ATAYA MÜNASİBƏT QAYDALARI
Ata Mütləq Səcdəyə layiqdir.
Bu səbəbdən:
1. Atayla mübahisə – günahdır, Ata Sözünə şəkk etmək – cinayətdir,
Ata tapşırığı – Allah tapşırığıdır.
2. Atanın Mütləqiliyi təsdiq olunur, o heç kəslə müqayisə edilmir.
3. Ata – Mütləq – Ocaq – bir sözdür. Ata Mütləq və Ocaq şəklində
təzahür edir.
4. Atanın əsərləri Müqəddəs Kitablardır. Onlara and içilir (Ata Sözünə
and içirəm).
5. İldə bir dəfə Ata Günü Ruhani, Ülvi, Şərqi şəkildə bayram edilir.
6. Atanın söhbətləri əbədi hikmət kimi yazılır, toplanır, təbliğ olunur,
gələcək nəsillərə çatdırılır.
7. Ocağın və Ocaq şölələrinin toplanışları “Ataya Pənah Gətirmişik”
sözləri ilə başlanır və “Ata Ocağı sönməzdir” sözləri ilə qurtarır.
8. Ata ilə görüş mərasimində Evladlar ayaq üstə, cəm halında “Ata
Mütləqimizdir”, “Ataya Pənah Gətirmişik!”, “Ata Ruhu sönməzdir!”,
“Müqəddəs Ataya Məhəbbətimiz sonsuzdur!”, “Ata İlahi Qüdrətimizdir”
deyirlər. Ataya baş əyirlər.
Ata “Məhəbbətiniz Nurludur” – deyə Evladlara cavab verir və Evladlar
otururlar.
9. Ataya əl verilmir, baş əyilir. Həmin qayda “Müqəddəs Ataya Ali
Ehtiram” sözləri ilə müşayiət olunur. Ata “Ehtiramın Pakdır!” – sözləri ilə
cavab verir. Ata ilə vidalaşanda “Ata Ruhunu Ürəyimizdə Aparırıq” –
deyirlər.
10. Ataya Siz və Sən – deyə müraciət edilmir. Ata – deyə, üçüncü şəxs
kimi müraciət edilir. (Atamızın tapşırığı nədir? Atamız bizdən razıdırmı?)
Qaydalara əməl eləmək Ruhani Borcdur.
100
ÖZ ADIMIZ
Evladlara
Biz Atalılar – Vətənimiz Azərbaycanı “Atayurd” adlandırırıq.
Balalarımıza bu adı Amal səviyyəsində yaşatmaq ləyaqəti diləyirik.
Sərt Ayı, 7-ci il. Bakı.
ZORA MÜNASİBƏT
Evladlara
1.Zor yalan dilində danışır, həqiqət dilini anlamır. Zorla yalan dilində
danışmaq lazımdır. O, Ata haqqında, Hərəkatımız haqqında heç nə
bilməməlidir.
Amalçı döyülsə də, söyülsə də, işgəncələrə məruz qalsa da – sirr
verməməlidir.
2.Məhkəmədə Amalçı qabaqcıl hüquq cəfəngiyyatını ifşa etməli,
mənəvi eybəcərlərin hakimlik iddiasını rədd etməlidir.
3.Həbsxanaya düşmək – Amalçı üçün adi haldır.
O, burada da Müqəddəs fəaliyyətini davam etdirməli, Evladlarla, Atayla
münasibət yaratmalı, özünü təzə Ruhani Əməllərə hazırlamalıdır.
4.Amal ölüm tanımır, bu səbəbdən də Amalçı ölümə inanmır, cismani
yoxluqdan qorxmur və öz qorxmazlığıyla zoru sarsıdır.
Sərt Ayı, 7-ci il. Bakı.
MÜQƏDDƏS ADLANMA
Asif Ocağı – Ruhani, İctimai Hərəkat (Xəlqi, Şərqi, Dünyəvi).
Yeni İnam, yeni İnsan, yeni Cəmiyyət, yeni Xalq, yeni Şərq, yeni Bəşər.
Atayurdda başlayır, Şərqə yayılır, dünyalaşır.
Uzun yollu, uzun ömürlü, çoxəsrli...
Asifçilik – Mütləqçilik, Müqəddəsçilik.
Evladlar – Atalılar, Asifçilər.
AMAL DÖVRÜ
Beş illik yox, on illik yox, yüz illik yox – həmişəlik.
QƏTİLİK
İnamımızdan kənarda olan İnama inanmırıq!
İdrakımızdan kənarda olan İdraka inanmırıq!
Mənəviyyatımızdan kənarda olan Mənəviyyata inanmırıq!
İradəmizdən kənarda olan İradəyə inanmırıq!
Amaldan kənarda olan Həyata inanmırıq!
Həyatımız – Amalımızdır!
Qar Ayı, 7-ci il.
101
ƏBƏDİ OLAN
Din yox, Ehkam yox, Partiya yox, Təşkilat yox – İNAM!
Din – keçicidir, Ehkam – keçicidir, Partiya – keçicidir, Təşkilat –
keçicidir.
İnam – əbədidir.
Ata İnamı...
Təlimdən artıq, İdeologiyadan artıq, Fəlsəfi sistemdən artıq.
Əbədi Olan.
Köçəri Ay, 7-ci il. Bakı.
RUHANİ DƏYƏRLƏNMƏ
Varlı – Vicdanlı, Qeyrətli, Qorxmaz, Müdrik.
Yoxsul – Vicdansız, Qeyrətsiz, Qorxaq, Naşı.
Günəş Ayı, 8-ci il. Bakı.
SƏFƏR YETKİNLİYİ
1. Bənzərsizlik: Məqsəd bənzərsizliyi, Məna bənzərsizliyi, Biçim
bənzərsizliyi.
2. Təmizlənmə: Mütləq Qorxmazlıq.
3. Məharət: Dəqiq vaxt, Dəqiq yer, Dəqiq söz.
4. Dəyanət: Mütləq səbr, Mütləq ardıcıllıq, Mütləq dözüm, Mütləq
usanmazlıq.
5. Ləyaqət: Mütləq məsuliyyət – Ata qarşısında, Amal qarşısında,
Sabah qarşısında.
Günəş Ayının 27-si, 8-ci il. Bakı.
AMALLAŞMAQ!
Təbii İnam azdır, Amal İnamına çatmaq gərəkdir,
Təbii İdrak azdır, Amal İdrakına çatmaq gərəkdir,
Təbii Mənəviyyat azdır, Amal Mənəviyyatına çatmaq gərəkdir,
Təbii İradə azdır, Amal İradəsinə çatmaq gərəkdir.
17 Murad günü, İşıq Ayı. 8-ci il. Bakı.
TƏQİB QİSMƏTİ
Təzyiqdən sarsılmayan – Təzyiqi sarsıdır.
Zora əyilməyən – Zoru əyir.
Təhlükədən qorxmayan – Təhlükəni qorxudur.
Təqib qisməti – Ruhani Ləyaqətdir.
Günəş Ayı, 8-ci il. Bakı.
102
XEYİR İSTİQAMƏTİ
Xalq Şərdən İmtina Müqəddəsliyinə hazırlanır.
Xalq Şərdən imtina edir.
Şər “İnam”dan imtina edir.
Şər “İdrak”dan imtina edir.
Şər “Həyat”dan imtina edir.
Mütləq İnama Yüksəlir.
Ruhani İdraka Yüksəlir.
Amala Yüksəlir.
Xeyirə çatır.
5 Dözüm günü, Şölə Ayı.8-ci il. Bakı.
DÖYÜŞMƏK – DÖYMƏK
Özündəki yırtıcılıqla döyüşürsən – Həyatdakı yırtıcılığı döyürsən!
Özündəki köləliklə döyüşürsən – Həyatdakı köləliyi döyürsən!
Özündəki qorxaqlıqla döyüşürsən – Həyatdakı qorxunu döyürsən!
Özündəki xudbinliklə döyüşürsən – Həyatdakı xudbinliyi döyürsən!
Özünlə döyüşürsən – özgəni döyürsən!
10 Ümid günü, Şölə Ayı. 8-ci il. Bakı.
SƏFƏR SÖZÜ
(Evladlar üçün)
I
Şəri İnam evindən qovun!
İdrak evindən qovun!
Mənəviyyat evindən qovun!
İradə evindən qovun!
II
İnamın qapısını Şərin üzünə bağlayın!
İdrakın qapısını Şərin üzünə bağlayın!
Mənəviyyatın qapısını Şərin üzünə bağlayın!
İradənin qapısını Şərin üzünə bağlayın!
III
İnamın qapısını Xeyirin üzünə açın!
İdrakın qapısını Xeyirin üzünə açın!
Mənəviyyatın qapısını Xeyirin üzünə açın!
İradənin qapısını Xeyirin üzünə açın!
IV
İnam Evini Xeyir Nuruna qərq eləyin!
İdrak Evini Xeyir Nuruna qərq eləyin!
Mənəviyyat Evini Xeyir Nuruna qərq eləyin!
İradə Evini Xeyir Nuruna qərq eləyin!
13 Qismət günü, Şölə Ayı.8-ci il. Bakı.
103
İQTİSADİ AMİL
İqtisadi inkişaf yalnız İnsaniliyə – yəni İnama, İdraka, Mənəviyyata,
İradəyə xidmət etdiyi dərəcədə gərəklidir.
İnsaniliyə ziyan vurduğu dərəcədə gərəksizdir.
İqtisadi inkişafın məqsədi İnsanilikdir.
İnsaniliyə zidd olan iqtisadi inkişaf – ruhani tənəzzüldür.
27 Qismət günü, Şölə Ayı.8-ci il. Bakı.
ÇEVRİLMƏLƏR
I. İctimai çevriliş
İnsaniyyətsizlik nəticəsində yaranır.
İnsaniyyət bayrağı qaldırır, ictimai quruluşu dəyişir və nəticədə təzə
İnsaniyyətsizlik yaradır.
II. Ruhani çevriliş
Adamı İnsanlaşdırır, cəmiyyəti Ruhaniləşdirir, Həyatı Amallaşdırır.
III.Münasibətlər
İctimai çevriliş Ruhani çevrilişin hissəsi, başlanğıcı ola bilər, ancaq
İnsaniyyətin təsdiqi Ruhani çevrilişlə bağlıdır, ictimai çevriliş olsa-
olsa vasitə rolunu oynaya bilər.
8 Qismət günü, Şölə Ayı. 8-ci il. Bakı.
TƏRƏQQİ ƏSARƏTİ
(Şərq faciəsi)
I
Avropanın məqsədi Avropalaşdırmaq idi, Şərqin məqsədi – tərəqqi.
Nəticədə “tərəqqi əsarəti” yarandı.
II
Tərəqqi avropalaşmaya bərabər sayıldı.
Şərq tərəqqi naminə özündən keçdi.
Tərəqqiylə buxovlandı.
III
Avropa özündən güc aldı, Şərq Avropadan.
Avropa gücləndi, Şərq gücsüzləşdi.
Nəticədə... “Avropa Şərqi” yarandı!
IV
“Ya Avropalaşmaq, ya gerilik” – Şərq başqa hikmət tanımadı.
Özündə tərəqqi aramadı.
Özündəki tərəqqiyə inanmadı.
Özünü qoyub qaçdı.
V
104
İndi əsarətdən yapışır, Cəhalətdən yapışır, Xurafatdan yapışır,
Özünü axtarır – tapmır!
VI
Şərq tərəqqisi yaranmalıdır!
Şərq müstəqilliyi yaranmalıdır!
Avropalaşan Şərq Şərqləşməlidir!
27 Şölə Ayı, Qismət günü. 8-ci il. Bakı.
RÜTBƏSİZLİK LƏYAQƏTİ
Rütbə əvəzinə Ləyaqət:
İnam Ləyaqəti.
Ədalət Ləyaqəti.
Həqiqət Ləyaqəti.
Mənəviyyat Ləyaqəti.
İnamlılar Səlahiyyəti!
Ədalətlilər Səlahiyyəti!
Həqiqətlilər Səlahiyyəti!
Mənəviyyatlılar Səlahiyyəti!
MAHİYYƏT
Asifçilik – Mütləqə İnam deməkdir.
Kamil İnsan deməkdir.
Ruhani Cəmiyyət deməkdir.
Müstəqil Xalq deməkdir.
Özümləşən Şərq deməkdir.
Ləyaqətli Bəşər deməkdir.
ŞƏRQLƏŞMƏ ZƏRURİYYƏTİ
1
Şər Azərbaycan vasitəsilə Şərqə iki güclü Zərbə endirir:
Azərbaycanın Şərqi Mahiyyətini öldürməyə çalışır, Azərbaycan
“nümunəsiylə” Şərqə Şərlik yayır.
2
Azərbaycanın Üstünü Şərqi Suvayırlar.
İçərisini Şərqdən gizləyirlər.
3
Şərqlilər Şərlə – İslam bayrağı altında döyüşürlər.
Şəri Şərlə öldürmək istəyirlər.
Başqa əlac tapmırlar.
Şəri öldürmək üçün ölürlər.
105
4
Şərq – Mütləqə İnam Bayrağına sarılmalıdır!
Kamil İnsan Bayrağına sarılmalıdır!
Ruhani Cəmiyyət Bayrağına sarılmalıdır!
Müstəqil Xalq Bayrağına sarılmalıdır!
Ləyaqətli Bəşər Bayrağına sarılmalıdır!
Şərq – Şərqləşməlidir!
MÜASİR TÜRKİYƏ
Milli Qürurunu saxlayıb,
Milli Dilini saxlayıb,
Milli Dövlətini saxlayıb,
Amalını bizdən almalıdır!
QƏRB ƏSARƏTİ
Şərq Qərbləşdikcə əsarətləşir. Qərbi Təqlid etdikcə Qərb əsarətinə
düşür.
Qərb əsarətindən qurtarmaq üçün Şərqləşmək gərəkdir!
İSLAM FƏLAKƏTİ
İslam Qəzavü-Qədər Cəhaləti yaradır. İnsana İnamı sarsıdır, İnsanı
kölələşdirir.
İslam “o dünya”, Cənnət-Cəhənnəm Xurafatı yaradır, huri-pəri
şəhvətiylə İnsanı şirnikdirir, Mənən alçaldır.
İslam tarixdə Xəlifəlik Şəri yaratdı.
Babəklərin Qanlı Qatili kimi tanındı.
İslamla Şərq Şərdən aralanmaz, Bir Şərdən Başqa Şərə düşər.
Özünün ilk dövründə İslam Bütpərəstlik zəncirini qırdı, Ərəbləri
birləşdirdi, Müqəddəsliyin Ləyaqətini qorumağa çalışdı. Sonralar Şərq
Mədəniyyətinin inkişafında müəyyən rol oynadısa da, Şərq ən çox İslama
qarşı çıxan təriqətlərə (xüsusilə Sufizmə) borcludur. Bu gün İslam Şərqin
Müstəqilliyini yox, Geriliyini təsdiq edə bilər və son nəticədə Şərə
yarayar, Xeyirə yaramaz!
İslama qarşı durmalıyıq!
5 Murad günü, Od Ayı. 8-ci il. Bakı.
VAHİD AZƏRBAYCAN SABAHI
Birləşmək üçün Müstəqilləşmək gərəkdir!
Şərdən ayrılmaq, Özümləşmək, Bütövləşmək!
106
DAXİLİ İŞIQ
(Xalqlararası Münasibət)
1. Daxili Tərəqqi İmkanlarından Tam, Hərtərəfli Bəhrələnmək.
2. Heç bir Özgə Yeniliyini, Müəssisəsini, Maddi, Mədəni, İctimai
hadisəni Təqlid etməmək, Köçürməmək – Zəruri, Təbii, Üzvi Şəkildə
Mənimsəmək, yəni öz Daxili Varlığında Əritmək, Yaşatmaq.
3. Tərəqqini, İnkişafı heç bir Xalqdan almamaq, Öz Gücüylə
Qazanmaq.
4. Tərəqqi, İnkişaf naminə Müstəqillikdən Keçməmək, Siyasi Azadlığı
Məqsəd, Maddi Təkamülü Vasitə saymaq, Öz Daxili İşığıyla İşıqlanmaq!
6 İnam günü, Od Ayı.8-ci il. Bakı.
QARŞILIQLI TƏSİR QANUNU
Mənimsəmək Ehtiyacın olduğu dərəcədə Mənimsənilmək İmkanın da
olmalıdır. Yoxsa əsarətə düşərsən, Özgədən Asılı qalarsan, Müstəqilliyini
itirərsən!
Mənimsənilmək İmkanın Yoxsa – Mənimsəmə!
MÜASİR RƏSMİ HƏYAT
Nə Şərqi, nə Qərbi – Şərli!
7 Arzu günü, Od Ayı. 8-ci il. Bakı.
BİRLİK AZADLIĞI
Azad şəkildə Birləşmək – Birlik vasitəsiylə Azad olmaq!
Azad şəkildə Bir İnanmaq – Bir İnam əsasında Azad İnanmaq!
Azad şəkildə Bir Düşünmək – Bir İdrak əsasında Azad Düşünmək!
Azad şəkildə Bir Duymaq – Bir Mənəviyyat əsasında Azad Duymaq!
Azad şəkildə Bir hərəkət etmək – Bir İradə əsasında Azad hərəkət
etmək!
Bir olmaq – Azad olmaq!
YALANA İNANMAMAQ İNAMI!
Şər İnam olmur, Şər Yalan olur.
Yalana İnam yaradırlar.
Yalana İnanmamaq İnamı yaradırıq!
DƏYİŞKƏNLİK SABİTLİYİ
1
Özümlük əsasında Dəyişkənlik.
Özgəlik əsasında Dəyişkənlik.
Birincidə Tərəqqi yaranır, ikincidə – Təqlid.
107
2
Dəyişkənlik əsasında Sabitlik.
Dəyişməzlik əsasında Sabitlik.
Birincidə Ənənə yaranır, ikincidə – Ehkam.
3
İnkişaf əsasında Bütövlük.
Ətalət əsasında Bütövlük.
Birincidə – Birlik yaranır, ikincidə – Müstəbidlik.
4
Mahiyyət Dəyişmir, Təzahür Dəyişməz qalmır.
Təzahür Mahiyyətə çatmaq üçün daim Dəyişir.
ÖZÜMLÜK HƏMİŞƏLİYİ
Özümlüyə qarşı Özgəlik – Ölümdür.
Sabitliyə qarşı Dəyişkənlik – Ölümdür.
Özün olmursansa – Yox olursan.
Sabitsizliyin – Sahibsizliyindir!
Özün kimi Dəyiş!
Dəyiş, ancaq Özün olaraq qal.
Özümlüyün – Özgədən Fərqin.
Sabitliyin – Həmişəliyin!
DOĞMALIQ – YADLIQ
1.
Xalqlar bir-birinə Doğmadır.
Çünki Bəşəri Mahiyyətləri Birdir.
Xalqlar bir-birinə Yaddır.
Çünki Təzahürləri müxtəlifdir.
Xalqlar bir-birinə Doğmadır.
Çünki İnsani Qismətləri Birdir.
Xalqlar bir-birinə Yaddır.
Çünki Tarixi Aqibətləri müxtəlifdir.
Xalqlar bir-birinə Doğmadır.
Çünki Dostluğa, Həmdəmliyə meyillidirlər.
Xalqlar bir-birinə Yaddır.
Çünki Hakimliyə, Fatehliyə meyillidirlər.
108
2.
“Bir”, “Vahid”, “Qeyri-Xəlqi” Bəşər yaratmaq vasitəsiylə “Doğmalığa”
nail olmaq – Bəşəriliyə zidd cəhddir. Çünki Təzahür zənginliyi olmayan
yerdə Mahiyyət Bütövlüyü yoxdur. Məqsəd – Müxtəlif Təzahürləri
Mahiyyətə Layiq Səviyyəyə qaldırmaqdır.
Xalqlar İnsanlıq səviyyəsinə yüksəlməlidir.
Xalqlar – İnsanlaşdıqca Doğmalaşacaq!
Xəlqi Fərqlər Yadlığa yox, Doğmalığa xidmət edəcək!
Xalqları itirmək yoluyla Bəşəri Doğmalıq yaratmaq – əslində
bəşəriliyin azalması, yadlığın artması deməkdir!
Bəşəri Doğmalıq Xəlqi Özümlüyün İnsani səviyyədə İnkişafını
tələb edir.
Xəlqi Özümlüyün ləğvi, məhvi, aradan qaldırılması yox, İnsanilik
səviyyəsinə yüksəlməsi gərəkdir!
Xalqların bir-birinə Mənəvi yaxınlığı onların fərqli Xüsusiyyətlərini
aradan qaldırmır, həmin bənzərsizliyi İnsani səviyyəyə Yüksəldir.
Bir Xalq Başqa Xalqa bənzəmir, ancaq bu bənzərsizlik
Düşmənçilik yaratmır, Dostluq yaradır, çünki o, İnsaniliyi təsdiq
edən Fərqdir, İnkar edən Fərq deyil!
Bir Xalqdan, yaxud bir neçə Böyük Xalqlardan ibarət olacaq Bəşər
ideyası – Bəşərə zidd ideyadır.
Xəlqi Zənginlik bahasına yaranan Bəşəri Vəhdət – əslində Bəşəri
Fəlakət deməkdir!
Müxtəlif, Zəngin, Rəngarəng Xalqlar Doğmalığı: – Bəşəri Yadlığın
ölümü bundadır!
MÜLKİYYƏT – ƏMƏKÇİ – İSTİSMAR
1.
“Xüsusi mülkiyyət istismar yaradır, bu səbəbdən də onu ictimai
mülkiyyətlə əvəz etmək lazımdır” – deyirlər.
Xüsusi Mülkiyyət xüsusi vəziyyətdə (kapitalist, mülkədar sahibliyində)
istismar yaradır.
Həmin xüsusi vəziyyəti ləğv edib xüsusi mülkiyyəti saxlamaq lazımdır.
Əks təqdirdə İctimai Mülkiyyət İstismarı peyda olur.
2.
“Xüsusi İstismar” olduğu kimi, “Ümumi İstismar” da var.
Xüsusi İstismarda Əməkçi zəhmətinin bəhrəsini Xüsusi Şəxs –
Kapitalist, Mülkədar mənimsəyir.
Ümumi İstismarda Əməkçi Zəhmətini İctimai Qüvvə – Dövlət
mənimsəyir.
8 Ümid günü, Od Ayı, 8-ci.
109
MİLLƏTLƏŞMƏ – BƏŞƏRLƏŞMƏ
1.
Bəşər Xalqlara, Millətlərə bölünməliydi ki, heyvanilikdən ayrılsın!
Bəşər Xalqlardan, Millətlərdən ayrılsa – heyvaniləşər!
2.
Millətçi olmadan – Bəşərçi olmazsan!
Bəşərin Millət səviyyəsini sevməsən – Onun yarımvəhşi, sürü – əslində
qeyri-bəşəri səviyyəsini sevməli olarsan!
3.
“Millətçi” sözündə Qəbahət yoxdur – Ləyaqət var!
Bəşərin Millət Səviyyəsinin – yəni Yarımvəhşilikdən, Sürülükdən
ayrılmaq səviyyəsinin Təsdiqi var!
4.
Millətlər arasında Ədavətlə Millətçiliyi qəsdən eyniləşdirirlər.
Millətçilik – Milli Yağılıq Çağırışı yox, Milli Vəhdət Tələbidir!
Milli Vəhdət naminə Mübarizə – Zəruri hadisədir, ancaq Fatehlik,
Qəsbkarlıq, Milli Nifaq Millətçiliyin Bəşəri Məzmununa Yaddır!
5.
Millətçi anlayışını Əsarətçilər gözdən salıb!
Çünki Milli vəhdət İdeyası Əsarətçiliyin Yağısıdır!
Çünki Milli Vəhdət bərqərar olanda Əsarətçilik ölür.
6.
Evlad Millətçi adıyla öyünür!
SİNFİ MÜBARİZƏ ƏFSANƏSİ
Sinfi Mübarizə Yoxdur!
Xalqın Ədalət və Azadlıq naminə, Zülm və Köləlik Əleyhinə
Döyüşü var və ayrı-ayrı Şəxslərin, Qrupların Sinfi Mübarizə pərdəsi
altında hakimiyyət uğrunda Davası var.
SİNFİ BAXIŞ YALANI
Sinfi Baxış yoxdur!
Bu və ya digər Şəxsin, Qrupun, Dövlətin Hakimiyyətini təsdiq edən
(yaxud təsdiq etməyə çalışan) Hakim (yaxud hakim olmağa can atan)
Baxış var ki, Həqiqətlə qanlıbıçaqdır.
OLMAYANLAR
1.
Sinfi İdeoloğiya olmayıb!
Ümumbəşəri Məqsədli İdeologiya olub ki, onu Dövlət, Şəxs, Qrup öz
mənafeyinə tabe etməyə çalışıb.
110
2.
Burjua İnqilabı olmayıb!
“Azadlıq, Bərabərlik, Qardaşlıq” İnqilabı olub ki, onun bəhrəsini Burjua
götürüb.
3.
Fəhlə-Kəndli hakimiyyəti olmayıb!
İctimai çevriliş nəticəsində Mülkiyyət Dövlətləşib, cəmiyyətdə Partiya
hökmranlığı bərqərar olub.
9 Dözüm günü, Od Ayı, 8-ci il. Bakı.
YENİLİK TƏBİİLİYİ
1.
Yenilik Xalqın Daxilində Ağac kimi Bitməlidir.
Yenilik Xalqın Ağacında Yetişməlidir.
2.
Xalqın Daxilində Bitməyən nə varsa – Sünidir.
Xalq Ağacında Yetişməyən nə varsa – Sünidir.
3.
Kökündən Dəyişən Xalq – Süni Xalqdır.
Kökündən Qoparılan Ağac – Quruyur.
4.
Ənənə – Daim Yeniləşən.
Yenilik – Ənənənin Davamı.
RUHANİ CƏMİYYƏT
1. Heç bir Maddi, İctimai İmtiyaza malik olmayan Başçı.
2. Fərdi Özünüidarə Səlahiyyəti. (Müstəqil İnam, Müstəqil İdrak,
Müstəqil Mənəviyyat, Müstəqil İradə).
3. Əməkçi Mülkiyyəti (Kəndli Mülkiyyəti, Fəhlələr Mülkiyyəti).
4. İnsanlaşma, İnsanlaşdırma Məqsədi.
Dostları ilə paylaş: |