TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)


EVLAD  NİŞANƏSİNİN  QORUNMASI



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   30   31   32   33   34   35   36   37   38

EVLAD  NİŞANƏSİNİN  QORUNMASI 

Evlad  nişanəsi  mütləq  mənada  pünhan  saxlanılır,  yada  göstərilmir, 

yağıya verilmir, çıxılmaz vəziyyətdə cırılır. 

Nişanəni şərə verən – xəyanətkar sayılır və evladlıqdan çıxarılır. 

31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 


 

440


SATQIN  YAŞAMAZLIĞI 

Satqına özünü öldürmək imkanı verilir! 

Yaşamaq imkanı verilmir! 

21 İnam günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

SƏFƏR  ÜSTƏ 

Amalla yaraqlanmaq. 

Amala çağırmaq. 

Tilov atmaq. 

Evlad tutmaq. 



25 Murad günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

MADDİ  BORC  QANUNU 

1.Maddi borc Evladın Amala verdiyi Zəruri Qurbandır. 

    Bu qurban Mütləq verilməlidir. 

2. Maddi  borc  hər  ay  ödənilir,  yaxud  cəm  halında  bir  neçə  ayda 

ödənilir. 



3. Maddi borcu ödəməmək – Ruhani borcu ödəməməkdir. 

 

 

RUHANİ  İNTİZAM  QANUNU 

Mütləqilik – Aqibətimizdir! 

Anımız, Günümüz yox, Ayımız, İlimiz yox – Ömrümüz, Sabahımızdır! 

Sözü Əməldən cüzi də olsa ayırmaq – Əyrilikdir. 

Nisbilik – Əskiklikdir. 

Nisbi Əməl – Əməlsizlikdir. 

Mütləq İnam – Mütləq İntizam tələb edir. 



İntizama ən cüzi xilaf – Amala xilafdır. 

Amallı olmaq – Mütləq mənada İntizamlı olmaqdır. 

 

1 Arzu günü, Sərt Ay, 8-ci il. Bakı. 

 

AMAL LƏYAQƏTİ 

Sözü Əməldən ayıran – Özünü Amaldan ayırır. 



26 Qismət günü, Sərt Ay, 8-ci il. Bakı. 

 

 



TƏZƏ  İL  GÜNÜMÜZ 

Müqəddəs İlimiz Günəş Ayının 1-də başlanır. 



15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

 



 

441


DOQQUZUNCU  İL  BAYRAMIMIZ 

1. Mərasim  Ata    Sözüylə  başlanır,  Evladların  Ataya  İllik  hesabatıyla 

davam  edir,  Ata  Söhbəti  və  cavablarıyla  ünə  yetir,  Bayraq  Təntənəsiylə 

başa çatır. 

2. Evladın Ruhani hesabatı:  

Nəyi öyrəndim, nəyi öyrənmədim? 

(Müqəddəs Kitabların öyrənilməsi). 

Nəylə döyüşdüm, nəylə döyüşməliyəm? 

(Özüylə döyüş). 

Yaratdımsa  –  kimlə,  nə  vaxt;  yaratmadımsa  –  səbəbi?  (Ailə 

yaradıcılığı). 

3. Ataya  veriləcək  Suallar  əvvəldən  hazırlanır,  yazılı  şəkildə  Bayram 

günü Ataya təqdim edilir. 

4. Safruh, Sadiqim, Əsil Müqəddəs Bayrağı Ataya təqdim edirlər. 

“Ata Hökmünə Yetdik!” – deyə Ata Səcdəsinə Yüksəlirlər. 

5. Evladlar bir-bir Bayraq Andı içirlər: 

 

“Vətənimiz – Səmamızdır! 

Vətən rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

Vətənimdə dalğalansın Bayrağımız! 

 

İnsanımız – Səmamızdır! 

İnsan rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

İnsanımda dalğalansın Bayrağımız! 

   

Şərq Dünyası – Səmamızdır! 

Şərqim rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

Şərqimizdə dalğalansın Bayrağımız! 

   

Bəşəriyyət – Səmamızdır! 

Bəşər rəngli Bayrağıma And içirəm! 

Ömrüm-günüm Atanındır – Amalındır! 

Bəşərimdə dalğalansın Bayrağımız! 

 

 

6. Evladlar  Bayrama  Nişanələrlə  gəlirlər.  Nişanələri  Ataya  rəmzi 



mənada təhvil verirlər və yenidən Atanın əlindən götürürlər. 

7. Bayram günü Rəmzi Ocaq qalanır. 8 məşəl yandırılır. Atanı məşəllə 

qarşılayırlar və Ocağın başında əyləşdirirlər.  


 

442


8. Ata Sözünə Evladlar ayaq üstə qulaq asırlar. 

9. Bayram  bütünlüklə  “Çahargah”  üstə  köklənir.  Tarda,  kamançada, 

neydə “Çahargah” dillənir, Qədir Rüstəmovun ifasında dinlənilir. 

10. Bayram  bütünlüklə  maqnitafona  yazılır,  çəkilir,  cövhəri  Safruh 

tərəfindən sənədləşdirilir. 

11. Mərasim 2 saat ərzində bitir. 

12. Yeni il carları (plakatları): 

Səmavi ilimiz – Səmavi Elimiz – Səmavi Yolumuz! 

Göyümüz – Torpağımız. Göyümüz – Bayrağımız! 

Doqquz Sabahlı İllər! 

Ata Təqvimi – Amal Tarixi! 

Qədimliyimiz qədər təzələnmək! 



15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

SƏFƏR  GÜNÜ 

Sərt Ayının 27-si Səfər günü sayılır və Mərasimləşir. 

30 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı. 

 

MƏRASİM  GƏRƏKLİYİ 

Mərasim – Müqəddəs Təmas Məqamıdır – Göy xislətli. 

Ona Yüksəlmək gərək! 



3 Ümid günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

MÜTLƏQ  TƏLƏB 

Mütləqilikdən cüzi də olsa, ani də olsa – ayrılmayın! 

Mütləqiliyinizdə Mütləq olun! 

 

“SƏFƏR  GÜNÜ”  MƏRASİMİ 

Mərasimdə: Səfər sözü söylənilir. 

       Səfər hesabatı verilir. 

       Səfər xeyir-duası alınır. 

Səfər Rəmzi çəkilir: 

“Ata Günəşinə qərq olmuş Yol – Göylə birləşən”. 

Səfər günü: 27 Sərt Ay. 

 

 

DOĞMALIQ 

Ata Danlağı Su kimi içilir. 

Ata Təqdiri Od kimi qorunur. 

 

 


 

443


QAZAX  BİRLİYİ 

Şərə qəzəbləndilər. Şəri qəzəbləndirdilər. 

Şər Şərliyini daha artıq bildirəcək. 

Şərin Şərliyi daha artıq bilinəcək. 



15 İnam günü, Köçəri Ay, 8-ci il. Bakı. 

 

ATA – EVLAD  VƏHDƏTİ 

Atayla Evlad arasında iynənin ucu boyda fikir ayrılığı olmamalıdır. 



Olanda Evlad bugünləşir, şərləşir, Evladlıqdan çıxır. 

Atayla Evlad arasında iynənin ucu boyda duyğu ayrılığı olmamalıdır. 

Olanda Evlad bugünləşir, şərləşir, Evladlıqdan çıxır. 

Evlad müstəqilliyinin bir İfadəsi var: 



Atayla vəhdət. 

Ata Səcdəsinə iynənin ucu boyda dəqiqsizlik Şərə xidmətdir. 



Çünki Ata Səcdəsi – Şərin qənimidir. 

2 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

9-cu İL  BAYRAMI  HAQQINDA 

9-cu il Bayramımız – Bayraqlı Bayramımız – təqdir olunur. 

Bayraq yaradıcıları Safruhun,  Sadiqimin,  Əsilin əməli Təqdir olunur, 

Bayram təşkilatçısı Əsilin Əməli Təqdir olunur. 

Safruhun,  Sadiqimin,  Əsilin  hesabatları  Təqdir  olunur,  başqa 

Evladlarınkı Qəbul olunur. 

Bayraq  mərasimindəki  dəqiqsizlik, 

texniki 

nöqsanlar, 

vaxt 

qaydasının pozulması nəzərə çatdırılır. 

 

ƏYRİLİK 

Bayram – Müqəddəs Əməldir.  

Bayramdan imtina eləmək – Amaldan imtina eləməyə bərabərdir... 

Amala xidmət eləmək – Fərəhdir... 

Şıltaqlıq hərcayi havadır – bugünün çağırdığı. 



Düzgün əyri iş tutub... 

Bayrama dönük çıxıb,  

Bayrağa and içməyib... 

Düzgün  Amalsız  yaşaya  bilirsə  –  yaşasın,  bilmirsə  –  Ata  qarşısında 

tövbə eləsin, Evladlığını təzədən qaytarsın. 

Evladın Özümlükdən kənar Özü yoxdur... 

Ata Sözü – Mütləqdir! 

16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı. 


 

444


EVLADLARA 

(9-cu il Hökmü) 

9-cu İlimiz Səfər İli olacaq... 

Amal Xurcunu çiyninizdə,  

Əməl Ağacı əlinizdə,  

Mütləq İşığı qəlbinizdə, 

Ailə Sorağı dilinizdə Yol gedəcəksiniz. 

Nur aparıb Uğur gətirəcəksiniz. 

19 Mərhəm günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

AMAL EVİ 

Amal Evi yaranmalıdır. 

Ayda bir dəfə Evladlar Amal Evinə yığışmalıdır, Ataya, Mütləqə, Amala 

sitayiş  etməli,  Atadan,  Mütləqdən,  Amaldan  Güc  almalı,  Amallaşma 

Birliyinə çatmalıdırlar: 

İdrak  İşıqlanır,  Mənəviyyat  İşıqlanır,  İradə  İşıqlanır...,  Müqəddəs 

Kitablar oxunur, Müqəddəs Kitablara Söz deyilir. Ruh Göylənir. 

Məsullar – təşkilatca: Safruh, Sadiqim, Əsil, Halal;  

bədiyyatca: Safruh, Qəlbi, Özümlü. 

Evladların hamısı Ruhani Evin tikilməsində Əməl göstərir. 

Amal Evi 10-cu il Bayramında Ataya təqdim olunur. 

 

TƏBİƏTLƏŞMƏ 

Dağda dözüm var, vüqar var, səbr var... 

Dağdan dözüm öyrənməli, vüqar öyrənməli, səbr öyrənməli... 



Dağla görüşməli – Dağa qovuşmalı. 

Suda təmizlik var, dirilik var, axarlıq var... 

Sudan təmizlik öyrənməli, dirilik öyrənməli, axarlıq öyrənməli... 



Suyla görüşməli – Suya qovuşmalı. 

Ağacda Böyümə var, bərəkət var, köklük var... 

Ağacdan böyümə öyrənməli, bərəkət öyrənməli, köklük öyrənməli... 



Ağacla görüşməli – Ağaca qovuşmalı. 

Göydə ucalıq var, şəfqət var, ülviyyət var. 

Göydən ucalıq öyrənməli, şəfqət öyrənməli, ülviyyət öyrənməli... 



Göylə görüşməli – Göyə qovuşmalı. 

Çətin  məqamlarda  Dağa,  Suya,  Ağaca,  Göyə  üz  tutmalı;  Dağdan, 

Sudan, Ağacdan, Göydən keçməli; Dağ, Su, Ağac, Göy Sözü Yaratmalı, 

Yaşatmalı; Dağ, Su, Ağac, Göy Qohumluğu Yaratmalı – Yaşatmalı. 

Mərasimləri  Dağ  ətəyində,  Bulaq,  Çay,  Dəniz  üstündə,  Meşədə, 

Bağçada, Göy altında keçirməli... 



 

 

445


RUHANİ  YERLƏR 

Dağ ətəyi tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

Dəniz, Çay, Bulaq üstü tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

Bağ, meşə tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

Ulduzlu Göy tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin! 

27 Qismət günü, Günəş Ayı, 9-cu il. Bakı. 

 

“ATA GÜNÜ”  BAYRAMI  HAQQINDA 

1. Mərasim baş tutdu. Evlad ləyaqəti, Səfər qətiyyəti təsdiq olundu. 

2. Sadiqimin uğurlu təşkilatçılıq əməli təqdir olunur. 

3. Nisbilik: Vaxt intizamının pozulması, sonda mərasimin adiləşməsi. 

Mərasim Müqəddəsliyi Ruhani Yetkinlik yetirir! 



26 Ata Ayı, 9-cu il. 

 

EVLADLARA 

Qardaşınız  Safruhun  “Ata  İşığında”  Kitabını  öyrənin,  öyrədin,  Sabaha 

çatdırın. 

10 Murad günü, Xəzan Ayı, 9-cu il. Bakı. 

 

FİKİR  YÖNÜ 

Ata  Buyuruğundan  Kənar,  Hərcayi  Fikir  ardınca  getmək  –  İdraki 

Azmadır – Evladsızlığa aparan. 

İdraki  Azma  –  Amala  Yağılıqdır,  Şərə  yalmanmaqdır,  Günahdır  –  Ata 

Qeyzinə layiq! 



5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı. 

 

AMAL  ADI 

Amalımız “Asif Ata Ocağı” adlanır. 

23 Murad günü, Od Ayı, 10-cu il. Bakı. 

 

YÖN 

Beynəlmiləlçilik – İmperiyaçılıq. 

Millilik – Antiimperiyaçılıq. 

19 Dözüm günü, Xəzan Ayı, 10-cu il. Bakı. 

 

Əbil,  Vələddin,  Əminə  öz  istəkləriylə  Ocaqdan  çıxırlar,  Uluslu,  Layiq, 



Göylü Yükündən azad olurlar. 

*** 

 

446


Arif,  Ədalət,  Vidadi,  Asif,  Loğman,  Həsən,  Gülzar,  Bayram,  Azər 

9

öz 



istəkləriylə Ocaqdan çıxırlar, Evlad Yükündən azad olurlar. 

*** 

Ata Ayı, 11-ci il. Bakı. 

İlqar


10

 öz istəyiylə Ocaqdan çıxır, Evlad Yükündən azad olur. 



 

*** 

Ocaqdan çıxarılan, çıxan – Ocağa qayıtmır. 



*** 

Ailə  Mərasimlərində  Ata  Mütləqiliyinə  ən  cüzi  xilaf  olarsa  –  Mərasim 

dayandırılır, günahkar Ocaqdan çıxarılır. 

18 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı. 

*** 

Evladlar  arasında  Dedi-Qodu  Ocağa  xəyanət  sayılır  və  Dedi-Qodu 

iştirakçıları Ocaqdan çıxarılır. 

22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı. 

*** 

 

ÖZÜYLƏDÖYÜŞ  YAZISI 

Evladlar  Özüylədöyüş  yazısı  yazmalıdırlar  –  Gündəlik,  Aylıq,  İllik, 

Ömürlük. 

“Mən  kiməm?”  –  Sualına  cavab  vasitəsiylə  özünü  tanımalı;  “Bu  gün 

mən  necə  yaşadım,  hansı  naqisliyimdən  azad  oldum;  hansı  məziyyət 

qazandım?”  –  Sualına  cavab vasitəsiylə  özünün  Ruhani  Halını müəyyən 

etməli; Aylıq, İllik, Ömürlük özünümüşahidələr əsasında Kamillik Yolunun 

məqamlarını qiymətləndirməli; ardıcıl surətdə İnsanlaşmalı. Yazı Ata Gü-

nündə Ataya təqdim edilməli, Ailə Mərasimlərində oxunmalıdır. 

 

Özüylədöyüşsüzlük – Evladsızlıq sayılır. 



 

 (İLK  YARPAQ  TÖKÜMÜ...) 

11

 

Xalq  Cəbhəsi  –  Mahiyyətcə  Hökumətin  sərbəst  kölgəsi  olduğundan, 

Mitinq – mahiyyətcə Şərə yarayan Küçə tamaşası olduğundan – onlarda 

iştirak eləmək Ocağa Xəyanət sayılır və xəyanətkar Ocaqdan çıxarılır. 

                                                

9

 Arif  –  keçmiş  Qeyrət,  Ədalət  –  keçmiş  Qala,  Vidadi  –  keçmiş  Elmən,  Asif  – 

keçmiş Dayaq, Loğman – keçmiş Yüksək, Həsən – keçmiş Özül, Gülzar – keçmiş 

Bulaq, Bayram – keçmiş Fərəh, Azər – keçmiş Mətin. 

 

10

 İlqarın Ocaqdakı adı – Uluyol idi. 

 

11

 Adlandırma Safruhundur. 


 

447


*** 

İlham Heydərov öz istəyiylə Ocaqdan çıxır.  

“Qəlbi” Yükündən azad olur. 

7 Qismət günü, Od Ayı, 11-ci il. Bakı. 

*** 

Osmanov  Qüdrət  öz  istəyiylə  Ocaqdan  çıxır,  “Binalı”  Yükündən  azad 

olur.20 Günəş Ayı, 12-ci il. Bakı. 

*** 

Turabov  Rasim  öz  istəyiylə  Ocaqdan  çıxır  –  “Uluyol”  Yükündən  azad 

olur. 

20 Çiçək Ayı, 12-ci il. Bakı. 

*** 

Balakişiyev  Sahib  öz  istəyiylə  Ocaqdan  çıxır,  “Qala”  Yükündən  azad 

olur. 

*** 

Əfəndiyev  Xalid  öz  istəyiylə  Ocaqdan  çıxır,  “Güntay”  Yükündən  azad 

olur. 

Çiçək Ayı, 12-ci il. Bakı. 

*** 

İbrahimova Zəminə öz istəyiylə Ocaqdan çıxır, “Ömürtay” Yükündən 

azad olur. 

*** 

Quliyev Məhəmmədəli  öz  istəyiylə Ocaqdan  çıxır, “Nurand”  Yükündən 

azad olur. 

*** 

Nəcəfov Qardaşxan öz istəyiylə Ocaqdan çıxır, “Bilən” Yükündən azad 

olur. 

*** 

Məmmədov  Mürşüd  öz  istəyiylə  Ocaqdan  çıxır,  “Qoruyurd”  Yükündən 

azad olur. 

İşıq Ayı, 12-ci il. Bakı. 

*** 

Teymurov  Teymur  öz  istəyiylə  Ocaqdan  çıxır,  “Ucalı”  Yükündən  azad 

olur. 

25 İşıq Ayı, 12-ci il. Bakı. 

*** 

Mirzəyev  Rəsulağa  öz  istəyiylə  Ocaqdan  çıxır  –  “Uluslu”    Yükündən 

azad olur. 

30 Ata Ayı, 12-ci il. Bakı. 

*** 


 

448


Həsənov Ələddin öz istəyiylə Ocaqdan çıxır, “Yurdçu” Yükündən azad 

olur. 


12-ci il. Bakı. 

 

*** 

Vidadi Ata Hökmüylə Ocaqdan çıxarılır, “Soylu” Yükündən azad olur. 



16 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı. 

*** 

Rahilə Ata Hökmüylə Ocaqdan çıxarılır, “Göylü” Yükündən azad olur. 



16 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı. 

*** 

Ocaqdan çıxanlarla, çıxarılanlarla Ata Təması həmişəlik kəsilir. 



26 Arzu günü, Yağış Ayı, 12-ci il. Bakı. 

*** 

Ocaqdan Dönən – Ölür. 

Ölülərlə Ünsiyyət kəsilir. 

22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 

449


 

 

 

 

 

 

 

MÜQƏDDƏS  KƏLAMLAR 

(7  Kəlam) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

450


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

451


 MÜTLƏQLƏ  TƏMAS 

(Birinci Müqəddəs Kəlam) 

 

I. ATAYA  SƏHƏR  RİCASI 

Atam – Mütləqim! 

Ağlıma İşıq ver. 

Ürəyimə Qüvvət ver. 

İradəmə Qətiyyət ver. 

              Yalana uymayım, 

              Çirkaba bulaşmayım, 

              Günaha batmayım, 

              Qəbahətə əyilməyim, 

              Rəzalətlə barışmayım – 

              Özümə yad olmayım! 

 

II. ATAYA  GÜNORTA  RİCASI 

Atam – Mütləqim! 

Yalanla görüşdüm – Yalançı olmadım. 

Çirkabla görüşdüm – çirklənmədim. 

Günahla görüşdüm – günahkar olmadım. 

Qəbahətlə görüşdüm – əyilmədim. 

Rəzalətlə görüşdüm – barışmadım. 

Özümə yad olmadım: – 

         Ağlım işıqlıydı! 

         Ürəyim qüvvətliydi! 

         İradəm qətiyyətliydi! 

Atalıydım – Mütləqliydim! 

 

III. ATAYA  AXŞAM  RİCASI 



Atam – Mütləqim! 

Günüm keçdi, 

Sənə bir addım da yaxınlaşdım, 

Məni özünə qovuşdur – 

Ağlımı ağlınla, 

Qəlbimi qəlbinlə, 

İradəmi iradənlə işıqlandır – 

Sənə layiq olum! 

 

IV. ÖZÜNDƏKI  MÜTLƏQLƏ  SƏHƏR  TƏMASI 

Məndə Məndən Yüksək olan Mütləq Məna! 

Məndəki Qorxunu Məndən al! 



 

452


Məndəki Həsədi Məndən al! 

Məndəki Köləni Məndən al! 

Məndəki Xəbisi Məndən al! 

Məndəki Cahili Məndən al! 

Məndəki Vəhşini Məndən al! 

Məndəki Hərisi Məndən al! 

Məndəki Zalımı Məndən al! 

       Məni Özümə çatdır! 

 

Nisbi Cəsarəti Məndən al! 



Nisbi Heyrəti Məndən al! 

Nisbi Vüqarı Məndən al! 

Nisbi Saflığı Məndən al! 

Nisbi Doğruluğu Məndən al! 

Nisbi İnsaniliyi Məndən al! 

Nisbi Ləyaqəti Məndən al! 

Nisbi Mərhəməti Məndən al! 

         Məni Özümə çatdır! 

 

Nisbi İnamı Məndən al! 

Nisbi İdrakı Məndən al! 

Nisbi Mənəviyyatı Məndən al! 

Nisbi İradəni Məndən al! 

         Məni Özümə çatdır! 

 

Mütləqə tapınım – Nisbiyə tapınmayım. 



Həqiqətə tapınım – Yalana tapınmayım. 

Vicdana tapınım – Zora tapınmayım. 

İnsana tapınım – Zamana tapınmayım. 

Özümə çatım! 

 

V. TƏBİƏTDƏKI  MÜTLƏQLƏ  GÜNDÜZ  TƏMASI 



Təbiətdə Təbiətdən Yüksək olan Məna! 

Dağların Vüqarında Mənliyim yaşayır: – Ona çatım! 

Çayların Axarında Mənliyim yaşayır: – Ona çatım! 

Səmanın Ucalığında Mənliyim yaşayır: – Ona çatım! 

Günəşin Şəfqətində Mənliyim yaşayır: – Ona çatım! 

Qürubun Qübarında Mənliyim yaşayır: – Ona çatım! 

Səhərin Cəzbində Mənliyim yaşayır: – Ona çatım! 

Gecənin Sehrində Mənliyim yaşayır: – Ona çatım! 



Səndəki Özümlüyümə çatım! 

 

453


VI. DÜNYADAKI  MÜTLƏQLƏ  AXŞAM  TƏMASI 

Dünyada Dünyadan Yüksək olan Məna! 

Əzəliyə qovuşum – Ötəridən keçim! 

Əbədiyə qovuşum – Keçicidən keçim! 

Sonsuza qovuşum – Sonludan keçim! 

Kamilə qovuşum – Qeyri-Kamildən keçim! 

 

Ötərini Əzəli saymayım. 



Keçicini Əbədi saymayım. 

Sonlunu Sonsuz saymayım. 

Qeyri-Kamili Kamil saymayım. 

 

Hadisədə qalmayım – Mahiyyətə çatım. 



Gerçəklikdə qalmayım – Mahiyyətə çatım. 

Şəraitdə qalmayım – Mahiyyətə çatım. 

Mühitdə qalmayım – Mahiyyətə çatım. 

Səndəki Özümlüyümə çatım! 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin