TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə32/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

 

YAS  MƏRASİMİ  HAQQINDA 

1. Mərasimin Yazısı Soyluya tapşırılır. 

2. Mərasimin Məzmunu: Evlad Qəbulu; Yas İzharı; Ruhani Sənədlərin 

oxunması. 

3. Yazı Çiçək Ayının 20-də Ataya təqdim olunur. 

11 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı. 


 

389


OCAQÇI  HALI 

Adamda çoxlu Adam var. 

İnsan Birdir. 

Adam Yoxsuldur, İnsan – Zəngin. 



Ocaqçı – İnsan olmalıdır, Adam olmamalıdır. 

 

İMTİNA  İNTİBAHI 

Ocaq Xalqı İmtina İntibahına qaldırmalıdır. 

Dindən imtina İntibahına. 

Kapitalizmdən imtina İntibahına. 

Qərbçilikdən imtina İntibahına. 

                 Qaranlıqlar Yarılsın. 



 

OCAQÇININ  İŞIQÇILIQ  ƏMƏLİ 

1. Ocaq Halı: 

Yurdumuzda Ocaq Halı Yaranmalıdır. 

Ocaqçılar İşıqçılıq Əməlinə Yüksəlməlidirlər. 

2. Məişəti İşıqlandırmaq: 

    Ocağın Ailə Qaydaları öyrədilir. Atalıq – Evladlıq, Qadınlıq – Analıq 

ləyaqəti Təsdiq olunur – Dinə Yad, Qərbçiliyə Yad. 

    Ocağın Ölüm – Həyat münasibətləriylə bağlı Kəlamları öyrədilir. 

Ocaq Təqvimi öyrədilir. 

Ocaq Mərasimləri öyrədilir. 

Ocaq Bayramları öyrədilir. 

3. Siyasəti İşıqlandırmaq: 



    Demokratiya Özgəçiliyini Aşkarlamaq. 

Parlamentçilik Qərbçiliyini Aşkarlamaq. 

Kapitalistləşmə İflasını Aşkarlamaq. 

Hakimlərin Burjuylaşmasına qarşı Müqavimət Yaratmaq. 

Ruhani Cəmiyyət İdeyasını yaymaq. 

Ədalətçilər Birliyi Yaratmaq – Haqsızlığa qarşı duran. 

    “Torpaq Kəndliyə satılmamalıdır – verilməlidir!” – haqqını Kəndliyə 

çatdırmaq. 

    “Zavod, Fabrik Kapitalistə satılmamalıdır – Fəhləyə verilməlidir!” – 

haqqını Fəhləyə çatdırmaq. 

    Hakimlərin Camaata müntəzəm hesabatını tələb etmək. 

Məhkəmənin hakimiyyətdən asılılığına qarşı çıxmaq. 

    Xalqın Hökumət Tədbirlərinə münasibətini Yetkinləşdirmək. 

Hərbçilərdə Xalqçılıq əhvali-ruhiyyəsi yaratmaq. Mətbuat müstəqilliyini 

müdafiə etmək. 


 

390


4. Ruhani İşıqlandırma: 

    İnam Dinsizliyi öyrətmək. 

Din İnamsızlığını aşkarlamaq. 

İnsançılıq öyrətmək. 

Amalçılıq öyrətmək. 

Ruhçuluq öyrətmək. 

Türkçülük öyrətmək. 

Şərqçilik öyrətmək. 

    5. Miqyas: 

     İşıqçılıq Əməli Ailələrdə, Fikir Evlərində, Müəssisələrdə, camaat 

arasında, məktəblərdə, qohum-əqrəba, tanış-dost yanında, səfərlərdə, 

toy, yas yerlərində həyata keçirilir. 

6. Məsuliyyət: 

    Ocaqçı İşıqçılıq hesabatı verir Ataya, Özünə. 

Qaranlıqlar Yarılsın! 



 

CƏNUBİ  AZƏRBAYCANDA  İŞIQÇILIQ  ƏMƏLİ 

İslamçılıqdan İmtina İşıqçılığı. 

Farsçılıqdan İmtina İşıqçılığı. 

Kapitalistçilikdən İmtina İşıqçılığı. 

Qərbçilikdən İmtina İşıqçılığı. 

26 Arzu günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail 

olmalı. 


3. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmalı. 

4. Ocağa Evlad gətirmək. 

Qaranlıqlar Yarılsın! 

 

EVLADIM  ULUTAYIN  TƏMSİL  ETDİYİ 

ŞƏMKİR  ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə çatmalı. 

3. Ocağa Evlad gətirməli. 

4. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail 

olmalı. 


Qaranlıqlar Yarılsın! 

 

 

391


EVLADIM  SOYLUNUN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmaq. 

3. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail 

olmaq. 

4. Ocağa Evlad gətirmək. 



Qaranlıqlar Yarılsın! 

29 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

EVLADLIQ  MƏRASİMİ  HAQQINDA 

1. Mərasimin Məzmunu: 



Evladların Ocaqçılıq hesabatları: –  Amallaşma, İnsanlaşma, 

Xalqlaşma. 

Evladlığa Qəbul. 

Ata Sözü. 

Ruhani Sənədlər. 

2. Mərasimin yazısı Safruha tapşırılır. 

3. Yazı İşıq Ayının 25-də Ataya Təqdim olunur. 



 

EVLADLARIN  HESABATİZHAR  ƏMƏLİ 

Amallaşma İzharı: 

Mütləqə İnamı nə səviyyədə Özümləşdirmişəm? 

Özüylə Döyüşü nə səviyyədə Özümləşdirmişəm? 

Ruhani Cəmiyyət İdealını nə dərəcədə Özümləşdirmişəm? 

Müstəqil Vətən İdealını nə dərəcədə Özümləşdirmişəm? 

Özümlü Şərq İdealını nə dərəcədə Özümləşdirmişəm? 

    İnsanlaşma İzharı:  

Vicdançılığa nə səviyyədə Yüksəlmişəm? 

Təmənnasızlığa nə səviyyədə Yüksəlmişəm?  

Fədakarlığa nə səviyyədə Yüksəlmişəm? 



Xalqlaşma İzharı: 

Öyrəndiyimi nə dərəcədə öyrətmişəm? 



17 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  ƏRRUHA 

Dünya Pulçuluğa qurşanıb – Dünyanın xilası Ruhçuluqdur. 

Dünya Siyasətçiliyə qurşanıb – Dünyanın xilası İnsançılıqdır. 

Dünya Dinçiliyə qurşanıb – Dünyanın xilası İnamçılıqdır. 



Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləq İnam Ərləri. 



 

392


Mütləq İdrak Ərləri. 

Mütləq Mənəviyyat Ərləri. 

Mütləq İradə Ərləri. 

Özüylədöyüş Ərləri. 

Ruhani Cəmiyyət Ərləri. 

Müstəqil Vətən Ərləri. 

Özümlü Şərq Ərləri. 

“Ərruh”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Bu  adı  alacaq  şəxs  adı  aldı,  Evlad  oldu  və  Ocaqdan  çıxdı.  Həyat-

dakı  ad-soyadı  bilinmədiyinə  görə  Ocaqdan  çıxmağı  barədə  Ruhani 

Hökm yazılmadı). 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ UNİVERSİTET   

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Ailə Yüksəlişə nail olub. 

3. Bədiyyatla Təmas davam etdirilsin – Ədəbi məclisdən fərqli şəkildə.  

4. Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq Kamilliyinə çatmağa 

yönəlsin Ailə Əməli. 

5. Müqəddəsat daha dəqiq öyrənilsin. 

6. Dərgi bərpa edilsin. 



 

ASİF  ATANIN  “QANAD”  AİLƏSİNİN “FİKİR EVİ”NƏ  XEYİR-DUASI 

Evladlarıma Müqəddəslik Ucalığı Tələbiylə 

Ürəyinizdə Günəş olsun! 

Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya əvvəlki kimi siyasətə 

tapşırılacaqsa,  Ruhaniyyata  tapşırılmayacaqsa  –  o,  məhv  olacaq! 

    Qoy  “Fikir  Evi”nə  gələnlər  bilsinlər  ki,  əgər  dünya  maddiyyatçılığa 

tapşırılacaqsa, İnsaniyyatçılığa tapşırılmaya-caqsa – o, məhv olacaq! 

Qoy  “Fikir  Evi”nə  gələnlər  bilsinlər  ki,  əgər  dünya  əvvəlki  kimi  dinə 

tapşırılacaqsa, İnama tapşırılmayacaqsa o, məhv olacaq! 

    Dünyanın dünya səviyyəsində xilası yoxdur. 

Dünyanın dünyadan üstün səviyyədə xilası var. 

Gərək  dünya  Vicdançılıq  əsasında  təzədən  qurulsun  və  bu  qurum  İn-

sanın daxilində, ağlın və ürəyin əməlində yaşasın. 

Siyasət – Vicdançılıq tanımır. Siyasətdə İnsan özünə sahib olmur. 

Siyasət  həmişə  İnsandan  keçir.  Və  Mahiyyətcə  cəzaçılıq  Vicdançılığı 

rədd  eləyir.  Bu  səbəbdən  də  cani  cəzalandırılır,  cinayət  yaşayır. 



 

393


    Siyasət  –  Təmənnasızlıq  tanımır.  Siyasət  –  özü  təmənna  əməlidir, 

mənfəət və fürsət əməlidir. 

Siyasət – Fədakarlıq tanımır, faydalıq tanıyır. 

Siyasətin yaratdığı dünya – göz qabağındadır. 

Tamam başqa dünya yaranmalıdır – İnsan üstə köklənən. 

Maddiyyatçılıq  –  Maddiyyatın  İnsan  üzərində  hakimliyidir;  vasitənin 

məqsədə çevrilməsidir. 

Maddiyyatçılıqda  İnsan  özündən  ayrılır;  ömrünün,  gününün  yönü, 

ahəngi  zahiriyə,  keçiciyə  pərçimlənir  və  İnsani  Dünya  öz  ahəngini  itirir, 

yönünü azır. 

Ruhani  Dünya  gərəkdir  İnsana.  Yəni  İnam  Dünyası,  İdrak  Dünyası, 

Mənəviyyat Dünyası, İradə Dünyası. 

Din  –  yalançı  inamdır,  cəfəngiyyatçı  inamdır,  cənnətçi  inamdır, 

cəhənnəmçi inamdır, İnsanı alçaldan inamsızlıqdır. 

Dünya İnam üstə köklənməlidir. 

İnsanın Mütləqiliyi təsdiq olunmalıdır. 

Onun üzərindən xurafat hakimliyi götürülməlidir. 

Allah  hökmdarlığı,  qorxusu  ləğv  olunmalıdır  İnsan  həyatından 

həmişəlik. Həm də ateizm hərcayiliyi silinməlidir həyatdan! 

Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, Ocaq Tələbi var – tarixin fövqün-

də, bugünkü Qərbçiliyin, İslamçılığın fövqündə. 

Çətin Uğurlar Ocağı Tələbi var; Məşəqqətli Yol Ocağı Tələbi var. 

Dünyanı, Zamanı ötmək Tələbi var – Qədimliyimizdən gələn; 

Əzəli, Əbədi, Sonsuz, Kamil Ocaq Tələbi. 

Ölkəmizin Ocaqyurd səviyyəsi Tələbi var. 

Qaranlıqlar Yarılsın! 



28 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

 

ODQORUYANLAR  ƏMƏLİ 

Evladlarım – Yurdçunun, İnamçının, Ruhçunun, İşıqlının timsalında 

Odqoruyanlar Əməli yaranır. 

31 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı. 

 

BEYLƏQAN  AİLƏSİNİN  FİKİR  EVİNİN HESABATI  HAQQINDA 

1. Beyləqanda Ruhani hünər ərəfəsi yaranır – Qaranlıqları Yaran. 

2. Həmin ərəfədən İrəliləmək – Hünərə çatmaqdır. 

Həmin ərəfədən geriləmək – hünəri itirməkdir. 



1 Şölə Ayı, Ümid günü, 15-ci il. Bakı. 

 

 

 

394


EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur! 

2. Ailə Gününüzü Atanın Son Mərasim Sözü üstə qurun. 

3. Ata Hökmlərini gerçəkləşdirin! 

Qaranlıqlar Yarılsın! 

2 Şölə Ayı, Dözüm günü, 15-ci il. Bakı. 

 

EVLADIM  NURRUHA 

Ruh Nuru daşıyırıq: İnam Nuru, İdrak Nuru, Mənəviyyat Nuru, İradə 

Nuru. 

    İnsançılıq Nuru, Yurdçuluq Nuru, Vicdançılıq Nuru, Təmənnasızlıq 



Nuru, Fədakarlıq Nuru, Xalqçılıq Nuru, Özümçülük Nuru. 

Din Qaranlığını Yaran! 

Kapitalizm – Sosializm Qaranlığını Yaran! 

Qərbçilik Qaranlığını Yaran! 

    Zamandan Yüksək, Şəraitdən Yüksək, Mühitdən Yüksək, Cəmiyyətdən 

Yüksək. 


    Əzəli, Əbədi, Sonsuz, Kamil. 

    Millətçilik Nuru – Mütləq Həqiqət, Mütləq Ədalət, Mütləq Xeyir  Nuru. 



    “Nurruh”  adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

27 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı. 

(Yaşamda adı Sakit Məmmədov idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ULUTAYIN  TƏMSİL  ETDİYİ 

ŞƏMKİR  ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur! 

2. Ailə Əməlini İşıqçılıq Əməliylə birləşdirməli. 

3. Ocağa Evlad Yetirməli! 



28 Arzu günü, Şölə Ayı, 15-ci il. Bakı. 

 

BAĞBANIM,  ƏVƏZSİZİM 



Sənin Ocağa gəlməyin – Səadət idi. Həyatdan getməyin –

Fəlakət oldu. 

    Saflığın Əvəzsizdi, Fədakarlığın Əvəzsizdi, Aşiqliyin Əvəzsizdi, Sakitli-

yin Qüdrətliydi, Təmkinin Hünərliydi. 

Mənəviyyatın Göylüydü, Əməlin Ruh üstə köklənmişdi, Yurdçuluğun – 

Nurçuluq idi. 

Ocaq İşığı oldun. 


 

395


Oda çevrildin, Ocağa qalandın, Ocaqda qaldın. 

Həyat sənə qarşı namərdlik elədi. 

O, sənin kimilərindən qorxur. 

Çünki sən ondan üstünsən. 



Ocaqda sən Ali Həyata qovuşdun – həmişəlik. 

Bağbanım,  Əvəzsizim  –  Sənsiz  deyiləm  –  olmayacam  – 

Səninləyəm – Ocağımın sönməz İşığıyla. 

Ocağımızda qalacağıq hamımız – Yurdumuz üçün, Şərqimiz üçün, 

Dünyamız üçün! 

30 Dözüm günü, Şölə Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM   ƏRNURA 

Nur Ərləri gərək Yurdumuza. 

Ruh Ərləri. 

İnam Ərləri. 

İdrak Ərləri. 

Mənəviyyat Ərləri. 

İradə Ərləri. 

Mütləqçi Nuru gərək Yurdumuza. 

İnsançı Nuru gərək Yurdumuza. 

Ruhaniyyatçı Nuru gərək Yurdumuza. 

Şərqçi Nuru gərək Yurdumuza. 

Yurdçuluğumuz – Müqəddəsçiliyimiz – Dünyaçılığımız Birdir. 



“Ərnur”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

1 Od Ayı, Mərhəm günü, 15-ci il. Bakı. 

(Bu adı alacaq şəxs Evladlığa qəbul olunmadı). 

 

EVLADLARIM UĞURA – ZAHİDƏYƏ XEYİR-DUA 

Ruhani Yadlığa qarşı – Ruhani Doğmalıq Qalası tikin. 

Cəmiyyətçiliyə qarşı – İnsançılıq Qalası tikin. 

Dinçiliyə qarşı – İnamçılıq Qalası tikin. 

Özgəçiliyə qarşı – Özümçülük Qalası tikin. 

Pulçuluğa qarşı – Yurdçuluq Qalası tikin. 

Ruhani Doğmalar Yetirin. 

İnsançılar Yetirin. 

İnamçılar Yetirin. 

Özümçülər Yetirin. 

İkiliyi Ömrünüzdən silin. 

Ağalığa havalanmayın. 



 

396


Xanımlığa havalanmayın. 

Atalığa Qalanın. 

Analığa Qalanın. 

Ləyaqətə Qalanın. 

Məna İşığına qovuşsun ömrünüz. 

30 Qismət günü, Od Ayı, 15-ci il. Bakı. 

  

EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 



    ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

    1. Hesabat Təqdir olunur! 

2. Ailə – Xalqlaşma Birliyinə çatın. 

3. Özüylədöyüşün Kamillik səviyyəsinə çatın. 

Qaranlıqlar Yarılsın! 

2 Arzu günü, Qürub Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  UCARUHA 

Ruhumuz Ucadır. 

Zərdüşt Ruhluyuq. 

Babək Ruhluyuq. 

Dədə Qorqud Ruhluyuq. 

Hürufi Ruhluyuq. 

Füzuli Ruhluyuq. 

Muğam Ruhluyuq. 

Saz Ruhluyuq. 



Ruh Həyatdan Ucadır. 

Ruhsuzdurlar, Qanadsızdırlar Bugünkülər, çünki İnamsızdırlar. 



Ocaqçılıq – Ucaruhluqdur. 

“Ucaruh”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



3 Ümid günü, Qürub Ayı, 15-ci il. Bakı. 

(Yaşamda adı Sevinc Əli qızı idi. Ocaqdan çıxdı). 

  

“ATA  GÜNÜ”  MƏRASİMİ 

1. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq, Mütləq İntizam 

səviyyəsində keçməli. 

2. Mərasimin Məzmunu: 

Evlad Qəbulu. 

Atayla Ruhani Qovuşma – Evlad İzharı. 


 

397


Ata Kəlamı. 

Atanın Müqəddəslik İzharı. 

3. Gedişatı Safruh yazır. 

4. Yazı 15 Ata Ayında Ataya təqdim edilir. 

Qaranlıqlar Yarılsın! 

10 Qismət günü, Qürub Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  ULURUHA 

Ruhumuz Uludur. 

Mütləqə İnanırıq. 

İnsanlaşırıq, İnsanlaşdırırıq. 

Vicdançıyıq, Təmənnasızıq, Fədakarıq. 

Zamandan Üstünük, Şəraitdən Üstünük, Mühitdən Üstünük. 

Din – İnamla əvəz olunmalı. 

Cəmiyyət – Xalq Birliyiylə əvəz olunmalı. 

Adam – İnsanla əvəz olunmalı. 

Maddiyyatçılıq – Ruhaniyyatçılıqla əvəz olunmalı. 



“Uluruh”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

16 Mərhəm günü, Ata Ayı, 15-ci il. Bakı. 

(Yaşamda adı Əzizbala idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 

    ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur! 

2. Son siyasət məğlubiyyətinin əsaslarını camaata anlatmalı. 

İnsansızlıq məğlubiyyəti. 

İnamsızlıq məğlubiyyəti. 

İdraksızlıq məğlubiyyəti. 

Mənəviyyatsızlıq məğlubiyyəti. 

İradəsizlik məğlubiyyəti. 

Zahirilik məğlubiyyəti. 

Qərbçilik məğlubiyyəti. 

3. Ocağa Evlad yetirməli. 

Qaranlıqlar Yarılsın! 

18 Murad günü, Ata Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  YOLNURUN  TƏMSİL  ETDİYİ   ŞƏMKİR  ATA AİLƏSİNİN  

HESABATLARI  HAQQINDA 

1.Hesabatlar Təqdir olunur. Ailə Yetkinliyinə doğru irəliləyir. 



 

398


2.Azərbaycanda  son  siyasət  məğlubiyyətinin  İnsansızlıq  məğlubiyyəti 

olduğunu bilməli və camaata bildirməli. 

3.Onun  İnamsızlıq  məğlubiyyəti  olduğunu  bilməli  və  camaata  bild-

irməli. 


4.Onun  İdraksızlıq  məğlubiyyəti  olduğunu  bilməli  və  camaata  bild-

irməli. 


5.Onun  İradəsizlik  məğlubiyyəti  olduğunu  bilməli  və  camaata  bild-

irməli. 


6.İndiki  hakimlərin  Qəyyumçu,  Ağaçı  olmalarını  bilməli  və  camaata 

bildirməli. 

7.Ocağa Evlad yetirməli. 

Qaranlıqlar Yarılsın! 



25 Ata Ayı, Murad günü, 15-ci il. Bakı. 

 

EVLADIM  ÖTGÜNƏ 

Zamanı ötməsən – Həqiqətə çatmazsan. 

    Adamı ötməsən – İnsana çatmazsan. 

    Siyasəti ötməsən – Ruhaniyyata çatmazsan. 

    Ötərini ötməsən – Əzəliyə çatmazsan. 

    Keçicini ötməsən – Əbədiyə çatmazsan. 

    Sonlunu ötməsən – Sonsuza çatmazsan. 

    Qeyri-Kamili ötməsən – Kamilə çatmazsan. 

    Bugünü ötməsən – Sabaha çatmazsan. 

    Ötgünlük gərək Ocaqçıya – Zamandan Üstün, Adamdan Üstün,       

Siyasətdən Üstün, Ötəridən Üstün, Keçicidən Üstün, Sonludan Üstün, 

Qeyri-Kamildən Üstün, Bugündən Üstün. 

    “Ötgün“  adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 



    Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

1 Qismət günü, Xəzan Ayı, 15-ci il. Bakı. 

(Yaşamda adı Müşfiq idi. Ocaqsızlaşdı). 

 

EVLADIM  YOLRUHA 

Amalımız – Ruh Yoludur; – 

                      İnam Yoludur, 

                      İdrak Yoludur, 

                      Mənəviyyat Yoludur, 

                      İradə Yoludur; 

                      İnsanlaşma Yoludur; 

                      Ruhani Cəmiyyət, 



 

399


                      Müstəqil Vətən, 

                      Özümlü Şərq Yoludur. 

    Ruhsuzluğa qarşıyıq – İnamsızlığa, İdraksızlığa, Mənəviyyatsızlığa, 

İradəsizliyə qarşıyıq – Yolsuzluğa qarşıyıq. 

    Din əvəzinə İnam, Adamlıq əvəzinə İnsanlıq, Cəmiyyət əvəzinə Birlik, 

Özgəçilik əvəzinə Özümçülük bərqərar olunmalıdır – Yurdumuzda, 

Şərqimizdə, Dünyamızda. 

    “Yolruh”  adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

21 İnam günü, Yağış Ayı, 15-ci il. Bakı.  

 (Yaşamda adı – Soltan Qalib oğlu). 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur! 

2. Müqəddəs Kitabların İzharlaşması Əməlinə keçməli. 

3. Özüylədöyüşün – özünüdəyişmə səviyyəsini Yüksəltməli. 

4. Xalqlaşmanı genişləndirməli... 

Qaranlıqlar Yarılsın! 



26 Qismət günü, Yağış Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  DOĞMANIN  TƏMSİL  ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Qəbul olunur! 

2. Ailə aşağıdakı İdeyaların Özümləşməsiylə məşğul olmalıdır: 

Mütləqə İnam. 

İnsanlaşma. 

Ruhani Cəmiyyət. 

Müstəqil Vətən. 

Özümlü Şərq. 

Din əvəzinə İnam. 

Adamlıq əvəzinə İnsanlıq. 

Cəmiyyət əvəzinə Birlik. 

Maddiyyatçılıq əvəzinə Ruhaniyyatçılıq. 

3. Bədiyyat İdeyalarla bağlı İzharlar biçimində yazılmalıdır. 

Ədəbiyyat dərnəyi səviyyəsinə enməmək. 

4. Kal, Ruhsuz giley-güzarlara, hərcayi ittihamlara, şikayətlərə yol ver-

məməli; Ocaq məbədliyini, müqəddəsliyini iclas bəsitliyindən, 

bayağılığından qorumalı. 

5. Mütləq Səcdə, Mütləq İntizam, Mütləq Doğmalıq Birliyinə Yetməli. 

Qaranlıqlar Yarılsın! 


 

400


EVLADIM  ODTƏKİNİN  TƏMSİL ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur! 

2. Ailədə Amallaşma Əməli aşağıdakı İdeyaların Özümləşməsi 

Biçimində gerçəkləşsin: 

Din əvəzinə İnam. 

Adamlıq əvəzinə İnsanlıq. 

Cəmiyyət əvəzinə Birlik. 

Maddiyyatçılıq əvəzinə Ruhaniyyatçılıq. 

3. Ailədə İnsanlaşma İdeyası aşağıdakı İdeyaların özgələşməsi 

Biçimində gerçəkləşsin: 

Ocağa qədərki “Mən”. 

Ocaqdakı “Mən”. Fərq. Nəticə. 

    4. Ailədə Xalqlaşma Ailənin Ailədən kənara çıxması, camaatla Ailənin 

Ruhani Təması Biçimində gerçəkləşsin. 



27 Murad günü, Yağış Ayı, 15-ci il. Bakı. 

 

SADİQƏ 

     Təcili olaraq Kitabı Elucaya ver. 

Sən Ziyankarlıq eləyirsən. 

20 səhv yox, 100 səhv də olsa, Kitabın çıxması – çıxmamasından 

yaxşıdır. 

Sabah Kitab Nəşriyyatda olmalıdır. 

Belə getsə, səni Kitab işindən ayıracam. 

Qaş qayırdığın yerdə göz çıxarırsan. 



6 Sərt Ay, Arzu günü, 15-ci il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 
1   ...   28   29   30   31   32   33   34   35   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə