180
MÜQƏDDƏS ATAYA EVLADI QƏLBİNİN SÖZÜ
Ata, 9 il əvvəl sizin ruhani varlığınıza tapındım, sizə qovuşdum. 12 il
əvvəl sizin yanar zəkanızın vurğunu oldum. Sizin Ocaq dünyanız ruhani
dünyam oldu. Ocaq yolunda, Amal uğrunda döyüşlərə qoşuldum.
Həyatımdan, məişətimdən keçməyə belə razı oldum. Əvəzində ülvi,
təmiz, saf bir mənəviyyat qazandım. Ata Amalını Amalım sandım. Ata
qanunları ruhani qanunlarım oldu. Kamilliyə, insanlaşmaya doğru uzanan
bir yola üz tutdum. Bu yolda Atanı özümə bələdçi seçdim. Ocaq, Ata,
Amal mənə çox şey verdi. Amal qarşısındakı xidmətlərim isə cüzi oldu.
Etiraf edim ki, bəzi hallarda məişət, ailə başımı qarışdırdı. Ata və Amal
Evladları ilə əlaqəm zəiflədi. Amma bütün bunlar mənim ruhani dünyamı,
Amallı mənəviyyatımı, müqəddəs hisslərimi azalda bilmədi.
Mən mənəvi dünya qazandım. Əvəzində maddi çətinlik çəkdim,
Texnikumda qəbul imtahanları götürdüyüm beş il müddətində başıma pul
səpirdilər. Mən isə bu pul yağışından yalnız mənəvi təmizlik xəzinəsi
götürdüm. Bunun üçün Ataya, Amala minnətdaram.
Bu gün mən çox ciddi maddi böhran keçirirəm. Ailəmi, körpələrimi
saxlamaq üçün bəzən boşalmış limonad şüşələrini təhvil verirəm.
Mənəviyyatı çox aşağı olan adamlardan borc alıram. Gözlərimin
qarşısında ağır xəstə olan balamı sağaltmaq üçün dərman pulu tap-
mıram. Rəngləri sap-sarı saralmış körpələrim meyvə yemək istədikdə
“sabah alacağam” deyib onları həmişə aldadıram. Yoldaşım cırıq paltarla
işə gedərkən yad kişilərin baxışı altında əriyirəm. Bütün bunlara ürək
ağrısı ilə dözürəm. Nə vaxtsa düzələr ümidi ilə özümə təsəlli verirəm.
Nəhayət, Amal, Ocaq, Ata məndən müqəddəs işimiz üçün maddi borc
hökmünü tələb edərkən sıxılıram. Onsuz da ac qalan balalarımın
boğazından kəsib, Ocağın boğazına tökməyə çalışıram.
Ocaq üçün pul qazanmağa çalışıram. Öz mənəviyyatım əleyhinə
gedərək, ömrüm boyu etmədiyim, bir vaxtlar özümün rədd etdiyim pul
alverinə girişirəm. Nəhayət, bu işdə ilişirəm və 6500 manat ziyana
düşürəm. Ya bu pulu (rüşvəti) verdiyim adamdan geri almalıyam, ya da
dövlət orqanlarına xəbər verib özüm də cinayətkar kimi cəza almalıyam.
Bu məbləğdən Ocaq üçün 500 manat pul əldə etməli idim. Əvəzində isə
çox çətin bir vəziyyətə düşdüm. Ailəmin nişan üzüyünü və başqa bir
üzüyü girov qoydum. Bütün bunlar da ilişdiyim işə kömək etmədi. Bu
vəziyyətdə çapalamağa başladım.
Bu vəziyyət mənim sağlamlığıma da çox pis təsir göstərir. Ancaq bun-
ların hamısına bəlkə də tab gətirmək olardı. Əgər Atanın mənə qarşı itti-
hamı olmasaydı.
Ata məni ittiham edir. Mən Ocağın maddi borcunu ödəyə bilmirəm.
Deməli, Ocaq qanunlarının, Evladlıq borclarının ən əsasını yerinə yetirə
181
bilmirəm. Mən imkansız olduğuma görə, maddi böhranda batdığıma görə
ittiham olunuram. Ocağa layiq Evlad olmağım şübhə doğurur. Mənə olan
etimad, etibar şübhə altına alınır. Bu mənim üçün ən böyük ölümə
bərabərdir.
Əgər maddi imkansızlığım mənim qəbahətimdirsə, bu qəbahəti özüm
üçün ən böyük şərəf sayıram.
Ata! Mənim həyatım üçün, mənəviyyatım üçün nə etmisinizsə, bunun
üçün Sizə minnətdaram! Hökm Sizindir!
Əgər mənə qarşı şübhələriniz varsa, etibarınızı, etimadınızı doğrult-
mamışamsa, verəcəyiniz cəzaya dözməyə hazıram. Cəzam Evladlıqdan
azad edilməkdir. Bilirəm, ağır cəzadır. Mənim üçün ən ağır cismani cəza-
dan da ağırdır. Lakin yenə də hökm Sizindir. Bircə onu deyə bilərəm ki,
əgər ötən bu 12 ildə mən bu cür qiymətə layiq olmuşamsa, deməli,
mənim 12 ilim röyalar, xəyallar ili olmuşdur. Mən bu xəyallar üçün də Sizə
minnətdaram.
Müqəddəs Ataya səcdə ilə: Qəlbi.
10 Arzu günü, Qürub Ayı, 9-cu il. Bakı.
ATANIN CAVABI
Qəlbiyə qarşı Şübhə yoxdur.
Qəlbiyə qarşı Tələb var.
Şərlə döyüşümüzdə Tələb Mütləqləşməyə bilməz...
Əgər Amalsız yaşaya bilərsənsə – Yaşa.
Əgər Amalsız yaşaya bilməzsənsə – Tələbə yüksəl...
Maddiyyat – bizdə Ruhani Borcdur.
Maddiyyata görə Amaldan ayrılmırsan, Ruhaniyyata görə Maddiyyatı
ödəyirsən...
İmkan daxilində, lap cüzi miqdarda – intizam naminə...
Ata Qəlbini Amaldan çıxarmır, Ata Qəlbini İntizama çağırır, Mütləq
səviyyəli İntizama.
Əgər Qəlbi buna çata bilmirsə, onda Amaldan özü könüllü ayrıla bilər.
Ata Qəlbini Evladlıqdan çıxarmır, ancaq Qəlbinin Evladlıqda qalıb-
qalmamaq müstəqilliyi var...
Çətinliyimiz – Fərəhimizdir...
Ata ittihamı – Amal Dərsidir!
9-cu il, Qürub Ayının 2-ci ongünü. Bakı.
QƏLBİ ÜÇÜN
1.Səfərə çıxmaq, Ailə qurmaq, Ataya Evlad gətirmək vaxtıdır.
Qala tikilib, Yol çəkilib – Əməl məqamıdır.
182
2.Ata Sözünü – Səsini Qardaşlardan almaq, xalqa çatdırmaq,
Müqəddəs Kitabları Atayurda dən-dən səpmək vədəsi çatıb.
3.Əvvəl Amal, sonra güzəran, müəssisə, diplom. (Evladlığın əzəli
Qanunu!)
4.Ən azı Ayda bir dəfə Qardaşlarla görüşmək, Ataya Aylıq Məlumat
təqdim etmək.
5.Maddi Borcu Qətiyyətlə ödəmək lazımdır, Ruhani Ləyaqət naminə.
6.Ata Gününə hesabatın yoxdur. Bayramda bunu etiraf edirsən.
Günahını boynuna alırsan, Atadan Qüdrət diləyirsən, Ata Ülviyyətinə
sığınırsan. Görəcəyindən danışırsan – dəqiq, yəqin, vaxtlı.
7.Ata Qəlbini Evladlıqdan çıxarıb Rəğbətçi səviyyəsinə endirmək
istəmir, ancaq Yarımevladlığı da ona yaraşdırmır.
MÜQƏDDƏS ATAYA QƏLBİNİN SÖZÜ
Amaldan ayrılmaq mənim ölümümdür. Mənəvi ölümüm. Heç vaxt
könüllü olaraq Amaldan ayrılmaq – ölmək istəmərəm. Ata ittihamını özüm
üçün tənbeh yox, doğrudan da Amal Dərsi hesab edirəm.
Maddi borcumu ödəyəcəyəm. Nə yolla olursa-olsun. Ata, izn verin sizə
öz etirazımı bildirim ki, maddi borcumu ödəyə bilmədiyim vaxt-
larda mən heç də ruhani ləyaqətimi itirməmişəm.
Tələbinizdə haqq görürəm. İttihamınızda mənə doğmalıq görürəm.
Amma əvvəlki yazının axırıncı, 7-ci bəndində “Ata Qəlbini Evladlıqdan
çıxarıb” hökmü ürəyimi parçalayıb. Doğrudan da mən Evladlıqdan çı-
xarılmışam?!
Özümü doğrultmaq üçün Amalın bütün tapşırıqlarını yerinə yetirməyə
hazıram.
Səfər Ayında Mütləq səfərə çıxacağam. Ataya Evlad gətirmək borcu da
mənim üçün vəzifə olaraq qalmır. Bunun üçün hər vaxt çalışıram. Amala
rəğbətçilər tapmışam. Amma hələlik onları Evlad səviyyəsində görə bilmi-
rəm.
Qardaşlarımla əlaqəni həmişə saxlayıram.
Bu əlaqəni daha da möhkəmlədəcəyəm.
Döyüşə hazıram.
Evladlıq qanunları mənim mənəvi həyatımın əsasını təşkil edir.
Ata var olsun! Ürəyimdə Ata Günəşi gəzdirirəm!
12 Dözüm günü, Qürub Ayı, 9-cu il. Bakı.
HALALA
Evlad ehtiramı pakdır!
1.Ata Gününə Ata haqqında Söz hazırla.
Qaydanı Safruhdan al.
183
2.Ata Gününə hesabatın səviyyəsiz olsa, onu hesabat sayma, “Ata
qarşısında hesabata layiq iş görməmişəm!” de, görəcəyindən danış.
3.Qardaşlarınla birgə Ata Gününə yara.
15 Murad günü, Qürub Ayı, 9-cu il. Bakı.
RUHANİ ÖLÜM
1.Ata Hökmünə, Buyuruğuna cüzi tərəddüd – Ruhani ölümdür.
2.Ataya qarşı Şər Fəndlərinə cüzi etina – Ruhani ölümdür.
3.Ata ölüm buyursa – Evlad onu Qətiyyətlə qəbul edir, etməsə – ruhən
ölür.
16 İnam günü, Qürub Ayı, 9-cu il. Bakı.
MÜQƏDDƏS HESABAT ÜLVİYYƏTİ
Ata Gününə layiq əməl olmadıqda hesabat verilmir, Evlad “Müqəddəs
Bayrama layiq əməlim yoxdur” – deyir, Atadan Bağışlanmaq diləyir,
Görəcəyindən danışır, Ataya əməl Əhd edir.
16 İnam günü, Qürub Ayı, 9-cu il. Bakı.
Mən getdim Ağstafaya – atam rəhmətə gedib.
Qürub Ayının 3-cü ongünü. 9-cu il.
9-cu İL “ATA GÜNÜ” BAYRAMI
1.Başlanğıc.
Amal çağırışı, Ata gəlişi haqqında Söz, Birinci Ata Səsi – Kəlamları.
2.Davam: Ata haqqında Evlad sözü. Sözdən sonra Ata Səsi – Kəlam-
ları.
3.Ata sözü. Sözdən sonra Ata Səsi – kəlamları.
4. Sorğu. Sorğudan sonra Ata Səsi – kəlamları.
5.Gedişat. Evladlar Atanı məşəllə qarşılayır, Ata Sözünü Ayaq üstə
dinləyirlər.
Yazılı çağırışlar –
“Mütləqə İnam – Mütləq İnam!”
“Xalqımız – Müqəddəs Haqqımız!”
“Atayurd – Müqəddəs Sabahımız!”
“Kamil İnsan – Ruhani cəmiyyət – Müstəqil Vətən!”
“Atamız – Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz!”
“Sönməz Ocağıq – Dönməz Yolçu!”
“Səfər üstəyik – Ailə axtarışında!”
6.Bayram Evi: Bayrağımızla, Ata rəsmiylə Göyləşən Sadiqimgil.
7.Vaxt: Gündüz saat 1.
Tarixləşmə: Müqəddəs Bayram yazılır, təhlil olunur.
3 Mərhəm günü, Ata Ayı, 9-cu il. Bakı.
184
ÖZÜMLÜYƏ
Evlad Ehtiramı pakdır!
1.“Əməl”, “Müqəddəs Əməl” əsasında təzə Ailə yarat – talışçılıq
məhdudiyyətindən uzaq.
2.“Mənalar” kitabçasını xüsusi öyrən.
3.Xalqın Atalığa qovuşması üçün imkanlar artır. Ondan bəhrələnmək
gərək.
4.Şərlə görüşdə “demokratikləşmə”, “aşkarlıq” oyununu Şərin başına
çırpmaq, Şəri öz yarağıyla sarsıtmaq.
5.Bakıyla təması qaydaya salmaq, heç olmasa iki ayda bir dəfə zəng
eləmək.
6.Özüylə daim döyüşmək. Nöqsansızlaşmaq, Kamilləşmək.
7.Yazılarını Amallaşdırmaq, Ata İnamına yüksəltmək.
8.İntizama Mütləq mənada riayət etmək.
Borcları Mütləq mənada ödəmək.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
5 Ata Ayı, 9-cu il.
HALALA
Evlad Ehtiramı pakdır!
1.Bayrama Yar ol. Əməl göstər.
2.Ata haqqında Evlad Sözünü Yetir.
3.Səfərə hazırlaş: Daxilən, Aşkar, Yol Üstündə.
Mütləqdən Güc al, Qaranlıqlar Yarılsın!
15 Ata Ayı, 9-cu il.
SAFRUHUMA
1.Edilya xanım və s. gərək deyil...
2.Suallara çatdır camaatı, suallara cavabda sına özünü, camaatı.
3.Öz bədiyyatından daha çox istifadə elə, Qaçaya ehtiyac görmürəm.
Hər şey özümüzdən.
4.Musiqi sehrindən istifadə et.
Camaatı böyütmək gərək, Böyümək gərək.
O həm körpəmizdir bizim, həm də biz onun körpəsiyik...
Fərəhli Məqamdır Səfərin!
Fərəh gətir Ataya.
9 Xəzan Ayı, Qismət günü, 9-cu il. Bakı.
HALALA
1.Səfər Əməlinə hazırlaş. Məkanı, vaxtı müəyyənləşdir, Ata Səsindən
– Sözündən bəhrələn, Əməlinin Yönünü, İfadəsini Yaz, Ataya göstər, Ata
xeyir-duasına Yüksəl, Yola düş.
185
2.Sərt Ayın 27-si Səfər Günümüzdür. Ona hazırlaş, çalış Əli dolu gəl
bayramımıza.
3.Özünlə döyüşdə qələbələrin Mütləq olsun, Kamillik səviyyəsi yaransın
İnamında, İdrakında, Mənəviyyatında, İradəndə.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
15 Mərhəm günü, Xəzan Ayı, 9-cu il. Bakı.
SAFRUHA
13-səhifədəki “Ata buyuruğuydu, çıxa bilməzdim” sözünü Şər bizə
qarşı yönəldə bilər, deyər ki, Ata Evladlarını məcbur edir ki, Onu İşıq
adlandırsınlar.
Bu səbəbdən o cümləni çıxart.
20 Xəzan Ayı, 9-cu il. Bakı.
9-cu İL “SƏFƏR GÜNÜ” MƏRASİMİ
1.Sərt Ayın 27-də keçiriləcək Bayramın Gedişatını Safruh yazır.
2.Mərasimdə Atanın Səfər haqqında Sözü – Səsi Səslənir.
3.Ata Səfər Əməli haqqında Söz söyləyir.
4.Safruh Səfər Təcrübəsindən danışır.
5.Evladlar Səfər Üstə Söz söyləyirlər və Mərasimdən Səfərə yollanırlar.
6.Sonda Evladların Səfər Andı səslənir.
7.Gedişatın Yazısı Sərt Ayın 1-də Ataya təhvil verilir...
SAFRUHA
Evlad Ehtiramı pakdır!
1.Səfər Mərasimi Ruhani hökmüylə Evladları tanış elə!
2.Gedişat yazısının ilk variantını Yağış Ayının 15-də Halalla Ataya
göndər.
3.Səfər Təcrübəsini Əməlli İşlə, birincilik Ülviyyəti səviyyəsində,
Təhlillə, Sabah yönlü fikirlə.
4.“Ata İşığında” Kitabını Evladlara çatdır, öyrənsinlər, öyrətsinlər.
5.Gedişat Yazısında Müqəddəslik öz ifadəsini hərtərəfli tapsın: düşün,
daşın, təxəyyülünü səfərbər et.
6.Bayram təzə məkanda keçiriləcək. Bunu müəyyən et.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
30 Qismət günü, Xəzan Ayı, 9-cu il. Bakı.
186
SAFRUHUN SƏFƏR ƏMƏLİ
1.Başlanğıc kimi məqbuldur.
2.Gələcəkdə rəğbətçilər Səfər haqqında əvvəldən camaatı xəbərdar
eləyir. Müəyyən Yer seçilir, etibarlı adamlar Safruhu dinləyir, kənd, rayon
təmsilçilər vasitəsiylə Amalla doğmalaşır.
3.Evlad seçilməyincə, Ataya səcdə səviyyəsinə qaldırılmayınca eyni
Yerə dəfələrlə gedilir, başqa-başqa biçimdə Amal Sözü deyilir.
4.Söz etibarlı rəğbətçiyə tapşırılır, o, sözü kəndə, rayona çatdırmağa
çalışır; Safruh səfərə çıxana qədər rəğbətçilərin sayı artır, onlar Safruha
təqdim edilir, Safruhun tapşırığına əməl eləyir.
5.Sözlər: 1) Vətən – Vətənsizlik, 2) Cəmiyyət – Ədalətsizlik,
3) İnsan – İnsansızlıq, 4) Mütləq – Mütləqsizlik, 5) Ailə – Ailəsizlik,
6) Ata.
6.Daşdan çıxarılan Qələbə. Külüngü daim bir yerə vurmaq.
ƏSİLİN SƏFƏR ƏMƏLİ
1.Səfər Tovuzdan başlayır, Ağstafada davam eləyir, Qazaxda başa
çatır.
2.Vətən – Vətənsizlik haqqında Ata Sözləri və Əsilin öz sözlərindən
ibarət Söz-Səs Yazısı hazırlanır – Muğam-Saz üstə.
Sorğular – cavablar düşünülür.
3.Atanın Mətbuat Yazılarının Təbliği vasitəsiylə Yol açılır Səfərə; həmin
Təbliğ giriş rolu oynayır.
4.Mərasimdə Evlad ola biləcəklər seçilir, onlarla münasibət yaradılır,
gələcək Səfərləri onların köməyiylə hazırlayır Əsil.
5.Bir neçə dəfə eyni Yerlərə Səfər davam eləyir, Ataya Evlad gətirilir,
həmin Evlada Ailə yaratmaq tapşırılır.
6.Vaxt: 10-cu ilin əvvəli. Hazırlıq – indidən.
5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı.
HALALIN SƏFƏR ƏMƏLİ
1.Səfərə İş Yerində, Yataqxanada Ata Şeirləriylə başlamaq.
2.Müqəddəs Kitablar – Ata Sözü-Səsi əsasında 5 Səfər Sözü hazırla-
maq: Müstəqil Xalq, Ruhani Cəmiyyət, Var olan İnsan, Mütləqə İnam,
Özümləşən Şərq.
3.Səfərin məğzini, gedişatını, təhlilini yazmaq, Ataya təqdim etmək.
Qaranlıqlar Yarılsın!
15 İnam günü, Yağış Ayı, 9-cu il. Bakı.
187
ÖZÜMLÜYƏ
Evlad Ehtiramı pakdır!
1.Müqəddəs Kitabları İdrakına, Mənəviyyatına, İradənə həkk elə.
2.Özünü Mütləq mənada tanı, dəyişdir, Kamillik səviyyəsinə çat.
3.Səfər Mərasiminə hazırlaş, Müqəddəsliyə layiq Ehtiram, Etiqad,
Etiraf ucalığına çat.
4.Bilən Ata Kəlamının əslini versin, üzünü köçürsün.
5.Bədiyyata Amal İşığı sal, ülviləşsin!
Qaranlıqlar yarılsın!
ÖZÜMLÜNÜN SƏFƏR ƏMƏLİ
1.Səfər Şəhərdə İş yerində başlanır – Ata şeiriylə.
2.Müqəddəs Kitablar əsasında 5 Səfər Sözü hazırlanır və camaata
oxunur: Müstəqil Xalq, Ruhani Cəmiyyət, Mütləqə İnam, Kamil İnsan,
Özümləşən Şərq.
3.Səfər nəticəsində Evlad hazırlanır Ata hüzuruna yüksəltmək üçün.
Ailələr yaranır.
4.Səfər qonşu şəhərlərdə, kəndlərdə davam eləyir.
5.“Əməl”, “Müqəddəs Əməl” Kəlamlarına Mütləq riayət – Ruhani
Qanundur.
Qaranlıqlar yarılsın!
19 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı.
SAFRUHUMA
Evlad Ehtiramı pakdır!
1.Atanı Sıra nizamıyla qarşılamaq!
2.Atanı Müqəddəs Səcdə səviyyəsində Dinləmək!
3.Mərasimi 2 saata bitirmək.
4.Söz Ülviyyəti, Sükut ləyaqəti.
EVLADLIĞA HAZIRLANMA
Atanı dərk etmək.
Amalı bilmək.
Əməli tanımaq.
1.Ata kimdir: Əlçatmazlıq, Bənzərsizlik, Müstəqillik sifətləri, xassələri.
2.Mütləqə İnam nədir, Kamil İnsan nədir, Ruhani Cəmiyyət nədir,
Müstəqil Xalq nədir, Ləyaqətli Şərq nədir, İnamlı Bəşər nədir.
3.Səfər Yönü, Ailə Yolu – Müqəddəs Əməl.
4.Ataya müraciət qətiliyi, ülviliyi.
27 Qismət günü, Yağış Ayı, 9-cu il. Bakı.
188
EVLADIM BÜTÖVƏ
Mütləqə İnam yaranmalıdır!
Kamil İnsan yaranmalıdır!
Müstəqil Vətən yaranmalıdır!
Ruhani Cəmiyyət yaranmalıdır!
Ləyaqətli Bəşər yaranmalıdır!
Ehkam Zənciri sındırılmalıdır!
Quruluş Zənciri sındırılmalıdır!
Təşkilat Zənciri sındırılmalıdır!
Amalı öyrən!
Əmələ qurşan!
Ailə yarat!
“Bütöv“ adını sənə halal eləyirəm!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
11 Qismət günü, Sərt Ay, 9-cu il. Bakı.
(Qeyd: Bu ikinci Bütövdür. Həyatdakı adı – Aslan idi.
Bundan qabaqkı Bütövün adı Azad idi. Ocaqdan çıxdılar).
SƏFƏR GÜNÜ BAYRAMI HAQQINDA
1.Səfər Günü Bayramı yarandı, Amalın Ömrünə həkk olundu.
2.Safruhun Səfər təcrübəsi, Mərasim Yazısı Təqdir olunur.
3.Sadiqimin Təşkilatçılıq əməli Təqdir olunur.
4.Evladların hesabatları Qəbul olunur.
5.Naqisliklər: Bütövün Mərasimdə olmaması.
Ciddi texniki qüsurlar.
Nurlanın, Nurlandırın!
Sərt Ay, 9-cu il. Bakı.
“MÜQƏDDƏS İL” BAYRAMI HAQQINDA
1.”Müqəddəs İl” Bayramı Günəş Ayının 1-də keçirilir.
2.Mərasim Yazısı bu dəfə Qəlbiyə, Əsilə, Özümlüyə tapşırılır.
3.Yazı Ata hökmü əsasında, əvvəlki Yazılara uyğun, həm də
Təzələnmiş biçimdə yaradılır.
4.Yazı Köçəri Ayın 10-da Ataya göstərilir.
Nurlanın, nurlandırın!
HALALA TÖVSİYƏ
1.Məzunlara İnam arzula. İnamın Müqəddəs mənasını aç. İnam
Kəlamı; Cövhər Müqəddəsatı əsasında. Tutarlı Söz çatdır cavanlara Ata
Kitabiyyatından. Qısa.
189
2.Məzunlara özüylə döyüş Ləyaqəti arzula:
“Ocaqçının həyat tərzi” Kəlamı əsasında. Tutarlı Ata Sözü. Qısa.
3.Məzunlara Vətənsizlik fəlakətini danış.
Yenə də “Ocaqçının Həyat Tərzi” üstə. Vətənə qayıtmaq arzula.
4.Məzunlara Şərq ruhu aşıla. “Cövhər” əsasında.
5.Məzunlara Mənəvi Evladlıq və Mənəvi Ata arzula.
(Atanın adını cəkmədən).
6.Söhbətin davamını hazırla, nə vaxt, harada çagırsınlar, özün çagır.
7.Rübailərdən istifadə elə. Müəllifin adını demədən.
8.Təzə Yazı hazırla, Amal səviyyəsində.
Nurlan, nurlandır!
28 Sərt Ay,9-cu il.Bakı.
SAFRUHA
1.Mərasimlər Yetkin səviyyədə tarixləşir!
2.“Ssenariy” əvəzinə “Mərasim Yazısı” – həmişə.
3.Ata Sözlərinin məğzini yazmaq.
4.Mərasim səviyyəsində Atayla görüşlərin hamısını yazmaq – xüsusi
dəftərdə.
5.Ruhani Hökmlər cildlənsin! Cildsiz Kitab qalmasın!
Nurlanın, nurlandırın!
3 İnam günü, Qar Ayı, 9-cu il. Bakı.
EVLADIM YETKİNƏ
Zəmanə İnam yetirə bilmir, İnamsızlıq yetirir – İnam yetirməliyik.
Zəmanə İnsan yetirə bilmir, İnsansızlıq yetirir – İnsan yetirməliyik.
Zəmanə Xalq yetirə bilmir, Xalqsızlıq yetirir – Xalq yetirməliyik.
Zəmanə Cəmiyyət yetirə bilmir, Cəmiyyətsizlik yetirir – Cəmiyyət
yetirməliyik.
Zəmanə Şərqi Şərə saldı – Şərqi Xeyirə çıxarmalıyıq.
Zəmanə Bəşəri özündən ayırdı – Bəşəri özünə qaytarmalıyıq.
“Yetkin“ adını sənə halal eləyirəm.
Adına layiq ol!
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
29 Qismət günü, Qar Ayı, 9-cu il. Bakı.
(Qeyd: Yaşamda adı İslam Sadıq idi).
SADİQİMƏ
Evlad Ehtiramı pakdır!
Müqəddəs Yazı Əməlinə başla.
Mütləq səviyyədə.
Qaranlıqlar Yarılsın!
31 İnam günü, Qar Ayı, 9-cu il. Bakı.
190
SAFRUHA
Bütövü, Yetkini Nişanlanma Mərasiminə hazırla. (Bayram Yazısı
əsasında).
Günü sabahdan. Ləngimədən.
Ürəyin qaranlıqları yarsın!
15 Arzu günü, Köçəri Ay, 9-cu il. Bakı.
(Qeyd: Yetkinin həyatda adı İslamdır. Nişanlanma Mərasiminə
gəlmədi. Evlad olmadı).
SAFRUHA
Bayramımızın Mütləq səviyyəsi təmin olunmalı.
Qaranlıqlar yarılsın!
26 Qismət günü, Köçəri Ay, 9-cu il. Bakı.
Dostları ilə paylaş: |