EVLADIM SOYLUYA
Soyumuz Uludur – Zərdüşt Soyundanıq, Babək Soyundanıq, Dədə
Qorqud Soyundanıq, Hürufi Soyundanıq, Muğam Soyundanıq, Saz So-
yundanıq, Füzuli Soyundanıq.
Suyumuz Uludur – Zərdüşt Bulağından gəlir, Babək Bulağından gəlir,
Dədə Qorqud Bulağından gəlir, Hürufi Bulağından gəlir, Muğam Bulağın-
dan gəlir, Saz Bulağından gəlir.
Soyumuza qayıtmalıyıq: – Zərdüştlüyümüzə, Babəkliyimizə, Dədə
Qorqudluğumuza, Hürufiliyimizə, Muğamlığımıza, Sazlığımıza.
Suyumuza qayıtmalıyıq.
“Soylu” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı Zülfüqar idi. Ocaqdan çıxarıldı).
EVLADIM GÖYLÜYƏ
Göysüzdürlər Bugünkülər – Çünki İnamsızdırlar, İdraksızdırlar,
Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Zərdüşt boyda Göyümüz var.
Babək boyda Göyümüz var.
Qorqud boyda Göyümüz var.
Hürufilik boyda Göyümüz var.
Füzuli boyda Göyümüz var.
Muğam boyda Göyümüz var.
Saz boyda Göyümüz var.
301
Göy olmalıyıq Yerimizə. Göylü olmalıdır Yerimiz.
"Göylü" adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
25 Ümid günü, Sərt Ayı, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Mehriban idi. Ocaqdan çıxdı).
EVLADIM ALOVA
Sönükdür Dünya, Soyuqdur–Alovsuzdur, istisizdir–çünki İşıqsızdır.
İnamsızlıq soyuğuna düçar olub, İdraksızlıq soyuğuna düçar olub,
Mənəviyyatsızlıq soyuğuna düçar olub, İradəsizlik soyuğuna düçar olub.
Qaranlıqdır Dünya – Soyuq ürəklər zülməti yaşayır Dünyada.
Alov olmalıyıq Dünyaya – Alovlu ürək.
Mütləqə İnam Alovu olmalıyıq.
Özüylədöyüş Alovu olmalıyıq.
Ruhani cəmiyyət Alovu olmalıyıq.
Müstəqil Vətən Alovu olmalıyıq.
Özümlü Şərq Alovu olmalıyıq.
“Alov” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın.
(Qeyd: Həyatda adı Şirinxanım idi. Ocaqdan çıxdı).
EVLADIM BULAĞA
Bulanıqdır Dünya. İnamsızlıq Çirkabına qərq olub, İdraksızlıq Çirka-
bına qərq olub, Mənəviyyatsızlıq Çirkabına qərq olub, İradəsizlik Çirka-
bına qərq olub.
Mütləqə İnam Bulağından su içməlidirlər Adamlar, Özüylədöyüş Bu-
lağından su içməlidirlər Adamlar, Ruhani Cəmiyyət Bulağından su
içməlidirlər Adamlar, Müstəqil Vətən Bulağından su içməlidirlər Adamlar,
Özümlü
Şərq
Bulağından
su
içməlidirlər
Adamlar.
Ruhani
Bulaq
olmalıyıq
Yurdumuza,
Şərqimizə,
Dünyamıza.
“Bulaq” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı Xatirə idi. Ocaqdan çıxdı).
HƏQİQƏT
Yenidənqurma – Fəlakətdir.
Yenidənqurmadan Diktatura xilası – Fəlakətdir.
302
Ölkəni Fəlakətdən Fəlakətə gedən Yol gözləyir.
Nicat – Ruhani Cəmiyyət – Sabahkı.
26 Dözüm günü, Sərt Ayı, 12-ci il. Bakı.
FƏRQ
Həyat – Özgəylə döyüş.
Amal – Özünlə döyüş.
“SƏFƏR GÜNÜ” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəslik səviyyəsində keçdi.
Nöqsan: Toplanış Mütləqiliyinin pozulması.
30 İnam günü, Sərt Ay, 12-ci il. Bakı.
İDEALSIZLIQ
Gerçəkliyə İdeal səpmək əvəzinə Gerçəklik səpirlər – bu səbəbdən də
heç nə bitmir.
MÖHTƏŞƏMLİK
Tərkidünyalıq Boyda dünyaları vardı Sufilərin.
MƏHƏBBƏT
Əslində heç kəs Sifətə vurulmur – Sifətdə İşıqlanan Mənaya vurulur.
Əslində heç kəs Gözə vurulmur – Gözdə İşıqlanan Mənaya vurulur.
Əslində heç kəs Saça vurulmur – Saçda İşıqlanan Mənaya vurulur.
Ancaq Məna gözə görünmür və bu səbəbdən də elə bilirlər ki, Sifətə,
Gözə, Saça vurulublar.
FƏRQ
Ruhani Həyat həm də Şəxsi həyatdır.
İctimai Həyat Qeyri-şəxsi həyatdır.
HƏQİQƏT
Məhəbbətdə Ovçu olmur, Şikar olur.
Şəhvətdə Şikar olmur, Ovçu olur.
FƏRQ
Ocaqdan qaçan – İşıqdan qaçır.
Ocağa qaçan – İşığa qaçır.
31 Arzu günü, Sərt Ayı, 12-ci il. Bakı.
303
“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA
1.“Ailə Günü” Mərasiminin Yazısı Özümlüyə tapşırılır.
Ailə Gününün Carlarının Yazısı Özümlüyə tapşırılır.
2.Qar Ayının 25-də Yazılar Ataya çatdırılır.
HAL
Gərgin yaşayıram – bu səbəbdən də Zəngin yaşayıram.
27 İnam günü, Qar Ayı, 12-ci il. Bakı.
İSLAMÇILARA MÜNASİBƏT
İslamçıları Kommunistlərin kölgəsi saymaq, bu səbəbdən də sayma-
maq.
Mütləqçiliyi yaymaq.
29 Ümid günü, Qar Ayı, 12-ci il. Bakı.
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Yön – Uğurludur.
II. Müqəddəs Kitabların öyrənilməsini davam etdirmək.
III. Xalqlaşma Yolunda Ailənin Camaatla Təmasını Düşünmək...
Ata Ailəsinin Görüşünü Təşkil etmək Əhaliylə.
Nurlanın! Nurlandırın!
30 Dözüm günü, Qar Ayı, 12-ci il. Bakı.
HƏQİQƏT
Məna – Sadədir, ancaq Adi deyil.
Mənasızlıq – Adidir, İbtidaidir.
YOL
İnsani Cəmiyyət:
Zəhmətkeş Mülkiyyəti.
Fərdi Özünüidarə.
İmtiyazsızlıq.
Atalıq.
1 Qismət günü, Köçəri Ay, 12-ci il. Bakı.
EVLADIM ELUCAYA
Elimizin Mahiyyəti Ucadır.
Zərdüşt Ucalığındadır – Mahiyyətimiz –
Babək Ucalığındadır,
304
Dədə Qorqud Ucalığındadır,
Hürufi Ucalığındadır,
Füzuli Ucalığındadır,
Muğam Ucalığındadır,
Saz Ucalığındadır.
Elimizi əskik tuturlar Bugünkülər – İnamsızlar, İdraksızlar,
Mənəviyyatsızlar, İradəsizlər.
Elimizin Ucalığına tay olmalıyıq.
Elimizi Uca tutmalıyıq.
Elimizin Ucalığını Təsdiq etməliyik!
“Eluca” adını sənə halal eləyirəm.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Mədinə idi. Ocaqdan çıxdı).
EVLADIM AMALYURDA
Amal Yetiririk Yurdumuzda. Amal Yurduna dönür Azərbaycanımız.
Mütləqə İnam Amalı becəririk Yurdumuzda.
Özüylə Döyüş Amalı becəririk.
Müstəqil Vətən Amalı becəririk.
Ruhani Cəmiyyət Amalı becəririk.
Özümlü Şərq Amalı becəririk.
Amalyurd becəririk Bəşər üçün.
“Amalyurd” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
5 Ümid günü, Köçəri Ay, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Rza idi. Ocaqdan çıxdı).
VAR-YOX
Parlamentçilik adlı Ümidsizlik var.
Bazar İqtisadiyyatı adlı Ümidsizlik var.
Qərbləşmə adlı Ümidsizlik var.
Dinçilik adlı Ümidsizlik var.
Mütləqə İnam adlı Ümid var.
Kamil İnsan adlı Ümid var.
Müstəqil Vətən adlı Ümid var.
Ruhani Cəmiyyət adlı Ümid var.
Özümlü Şərq adlı Ümid var.
8 Qismət günü, Köçəri Ay, 12-ci il. Bakı.
305
“YENİ İL” MƏRASİMİ
I. Gedişatın Yazısı Safruha tapşırılır.
II. Məzmun: Mənim Ocaq İlim.
Ata Sözü, Evlad Sözü.
III. Yazı 25 Köçəri Ayda Ataya təqdim olunur.
18 Arzu günü, Köçəri Ay, 12-ci il. Bakı.
TƏQDİR
Evladım Bağbanın Mingəçevirdəki Amal Fəaliyyəti Təqdir olunur.
“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA
Mərasim Müqəddəslik səviyyəsində keçdi.
Özümlünün Yetkin Sözü Təqdir olunur.
BORÇALIDA ATAYLA GÖRÜŞ
Görüş Amal çağırdı, Amala çağırdı.
Soylunun Təşkilatçılığı, Əsilin Atagüzarlığı Təqdir olunur.
EVLADIM ÜLVİYƏ
Dünyanı Bəsitləşdirdilər – Göysüzləşdirdilər.
İnamı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – İnamsızlıq yaratdılar.
İdrakı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – İdraksızlıq yaratdılar.
Mənəviyyatı Bəsitləşdirdilər – Göysüzləşdirdilər – Mənəviyyatsızlıq
yaratdılar.
İradəni Bəsitləşdirdilər – Göysüzləşdirdilər – İradəsizlik yaratdılar.
Göylü olmalıyıq – Ülvi olmalıyıq.
“Ülvi” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
28 Köçəri Ay, 12-ci il. Bakı.
(Qeyd: Həyatda adı Rüxsarə idi. Ocaqdan çıxdı).
EVLADIM BİRÜZƏ
Üzümüz Birdir – çünki Ağdır.
Üzləri Çoxdur – çünki Qaradır.
Üzümüz Birdir – İnamlıyıq.
Üzləri Çoxdur – İnamsızdırlar.
Üzümüz Birdir – Dönməzik.
Üzləri Çoxdur – Dönükdürlər.
306
Üzümüz Birdir – Varıq.
Üzləri çoxdur – Yoxdurlar.
“Birüz” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Daxilindəki Mütləq sənə Yar olsun!
Qaranlıqlar Yarılsın!
10 İnam günü, Günəş Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Ülfət idi. Ocaqdan çıxdı).
EVLADIM GÜNTƏKİNƏ
İşıqsızdırlar Bugünkülər – çünki İnamsızdırlar, İdraksızdırlar,
Mənəviyyatsızdırlar, İradəsizdirlər.
İşıqlıyıq – Mütləqə İnam İşığıyla, Kamil İnsan İşığıyla, Ruhani Cəmiyyət
İşığıyla, Müstəqil Vətən İşığıyla, Özümlü Şərq İşığıyla.
Gün təkindir Amalımız, İnamımız.
“Güntəkin” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Yazbahar idi. Ocaqdan çıxdı).
EVLADIM NURAMALA
Amalsızdırlar – Nursuzdurlar Bugünkülər.
İnamsızdırlar, İdraksızdırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Nurluyuq – çünki Amallıyıq.
Nurlu İnam Yolçusuyuq, Nurlu Yol Sahibiyik.
“Nuramal” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
16 Günəş Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı... Qəbula gəlmədi).
ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur.
II. “Dövlət” Kəlamını öyrənməli.
III. Müsavat Bayrağı, Novruz Bayramı, İslamçılıq, Fəxri Titullar, Əfvlər
vasitəsiylə bərqərar olan hökumətçiliyin mahiyyətini ətrafa bil-
dirməli.
307
IV. Ailənin camaatla görüşünü hazırlamalı.
V. Camaatın Atayla görüşünü hazırlamalı.
VI. Rayon mətbuatında “Ruhani cəmiyyət” İdeyalarını təbliğ etmək.
Nurlanın, Nurlandırın!
24 İnam günü, Günəş Ayı, 13-cü il. Bakı.
EVLADIM ÖTKÜNƏ
Bugünü ötməliyik – Sabaha çatmalıyıq.
Nisbini ötməliyik – Mütləqə çatmalıyıq.
Gerçəkliyi ötməliyik – Mənaya çatmalıyıq.
Həyatı ötməliyik – Amala çatmalıyıq.
”Ötkün” adını sənə halal eləyirəm.
Mütləq İnam adlı Ötkünlüyə Yüksəl!
Mütləq İdrak adlı Ötkünlüyə Yüksəl!
Mütləq Mənəviyyat adlı Ötkünlüyə Yüksəl!
Mütləq İradə adlı Ötkünlüyə Yüksəl!
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
4 Mərhəm günü, Çiçək Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Camal idi. Öz istəyiylə Ocaqdan çıxdı).
EVLADIM ELGÜNƏ
Həyat Əzabına dözürlər, Amal Əzabından Dönürlər...
Həyata Əyilirlər, Amala çatmırlar.
Bugünün Ətəyindən yapışıblar... – İqbalsızdırlar – İnamsızdırlar,
İdraksızdırlar, Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Elin Günü – Dönməzlik Yoludur: Mütləqə İnamımızdır, Özüylə Dö-
yüşümüzdür, Müstəqil Vətənimizdir, Ruhani cəmiyyətimizdir, Özümlü
Şərqimizdir.
Bugündə Elin Günü Yoxdur.
Elin Günü – Müqəddəs Sabahdadır – Zərdüştlü, Babəkli, Dədə Qorqud-
lu, Hürufili, Füzulili, Muğamlı, Sazlı.
“Elgün” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Əliağa idi. Döndü).
308
EVLADIM YOLUNURA
Nur ölkəsi olmalıyıq.
İnam Nuru saçmalıyıq.
İdrak Nuru saçmalıyıq.
Mənəviyyat Nuru saçmalıyıq.
İradə Nuru saçmalıyıq.
Nur Yolu salmalıyıq – Zərdüştdən Bugünə – Bugündən Sabaha;
Babəkdən Bugünə – Bugündən Sabaha; Dədə Qorquddan Bugünə –
Bugündən Sabaha; Hürufilərdən Bugünə – Bugündən Sabaha; Füzulidən
Bugünə – Bugündən Sabaha; Muğamdan Bugünə – Bugündən Sabaha;
Sazdan Bugünə – Bugündən Sabaha.
“Yolunur” adını sənə halal eləyirəm!
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
7 İnam günü, Çiçək Ayı, 13-cü il. Bakı.
(Yaşamda adı Rəhimov Natiq idi. Döndü).
EVLADIM ELSABAHA
Elimizin Bugünü yoxdur, Sabahı var.
Bugünün İnamı yoxdur,
Sabahın Mütləqə İnamı var.
Bugünün İdrakı yoxdur,
Sabahın Mütləqə İdrakı var.
Bugünün Mənəviyyatı yoxdur,
Sabahın Mütləq Mənəviyyatı var.
Bugünün İradəsi yoxdur,
Sabahın Mütləq İradəsi var.
Elimizin Sabahı – İnsanlaşma deməkdir –
Ruhani Cəmiyyət deməkdir, Müstəqil Vətən deməkdir, Özümlü Şərq
deməkdir – Mütləqə İnamla İşıqlanmış.
“Elsabah” adını sənə halal eləyirəm!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun.
15 Arzu günü, Çiçək Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Humay idi. Ocaqdan çıxdı).
EVLADIM QORUYURDA
Yurdu İnamla qoruyarlar – Bugünkülər İnamsızdırlar –
bu səbəbdən də Yurdsuzluğu qoruyurlar.
Yurdu İdrakla qoruyarlar – Bugünkülər İdraksızdırlar –
309
bu səbəbdən də Yurdsuzluğu qoruyurlar.
Yurdu Mənəviyyatla qoruyarlar – Bugünkülər Mənəviyyatsızdırlar – bu
səbəbdən də Yurdsuzluğu qoruyurlar.
Yurdu İradəylə qoruyarlar – Bugünkülər İradəsizdirlər –
bu səbəbdən də Yurdsuzluğu qoruyurlar.
Mütləqə İnamla qorunar Yurd.
Özüylə Döyüşlə qorunar Yurd.
Ruhani Cəmiyyətlə qorunar Yurd.
Müstəqil Vətənlə qorunar Yurd.
Özümlü Şərqlə qorunar Yurd.
“Qoruyurd” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı Kamal idi. Ocaqdan çıxarıldı).
20 Murad günü, Çiçək Ayı, 13-cü il. Bakı.
EVLADIM DOSTA
Adamdan Adama Dost olmaz.
Adamdan İnsana Dost olmaz.
İnsandan Adama Dost olar.
İnsandan İnsana Dost olar.
Adamdan Xalqa Dost olmaz.
İnsandan Xalqa Dost olar.
Nisbi Dostdan Dost olmaz.
Mütləq Dostdan Dost olar.
İnamsızdan Dost olmaz.
İdraksızdan Dost olmaz.
Mənəviyyatsızdan Dost olmaz.
İradəsizdən Dost olmaz.
“Dost” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
26 Qismət günü, Çiçək Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Ədalət idi. Ocaqdan çıxdı).
HƏQİQƏT
İnsan Mənanı – yəni Ölümsüzlüyü – təmsil eləyir, ancaq həyat onu
ölümə məhkum edib.
İnsan Mənanı ölümsüz Əməllərlə təmsil eləyir.
310
HƏQİQƏT
Həyat – Ölümə görə Sağ qalır.
Həyat – Öldürməsə – Ölər.
Məna ölümə qarşıdır, bu səbəbdən də əslində həyata qarşıdır.
Həyatın Mənası – Həyata qarşıdır – çünki Əzəli, Əbədi, Kamil,
Sonsuz nə varsa – ölümə qarşıdır.
Məna Həyatı öldürəcək dərəcədə – Ölməzdir.
HƏQİQƏT
Həqiqət – Mənadır.
Mənasız Ümid olmur.
Mənalı Ümidsizlik olmur.
Ümidsizlik – Yalandır.
HƏQİQƏT
Ən Ümidsiz Həqiqət belə – Ümiddir.
Ən Ümidli Yalan belə – Ümidsizlikdir.
HƏQİQƏT
Şər – Həyatidir.
Xeyir – Həyata sığmır.
Əyrilik – Həyatidir.
Doğruluq – Həyata sığmır.
30 Ümid günü, Çiçək Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Qorxu – Həyatın İnsana hökmü.
Qorxusuzluq – İnsanın Həyata hökmü.
HƏQİQƏT
Sabah – Bugündən yaranmayacaq – Bugünün ziddinə yaranacaq.
HƏQİQƏT
Bugünün Dünəni yoxdur, sabahı yoxdur.
Əslində Bugün – Yoxdur.
1 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Elə alçaqlıq yoxdur ki, həyati görünməsin.
Elə yüksəklik yoxdur ki, Qeyri-həyati görünməsin.
311
HƏQİQƏT
Ürək – Ruhun qulağı.
Zəka – Ruhun gözü.
Ürəksizlik – Ruhani Karlıq.
Zəkasızlıq – Ruhani Korluq.
HƏQİQƏT
Həyati Əqidə olmur; Həyati Əqidəsizlik olur.
Əqidə Həyatdan artıqdır.
Əqidə – Həyatdan – Ali Həyat yaradır;
Adamdan – İnsan yaradır.
HƏQİQƏT
Əzəlilik – Tükənməz Mənadır.
Əbədilik – Tükənməz Mənadır.
Sonsuzluq – Tükənməz Mənadır.
Kamillik – Tükənməz Mənadır.
Dünyanın Mənası Tükənməz olmasaydı, Dünya çoxdan tükənərdi.
Həyatın Mənası Tükənməz olmasaydı, Həyat çoxdan tükənərdi.
İnsanın Mənası Tükənməz olmasaydı, İnsan çoxdan tükənərdi.
HƏQİQƏT
Halallıq – Qeyri-Həyatidir, bu səbəbdən də Fədakarlıq tələb eləyir.
Haramlıq – Həyatidir, bu səbəbdən də ölmür.
Həyatı ötmədən – Halallığa çatmaq olmaz.
Həyatı ötmədən – Haramlıqdan çıxmaq olmaz.
2 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı.
GERÇƏKLİK SƏVİYYƏSİ
Gerçəklik səviyyəsində Dostluq – əslində Yağılıq.
Gerçəklik səviyyəsində Aşiqlik – əslində Əyyaşlıq.
Gerçəklik səviyyəsində Mərifət – əslində Qəbahət.
Gerçəklik səviyyəsində Həqiqət – əslində Yalan.
Gerçəklik səviyyəsində Cəsarət – əslində Qorxaqlıq.
Gerçəklik səviyyəsində Qeyrət – əslində Qeyrətsizlik.
Gerçəklik səviyyəsində Ləyaqət – əslində Ləyaqətsizlik.
Gerçəklik səviyyəsində Müdriklik – əslində Naşılıq.
HƏQİQƏT
Nisbilik Yoluna düşən – Yoxluğa çatır.
Mütləqlik Yoluna düşən – Varlığa çatır.
312
DİALEKTİK CƏFƏNGİYYAT
Əgər Halallıq nisbidirsə – Onun haramlıqdan elə bir Fərqi yoxdur;
deməli, Halallıq – elə Haramlıqdır.
Əgər Mərifət nisbidirsə – Onun Qəbahətdən elə bir Fərqi yoxdur;
deməli, Mərifət – elə Qəbahətdir.
Əgər Sədaqət nisbidirsə – Onun Xəyanətdən elə bir Fərqi yoxdur;
deməli, Sədaqət – elə Xəyanətdir.
Əgər Müdriklik nisbidirsə – Onun Naşılıqdan elə bir Fərqi yoxdur;
deməli, Müdriklik – elə Naşılıqdır.
Dialektika – Cəfəng Təlimidir – Cəfəng Təlimdir.
HƏQİQƏT
Naqislə Nisbi arasında bir qarış yol var.
Nisbiylə Mütləq arasında bir dünya yol var.
HƏQİQƏT
Gerçəklikdə hər şey nisbidir – deməli, İnsan gerçəkliyi ötməlidir.
3 Qismət günü, İşıq Ayı, 13-cü il. Bakı.
ADAMLIQ SƏVİYYƏSİ
Adamlar Heyvanların başına gətirdiklərini biri-birilərinin başına
gətirirlər.
HƏQİQƏT
Gerçəklik Ölçüsü – Həqiqətsizlik.
4 Murad günü, İşıq Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Körpə Həyatı sehr və sirr kimi qavrayır, bu səbəbdən də o, Həyatın
Mənasını böyükdən yaxşı duyur.
6 Arzu günü, İşıq Ayı, 13-cü il. Bakı.
Dostları ilə paylaş: |