. 



 

HƏQİQƏT 

Gerçəklik Həqiqətsizliyi, İdeal Həqiqəti. 



 

HƏQİQƏT 

Mənəvi Azadlıq Ölçüsü – Kamil İnsan. 

İctimai Azadlıq Ölçüsü – Təbəqəsizlik. 

Siyasi Azadlıq Ölçüsü – Qəyyumsuzluq. 



10 Arzu günü, Sərt Ayı, 12-ci il. Bakı

 

HƏQİQƏT 

Maddi bərabərlik İdeyası – Əbədi, Əzəli İdeyadır. 

     Kommunizm bərabərliyi – sürüləşmə Timsalıdır, Ruhani Ölüm bə-

rabərliyidir. 

     Zəhmətkeş  Mülkiyyətinin  bərqərar  olması  –  Maddi  bərabərliyə 

aparan yeganə düzgün yoldur. 

İmtiyazsızlıq İdeyası – Əbədi, Əzəli İdeyadır. 

Kommunizm  İmtiyazsızlığı  –  Sürüləşmə  Timsalıdır,  Ruhani  Ölüm 

İmtiyazsızlığıdır. 

    İnsanlaşma – İmtiyazsızlığa aparan yeganə düzgün yoldur. 

 

HƏQİQƏT 

Həyat adamın başını aşağı eləyir. 

Amal adamın başını uca eləyir. 

16 İnam günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

“SƏFƏR  GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

1.Mərasimin Məzmunu: Evlad qəbulu; Ata Səfərləri haqqında Ata 

Sözü, Evlad Sözü; Ruhani Sənədlərin oxunması. 

2.Mərasimin Gedişatını Elli yazır. 

3.Gedişat Yazısı Sərt Ayın 24-də Ataya təqdim edilir. 

18 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

ATAYLA  “BİLİK”  CƏMİYYƏTİNDƏ  GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

    Qurmaçılarla İslamçıların Ocağa qarşı gələcək İttifaqının nişanələri 

göründü. 

    Əsilin Təşkilatçılığı Hünər səviyyəsindəydi. 

    Safruhun “Müqəddəs İzhar”ı Yetkin idi. 



21Qismət günü, Sərt Ayı, 12-ci il. Bakı. 

 

300


EVLADIM  ŞƏRQİYƏ 

Şərqliyik – ancaq Qərb mahnısı oxuyuruq, Qərbləşmişik, özgələşmişik. 

    Şərqləşməliyik, Şərqimizi oxumalıyıq. 

    Şərqə Şərq İşığı saçmalıyıq – Mütləqilik İşığı, Müqəddəslik İşığı. 

    Dünya Şərqimizdən İşıq almalıdır: – İnam İşığı, İdrak İşığı,      

Mənəviyyat İşığı, İradə İşığı. 

    Dünya Şərqimizi dinləməlidir. 

    Zərdüşt Şərqisi oxuyuruq, Babək Şərqisi oxuyuruq, Dədə Qorqud 

Şərqisi oxuyuruq, Hürufi Şərqisi oxuyuruq, Füzuli Şərqisi oxuyuruq, 

Muğam Şərqisi oxuyuruq, Saz Şərqisi oxuyuruq Şərq üçün, Dünya üçün. 

    “Şərqi” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

    Qaranlıqlar Yarılsın! 

22 Murad günü, Sərt Ayı, 12-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Nuriyə idi. Ocaqdan çıxdı). 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin