TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

EVLADIM  DÜZGÜNƏ 

Əyriliyə Qurşandılar – Doğruluğu seçdik. 

İnamsızlıq boyda İnam yaratdılar! 

İnsansızlıq boyda İnsan yaratdılar! 

Ədalətsizlik boyda Cəmiyyət yaratdılar! 

Əsarət boyda Vətən yaratdılar! 

Yadlıq boyda Şərq yaratdılar! 

Ləyaqətsizlik boyda Bəşər yaratdılar! 

Əyriliyin Qənimi Düzgünlükdür. 

İnamımız Düzgündür. 

İnsanımız Düzgündür. 

Cəmiyyətimiz Düzgündür. 

Vətənimiz Düzgündür. 

Şərqimiz Düzgündür. 

Bəşərimiz Düzgündür. 



“Düzgün” adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



(Qeyd: Həyatda adı Kərəm idi. Ocaqdan çıxdı). 

 

 

 

214


EVLADIM  SOYLUYA 

   Suya sitayiş eləyib Qədimlərimiz. 

   Üzün Suyunu bəyəniblər. 

   Su içməyiblər Yad gözündən. 

   Mərdlik bulağından Su içiblər. 

   Soyumuz – Ruhani Suyumuz – ömrümüzdə çağlayan, Yanğımızı       

söndürən, Ocağımızı qalayan. 

   Soyluyuq – Suluyuq, Pakıq! Nəsilcən! 

   Soylu adını sənə halal eləyirəm. 

   Soyla yuyulsun çirkabımız,  

   Soya çevrilək – Suya çevrilək. 

    “Soylu” adına layiq ol! 

   Ürəyin Qaranlıqları Yarsın! 

   Daxilindəki Mütləq sənə Yar olsun! 

10 Arzu günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Vidadi idi. Ocaqdan çıxdı).  

 

EVLADIM  ÖZÜLƏ 

Özülsüzdür Binaları Şərçilərin. 

Özül olaq Dünyamıza. 

İnam olaq. 

İdrak olaq. 

Mənəviyyat olaq. 

İradə olaq. 

“Özül” adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



15 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Həsən idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  BULAĞA 

Bulanıqdır suları Şərçilərin. 

Bulaq olaq Dünyamıza. 

İnam Bulağı. 

İdrak Bulağı. 

Mənəviyyat Bulağı. 

İradə Bulağı. 

“Bulaq” adını sənə halal eləyirəm! 

Adına layiq ol! 



 

215


Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



15 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Gülzar idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ÖMÜRTAYA 

Ölümə taydır Ömürləri Bugünkülərin. 

Sabaha tay olsun Ömrün! 

Amal kökündə köklənsin! 

Mütləqə İnam çağırsın! 

Kamil İnsan çağırsın! 

Ruhani Cəmiyyət çağırsın! 

Müstəqil Vətən çağırsın! 

Özümlü Şərq çağırsın! 

Ləyaqətli Bəşər çağırsın! 

“Ömürtay” adını sənə halal eləyirəm! 

Adına layiq ol! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



17 Arzu günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Zəminə idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  FƏRƏHƏ 

Fərəhsizdir Dünya – İnamsızdır, İdraksızdır, Mənəviyyatsızdır, 

İradəsizdir. 

    Fərəh olaq Dünyaya – İnam olaq, İdrak olaq, Mənəviyyat olaq, İradə 

olaq. 

    Fərəhli ol – İnsanlaş, İnsanlaşdır! 



    “Fərəh” adını sənə halal eləyirəm! 

    Ürəyin Qaranlıqları Yarsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 

22 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Bayram idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ÖZÜMLÜYƏ – GÜNEYDƏKİ  ATA  AİLƏSİNƏ 



Nurlanın – Nurlandırın! 

1.Evladım Özümlünün Güneydəki Ata Ailəsi Əməli haqqında hesabatı 

Təqdir olunur. 

Müqəddəs Yolla Mütləqə doğru gedirsiniz! 

Özünüzlə döyüşürsünüz – Özümləşirsiniz. 

Ruhani Qələbə yetirirsiniz. 


 

216


Atanın Yanındasınız – Ata Yanınızdadır. 

2.Camaatla  Təmas  naminə:  Ailənizə  Rəğbətçiləri  çağırın,  Evladlığa 

yararlı ola biləcək Yurdçuları – ardıcıl şəkildə. 

3.Yaxın  gələcəkdə  Məramınızın  Mahiyyətini  “aşkarlıq”,  “demokratiya” 

biçimində camaata çatdırın: ədəbi proqram, görüş, publisist söhbət və s. 

şəklində. 

4.Məşğələlərinizdə  Atanın  Kəlamları  və  Ruhani  Sənədlər  əsasında 

Bugünü  tam,  hərtərəfli  Mütləq  səviyyədə  öyrənirsiniz  –  camaatı  Al-

danışdan qorumaq üçün. 

5.Məşğələlərinizdə  Mütləqə  İnam  haqqında  Ata  Kəlamlarını  tam, 



hərtərəfli,  Mütləq  səviyyədə  öyrənirsiniz  –  camaatı  Şərin  İslamı 

dirçəltmək fitnəsindən qorumaq üçün. 

6.Özüylədöyüşü 

ön 


plana 

çəkməkdə 

haqlısınız. 

Nurlanmadan – nurlandırmaq olmaz. 

Döyüşün bəhrəsini imkan daxilində camaatla bölüşdürün – özləri-

ylə döyüşsünlər! 

7.Müstəqil  Vətən  ideyasını  Camaata  –  Mənəvi,  Ruhani  Müstəqillik 

biçimində söyləyin – Şərin qolu bağlansın! 

8.Ruhani  Cəmiyyət  ideyasını  İnsani  Cəmiyyət  biçimində  söyləyin  – 

Şərin qolu bağlansın! 

9.Ataya təzə Evladlar yetirin! 

10.“Amal  –  Ailə  –  Camaat!”  vəhdətinə  nail  olun,  Güneyimizi  Ata 

ətrafında birləşdirin. 



Ruhani Bağ salın Güneyimizdə! 

Bağban olun! 

29 Murad günü, Çiçək Ayı, 11-ci il. Bakı. 

 

“EVLAD  GÜNÜ”  MƏRASİMİ 

1.Mərasim Atanın Evladlar haqqında Sözüylə başlayır, Evlad qəbuluyla 

davam edir, Ruhani Sənədlərin oxunuşuyla sona çatır. 

2.Vaxt 2 saat. Tarix – Şölə Ayının Biri. 



    3.Mərasim Sadiqimin evində keçirilir. 

4.Mərasim Gedişatının Yazısı Qəlbiylə Layiqə tapşırılır: İşıq Ayının 

20-də Ataya təqdim edilir. 

5.Mərasim nöqsansız keçirilməlidir! 



Qaranlıqlar Yarılsın! 

 

“MƏBƏD”İN  QURULUŞU 

1.Atanın Ehkam, Quruluş, Təşkilat, Yenidənqurulma, Yas günü; Amal, 

İnam, Əməl haqqında Kəlamları (əsas hissə). 

Nişan (rubrika) – Ata Kəlamı. 



 

217


2.Evladların  Ata,  Amal,  İnam,  Əməl,  Quruluş,  Yenidənqurulma,  Yas 

günü haqqında sözləri: Deyim, Şeir, Məqam (esse), Bayatı, Ağı biçimində 



nişan – Evlad sözü. 

3.Atayla Sorğu: Dünya – Bugünümüz – Sabahımız. 

4.Ocağımız:  Tarix,  Hadisələr,  Mərasimlər,  Evladlıq  –  Ailə,  Qaydalar, 

Qanunlar haqqında öyrəncələr. 

5.Nişanlar: xəttat üsulunda yazılır. 

6.Üz  qabığında  xəttat  üsulunda  yazılır:  “Mütləqimiz,  Müqəddəsimiz, 

Peyğəmbərimiz Atanın adıyla (İcraçı Ülvi). 

Bayrağımız Göylə birləşən Qüllə. 

7.Birinci Səhifədə Ataya Ricalar. 

8.Bədii Rəmzlər: Yol, Bağ, Göy, Ocaq, Göz yaşları, İşıq, Bir ədədi, Bu-

laq,  Dağ,  Yük,  Zəncir,  Boyunduruq,  Zülmət,  Qan,  Tilsim,  Tabut,  Biçilən 

Zəmi, Əyilən Bel, Sabahı görən Göz. (İcraçı Fərəh). 



Hər səhifədə Rəmz. 

9.Sonluq: Müqəddəs Kitabların birinin son Sözü. 

10.Ümumi icraçılar: Safruh, Qəlbi, Özümlü. 

5 Qismət günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

MİLLİ  MƏNSUBLUQ 

1.Azərbaycanlı Talışlar – Talış mənşəli Türklərdir. 

2.Azərbaycanlı Kürdlər – Kürd mənşəli Türklərdir. 

3.Azərbaycanlı Lahıclar – Lahıc mənşəli Türklərdir. 

4.Azərbaycanlı Tatlar – Tat mənşəli Türklərdir. 

6 Murad günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

PEDAQOJİ  İNSTİTUTDA  GÖRÜŞ 

Amal Yolu bilindi, Sabah Dərsi Keçildi, Göylünün əməli Təqdir olunur. 

   Qaranlıqlar Yarılsın! 

 

YAS  MƏRASİMİ 

1.Mərasim Xeyirin ömrünə calandı, Şərin ömrünü əksiltdi. 

2.Göylünün Yazısı, Əsilin, Sadiqin, Üstünün təşkilatçılığı Təqdir olunur. 

3.Yüksəyin, İşıqlının intizamsızlığı Amala zidd sayılır. 



Qaranlıqlar Yarılsın! 

 

SAFRUHUN  QƏDİMYURDA  (BEYLƏQANA)  SƏFƏRİ 

Yol bilindi, körpü salındı, Ailə yarandı – Safruhun Zəngin Əməli 

Təqdir olunur. 

   Qaranlıqlar Yarılsın! 

 

 

218


NEFT  VƏ  KİMYA  İNSTİTUTUNDA  GÖRÜŞ 

Amal Yolu bilindi, Doğmalıq toxumu səpildi. 

Birlik körpüsü salındı. 

   Soylunun Əməli, Əsilin Yetkin Təşkilatçılığı Təqdir olunur. 



Qaranlıqlar Yarılsın! 

14 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Bu Soylunun həyatda adı Vidadi idi. Ocaqdan çıxdı). 

  

 



İNSANİ  İQTİSADİYYAT 

Maksimal İqtisadiyyatla İnsanilik biri-birinə ziddir. 

Minimal İqtisadiyyatla barışıb – İnsaniliyə yön almaq gərək! 

 

LƏYAQƏT 

“Millətçi” adıyla fəxr eləmək! 

“Antikommunist” adıyla fəxr eləmək! 

“Antimarksist” adıyla fəxr eləmək! 

“Antisovet” adıyla fəxr eləmək! 

“Pantürkist” adıyla fəxr eləmək! 



 

TƏHLÜKƏ 

Maddiyyatçılıq Yırtıcılığı aradan qalxmasa, Dünya məhv olacaq. 



 

RUHANİ CARLAR 

Torpaq Dövlətdən ayrılmalıdır. 

Zavod Dövlətdən ayrılmalıdır. 

İnam Dövlətdən ayrılmalıdır. 

İdrak Dövlətdən ayrılmalıdır. 

Mənəviyyat Dövlətdən ayrılmalıdır. 

İradə Dövlətdən ayrılmalıdır. 

 

ÇIXIŞ  YOLU 

Türkiyənin çıxış yolu – Millətçilik. 

İranın çıxış yolu – Millətçilik. 

Ərəbin çıxış yolu – Millətçilik. 

Afrikanın çıxış yolu – Millətçilik. 

SSRİ-nin çıxış yolu – Antiehkam, Antisistem, Antitəşkilat. 



22 Arzu günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

 

 

 

219


ŞƏRƏ XİDMƏT 

Ehkamla Döyüşməyən – Şərə xidmət edir. 

Quruluşla Döyüşməyən – Şərə xidmət edir. 

Təşkilatla Döyüşməyən – Şərə xidmət edir. 



23 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

FƏRQ 

Yağı bizə faşist deyir, əfəl demir. 

Yağının dilində “faşist” sözü “əfəl” sözündən yaxşı səslənir. 

 

 

EVLADIM  QORUYURDA 

Yurdumuzu Şərdən qorumaq gərək! 

Ehkam Şərindən. 

Quruluş Şərindən. 

Təşkilat Şərindən. 

Mütləqə İnam Yarağıyla. 

Kamil İnsan Yarağıyla. 

Ruhani Cəmiyyət Yarağıyla. 

Müstəqil Vətən Yarağıyla. 

“Qoruyurd” adını sənə halal eləyirəm. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

28 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Həyatda adı Mürşüd idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  İNAMLIYA 

    İnamsızdırlar Bugünkülər. 

Bu səbəbdən də İdraksızdırlar, 

                           Mənəviyyatsızdırlar, 

                           İradəsizdirlər. 

     İnamlıyıq. 

     Mütləqə İnanırıq. 

  Mütləq olmayana İnanmırıq. 

  “İnamlı” adını sənə halal eləyirəm. 

  Ürəyin Qaranlıqları Yarsın! 

  Daxilindəki Mütləq sənə Yar olsun! 

 

 

 

 


 

220


XİLAS 

Ehkamı Ehkam vasitəsiylə xilas etmək olmaz,  

Antiehkam vasitəsiylə xilas etmək olmaz – 

Xalqı Ehkamdan xilas etmək gərək! 

Quruluşu Quruluş vasitəsiylə xilas etmək olmaz,  

Antiquruluş vasitəsiylə xilas etmək olmaz – 

Xalqı Quruluşdan xilas etmək gərək! 

Təşkilatı Təşkilat vasitəsiylə xilas etmək olmaz,  

Antitəşkilat vasitəsiylə xilas etmək olmaz – 

Xalqı Təşkilatdan xilas etmək gərək! 



 

İNTİZAM  MÜTLƏQİLİYİ 

  İntizam – Doğmalıqdır. 

  İntizamı pozan Ocağa yad olur. 

  Ocağa Yad olan – Ocağı tərk etməlidir – Mütləq! 



 

 

MÜQƏDDƏS  LƏYAQƏT 

Qardaşlarında,  Bacılarında  Özünü  Görməyən  Evlad  Ocaqdan  çı- 

xarılır. 

  Evladlar  arasında  Həsədsizlik,  Münaqişəsizlik,  Mübahisəsizlik  Ruhanili-

yini pozan Evlad Ocaqdan çıxarılır. 

29 Arzu günü, İşıq Ayı, 11-ci il. Bakı. 

 

EVLADIM  BAĞBANA 

Amal Bağı salırıq Yurdumuzda. 

İnam Ağacı əkirik. 

İdrak Ağacı əkirik. 

Mənəviyyat Ağacı əkirik. 

İradə Ağacı əkirik. 



“Bağban” adını sənə halal eləyirəm. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

(Qeyd: Həyatda adı Rafiq idi... Əbədi Ocaqçıdır...) 

 

EVLADIM  MƏTİNƏ 

Yolumuz Mütləqdir – Mətin olmalıyıq! 

Yükümüz Mütləqdir – Mətin olmalıyıq! 

İnkarımız Mütləqdir – Mətin olmalıyıq! 

Təsdiqimiz Mütləqdir – Mətin olmalıyıq! 

Cəfamız Mütləqdir – Mətin olmalıyıq! 

Qətiyyətimiz Mütləqdir – Mətin olmalıyıq! 


 

221


“Mətin” adını sənə halal eləyirəm! 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

30 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Ocaqdan çıxdı. Həyatda adı Azər idi). 

 

ATA  AİLƏSİ  TƏMSİLÇİSİ  EVLADIM  ÖZÜMLÜNÜN 



HESABATI  HAQQINDA 

1.Ailənin Ruhani Əməli Təqdir olunur. 

2.Ailə  Əməli  Gələcəkdə  iki  hissədən  ibarət  olsun:  Ailə  Toplanışı  və 

camaatla Təmas. 

İkinci  hissə  ən  çox  Ruhani Sənədlərin  öyrənilməsi  əsasında  keçirilsin. 

   Suallar-cavablar biçimindən istifadə olunsun. 

3.Güneyin Ruhani İdarəsini öz əlinizə alın. 

4.Gələcəkdə  Ocaq  Bayrağımız  Başınızın  üstündə  dalğalansın  (Gələn 

İlimizdən). 

5.Qardaşlarınız  var  –  Bacılarınız  da  olsun  –  Bacılarsız  keçinmək 

olmaz. 

6.Suallara  “Camaatla  Təmasım  necədir?”,  “Amalın  hansı  Hökmünü 



camaata çatdırmışam?” bəndi əlavə olunsun. 

7.İnzibatçılara,  Şər  xidmətçilərinə  Ruhani  Yardım,  Ayıltmaq  Əməli  – 

İmkan olsa Rəğbətçiləşdirmək, hətta Evladlaşdırmaq. 

Məxluqda İnsanı görmək. 

8.Maddi  Yığım  Müqəddəsliyini  Bilirsiniz  –  bu  Yetkinlik  Təzahü- 

rüdür. 

  Qaranlıqlar Yarılsın! 

Nurlanın, Nurlandırın! 

2 Şölə Ayı, Qismət günü, 11-ci il. Bakı. 

 

RUHANİ  MÜQAVİMƏT 

1.Mərkəzi  Komitəni  olduğundan  artıq  saymamaq,  onu  Rus  İmperi-

yasının Xidmətçisi saymaq, hörmətə layiq saymamaq! 

2.Pribaltikalıların  səhvini  təkrar  etməmək  –  Hökumətin  xalqla 

“doğmalaşmasına”  imkan  verməmək,  Yağının  Mahiyyətini  xalqa  açıb 

göstərmək. 

3.Müəssisə  başçılarını  Hökumət  nökərləri  saymaq,  hörmətə  layiq 

saymamaq. 

    4.Müasir  Ziyalı  Sürüsünü  Hökumət  Kənizi  saymaq,  hörmətə  layiq 



saymamaq. 

5.Fəhlə,  Kəndli  İtaətkarlığını  qamçılamaq,  “Özünə  Sahib  ol!”  ideyasını 

yaymaq. 


 

222


6.Ruhani  Müqaviməti  özüylədöyüş  Silahına  çevirmək,  Ruhani 

Müqavimət vasitəsiylə kamilliyi artırmaq. 



 

FƏRQ 

Başqaları – sosializm daxilində antisosializm axtarırlar – biz sosializmi 

rədd edirik. 

Başqaları  –  ehkam  daxilində  antiehkam  axtarırlar  –  biz  ehkamı  rədd 

edirik. 

Başqaları – Təşkilat daxilində antitəşkilat axtarırlar – biz Təşkilatı rədd 

edirik. Başqaları Şərdə Xeyir axtarırlar – biz Şəri rədd edirik. 

3 Murad günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

ÇIXIŞ  YOLU 

Zəhmətkeş Mülkiyyəti. 

Fərdi özünüidarə. 

Maddiyyat bərabərliyi. 

İmtiyaz bərabərliyi. 

Kamil Başçı. 

Özüylə Döyüş. 

Mütləqə İnam. 

Nə kapitalizm, nə sosializm – Ruhani Cəmiyyət! 

 

CƏMİYYƏT  ƏSKİKLİYİ 

Ləyaqətli adamın yeri cəmiyyətdən kənardadır. 

Ləyaqətli adam öz dünyasını yaradır – cəmiyyətdən kənarda. 

Cəmiyyətdə Üstün sayılanlar əslində ən əskik adamlardır. 



Cəmiyyət əskiklərin üstünlüyünü təsdiq edir. 

4 İnam günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

FƏRQ 

Sosializmdə – Dövlət Hökm sürür, 

Kapitalizmdə – Sərvət, 

Ruhani Cəmiyyətdə – İnsaniyyət! 



 

OLMAYAN 

     Ocaqdan kənarda Ataya hörmət var – xidmət yoxdur: çünki 

Təhlükə yoxdur;–Təhlükə olmayan yerdə Qəhrəmanlıq yoxdur; 

Qəhrəmanlıq olmayan yerdə Müqəddəslik yoxdur; 



Müqəddəslik olmayan yerdə Ataya xidmət yoxdur. 

Nişanə – Təhlükə rəmzidir. 

Nişanəsizlik – xidmətsizlikdir. 

 

223


NƏTİCƏ 

Yenidənqurma camaatı Amalımızın qapısının ağzına gətirib çıxaracaq. 



5 Arzu günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

EVLADIM  ÜLVİYƏ 

Doğmalıq dərəcəsində Ciddiyyət. 

Barışmazlıq dərəcəsində Mehr. 

Analıq dərəcəsində Qayğıkeşlik. 

Atalıq dərəcəsində Dayaqlıq. 

Sirdaşlıq dərəcəsində Birlik. 

Layla səviyyəsində Nəvaziş. 

Bugündən Yüksək... 

Adiləşmədən Evləşmək. 



Münaqişəsizlik. 

Heç kəsdən asılı olmamaq. 

Ocaq qədər Səadət. 

Bir Yönlük, Bir Yolluq! 

Ata Xeyir-Duası – həmişəlik. 

Ocaq İşığına bürünsün Ailən. 

Ocaq Yansın Ailəndə. 



9 Qismət günü, Şölə Ayı, 11-ci il. Bakı. 

(Qeyd: Ocaqdan çıxdı. Həyatda adı Şəmsiyyə idi). 

 

 

HƏQİQƏT 

Dünyanın  gözündən  düşmək  fəlakət  deyil,  özünün  gözündən  düşmək 

fəlakətdir. 

 

MƏQSƏD 

Cəmiyyət əvəzinə Ruhani Birlik! 

 

MÜNASİBƏT 

  İnsan Cəmiyyətdən asılı olmadığı dərəcədə İnsandır. 

 

FƏRQ 

  Fərdiyyət – Özünə Sahib olmaq. 

Fərdiyyətsizlik – Cəmiyyətin Sahib olduğu. 

 

MÜNASİBƏT 

Fərdləşmə – Xalqlaşma. 

    Sinifləşmə – Özgələşmə. 



 

224


FƏRQ 

  Fərdiyyətdən xalq yaranır, fərdiyyətsizlikdən sinif. 



 

FƏRQ 

Avropa İnsanı texniki tərəqqinin ayağına bağlayır. 

Rusiya İnsanı İdeologiyanın ayağına bağlayır. 

İslam İnsanı Allahın ayağına bağlayır. 



Atalıq İnsanı Buxovdan xilas eləyir. 

 

MÜNASİBƏT 

Xəlqi Birlik – Antiictimai. 

İctimai Birlik – Antixəlqi. 

13 Ümid günü, Şölə Ayı, 11-ci il. Bakı. 

 

SÖZ  LƏYAQƏTİ 

“Arvad almaq” sözü ləyaqətsiz sözdür – qadını əşyalaşdıran. 

“Ərə getmək” sözü yabançı sözdür – izdivacı yadlaşdıran. 

   “Evlənmək” – “Ev yaratmaq, qurmaq” – müqəddəs sözdür – izdivacı 

əbədiləşdirən. 

 

ATA  DÖVLƏTİ 

    Dövlət vasitəsiylə Ata Xalq yaradır. 

   Ata Dövlətdən artıqdır, Dövlət Atanın əlində vasitədir. 

   Minimal Dövlət – Maksimal Ata Məsuliyyəti – Ruhani Birliyin 

xüsusiyyəti bundan ibarətdir. 

 

ŞƏRQİLİK 

   Şərqin  Ruhaniyyat  Ocağı  söndü,  bu  səbəbdən  də  Hamı  üşüyür. 

   Şərqin Ruhaniyyat Ocağı yanacaq, Hamı isinəcək. 

 

QEYRİ-BİRLİK 

Cəmiyyət  –  cəm  sözündəndir,  çoxluq  ifadə  eləyir  – Birlik ifadə  eləmir. 

    Cəmiyyət Birliyə nail olmur, o, ən yaxşı halda ötəri, qeyri-üzvi Uyğunluq 

yaradır, Birlik yaratmır. 



Bu baxımdan o, xəlqi mahiyyətə ziddir. 

 

UDUZMAQ 

   Rəqabətdə Udan olmur əslində – Hamı uduzur. 



 

 

 

 

225


VƏZİYYƏT 

   Qərb – daxilən mahiyyətsizdir. 

   Şərq – mahiyyətini itirib. 

 

ÖLÇÜ 



İmkan – Gerçəklikdən Üstün olmaq. 

    İmkansızlıq – Gerçəkliyə Bərabər olmaq. 



 

MÜNASİBƏT 

   Cəmiyyət – Xalqın xidmətçisi. 



 

YOXLUQ HÖKMÜ 

   Fərd üzərində Hakim çoxluğu – Ata yoxluğuna dəlalət eləyir. 

   Atasızlara hökm eləyən çox olur. 

 

XALQ – FƏRD 

Xalq –  Fərdi özünüifadə  və özünütəsdiqdir –  qarşısıalınmaz,  aram-

sız. 

BİRLİK – CƏMİYYƏT 

“Cəmiyyət” sözü Birlik hadisəsinin mahiyyətini ifadə eləmir, kəmiyyətini 

ifadə eləyir. 

Bu  səbəbdən  də  “Ruhani  Cəmiyyət”  anlayışını  “Ruhani  Birlik”  an-

layışıyla əvəz etmək lazımdır. 

 

XALQSIZLIQ 

Parlamentarizm  –  Xalqı  ifadə  eləmir,  müxtəlif  təbəqələri  ifadə  eləyir  – 

təbəqələrin cəmi Birlik deyil, Birlik olmayan yerdə isə Xalq yoxdur. 

YERSİZ 

Xalqın  cəmiyyətdə  yeri  yoxdur  əslində  –  çünki  Xalq  cəmiyyətdən 

artıqdır. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin