HƏQİQƏT
Dünyalaşmağın yeganə Yolu – Özümləşməkdir.
FƏRQ
Azərbaycandan Məkkə yaratmaq lazımdır, İsveç yaratmaq lazım deyil.
8 Murad günü, Od Ayı, 11-ci il. Bakı.
YERİMİZ
Hökumət Yurdumuzun bir qarışına belə sahib deyil əslində; bu
səbəbdən də Yurdumuzun hər yerində Yerimiz var.
9 İnam günü, Od Ayı, 11-ci il. Bakı.
EVLADIM ÖZÜMLÜYƏ
Lənkərandakı “Xalq Cəbhəsi” qrupu haqqında Özümlünün təhlili
əsasında Qiymət.
1.Kiçik işlərə böyük inamları var, çünki əslində İnamsızdırlar.
2.Xalqı görmürlər – çünki daxili gözləri yoxdur.
3.Maddiyyatçılıq naşılığına pərçimləniblər.
4.İdrakca camaatdan fərqlənmirlər, bu cəhətdən də camaata gərək
deyillər.
5.Sabahları yoxdur – bu səbəbdən də Bugünləri də olmayacaq.
6.Mahiyyətcə kommunistdirlər – Qızışdıran – Qorxan.
7.Şöhrətdən başqa tanrıları yoxdur – çünki Amalsızdırlar.
239
8.Şərləşəcəklər – çünki Xeyirləri yoxdur əslində.
Lənkəranda Amal Bağı salın – qoyun camaat onun barından
bəhrələnsin.
11 Ümid günü, Od Ayı, 11-ci il. Bakı.
(Həyatda adı Rzayev Malik idi. Ocaqdan çıxdı.)
EVLADIM ÖZÜMLÜNÜN CƏNUBDAKI ATA AİLƏSİNİN
ƏMƏLİ HAQQINDA HESABATINA QİYMƏT
1.Özüylə döyüş Eşqləşir.
2.Ən gərgin, təhlükəli, əzablı məqamlara Daxili hazırlıq.
Gerçəklikdən artıq silahlanmaq.
3.Artmaq – Ağac-Ağac!
Nurlanın, Nurlandırın.
HƏQİQƏT
Müqəddəslik olmayan yerdə – Qələbə yoxdur.
15 Murad günü, Od Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Ocaqsız yaşaya bilən – Ocaqda yaşaya bilməz.
30 İnam günü, Od Ayı, 11-ci il. Bakı.
EVLADIM ULUYOLA
Yolumuz Uludur – çünki İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq, İradəli-
yik.
Yolsuzdurlar – bu səbəbdən də Ulusuzdurlar.
Ulu Yolla Müqəddəsliyə doğru gedirik.
“Uluyol” adını sənə halal eləyirəm.
Daxilindən başlayır Uluyol, – Amallaşır, Sabahlaşır.
Müqəddəslik Suyunda durulacaq qanlı-qadalı dünya.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
1 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı İlqar idi. Ocaqdan çıxdı).
VƏZİYYƏT
Cəmiyyətləşən Mülkiyyət – Mülkiyyətsizlikdir.
Cəmiyyətləşən İnsan – İnsansızlıqdır.
ANTİEHKAM ƏLİFBASI
İctimai Fərd olmur, ictimai Şəxsiyyət olmur – İctimai İnsan olmur.
240
VƏZİYYƏT
İctimai Mülkiyyəti xüsusiləşdirirlər–Yoxdan Var yaradırlar Allahsızlar.
2 Dözüm günü, Qürub Ayı, 11-ci il. Bakı.
SAFRUHA
Müqəddəs “Ata Günü” Mərasimi –
1.Əsilin səsində Ata Ricasıyla açılır;
2.Müqəddəs Yığımla başlanır – Safruhun Ataya Ruhani Kitabların
Təqdimiylə davam edir;
3.Evladların Ata haqqında Sözüylə artır;
4.Ata Sözüylə Kəlamlaşır;
5.Evlad Qəbuluyla Andlaşır;
6.Ruhani Sənədlərin oxunmasıyla başa çatır.
II.Mərasimin son yazısı bu ayın 15-də Ataya təqdim olunur.
Qaranlıqlar Yarılsın!
3 Mərhəm günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Əgər Göy olmasaydı, İnsanlar Yerdə Göyərməzdilər.
4 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Doğma Hakim olmur, Yad Ata olmur.
6 İnam günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Rütbəsizlər üstünlüyü, Vəzifəsizlər üstünlüyü, Vəsiqəsizlər üstünlüyü.
HƏQİQƏT
Gerçəkliyin Tələbi – Mütilik.
Gerçəklikdən Tələb – Vüqar.
HƏQİQƏT
Dövrandan asılı olmadığın dərəcədə özünsən.
Dövrandan asılı olduğun dərəcədə özgəsən.
HƏQİQƏT
Məna Birdir – Mənasızlıq Min.
11 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
241
XƏLQİ YÖN
Təcriddə təmizlənmək.
HƏQİQƏT
Sonlu – müəyyən deyil, yalnız sonsuz müəyyəndir.
Keçici – müəyyən deyil, yalnız əbədi müəyyəndir.
Qeyri-kamil – müəyyən deyil, yalnız kamil müəyyəndir.
12 Murad günü, Qürub Ayı, 11-ci il. Bakı.
MƏQSƏD
İqtisadi Azadlıq – Əməkçi Mülkiyyəti.
İctimai Azadlıq – Fərdi Özünüidarə.
Siyasi Azadlıq – Atalıq.
Milli Azadlıq – Müstəqil Vətən.
HƏQİQƏT
Adi məna olmur. Mənalar hamısı qeyri-adidir.
Adi Təzahürlər olur.
HƏQİQƏT
Sonsuzluq olmasaydı – Sonlu olmazdı.
Əbədilik olmasaydı – Keçici olmazdı.
Kamillik olmasaydı – Qeyri-kamillik olmazdı.
Əvvəl Məna yaranır, sonra Təzahür – Təzahür Mənaya çatmır.
Məna – İlahidir, Təzahür gerçək.
Məna gerçəklikdən artıqdır.
15 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİ HAQQINDA
1.Ruhani Nitq Yetkinliyi artır, kal meyvələr dərilmir.
2.Özüylədöyüş dərinləşir, güclənir.
3.Ailənin Müqəddəslik Mahiyyəti qorunur – hərcayiliyə yol verilmir.
Zəruri Təkmilləşmə
1.Özüylə Döyüş çeşidlənsin; Bir Duyğu ətrafında cəmləşsin, onu
aradan qaldırandan sonra Başqa Duyğuyla döyüş başlansın: məs., Qorxu
Duyğusundan sonra Xudbinlik və s...
Hər Ailə günü Bir Duyğuyla döyüşə həsr edilsin.
2.Hər Ailə günü – Amalımızın Bir İdeyasına həsr olunsun – İdeyalar
Bir-Bir öyrənilsin – Müqəddəs Kitablar əsasında...
Müqəddəsatdan hissələr oxunsun, Təhlil edilsin, İdraka, Duyğuya həkk
olunsun...
242
Ruhani Hökmlər öyrənilsin.
3.Camaatla Təmas üçün Ruhani Söhbətlər Biçimindən istifadə olun-
sun.
Müəssisələrə Yol açılsın.
Camaatın yanına Müqəddəs Kitablarla silahlanmış halda getməli,
Kəlamlardan zəngin istifadə etməli, oxumalı.
İslamçılara Mütləqə aid Ata Sözü çatdırmalı.
4.Bayrağımız Ailənin başı üstündə dalğalansın.
5.Ruhani söhbətləri: Amalımız. Qədimliyimiz, Bugünümüz – səpgisində
aparın.
Əməldə və Müqəddəs Əməldə manşırlanmış Mətbuat, Radio, Televizor
– Hərəkatlar Yağılığına qarşı Döyüşü gücləndirin – Ailə günündə həmin
Döyüş Hərtərəfli canlansın!
6.Evlad hazırlığında Ruhani Sənədlərdən səmərəli istifadə etməli –
Şərhli oxunuş təşkil etməli – zəngin.
7.Ata haqqında həqiqəti demək. Ata Ünvanını vermək – Ruhani,
Müqəddəs səviyyədə – Atanın Ali Andlarını tanıtmaq.
Qaranlıqlar Yarılsın!
Nur aparın, Uğur gətirin!
18 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Dövləti olmayan millət – millət deyil.
Dövlətsizlik – əslində millətsizlikdir.
19 Murad günü, Qürub Ayı, 11-ci il. Bakı.
OCAQ XƏTTİ
Yenidənqurmaya Qoşulmamaq.
Yenidənqurmanı İfşa etmək.
Yenidənqurmadan İstifadə etmək.
HƏQİQƏT
Yurdumuza Sosializm gərək deyil.
Kapitalizm gərək deyil.
Sosial-kapitalizm gərək deyil.
Yurdumuza Ruhani cəmiyyət gərəkdir!
20 İnam günü, Qürub Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Ermənilər Avropanı azərbaycanlılara qarşı çevirdilər.
Moskvanı azərbaycanlılara qarşı çevirdilər.
243
Azərbaycanlıların Təcrid ləyaqətindən bəhrələnmək məqamı gəlib
çatır.
HƏQİQƏT
Yadla Yadlaşmadan Doğmayla Doğmalaşmaq olmaz.
Güzəşt Həşiri – cəfəngiyyatdır.
Yadla Doğmalaşan – Doğmayla Yadlaşar.
Hamılıqla Doğmalaşmada – Doğmalıq itər.
MƏNA
Göyün Yerə kölgəsi düşdü və Yer işıqlandı.
22 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Əməkçi Mülkiyyətində – Mülkiyyətçilik itir –
əməkçi Mülkiyyətlə doğmalaşır, Mülkiyyətçilik yadlığı aradan qalxır.
HƏQİQƏT
Məna gerçəkliyə bərabər olsaydı – mənasızlaşardı.
25 Qismət günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Yerin mənası Göydədir. Musiqi bunu İnsanların yadına salır.
27 İnam günü, Qürub Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Cəmiyyətə İşıq salmaq əvəzinə, cəmiyyətdən İşıq aradılar İnsanlar və
Qaranlığa düşdülər.
28 Arzu günü, Qürub Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
“Həqiqət acıdır!” – deyirlər.
“Bəşər Həqiqət acıdır!” – deyirik.
HƏQİQƏT
Ölümünə layiq yaşayan olmayıb dünyada.
29 Ümid günü, Qürub Ayı, 11-ci il. Bakı.
EVLADIM GÜNEVƏ
Evləri Günsüzdür Bugünkülərin.
İnam Günü düşmür Evlərinə –
244
İdrak Günü düşmür,
Mənəviyyat günü düşmür,
İradə günü düşmür.
Gün olmalıyıq Evlərə.
İnamlanmalıdır, İdraklanmalıdır, Mənəviyyatlanmalıdır, İradələnməlidir
Həyanlıq.
Gün evi doğacaq Dünyaya Yurdumuzdan.
“Günev” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Əlabbas idi. Ocaqdan çıxdı).
HƏQİQƏT
Ümidsizliyin Ümid adlı Mənası var – Ümidsizlik anında unudulan.
3 İnam günü, Ata Ayı, 11-ci il. Bakı.
FƏRQ
Zaman adamın ayağının altından qaçır, İnsanın ayağının altına sərilir.
4 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı.
VƏZİYYƏT
Hökumət Xalqı birliyə çağırır.
Antixalq Xalqı birliyə çağırır.
Əslində Xalqı Hökumətə qarşı birliyə çağırmaq lazımdır.
HƏQİQƏT
Ocaq – qeydə alınmaz. Ruh – qeydə alınmaz.
Ocaq qeydlə yanmaz, Qeybdən yanar.
EVLADIM UCALIYA
Yurdumuz Ucadır – bu səbəbdən – Ucalıyıq.
Amalımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
İnamımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
İdrakımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
Mənəviyyatımız Ucadır – bu səbəbdən – Ucalıyıq.
İradəmiz Ucadır – bu səbəbdən – Ucalıyıq.
Uca Yurddanıq, Uca Amaldanıq, Uca İnamdanıq, Uca İdrakdanıq,
Uca Mənəviyyatdanıq, Uca İradədənik.
“Ucalı” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
8 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Teymur idi. Ocaqdan çıxdı).
245
HƏQİQƏT
Həyatın arxasınca gedən – azır.
11 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı.
EVLADIM DAĞTƏKİNƏ
Dağ – Vüqar Rəmzidir.
Bugünkülər Vüqarsızdırlar, çünki Qürrəlidirlər.
Dağ – Sabitlik Rəmzidir.
Bugünkülər Dəyişkəndirlər, çünki Əsassızdırlar.
Dağ – Qüvvət Rəmzidir.
Bugünkülər Qüvvətsizdirlər, çünki İnamsızdırlar.
Dağ – Dözüm Rəmzidir.
Bugünkülər Dözümsüzdürlər, çünki Yolsuzdurlar.
Dağ boyda Dərdimiz var – Dərdimiz Boydayıq.
“Dağtəkin” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxlindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Mirfaiq idi. Ocaqdan çıxdı).
EVLADIM ODTƏKİNƏ
Oda sitayiş eləyiblər Qədimlərimiz.
Külə dönüblər bugünkülər.
Odu İşıq Rəmzi sayıblar Qədimdə.
Zülmətdə azıblar bugünkülər.
Od Təmizlik Rəmzi olub Ulularımızın.
Çirklidir bugünkülər.
Qanan olub, Yanan olub Əcdadlar.
Naşıdır, Sönükdür bugünkülər.
Odu qoruyublar Xalislər.
Oddan qorunurlar Bəsitlər.
“Odtəkin” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
17 İnam günü, Ata Ayı, 11-ci il. Bakı.
(Qeyd: Yaşamda adı Ağayev Ramiz idi. Ocaqdan çıxdı).
HƏQİQƏT
İnsan Həqiqətini tapanda xoşbəxt olur.
246
HƏQİQƏT
Zamanın arxasına düşən – arxada qalır.
19 Ümid günü, Ata Ayı, 11-ci il. Bakı.
QAYDA
Ocağa gələnlərə “Xoş gəldin”, – Ocaqdan gedənlərə “Xoş getdin” –
demək gərək!
EVLADIM GÖYTƏKİNƏ
Yerin Mənası Göydədir.
Mənasızdır Bugünkülər, çünki Göysüzdürlər.
Göy olaq Yurdumuza – Məna Göyü, İnam Göyü, İdrak Göyü,
Mənəviyyat Göyü, İradə Göyü.
Göy təkin olaq – Yüksək: Yerin Yüksəkliyi Göydədir.
“Göytəkin” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
20 Dözüm günü, Ata Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Ayişə idi. Ocaqdan çıxdı).
EVLAD VAXTI
Evlad hər gün Amallaşmaq üçün vaxt tapmalıdır.
Özüylədöyüş üçün vaxt tapmalıdır.
Ailə Gününə hazırlaşmaq üçün vaxt tapmalıdır.
Fikir Evinə hazırlaşmaq üçün vaxt tapmalıdır.
Müqəddəs Mərasimlərə hazırlaşmaq üçün vaxt tapmalıdır.
Müqəddəs Ricalar vasitəsiylə Mütləqə Səcdə Yüksəkliyinə qalxmalıdır.
Evlad Vaxtı diriltməlidir!
Vaxtı öldürən Evladlığı öldürür!
FİKİR EVİ ƏMƏLİ
Hər bir Evlad işlədiyi yerdə Fikir Evi yaradır:
Fikir Evində Ruhani Sənəd öyrənilir, Atayla Təmas hazırlanır.
ATA AİLƏLƏRİ HAQQINDA
1.Ailələr – Müqəddəs Mərasimlərə hazırlıq və Müqəddəs Mərasimlərin
davamı olmalıdır.
Məqsəd: Amallaşmaq, İnsanlaşmaq, Xalqlaşmaq, Evladlaşmaq,
Evladlaşdırmaq.
247
2.Ailələr “Əməl” və “Müqəddəs Əməl” Kəlamlarının Ruhuna və Hərfinə
tam Uyğun surətdə keçirilir.
3.Müqəddəsliyə ən cüzi etinasızlıq – Ocağa xəyanət sayılır və Hərcayi
Ailə ləğv olunur.
22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Yüz ağıl Bir Ağıldan yüz dəfə kiçik ola bilər.
Min ağıl Bir Ağıldan min dəfə kiçik ola bilər.
Çox ağıllılıqda Ağılsızlıq yaşayır.
23 Murad günü, Ata Ayı, 11-ci il. Bakı.
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
VII AİLƏ GÜNÜ HAQQINDA
1.Ailə Müqəddəslik Yoluyla irəliləyir, Fədakarlıq nümunəsi göstərir.
2.Fikir Evi vasitəsiylə Ailənin İşığını camaatın üstünə salmalı.
3.Mütləqə İnam Ruhaniyyatını bütün dərinliyi, incəliyiylə mənimsəməli
və xalqa çatdırmalı.
4.Rayonda Ailənin nəzdində Sorğular-Cavablar Evi yaratmalı və ca-
maatı Ruhaniləşdirməli.
5.Ailə günlərini Amallaşma, Özüylədöyüş, Evladlaşma və Xalqla
Təmas Dördlüyü əsasında keçirməli.
6.Sorğular – Cavablar Əməlinin Məzmunu:
Əsil və Süni İnam.
Əsil və Süni İnsan.
İnsani Cəmiyyət.
Vətən və Vətənsizlik.
Əsil və Süni Əməl.
Şərqliyimiz.
Artın, Artırın!
Qaranlıqlar Yarılsın!
26 Ümid günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Dönüklər bahasına əksilməyimiz – artmağımızdır.
5 Mərhəm günü, Ata Ayı, 11-ci il. Bakı.
HƏQİQƏT
Ruhani Suyu Peyğəmbərlər Səhrada tapıblar.
6 Qismət günü, Xəzan Ayı, 11-ci il. Bakı.
248
EVLADIM NURANDA
Andsızdırlar, çünki Nursuzdurlar.
Andsızdırlar – Adsızdırlar: İnamsızdırlar, İdraksızdırlar, Mənəviyyatsızdır-
lar, İradəsizdirlər.
Nurandlıyıq: Amallıyıq, Sabahlıyıq.
“Nurand” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
8 İnam günü, Xəzan Ayı, 11-ci il. Bakı.
(Qeyd: Həyatda adı Məhəmmədəli idi. Qəbula gəlmədi).
QƏDİMYURDDA EVLADIM QƏDİMİN
TƏMSİL ETDİYİ ATA AİLƏSİNƏ
1.Amallaşın – Amallaşdırın.
Döyüşün – Döyüşdürün.
Evladlaşın – Evladlaşdırın.
Xalqlaşın – Xalqlaşdırın.
2.Hər Ailə günündə: Amal öyrənilir, Özüylə döyüşün nəticəsi yox-
lanılır, Evladlığa manşırlanan Rəğbətçilər dəvət olunur, Xalqla
Təmas hazırlanır.
3.Amal Qanuni ardıcıllıqla öyrənilir:
Mütləqə İnam.
Özüylə Döyüş.
Ruhani Cəmiyyət.
Müstəqil Vətən.
Özümlü Şərq.
Ailə günləri ciddi hazırlanır: Müqəddəs Kitablardan, “Təlim”dən,
“Məbəd”dən, “Ocaq Tarixi”ndən istifadə olunur, Ata Kəlamları oxunur,
öyrənilir.
4.Özüylədöyüş: Qorxu, Hərislik, Şəhvət, Həsəd, Yalan, Mütilik,
Həşirçilik, Sürülük, Riyakarlıq, Dövrançılıq, Yırtıcılıq, Bəsitlik, Dönüklük
kimi Qəbahətlər Ömürdən, Ağıldan, Ürəkdən silinir:
Özünlə tək qalırsan, üz-üzə durursan, Ruhani əməlin nəticələrini Dəftərə
yazırsan, Ailə günündə oxuyursan – şərh olunur, qiymətləndirilir.
5.Evladlaşma – Rəğbətçilərlə Ailə günlərində və onlardan kənar
Ruhani İş.
6.Xalqlaşma: Ailənin nəzdində camaat üçün Fikir Evi yaratmaq; ilk
növbədə Ruhani Sənədləri öyrətmək, Bugünün və Sabahın Mahiyyətini
Xalqa anlatmaq və tədricən Amalla camaat arasında körpü salmaq.
249
7.Ailə günü Mərasimləşsin: Bayrağımız, Carlarımız, Məşəllərimiz, Mu-
siqimiz Qədimyurdu nurlandırsın.
Kassetlərdən istifadə olunsun.
8.Ailəylə Bakı arasında müntəzəm əlaqə saxlanılsın.
Təmsilçi Qədim hər üç aydan bir Ata Hüzuruna gəlsin – Ataya hesabat
versin, Atadan məsləhət alsın.
9.Özümlünün təmsil etdiyi Ata Ailəsi təcrübəsi öyrənilsin, təqlidçiliyə yol
vermədən, yaradıcılıqla mənimsənilsin.
10.Ailə ardıcıl şəkildə Qarabağlaşsın, başqa rayonlarla, kəndlərlə
Təmas, Birlik yaransın.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
11-ci il “ATA GÜNÜ” MƏRASİMİ
1.Mərasimdə Yetkinləşən Səcdə səviyyəsi və Ucalan Evlad Fəda-
karlığı təsdiq olundu.
Halal qətiyyət Ruhani Əməl səviyyəsində idi: Maddi Yığımda Ruhani
nailiyyət ifadə olundu – Özümlünün təmsil etdiyi Ata Ailəsi və Safruh
Doğmalarına örnək oldular.
2.Safruhun “Məbəd”, “Müqəddəs Təlim”, “Ocaq Tarixi” Ruhaniyyatına
sərf olunan Ləyaqətli, Siqlətli Əməyi Təqdir olunur.
3.Əsilin Kamilləşən Təşkilatçılığı, Sadiqimin, Üstünün Ruhani Evliyi
Təqdir olunur.
4.Mərasim İşığa qərq olmuşdu: Evlad Səcdəsinə, Ata Məhəbbətinə.
5.Əsilin, Sadiqin, Haqlının Müqəddəs Kitabların tərcümə çeşidlərinin
biçimləşməsində – çapında, cildləşməsində, yoxlanılmasında Gərgin,
Səmərəli Əməyi Təqdir olunur.
Qaranlıqlar Yarılsın!
SABAHLI ƏMƏL
I.Evladım Safruhumun cəfakeşliyi nəticəsində Ata Hökmü yerinə
yetirildi: “Məbəd” kitabı, “Müqəddəs Təlim” məcmuəsi, “Ocaq Tarixi”
hazırlandı.
Bu, Amalımızın Yolunda yeni Mərhələ deməkdir.
II.Safruhun Fədakar Əməyi Təqdir olunur.
III.Kitablar artırılmalı və Xalqa çatdırılmalıdır.
IV.Evladlığa qəbul olunanlar Kitabları öyrənir, Evladlar Kitablara sahib
olurlar.
V.“Məbəd” Ləyaqət səviyyəsində satılır, Ocaq maddiyyatına yarayır,
xalqın Amallaşmasına gərək olur.
Qaranlıqlar Yarılsın!
16 Arzu günü, Xəzan Ayı, 11-ci il. Bakı.
250
SAFRUHUN ORTA ASİYA SƏFƏRİ
Orta Asiyanın qapısı Amalımızın üzünə açıldı, indi Evə daxil olmaq,
onu İşıqlandırmaq lazımdır.
AKTYOR EVİNDƏ ATAYLA GÖRÜŞ
I.Görüş camaatı Amala yönəltmə Yolunda ciddi addım oldu.
II.Evladım Əsilin Yaradıcı, İnadkar, Fədakar Təşkilatçılığını xüsusi qeyd
etmək gərək.
25 Dözüm günü, Xəzan Ayı, 11-ci il. Bakı.
Dostları ilə paylaş: |