TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

 

EVLADIM  YETKİNƏ 

Mütləqi dərk etdiyimiz dərəcədə Yetkinik. 

Amalı dərk etdiyimiz dərəcədə Yetkinik. 

Sabahı dərk etdiyimiz dərəcədə Yetkinik. 

Dünya Uçuruma düşüb. 

İnsan Çirkaba qərq olub. 

Vətən dara çəkilir. 

Şərq ayağa salınıb. 

Ehkamı rədd etdiyimiz dərəcədə Yetkinik. 

Quruluşu rədd etdiyimiz dərəcədə Yetkinik. 

Təşkilatı rədd etdiyimiz dərəcədə Yetkinik. 

Təzə İnam Yetirməliyik. 

Təzə İdrak Yetirməliyik. 

Ruhani Cəmiyyət Yetirməliyik. 

Müstəqil Vətən Yetirməliyik. 

Əsil İnsan Yetirməliyik. 

Ləyaqətli Şərq Yetirməliyik. 

"Yetkin" adını sənə halal eləyirəm. 

 Adına layiq ol! 

 Ürəyin Qaranlıqları Yarsın! 

 Daxilindəki Mütləq sənə Yar olsun! 



22 Mərhəm günü, Ata Ayı, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Sevinc idi. Döndü). 

 

EVLADIM  İŞIQLIYA 

Hürmüzd İşığı gözlərdə sönüb. 

    İşıq verməliyik gözlərə. 

    Füzuli İşığı ürəklərdə sönüb. 

    İşıq verməliyik ürəklərə. 

    Əsarət Qaranlığına qərq olub Yurdumuz. 

    İnamsızlıq Zülməti çöküb Talelərə. 

    İnsansızlıq Zülməti bürüyüb həyatı. 

    Qara cəmiyyət düşüb adamların Gününə. 

    Əhrimən Hürmüzdü üstələyir. 

    Sürətlə özgələşirik, Yadlaşırıq. 

    Boyunduruğa salınıb Vətən. 


 

202


    Şərq Şərləşir. 

    Qəbahət, Həqarət qanad açıb, Ləyaqət yerdə sürünür. 

    Qara Yalan haqlayıb Dünyanı. 

    Qara Qorxu dayanıb adamların başı üstə. 

    İşıqsızdır Dünya! 

    İşıq olmalıyıq. 



    “İşıqlı“ adını sənə halal eləyirəm. 

24 Murad günü, Ata Ayı, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Səxavət idi. Döndü). 

 

10-cu il, “ATA GÜNÜ” HAQDA 

1.Bayram Evladların Amallaşma inkişafını təsdiq etdi. 

2.Safruhun, Qəlbinin təlimçiliyi, Əsilin təşkilatçılığı Təqdir olunur. 

3.Naqisliklər:  Vaxt  Qanununun  pozulması,  Ssenariyə  tam  riayət  olun-

maması, Bütövün iştiraksızlığı. 

Qaranlıqlar Yarılır! 

 

EVLADLARIM  SADİQƏ – ÜSTÜNƏ 



Amalla birləşsin taleyiniz. 

    Əməllə birləşsin taleyiniz. 

    Sabahla birləşsin taleyiniz. 

    Xəyanətin böyüyü-kiçiyi olmur. 

Xəyanət tozunu Aqibətinizə yaxın qoymayın! 

    Yadlığın böyüyü-kiçiyi olmur. 

Yadlıq tozunu Aqibətinizə yaxın qoymayın! 

    Süniliyin böyüyü-kiçiyi olmur. 

Sünilik tozunu Aqibətinizə yaxın qoymayın! 

    Güzəranlı olun, ancaq güzəranpərəst olmayın! 



    Cismani Atanızı sevin, həm də Öyrədin! 

    Cismani Ananızı sevin, həm də Öyrədin! 

    Cismani qohumlarınızı sevin, həm də Öyrədin! 

    Müstəqilliyinizi göz bəbəyiniz kimi qoruyun! 

    Bugünü qapınızdan içəri qoymayın! 

    Beşikdə Asif Ataya Evlad Yetirin! 

    Sadiqim Üstünümün Analığını qorusun! 

    Üstünüm Sadiqimin Atalığını qorusun! 

    Laylay çalsın Üstün Beşik başında! 

    Sirdaş olsunlar Sadiqlə Üstün! 

    Xeyir-Dua verirəm Evladlarıma! 

    Onlara Ocaq qədərində Fərəh arzulayıram! 

26 Arzu günü, Ata Ayı, 10-cu il. Bakı. 

 

203


OCAQ  MÜNASİBƏTİ 

Mütləq Doğmalıq – Mütləq İntizam. 



3 Xəzan Ayı, Arzu günü, 10-cu il. Bakı. 

 

MÜƏMMƏR  QƏDDAFİNİN  “YAŞIL KİTAB”I  HAQQINDA 

1.Amallaşan üçün bu Kitabda heç nə yoxdur. 

2.Amallaşmayan üçün Əks Avropalaşma ideyasının siyasət 

səviyyəsində ifadəsi var. 



3.“Üçüncü Ümumdünya” yoxdur, bir Dünya var və o, 

Ocaqlaşmalıdır. 

4.Tərcümə əladır.



5

 

3 Arzu günü, Xəzan Ayı, 10-cu il. Bakı. 



 

EVLADIM  SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

1.“Məbəd”ə hazırlıq, evladların təklifləri, mülahizələr məsuliyyəti Mütləq 

səviyyədə. 

    2.Bütövün Ata hüzuruna gəlməsi – Mərasimə qədər. Yetkin səviyyədə. 

3.Səfər Mərasiminin yazılması Safruha tapşırılır. 

Təzələnmə, müqəddəslik, səcdə, ricalar biçimində. 

   Mərasim: “Əməl” və “Müqəddəs Əməl” Kəlamları üstə köklənir. Yağış 

Ayının 24-də ilk çeşid (variant) Ataya təqdim olunur. 

4.Mərasimə qədər Safruh Səfərə çıxır, Ataya “Əməl” və “Müqəddəs 

Əməl” bünövrəsində qurulmuş Ailə gətirir. 

Qaranlıqlar Yarılsın! 



28 Qismət günü, Xəzan Ayı, 10-cu il. Bakı. 

 

MÜDRİKLİK 

Hadisələrə Sabahın gözüylə baxmaq və Fərəhlənmək. 

     Bugünü əldən verməmək və çalışmaq. 

12 Murad günü, Yağış Ayı, 10-cu il. Bakı. 

 

EVLADIM  GÖYLÜYƏ 

Göy boyda Vətənimiz var! 

    Göy boyda Amalımız var! 

    Göy boyda İnamımız var! 

    Göy boyda İdrakımız var! 

    Göy boyda Mənəviyyatımız var! 

                                                

5

 Safruh ruscadan çevirmişdi. 


 

204


    Göy boyda İradəmiz var! 

    "Göylü" adını sənə halal eləyirəm! 

Ürəyin Qaranlıqları Yarsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



7 Dözüm günü, Sərt Ay, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Əminə idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ULUSLUYA 

   Soyumuz – Nəslimiz Uludur. 

   Şumer nəslindənik. 

   Midiya nəslindənik. 

   Babək nəslindənik. 

   Səlcuq nəslindənik. 

   Osmanlı nəslindənik. 

   Kamal Atatürk nəslindənik. 

   Səttarxan nəslindənik. 

   Zərdüştümüzdən od almışıq. 

   Nəsimimizdən od almışıq. 

   Füzulimizdən od almışıq. 

   Muğamımızdan od almışıq. 

   Sazımızdan od almışıq. 

   Atayurdda qalanan Ocaq Dünyanı isidəcək!.. 



   "Uluslu" adını sənə halal eləyirəm. 

   Ürəyin Qaranlıqları Yarsın! 

   Daxilindəki Mütləq sənə Yar olsun! 

9 Qismət günü, Sərt Ay, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Əbil idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  QEYRƏTƏ 

 Bugünün Qeyrəti yoxdur – ona görə ölmür. 

     Sabah Qeyrətlidir – ona görə qalib gələcək. 

     Bugünün Qeyrətində Qeyrətsizlik var. 

     İnamsızdırlar – Qeyrətsizcəsinə İnamlı görünürlər. 

     İdraksızdırlar – Qeyrətsizcəsinə İdraklı görünürlər. 

     Mənəviyyatsızdırlar – Qeyrətsizcəsinə Mənəviyyatlı görünürlər. 

     İradəsizdirlər – Qeyrətsizcəsinə İradəli görünürlər. 



    "Qeyrət" adını sənə halal eləyirəm. 

    Ürəyin Qaranlıqları Yarsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 

21 Sərt Ay, 10-cu il. Dözüm günü, Bakı. 

(Qeyd: Həyatda adı Arif idi. Ocaqdan çıxdı). 


 

205


SAFRUHA 

“Hadisələr” Kitabına Ocağın ən cüzi əməllərini belə yaz – Sabaha 

çatsın! 

30 Sərt Ay, Qismət günü, 10-cu il. Bakı. 

 

 

EVLADIM  ÜLVİYƏ 

Gözlərin İşığı Ülvidir. 

     Ürəyin Sədası Ülvidir. 

     Yolların Sonsuzluğu Ülvidir. 

     Göylərin Yüksəkliyi Ülvidir. 

Gözlər İşıqsızdır. 

     Ürəklər Sədasızdır. 

     Yollar Sonsuzluğunu itirib. 

     Göylər Yerdən ayrılıb. 

Ülviyyət gərək İnsana! 



"Ülvi" adını sənə halal eləyirəm. 

     Ürəyin Qaranlıqları Yarsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun! 

15 İnam Günü, Qar Ayı, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Şəmsiyyə idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ELMƏNƏ 

    Şöhrətə yarayırlar – Elə yarayan bilinirlər. 

    İşrətə yarayırlar – Elə yarayan bilinirlər. 

    Varidata yarayırlar – Elə yarayan bilinirlər. 

    Mənsəbə yarayırlar – Elə yarayan bilinirlər. 

    Eldən böyük Mənlik yoxdur! 

    Elsizlərin mənliyi yoxdur! 

    “Elmən” adını sənə halal eləyirəm. 

     Adına layiq ol! 

     Ürəyin Qaranlıqları yarsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun! 



22 İnam günü, Qar Ayı, 10-cu il. 

(Qeyd: Həyatda adı Vidadi idi. Ocaqdan çıxdı). 

 

10-cu İL SƏFƏR MƏRASİMİ 

1.Mərasim Xeyrin ömrünə calandı, Şərin ömrünü əksiltdi. 

2.Safruhun, Əsilin, Üstünün, Sadiqin əməli təqdir olunur. 

3.İşıqlının  gəlməməsi,  nişanələrsiz  Bayram  hərcayiliyi  Danlanır. 

    Qaranlıqlar Yarılsın! 


 

206


BALACA  İLAN 

Ata Hökmünə əməldə – cüzi dəqiqsizlik – ilandır – böyüyüb Evladı 

çalacaq. 

 

RUHANİ  BAŞÇILIQ 

Ocaq başına yığılacaq xalq – bir-bir, on-on, yüz-yüz, min-min, – 

İşıqlanacaq, İşıqlandıracaq! 

22 İnam günü, Qar Ayı, 10-cu il. Bakı. 

 

EVLADIM  QALAYA 

   İnam adlı Qala gərəkdir Yurdumuza. 

   İdrak adlı Qala gərəkdir Yurdumuza. 

   Mənəviyyat adlı Qala gərəkdir Yurdumuza. 

   İradə adlı Qala gərəkdir Yurdumuza. 

   "Qala" adını sənə halal eləyirəm. 

 

   Adına layiq ol! 



   Ürəyin Qaranlıqları Yarsın! 

   Daxilindəki Mütləq sənə Yar olsun! 



26 Mərhəm günü, Qar Ayı, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Ədalət idi. Ocaqdan çıxdı).  

 

SAFRUHA 

1.Müqəddəs İl Bayramına qədər Ailə yaratmaq və Mərasimdə Ataya 

hesabat vermək. 

2.Müqəddəs İl Bayramına Evlad hazırlamaq Ataya. 

3.15-20 nüsxə nişanə hazırlamaq. Təzə Evladlar üçün. 

4.“Əməl” və “Müqəddəs Əməl” Kəlamlarını Evladlar üçün çap eləmək: 

20-25 nüsxə. 

Qaranlıqlar Yarılsın! 



 

11-ci  MÜQƏDDƏS  İL  BAYRAMI 

1.Bayramın Yazılışı Əsillə Üstünə tapşırılsın. 

2.Bayram Atanın Ruhani Qohumlara Müraciəti ilə başlanır – Yeni ilə 

Ricadan sonra. 

3.Evladlar “Mənim İlim!” adlı şifahi söz söyləyirlər. (Yazılı şəkildə 

təqdim olunur). 

4.“Əməl”, “Müqəddəs Əməl” Kəlamları maşınkada yazılır və Evladlara 

təqdim olunur. 

5.Bayram Simayi-Şəms Muğamı üstündə köklənir. (Alim Qasımovun 

ifasında). 



 

207


6.Bayram Yazısının ilk çeşidi Köçəri Ayın 10-da, Qismət günü, saat 

20-də Ataya təqdim olunur. 

7.Bayram 3 saat davam edir – Əsilin evində. 

    Qaranlıqlar Yarılsın! 



27 Qismət günü, Qar Ayı, 10-cu il. Bakı. 

 

EVLADIM  QALİBƏ 

   Bizi məğlub sayırlar. 

   “Zərdüştünüzü məğlub etdik!” – deyirlər. 

   “Babəkinizi öldürdük!” – deyirlər. 

   “Nəsiminizi dabanından soyduq!” – deyirlər. 

   “Dünyanızı parçaladıq!” – deyirlər. 

   Qalib olmalıyıq! 

   İnamsızlığa qələbə çalmalıyıq! 

   İdraksızlığa qələbə çalmalıyıq! 

   İnsansızlığa qələbə çalmalıyıq! 

   Əsarətə qələbə çalmalıyıq! 

   Zülmə qələbə çalmalıyıq! 



  “Qalib” adını sənə halal eləyirəm! 

   Adını ömrünlə doğrult. 



   (Qeyd: Həyatda adı Şakir idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  YURDTƏKİNƏ 

   Yurdumuz – Bizik. 

   Yurdumuz kimi İşıqlı, Sabahlı, İnamlı, Xalis, Yüksək. 

   Yurdumuz təkinik. 

   Yurdumuzda Zülmət var – Bizə zidd, Yurda Zidd. 

   Yurdumuzda Zillət var – Bizə zidd, Yurda Zidd. 

   Yurdumuzda Həqarət var – Bizə zidd, Yurda Zidd. 

   Zülməti yaraq İşığımızla. 

   Zilləti öldürək Ədalətimizlə. 

   Həqarəti silək Ləyaqətimizlə. 

   “Yurdtəkin” adını sənə halal eləyirəm. 

   Adını ömrünlə doğrult. 



5 İnam günü, Köçəri Ay, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Hacı idi. Ocaqdan çıxdı). 

  

“AİLƏ GÜNÜ” MƏRASİMİ 

Evladım Özümlü Atayurdda ilk Asif Ata Ailəsi yaratdı. 

Ailə yaranan gün – 6 Köçəri Ay – mərasimləşir, bayram edilir. 

15 Dözüm günü, Köçəri Ay, 10-cu il. Bakı. 


 

208


SAFRUHA 

Evlad Ehtiramı pakdır! 

1.İşıqlı Ataya günahını söyləməlidir, Atadan mərhəmət diləməlidir – İn-

tizamsızlıq – Yadlıqdır, İntizam – Doğmalığın təsdiqidir. 

2.Mərasim nöqsansız olmalıdır. Nisbilik Mütləqçilərə Yaramır – Söz 

əməldən ayrılır... 

3.Nişanələr Ataya çatdırılır. 

Nişanəsiz Bayrama gəlmək – həqarətdir! 

4.“Məbəd”in ilk Qaydası İşıq Ayının 15-də Ataya Halal vasitəsiylə 

təqdim olunur. 

5.Təzə Nişanələrin yazılması ardıcıl şəkildə davam edilir. 

6.Safruh – Bütöv – Qədim üçlüyü Ailə yaradıcılığında fəaliyyətini ka-

milləşdirir. 

7.Ataya və Ocağa Ricalar yazılsın. 

Evladlara təqdim edilsin! 

Qaranlıqlar yarılsın! 

MÜNASİBƏTLƏR 

Ataya münasibət – Mütləqə münasibət. 

Qardaşlara, Bacılara münasibət – özünə münasibət. 

 

MÜRACİƏT  MÜQƏDDƏSLİYİ 

Ataya – “Atam, Mütləqim, Peyğəmbərim” – deyə müraciət edilir. 

 

SƏCDƏ  MÜTLƏQİLİYİ 

Ataya Səcdə Üç nişanəylə – əl öpmə, baş əymə, ürəyi təqdim etmə 



– bütünlüklə müqəddəsləşir. 

    Səcdə nisbiliyinə son qoyulur. 

 

 LƏYAQƏT 

Evlad Atadan başqa heç kəsdən öyrənmir – hamını öyrədir;  

heç kəsin təsirinə düşmür – hamını öz təsirinə salır; heç kəslə mübahisə 

eləmir – hamını qandırır. 



 

ÖZÜYLƏDÖYÜŞ  ƏMƏLİ 

 1.Evladlar  özüylədöyüş  üçün  xüsusi  dəftər  ayırırlar,  müntəzəm 

surətdə  kamilliyə  doğru  Yolun  gedişatını,  məqamlarını,  nəticəsini  həmin 

dəftərə yazırlar. 

 Qorxudan necə ayrılıram? 

      Həsəddən necə ayrılıram? 

      Şəhvətdən necə ayrılıram? 

      Hərislikdən necə ayrılıram? 



 

209


     Tərəddüddən necə ayrılıram? 

     Yalandan necə ayrılıram? 

     Həqarətdən necə ayrılıram? 

     Aldatmaqdan necə ayrılıram? 

     Aldanmaqdan necə ayrılıram? 

     Dövrandan necə ayrılıram? 

     Saflığım Mütləqdirmi? 

     İradəm Mütləqdirmi? 

     İdrakım Mütləqdirmi? 

     İnamım Mütləq olmaya bilməz. 

 2.Xilqətimdə tez yanıb-tez sönmək, tez coşub-tez süstləşmək, həşirə 

uymaq, tələsmək, lovğalıq, giley-güzar, qəddarlıq, iddiaçılıq, xudbinlik, 

şuğulçuluq varmı? 

Gündəlik hadisələrin mənasını bu suallar ətrafında qiymətləndirmək. 

3.Ataya və Ocağa Müqəddəs Rica oxunur. 

Eyni vaxtlarda. Əvvəl Ataya, sonra Ocağa. 

Üç dəfə – Mütləq! 

4.Hər il “Ata Günü” Bayramından əvvəl özüylədöyüş Dəftəri Ataya 

təqdim edilir və Ata ona qiymət verir. Həmin qiymət Mərasimdə oxunur. 

17 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı. 

 

EVLADIM  GÜNTAYA 

İstəyirik ki, İnsanın qara bəxtinə gün düşsün! 

    İstəyirik ki, Yurdumuzun qara bəxtinə gün düşsün! 

    İstəyirik ki, Şərqin qara bəxtinə gün düşsün! 

    İstəyirik ki, Dünyanın qara bəxtinə gün düşsün! 

    Günə tay olmalısınız! 

    İnsanın günü yoxdur! 

    Yurdumuzun günü yoxdur! 

    Şərqin günü yoxdur! 

    Dünyanın günü yoxdur! 



    “Güntay” adını sənə halal eləyirəm! 

    Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

18 Murad günü, Köçəri Ay, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Xalid idi. Ocaqdan çıxdı). 

 

SAFRUHA 

1.“Deyimlər” kitabın Amalımıza yarayacaq. 

2.“Əməl” və “Müqəddəs Əməl” Kəlamları yazılsın və Evladlara 

Mərasim günü paylansın. 


 

210


3.Nişanəsiz Mərasimə gəlmək həqarətdir. 

4.Bayram nöqsansız keçməlidir! 

Qaranlıqlar Yarılsın! 

25 Qismət günü, Köçəri Ay, 10-cu il. Bakı. 

 

EVLADIM  DAYAĞA 

Dünyanın Ruhanilikdən özgə Dayağı yoxdur. 

    Bugünkülər – Ruhsuzdurlar, bu səbəbdən də Dünyasızdırlar. 

    Bugün – Dayaqsızdır, çünki İnamsızdır, İdraksızdır, Mənəviyyatsızdır, 

İradəsizdir. 

    Dayaq olmalıyıq Dünyaya – İnsan olmalıyıq. 



    “Dayaq” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Ürəyin Qaranlıqları Yarsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



27 Arzu günü, Köçəri Ay, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Asif idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  YÜKSƏYƏ 

Alçaqdırlar Ruhən, Mənən, bu səbəbdən də Dünyaya çatmırlar. 

İnamları – İnama çatmır. 

İdrakları – İdraka çatmır. 

Mənəviyyatları – Mənəviyyata çatmır. 

İradələri – İradəyə çatmır. 

   Alçaqdırlar – bu səbəbdən də Dünyanı alçaldırlar. 

Dünyaya Yüksəklik gərək! 

Dünyaya Yüksəklər gərək! 

   “Yüksək” adını sənə halal eləyirəm! 

    Ürəyin Qaranlıqları Yarsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 

28 Ümid günü, Köçəri Ay, 10-cu il. Bakı. 

(Qeyd: Həyatda adı Loğman idi. Ocaqdan çıxdı). 

 

11-ci  MÜQƏDDƏS  İL  BAYRAMI 

Mərasimdə Müqəddəslik hökm sürürdü: Müqəddəs hal, Fərəh, göz 

yaşları. 

   Birinci dərəcəli nöqsanlar yox idi; 

İkinci dərəcəli nöqsanlar var idi – yox olmalı! 

   Qaranlıqlar Yarılır! 



  3 Qismət günü, Günəş Ayı, 11-ci il. Bakı. 

 

 

211


MÜQƏDDƏS  QANUN 

Çiçək Ayının Birindən Rica Mütləqləşir. 



Ricasızlıq – Şər sayılır. 

 

MÜQƏDDƏS  RİCA  BİRLİYİ 

Müqəddəs Rica Birdir – Ataya Rica. 

Ocağa Rica oxunmur. 



 

RİCA  MƏQAMLARI 

   Səhər Ricası – saat 8-10 vədələrində. 

   Günorta Ricası – saat 12-14 vədələrində. 

   Axşam Ricası – saat 20-22 vədələrində. 



 

MÜQƏDDƏS  RİCA  MÜTLƏQİLİYİ 

Ricasız keçən gün – Şərindir! 

    Mərasimlər Ataya Ricayla başlanır! 

    Rica Evdə başlanır, İş yerində davam etdirilir, Evdə tamamlanır. 

 

“EVLAD  GÜNÜ”  MƏRASİMİ 

   Şölə Ayının Biri Evlad Günü Sayılır, Mərasimləşir, bayram edilir. 



 

MÜQƏDDƏS  HAQQ 

   Evladım Özümlü Asif Ata Ailəsinin Təmsilçisi sayılır. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  

ASİF  ATA  AİLƏSİNƏ 

    Yola çıxmısınız. Nur aparıb, Uğur gətirin. 

                               Özünüzü dəyişin. 

                               Camaatı dəyişin. 

                               Cəmiyyəti dəyişin. 

    Qaranlıqlar Yarılsın! 



XEYİR-DUA 

Asif Ata Ailəsinin təmsilçisi Özümlüyə Müqəddəs əməlində Uğur 

diləyirəm, Xeyir-Dua verirəm Ruhani məsuliyyətinə. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

ASİF  ATA  AİLƏSİNƏ 

Müqəddəs Amalda Birləşin! 

Müqəddəs İdrakda Birləşin! 

Müqəddəs İnsanilikdə Birləşin! 

Müqəddəs Yurdsevərlikdə Birləşin! 


 

212


Şərə qarşı! 

Bir sözündən Müqəddəslik Dərin! 



Bir Ata, Bir Amal, Bir Əməl! 

4 Murad günü, Günəş Ayı, 11-ci il. Bakı. 

 

TƏQDİR 

Evladım Safruhun “Görümlər. Duyumlar. Deyimlər” kitabı timsalında 

Amala çağıran leqal fəaliyyəti təqdir olunur. 

 

 



ATAYLA  GÖRÜŞLƏR 

1.Evladım Göylünün əməliylə yaranan Bakının 36 nömrəli məktəbində 

Atayla keçirilən Görüşdə Amal İşığı düşdü ürəklərə, Amal çağırışı səslən-

di, Amal Ünvanı bilindi. 

2.Tovuzda  Evladım  Əsillə  birgə  keçirilən  Atayla  görüşdə  –  Amal 

öyrənildi, Əməl çatdırıldı, Evladlar manşırlandı. 

Qaranlıqlar Yarılır! 

 

MÜQƏDDƏS  MƏSULİYYƏT 

Evladım 


Qeyrətə 

Atanın 


cismani 

mühafizəsi 

tapşırılır. 

    Qeyrət  Atanın Təhlükəsizliyi  üçün Ocaq  qarşısında  Mütləq  Məsuliyyət 

daşıyır. 

Atanın  Cismani  Qoruyucusu  Müqəddəsliyinə  ucalır  Qeyrət,  Mütləq 

Fədailiyə çatır: Özündən keçir – Borcundan keçmir. 

22 Dözüm günü, Günəş Ayı, 11-ci il. Bakı. 

 

SAFRUHA 

 Evlad Ehtiramı pakdır! 

1.“Hadisələr” kitabını gələn Görüşə gətir Ata hüzuruna. 

2.Göylünün  Yazısı  əsasında  Çiçək  Ayındakı  Mərasimin  Məşqinə 

başlayın: Evlad Hazırlayın Ataya Mərasim üçün. 

3.“Məbəd”lə  bağlı  düşüncələrini  hazırla  –  Ataya  təqdim  elə  gələn 

Görüşdə. 

4.Kitabının  Müzakirələrini  təşkil  elə  –  Ocaq  odu  sal  ürəklərə: 

Müdrikcəsinə, Kamil. 

5.Ataya Gündəlik Rica Müqəddəsliyinə Yüksəl! 

Qaranlıqlar Yarılsın! 

31 Qismət günü, Günəş Ayı, 11-ci il. Bakı. 

 

 

 


 

213


EVLADIM  BİLƏNƏ 

Yalanın Quludurlar – Həqiqətin Sahibiyik. 

Ruhani Bilik Yiyəsiyik. 

Mütləqə İnamı bilirik. 

Kamil İnsanı bilirik. 

Ruhani Cəmiyyəti bilirik. 

Müstəqil Vətəni bilirik. 

Özümlü Şərqi bilirik. 

Ləyaqətli Bəşəri bilirik. 

Daxili Gözlə baxırıq Dünyaya – Sabahı görürük. 

Ehkam Şərini bilirik. 

Quruluş Şərini bilirik. 

Təşkilat Şərini bilirik. 



"Bilən" adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



(Qeyd: Həyatda adı Qardaşxan idi. Ocaqdan çıxdı). 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin