ATA HÖKMÜ
1.Müqəddəs Kitablar əsasında Amal – Vətən ideyasıyla
yaraqlanırsınız.
Kitabları hələlik aparmırsınız, İdeyanı aparırsınız.
2.Müqəddəs Fəaliyyəti – Mənəviyyatsızlıq, Ləyaqətsizlik, Özgələşmə
bəlasının şərhiylə başlayırsınız.
Həyatımızda Yadlıq fəlakətinin dəhşətli yırtıcılıq, harınlıq, əxlaqsızlıq,
xurafat uçurumu yaratdığını göstərirsiniz.
Cavanların yamanlığa hədsiz meylini, ziyalıların işıqsızlığını, xalqın
çirkab selinə düşməsini anladırsınız.
Formal xalqa çevrilmək təklükəsinin gerçəkliyini söyləyirsiniz.
Ruhani Müqavimət İdeyasını irəli sürürsünüz (“Əməl” Əsasında).
3.Fəaliyyətin ikinci Mərhələsində Yüksək Ruhani Səviyyədə Ata
haqqında,
Atalıq
Haqqında,
Hərəkatımızın
Məqsədi,
Mahiyyəti,
Bənzərsizliyi
haqqında
Müqəddəs
Söz
söyləyirsiniz, Münasibət
yaradırsınız. (Ünvan ünsiyyətinə qədər).
429
4.Üçüncü Mərhələdə xalqı Müqəddəs Kitablara qovuşdurmaq əməlinə
qədəm qoyursunuz.
Ruhani Müəllimlik Yüksəkliyinə qalxırsınız (Öyrətməni “Bədiiyyat”dan
başlamaq olar).
5.Dördüncü mərhələdə Bəyənilmiş, Seçilmiş şəxslərdən ən ləyaqətlisi
– Ataya Münasibət Qanunlarına Mütləq riayət yetkinliyində – Ata
hüzuruna dəvət olunur, Atanın xeyir-duasına layiq görülür və
hərəkatımıza qoşulur.
Xalq sizi gözləməyən görünür, əslində isə o, sizi gözləyir.
Sərt Ay, Yeddinci il. Bakı.
SALAM LƏYAQƏTİ
Salam – hörmət rəmzidir.
Hörmətsizə salam vermək – salamı hörmətdən salmaqdır.
Formallaşan ölür.
Salamı öldürmək olmaz.
Yalnız hörmətə layiq adamlara salam verilir.
Salam – salama layiq olanındır.
Hörmət etmədiyin adama salam vermək – ruhani həqarətdir.
MÜQƏDDƏS RƏMZLƏR
Hürmüzd İşığı.
Babək Fərəhi.
Qorqud Ağsaqqallığı.
Nəsimi Sığmazlığı.
Füzuli Aşiqliyi.
Muğam Hikməti.
Saz Dəyanəti.
XALQLAŞMAQ
I. Xalqı bu gün ən çox şəhərdəki aşağı təbəqə, rayondakılar və
kənddəkilər təmsil edirlər.
Ana dilini yaşadan onlardır.
Qədimliyi yaşadan onlardır.
Xalqla ruhani birlik yaratmaq, xalqlaşmaq gərəkdir!
II. Yaşayış ərazilərində, müəssisələrdə, iş yerlərində xalqla təmas
yaradılır, vaxtaşırı rayonlara, kəndlərə səfər edilir.
III. Xalqdan ana dilində danışmaq öyrənilir.
Qocaları danışdırmaq, onların dilini hifz etmək, mənimsəmək.
Xalqdan qədimlik öyrənilir.
Seçmə adətlər, ənənələr hifz edilir, qorunur, sabaha çatdırılır.
430
IV. Xalq həm də öyrədilir. Ləyaqətlə, mətanətlə, səbrlə; yetkin ağılla,
iradəylə, ardıcıl şəkildə, tədricən xalqı şərdən ayırmaq; şərin mahiyyətini
açıb göstərmək; xalqı ayıltmaq, şərə qarşı ruhani döyüşə çağırmaq! Onu
böyütmək!
V. Xalqı Ataya qovuşdurmaq, amallaşdırmaq!
ODU QORUMAQ
I. Evladların ev gündəliyi, səfər gündəliyi, İş gündəliyi, Atayla görüş
gündəliyi olmalıdır.
Həmin gündəliklərdə hərəkatımızın ən cüzi hadisələri, xassələri,
əlamətləri, nişanələri, tələbləri belə öz əksini tapır, saxlanılır, sabaha
çatdırılır.
II. Ruhani Mərasimlər dəqiq şəkildə yazılır, saxlanılır, sabaha çatdırılır.
Tariximizə ən kiçik biganəlik – Ruhani qəbahətdir, İdraki
naqislikdir.
Müqəddəs Odu qorumaq – Mütləq zəruriyyətdir.
MÜQƏDDƏS İLLƏ GÖRÜŞ
(Ocağın qalanması iliylə)
Müqəddəs İlə qovuşmaq Müqəddəslikdir.
I. Görüş Ata müraciətiylə başlayır.
II. Evladlar Müqəddəs İl haqqında söz söyləyirlər.
III. Müqəddəs Kitablardan Kəlamlar oxunur.
IV. Müqəddəs İlə hesabat verilir:
Özündəki şərlə döyüş hesabatı.
Həyatdakı şərlə döyüş hesabatı.
Atalığı öyrənmək hesabatı.
Atalığı öyrətmək hesabatı.
V. İnam, idrak, mənəviyyat, iradə, eşq atəşindən rəmzi Ocaq qalanır:
Hürmüzd İşığı haqqında,
Babək Fərəhi haqqında,
Qorqud Hikməti haqqında,
Nəsimi Həqiqəti haqqında,
Füzuli Məhəbbəti haqqında,
Muğam Hikməti haqqında,
Saz Mətanəti haqqında,
Ata Məsuliyyəti haqqında,
Evlad Sədaqəti haqqında söz söylənilir.
VI. Görüş Ataya müraciətlə başa çatır.
Evladlardan biri Müqəddəs Müraciəti Ata Hüzuruna yetirir.
Qar Ayı, 7-ci il. Bakı.
431
MÜNASİBƏT SAFLIĞI
İnsan Xeyirə bərabərdir.
Adam Şərə bərabər deyil, Şərlə Xeyirin qarışığıdır.
Şərləşən, Şərə bərabər olan – mənən ölür.
Onun ölümünü Təsdiq etmək – yəni Onu ifşa etmək, rədd etmək, inkar
etmək – Ruhani Borcdur.
(Şərləşmək – Ataya, Mütləqə, Amala, Vətənə qarşı çıxmaqdır;
İnamsızlıq,
İdraksızlıq,
Mənəviyyatsızlıq,
İradəsizlik
qəbahətinə
qovuşmaqdır).
ATALILAR MÜNASİBƏTİ
Qardaşlıq, bacılıq –
Mütləq Həsədsizlik,
Mütləq Rəqabətsizlik,
Mütləq Münaqişəsizlik,
Mütləq Mübahisəsizlik – Mütləq Doğmalıq.
GÜNAH FƏLAKƏTİ
Ata Sözünə ən cüzi xilaf – günahdır.
Amal Tələbinə ən cüzi xilaf – günahdır.
Günah – Fəlakətdir.
Günahkar – Mənən ölür.
Günah – Mənəvi Ölülük yaradır.
Mənəvi Ölü – İnamı tərk edir.
Köçəri Ay, 7-ci il. Bakı.
MÜQƏDDƏS İLƏ MÜRACİƏT
İnamsızlar arasında İnamlıyıq!
İnsansızlar arasında İnsanlıyıq!
İdraksızlar arasında İdraklıyıq!
Mənəviyyatsızlar arasında Mənəviyyatlıyıq!
İradəsizlər arasında İradəliyik!
Səninlə bərabər doğulduq!
Zərdüşt qədər qədimik!
Babək qədər qədimik!
Qorqud qədər qədimik!
Nəsimi qədər qədimik!
Füzuli qədər qədimik!
Muğam qədər qədimik!
Saz qədər qədimik!
Əminik ki, İnsan – Mütləqləşməlidir.
432
Cəmiyyət – Ruhaniləşməlidir.
Dünyada Mütləqə İnam bərqərar olmalıdır.
Şərq özümləşməlidir.
Üsulumuz: İnsanlaşma, İnsanlaşdırma.
Ömrümüz – Etiqadımız!
Amallı ilimiz, Sabahlı ilimiz, Müqəddəs ilimiz, Müqəddəsliyimiz, Salam!
1 Günəş Ayı, 8-ci il. Bakı.
ƏHVAL QANUNU
Evlad əhvalını sazlamağı, kökləməyi bacarmalıdır.
Sazlanmayan, köklənməyən alətdə çalmırlar.
Sazlanmayan, köklənməyən əhvalda fikir söylənilmir, iş görülmür.
Günəş Ayı, 8-ci il. Bakı.
ATAYLA GÖRÜŞ MÜTLƏQİLİYİ
Yalnız Ömürlü, Mütləq Daxili Ehtiyac Ata Görüşünə layiqdir.
Keçici Həvəs, Niyyət Ata Görüşünə Ziddir.
Atayla Görüş Mütləqiliyini qorumaq Müqəddəs Borcdur.
16 Qismət günü, İşıq Ayı, 8-ci il.
AMAL DƏRSİ
Öyrətmək lazımdır ki, Ata kimdir, nə istəyir; niyə Peyğəmbərlər yoxdur
– Ata var!
Öyrətmək lazımdır ki, Mütləq nədir, Mütləqə İnam nədir; niyə Allah
yoxdur – Mütləq var!
Öyrətmək lazımdır ki, İnsan kimdir, İnsanlaşmaq nədir; niyə Adam
yoxdur – İnsan var!
Öyrətmək lazımdır ki, Ruhani Cəmiyyət nədir, ona necə çatmalı; niyə
Qeyri-Ruhani cəmiyyət Yoxdur!
Öyrətmək lazımdır ki, Müstəqil Xalq nədir, ona necə nail olmalı; niyə
Qeyri-Müstəqil Xalq Yoxdur!
Öyrətmək lazımdır ki, Özümlü Şərq nədir, ona necə nail olmalı; niyə
Təqlidçi Şərq Yoxdur!
Öyrətmək lazımdır ki, Ata Üsulu nədir, ona necə Yiyələnməli; niyə
Başqa Üsul Yoxdur!
Öyrətmək lazımdır ki, Atasız, Mütləqsiz, İnamsız, İnsansız,
Ruhsuz, Üsulsuz Müstəqil Xalq Yaranmaz, Özümlü Şərq Yaranmaz!
Oyrənmək və öyrətmək!
17 Murad günü, İşıq Ayı, 8-ci il. Bakı.
433
YERLİÇİLİK ŞƏRİ
Yerliçilik Ənənəsi yaradırlar. Xalqı Bölə-Bölə Yox etmək istəyirlər.
Bütöv Ata Yurdu İdeyasına Zidd Qüvvə hazırlayırlar.
Xalqın Belini Qırmaq İstəyirlər.
Yerliçilik Şərinin Belini Qırmaq – Müqəddəs Borcdur.
18 İnam günü, İşıq Ayı, 8-ci il. Bakı.
EVLADLARA
(Səfərlik)
Ruhani Təqdim: Ata – Peyğəmbərdən artıq, Canlı Mütləq.
Ruhani çağırışlar: Qorxunuzdan qorxun!
Naşılığınızdan Daşının!
İnamsızlığınıza İnanmayın!
Məzlumluq Zülmündən Qurtarın!
Sabahdan Başqa Bugünümüz Yoxdur!
20 İşıq Ayı, 8-ci il. Bakı.
ŞƏR TƏLƏLƏRİ
Dəbdəbəli Diplom tələsinə salır Şər – adamları.
Süni Adlar tələsinə salır Şər – adamları.
Mənsəb tələsinə salır Şər – adamları.
Nişan tələsinə salır Şər – adamları.
Varidat tələsinə salır Şər – adamları.
Heykəl tələsinə salır Şər – adamları.
Muzey tələsinə salır Şər – adamları.
Yubiley tələsinə salır Şər – adamları.
İmtina Qətiyyəti gərəkdir – tələyə düşməməkçün, ləyaqətdən
keçməməkçün.
6 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı.
MÜQƏDDƏS MƏRASİMLƏR
Bayram mərasimi
Ocaq qalanır, közü saxlanılır və gələcək bayramda Ocağa qalanır.
Yas mərasimi
Söndürülmüş Ocaq təzədən yandırılır.
7 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.
434
GÜNAHKAR XALQ
Azərbaycan Xalqı Günahkardır.
Müstəqil Dövlət yaratmadığı üçün.
Yad qoltuğunda əsrlərlə yaşadığı üçün.
Yadpərəst ziyalısı üçün.
Yalançı Dirçəlişi üçün.
Saxta Sevinci üçün.
Vəhdətsizliyi üçün.
Əsarətə alışdığı üçün.
Özünə Yağı doğduğu üçün.
Kiçik böyükləri üçün.
Aldandığı üçün.
Paralandığı üçün.
Azərbaycan xalqı günahkardır!
O, günahını Amal Suyuyla Yumalıdır!
7 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.
ÖLÜMSÜZLÜK QƏTİYYƏTİ
Ata Evladlarını Ölümə göndərsə – Onlara yaşamaq möhləti
verməyəcək!
Ata Özünü Ölümə göndərsə – Özünə yaşamaq möhləti verməyəcək!
Ölüm Evladlar üçün Yaşamağın başqa bir Biçimidir!
Ölüm Ata üçün Yaşamağın başqa bir Biçimidir!
8 İnam günü, Şölə Ayı, 8-ci il. Bakı.
EVLAD HƏYATI
Evladın Amaldan başqa həyatı yoxdur!
Bu səbəbdən də onun Amaldan kənar şəxsi həyatı da yoxdur.
Yeganə, vahid Amal Həyatı var.
(Həyat yoldaşı və balalarıyla bərabər!)
10 Ümid günü, Şölə Ayı, 8-ci il. Bakı.
EVLƏNMƏ ƏMƏLİ
Evlad evlənəndə Amala Evlad gətirməlidir, bu mümkün olmasa, Dost
gətirməlidir – Yağı gətirməməlidir.
11 Dözüm günü, Şölə Ayı, 8-ci il. Bakı.
AĞIL DƏYANƏTİ
Şər daim Ataya qarşı bir-birindən fərqli fəndlər işlədəcək.
Bu, evladların ağlını başından oynatmamalıdır.
12 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı.
435
HALAL ÜÇÜN
Ehtiramın pakdır!
Oğluma hökmüm:
1.Qardaşın
Safruhun
köməyiylə,
“Əməl”də
göstərilən
sırayla
Müqəddəs Kitabları öyrən! (Əsilin evində)
2.Özünlə Daim, Ardıcıl şəkildə Döyüş: Qorxudan, Xudbinlikdən,
Hərislikdən,
Şöhrətsevərlikdən,
Şəhvətsevərlikdən,
Təqlidçilikdən,
Vətənsizlikdən Azad ol!
Kamilliyə Yüksəl.
3.Özünü Əsas Əmələ – Ata Ailələri yaratmağa hazırla (Tələsmədən və
Gecikmədən). Səfərə Yaraqlan!
4.Ata Gününə (25 Mərhəm, Ata Ayı) Müqəddəs Söz hazırla! Ruhani
hesabat təqdim et!
Ürəyin Qaranlıqları Yarsın!
15 İnam günü, Şölə Ayı, 8-ci il. Bakı.
ŞƏRQ FƏLAKƏTİ
Müasir Şərq üç ağır Yükün altında inildəyir:
İslam, Qərbi təqlid etmə, ideoloji xurafat.
Şərqi bu Yükün altından Ata İnamı qurtarmalıdır!
Mütləqçilik toxumu Şərqə səpilməlidir!
Bu, qeyrət işidir. Biz şərqliyik!..
26 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı.
UCALIĞA ÇATMAQ
Ata Nəfəsini, Ata Səsini Xalqa çatdırmaq ucalığı durur qarşıda.
Həmin ucalıqdan görünməlidir Evladlıq!
EVLADLAŞMA QAYDASI
(Evladlara Ruhani Hökm)
Özündən soruşursan:
Bu məqamda, bu vaxtda, bu hadisədə, bu duyğuda –
İnamım nə səviyyədəydi?
İdrakım nə səviyyədəydi?
Mənəviyyatım nə səviyyədəydi?
İradəm nə səviyyədəydi?
İnamsızıydımsa – özümə nifrət qətlinə yetmişəm!
İdraksızıydımsa – özümə nifrət qətlinə yetmişəm!
Mənəviyyatsızıydımsa – özümə nifrət qətlinə yetmişəm!
İradəsiziydimsə – özümə nifrət qətlinə yetmişəm!
436
Nisbi İnamlıydımsa – özümüqınama səviyyəsinə yetmişəm.
Nisbi İdraklıydımsa – özümüqınama səviyyəsinə yetmişəm.
Nisbi Mənəviyyatlıydımsa – özümüqınama səviyyəsinə yetmişəm.
Nisbi İradəliydimsə – özümüqınama səviyyəsinə yetmişəm.
Mütləq İnamlıydımsa – özümə yetmişəm!
Mütləq İdraklıydımsa – özümə yetmişəm!
Mütləq Mənəviyyatlıydımsa – özümə yetmişəm!
Mütləq İradəliydimsə – özümə yetmişəm!
Evlad ömrü boyu “Özümlə sorğu” kitabı yazır, onu Sabaha çatdırır.
ATA DANLAĞINA EVLAD MÜNASİBƏTİ
Ata Danlağı məktəbdir!
27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı.
MÜQƏDDƏS ÇAĞIRIŞLAR
İnam. Ədalət. Həqiqət. Müstəqillik.
(Mütləqə İnam, Ədalətli Cəmiyyət, Həqiqi İnsan, Müstəqil Xalq).
6 İnam günü, Od Ayı, 8-ci il. Bakı.
İDEOLOJİ ŞƏR
Şər İnsana Şər atır, onu iqtisadi münasibətlərin aləti kimi təqdim edir.
İnsanı Şərin Şərindən qurtarmaq gərək!
8 Ümid günü, Od Ayı, 8-ci il. Bakı.
EVLADIM QƏLBİYƏ
Hökmüm:
1.Safruhun vasitəsiylə, Buyurulan sırada Müqəddəs Kitabları
öyrənirsən (Şərin əlinə keçməməyi, İdraklı davranışı nəzərə almaqla).
2.Mənəviyyatında Bugünkü nə varsa silirsən, Yox eləyirsən, yalnız
Sabahkını saxlayırsan, Mütləqçiliyə Layiq olmaq üçün balaca “Mən”dən
Tam keçirsən, Böyük “Mən”ə Yüksəlirsən...
Özünə qarşı Barışmaz olursan.
Özündəki Bugünküylə barışmırsan.
3.Ata Ailəsi yaradırsan “Sədaqət” kitabçası əsasında...
Birini Bakıda, Birini rayonunuzda.
Həmin Ailələr vasitəsiylə Atalaşma, Amallaşma, Müqəddəsləşmə
İntibahında iştirak edirsən.
Öyrənirsən, öyrədirsən.
Öyrəndikcə, Öyrədirsən.
Şərdən İmtina, Xeyiri Təsdiq İnamını öyrənirsən və öyrədirsən.
437
4.Köhnə Təqvimlə Sentyabrın 25-i, Bizim Təqvimlə Ata Ayının
25-i Ata Günüdür.
Məqsəd Atayla Evladların Ruhani Təmasını Müqəddəsləş-
dirməkdir.
Ata haqqında Mütləqçi Sözü hazırlayırsan, Mütləq İnam, İdrak,
Mənəviyyat, İradə səviyyəsinə can atırsan.
Atalığı Dərk etməyinin mərhələsini, İnamının İdrak, Duyğu, İradə
gücünü nümayiş etdirirsən.
Sabaha çatdırılacaq Ruhani Sənəd hazırlayırsan!
5.Hər Ay Balanın boğazından müəyyən məbləğ (ən cüzidən – ən
böyüyə qədər! İmkan daxilində) çıxarıb Amalın boğazına doldurursan.
Bununla da Maddi Müstəqilliyimizə xidmət eləmiş olursan.
(Şər bizi Maddi cəhətdən qısnamasın, İdeal cəhətdən qısnaya bilməz).
6.Atanın Safruh Evladına Qardaş İnamı Bəsləyirsən!
7.Ayrılanların Əyrilmə Ehtimalı Var.
Əyrilənlərə Münasibət göstərmirsən.
8.Hər Ayın Birinci Beşinci günü Ata hüzuruna gəlirsən: Hesabatla,
Suallarla, 15 dəqiqə ərzində...
Artıq Sözə, hərəkətə yol vermək Dövrü Bitdi.
Qeyrət – Qənaət tələb edir.
9.Balana (bəlkə də Balalarına) Ata, Ocaq, Mütləq, İnam, Amal
və s. Sözləri öyrədirsən.
10.Həyat Yoldaşını Amal Yolçusuna çevirə bilməsən də – Amal Yağısı
olmağa qoyma!
O, kimin qadını olduğunu yaxşı bilməlidir! Fərəhlənməli,
Qanadlanmalıdır!
11.Hökmün icrasına xüsusi Vaxt təyin eləmirəm.
Bilirəm ki, Vaxt Evladın Ürəyində yaşayır, Evlad Ürəyi isə Ətalət,
Qorxu, Biganəlik, Arxayınçılıq, İradəsizlik Eybəcərliyinə yaddır.
Vaxtı biz Xeyirlə doldurmasaq – O, Şərlə dolu olacaq.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
Safruhdan Ata Təqvimini al, Onu Pünhan Dünyana cala, onun
əsasında Yaşa, Yaşat.
9 Dözüm günü, Od Ayı, 8-ci il. Bakı.
SƏNƏDLƏŞMƏ
Evlad Ata sənədləri əsasında yaşayır, cəmiyyət sənədləri əsasında
dolanır.
25 Qismət günü, Od Ayı, 8-ci il. Bakı.
438
ŞƏR MƏHKƏMƏSİ
Şər Xeyiri İttiham edə bilməz.
Şərin İttihamını ittiham edirik.
Məhkəməsini məhkum edirik.
Cəzasını cəzalandırırıq.
QANUN LƏYAQƏTİ
1
Ədalətə, Həqiqətə yad olan qanunları qanunsuz sayırıq.
Onlara riayət etmək miskinliyinə alçalmırıq.
2
Həqiqi, adil qanunlarımız – Ata qanunlarıdır.
Onlardan başqa qanun tanımırıq.
27 İnam günü, Od Ayı, 8-ci il. Bakı
XALQÇILIQ HƏQİQƏTİ
Avropaya nifrətimiz yoxdur – Avropalaşmaya nifrətimiz var.
Rusa nifrətimiz yoxdur – Ruslaşmaya nifrətimiz var.
Erməniyə nifrətimiz yoxdur – Qisasçılığa nifrətimiz var.
Gürcüyə nifrətimiz yoxdur – Yekəxanalığa nifrətimiz var.
Avropalaşdıran Avropalı – Şərçidir.
Ruslaşdıran Rus – Şərçidir.
Qisasçı Erməni – Şərçidir.
Yekəxana Gürcü – Şərçidir.
Xalqların düşməni deyilik – Şərin düşməniyik.
Xalqsevərliyimiz Bəşərsevərliyimizi rədd etmir!
29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı.
DİLİMİZ – BİRLİYİMİZ
Atayurd danışığında, Yazısında əcnəbi Sözləri işlətməmək!
Ümumşərq Sözləri əcnəbi söz saymamaq, onlardan istifadə etmək
– Şərq Birliyi naminə!
Xəlqi Birliyimizi Şərq Birliyiylə yanaşı qoyuruq!
MÜASİR İRANA MÜNASİBƏT
Fars xalqına hörmət.
Fars şovinistlərinə nifrət.
Farslarla şərik sərvətlərimiz:
Zərdüşt, Muğam, Nizami.
Farslara hesabımız:
Cənubi Azərbaycan.
Şərq Birləşməli və Şərə qarşı durmalıdır.
439
MÜASİR ƏRƏB DÜNYASINA MÜNASİBƏT
Ərəb xalqına hörmət.
Ərəb hərcayiliyinə nifrət.
Ərəblərlə şərik sərvətimiz: İslam memarlığı.
Ərəblərə ittihamımız: Babək.
Şərq Birləşməli və Şərə qarşı durmalıdır.
XALQ BİRLİYİ MÜQƏDDƏSLİYİ
Atayurd – türk dilli, türk tarixli, türk mədəniyyətli Vahid bir Xalqın
məskənidir.
Atayurdda yaşayan kürdlər, talışlar, tatlar, ləzgilər, lahıclar, udinlər
həmin xalqın atayurdlaşan üzvi bir hissəsidir.
Atayurdda kürd xalqı, tat xalqı, talış xalqı, ləzgi xalqı, lahıc xalqı,
udin xalqı icad eləmək Xəlqi Vəhdətə xəyanətdir.
QARABAĞ MƏSƏLƏSİ
Qarabağın əsil, təbii, tarixi başşəhəri Şuşadır.
Stepanakert – süni, qondarma, yalançı başşəhərdir.
Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni, zorakı bir düzəltmədir.
Xəlqi Birliyi pozmaq, yağılıq közünü alışdırmaq, “Oğru yadına daş
salmaq” niyyətinə xidmət eləyir...
Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar!
Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər!
GÜNDƏLİK BORC
Beyini Tüfeyli Fikirlərdən təmizləmək!
Ürəyi Tüfeyli Duyğulardan təmizləmək!
İradəni Tüfeyli Əməllərdən təmizləmək!
EVLAD SƏNƏDİ
Evlad Bir Sənəd tanıyır – Evlad nişanəsi.
Bütün başqa sənədlər: pasport, rəsmi biletlər, vəsiqələr – formal
sayılır.
29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı.
Dostları ilə paylaş: |