HƏQİQƏT
Dünya – Mahiyyətcə Məna deməkdir.
Məna – Dəyişməzdir.
Gerçəklikdə Dəyişilməyən yoxdur; bu səbəbdən də Gerçəklik
Mənasızdır.
HƏQİQƏT
Gerçəklikdə Adam Mənasını itirir, Mənasına çatmaq üçün o, Gerçəkliyi
ötməlidir.
HƏQİQƏT
Deyəndə ki, Dünya dərk edilməzdir – demək istəyirlər ki, Mənanı gözlə
görmək olmaz.
HƏQİQƏT
Gerçəklikdən beşəlli yapışmaq əslində bədbinlikdir.
16 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Cəmiyyət İnsanı Gerçəkliyə bağlayır.
Ruhaniyyat İnsanı Mahiyyətə qaldırır.
275
HƏQİQƏT
İctimai Qanunlar – Gerçəkliyi qoruyur.
Ruhani Qanunlar – İnsanı Gerçəklikdən qoruyur.
HƏQİQƏT
“Biri üçün Şər olan – o biri üçün Xeyir olur; Bir vəziyyətdə Şər olan – o
biri vəziyyətdə Xeyir olur” – iddiası Yalandır.
Şər hər kəs üçün Şərdir – ziyanından və qazancından asılı olmadan.
Xeyir hər kəs üçün Xeyirdir – ziyanından və qazancından asılı olma-
dan.
Şər hər vəziyyətdə Şərdir – ziyanından və qazancından asılı olmadan.
Xeyir hər vəziyyətdə Xeyirdir – ziyanından və qazancından asılı olma-
dan.
Xeyir də, Şər də – ziyandan və qazancdan Yüksəkdə dururlar.
HƏQİQƏT
Cəmiyyət – Mənasızlığı qoruyur, Mənadan qorunur.
HƏQİQƏT
Sokrat Gerçəkliyin Varlığını sübut etmək üçün Gerçəkliyin Yoxluğunu
sübut etməli oldu.
HƏQİQƏT
Şəraitdən asılı olan Həqiqət – Yalandır.
Mühitdən asılı olan Həqiqət – Yalandır.
Konkret Həqiqət – Yalandır.
HƏQİQƏT
Söz – Mahiyyətlidir. Bu səbəbdən də o, gerçəklikdən artıqdır.
FƏRQ
Gerçəklik – qeyri-müəyyəndir, Söz – müəyyən.
Bu səbəbdən də Söz – gerçəkliyi ötür.
DƏYİŞİLMƏZLİK
Deyirlər ki, çay bulanmasa, onun Duruluğu bilinməz.
Bulaq bulanmır – onun Duruluğu itmir ki?
HƏQİQƏT
Sözə bərabər Əməl az olur. Əməli günahlandırmaq əvəzinə Sözü
günahlandırırlar.
276
HƏQİQƏT
İdrak Mahiyyəti – Gerçəklikdən artıq olanı dərk edir – Gerçəklikdən
artığa Yüksəlir.
Bu səbəbdən də İnikas nəzəriyyəsi cəfəngiyyatdır.
HƏQİQƏT
Dövlət – Mahiyyət kimi düşünülüb, ancaq Gerçəkliyə bərabər olub –
Var olmayıb.
HƏQİQƏT
Gerçəklik – Mahiyyətdən uzaq, Cəmiyyət Gerçəklikdən uzaq – İki dəfə
Mahiyyətdən uzaq...
HƏQİQƏT
Təbiilik – Özümlük, Sünilik – Özgəlik.
FƏRQ
İctimai Qanunlar – Gerçəkliyi qoruyur, bu səbəbdən də Var olmur –
Yox olur.
Ruhani Qanunlar – Mahiyyəti ifadə eləyir, bu səbəbdən də Var olur –
Yox olmur.
17 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Var olmaq – Gerçəklikdən Yüksək olmaqdır.
Yox olmaq – Gerçəkliyə bərabər olmaqdır.
Bu səbəbdən də Var olmaq – Gerçək İmkanları ötməkdir –
İmkansızlıqdır.
HƏQİQƏT
Sokrat gerçək Biliyi rədd eləyir, əslində gerçəkliyi rədd eləyir.
Sokrat gerçək Biliyi Həqiqətsizlik sayır, əslində gerçəkliyi Həqiqətsizlik
sayır.
Sokrat İdraki olanı Var olan sayır, – bu səbəbdən də gerçəkliyi Var
olan saymır.
Sokrat gerçək “həqiqətləri” sarsıdır, əslində gerçəkliyi sarsıdır.
HƏQİQƏT
Gerçəklik səviyyəsində İdrak – İdraksızlıqdır.
HƏQİQƏT
Gerçəklik – Dialektikdir, bu səbəbdən də Mənasızdır.
Mahiyyət – Antidialektikdir, bu səbəbdən də Mənalıdır.
277
HƏQİQƏT
Sokrat “İdraki olmayan – Yoxdur” – deyirdi, İdrakilik Sokratda “Antidi-
alektikaya” bərabər idi; Gerçəklik Dialektikdi; bu səbəbdən də Sokrat
Fəlsəfəsində gerçəklik Yoxluğa bərabərdir əslində. İdrakilik isə gerçək-
likdən Yüksəkdə – Allahda, Ağılda görünür...
Sofistlər gerçəklikdən başqa heç nə görmür, Sokrat gerçəklikdən
Yüksəkdə Mahiyyət görür, onu Təsdiq edir – Platonun ikili Dünyasına Yol
açılır.
HƏQİQƏT
Sokrat İdraksızlığı öldürürdü; gerçək İdrakçılar Sokratı öldürdülər.
HƏQİQƏT
Gerçəkliyə uyğunlaşan – Mənasızlığa uyğunlaşır.
HƏQİQƏT
Gerçəkliyi ötməyən – Mahiyyətə çatmaz.
Mənasızlığı ötməyən – Mənaya çatmaz.
HƏQİQƏT
Mahiyyətlə Gerçəkliyi bərabərləşdirmək – Varlıqla Yoxluğu
bərabərləşdirmək deməkdir.
FƏRQ
Sokrat gerçək İdrakın cəfəngliyini sübut elədi, Platon Gerçəkliyin
cəfəngliyinə qarşı İdrak Dünyasını qoydu (İdeyalar aləmini).
Həm Sokrat, həm Platon Mahiyyətin Antidialektikliyini təsdiq
elədilər.
FƏRQ
Materializm Mahiyyəti gerçəkliyə qarışdırır – Mənanı Mənasızlığa
qarışdırır.
İdealizm Mahiyyəti gerçəklikdən ayırır – Mənanı Mənasızlıqdan ayırır.
HƏQİQƏT
Mücərrəd Məna, konkret Mənasızlıq.
HƏQİQƏT
Məhəbbət – Gerçəkliyi ötür; Qeyrət – Gerçəkliyi ötür; Qəhrəmanlıq –
Gerçəkliyi ötür; Müdriklik – Gerçəkliyi ötür.
18 Murad günü, Qürub Ayı, 12-ci il. Bakı.
278
HƏQİQƏT
Gerçəklikdə Ümumi yoxdur – çünki Dəyişməz yoxdur; Xüsusi yoxdur –
çünki Dəyişməz yoxdur; Fərdi yoxdur – çünki Dəyişməz yoxdur.
Mahiyyətdə Ümumi var – çünki Mahiyyət Dəyişməzdir, Xüsusi var –
çünki Mahiyyət Dəyişməzdir, Fərdi var – çünki Mahiyyət Dəyişməzdir.
Mahiyyət
–
gerçəklikdən
artıqdır,
böyükdür,
yüksəkdir.
Var olmaq – Mahiyyətli olmaqdır, yəni Gerçəkliyi ötməkdir.
EVLADIM ÜSTÜNÜN “ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ” BARƏDƏ
I.Ölümə inanmıram. Atanda mahiyyətcə nə vardısa səndə, bacında,
qardaşında yaşayacaq.
Ruhani Atana layiq olduğun dərəcədə cismani Atanın xatirəsinə layiq
olacaqsan.
II.Sadiq – Üstünün əri, ruhani qardaşı, həm də ruhani balası...
Üstün – Sadiqin arvadı, ruhani bacısı, həm də ruhani balası.
III.Üstünün Evladlıq Mahiyyətinə Ata tam inanır – ən gözlənilməz
Təzahür nöqsanlarından artıq.
IV.Ruhani Biçim məsələsini Ata Üstünə həvalə eləyir; Üstünü bu Böyük
Əmələ layiq sayır.
V.“Özüylədöyüş dəftəri”ndə Üstün “Mən kiməm?” sualına cavab tapsın,
“Mən necə olmalıyam?” Yoluyla Kamilliyə Yüksəlsin.
Yükümüzdən böyük Fərəhimiz Yoxdur!
HƏQİQƏT
Yalnız Dəyişməyən – Var olur.
Yalnız Əbədi – Var olur.
Yalnız Sonsuz – Var olur.
Gerçəklikdə Dəyişməyən Yoxdur.
Əbədi olan yoxdur, Sonsuz olan yoxdur.
Bu səbəbdən gerçəklik Var olmur.
Mahiyyət Dəyişməzdir, Əbədidir, Sonsuzdur – bu səbəbdən də yalnız
Mahiyyət – Var olandır.
Dünyada Dəyişməz, Əbədi, Sonsuz nə varsa – o, Mahiyyətdir.
Dünyada Dəyişkən, Keçici, Sonlu nə varsa – o, Gerçəklikdir.
20 Arzu günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Bilik – İdrakın nəticəsi deyil, Başlanğıcıdır –
İdrakın Nəticəsi Mahiyyətin dərkidir – Bilikdən artıq olan.
279
DİALEKTİKA ÖLÜMÜ
Həyatı Ölümdən asılı eləyirlər – ölümü həyatlaşdırırlar.
HƏQİQƏT
İdealizmdə Həqiqət Müqəddəsləşir.
Materializmdə Həqiqət Hərcayiləşir.
HƏQİQƏT
Platon və Hegel Mahiyyəti İdrakla (Zəkayla) bərabərləşdirməkdə səhv
eləyirdilər: Mahiyyət Dünyanın Özüdür və bu səbəbdən də İdrakdan
kənarda mövcuddur.
Materialistlər Mahiyyəti gerçəkləşdirirdilər, yəni əslində Yox eləyirdilər.
HƏQİQƏT
Platon əslində Mahiyyətdən başqa Varlıq tanımır, Gerçəkliyi Varlıq
saymır, bu səbəbdən də o, Dualist deyil, Monistdir – yəni İkidünyalı deyil
– Birdünyalıdır.
HƏQİQƏT
Ağıl görəni – Göz görmür.
Göz görəni – Ağıl görmür.
Ağıl üçün Gerçəklik Yoxdur – Yoxu görməzlər.
Göz üçün Mahiyyət Yoxdur – Yoxu görməzlər.
HƏQİQƏT
Materializm Fəlsəfəni Həqiqətdən məhrum etdi.
HƏQİQƏT
Mahiyyətdə Dialektika (Dəyişkənlik, Ziddiyyət, Əksliklərin Vəhdəti) ax-
tarmaq – Mahiyyəti Gerçəkliklə bərabərləşdirməkdir, yəni əslində Mahiy-
yəti öldürməkdir ki, Hegelin ən böyük bəlası elə bundadır.
21 Ümid günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Xeyirin Şərə keçməsi – Şərdir.
Şərin Xeyirə keçməsi – Şərdir.
HƏQİQƏT
Gerçəklik – Mənadan ayrılıb, bu səbəbdən də gerçək Məna gerçəkliyi
ötür.
280
FƏRQ
Gerçəklik – Məna Həddi.
Mahiyyət – Məna Hədsizliyi.
22 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Hədsizlik – Müəyyəndir, çünki Mütləqdir.
Hədd – Qeyri-Müəyyəndir, çünki Nisbidir.
HƏQİQƏT
Var olmaq – Mahiyyət Hədsizliyi.
Yox olmaq – Gerçəklik Həddi.
VƏZİYYƏT
Dünyanı eşidəndə – Dünya bizi eşitməyib;
Dünyanı eşitməyək ki, Dünya bizi eşitsin.
HƏQİQƏT
“Şər olmasa Xeyir olmaz!” – deyirlər.
“Şər olmasa Xeyir olar!” – demək gərək.
“Şər olduğu üçün Xeyir olmur!” – demək gərək.
HƏQİQƏT
Gerçəklikdən Yüksəyə qalxmaq – Var olmaq.
Gerçəkliyə Bərabər olmaq, – Gerçəklikdən Aşağı olmaq –
Yox olmaq.
HƏQİQƏT
Gerçəklik səviyyəsində Əxlaq – Əxlaqsızlıqdır.
Gerçəklik səviyyəsində İdrak – İdraksızlıqdır.
Gerçəklik səviyyəsində İnam – İnamsızlıqdır.
Gerçəklik səviyyəsində Mənəviyyat – Mənəviyyatsızlıqdır.
Gerçəklik səviyyəsində İradə – İradəsizlikdir.
HƏQİQƏT
Cənnət-Cəhənnəm – Yer mahiyyətsizliyi.
HƏQİQƏT
“Xeyir olmasa – Şər olmaz!” – deyirlər.
“Xeyir olsa – Şər olmaz!” – demək gərək.
281
HƏQİQƏT
Bir səbəb-nəticə əlaqələri var: Mahiyyət – Gerçəklik.
Qalanları Fatalizmdir – Qismətçilikdir.
23 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
İnsani ömür – əslində həyatla döyüşdür və son nəticədə ölümdən son-
ra həyat üzərində qələbədir.
MÜASİR SEVGİ
Heyran olur ki, heyvan olsun!
HƏQİQƏT
Çılpaq Həqiqət olmur – çünki Həqiqətin Geyimə ehtiyacı olmur.
HƏQİQƏT
Dünya səviyyəsindən Həqiqəti görmək olmaz.
Dünya yalan səviyyəsindədir, Həqiqət səviyyəsinə çatmayıb...
“ATA GÜNÜ” MƏRASİMİ HAQQINDA
I. Mərasim üç hissədən ibarət olur:
1. Evlad qəbulu; 2. Evlad Sözü; 3. Ata Sözü – Ruhani Sənədlərin
oxunması.
II. Mərasimin Yazısı Evladım Göytəkinə tapşırılır.
III. Yazının ilk variantı Ata Ayının 9-da Ataya təqdim olunur.
24 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Ziddiyyətli Yoxluq – Bütöv Varlıq.
29 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Bədən qədər keçici gerçəklik.
Ruh qədər Əbədi Mahiyyət.
30 Mərhəm günü, Qürub Ayı, 12-ci il. Bakı.
EVLADIM SOYLUNUN ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ
HAQQINDA
Ömür Mütləqilik üstə köklənib – həmişəlik.
31 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı.
282
HƏQİQƏT
Müdrik – Mənaçı.
Naşı – Gerçəkçi.
HƏQİQƏT
Dünyaya vaxtından əvvəl gəlmək – mahiyyətcə vaxtında gəlməkdir və
əksinə.
HƏQİQƏT
Gerçəkliyə uyğun olan Yalan.
Mahiyyətə uyğun olan Həqiqət.
HƏQİQƏT
Əzəli, Əbədi Yalan olmur – Həqiqət olur.
Ötəri, Sonlu Həqiqət olmur – Yalan olur.
HƏQİQƏT
İnsanın Mahiyyətində Heyvanilik yoxdur.
Bu səbəbdən Heyvanilik İnsanın Yoxluğudur.
Heyvaniliyini öldürməyən – var olmur.
HƏQİQƏT
Şərqin Avropadan təcrid olunması haqqında əsrlər boyu bağırıblar,
Avropanın Şərqdən təcrid olunması haqqında heç nə demirlər. Əsl
fəlakət isə bundadır.
HƏQİQƏT
Cəmiyyətçi – Yalançı.
Ruhaniyyatçı – Həqiqətçi.
2 İnam günü, Ata Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Qorxmaz – Qorxuya qələbə çalan.
Qorxaq – Qorxuya məğlub olan.
DÜNYA
Gerçəklik Zülməti.
Mahiyyət İşığı.
HƏQİQƏT
Tale – gerçəklik Yalanı.
283
HƏQİQƏT
Məhəbbət – Mənaçılıq.
FƏRQ
Şəhvət – Həyat Yükü.
Məhəbbət – Amal Yükü.
3 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı.
FƏRQ
Zərdüşt İnam yaradırdı – Bəşər üçün.
Makedoniyalı İsgəndər İmperiya yaradırdı – özü üçün.
5 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı.
EVLADIM ELLİNİN “ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ” HAQQINDA
I. Özüylədöyüş Ruhani Fərəh Yoludur...
Elli Yolun başlanğıcındadır.
Özüylədöyüşdə İnam da, İdrak da, Mənəviyyat da, İradə də iştirak
etməlidir.
Elli Qorxunu İdrakın süzgəcindən keçirir, onu təhlil eləyir, çeşidləşdirir
ki, – Yox etsin.
II. Məsuliyyət – Qorxmazlıqdır – yəni İradənin Qorxu üzərində
Qələbəsidir.
III. Qorxuda – İnsanilik Yox olur, bu səbəbdən də Qorxudan azad
olmaq – Var olmaqdır.
Qaranlıqlar Yarılsın!
EVLADIM AMANDA
Yurdumuz Yaman gündədir – ona Amand olmalıyıq: İnam Amandı,
İdrak Amandı, Mənəviyyat Amandı, İradə Amandı.
İnamsızlıqdan, İdraksızlıqdan, Mənəviyyatsızlıqdan, İradəsizlikdən
Amand umurlar Bugünkülər – Amandsızlar.
Şərq özündən ayrılıb – Qərb Ruhsuzdur.
Təqlidçilik,
Rəiyyətçilik,
Həşirçilik
–
Uçurumundadır
camaat.
Mütləq İnam gərəkdir, Kamil İnsan gərəkdir, Müstəqil Vətən gərəkdir,
Ruhani
Cəmiyyət
gərəkdir,
Özümlü
Şərq
gərəkdir
Xalqa.
"Amand" adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Yükümüzdən böyük Fərəhimiz yoxdur.
6 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatdakı adı Mirəli idi. Ocaqdan çıxdı).
284
HƏQİQƏT
Zəruriyyət – Gerçəklik həddi.
Azadlıq – Mahiyyət Hədsizliyi.
HƏQİQƏT
Mütləq Zəruriyyət olmur.
Nisbi Azadlıq olmur.
7 Qismət günü, Ata Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Azad Bədən olmur – Azad Ruh olur.
HƏQİQƏT
Azad Nisbi olmur – Azad Mütləq olur.
HƏQİQƏT
Azad Adam olmur – Azad İnsan olur.
HƏQİQƏT
Azadlıq – Gerçəkliyi ötmək.
Əsarət – Gerçəkliklə barışmaq.
HƏQİQƏT
Azadlıq – Zəruriyyətdən İmtina.
HƏQİQƏT
Azad Yalan olmur – Azad Həqiqət olur.
HƏQİQƏT
Xalq – Fərd Azadlığı.
Cəmiyyət – Fərd Əsarəti.
HƏQİQƏT
Heyvanilik – Əsarətdir.
Bu səbəbdən də Azad Heyvanilik olmur.
HƏQİQƏT
Qəbahət – əsarətdir. Bu səbəbdən də Azad Qəbahət olmur.
HƏQİQƏT
Cinayətkarlıq – Əsarətdir. Bu səbəbdən də azad cinayət olmur.
285
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1.“Fikir Evi”ni yaratmağın vaxtı çatıb.
2. Camaatla daha geniş təmasın vaxtı çatıb.
3. Rəmzləşmənin, Bayraqlaşmanın vaxtı çatıb.
4. Mütləq Əxlaq İdeyasını Mütləq Həqiqət səviyyəsində öyrənməli.
5. Özüylədöyüşün Özünəsahibolma səviyyəsi yaranmalı.
Nurlanın – Nurlandırın!
8 Murad günü, Ata Ayı, 12-ci il. Bakı.
FƏRQ
Siyasət – cəmiyyətçilik.
Ruhaniyyat – İnsançılıq.
HƏQİQƏT
Əxlaq – Azadlıqdır, Əxlaqsızlıq – Əsarət.
9 İnam günü, Ata Ayı, 12-ci il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Özümlüm – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
EVLADIM HAQLININ ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Haqlım – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
EVLADIM QALİBİN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Qalibim – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
EVLADIM DAĞTƏKİNİN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Dağtəkinim – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
EVLADIM ODTƏKİNİN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Odtəkinim – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
EVLADIM NURANDIN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Böyüyür Nurandım – Ataya Böyük Evlad olur.
Hökm: Özüylədöyüşün Özünüdəyişməyə bərabər olsun.
286
HƏQİQƏT
İnciklik – Doğmalıq Nisbiliyidir – aradan qaldırılmasa –
Yadlığa keçən. 10 Arzu günü, Ata Ayı, 12-ci il. Bakı.
FƏRQLƏR
Həsəd – Kin yaradır.
Qibtə – Təəssüf yaradır.
Heyrət – Fərəh yaradır.
12 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı.
GÖYLÜNÜN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Əzabın Mənasına çatmaq – Fərəhə çatmaqdır.
Göylü Məna Yolundadır – Fərəhə çatacaq.
19 Dözüm günü, Ata Ayı, 12-ci il. Bakı.
GÖYTƏKİNİN EVLAD DƏFTƏRİ HAQQINDA
Göytəkinin Dəftəri – İzhardır – Özüylədöyüş deyil.
Özüylədöyüşdə – naqisliklər ömürdən silinməlidir.
İzhar – səmimidir, mənalıdır, genişdir – Özüylədöyüşə ruhani
hazırlıqdır.
20 Mərhəm günü, Ata Ayı, 12-ci il. Bakı.
EVLADIM ƏSİLİN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Müqəddəs Yolun Müqəddəs Səyi – Ucalığı, Fərəhi – Kamilliyə aparan.
Özüylədöyüşün Nəticəsi – Sabahlıq.
Əsil Yolçudur – Məhəbbətli, Ehtizazlı, Əməlli...
Mənəviyyat Güzgüsü yaranmalı Dəftərdən – Ruhani Silah.
EVLADIM YÜKSƏYİN ÖZÜYLƏDÖYÜŞÜ HAQQINDA
Yüksək – özüylədöyüşün ilk pilləsindədir.
O – təzə pillələrə yüksələcək və İnsanlığa çatacaq.
EVLADIM HALALIN ÖZÜYLƏDÖYÜŞ DƏFTƏRİ HAQINDA
Özüylədöyüş dəftəri yoxdur – özüylədöyüş dəftərinə hazırlıq var.
23 İnam günü, Ata Ayı, 12-ci il. Bakı.
YARDIMLIDA ATAYLA GÖRÜŞ
Təbiilik, Səmimilik, Müqəddəs Heyrət Birliyi yarandı Görüşdə.
Evladım İşıqlının Əməli Təqdir olunur.
(Qeyd: İşıqlı – Səxavət...).
287
HƏQİQƏT
Həyatın Ölümdən başqa Zirvəsi yoxdur.
Amal Həyat Zirvəsini aşır.
HƏQİQƏT
Mütləqilik – Azadlıq.
Nisbilik – Əsarət.
Məna – Azadlıq.
Təzahür – Əsarət.
Dostları ilə paylaş: |