HƏQİQƏT
Məna Təzahürə bərabər olsaydı, Mənasız olardı.
HƏQİQƏT
Adam Qisməti – Adamlıq.
İnsan Qisməti – İnsanlıq.
HƏQİQƏT
Din İnsanı Allaha tapşırır. –
Bu səbəbdən də İnsanlaşmaya qarşıdır.
Kommunizm İnsanı Mülkiyyətə tapşırır. –
Bu səbəbdən də İnsanlaşmaya qarşıdır.
339
Amal İnsanı İnsana tapşırır. –
Bu səbəbdən də İnsanlaşmaya əsaslanır.
HƏQİQƏT
Tarix – Ağalıq-Nökərlik Dairəsindən kənara çıxa bilmir; bu səbəbdən
də cəmiyyət mahiyyətcə dəyişmir.
HEGELƏ QARŞI
Dərk olunmuş Zəruriyyət – Azadlıq deyil, Qismətlə barışmaqdır əslində
– Dini xurafatçılıqdır Fəlsəfə biçimində.
Dialektikanın Qanunları – Həqiqət deyil – Qismətçilikdir – Fəlsəfə
biçimində.
HƏQİQƏT
Zəmanəyə düşmək – bizdən asılı deyil.
Zəmanədən çıxmaq – bizdən asılıdır.
HƏQİQƏT
Vaxt – Əbədiyyətin Təzahürüdür, İfadəsi deyil –
Mahiyyətcə Əbədiyyət – Vaxtsızlıqdır.
Məkan – Sonsuzluğun Təzahürüdür, İfadəsi deyil –
Mahiyyətcə Sonsuzluq – Məkansızlıqdır.
HƏQİQƏT
Qismət – Adamlıq Tarixidir – Ömrümüzə düşən.
HƏQİQƏT
Adamın Ömrünə Adamlıq Tarixi düşür ki, buna Bəxt deyirlər.
Adamın Ömrünə Adamlıq Zamanı düşür ki, buna Bəxt deyirlər.
Adamın Ömrünə Adamlıq Mühiti düşür ki, buna Bəxt deyirlər.
Adamın Ömrünə Adamlıq düşür ki, buna Bəxt deyirlər.
HƏQİQƏT
Tarixin Kökü – Adamların daxilindədir;
Adamlar onu Xaricdə axtarırlar və tapa bilmirlər...
Adam daxilindəki Canavarı öldürə bilmir və Canavarlıq Tarixi yaranır.
Adam daxilindəki Tülkünü öldürə bilmir və Tülkülük Tarixi yaranır.
Adam daxilindəki İlanı öldürə bilmir və İlanlıq Tarixi yaranır.
5 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı.
340
FƏRQ
Xudbin – Özündəki Böyükdən keçir – Kiçiyi seçir.
Fədakar – Özündəki Kiçikdən keçir – Böyüyü seçir.
HƏQİQƏT
Fərdiyyət – Xudbinliyin Ölümü.
HƏQİQƏT
Din əslində İmtina tanımır – bu dünyadakı İmtinanın əvəzini
o dünyada qaytarır.
Din əslində Fədakarlıq tanımır – bu dünyadakı Fədakarlığı
o dünyada mükafatlandırır.
6 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İctimai Dostluq olmur – çünki Mənafe Dostluğa Ziddir.
İctimai Məhəbbət olmur – çünki Mənafe Məhəbbətə Ziddir.
İctimai Fədakarlıq olmur – çünki Mənafe Fədakarlığa Ziddir.
İctimai İnsanilik olmur – çünki İnsanilik Mənafeyə Ziddir.
HƏQİQƏT
Mənafe – Adamları biri-birindən ayırır, buna görə də Mənafe Birliyi –
Ayrılmadır əslində.
HƏQİQƏT
Mənfəət əsasında – cəmiyyət yaranır, Xalq yaranmır.
Xalq Ruhaniyyat əsasında yaranır.
Buna görə də Mahiyyətcə Xalq – Cəmiyyətə Qarşıdır;
Xəlqilik – İctimailiyə qarşıdır.
HƏQİQƏT
İnsan özündəki Mənfəətçiliyi – Cəmiyyətçiliyi – öldürməlidir.
HƏQİQƏT
Cəmiyyət Adamdakı Canavarı öldürmür – Rəsmiləşdirir.
Adamdakı Tülkünü öldürmür – Rəsmiləşdirir.
Adamdakı İlanı öldürmür – Rəsmiləşdirir.
HƏQİQƏT
Hamılaşmadan, Özgələşmədən, Təbəqələşmədən azad olan nə varsa
– Fərdiyyətdir.
Cəmiyyətdən azad olan nə varsa – Fərdiyyətdir.
341
HƏQİQƏT
Cəmiyyətdə Ağalar Nökərləri dolandırırlar.
7 Murad günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İctimailəşən Xalq – Kütlə.
Ruhaniləşən Xalq – Ailə.
8 İnam günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Yerin Göy boyda Mənası var – Yerdən Uzaq, Yerdən Uca.
Adamın İnsan boyda Mənası var – Adamdan Uzaq, Adamdan Uca.
Zamanın Əbədiyyət boyda Mənası var – Zamandan Uzaq,
Zamandan Uca.
13 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Mütləqə İnamın Əsası – Ruh.
Mütləq İdrakın Əsası – Ruh.
Mütləq Mənəviyyatın Əsası – Ruh.
Mütləq İradənin Əsası – Ruh.
İnsaniliyin Əsası – Ruh.
19 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı.
OCAQDAN GEDƏNLƏR
Yatırlar – oyanıb Ocağa gəlirlər, sonra Yatmaları tutur – Ocaqdan
gedirlər.
RUHANİ İNTİBAH YOLU
Ruhani Bazis.
Maddi Üstqurum.
21 Murad günü, Ata Ayı, 13-cü il. Bakı.
EVLADIM ELİŞIĞA
Elimizə İşıq olmalıyıq – Mütləqə İnam İşığı.
Özüylə döyüş İşığı.
Müstəqil Vətən İşığı.
Ruhani Cəmiyyət İşığı.
Özümlü Şərq İşığı.
İnamsızlıq Qaranlığını Yarmalıyıq.
İdraksızlıq Qaranlığını Yarmalıyıq.
342
Mənəviyyatsızlıq Qaranlığını Yarmalıyıq.
İradəsizlik Qaranlığını Yarmalıyıq.
“Elişıq” adını sənə halal eləyirəm.
Qaranlıqlar Yarılsın!
(Qeyd: Həyatda adı Səbinə idi. Ocaqdan çıxdı).
EVLADIM ÖTKÜNƏ
Sabaha çatmaq üçün Bugünü ötmək gərək.
Amala çatmaq üçün Həyatı ötmək gərək.
Mütləqə çatmaq üçün Nisbini ötmək gərək.
İnama çatmaq üçün Zaman İnamını ötmək gərək.
İdraka çatmaq üçün Zaman İdrakını ötmək gərək.
Mənəviyyata çatmaq üçün Zaman Mənəviyyatını ötmək gərək.
İradəyə çatmaq üçün Zaman İradəsini ötmək gərək.
Mütləqə İnam Ötkünlüyünə çatmalı!
Özüylədöyüş Ötkünlüyünə çatmalı!
Müstəqil Vətən Ötkünlüyünə çatmalı!
Ruhani Cəmiyyət Ötkünlüyünə çatmalı!
Özümlü Şərq Ötkünlüyünə çatmalı!
“Ötkün” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
24 Ümid günü, Ata Ayı, 13-cü il. Bakı.
(Qeyd: Həyatda adı Kamran idi. Ocaqdan çıxdı).
FƏRQ
Yağı Dünyanı Adam Yağılığı yaradır;
Doğma Dünyanı İnsan Doğmalığı yaratmalıdır.
HƏQİQƏT
İdealsızlıq – Yoxluq.
FƏRQ
Adam özü yaratdığı Yağı Dünyaya atılır;
İnsan Adamı Yağı Dünyadan çıxarır.
HƏQİQƏT
İnsanilik – Mütləqiliyə bərabərdir.
Mütləqilik olmayan yerdə İnsanilik yoxdur.
1 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.
343
HƏQİQƏT
İdeal – Gerçəkliyin Varlığı.
TƏKLİK
Özünlə Tək qalmazsan.
Özünlə deyilsən – ona görə Təksən.
HƏQİQƏT
Məhəbbətdə İnsan Özüylə Bir olur.
HƏQİQƏT
Adamın Özümlüyü də özündədir, Özgəliyi də:
Adam ən çox özgəliyiylə olur – Özümlüyüylə az olur.
KAMİLLİK YOLU
Dəyişirsən ki, dəyişməyəsən.
HƏQİQƏT
Adam Özündən çəkinməsə – İnsan olmaz.
3 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.
FƏRQ
Şüar – Zahiri Söz.
İzhar – Daxili Söz.
AQİBƏT
Cəmiyyət İnsan Aləti olmadı;
İnsan Cəmiyyət Aləti oldu.
FƏRQLƏR
Fərdiyyət – Daxili Həyat.
Xalq – Daxili Həyat Birliyi.
Cəmiyyət – Zahiri Həyat.
FƏRQ
Məhəbbət – Daxili Həyat.
Şəhvət – Zahiri Həyat.
HƏQİQƏT
Daxili Həyat – Məna Evi.
Zahiri Həyat – Mənasızlıq Evsizliyi.
344
HƏQİQƏT
Daxili Həyat – Həyatdan artıq.
HƏQİQƏT
O Dünya – Bu Dünya xülyası.
Cənnət – Cəhənnəm xülyası.
HƏQİQƏT
Zənginlik – Bütövlük.
Yoxsulluq – Natamlıq.
HƏQİQƏT
Yekdillik – Diri Birlik.
Yeknəsəqlik – Ölü Birlik.
HƏQİQƏT
Daxili aləm – Varlığı qoruyur, Zahiri aləm – Yoxluğu.
HƏQİQƏT
Zaman Daxilində Müstəqillik – Asılılıqdır.
Şərait Daxilində Müstəqillik – Asılılıqdır.
Mühit Daxilində Müstəqillik – Asılılıqdır.
Zaman – Asılılıq deməkdir.
Şərait – Asılılıq deməkdir.
Mühit – Asılılıq deməkdir.
4 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HALLAR
Kamillik Azadlığı.
Naqislik Əsarəti.
HƏQİQƏT
Ölümdən Həyat yaranmaz, Həyatdan Ölüm yaranar.
Yoxdan Var yaranmaz, Vardan Yox yaranar.
HƏQİQƏT
Varlıqla Yoxluğun Birliyi tutmaz.
Məqsəd – Yoxluqdan çıxmaq – Varlığa çatmaq;
Nisbidən çıxmaq – Mütləqə çatmaq;
Gerçəklikdən çıxmaq – Amala çatmaq.
345
HƏQİQƏT
Gerçəklikdə Yox olan Varlıq – İnsan İnamında, İdrakında,
Mənəviyyatında, İradəsində yaşayır.
İnsan Varlığı Gerçəklikdən qoruyur.
HƏQİQƏT
Azadlıq – Yoxluqdan çıxmaq.
HƏQİQƏT
İnsan Yoxluqda Varlığı yaşadır.
HƏQİQƏT
Mütləq – Mütləqi – Varlığı yaşadır.
Nisbi – Nisbini – Yoxluğu yaşadır.
HƏQİQƏT
İnsan – Gerçəkliyə – Yoxluğa qarşı durur.
HƏQİQƏT
İnsan – Dünyanın Sahibi deyil,
– Dünyanın Əsiri deyil –
– Dünyanın Mənasıdır.
HƏQİQƏT
Mücərrəd İnsan – İctimai İnsan.
Konkret İnsan – Ruhani İnsan.
HƏQİQƏT
Şəraitdə İnsan Mücərrədləşir.
Mühitdə İnsan Mücərrədləşir.
Zamanda İnsan Mücərrədləşir.
Konkret İnsan – Şəraiti ötür; Mühiti ötür; Zamanı ötür.
MÜASİR FƏALLIQ
Gerçəkliyə pərçimlənmək – Mənadan ayrılmaq, Mahiyyətdən
ayrılmaq.
HƏQİQƏT
Gerçəklik səviyyəsində İnam – əslində Şübhədir, çünki Gerçəklik –
Mütləq tanımır, deməli, Həqiqət tanımır.
5 Murad günü, Xəzan Ayı, 13-cü il. Bakı.
346
İNSAN LƏYAQƏTİ
Məna adlı Varlığı Gerçəklik adlı Yoxluqda daşımaq.
HƏQİQƏT
Gerçəkliyin Ümidi – Mahiyyət.
Nisbinin Ümidi – Mütləq.
Yoxluğun Ümidi – Varlıq.
HƏQİQƏT
Bənzərsizliyin – Mahiyyətə Bənzəri var.
Əlçatmazlıq – Mahiyyətə çatır.
Müstəqillik – Mahiyyətlidir.
HƏQİQƏT
Allah – Nisbi Mütləq, yəni əslində Anti-Mütləq.
HƏQİQƏT
İnam – İdrakın Mənası.
HƏQİQƏT
Gerçəklik İnsanı Mənadan ayrı salır.
İnsan Gerçəkliyi ötür və Mənaya qovuşur.
7 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Ömrü boyu Adam Məna tanımır, – Ölüm ayağında Mənadan ayrıla bil-
mir.
HƏQİQƏT
Cəmiyyəti İdarə etmək – əslində Hamılaşmanı idarə etməkdir,
Təbəqələşməni idarə etməkdir, Özgələşməni idarə etməkdir –
yəni Antiinsaniliyi, Antixəlqiliyi idarə etməkdir.
HƏQİQƏT
Cəmiyyət – Yoxluqdur – Xalq – Varlıq.
Varlıq Yoxluqda yaşayır.
FƏRQ
Cəmiyyət – xidmət tələb eləyir,
Ruhaniyyat – məhəbbət.
347
HƏQİQƏT
Cəmiyyət – Keçicidir, Vətən Əbədi.
Əbədi – Keçicidə yaşamalı olur.
HƏQİQƏT
Cəmiyyət – Yoxluqdur.
İnsan – Varlıq.
İnsanla Cəmiyyətin Birliyi – Varlıqla Yoxluğun Birliyi olardı –
Cəfəng.
HƏQİQƏT
Cəmiyyət öz İnamsızlığıyla Adamı İnamdan ayırır.
Öz İdraksızlığıyla Adamı İdrakdan ayırır.
Öz Mənəviyyatsızlığıyla Adamı Mənəviyyatdan ayırır.
Öz İradəsizliyiylə Adamı İradədən ayırır.
Cəmiyyət Adamı İnsandan ayırır.
HƏQİQƏT
Cəmiyyətçilik – Özümsüzlük.
Mühitçilik – Özümsüzlük.
Şəraitçilik – Özümsüzlük.
HƏQİQƏT
Cəmiyyət – Adamı İnsandan ayırır.
Şərait – Adamı İnsandan ayırır.
Mühit – Adamı İnsandan ayırır.
Cəmiyyəti ötüb – İnsana çatmaq gərək.
Şəraiti ötüb – İnsana çatmaq gərək.
Mühiti ötüb – İnsana çatmaq gərək.
HƏQİQƏT
Ruh – Əbədidir; Bədən – Keçici.
Əbədi – Keçicidə yaşamalı olur.
HƏQİQƏT
Cəmiyyət – Yadlar birliyi.
FƏRQ
Məhəbbət – Yadlığı öldürür.
Cəmiyyət – Yadlığı yaşadır.
348
HƏQİQƏT
Cəmiyyəti Sevmək olmaz – Yadlığı sevmək olmaz.
HƏQİQƏT
İctimai Münasibətlər – Yad Münasibətlər.
HƏQİQƏT
Sevgi – Özgəliyin Ölümü.
HƏQİQƏT
Özünə inanmadığın dərəcədə Allaha inanırsan.
Özünə inandığın dərəcədə Mütləqə inanırsan.
FƏRQ
Adam Fərəhi – Maddiyyat.
İnsan Fərəhi – Məna.
Adam Dərdi – Maddiyyatsızlıq.
İnsan Dərdi – Mənasızlıq.
RUHANİ YÖN
Gerçəklikdən – Mənaya.
Cəmiyyətdən – Xalqa.
Siyasətdən – Ruhaniyyata.
HƏQİQƏT
Adamın Sıraviləşməsi – Antiinsanilikdir;
İdarəçiləşməsi – Antiinsanilikdir.
Adamın İnsanlaşması – İnsanilikdir.
8 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı.
İSTƏK
Sevgi varsa – Biri Çoxdur.
Sevgi yoxsa – Yüzü Azdır.
10 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı.
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I.Hesabat Təqdir olunur.
II.Fikir Evinin yaranması vaxtıdır, camaatla Ailə Təması vaxtıdır.
III.Evlad gətirin Ataya!
Qaranlıqlar Yarılsın!
349
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I.Hesabat Təqdir olunur – Ailə öz Biçimini tapıb.
II.Ailənin Qapısını Rəğbətçilərin üzünə daha geniş açmalı.
III.Müasir İdrakı, Mənəvi Yoxluğu Müqəddəslik İşığında görməli –
göstərməli.
Qaranlıqlar Yarılsın!
13 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı.
FƏRQ
İsa – Gücsüzlərə baş əydi, İsaçılıq – Gücə.
14 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HAL
Mənasızlıqdan böyük İztirab yoxdur.
Mənadan böyük Fərəh yoxdur.
18 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı.
EVLADIM NURLANA
6
Cismin getdi – Ruhun qaldı.
Ömrün getdi – Nurun qaldı.
Nur alacaqlar, Nurlanacaqlar Saflığından Qalanlar.
Körpəliyin ölməyəcək...
20 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Məna – Ruhda – yəni İnamda, İdrakda, Mənəviyyatda, İradədə
yaşayır...
21 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
İsa, adamların günahlarını öz üzərinə götürməklə onları İnsanlıqdan
azad etdi.
HƏQİQƏT
Din Adamın özünüyaratmaq haqqını əlindən alır.
Bu səbəbdən də Din – böyük haqsızlıqdır.
6
Bağban'ın oğlu
350
HƏQİQƏT
Mütləqin Varlığı – Allahın Yoxluğudur.
Allahın Varlığı – İnsanın Yoxluğudur.
Mütləq – Mənadır, Allah – Hakimlik.
Məna – Adamı Yüksəldir; Hakim – Alçaldır.
27 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Mahiyyətlə Gerçəklik arasında Uçurum var. İnam onu dəf eləyir.
30 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı.
HƏQİQƏT
Totalitarizm – Sosializmi qoruyur.
Demokratiya – Kapitalizmi qoruyur.
İnsanlaşma – İnsani Cəmiyyəti qorumalıdır.
HƏQİQƏT
Təbiətlə döyüş Adamı yaratmadı – yaşatdı.
Mahiyyətcə İnsanilik Təbiətlə döyüşə ziddir.
Yaşamaq üçün Adam İnsaniliyindən keçməli oldu.
3 İnam günü, Yağış Ayı, 13-cü il. Bakı.
İNSAN
Mənadan yaranan, Mənasızlığa düçar olan, Məna həsrətiylə qovrulan,
Mənaya can atan, Mənaya çatan...
5 Ümid günü, Yağış Ayı, 13-cü il. Bakı.
SOYLUNUN TƏMSİL ETDİYİ ATA AİLƏSİNİN
FİKİR EVİ HAQQINDA
Fikir Evi Yola düşüb – indi Yol getməlidir.
İNSANLIQ TƏLƏBİ
Gerçəklikdə Mütləq Xeyir yoxdur –
Daxilində Mütləq Xeyir var; – Onu gerçəkliyə gətir.
Gerçəklikdə Mütləq Ədalət yoxdur –
Daxilində Mütləq Ədalət var; – Onu gerçəkliyə gətir.
Gerçəklikdə Mütləq Həqiqət yoxdur –
Daxilində Mütləq Həqiqət var; – Onu gerçəkliyə gətir.
6 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı.
351
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə – Fikir Evi Birliyinə Yetməli.
3. Camaatla Üz-Üzə durmalı.
Qaranlıqlar Yarılsın!
EVLADIM GÜNTAYA
İnamsızlıq Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız.
İnam İşığı gərək – Qaranlıqları Yaran.
İdraksızlıq Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız.
İdrak İşığı gərək – Qaranlıqları Yaran.
Mənəviyyatsızlıq Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız.
Mənəviyyat İşığı gərək – Qaranlıqları Yaran.
İradəsizlik Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız.
İradə İşığı gərək – Qaranlıqları Yaran.
Gün gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Günə tay olmalıyıq.
“Güntay” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
7 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı.
(Həyatda adı Mənuçehr Cavanşir idi. Ocaqdan çıxarıldı).
MÜQƏDDƏS HAL
Mənaya bənzəmək – Bənzərsizliyi.
Mənaya çatmaq – Əlçatmazlığı.
Mənalanmaq – Müstəqilliyi.
11 Arzu günü, Yağış Ayı, 13-cü il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I.Hesabat Təqdir olunur.
II.Ailənin nəzdində Fikir Evi yaradılsın.
III.Rəğbətçilərə Ocaq haqqında Bilik verməli.
Qaranlıqlar Yarılsın.
27 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı.
352
EVLADIM ULUSUYA
Suyumuz Uludur.
Zərdüşt İşığından yaranıb,
Babək Yenilməzliyindən yaranıb,
Dədə Qorqud Ağsaqqallığından yaranıb,
Hürufi İnsanlığından yaranıb,
Füzuli Eşqindən yaranıb,
Muğam Hikmətindən yaranıb,
Saz Dəyanətindən yaranıb.
Ulu Suyumuzu Bulandırırlar;
Xurafat çirki, Cəhalət çirki, Hərcayilik çirki, Qəbahət, Cəhalət, Həqarət
çirki qatırlar Suyumuza...
Ulu Su olmalıyıq. İnam Suyu, İdrak Suyu, Mənəviyyat Suyu, İradə
Suyu.
“Ulusu” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
28 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı.
(Həyatda adı Aynur idi. Ocaqdan çıxdı).
Dostları ilə paylaş: |