HƏQİQƏT
İtaət – ən böyük Günahdır.
Din – həmin günahı ləyaqətə mindirir.
Din – Adam günahıdır əslində.
HƏQİQƏT
Mütilik – Şər işidir.
Din – Şərə xidmət eləyir.
HƏQİQƏT
Adamlar Allaha inanmasaydılar – İnsanlaşardılar.
HƏQİQƏT
Allaha inanmaq – əslində Mərhəmətli Ağaya inanmaqdır.
Dindarlıq – əslində ölməyən Nökərçilikdir.
HƏQİQƏT
Adama yalnız İnsan kömək eləyə bilər – ancaq Adam İnsana inanmır,
bu səbəbdən də Allahdan kömək diləyir.
XƏLQİ BORC
Xalqı Cəmiyyətdən qorumaq.
HƏQİQƏT
Cəmiyyətin adamlara verdiyi haqların hamısı – əslində adamlardan
alınan haqlardır.
NİKBİNLİK
Dünya məhv olmayacaq – çünki Mahiyyəti Mütləqdir.
Həyat məhv olmayacaq – çünki Mahiyyəti Mütləqdir.
İnsan məhv olmayacaq – çünki Mahiyyəti Mütləqdir.
326
HƏQİQƏT
İnam – Əzəli Həqiqətdir.
İnamsızlıq – Əzəli Yalandır.
Yalançı İnam – İnamsızlıqdır.
HƏQİQƏT
Cəmiyyət çox vaxt İnsanı Adamdan gizləyir.
MƏQSƏD
Adam Cəmiyyətindən – İnsan Birliyinə.
HƏQİQƏT
Xalq – azad Fərdlər Birliyi.
Fərd – azad Xalq Vahidi.
AZADLIQLAR
Fərdi Azadlıq: Hamılaşmadan, Təbəqələşmədən, Özgələşmədən,
Əşyalaşmadan – yəni Cəmiyyətdən azad olmaq.
Xəlqi Azadlıq: Hamılaşmadan, Təbəqələşmədən, Özgələşmədən,
Əşyalaşmadan – yəni Cəmiyyətdən azad olmaq.
HƏQİQƏT
Şər – Əzəli deyil, çünki Mənasızdır.
– Sonsuz deyil, çünki Mənasızdır.
– Kamil deyil, çünki Mənasızdır.
– Əbədi deyil, çünki Mənasızdır.
HƏQİQƏT
Şər – Mənasızdır, Adam – Mənaya çatmayıb – bu səbəbdən də Şər
ölmür.
HƏQİQƏT
Mənalı Şər olmur.
Şər – həmişə Mənasızdır.
Mənasız – Xeyir olmur.
Xeyir – həmişə Mənalıdır.
HƏQİQƏT
İnsana inanmamaq olmaz – çünki İnsan hələ olmayıb.
327
HƏQİQƏT
Azadlıq – İnsanlıq.
Əsarət – Adamlıq.
ADAM GÜNAHI
İnsan olmamaq.
Nə qədər ki, Adam İnsan olmayıb – o, Günahkardır.
7 Dözüm günü, Qürub Ayı, 13-cü il. Bakı.
FƏRQ
Ruhani Ehtizaz – Məhəbbət.
Cismani Ehtizaz – Şəhvət.
HƏQİQƏT
Azad Məhəbbət – Məhəbbətsizlik Əsarəti.
Azad Əxlaq – Əxlaqsızlıq Əsarəti.
HƏQİQƏT
Şərin Gücü – Xeyirin zəifliyindədir.
Şərin başqa Gücü yoxdur.
HƏQİQƏT
Var olmaq üçün – İnsanlaşmaq gərək.
Adamlıq – Yoxluqdur.
HƏQİQƏT
Əxlaqi Var olma – Kamillik.
Əxlaqi Yox olma – Qeyri-Kamillik.
8 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Adam Təbiətlə münasibətini qaydaya salmaq üçün –
İnsanlaşmalıdır.
Adam Adamla münasibətini qaydaya salmaq üçün –
İnsanlaşmalıdır.
AZADLIQ
Məxluqdan Azad olmaq.
Adamdan Azad olmaq.
Ağadan Azad olmaq.
Nökərdən Azad olmaq.
İnsanlaşmaq – İnsanlaşdırmaq...
10 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı.
328
HƏQİQƏT
Varlıq – Yox ola bilərsə, Yox olacaqsa – Varlıq deyil – Yoxluqdur...
Varlıq Yox ola bilməz, Yox olmaz.
Gerçək Mövcudluq – yox olur, bu səbəbdən Varlıq deyil.
Varlıq – Yox olmayan mövcudluqdur – yəni Mütləq Mövcudluqdur.
HƏQİQƏT
Günahsızlıq – Ruhani Fəallıq.
Günah – Ruhani Fəalsızlıq.
HƏQİQƏT
Gerçəklikdə hər şey nisbidir – mahiyyətcə gerçəklik – Yoxluqdur: İnsan
Yoxluğa düşür Həyatda və Allahlıq etməli olur – Yoxdan Var yaradır.
HƏQİQƏT
İnsana Mövcud olmaq Aqibəti verilib, Var olmaq Aqibəti veril-məyib:
Var olmaq üçün İnsan özünü təzədən yaratmalıdır.
HƏQİQƏT
İnsan Varlığını Dünyada qoyub gedir, Yoxluğunu qəbrə aparır.
HƏQİQƏT
Varlıq – Mütləqilik.
Yoxluq – Nisbilik.
HƏQİQƏT
Adam Yoxluqdan qorxmur, Yox olmaqdan qorxur.
HƏQİQƏT
Yox olan nə Varsa – Yoxluqdur.
Var olan – Yox olmur.
AZADLIQ
İnsanilik.
HƏQİQƏT
Əxlaq – Var olmaq – Yoxluqdan çıxmaq.
Əxlaqsızlıq – Yox olmaq – Yoxluqda qalmaq.
329
HƏQİQƏT
Dünya İnsandan kənardadır, Dünyanın Mənası İnsandadır.
HƏQİQƏT
Təzahür dəyişir, çünki köhnəlir.
Məna dəyişmir, çünki köhnəlmir.
HƏQİQƏT
Antiinsani Bilik olur – Antiinsani Həqiqət olmur.
HƏQİQƏT
Nisbi Varlıq Yoxdur: Varlıq həmişə Mütləqdir.
Nisbilik – Yoxluqdur.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I.Hesabat Təqdir olunur.
II.Mütləqləşmək Vaxtıdır! –
Mütləq Amal – Mütləq Əməl vəhdətinə yetmək.
III.Evladlaşdırma Fəaliyyəti Yüksəlməlidir.
Qaranlıqlar Yarılsın!
11 İnam günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Yalnız Ruhani – Var olandır.
Cismani – Var olmur.
Cismanidə Var olan da – Ruhanidir.
HƏQİQƏT
Mütləqdən – Nisbi yaranıb;
Əzəlidən – Ötəri yaranıb;
Əbədidən – Keçici yaranıb;
Sonsuzdan – Sonlu yaranıb;
Kamildən – Qeyri-Kamil yaranıb.
Məna özünə bərabər aşkarlansaydı – Gerçəklik yaranmazdı.
Gerçəklik Mənadan yaranmasaydı – Mənasız sayılardı.
HƏQİQƏT
Əzəli Məna o qədər böyükdür ki, onun yanında bütün gerçək Mənalar
Mənasız görünür.
330
Əbədi Məna o qədər böyükdür ki, onun yanında bütün gerçək Mənalar
Mənasız görünür.
Sonsuz Məna o qədər böyükdür ki, onun yanında bütün gerçək Məna-
lar Mənasız görünür.
HƏQİQƏT
Mənasızlıq – Məna şahidi.
HƏQİQƏT
Fikir – İdeal Əməl.
HƏQİQƏT
Adam Əyriliyindən Cəmiyyət yarandı.
İnsan Düzlüyündən Xalq Birliyi yaranmalıdır.
HƏQİQƏT
Məhəbbət – Məna.
Şəhvət – Təzahür.
HƏQİQƏT
Məhəbbətlə Şəhvət arasında Uçurum var.
Gerçəklikdə Məhəbbət Şəhvət Uçurumuna düşür.
HƏQİQƏT
Məhəbbət – Ruhani Vəcd.
Şəhvət – Cismani Ehtiras.
HƏQİQƏT
Məna Təzahürə bərabər olsaydı – Məna olmazdı, Təzahür olardı.
Təzahür Mənaya bərabər olsaydı – Təzahür olmazdı, Məna olardı.
HƏQİQƏT
Təzahür – Anti Məna.
Məna – Anti Təzahür.
HƏQİQƏT
Dünyanın Mənası o qədər böyükdür ki, Gözə görünmür.
İMKANSIZLIQ
Üzə çıxmayan İmkan.
331
HƏQİQƏT
Mahiyyət – Yaradan.
Təzahür – Yaradılan.
Dünyanı Yaradan – Dünyanın Mahiyyəti.
Dünyada Yaradılan – Dünyanın Təzahürü.
HƏQİQƏT
Hadisə – Mənadan yaranıb; Məna – Hadisədən yaranmayıb.
Təzahür – Mahiyyətdən yaranıb; Mahiyyət – Təzahürdən yaranmayıb.
HƏQİQƏT
İnsansevərlik – Mənasevərlikdir.
Bu səbəbdən də İnsanı sevməyən Fəlsəfə yoxdur.
HƏQİQƏT
Dünyanın Təzahürü Dünyanın Mənasına Ziddir:
Ötərilik – Əzəliyə, Keçicilik – Əbədiliyə, Sonlu – Sonsuza,
Qeyri - Kamil – Kamilə.
Zahiri Dünya Dünyanın Mənasına Ziddir.
HƏQİQƏT
Məna – Gerçəklikdə İtir, İnsanda Tapılır...
AQİBƏT
İnsan Yoxluğa düşür və Yoxluqdan Varlıq yaradır.
Adam Yoxluğa düşür və Yox olur.
HƏQİQƏT
Varlıq – Mütləq Mövcudluq.
Yoxluq – Nisbi Mövcudluq.
HƏQİQƏT
İdeal cəmiyyət ola bilməz, çünki cəmiyyət İnsaniliyə qarşıdır: İnsanilik
olmayan Yerdə – İdeal Yoxdur.
Cəmiyyət – mahiyyətcə Antiidealdır.
HƏQİQƏT
Gerçəkliyi Mənalandıran – İdealdır.
İdealsız Gerçəklik – Mənasızdır.
332
HƏQİQƏT
Maddiyyat Ruhaniyyatla nizamlanmalıdır.
Ruhaniyyat maddiyyatla nizamlana bilməz.
HƏQİQƏT
İdeal – İdeyaya – Mənaya bərabər olmaq.
Əslində İdealdan başqa Var olan yoxdur gerçəklikdə.
HAL
Nisbi Dostluqla barışmadım, Dostsuz qaldım – Dostluğa xəyanət
eləmədim.
Nisbi Sevgiylə barışmadım, Sevgilisiz qaldım – Sevgiyə xəyanət
eləmədim.
HƏQİQƏT
Yoxsulluq – maddi əsarət.
Varidat – maddiyyat əsarəti.
HƏQİQƏT
İnsan Yerə də, Göyə də Zülm eləyir;
Ancaq Yerin də, Göyün də Mənası Odur.
12 Arzu günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İnsan Haqqı uğrunda əsil döyüş – həm sosializmə, həm də kapita-
lizmə qarşı döyüş olmalıydı.
Dissidentlər sosializmə kapitalist zərbəsi endirdilər, bununla da kapital-
izmə yaradılar.
ƏXLAQİ TƏRƏQQİ
Həyadan utananlar.
HƏQİQƏT
Adam Adam üzərində Ağalıqdan imtina etməsə – məhv olacaq.
Adam Təbiət üzərində Ağalıqdan imtina etməsə – məhv olacaq.
Adam İnsanlaşmasa – məhv olacaq.
14 Dözüm günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Göydə, Dağda, Çayda, Meşədə – İnsanilik Var.
Göyün Ucalığında, Dağın Vüqarında, Çayın Mahnısında, Meşənin
Qüssəsində.
İnsan təbiətə qarşı Qəddarlığında Özünə qıyır, İnsaniliyinə qəsd eləyir.
333
HƏQİQƏT
Hər uçurulan Dağda İnsan Vüqarı dağılır,
Hər quruyan Çayda İnsan Mahnısı kəsilir,
Hər qırılan Meşədə İnsan Duyğusu əskilir.
HƏQİQƏT
Kamil Naqisdən Zəngindir.
Naqis Kamildən Mürəkkəbdir.
FƏRQLƏR
Dini Əxlaq – Bəndələşdirən.
İctimai Əxlaq – Rəiyyətləşdirən.
Ruhani Əxlaq – İnsanlaşdıran.
ƏLAQƏ
Təbiəti Əksildən – İnsani Ruhsuzluqdur;
Təbiət əksildikcə – Ruhsuzluq artır.
15 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Həm cəmiyyət, həm də Din İnsan üzərində Ağalıqdır.
Cəmiyyət Ağalığını ictimai qanunlar əsasında həyata keçirir,
Din Dini Qanunlar əsasında...
Ruhaniyyat Ağalığın ölümüdür; bu səbəbdən də cəmiyyətə
qarşıdır, dinə qarşıdır.
HƏQİQƏT
Həyat – maddi mənafe uğrunda döyüşdür –
Yəni heyvanilik meydanıdır.
Həyat – mənəvi kamillik uğrunda döyüşdür –
Yəni Ruhanilik meydanıdır.
HƏQİQƏT
Cəmiyyət Adamı – Mənafe Adamı.
Ruhaniyyat İnsanı – Məhəbbət İnsanı.
HƏQİQƏT
Mənafe olan Yerdə Məhəbbət ola bilməz.
Bu səbəbdən də cəmiyyətdə Məhəbbətə yer yoxdur.
334
HƏQİQƏT
Mənafe uğrunda döyüş – heyvaniliyin davamıdır.
Cəmiyyət həmin Davamı ifadə eləyir.
HƏQİQƏT
Mənafenin əsası – Xudbinlik.
Mənafe olmasa – cəmiyyət olmaz.
Cəmiyyətin əsası – xudbinlik.
HƏQİQƏT
İctimai İdrak – Antiinsanlaşan İdrak.
İctimai münasibətlər – Antiinsani Münasibətlər.
HƏQİQƏT
Ruhaniyyat – Mahiyyətcə Antiictimaidir – çünki İnsanidir.
Fəlsəfə – Mahiyyətcə Antiictimaidir – çünki İnsanidir.
Sənət – Mahiyyətcə Antiictimaidir – çünki İnsanidir.
Bu səbəbdən də Cəmiyyət Ruhaniyyatı – İctimailəşdirir – yəni
Özgələşdirir.
Fəlsəfəni – İctimailəşdirir – yəni Özgələşdirir.
Sənəti – İctimailəşdirir – yəni Özgələşdirir.
HƏQİQƏT
İnsan cəmiyyətdən üstün olduqda İnsan olur, cəmiyyət səviyyəsində o,
Adam olur, Məxluq olur.
HƏQİQƏT
Cəmiyyət – Xudbinliyin ifadəsidir; çünki Hamılaşma, Təbəqələşmə,
Özgələşmə, Əşyalaşma – Xudbinlikdir.
Xudbin Fərdiyyət yoxdur – çünki Fərdiyyət cəmiyyətə qarşıdır.
HƏQİQƏT
Xalqı Xalq eləyən Ruhaniyyatdır; Cəmiyyət Xalqa qarşıdır; – çünki
Hamılaşma Xalqa qarşıdır, Təbəqələşmə Xalqa qarşıdır; Özgələşmə
Xalqa qarşıdır; Əşyalaşma Xalqa qarşıdır.
Xalqı Xalq eləyən Fərdiyyətdir – çünki o, Hamılaşmaya qarşıdır,
Təbəqələşməyə qarşıdır, Özgələşməyə qarşıdır, Əşyalaşmaya qarşıdır.
Cəmiyyət – Antifərdilikdir, bu səbəbdən də Antixəlqilikdir.
335
FƏRQ
İctimailəşmək – Hamılaşmaq, Təbəqələşmək, Özgələşmək, Əşya-
laşmaq.
Ruhaniləşmək – Fərdiləşmək, Özümləşmək, Xalqlaşmaq, İnsan-
laşmaq.
HƏQİQƏT
İnsan Təbiəti – Təbiətdən (cismanilikdən, maddiyyatdan) artıqdır; Onda
Ruh var...
HƏQİQƏT
İnsanı Təbiətə bərabər saymaq – İnsanı İnsanilikdən məhrum
eləməkdir; bu səbəbdən də materializmdə İnsan yoxdur.
16 Qismət günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Cəmiyyət Adam Xudbinliyindən özünə Alət düzəltdi.
HƏQİQƏT
Əxlaqın Mahiyyəti – Təmənnasızlıqdır.
Cəmiyyət – Mənafe əsasında qurulub.
Bu səbəbdən də İctimai Əxlaq – əslində Əxlaqsızlıqdır.
HƏQİQƏT
Cəmiyyətdə Adamlar Əxlaqdan Qazanc götürürlər.
Əxlaqdan Qazanc götürmək əslində – ən böyük
Əxlaqsızlıqdır.
HƏQİQƏT
Xeyiri mükafatlandırmaqla cəmiyyət əslində Xudbinliyi mükafatlandırır
– Adamları pozur.
DÖNMƏZLİK
Cəmiyyət əslində mənafelərindən dönməyənlər birliyidir.
HƏQİQƏT
İctimailik – İnsanın təbiətindən doğmayıb, Aqibətindən doğub.
İctimailik – Əlacsızlıqdan doğub, Əlac olmayıb.
HƏQİQƏT
Xalqa – fədakar gərək, cəmiyyətə – xudbin.
Fədakarlıq – Xalqı Yetirir, cəmiyyəti dağıdır.
Xudbinlik – cəmiyyətin Sütunudur, o qırılsa – cəmiyyət qırılar.
336
HƏQİQƏT
Xudbinlik olmasa – maddiyyatçılıq olmaz.
Maddiyyatçılıq – Cəmiyyətin əsasıdır.
Xudbinlik olmasa – cəmiyyət olmaz.
HƏQİQƏT
Xudbinlik olmasa – Vəsiqəçilik, Rütbəçilik, İmtiyazçılıq olmaz.
Vəsiqəçilik, Rütbəçilik, İmtiyazçılıq olmasa – cəmiyyət olmaz.
Xudbinlik olmasa – cəmiyyət olmaz.
HƏQİQƏT
Cəmiyyət – İnsandakı Vəhşini öldürmədi – İctimailəşdirdi.
CƏMİYYƏT
İctimailəşmiş Xudbinlik.
17 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Ağalıq – Əxlaqsızlıqdır.
Adam Əxlaqlı olsaydı – Ağalıq olmazdı.
Adam İnsan olsaydı – Cəmiyyət olmazdı.
HƏQİQƏT
Hakimiyyətdə Məhəbbət Yoxdur.
Cəmiyyət Xalq üzərində Hakimiyyətdir.
Cəmiyyətdə Xalqa Məhəbbət Yoxdur.
HƏQİQƏT
Mühitə uyğun İnam olmur, İnamsızlıq olur; –
İnam Mühitdən Üstündür.
Mühitə uyğun İdrak olmur, İdraksızlıq olur; –
İdrak Mühitdən Üstündür.
Mühitə uyğun Mənəviyyat olmur, Mənəviyyatsızlıq olur; –
Mənəviyyat Mühitdən Üstündür.
Mühitə uyğun İradə olmur, İradəsizlik olur; –
İradə Mühitdən Üstündür.
Bu səbəbdən Mühitə uyğunlaşmaq – İnamsızlıq, İdraksızlıq,
Mənəviyyatsızlıq, İradəsizlikdir əslində.
337
HƏQİQƏT
Quldarlıq – Adama yaradı; ona görə də yarandı;
İnsana yaramadı; ona görə də məhv oldu.
Feodalizm – Adama yaradı; ona görə də yarandı;
İnsana yaramadı; ona görə də məhv oldu.
Sosializm – Adama yaradı; ona görə də yarandı;
İnsana yaramadı; ona görə də məhv oldu.
Kapitalizm – Adama yarayır; ona görə də yaranır;
İnsana yaramır; ona görə də məhv olacaq.
HƏQİQƏT
Təbiət üzərində Ağalıq – Antiinsanilik.
Adam üzərində Ağalıq – Antiinsanilik.
Xalqlar üzərində Ağalıq – Antiinsanilik.
Cəmiyyət Tarixi – Antiinsanilik Tarixi.
HƏQİQƏT
Adam Təbiət üzərində Ağalığından əl çəksə – ölər və İnsan kimi
təzədən dirilər.
HƏQİQƏT
Təbiətlə döyüşdə Adam qələbə çaldı, İnsan məğlub oldu.
2 Arzu günü, Ata Ayı, 13-cü il. Bakı.
RUHANİ XƏTT
Kim bizi özünə Düşmən sayırsa saysın, biz heç kəsi özümüzə Düşmən
saymırıq.
Düşməni saymırıq.
4 Dözüm günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Feyerbax İlahiliyin İnsani mahiyyətini kəşf etdi, Hürufilər İnsaniliyin
İlahi Mahiyyətini.
Feyerbaxda İlahilik İnsaniləşdi, Hürufilikdə İnsanilik İlahiləşdi...
İlahiliyin İnsaniləşməsi – Göydəkinin Yerə endirilməsiydi – İn-
saniliyin İlahiləşməsi – Yerdəkinin Göyə qaldırılmasıydı.
HƏQİQƏT
Spinozada İnsan Təbiətləşir, Sufilərdə – İlahiləşir.
338
FƏRQ
Spinozada İnsan Zəruriyyət Dairəsinə düşür,
Sufilərdə Allaha qovuşur – Azadlığa çıxır.
Spinoza panteizmi – maddiyyatçılıqdır;
Sufi panteizmi – ruhaniyyatçılıq.
FƏRQ
Spinozada Allah Təbiətin Özülüdür;
Sufilərdə – Təbiətin Ruhudur.
Sufilər Spinozadan Yüksəkdirlər.
HƏQİQƏT
Faustla İblisin Yolçuluğu tutur: bunu nüvə silahının kəşfi sübut etdi.
HƏQİQƏT
Totalitarizm Adamları Zorla İradəsizləşdirir.
Demokratiya Adamları Xoşla İradəsizləşdirir.
Cəmiyyət – İradəsizləşmə Üsuludur əslində.
NİKBİNLİYİN ƏSASI
İnsan – Gerçəkliklə barışmır.
FƏRQ
Vüqar – İqtidar.
Lovğalıq – İqtidarsızlıq.
HƏQİQƏT
Təsadüfi Məna olmur, Təsadüfi Mənasızlıq olur və Gerçəklik onunla
doludur.
Dostları ilə paylaş: |