VII. DOĞMALIQ MEYARI
Amal Doğmalığı!
İdeal Doğmalığı!
Tale Doğmalığı!
İnam Doğmalığı!
İmtina Doğmalığı!
İmtahan Doğmalığı!
Qeyrət Doğmalığı!
Ülfət Doğmalığı!
Zəka Doğmalığı!
Ürək Doğmalığı!
İlqar Doğmalığı!
Vüqar Doğmalığı!
İnamsızlıq Yadlığı!
Sabahsızlıq Yadlığı!
Qanadsızlıq Yadlığı!
Ruhsuzluq Yadlığı!
Duyğusuzluq Yadlığı!
Məhəbbətsizlik Yadlığı!
Ləyaqətsizlik Yadlığı!
İstək Qohumluğu!
Dilək Qohumluğu!
Qüdrət Qohumluğu!
Zillət Qohumluğu!
Hünər Qohumluğu!
Kədər Qohumluğu!
Maneə Qohumluğu!
Mətanət Qohumluğu!
Əzab Qohumluğu!
Dözüm Qohumluğu!
Həsrət Qohumluğu!
Cürət Qohumluğu!
Fəlakət Qohumluğu!
Müsibət Qohumluğu!
Sədaqət Qohumluğu!
Səadət Qohumluğu!
Düşüncə Qohumluğu!
70
İşgəncə Qohumluğu!
Mənəvi Analıq!
Mənəvi Atalıq!
Mənəvi Qardaşlıq!
Mənəvi Bacılıq!
Heysiyyət Qohumluğu!
Hissiyyat Qohumluğu!
Sevinc Doğmalığı!
Səcdə Doğmalığı!
Ümid Doğmalığı!
Cəfa Doğmalığı!
İman Doğmalığı!
Pənah Doğmalığı!
Yara Doğmalığı!
Məlhəm Doğmalığı!
Yük Doğmalığı!
Yol Doğmalığı!
Şəhidlik Doğmalığı!
Vahidlik Doğmalığı!
Dərd Doğmalığı!
Əhd Doğmalığı!
Yenidən Doğulanlar Doğmalığı!
Müqəddəs Yaşayanlar Doğmalığı!
Cismani Qohumluq Natamlığı!
Yad Ata .
Yad Ana.
Yad Qardaş.
Yad Bacı.
Yad Nəsil.
Maddi Təmənna Yadlığı.
Maddi Əlbirlik Yadlığı.
Maddi Saziş Yadlığı.
Maddi Sevda Yadlığı.
Ruhani Həyat Doğmalığı!
Mənəvi Qanad Doğmalığı!
VIII. HƏQİQƏT MEYARI
Mütləq Həqiqət!
Əbədi Həqiqət!
Dəyişməz Həqiqət!
71
Həqiqət Məcnunluğu!
Həqiqət Fədailiyi!
Həqiqət Sərməstliyi!
Ömrə Sığmayan Həqiqət!
Zəmanəyə Sığmayan Həqiqət!
Həyata Sığmayan Həqiqət!
Dünyaya Sığmayan Həqiqət!
Əzaba Sığmayan Həqiqət!
Cəzaya Sığmayan Həqiqət!
İmtiyaz Qəlibinə Sığmayan Həqiqət!
Mükafat Qəlibinə Sığmayan Həqiqət!
Sinfilik Qəlibinə Sığmayan Həqiqət!
Mənafe Qəlibinə Sığmayan Həqiqət!
Xurafat Qəlibinə Sığmayan Həqiqət!
Bəsit Təsəvvür Qəlibinə Sığmayan Həqiqət!
Hərcayi Təxəyyül Qəlibinə Sığmayan Həqiqət!
Yarımhəqiqət Heçliyi.
Nisbi Həqiqət Həqiqətsizliyi.
Taleyə çevrilən Həqiqət!
Könüldə qalanan Həqiqət!
Ruhlara çilənən Həqiqət!
Vəcdli Həqiqət!
Ehtizazlı Həqiqət!
Yandırılan, fəqət yanmayan Həqiqət!
Söndürülən, fəqət sönməyən Həqiqət!
İtirilən, fəqət itməyən Həqiqət!
Öldürülən, fəqət ölməyən Həqiqət!
Sarsıdan Həqiqət!
Ağladan Həqiqət!
Öldürən Həqiqət!
Dirildən Həqiqət!
Əzəli Həqiqət!
Möcüzəli Həqiqət!
Fərəhli Həqiqət!
Dəhşətli Həqiqət!
Məşəqqətli Həqiqət!
Mütləq Saflıq!
Mütləq Xeyirxahlıq!
Mütləq Təsdiq!
Mütləq İnkar!
Mütləq Heyrət!
72
Mütləq Nifrət!
Mütləq Sevinc!
Mütləq Kədər!
Haqsevərlik Həqiqəti!
Xalqsevərlik Həqiqəti!
Həqiqətsizlik Həqarəti!
Özümsüzlük Xəyanəti!
Həqiqətpərəstlər Həqiqəti!
Müqəddəslər Həqiqəti!
IX. MƏNƏVİYYAT MEYARI
Mütləq Özündənkeçmə!
Mütləq İmtina!
Mütləq Xeyir!
Yarımkamillik Heçliyi!
Yarımaqillik Heçliyi!
Yarımqəhrəmanlıq Heçliyi!
Yarımböyüklük Heçliyi!
Sabahla Vəhdət!
Amalla Vəhdət!
İdealla Vəhdət!
Şübhəsiz İnam!
Tərəddüdsüz Qurban!
Qorxusuz Ölüm.
Mütləq Günahsızlıq.
Mütləq Çirkabsızlıq.
Mütləq Yalansızlıq.
Mütləq Yamansızlıq.
Mütləq Təmənnasızlıq.
Mütləq Haqsevərlik.
Mütləq Cəngavərlik.
Mütləq Alilik.
Mütləq Doğmalıq.
Mütləq Nicat.
Mütləq Sabah.
Mütləq Kömək.
Mütləq İstək.
Mütləq Həmdəm.
Mütləq Düşmən.
Mütləq Dərd.
73
Mütləq Dərman.
Mütləq Atəş.
Mütləq And.
Mütləq Borc.
Mütləq Qiymət.
Mütləq Sərvət.
Mütləq Yol.
Mütləq Çağırış.
X. MƏHƏBBƏT MEYARI
Hərcayi yaşaya bilməmək!
Şəhvani yaşaya bilməmək!
Özünü itirmək və tapmaq!
Dünyanı yenidən tanımaq!
İnsanı yenidən tanımaq!
Yuxudan Ayılmaq.
Özünə Qayıtmaq.
Daxillə Zahirin vəhdəti.
Ürəklə Ağılın Vəhdəti.
Adiylə Alinin Vəhdəti.
Duyğuyla İsmətin Vəhdəti.
Həvəslə Qeyrətin Vəhdəti.
Sevinclə Kədərin Vəhdəti.
Nəşəylə Əzabın Vəhdəti.
Yenidən Doğulmaq.
Yenidən Görmək.
Yenidən Eşitmək.
Yenidən Duymaq.
Möcüzələr Məqamı.
Divanələr Məqamı.
Ruhanilər Məqamı.
Səmavilər Məqamı.
Kiçik “Mən”in Ölməsi.
Kiçik Qəmin Ölməsi.
Cahil Sevinc Ölümü.
Zail Nəşə Ölümü.
Heyvanlıqdan ayrılma.
Qaranlıqdan Ayrılma.
Bəsitlikdən Ayrılma.
Zəlillikdən Ayrılma.
74
Məşəqqət Müqəddəsliyi.
Fəlakət Müqəddəsliyi.
Müsibət Müqəddəsliyi.
Əbədi Vurğunluq Aqibəti.
Ruhani Çılğınlıq Aqibəti.
Təzədən Yoğrulmaq Aqibəti.
Atəşdə Qovrulmaq Aqibəti.
Fərəh Bənzərsizliyi.
Cəfa Bənzərsizliyi.
Dözüm Bənzərsizliyi.
İdrak Bənzərsizliyi.
Xidmət Bənzərsizliyi.
Kömək Bənzərsizliyi.
İqbal Bənzərsizliyi.
Xəyal Bənzərsizliyi.
Heçlikdən Ayrılmaq.
Xülyadan Ayrılmaq.
Boyadan Ayrılmaq.
Riyadan Ayrılmaq.
Hiylədən Ayrılmaq.
Tamahdan Ayrılmaq.
Günahdan Ayrılmaq.
Gözlərin Təzə Mənası.
Üzlərin Təzə Mənası.
Taledən Yüksəyə Qalxmaq.
İmkandan Yüksəyə Qalxmaq.
Zamandan Yüksəyə Qalxmaq.
Gerçəklikdən Yüksəyə Qalxmaq.
Yüksəklikdən Yüksəyə Qalxmaq.
Yaşamağa oxşamayan Yaşamaq.
Xoşbəxtliyə oxşamayan Xoşbəxtlik.
Sevincə oxşamayan Sevinc.
Müdrikliyə oxşamayan Müdriklik.
Əzaba bənzəyən Nəşə.
Cəzaya bənzəyən Bəxşiş.
Təhqirə bənzəyən Pərəstiş.
Nifrətə bənzəyən Nəvaziş.
Ölməyə bənzəyən Doğuluş.
Körpəliyə bənzəyən Yetkinlik.
Qocalığa bənzəyən İlkinlik.
Kiçiyin Böyüyə çevrilməsi.
75
Keçicinin Əbədiyə çevrilməsi.
Duyğunun Ehtirasa çevrilməsi.
Fikrin Ehtizaza çevrilməsi.
Heyrətin Vəcdə çevrilməsi.
Hörmətin Səcdəyə çevrilməsi.
Qüvvənin Qüdrətə çevrilməsi.
Adamın İnsana çevrilməsi.
Doğrunun Haqqa çevrilməsi.
Tayfanın Xalqa çevrilməsi.
Əzəli Mənaya qovuşmaq.
Ruhani Dünyaya qovuşmaq.
Uzaqla Yaxının Təması!
Sonluyla Sonsuzun Təması!
İnsanla Mütləqin Təması!
XI. TƏRƏQQİ MEYARI
Mənəviyyatın birinciliyi – İqtisadiyyatın İkinciliyi.
Ruhaniliyin birinciliyi – İctimailiyin İkinciliyi.
Kamillər Zənginliyi.
Adillər Zənginliyi.
Ülvilər Zənginliyi.
Müdriklər Zənginliyi.
Məhəbbətlilər Zənginliyi.
Mərhəmətlilər Zənginliyi.
Kişilər Zənginliyi.
Qadınlar Zənginliyi.
Analar Zənginliyi.
Evladlar Zənginliyi.
Vicdanlılar Zənginliyi.
İmanlılar Zənginliyi.
Qəddarlığın Ölümü.
Quldurluğun Ölümü.
Köləliyin Ölümü.
Kölgəliyin Ölümü.
Naqisliyin Ölümü.
Nacinsliyin Ölümü.
Xəbisliyin Ölümü.
Hərisliyin Ölümü.
Qatilliyin Ölümü.
Cahilliyin Ölümü.
76
İnsanı Tanımaq.
İblisdən Ayrılmaq.
Fədakarlar Zadəganlığı.
Cəfakarlar Zadəganlığı.
Pərvanələr Zadəganlığı.
Divanələr Zadəganlığı.
Heyrətlilər Zadəganlığı.
Qeyrətlilər Zadəganlığı.
Yananlar Zadəganlığı.
Qananlar Zadəganlığı.
Həqiqət Çoxluğu.
Ləyaqət Çoxluğu.
Əlvanlıq Çoxluğu.
Rəvanlıq Çoxluğu.
Saflıq Yarışı.
Xeyirxahlıq Yarışı.
Həmdəmlik Yarışı.
İnam Yarışı.
Vüqar Yarışı.
İlqar Yarışı.
Nifrətin Ülfətə çevrilməsi.
Hiddətin İzzətə çevrilməsi.
Şərin Xeyirə çevrilməsi.
Yırtıcının Müqəddəsə çevrilməsi.
Ruhun Qələbəsi.
Nurun Qələbəsi.
XII. SƏADƏT MEYARI
Mütləqlə Görüş Sevinci!
Özüylə Döyüş Sevinci!
Amalda İtmək Sevinci!
Canından Keçmək Sevinci!
Ruhdan Yoğrulmaq Sevinci!
Yenidən Doğulmaq Sevinci!
İşgəncələr Sevinci!
Ülvi Qəmlər Sevinci!
Xilaskarlıq Sevinci!
Düz İlqarlıq Sevinci!
Dayaq olmaq Sevinci!
Oyaq olmaq Sevinci!
77
Fəlakətlər Sevinci!
Müsibətlər Sevinci!
Tikandan Gül bitirmək!
Şərdən Xeyir yetirmək!
Parçalanmaq – Yaşamaq.
Şaqqalanmaq – Yaşamaq.
İdeala vurulmaq.
Sabaha vurulmaq.
Zindanda Vüqar Sevinci.
Dəhşətdə Kamal Sevinci.
Əşyasevərlərə bənzəməmək.
Nəşəsevərlərə bənzəməmək.
Bədbinlərə bənzəməmək.
Xudbinlərə bənzəməmək.
Rahatlığı sevməmək – Qanadlılığı sevmək!
Dəyişkənliyi sevməmək – Sabitliyi sevmək!
Şirinliyi sevməmək – Acılığı sevmək!
Namərd Sevinci sevməmək – Mərd Kədəri sevmək.
Namərd Dərmanı sevməmək – Mərd Dərdi sevmək.
Hərcayi Xoşbəxtliyi sevməmək – Həyalı Bədbəxtliyi sevmək.
Ləyaqətsiz Gülüşü sevməmək – Ləyaqətli Fəryadı sevmək.
Ya hər şey, ya heç nə.
Ya Zirvə, ya Uçurum.
Ya Səma, ya Yer.
Ya Ali, ya Bəsit.
Ya Həyat, ya Ölüm.
Ya Böyük Mən, ya Heçlik.
Ya Ruhanilik, ya Heçlik.
Ya Özündən keçən, ya Amaldan keçən.
Ya Məhəbbət, ya Nifrət.
Ya Ləyaqət, ya Qəbahət.
Ya Dostluq, ya Yalqızlıq.
Ya Qalib, ya Məğlub.
Ya Əbədi, ya Keçici.
Ya Ruhu sevmək, ya Bədəni.
Ya Nuru sevmək, ya Zülməti.
Ya Haqqı sevmək, ya Yalanı.
Ya Xalqı sevmək, ya Özünü.
Təhqir Yağışından keçmək.
Tənə Yağışından keçmək.
Böhtan Yağışından keçmək.
78
Ləkə Yağışından keçmək.
Naşı Qarğışından keçmək.
Ölüm Qarşısından keçmək.
Sinənin Dağı.
Sifətin Qırışı.
Belin Bükümü.
Əllərin Qabarı.
Ayağın Yağırı.
Ömrün Yükü.
YOL
Meyar əsasında Yaşamaq.
Meyar əsasında Yaşatmaq.
Meyar uğrunda Döyüşmək.
Bəşəri dəyişmək.
Bakı. Sentyabr, 1982-ci il.
QANUN
MÜTLƏQ
Mütləq Var, çünki İnsan Gerçəklikdən Artıqdır.
Mütləq Var, çünki Həyat Gerçəklikdən Artıqdır.
Mütləq Var, çünki Dünya Gerçəklikdən Artıqdır.
Mütləq Var, çünki İnsan Nisbiyə sığmır.
Mütləq Var, çünki Həyat Nisbiyə sığmır.
Mütləq Var, çünki Dünya Nisbiyə sığmır.
Mütləq Var, çünki İnsanilik – Sonsuzdur!
Mütləq Var, çünki Həyatilik – Sonsuzdur!
Mütləq Var, çünki Dünyəvilik – Sonsuzdur!
Mütləq Var, çünki İnsanilik – Əbədidir!
Həyatilik – Əbədidir!
Dünyəvilik – Əbədidir!
Mütləq Var, çünki İnsanilik – Kamillikdir!
Həyatilik – Kamillikdir!
Dünyəvilik – Kamillikdir!
79
İnsanın Mahiyyəti – Mütləqdir!
Həyatın Mahiyyəti – Mütləqdir!
Dünyanın Mahiyyəti – Mütləqdir!
Yeri-Göyü yaradan Allah yoxdur!
İnsan taleyinə sahib olan Allah yoxdur!
O dünya təskinliyi və qorxusu yoxdur!
Mövhumat – Yalandır.
Mütləqə inanmayan – İnsana inanmır.
Həyata inanmır.
Dünyaya inanmır.
İnsanı İnsandan kiçik görür!
Həyatı Həyatdan kiçik görür!
Dünyanı Dünyadan kiçik görür!
Dəyişkəni görür – Dəyişməzi görmür!
Ölümlünü görür – Ölümsüzü görmür!
Qeyri-kamili görür – Kamili görmür!
Sonlunu görür – Sonsuzu görmür!
İnsan – İnsaniliyə bərabərdir.
İnsanilik – Mahiyyətdir.
Mahiyyət – Mütləqdir.
Mütləqə inanan – İnsana inanır.
Həyat – Həyatiliyə bərabərdir.
Həyatilik – Mahiyyətdir.
Mahiyyət – Mütləqdir.
Mütləqə inanan – Həyata inanır.
Dünya – Dünyəviliyə bərabərdir.
Dünyəvilik – Mahiyyətdir.
Mahiyyət – Mütləqdir.
Mütləqə inanan – Dünyaya inanır.
Özünə bərabər olmaq üçün İnsan Mütləqə bərabər olmalıdır.
Özünə bərabər olmaq üçün Həyat Mütləqə bərabər olmalıdır.
Özünə bərabər olmaq üçün Dünya Mütləqə bərabər olmalıdır.
Mütləqə İnanan – Özünə inanır.
Mütləqləşən – Özünə çatır.
İNSAN
İnsan – Nisbidə təzahür edən Mütləqdir.
Cismanilikdə təzahür edən Ruhanilikdir.
Ölümlüdə təzahür edən Əbədilikdir.
Qeyri-kamildə təzahür edən Kamillikdir.
80
Bu səbəbdən də Özünə, Mahiyyətinə bərabər deyil!
Özünə bərabər olmaq üçün o, özündən Yüksəyə qalxmalıdır.
Nisbiliyin üzərində Qələbə çalmalı – Mütləqləşməlidir!
Cismaninin üzərində Qələbə çalmalı – Ruhaniləşməlidir!
Keçicinin üzərində Qələbə çalmalı – Sonsuzlaşmalıdır!
Ölümlünün üzərində Qələbə çalmalı – Əbədiləşməlidir!
Qeyri-kamilliyin üzərində Qələbə çalmalı – Kamilləşməlidir!
Nisbiliyin üzərində Qələbə çalmaq – Mütləq Mənəviyyata, Mütləq
İdraka və Mütləq İradəyə sahib olmaqdır.
Cismaninin üzərində Qələbə çalmaq –
Heyvaniliyi, Vəhşiliyi öldürməkdir.
Keçicinin üzərində Qələbə çalmaq –
Hərcayiliyi məğlub etməkdir.
Ölümlünün üzərində Qələbə çalmaq –
Ölümsüz Düşüncələr, Duyğular, Əməllər sahibi olmaqdır.
Qeyri-kamilliyin üzərində Qələbə çalmaq –
yarımxeyirdən, yarımgözəllikdən, yarımböyüklükdən xilas olmaqdır.
İnsanilik – Mahiyyətə bərabər olmaqdır.
Mütləqləşmək – Var olmaqdır!
XALQ
Xalq – Müstəqil Fərdlərin Birliyidir.
Müstəqil Fərd olmayan yerdə – Xalq yoxdur!
Xalq – Müstəqil Birlikdir.
Müstəqil olmayan – Yox olandır!
Xalq – Ruhani Birlikdir.
Etiqad, İdrak, Əxlaq, Dil Birliyi olmayan yerdə – Xalq yoxdur!
Xalq – İctimai Birlikdir.
Təbəqələrə ayrılan, parçalanan, paralanan Xalq – Xalq deyil!
Xalq – Mənşə Birliyidir.
Etnik Vəhdətə malik olmayan Xalq – Xalq deyil!
Xalq – Tale Birliyidir.
Tarixi Birlik olmayan yerdə Xalq yoxdur!
Xalq – Müqəddəsləşən Torpaq, Vətən Birliyidir.
Vətən Birliyi olmayan yerdə Xalq yoxdur!
Bəşər – Müstəqil Xalqların Vəhdətidir.
Qeyri-müstəqil Xalqlardan yaranan Bəşər – yoxdur!
Bu səbəbdən də Xəlqilik – Bəşərilik deməkdir.
Fərdi itirən Xalq – Özünü itirir.
Xalqı itirən Bəşər – Özünü itirir.
81
Xalqa xidmət edən – Bəşərə xidmət edir.
Bəşərə xidmət edən – Mütləqə xidmət edir.
Xalqlaşan – Mütləqləşir!
CƏMİYYƏT
Cəmiyyət – İnsaniləşməlidir.
Şəxsiyyət – özünüidarə səlahiyyətinə malik olmalıdır.
O, Müstəqil Düşüncəyə, İradəyə, Etiqada sahib olmalıdır.
Mütləqiyyət – İnsana Ziddir.
Zadəganlıq Dövləti – İnsana Ziddir.
Qərb Üsul-İdarəsi – İnsana Ziddir.
Totalitarizm (Dövlət Hakimiyyəti) – İnsana Ziddir.
Ruhani Dövlət yaranmalıdır!
Müstəqil Fərdlərdən Xalq yaradan Dövlət!
Ruhani Qanunlara əsaslanan Dövlət!
Xalqı Dünyada təmsil edən və qoruyan Dövlət!
Fərdi cəmin təzyiqindən, cəmi fərdin zorakılığından xilas edən Dövlət!
Ağalıq yox, Hakimlik yox, Atalıq səviyyəsinə yüksələn Dövlət!
Mülkiyyəti Əməkçiyə çatdıran Dövlət!
Fərdi Mülkiyyət bərabərliyi yaradan Dövlət!
İmtiyaz bərabərliyi yaradan Dövlət!
İxtisas bərabərliyi yaradan Dövlət!
Maddini Ruhaniyə tabe edən Dövlət!
İqtisadiyyatı Mənəviyyata tabe edən Dövlət!
Mənəvi Kamilə, Ruhani Başçıya tabe olan Dövlət!
İnsanı itirən Cəmiyyət Özünü İnsanda Tapmalıdır!
TƏLƏB
Mütləqə inan!
Özünü dəyiş!
Fərdiyyəti qoru!
Xalqlaş! Xalqı Yaşat!
Özünü İdarə et!
Zora baş əymə!
Mütləq Mənəviyyata sahib ol!
Mütləq İdraka sahib ol!
Mütləq İradəyə sahib ol!
Ruhani Dövlət yarat!
İmtiyaz bərabərliyini təsdiq et!
82
İxtisas bərabərliyini təsdiq et!
Əməkçi mülkiyyətini təsdiq et!
Fərdi mülkiyyət bərabərliyini təsdiq et!
Ruhaniliyə tabe olan İqtisadiyyat yarat!
Ruhaniliyə tabe olan Əməyi təsdiq et!
Müstəbid Hakimiyyətini rədd et!
Zadəgan Hakimiyyətini rədd et!
Qərb üsul-idarəsini rədd et!
Total Hakimiyyəti rədd et!
İnsan ol, İnsanlaşdır!
MÜQƏDDƏSLİK
Ruhani Qanun – Mütləq Qanundur!
Dəyişməz, Ölməz, Kamil, Sonsuz!
Ona əməl edən – İnsana xidmət edir!
Ona Xəyanət edən – İnsana xəyanət edir!
İnsana xəyanət edən – yaşamır!
24 Ata Ayı, 6-cı il. Bakı.
(24 sentyabr 1884-cü il.)
ÜSUL
I. ŞƏRDƏN AYRILMAQ
Əsarətə Düşmə!
Əsarətə Salma!
Əsarət – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Zülmə Dözmə!
Zülmə Salma!
Zülm – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
83
Həqarətə Dözmə!
Həqarət Yaratma!
Həqarət – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Aldanma!
Aldatma!
Yalan – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Oynama!
Oynatma!
Oyun – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Qorxma!
Qorxutma!
Qorxu – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Əyilmə!
Əymə!
Əyilmək – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Özgələşmə!
Özgələşdirmə!
Özgəlik – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Eyniləşmə!
Eyniləşdirmə!
Eynilik – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
84
İnsansızlığa dözmə!
İnsansızlıq Yaratma!
İnsansızlıq – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Xalqsızlığa Dözmə!
Xalqsızlıq Yaratma!
Xalqsızlıq – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Haqsızlığa Dözmə!
Haqsızlıq Yaratma!
Haqsızlıq – Ölümdür!
Ölmə və Öldürmə!
Yaşa! Yaşat!
Ruhani Yolçu ol!
II. ŞƏRİ SARSITMAQ
Əsarəti İnkar et, İfşa et, Damğala!
Zülmü İnkar et, İfşa et, Damğala!
Həqarəti İnkar et, İfşa et, Damğala!
Yalanı İnkar et, İfşa et, Damğala!
Oyunu İnkar et, İfşa et, Damğala!
Qorxunu İnkar et, İfşa et, Damğala!
Mütiliyi İnkar et, İfşa et, Damğala!
Özgələşməni İnkar et, İfşa et, Damğala!
Eyniləşməni İnkar et, İfşa et, Damğala!
İnsansızlığı İnkar et, İfşa et, Damğala!
Xalqsızlığı İnkar et, İfşa et, Damğala!
Haqsızlığı İnkar et, İfşa et, Damğala!
Ruhani Qəhrəman ol!
Dostları ilə paylaş: |