TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)


Maddi müstəqillik vəzifəsi



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

4.Maddi müstəqillik vəzifəsi. 

Maliyyə məsələsini  bir  dəfəlik  həll  etməliyik,  kassa  təzyiqindən  qurtar-

malıyıq, 

hərtərəfli 

maddi 

təminata 

nail 

olmalıyıq. 

Bu haqda mülahizələrini, tədbirlərini Ataya təqdim et, öz töhfəni ver. 



5.Pünhanlıq vəzifəsi. 

Şərlə 


həqiqət 

dilində 


danışılmır, 

çünki 


o, 

bu 


dili 

bilmir. 


Şərə sirr verilmir. 

Atayla,  Ocaqla  münasibəti  yalnız  Safruh,  Əsil  və  Halal  bilməlidir. 

Digərlər – özgələrdir. 

Hər ayın 1-də Ata Hüzuruna gəlirsən... 

Yazdığını Ataya təqdim edirsən – yazılanı oxuyursan. 

Görüş axşam saat 11-də başlayır və 11.15-də qurtarır. 



6.Kamilləşmə vəzifəsi. 

Daim,  ardıcıl  şəkildə  Mütləq  İnama  yüksəlmək,  Mütləq  İdraka 

yüksəlmək,  Mütləq  Mənəviyyata  yüksəlmək,  Mütləq  İradəyə  yüksəlmək! 

Özünlə mətinli təmas! 

Müqəddəs  Kitabları  öyrənmək,  onlara  qovuşmaq,  onlarla  bir  olmaq... 



    Balaca  “Mən”ə  güzəştə  getməmək,  böyük  “Mən”ə  xəyanət 

etməmək! 

    Birimiz min olmayınca minlər bir olmayacaq! 

Ürəyiniz qaranlıqları Yarsın! 



1 Şölə Ayı, 8-ci il. Bakı. 

(Qeyd: Ata onu 16-cı ildə Ocaqdan çıxartdı. Həyatda adı Yadulla idi). 

 

 

 

 

149


OĞLUM  ƏSİLƏ 

    1.Müqəddəs  Kitablar, Ata  Kəlamları, Hökmləri sənin evində  öyrənilir, 

kənara çıxarılmır. 

Evladlar üçün dəqiq vaxt ayır. 



Tədbiri Yüksək İdraki səviyyədə hazırla. 

Bir saniyə belə boş keçməsin. 

Hər dəqiqə mənimsənilsin! 

Şər ilan kimi qıvrılsın, ancaq heç kəsi çala bilməsin! 

2.Dərk  elə  ki,  Asifçilər  döyüşür,  ancaq  bu  döyüş  başqa  döyüşlərə 

bənzəmir, elə onun Müqəddəsliyi bundadır! 

Bənzərsizik, ona görə də məğlubiyyət tanımırıq. 

Ürəyin qaranlıqları Yarsın! 



23 Arzu günü, Şölə Ayı, 8-ci il. 

(Qeyd: Ata onu 13-cü ildə Ocaqdan çıxartdı... Həyatda adı Elxan idi). 

 

ATA – EVLAD  VƏHDƏTİ 



Safruha 

Mütləq Həqiqəti Evladlara Mütləq səviyyədə çatdır. 

“Mənim üç atam var!” – deyəndə Evladlar anlamalıdırlar ki, bu səni üç 

sifətli  eləmir,  bütövlüyünü  parçalamır,  Asifçiliyini  üçdə  birə  endirmir. 

    Özün  üçün  bir  məsələni  tam  aydınlaşdırmalısan:  Kamal  Atatürk  Asif 

Ata üçün keçmiş mərhələdir. Sənin Kamal Ata Evladlığın da Asif Ata üçün 

keçmiş Evladlıqdır. 

Üç Atalıq mərhələsi mütləq bir Atalıq həmişəliyinə çevrilməli-dir! 

Vahid Ata olmayan yerdə Mütləq Vəhdətdən danışmaq olmaz! 

Üç Atalıq – əslində Nisbi Atalıqdır! 

Mütləqçiyə yaraşmayan Atalıqdır! 

Cismani  Ata  Evladı  həyata  gətirir,  Tarixi  Ata  onu  Ruhani  Ataya 

qovuşdurur, 

Ruhani 

Ata 

Evladı 

Amallaşdırır, 

Sabahlaşdırır. 

    Ata  Birdir,  Mütləqdir  –  ancaq  ona  doğru  Yol  çoxatalıq 

mərhələsindən keçir. 

 

EVLAD  YÜKÜ 

Ata Xalq Çayına enərdi, Həqiqət Tilovu atardı, Qeyrət Balığı tutardı.  

Şər Xalq Çayını Ataya yasaq elədi. 

İndi Evlad Həqiqət Tilovu atmalı, Qeyrət Balığı tutmalıdır. 



27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı. 

  

 

 

 

 

150


SADİQİMƏ 

Ehtiramın pakdır! 

1.Ata  Gününə  qədər  (Ata  Ayı  25)  nişanə  hazır  olmalıdır. 

Bənzərsiz, həmişəlik, müqəddəs biçimdə. 

Ata Ayının 1-də Ata hüzurunda nişanənin son biçimi Ataya təqdim olu-

nur. 

   Ata Günündən bir gün əvvəl nişanə Ataya göstərilir. 

2.Ata  Gününə  qədər  maqnitofon  hazırlanır  ki,  Günü,  Ata  Müraciətini, 

Evladların Ata haqqında sözlərini, ümumən Ruhani Mərasimi yazasınız. 

3.İtirdiyin sərvəti tap və Ata rəsmini oradakı şəkillər əsasında nişanəyə 

köçür (təzə səviyyədə). 

4.Döyüşdəyik! 

Ürəyin qaranlıqları yarsın! 

1 Ümid günü, Od Ayı, 8-ci il. Bakı. 

 

SAFRUH  ÜÇÜN 

1.Heç nə dəyişmir. Şər  əməlin  ahəngini  poza  bilməz. 

Ata Günü vaxtında, ruhani səviyyədə keçirilir. 

Bu inam günü saat 12-də Atanın şəkli çəkilir... 

Evladlar Ata hüzuruna vaxtında gəlirlər. 

Təhlükədən cəsarət hasil olunmalıdır. 



Sadiqim  Ata  Hökmü  əsasında  nişanə  tapşırığını  Mütləq  Mənada 

həyata keçirməlidir. 

2.Atanın  şəkli  nişanənin  üz  qabığında  yox,  birinci  səhifədə  əks 

olunur. 

“İnsanlaşın,  İnsanlaşdırın!”  çağırışı,  “Asif  Ata”  imzası  şəkillə  bərabər 

həkk olunur. 

Nişanə  bənzərsiz,  müqəddəs  biçimdə,  şərqi  bədiyyat  cizgilərində 

yaradılır. 

Həmişəlik yaşamaq üçün! 

Mütləq məsulluq yükü düşür çiyninizə.Ata qiymət verəcək səyinizə! 

3.Nişanənin üz qabığı Ata Hökmü əsasında rəmzləşir. 

4.Ata 



gününü 

Evladlar 

yubiley 

hərcayiliyi 

saymasınlar. 

Bugünün idrakını idraksızlıq sayırıq. 

Ata  Günü  –  Atanın  evladlarla  müqəddəs  təmas  günü,  təzə  Ata  Sözü 

məqamıdır, evlad ülfətinin təzahür ülviyyətidir, həm qədim, həm bənzərsiz 

ənənənin yaranmasıdır, Amalımızı, sabahımızı təsdiq etmək üsuludur. 

5.Qəlbini evladlıqda saxladım. 

Tövbəsi – qəlbiydi. 

4 – nömrəli nişanəni ona yazın. 

5 – nömrəlini Halala. 



 

151


6. Ata Günü nişanə mərasimiylə bitir. 

Ata  Nişanəni  evladlara  bir-bir  təqdim  edir,  evladlar  bir  kəlməylə  Ataya 

cavab  verirlər,  ehtiram  göstərirlər.  Kəlmə  ürəkdən,  evlad  idrakından,  in-

amından süzülür. Hər  kəs  öz  istədiyi  kəlməni deyir. Təqdimat bitdikdə 

evladlar  birlikdə  Ataya  səcdə  qılır,  sonra  müqəddəs  zəncir  həlqəsi 

şəklində 

əl-ələ 

verib, 


evlad 

vəhdəti 


ifadə 

edirlər. 

(Bu mərasimi hərtərəfli düşünün: Bənzərsiz və yetkin alınsın!) 

7.Bütün əməl bir saatın içində bitməlidir. 

Ömür qısa – yol uzundur. 

8.Adlanmamış – evlad sayılmır, Müqəddəs Kitablara layiq görülmür.  

Müqəddəs kitablar öyrənilir və Əsilə qaytarılır. 

Müqəddəs  Odun  qorunması,  yağı  əlinə  keçməməsi  –  mütləq  məsul-

luqdur. Həmin məsulluqdan məhrum olmaq – evladlığı öldürməkdir. 



9.Sözü əməldən cüzi də olsa ayırmaq – yağılıqdır. 

Ata evladlardan ləyaqətli Ata Günü gözləyir. Ləyaqət sözünə layiq! 

10.Əsil  odu  şər  yağışından  çıxara  bildi.  Həm də  özünü  öyrənmək 

üçün dərs qazandı. 

11.Evladların  üç  əməli:  Amalı  öyrənmək,  özüylə  döyüşmək,  ailə 

yaratmaq... 

12.Evladların bir evladsızlığı: Ata Sözündən çıxmaq. 

Ürəyin qaranlıqları yarsın! Mütləq sənə yar olsun! 

25 Qismət günü, Od Ayı, 8-ci il. Bakı. 

 

HALALA 

1.Bir qayğımız var: Amallaşma – amallaşdırma. 



Üç  borcumuz  var:  Müqəddəs  Kitabları  öyrənmək  –  öyrətmək;  özünü 

dəyişmək – kamilləşmək; Ata ailələri yaratmaq – təmsil etmək, Atanın cari 

buyuruqlarına əməl etmək! 

2.Ata Gününə müqəddəs məsuliyyət hissiylə hazırlaşın! Ata ləyaqətinə 

layiq! Evlad sədaqətinə layiq! 

3.Bugünlə daxili əlaqəni tam kəsməlisiniz.  

Antibugün 

səviyyəsində 

düşünməli, 

duymalı, 

yaşamalısınız. 

Natamlıq, adamlıq səviyyəsini bütünlüklə rədd etməlisiniz! 

4.Ata kəlamlarının hərfini belə, müqəddəs tutun!... 

Mütləq Həqiqət Mütləq Əməl tələb edir. 

Ata əməlinə riayətdə cüzi nisbilik – həqarətdir! 

5.Münaqişəsiz, mübahisəsiz, həsədsiz, rəqabətsiz evladlıq – qardaşlıq, 

bacılıq  normasına  Mütləq  Əməl!  Atanın  evladları  biri-biriylə  Mütləq 

mənada Ruhani Birliyə qovuşmuş kamillərdir! 

6.Gələn  əsrdə  yetkinlik  vədəsinə  çatacaq  15  yaşlılardan  başlamaq 

lazımdır ailə yaradıcılığına. 


 

152


7.İdrakınızı nar kimi sıxın, Mənəviyyatınızı nar kimi sıxın, İradənizi nar 

kimi sıxın, qeyri-adi güc lazımdır Amalımıza! Adi güc azdır! 

8.Ömrün  çox  hissəsi,  vaxtı,  məqamı  (əslində  hamısı)  Amala  həsr 

olunmalıdır... Amala həsr olunmayan nə varsa – hədər gedəndir. 

Düşünün, daşının, ömrü hədər verməyin! 



Ömrün çoxunu antiamala, azını Amala həsr etməyin! 

Fərəhinizi göz bəbəyiniz kimi qoruyun! 

9.Həmişə qanadlı olun, ruhani qələbə məğlubiyyət tanımır. 

10.Şər məzhəkələşir, öldürmək istədiyi halda güldürür. 

Ürəyiniz qaranlıqları yarsın! 

Daxilinizdəki Mütləq sizə yar olsun! 



15 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

ÖZÜMLÜYƏ 

Əyridə qalıb Doğruya çatmaq olmaz. 

Nahaqda qalıb Haqqa çatmaq olmaz. 

Şərdə qalıb Xeyirə çatmaq olmaz. 

Əyrini Əyriylə öldürmək olmaz – Doğruyla öldürmək olar. 

Nahaqqı Nahaqla öldürmək olmaz – Haqla öldürmək olar. 

Şərin qənimi – Xeyirdir. 

Qorxu Yalançıdır. Həqiqət Cəsarətindir. 

Tərəddüd Yalançıdır. Həqiqət Qətiyyətindir. 

Amallaşmaq gərək, İnsanlaşmaq gərək, Ailələşmək gərək... 

Amallaşmaq – Müqəddəs Kitabları öyrənmək, öyrətmək. 

İnsanlaşmaq – Ruhani kamilliyə çatmaq. 

Ailələşmək – Ata Ailələri yaratmaq. 

Məqsəd: 


               Mütləq İnam. 

               Mütləqləşmək. 

               Ruhani Cəmiyyət. 

               Müstəqil Xalq. 

               Özümlü Şərq. 

               Ləyaqətli Bəşər. 

               Müqəddəs İntibah. 

“Özümlü“ adını sənə halal eləyirəm. 

Ona layiq ol! 

Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



 (Qeyd: Həyatda adı Malik idi. Ocaqdan çıxdı). 

 

 

 

153


BUYURUĞUM 

1.Qardaşın  Safruh  vasitəsilə  Müqəddəs  Kitabları  sırayla,  ardıcıl  şəkil-

də, dərindən öyrənirsən və öyrədirsən. 

2.Ata Hökmü əsasında Ailə yaradırsan... 

3.Özünlə döyüşürsən, kamilliyə yetirsən. 

4.Ayda  bir  dəfə  –  hər  ayın  sonunda  axşam  saat  11-də  Atayla 

görüşmək haqqın var: 15 dəqiqə. 

5.Ata  təqvimi  əsasında  yaşayırsan.  Hər  ayın  axırında  Safruhla 

görüşürsən... 

Balanın  boğazından  kəsib  Amalının  boğazına  Halalından  doldurursan 

(imkan daxilində). 

6.Ata Gününə dəvət olunursan. Ata haqqında söz deyirsən.  

(25 Ata Ayı, 8-ci il). 

Müqəddəs Nişanə mərasiminə yüksəlirsən. 



 

BÜTÖVƏ 

İnamsızlıqlarında “İnamlıdırlar”. 

İdraksızlıqlarında “İdraklıdırlar”. 

Mənəviyyatsızlıqlarında “Mənəvidirlər”. 

İradəsizliklərində “İradəlidirlər”. 

İnamımızda Bütövük. 

İdrakımızda Bütövük. 

Mənəviyyatımızda Bütövük. 

İradəmizdə Bütövük. 

Tərəddüdsüzük, Qətiyik... 



“Bütöv“ adını sənə halal eləyirəm! 

Şər yarımşərlik biçimində də görünə bilər, Xeyirin Biçimi Birdir:  

Bütövlük. 

       Sən Xeyirsən, ona görə də Bütövsən. 

Bütövlüyünü itirən an – yox olursan! 

       Var ol – Bütöv ol! 

       Bütövlük – Xeyirliyin ikinci adıdır. 

       Bütöv Şər yoxdur – parçalanan, paralanan, cilddən-cildə girən, 

“xeyirləşməyə” cəhd göstərən Şər var. 

       Xeyir şərləşməyə meyl eləməz, onu Yer üzündən silər... 

       Müqəddəs borcun: 



Amallaşmaq – Ata Kitablarını öyrənmək, öyrətmək. 

İnsanlaşmaq – Mənəvi ərsəyə çatmaq. 

Nöqsansızlaşmaq... 

Ailələrə Başçılıq etmək – Ata Ailələri yaratmaq. 

       Məqsədimiz: Mütləqə İnamı bərqərar eləmək. 


 

154


   Mütləq Kamilliyə çatmaq və çatdırmaq. 

   Ruhani Cəmiyyət yaratmaq. 

   Müstəqil Vətən yetirmək. 

   Şərqi özünə qaytarmaq. 

   Bəşəri ləyaqətsizlik bataqlığından çıxartmaq. 

Ölümlə öcəşirik. 

Təhlükələrin üzərindən adlayıb keçirik... 

Özümüzü Amalımızda görürük... 

     Sabahlıyıq... 

     Ürəyin qaranlıqları yarsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun. 

 

BUYURUĞUM: 

1.Qardaşın  Safruh  vasitəsilə  Müqəddəs  Kitabları  öyrənirsən,  ailələr 

haqqında, əməl müqəddəsliyi haqqında Ata hökmlərini bilirsən və həyata 

keçirirsən. 

2.Halal  gəlirinin  imkan  daxilində  az  bir  hissəsini  Amalımıza  həsr 

edirsən... 



Maddi müstəqilliyimiz naminə. (Safruhla məsləhətləş). 

3.Hər ayın 2-də Ata ziyarətinə gəlmək haqqın var. Axşam saat 11-də. 

15 dəqiqə ərzində. (Gəlməyə də bilərsən!) 

4.Ata Gününə, Müqəddəs Nişanə təqdimatına hazırlaş. (Ata Ayı, 25, 8-

ci il). Ata haqqında söz de. 

5.Ata təqvimini Safruhdan alırsan və ömrün tarixini onunla  

sayırsan! 

    Ürəyin qaranlıqları yarsın! 

    Daxilindəki Mütləq sənə yar olsun! 

8-ci il, Qürub Ayının 23-ü, Murad günü. Bakı. 

(Qeyd: Bu “Bütöv”ün həyatdakı adı Azad idi. 20.IV. 1987 – 20. II.9-cu 

il) tarixli məktubu yazıb Amaldan döndü. İlk iki dönükdən biridir). 

 

SAFRUHA 

Ehtiramın pakdır! 

1.6  nömrəli  Nişanəni  qardaşın  Özümlü  üçün  hazırlayırsınız. 

7 nömrəli Nişanəni qardaşın Bütöv üçün hazırlayırsınız. 

2.Ata Günü mərasimini Ata hökmünün ruhuna və hərfinə Mütləq riayət 

səviyyəsində keçirməlisiniz. 

Dəqiqələr,  saatlar  əməl  balıyla  dolmalı,  bir  an  belə,  mənasız 

keçməməli – ehtiyac hiss eləsəniz, məşq eləyin. 



 

155


Müqəddəs ənənə öz kamil biçimini tapmalıdır. 

    Mərasim bütünlüklə maqnitofona yazılır, mərasimin əsas məzmunu 

dəftərə yazılır. 

(Xüsusi “Mərasimlər dəftəri” düzəldirsən!) 

    Atanın “Mərasimə başlayaq!” Hökmündən sonra evladlar “Ata Sözü” 

deyirlər. 

    Sonra Ata danışır. 

Mərasim Evlad Nişanəsi təqdimiylə bitir. 

Mərasim vaxtı – maksimum iki saat... 

(Təqdimat vaxtın uzanmasını tələb eləyir). 

Bənzərsiz, 

əlçatmaz, 

müstəqil 

mərasim 

yaranmalıdır. 

    Ata evladların zəhmətinə qiymət verəcək. 

Kallığı şərə bağışlayırıq. 

Hərcayiliyi şərə bağışlayırıq. 

3.“Peyğəmbər” sözü “Ata” sözündən aşağıdır. Ancaq xalqa yaxın olan 

qədim Şərq sözüdür. Bu səbəbdən də “peyğəmbər”  adını  Ataya  şamil 

eləmək lazımdır. 

(Ata haqqında sözdə də!) Bu, əmələ yaxşı xidmət eləyəcək!.. 

4.Ataya  müqəddəs  təzimin  hər  üçü:  Ata  qarşısında  əyilən  baş,  Ataya 

təqdim olunan ürək, Atanın əlini öpən dodaq – nümayiş etdirilir. (Həm Ata 

Günündə, həm də Ata ziyarətinin hamısında). 

5.Son vaxt Atanı tapanlar və evlad olmaq istəyənlər çoxalıb. 

Seçdiyimi Safruha yollayacağam... 

Ev  ünvanını  yaz:  gəliş  günlərini  və  saatlarını  elə  indi  müəyyən  elə, 

Ataya bildir. 

(Ümumən  Safruh  başını  qaşımağa  macal  tapmayacaq  –  bir  vaxt 

işsizlikdən gileylənirdi!) 

6.Müqəddəs  Kitabları  hökmdə  qeyd  olunan  sırayla  evladlara 

(adlanmışlara, nişanələşmişlərə!) etibar elə. 

Bir  ay  müddətində  bir  kitab  (“Sədaqət”lə  “Hökmlər”i  bir  yerdə  vermək 

olar) öyrənilir, qaytarılır (mütləq!) 

Bacarsalar  –  köçürtsünlər  (köçürmək  –  həm  də  yaxşı  öyrənmək  üs-

uludur!)  Vaxtında  qaytarmayana  kitab  verilmir!  (Qeyri-ciddiliyi  həmişəlik 

şərə bağışlayırıq!) 

7.Kəlamları, hökmləri, buyuruqları qardaşlarına oxu. 



Onların hər sətri, vergülü, nöqtəsi qorunur. 

“Sədaqət”in, “Ruhani Hökmlər”in təzə cildlərini gözləyirəm. 



“Ruhani Sənədlər” kitabı yaranır. 

Onlar  bir  yerdə  –  həm  məktəbdir,  həm  də  bizim  sabaha  hesaba-

tımızdır! 

    Evladıma müqəddəs əməl diləyirəm! 



 

156


Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə yar olsun! 



29 Qürub Ayı, 8-ci il. 

 

ƏSİL  ÜÇÜN 

1.Ata Günü Mərasiminin gedişatına Məsulsan! 

2.Evladlar bir-bir gəlir, bir-bir gedir. 

3.Danışmaq sırası: 

Safruh, 


Sadiqim, 

Əsil, 


Qəlbi, 

Halal, 


Özümlü, 

Bütöv. 


Getmək sırası da həmçinin. 

4.Bütün  hərəkətlər  əvvəldən  öyrədilir,  boş  məqam  qalmır,  maqnito-

fonun  hazırlığı,  bütün  vasitələr,  üsullar  yüksək  səviyyədə  olmalı. 

Müqəddəs ənənəyə layiq! Həmişəlik səviyyəsində. 

5.Əvvəl  Evladlar  Ata  Sözü  deyir,  sonra  Ata  Danışır.  Bir  dəfə. 



    Ata Mərasimi açır, Evladlar Ata haqqında söz deyir. 

Mərasim Nişanə Təqdimatıyla bitir. 

6.  Nişanələrin  təqdimat  sırası:  Safruh,  Sadiqim,  Əsil,  Qəlbi,  Halal, 

Özümlü, Bütöv. 

7.Ciddi, Ruhani Tərtibat, Rəmzi, Müqəddəsliyi ifadə edən. 

8.Sonuncu Atayla Halal Evi tərk edir. 

9.Atanı sevindir! Şər əhvalına təsir eləməsin – sarsılsın! 

10.Qaboy 

Muğamının 

Hikmətli 

Diliylə 

Atanı 


qarşılayın! 

Həm İdraklı, həm duyğulu, ehtizazlı, ehtiraslı, doğma, mənalı... 

Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə yar olsun! 

 

EVLAD  NİŞANƏSİNİN  QORUNMASI 

(Ruhani Hökm – “Sənədlər” üçün) 

Evlad  Nişanəsi  Mütləq  mənada  pünhan  saxlanılır,  yada  göstərilmir, 

yağıya verilmir, çıxılmaz vəziyyətdə cırılır. 

Nişanəni şərə verən – xəyanətkar sayılır və evladlıqdan çıxarılır... 



31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

ƏSİLƏ 

1.Nişanənin  Üz  qabığında  Günəş  Rəmzi  daha  qabarıq  veril- 

məlidir... (Şüalar daha kamil əks olunmalıdır). 

2.Nişanənin  daxilindəki  sözlər  Ağ  rənglə  kalliqrafik  üslubda  gözəl 



xətlə yazılmalıdır. 

Uzun ömürlü... 

Tez pozulmasın... 

Kimin xətti ən yaxşıdırsa, o yazsın. 

 

157


3.Ata  Sözü  Mütləqdir.  Hökmə  Mütləq  mənada  əməl  etməli. 

Ondan kənara çıxmamalı... 

Hərfi mənada belə Mütləqiliyə biganəlik günahdır... 



4.Ata Surəti Ahəngdar Rəmzləşmişdir... Olduğu kimi qalsın... 

5.Ayın  10-da  Nişanə  nümunəsini  hazır  vəziyyətdə  gözləyirəm. 

Axşam saat 10-da. 

Ürəyin Qaranlıqları Yarsın! 



2 Ümid günü, Ata Ayı, 8-ci il. 

 

LEQAL  FƏALİYYƏT  HAQQINDA 

Amalımıza  Mütləq  Sədaqət  ruhunda,  İnam  naminə,  Xalqın  xeyrinə 

leqal  fəaliyyətdə  bulunmaq  –  rəsmi  təsir  vasitələrindən,  “icazəli” 

görüşlərdən,  Mühazirələrdən,  Müsahibələrdən  və  s.  istifadə  etmək. 



Şərt: Mətbuat, Radio, Televizor, Tədris Şərini daim, ardıcıl, barışmaz ifşa 

etmək. 


Həm Şərdən istifadə etmək, həm də Şəri ifşa etmək! 

Bu,  Yetkin  Ləyaqətlə  yanaşı,  həm  də  Yetkin  Məharət  tələb  edir. 

Evlad həmin Ləyaqətə çatmalı və həmin Məharətə yiyələnməlidir! 

3 Dözüm günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

MÜQƏDDƏS   BAYRAĞIMIZ 

1. 9-cu il Qar Ayının 15-nə qədər İnamımızın Müqəddəs Bayrağı hazır-

lanır. 

     Bir  Üzündə  Evlad  Nişanəsinin  üz  qabığı  həkk  olunur,  o  biri  üzündə 



Günəş  rəngində  (sarı),  Ocaq  rəngində  (Açıq  qırmızı),  İşıq  rəngində  (Ağ) 

Rəmzi Xətlər çəkilir. 

Bayrağın ümumi rəngi – Səmavi. 

2.Qar Ayının 15-də evladım Halal Bayrağı Ata hüzuruna gətirir. 

3.Bayraq Pünhan saxlanılır, Yada göstərilmir, Yağıya verilmir, çıxılmaz 

vəziyyətdə yandırılır. 

4.Bayraq Ata Hökmüylə Mərasimlərdə nümayiş etdirilir. 

5.Bayraq Yaradılmasına Məsul – Evladım Safruh. 

Bayrağın Qoruyucusu – Evladım Əsil. 



 

MÜQƏDDƏS  KİTABLARIN  YAZILMASI 

(Evladlara buyuruq) 

1.Dəqiq və hərtərəfli müəyyənləşir: 

Harada,  nə  vaxt  ərzində,  nə  qədər  kassetlə,  hansı  şəraitdə. 

Hesablama Ataya təqdim olunur, Atanın sərəncamıyla həyatiləşir. 

2. 9-cu ilin yayında Ata tətilə çıxır və vaxtını bu işə sərf edir. 

3. Yazılışa məsul: Safruh, Sadiqim, Əsil. 


 

158


SAFRUHA 

(Buyuruq) 

Müqəddəs  Kitabların  Yazılışına  On  sətirdən  ibarət  Evlad  Girişi 

hazırlayırsan. 

   “Ata kimdir?”, “Atalıq nədir?”, Kitabların tənzimatı: yaranma tarixi, sayı, 

adları.  

Giriş  “Müqəddəs  Məqamdır,  Asif  Atanı  dinləyirik!  Ata  Evladı  Safruh” 

sözləriylə bitir. 

Öz səsinlə Girişi oxuyursan, yazılır. 

5 Qismət günü, Ata Ayı, 8-ci il. Bakı. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin