TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə26/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

 

EVLADIM  ULUYOLA 

Mütləqə İnam Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən 

gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn,   

Muğamdan gələn, Sazdan gələn! 

    İnsanlaşma Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən gələn, 

Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn, Muğamdan 

gələn, Sazdan gələn! 

    Ruhani Cəmiyyət Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən 

gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn, 

Muğamdan gələn, Sazdan gələn! 


 

313


    Müstəqil Vətən Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən 

gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn, 

Muğamdan gələn, Sazdan gələn! 

    Özümlü Şərq Yolu – Ulu Yoldur: – Zərdüştdən gələn, Babəkdən 

gələn, Dədə Qorquddan gələn, Hürufilərdən gələn, Füzulidən gələn, 

Muğamdan gələn, Sazdan gələn! 



"Uluyol"  adını sənə halal eləyirəm! 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



14 Ümid günü, İşıq Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Dadaş idi. Döndü). 

 

“YAS GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

“Yas Günü” Fərəh çağırdı, Fərəhə çağırdı. 

    Evladların Sözü, Əsilin Təşkilatçılığı, Ellinin Evgüzarlığı Təqdir olunur. 

    Özümlünün Təmsil etdiyi Ailənin Evlad Ləyaqəti Təqdir olunur. 

    Qaranlıqlar Yarılsın! 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1.Hesabat Təqdir olunur. 

2.Müqəddəslik üstə köklənməli, Müqəddəsliyə çağrılmalı, Müqəddəslik 

çağırmalı! 

3.Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə Yüksəlməli! 

4.Ataya Təzə Evlad Yetirmək! 

5.Dərgini Bənzərsizlik səviyyəsinə çatdırmaq, yaymaq! 

Nurlanın, Nurlandırın! 



15 Dözüm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

“ATALI  YURD”  DƏRGİSİNƏ  XEYİR-DUA 

Gerçəkliyi ötün ki, gerçəkliyə gərək olasınız! 

Həyatı ötün ki, Amala gərək olasınız! 

Nisbini ötün ki, Mütləqə gərək olasınız! 



İnsanlaşın ki, Yurdlaşasınız! 

Bəşər Ruhsuzluq bəlasına düçar olub, – Ruhani İntibah gərək! 

Əzəli, Əbədi, Sonsuz, Kamil Varlığa yüksəlin! 

Ötəri, Keçici, Sonlu, Qeyri-Kamil Yoxluqdan qurtarın! 

Qaranlıqlar Yarılsın! 

21 İşıq Ayı, Ümid günü, 13-cü il. Bakı. 

 


 

314


ATAYLA  AZNEFTDƏ  GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 



 

ATAYLA  NEFT  DAŞLARINDA,  CİLOV  ADASINDA  GÖRÜŞ 

    I. Görüş Mütləqə yaxın səviyyədə keçdi. 

II. Əsilin yaradıcı Təşkilatçılıq Əməli təqdir olunur. 

 

“EVLAD  GÜNÜ”  MƏRASİMİ 

 I. Mərasimin Yazısı evladım Uğura tapşırılsın. 

Yazı 27 İşıq Ayı Ataya təqdim edilsin. 

II. Mərasimin Məzmunu: 

Ata Sözü. 

Evladların Evladlar haqqında Sözü. 

Ruhani Sənədlərin oxunması. 

23 Mərhəm günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Cəmiyyət – Ağalıq, Nökərçilik, Təbəqə, İmtiyaz əsasında qurulub. 



     Cəmiyyət – Antiinsani quruluşdur əslində; onu Antiinsanilik 

qurub. 

      İnsanlaşma – Ağalığın, Nökərçiliyin, Təbəqələrin, İmtiyazların 

ölümüdür. 

     İnsanlaşmada – cəmiyyətçilik ölür. 

 

EVLADIM   GÖYLÜYƏ 

Yurdumuz – Göyümüzdür – Müqəddəs Ucalığımız! 

    Amalımız – Göyümüzdür – Müqəddəs Ucalığımız! 

    Əməlimiz – Göyümüzdür – Müqəddəs Ucalığımız! 

    Göy boyda Yük daşıyırıq, – Göy Yükü daşıyırıq – Fərəhli! 

    Mütləqə İnam Göylüyük! 

    Özüylədöyüş Göylüyük! 

    Ruhani Cəmiyyət Göylüyük! 

    Müstəqil Vətən Göylüyük! 

    Özümlü Şərq Göylüyük! 

    Dünyanın Mənası var – Dünyadan artıq – 

Dünyanın Mənası – Göyümüzdür. 

    Həyatın Mənası var – Həyatdan artıq – 

Həyatın Mənası – Göyümüzdür. 

    İnsanın Mənası var – İnsandan artıq – 

İnsanın Mənası – Göyümüzdür. 



 

315


     Göyümüz – Ruhani Gözümüzdür. 

    “Göylü”  adını sənə halal eləyirəm! 

Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 

25 Murad günü, İşıq Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Xatirə idi. Ocaqdan çıxdı). 

 

FƏRQ 

    Ağalıq – Maddiyyatçılığa əsaslanır; 

Atalıq – Ruhaniyyatçılığa. 

 

HƏQİQƏT 

Dövlət – İctimai Quruluşu qoruyur, İnsanı İctimai Quruluşdan qorumur.  

    İctimai Quruluş – cəmiyyətin antiinsanilik səviyyəsini qoruyur; 

İnsanilik – cəmiyyət səviyyəsindən Yüksəkdir. 

 

HƏQİQƏT 

Cəmiyyətlər Ağalıq ehtirasından yarandılar, Atalıq qayğısından 

yaranmadılar. 

26 İnam günü, İşıq Ayı, 13-cü il. Bakı. 

 

İNALA,  RUHANƏYƏ,  ELANAYA 

Böyüyün – İnsan olun. 

İnamınız Tam, Bütöv, Doğru olsun. 

İdrakınız Tam, Bütöv, Doğru olsun. 

Mənəviyyatınız Tam, Bütöv, Doğru olsun. 

İradəniz Tam, Bütöv, Doğru olsun. 

Yurdçu olun, Mütləqçi olun, Müqəddəsçi olun! 

Ürəyinizdə Günəş olsun. 

İnal – Bacılarının Ruhani Qardaşı olsun! 

Bacılar – İnalın Ruhani Bacıları olsunlar! 

    Yəni İnal Bacılarının Amaldaşı olsun! 

Yəni Bacılar İnalın Amaldaşı olsunlar! 

Əsilin balaları – Əsilliyin balaları. 

Yetkinin balaları – Yetkinliyin balaları. 

   Əsil Böyümək. 

   Yetkin Böyümək. 

   Əsilliyə çatmaq. 

   Yetkinliyə çatmaq. 



1 Şölə Ayı, Murad günü, 13-cü il. Bakı.  

 

 

316


HƏQİQƏT 

 Özündəki Adama inanma. Özgəsindəki Adama inanma. 



7 Qismət günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

“RUHANİ  QURUM  GÜNÜ”  MƏRASİMİ 

I. Mərasimin Yazısı Əsilə tapşırılır. 

II. Yazı Şölə Ayının 25-də Ataya təqdim olunur. 

Mərasimin məzmunu: 

Ata Sözü. 

Evlad Sözü. Əsil, Təmsilçilər, Evladlar. 

Ruhani Sənədlərin oxunuşu. 

14 Qismət günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

BUZOVNADA  ATAYLA  GÖRÜŞ 

Görüş Amal çağırdı, Amala çağırdı. 

Sadiqimin Təşkilatçılığı Təqdir olunur. 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 



ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

I. Ailənin zəngin Ruhani Əməli Təqdir olunur. 

II. Kapitalizm – Sosializm, İslam – Marksizm Birliyini Bilmək və 

camaata çatdırmaq. 

III. Türkçülük – Şərqilik – Bəşərilik Birliyini Bilmək və camaata 

çatdırmaq. 

IV. Gerçəkliyi ötmək Məqsədinin Özüylədöyüş Əməliylə birliyinə nail 

olmaq! 

Nurlanın, Nurlandırın! 



15 Murad günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

“EVLAD  GÜNÜ”  MƏRASİMİ 

Mərasim Mütləqə yaxın səviyyədə keçdi, Müqəddəsliyə yaradı; Əsilin 

Təşkilatçılığı, Ellinin Evgüzarlığı Təqdir olunur. 

    Mərasimə gəlməyənlər Ata qarşısında cavab verməlidirlər. 

17 Arzu günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  SOYLUNUN  TƏMSİL  ETDİYİ 



ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I. Hesabat Təqdir olunur. 

II. Müqəddəslik kökü üstündə köklənməli. 

III. Xalqlaşma – Evladlaşma – Kamilləşmə Birliyinə çatmalı. 



 

 

317


EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I. Hesabat Təqdir olunur. 

II. İnsanlaşma – Amallaşma – Evladlaşma birliyinə çatmaq. 

III. Xalqlaşma Yüksəkliyinə çatmaq. 



25 Ümid günü, Şölə Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  ELANAYA 

Elimizə Analar gərək – Amallı, Sabahlı. 

Mütləqə İnam böyütsün Analar Balalarda. 

İnsanlaşma böyütsün Analar Balalarda. 

Müstəqil Vətən böyütsün Analar Balalarda. 

Ruhani Cəmiyyət böyütsün Analar Balalarda. 

Özümlü Şərq böyütsün Analar Balalarda. 

Analıq Müqəddəsliyinə çatsınlar Analar. 

Beşik başında Amal oxunsun, Sabah oxunsun. 

“Elana”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

 Daxilindəki Mütləq sənə Yar olsun! 



6 Murad günü, Od Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Əsilin – Elxanın, Yetkinin – Sevincin 8 yaşlı qızı... Ata-anasıyla 



birgə Ocaqdan çıxdı). 

 

EVLADIM  SOYLUNUN  TƏMSİL  ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I. Hesabat Təqdir olunur. 

II. Amallaşma – Evladlaşma – Xalqlaşma birliyinə çatmaq. 

III. Müqəddəslik Halı Mütləqləşsin! 



8 Arzu günü, Od Ayı, 13-cü il. Bakı. 

 

“RUHANİ  QURUM”  MƏRASİMİ  HAQQINDA 

I. Mərasim Mütləqə yaxın bir səviyyədə keçdi. 

II. Əsilin Yazısı, Təşkilatçılığı Təqdir olunur. 

III. Mərasimə gəlməyənlər Ata qarşısında cavab verməlidirlər. 



9 Ümid günü, Od Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

   I. Hesabat Təqdir olunur.  

   II. Konkret Əməl İdeyasını Ruhani Səviyyədə bilmək, bildirmək. 



 

318


   III. Rəğbətçilər Dairəsini genişləndirmək. 

    Nurlanın, Nurlandırın! 



15 Arzu günü, Od Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  DOĞMANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I. Hesabat Təqdir olunur. 

II. Amallaşma – İnsanlaşma – Xalqlaşma səviyyəsinə çatmaq. 

Qaranlıqlar Yarılsın. 



21 İnam günü, Od Ayı, 13-cü il. Bakı. 

 

“ATA GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

     I. Mərasim Mütləq səviyyədə keçməlidir. 

II. Mərasimin Yazısı Safruha, Əsilə, Elliyə tapşırılır. 

III. Yazının ilk çeşidi Qürub Ayının 25-də Ataya çatdırılır. 

IV. Mütləq İntizam səviyyəsi yaranmalıdır – İntizamı pozan Ocaqdan 

çıxarılır. 

Qaranlıqlar Yarılsın! 



HƏQİQƏT 

Təzə – Köhnənin əvvəli. 

Köhnə – Təzənin sonu. 

Əbədi – Təzədən Üstün, Köhnədən Üstün. 

Təzə Var olmur – çünki Köhnəlir. 

Köhnə Var olmur – çünki Ölür. 

Əbədi Var olur – çünki Köhnəlmir, Ölmür. 

25 Mərhəm günü, Od Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Allah – gerçəklik səviyyəsində Mütləqdir, yəni Mahiyyətcə –  

AntiMütləqdir. 

    Din – gerçəklik səviyyəsində Mütləqilikdir, yəni Mahiyyətcə  

AntiMütləqilikdir. 



28 İnam günü, Od Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  SOYLUNUN  TƏMSİL  ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I. Hesabat Təqdir olunur. 

II. Özüylədöyüş Mütləq Özünütanıma, Özündənayrılma, Özünəçatma 

səviyyəsinə Yönəlməlidir. 

    III. İntizam Mütləqiliyinə nail olmalı! 

    Qaranlıqlar Yarılsın! 



 

319


HƏQİQƏT 

    İnsandan kənarda Dünya var; 

İnsanilikdən kənarda Dünya yoxdur. 

 

HƏQİQƏT 

Dünyanın Mənası – İnsanilik. 



 

HƏQİQƏT 

İnsan həm Dünyanın çiyninə düşən ən ağır Yükdür, həm də çiy- 

nində Dünyanın ən ağır Yükünü – Mənasını daşıyandır... 

 

İNSANIN  MAHİYYƏTİ 

İnam, İdrak, Mənəviyyat, İradə, Vicdan, Ədalət, Həqiqət, Sığmazlıq, 

Mütləqilik. 

 

ÖZÜYLƏDÖYÜŞ  İZHARI 

Nə qədər ağıllı olsam da – Ocağa qədər ağılsızdım –  

indi ağıllıyammı? 

     Nə qədər təmiz olsam da – Ocağa qədər pozğun idim –  

indi təmizəmmi? 

Nə qədər qüvvətli olsam da – Ocağa qədər zəif idim –  

indi qüvvətliyəmmi? 

 

VARLIQ – YOXLUQ 

  Mütləq – Nisbinin Yoxluğu. 

Nisbi – Mütləqin Yoxluğu. 

 

HƏQİQƏT 

Xalq – Mütləq Fərdiyyət. 

Fərdiyyət – Mütləq Xalq. 

31 Dözüm günü, Od Ayı, 13-cü il. Bakı. 

 

SSRİ  ALİ  TƏHSİL  NAZİRLİYİ   

ALİ  ATTESTAT KOMİSSİYASININ  SƏDRİNƏ 

Əfəndiyev Asif Qasım oğlu tərəfindən 

Ərizə 

Sizin  idarəniz  tərəfindən  mənə  verilən  dövlət  filosofluğu  diplomları 



mənəviyyatsız siyasətbazlar, mənsəbpərəstlər, əzbərçilər ordusu yaratdı; 

indi 


o, 

qətiyyətlə 

kapitalist 

kommunistlərə, 

dindar 

ateistlərə 



çevrilməkdədir. 

     Vəsiqələrinizi qaytarmaqla mən öz insani ləyaqətimin qeydinə qalıram. 



 

320


 

HƏQİQƏT 

 Azadlıq – İnsanilik: Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, 

Mütləq İradə, Mütləq Ədalət, Mütləq Həqiqət. 

 

HƏQİQƏT 

İnsanilik – Fərddə ifadə olunur, Xalqda ifadə olunur – Cəmiyyətdə rədd 

olunur. 

HƏQİQƏT 

Vətəndaş – cəmiyyətdaş deyil, çünki Vətən – cəmiyyət deyil. 



 

ÖLÜM – CƏMİYYƏT 

Ölüm – Fərdə qarşıdır: Onu öldürür. 

Cəmiyyət – Fərdə qarşıdır: Onu ictimailəşdirir. 

Cəmiyyət Adamı – əslində ölmüş adamdır. 

 

HƏQİQƏT 

Cismani Ailə – Ağalığı aradan qaldırmadı, Xanımlığı aradan qaldırma-

dı; Yadlığı, Yırtıcılığı, Şəhvəti aradan qaldırmadı – bu səbəbdən də İn-

saniliyə yaramadı. 



 

HƏQİQƏT 

Gerçəklik Uçurumdur– 

Əgər Sənlə Gerçəklik arasında Uçurum yoxsa – Uçurumdasan. 

Gerçək İnam – Uçurumdur –  

Əgər Sənlə Gerçək İnam arasında Uçurum yoxsa – Uçurumdasan. 

Gerçək İdrak – Uçurumdur –  

Əgər Sənlə Gerçək İdrak arasında Uçurum yoxsa – Uçurumdasan. 

Gerçək Mənəviyyat – Uçurumdur –  

Əgər Sənlə Gerçək Mənəviyyat arasında Uçurum yoxsa – Uçurumdasan. 

Gerçək İradə – Uçurumdur –  

Əgər Sənlə Gerçək İradə arasında Uçurum yoxsa – Uçurumdasan. 

 

FƏRQ 

Həyat Yolu – Ölüm. 

Ruhaniyyat Yolu – Mütləq. 

 

 

 

HƏQİQƏT 

    Dünyaya Ümidim yoxdur – Dünyanın Mənasına Ümidim var. 



 

321


Həyata Ümidim yoxdur – Həyatın Mənasına Ümidim var. 

Adama Ümidim yoxdur – Adamın Mənasına – İnsana Ümidim var. 



 

MÜTLƏQ  İSTƏK 

Allahdan istədiyini özündən istə. 



 

HƏQİQƏT 

Xəlqi Şüur – Fərdi Şüur. 

İctimai Şüur – Antixəlqi Şüur. 

Ruhani Şüur – Fərdi Şüur, Xəlqi Şüur. 

 

HƏQİQƏT 

Həyat – Ömrün Bayırı. 

Ruh – Ömrün İçi. 

1 Mərhəm günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Nisbi Məna olmur. 



Gerçəklikdə hər şey nisbidir. 

Deməli, Məna Gerçəkliyi Mütləq ötməlidir. 



 

HƏQİQƏT 

Nisbi Ruhaniyyat olmur. 

Gerçəklikdə hər şey nisbidir. 

Deməli, gerçəklikdə Ruhaniyyat olmur. 



Deməli, Ruhaniyyat Gerçəkliyi mütləq ötməlidir. 

2 Qismət günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Mütləq İnam – Antiictimai İnam. 

Mütləq İdrak – Antiictimai İdrak. 

Mütləq Mənəviyyat – Antiictimai Mənəviyyat. 

Mütləq İradə – Antiictimai İradə. 

 

HƏQİQƏT 

İnsan – ictimai münasibətlərin inkarıdır, bu səbəbdən də ictimai 

münasibətlər İnsana qarşıdır. 



 

HƏQİQƏT 

İctimai İdrak: keçici, nisbi, qeyri-kamil. 

Ruhani İdrak: əbədi, Mütləq, kamil. 

 

322


HƏQİQƏT 

İnsan – Mütləq Fərdiyyətdir: Bənzərsiz, Əvəzsiz, Müstəqil. 

Cəmiyyət Fərdiyyətə qarşıdır – bu səbəbdən də İnsana qarşıdır. 

İnsani cəmiyyət yoxdur: çünki Fərdiyyətçi cəmiyyət yoxdur. 



 

HƏQİQƏT 

Gerçəkliyi sevmək – Nikbinlik deyil; 

    Gerçəklikdə hər şey Nisbidir, Keçicidir, Qeyri-Kamildir: 

    Gerçəkliyi sevən üçün Mütləq yoxdur əslində –  

Əbədi yoxdur, Kamil yoxdur. 

    Gerçəkliyi sevən – Mahiyyətcə Bədbindir. 

 

HƏQİQƏT 

Cəmiyyət – Gerçəkliyi qoruyur – əslində Yoxluğu qoruyur. 



3 Murad günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Ekzistensialistlərin 20-ci əsrdə gördüklərini Sufilər 10-cu əsrdə 

görmüşlər.   Şərq Qərbi 10 əsr qabaqlayıb. 

 

HƏQİQƏT 

Əgər heç kəs heç kəsdən ötrü ölməyirsə, demək, heç kəs yaşamır. 



 

HƏQİQƏT 

Şər – Mənasızdır, onun Zəifliyi bundadır. 

     Xeyir – Mənalıdır, onun Gücü bundadır. 

 Mənalı – Şər olmur, Mənasız – Xeyir olmur... 

 İblislik – Mənasızlıqdır; İblis Fəallığı Mənasız Fəallıqdır... 

 Bu baxımdan, Şər – Varlıq deyil, Yoxluqdur –  

amansız, fəlakətli, həqarətli, fəal Yoxluq. 

4 İnam günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Qaranlıq Həqiqət olmur. 

Qaranlıq haqqında Həqiqət – İşıqdır. 

Ölüm haqqında Həqiqət – Həyatdır. 

5 Arzu günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Şər Xeyirlə döyüşsə – məğlub olar; 

Şər – Nisbi Xeyirlə döyüşür, bu səbəbdən də məğlub olmur. 

Şərin qarşısına Xeyir çıxmır – bu səbəbdən də Şər yaşayır. 



 

323


 

HƏQİQƏT 

Şər Ruhla bacarmır – çünki Ruh – Mütləqdir. 

Şər Bədənlə bacarır – çünki Bədən – Nisbidir. 

 

HƏQİQƏT 

Xeyiri – Varlıq yaşadır, Şəri – Yoxluq. 



 

VARLIQ – YOXLUQ 

Nisbi Xeyir Yoxdur. 

Nisbilikdə Şər Var. 

 

HƏQİQƏT 

Xeyir – Xeyir olsaydı – Şər olmazdı. 

Həqiqət – Həqiqət olsaydı – Yalan olmazdı. 

Şəri yaradan Xeyir əskikliyidir. 

Yalanı yaradan Həqiqət əskikliyidir. 

Şərin Varlığı yoxdur. 

Yalanın Varlığı yoxdur. 

 

HƏQİQƏT 

Şər Xeyir görməsə, ölməz. 

Şər Xeyir görmür, bu səbəbdən də ölmür. 

 

HƏQİQƏT 

Adam – Yalançı İnsan... 



 

VARLIQ – YOXLUQ 

Xeyir Var olsa – Şər yox olar. 

Xeyir Var olmur – bu səbəbdən də Şər yox olmur. 

 

HƏQİQƏT 

Mənasızlıq – Məna Yoxluğu. 

Məna – Mənasızlıq Yoxluğundan üstün. 

Mənasızlığı yaşadan Yoxluqdur, Mənanı yaşadan Varlıq. 



 

 

VARLIQ – YOXLUQ 

Şər – Xeyir Yoxluğu. 

Xeyir – Şər Yoxluğundan üstün. 


 

324


Yalan – Həqiqət Yoxluğu. 

Həqiqət – Yalan Yoxluğundan üstün... 



Şər – Yalan. 

Xeyir – Həqiqət. 

6 Ümid günü, Qürub Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Adam İnsan olmayınca – İblis ölməyəcək. 



 

HƏQİQƏT 

   Gördüyümüz nə varsa – Gerçəklikdir. 

     Bildiyimiz nə varsa – Gerçəklikdir. 

     Dünyanın Mənası – gördüyümüzdən artıqdır, bildiyimizdən artıqdır. 



 

HƏQİQƏT 

Gerçəklik səviyyəsində hünər olmur. 

Hünər – gerçəkliyi ötməkdir. 

Gerçəklik səviyyəsində Hünər – Yalançı Hünərdir. 

 

HƏQİQƏT 

Gerçəkliyin Fəlakəti Məna İşığında görünür: 

ancaq biz Fəlakəti görürük – Mənanı görmürük. 

 

VARLIQ – YOXLUQ 

Olanların çoxu – Yoxdur. 

Olmayanların çoxu – Var. 

HƏQİQƏT 

Mütilik – Ruhsuzluqdur. Din – Mütilik carçısıdır. 



Dini Ruh – əslində Ruhsuzluqdur. 

 

ƏLAQƏ 

Allahın bəndəsi, hökmdarın rəiyyəti, Cəmiyyətin aləti. 



 

HƏQİQƏT 

Allaha bel bağladığı gündən Adamın beli qırıldı. 

 

HAL 

Musiqiyə necə qulaq asıramsa – Düşüncələrimə də elə qulaq asıram. 

 

HƏQİQƏT 

Allah – İnamdan yox, İnamsızlıqdan yaranıb –  

Adamların Özlərinə İnamsızlığından. 


 

325


HƏQİQƏT 

Din Azadlığı – Ruhani Əsarət Azadlığı. 



 

HƏQİQƏT 

İntizam – Azadlıqdır; İtaət – Əsarət. 



Din İnsanı Allah əsarətinə salır... 

 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin