HƏQİQƏT
Təmənnasızlığın təmənnası – Məhəbbət.
HƏQİQƏT
Konkret Həqiqət – əslində Həqiqətsizlikdir.
Keçici Həqiqət olmur, əbədi Həqiqət olur.
HƏQİQƏT
Ehkamın İnkarı – Dəyişməzliyin inkarı deyil, Yalanın inkarıdır;
Həqiqət də dəyişməzdir – inkar edilməz dərəcədə.
HƏQİQƏT
Həqiqi – İnkaredilməzdir.
İnkar olunan – Qeyri-Həqiqidir.
Qeyri-Həqiqi – Heçdir.
İnkar olunan – Heçdir.
HƏQİQƏT
Durğunluq – Yalan tərəqqisi.
HƏQİQƏT
Hər dövrün öz həqiqəti var – deyirlər.
Hər dövrün öz Yalanı var – Həqiqət Birdir! – demək gərək.
Hər cəmiyyətin öz həqiqəti var – deyirlər.
Hər cəmiyyətin öz Yalanı var – Həqiqət Birdir! – demək gərək.
Hər şəraitin öz həqiqəti var – deyirlər.
Hər şəraitin öz Yalanı var – Həqiqət Birdir! – demək gərək.
Yalan dəyişilir – Həqiqət dəyişmir.
263
HƏQİQƏT
Həqiqəti – İnkar etmək olmaz.
Yalanı – İnkar etməmək olmaz.
Həqiqəti İnkar edən – İnkarçıdır.
Yalanı İnkar edən – Doğruçu.
FƏRQLƏR
Monarxiya – camaata inanmır, Hakimə inanır.
Demokratiya – Hakimə inanmır, camaata inanır.
Atalıq – Evladlara inanır, Ataya inanır.
HƏQİQƏT
Xalqın taleyini camaata tapşırmaq olmaz.
Cəmiyyətə tapşırmaq olmaz.
Ruhaniyyata tapşırmaq olar.
14 Murad günü, Çiçək Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Ruhaniyyat maddiyyatla ölçüləndə – ləyaqətsizləşir.
HƏQİQƏT
“Müəyyən səbəbdən müəyyən nəticə hasil olur” – deyirlər –
səbəbi buxovlayırlar, nəticəni buxovlayırlar.
Əslində Səbəblər əlvandır, nəticələr əlvandır.
16 Arzu günü, Çiçək Ayı, 12-ci il. Bakı.
HERAKLİTƏ QARŞI
“Eyni çaya iki dəfə girmək olmaz.
Hər çaya yalnız bir dəfə girmək olar”.
Dəyişən yox olur.
Yalnız Dəyişməyən var olur.
FÜZULİ ŞEİRİ
Qəzəl biçimində Bayatılar.
HƏQİQƏT
Dialektika – Dünyanı mexanikləşdirir, onu labüd qanunlar çərçivəsinə
salır; Dünya mahiyyətcə çərçivə tanımır.
Dialektika – Həyatı mexanikləşdirir, onu labüd qanunlar çərçivəsinə
salır; Həyat mahiyyətcə çərçivə tanımır.
Dialektika – İnsanı mexanikləşdirir, onu labüd qanunlar çərçivəsinə
salır; İnsan mahiyyətcə çərçivə tanımır.
264
CƏNUBİ AZƏRBAYCAN PROBLEMİNİN HƏLLİ YOLLARI
Birinci mərhələ: İrandan ayrı, SSRİ-dən ayrı, İslamdan ayrı, Kommu-
nizmdən ayrı – Müstəqil, Vahid Azərbaycan ideyasını yaymaq.
İkinci mərhələ: Müştərək İnam, İdrak, Mənəviyyat, İradə Əməlləri.
Üçüncü mərhələ: Birləşmə.
HƏQİQƏT
Həyat – müxtəlif ikiliklər cəmidir.
Ali Həyatda – ikilik aradan qalxır.
HƏQİQƏT
Dialektika – Yoxluq fəlsəfəsi.
HƏQİQƏT
Gerçək Həqiqət – Gerçəklikdən üstün olur.
18 Dözüm günü, Çiçək Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Naqis Adam – natam İnsandır.
Kamil İnsan – Bütöv İnsandır.
Bütöv olmaq üçün – Adam Kamilliyə çatmalıdır – İnsan olmalıdır.
19 Mərhəm günü, Çiçək Ayı, 12-ci il. Bakı.
HƏDSİZLİK
Kamilliyi hədd sayırlar – əslində isə o, Başlanğıcdır.
FƏRQ
Avantürist – gerçəkliyi görmür.
Mütləqçi – gerçəkliyin Fövqünə qalxır.
Təslimçi – gerçəkliyə uyğunlaşır;
Mütləqçi – gerçəkliyi Yüksəldir.
TƏQDİR
Evladım Doğmanın yaratdığı Fikir Evi Təqdir olunur.
Nur aparıb – Uğur gətirsin.
20 Qismət günü, Çiçək Ayı, 12-ci il. Bakı.
EVLADIM İŞIQÇIYA
İşıqçılıq yarandı Amalımızdan – İşıqçılıq Borcu, Əməli.
Zülmətçidirlər Bugünkülər – çünki Amalsızdırlar, İnamsızdırlar – Zülməti
qoruyurlar, Zülmətdə qovrulurlar.
265
İşıqçılarıq – çünki Mütləqçilərik, Müqəddəsçilərik.
İşıqçı İdrakına Sahibik.
İşıqçı Mənəviyyatına Sahibik.
İşıqçı İradəsinə Sahibik.
İşıq gətirənik, İşıq qoruyanıq, İşıqçıyıq – Aqibətimiz Budur, Mahiyətimiz
Budur.
“İşıqçı” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
26 Mərhəm günü, Çiçək Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Rabil idi. Ocaqdan çıxdı).
EVLADIM UĞURA
Uğursuzdurlar – çünki Nursuzdurlar.
İnam Nurundan məhrumdurlar.
İdrak Nurundan məhrumdurlar.
Mənəviyyat Nurundan məhrumdurlar.
İradə Nurundan məhrumdurlar.
Uğurluyuq – çünki Nurluyuq.
İnam Nuruyla Uğurluyuq.
İdrak Nuruyla Uğurluyuq.
Mənəviyyat Nuruyla Uğurluyuq.
İradə Nuruyla Uğurluyuq.
Nur aparıb Uğur gətiririk.
“Uğur” adını sənə halal eləyirəm.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Hüsaməddin idi. Ocaqdan çıxdı).
EVLADIM ULUSLUYA
Suyumuz Uludur – Zərdüşt Bulağından gəlir,
Babək Bulağından gəlir,
Qorqud Bulağından gəlir,
Nəsimi Bulağından gəlir,
Füzuli Bulağından gəlir,
Muğam Bulağından gəlir,
Saz Bulağından gəlir.
İnam Suyu içmişik, İdrak Suyu içmişik, Mənəviyyat Suyu içmişik, İradə
Suyu içmişik.
266
Suyumuzda İşıq var. Suyumuzdan İşıqlanmışıq – İşıqlanacaq ömürlər.
Ulu Suyumuzdan içəcəklər nəsillər, ölkələr – Ulu Suluyuq – Ulusluyuq.
“Uluslu” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Rəsulağa idi. Ocaqdan çıxdı).
EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ
“FİKİR EVİ”nin QARDAŞLARINA – BACILARINA
Asan Yol seçməyin – Çətin Yol seçin!
Yaxın Yol seçməyin – Uzaq Yol seçin!
Mütləqə İnanın, İnandırın – Yurdumuzun, Şərqimizin, Dünyamızın xi-
lası bu İnamdadır.
Özünüzlə Döyüşün, Başqalarını özüylədöyüşə çağırın – Yurdumuzun,
Şərqimizin, Dünyamızın xilası bu Döyüşdədir.
Ruhani Cəmiyyət Haqqını tanıyın, tanıtdırın – Yurdumuzun, Şərqimizin,
Dünyamızın xilası bu Haqdadır.
Müstəqil Vətən Haqqını tanıyın, tanıtdırın – Yurdumuzun, Şərqimizin,
Dünyamızın xilası bu Haqdadır.
Özümlü Şərq Ləyaqətini tanıyın, tanıtdırın – Yurdumuzun, Şərqimizin,
Dünyamızın xilası bu Ləyaqətdədir.
Gerçəkliyi ötün ki, Həqiqətə çatasınız.
Bacınız Doğmaya inanın – onun Ürəyi, Ağlı, Yolu – düzdür.
Ürəyinizdə Günəş olsun – onda ən soyuq havada belə üşüməzsiniz.
Daxilinizdəki Mütləq sizə Yar olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
27 Qismət günü, Çiçək Ayı, 12-ci il. Bakı.
“YAS GÜNÜ” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəs Kədər Ruhunda keçdi.
Təşkilatçılıq səviyyəsi, İzhar Ləyaqəti Yüksək idi.
Nöqsan: Vaxt Mütləqiliyinin pozulması.
SUMQAYITDA ATAYLA GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
Evladım Soylunun fədakar, inadlı, ardıcıl Əməli Təqdir olunur.
7 Arzu günü, İşıq Ayı, 12-ci il. Bakı.
267
“EVLAD GÜNÜ” MƏRASİMİ HAQQINDA
1.“Evlad Günü” Ata Sözüylə başlayır, Evlad Qəbuluyla davam eləyir,
Ruhani Sənədlərin oxunuşuyla başa çatır.
2. “Evlad Günü”ndə Evladlar danışmır.
3. Gedişatın Yazısı Fərəhə tapşırılır.
Yazı İşıq Ayının 18-də Ataya təqdim edilir.
8 Ümid günü, İşıq Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Zaman Həddində Var olmaq olmaz – Yox olmaq olar.
Mühit Həddində Var olmaq olmaz – Yox olmaq olar.
Şərait Həddində Var olmaq olmaz – Yox olmaq olar.
Var olmaq üçün Zaman Həddini aşmaq gərək, Mühit həddini aşmaq
gərək, Şərait Həddini aşmaq gərək.
HƏQİQƏT
Şər – Xeyirin Nisbiliyi.
Şübhə – İnamın Nisbiliyi.
Yoxluq – Varlığın Nisbiliyi.
VƏZİYYƏT
Prezidentlik – Xalqın Atasızlığı deməkdir əslində.
Atanı – seçmirlər, müxtəlif Atalar olmur, müəyyən dövr Atası olmur,
təzə Atalar olmur.
HƏQİQƏT
Əgər Qorxmazlığın Mütləq deyilsə – Qorxaqsan.
Əgər Ədalətin Mütləq deyilsə – Ədalətsizsən.
Əgər Həqiqətin Mütləq deyilsə – Yalançısan.
12 Murad günü, İşıq Ayı, 12-ci il. Bakı.
YOXLUQ TƏLİMİ
Dialektika Mütləq tanımır, bu səbəbdən də Varlıq tanımır.
Dialektika Yoxluq təlimidir.
HƏQİQƏT
Dialektika nə tam İnkardır, nə tam Təsdiq.
Nə tam Əlaqədir, nə tam Əlaqəsizlik.
Nə tam Vəhdətdir, nə tam Vəhdətsizlik.
Dialektika – ardıcıl, çevik Əsassızlıqdır.
13 İnam günü, İşıq Ayı, 12-ci il. Bakı.
268
15 nömrəli FƏHLƏ YATAQXANASINDA GÖRÜŞ
Təşkilatçılıq yox dərəcəsində olsa da – Ruhani İş görüldü.
14 Arzu günü, İşıq Ayı, 12-ci il. Bakı.
MİNGƏÇEVİRDƏ ATAYLA GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
Evladım Bağbanın Yüksək Əməli Təqdir olunur.
28 Arzu günü, İşıq Ayı, 12-ci il. Bakı.
EVLADIM NURANDA
Andsızdırlar Bugünkülər – çünki İşıqsızdırlar.
Amal andlıyıq, İdrak andlıyıq, Mənəviyyat andlıyıq, İradə andlıyıq – Nur
andlıyıq.
Andsızdırlar Bugünkülər – Adsızdırlar.
Dönürlər – Ölmürlər.
Andlıyıq – Adlıyıq.
Öz İşığımızla İşıqlanırıq.
“Nurand” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Daxilindəki Mütləq sənə Yar olsun.
Qaranlıqlar Yarılsın!
31 Mərhəm günü, İşıq Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Ən kədərli musiqi belə – Bayramdır.
Musiqi olmasaydı – Matəm dünyanı bürüyərdi.
5 Ümid günü, Şölə Ayı, 12-ci il. Bakı.
“RUHANİ TƏŞKİLATÇILIQ” MƏRASİMİ
I. Mərasim Üç hissədən İbarət olur:
1. Ata Sözü. 2. Əsilin və Evladların Sözü. 3. Ruhani Sənədlərin
oxunması.
II. Mərasimin Yazısı Əsilə tapşırılsın.
18 Arzu günü, Şölə Ayı, 12-ci il. Bakı.
EVLADIM ULUYOLA
Yolumuz Uludur: Zərdüşt Yolluyuq, Babək Yolluyuq, Qorqud Yolluyuq,
Nəsimi Yolluyuq, Füzuli Yolluyuq, Muğam Yolluyuq, Saz Yolluyuq.
Yolsuzdurlar Bugünkülər: İnamsızdırlar, İdraksızdırlar,
Mənəviyyatsızdırlar, İradəsizdirlər.
269
“Uluyol” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Daxilindəki Mütləq sənə Yar olsun.
Qaranlıqlar Yarılsın!
5 Mərhəm günü, Od Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Rasim idi. Ocaqdan çıxdı).
EVLADIM ELLİYƏ
Elsizdirlər Bugünkülər – bu səbəbdən də Özümsüzdürlər. –
İnamsızdırlar – bu səbəbdən də Mütləqsizdirlər.
İdraksızdırlar – bu səbəbdən də Həqiqətsizdirlər.
Mənəviyyatsızdırlar – bu səbəbdən də Amalsızdırlar.
İradəsizdirlər – bu səbəbdən də Əməlsizdirlər.
Elliyik – İnamlıyıq, Amallıyıq.
“Elli” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun.
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı Şükür idi. Ocaqdan çıxdı).
EVLADIM BİLƏNƏ
Naşıdırlar bugünkülər – İnamı Bilmirlər, Amalı Bilmirlər, Mütləqi Bil-
mirlər.
İdraksızdırlar – İdrakı Bilmirlər.
Mənəviyyatsızdırlar – Mənəviyyatı Bilmirlər.
İradəsizdirlər – Əməli Bilmirlər.
Gerçəkliyi ötmürlər – Gerçəkliyi Bilmirlər.
Bilənik – Sabahlıyıq.
“Bilən” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun.
6 Qismət günü, Od Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Elman idi. Ocaqdan çıxdı).
“RUHANİ TƏŞKİLATÇILIQ” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəsliyə yaradı – Evlad Ləyaqəti təsdiq olundu.
Əsilin Sözü Təqdir olunur.
Nöqsan: Toplanış İntizamının pozulması.
270
HƏQİQƏT
Dövlət İqtisadiyyatı yox, Bazar İqtisadiyyatı yox – Əməkçi İqtisadiyyatı
Gərək.
VƏZİYYƏT
“Çox işləyən – çox qazanar!” iddiasında Murdarlıq var. Təkcə qazanc
üçün işləməzlər – Ruhani ləyaqət – özünütəsdiq üçün işləyərlər.
VƏZİYYƏT
Sosializmdə Əməkçi özünə xidmət eləmir – Dövlətə xidmət eləyir.
Kapitalizmdə Əməkçi özünə xidmət eləmir – Bazara xidmət eləyir.
Ruhani cəmiyyətdə – Əməkçi özünə xidmət eləməlidir – öz maddi
müstəqilliyinə, mənəvi ləyaqətinə.
HƏQİQƏT
Nə sosializm, nə kapitalizm – İnsani cəmiyyət!
Nə marksizm, nə qorbaçovşina – Mütləqçilik!
MÜTLƏQ İNAM
Dünyanın Mahiyyətini Mütləq saymaq –
Dünyanı yaradan Allaha inanmamaq.
Həyatın Mahiyyətini Mütləq saymaq –
Həyatı yaradan Allaha inanmamaq.
İnsanın Mahiyyətini Mütləq saymaq –
İnsanı yaradan Allaha inanmamaq.
Nisbini heç saymaq – Yalnız Mütləqə inanmaq.
Mütləqləşmək.
14 Murad günü, Od Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Adamdan İnsan olur, İnsandan Adam olmur.
30 Arzu günü, Od Ayı, 12-ci il. Bakı.
VÜQAR
İradənin qapısını zamanın üzünə bağlamaq.
HƏQİQƏT
Yalançılar Yoxsuldurlar, çünki Yalan Yoxluqdur.
Həqiqətçilər Varlıdırlar, çünki Həqiqət Varlıqdır.
31 Ümid günü, Od Ayı, 12-ci il. Bakı.
271
HƏQİQƏT
Əgər Zamandan ayılmamısansa – Yuxudasan.
Əgər Zamandan ayrılmamısansa – Yoxsan.
8 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı.
SAFRUHUN “ÖZÜYLƏ DÖYÜŞ KİTABI” HAQQINDA
1.Kitabı “Ağı” adlandırmaq gərək – Ağlaşma.
2.Safruh Bugünkülərin səhvini təkrarlayır. Atadan öyrənmək əvəzinə
– Atanı öyrətmək.
3.Safruh Ocağı tərk etsə: “Ocağa ziyan verdim” – deməsin.
Safruh Ocaqda qalsa: “Ocaqdan isinirəm” – desin.
4.Ata aldansaydı – Ocaq sönərdi. Ata sadəlövhlüyü əfsanədir – Şərin
yaratdığı.
Atanı aldadan olmayıb.
5.Mütləq İnamın Nisbiliyi – Yolsuzluqdur.
Ya İnsan Yolu yorur, ya Yol İnsanı.
6.Ataya qovuşa bilmədiyinə İnanıram – Atadan
nöqsan
yığmaq
cəsarəti bunu göstərir.
7.Atanın tərk etdiyi dünyadan çox danışılır kitabda gözəllik adıyla
– Ataya uzaq görünən.
8.Verilən sözə Əməl eləmək – Müqəddəs Ruhanilikdir, siyasətə yad –
siyasət – verilən sözə əməl eləməməkdir (“Muğam Fəlsəfəsi” kitabının
yazılması haqqında).
9.“Özüylə döyüş” kitabı deyil bu, Özünə Ağlamaq kitabıdır.
10.Dünyada yaxşı nə varsa – Müqəddəs Sözdən yaranıb, Evladlar
Müqəddəs Sözə yiyələnirlərsə – bu Sabahın bugündə yaranmasıdır –
Fərəhli.
Müqəddəs Sözə ağız Büzmək də – Bugünün dərsidir.
10 Qismət günü, Qürub Ayı, 12-ci il. Bakı.
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
HESABATI HAQQINDA
1. Ailənin Ruhani Biçimi tapılıb – onu zənginləşdirmək gərək.
2. Amallaşma – Gerçəkliyi ötmək, İnsanlaşma – Özünü ötmək,
Xalqlaşma – Xalqın özünü ötməsi Yoluyla irəliləməli.
3. “Fikir Evləri” yaradılmalı – Ailə Bayrağı, Kitabı – Ruhani Rəmzlər.
4. Bugünə Sabah İşığı salmaq – Fəallığın Müqəddəsçilik Səviyyəsinə
Yüksəlmək.
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
Nurlanın – Nurlandırın.
272
SADİQİN ÖZÜYLƏDÖYÜŞ ƏMƏLİ HAQQINDA
Xoşbəxtdir Sadiq – ikilikdən əsər-əlamət belə yoxdur daxilində.
HƏQİQƏT
Dialektika – Həyalı sofistika.
Sofistika – Həyasız dialektika.
11 Murad günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Gerçəkliyin yaratdığı Xülyadan böyük Xülya olmur əslində.
Gerçəkliyə uyğunlaşmaq – Xülyaya uyğunlaşmaq olur çox vaxt.
HƏQİQƏT
Təcrübə çox vaxt Yalanı təsdiq edir, Həqiqəti təsdiq etmir.
Bu səbəbdən də Təcrübəni Həqiqətin meyarı saymaq – Yalanı
Həqiqət saymaq deməkdir.
RƏQİBSİZLİK
Gerçəkliyi ötəni – Kim ötə bilər?
MÜDRİKLİK
Zəruriyyətə bağlanmamaq, Təsadüfə bel bağlamamaq.
14 Ümid günü, Qürub Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Gerçəklik adlanan Yoxluğa düşmüşük – bu səbəbdən də kədərliyik.
Mahiyyət adlanan Varlığa qovuşuruq – bu səbəbdən də Fərəhliyik.
HƏQİQƏT
Musiqi Mahiyyət çağırır – Gerçəklik adıyla.
Şeir Mahiyyət deyir – Gerçəklik adıyla.
Fəlsəfə Mahiyyət düşünür – Geçəklik adıyla.
HƏQİQƏT
Gerçəkliyi ötmədən – Mahiyyətə çatmaq, Həqiqətə yetmək olmaz.
Gerçəklik haqqında Həqiqət – Həqiqətsizlik haqqında Həqiqət
deməkdir.
HƏQİQƏT
Şübhə – Gerçəkliyə İnam.
İnam – Gerçəkliyə Şübhə.
273
HƏQİQƏT
Məxluq – Dünyanın sakini.
Adam – Dünyanın kirayəçisi.
İnsan – Dünyanın qəribi.
HƏQİQƏT
Gerçəklik – Mahiyyətə İstehza.
HƏQİQƏT
Gerçəklikdə Var olan – Yox olur.
Deməli Gerçəklik – əslində Yoxluqdur.
Gerçəkliyin Var olması – Yalandır əslində.
Gerçəkliyin Yalanı – Doğrudur, Doğrusu – Yalandır.
HƏQİQƏT
“Hər şey axır, hər şey dəyişilir!” – hər şey var olmur deməkdir əslində.
FƏRQ
Gerçəklik – Çay.
Mahiyyət – Dağ.
HƏQİQƏT
Gerçəklik – Dəyişkəndir, Mahiyyət – Dəyişməz.
Bu baxımdan Gerçəklik – Həqiqətsizdir; Gerçəklik haqqında Həqiqət
– Həqiqətsizliyin Təsdiqidir əslində.
HƏQİQƏT
Daimi Dəyişkənlik – Daimi Yoxluq deməkdir, əslində.
HƏQİQƏT
Çevik Həqiqət olmur – çevik Yalan olur.
HƏQİQƏT
Təqib – Təsdiq deməkdir.
İndiki “Qorxmazları” təqib eləmirlər – təsdiq eləmirlər.
HƏQİQƏT
Yalnız Mahiyyət – Zəruridir. Təzahürlərin hamısı Təsadüfidir.
274
FƏRQ
Şübhə – Təzahürdə ilişib qalır.
İnam – Mahiyyətə çatır.
HƏQİQƏT
İnsan – Mahiyyət Dağından qopub – Gerçəklik Dərəsinə düşən.
MƏQSƏD
Rəylər Qaranlığını Həqiqət İşığıyla Yarmaq.
HƏQİQƏT
Nisbi – Var olmaq olmaz, Müvəqqəti – Var olmaq olmaz; Mütləq – Var
olmaq olar, həmişəlik – Var olmaq olar.
Bu səbəbdən də gerçəkliyin Var olması Yalandır.
HƏQİQƏT
Var olan – Yox olmaz.
Gerçəklikdə elə Var olan Yoxdur ki, Yox olmasın.
Bu səbəbdən də gerçəklikdə Var olan Yoxdur.
15 Dözüm günü, Qürub Ayı, 12-ci il. Bakı.
Dostları ilə paylaş: |