Ocaqçının qəddar düşmənlərindən biri də İnamsızlıqdır.
Bu eybəcərlik özünü ən çox Müqəddəsliyin inkarında büruzə verir.
İnamsızlar üçün Dünyada Pərəstişə, Heyrətə, Məhəbbətə layiq heç nə
yoxdur: Anaya səcdə qılmaq olmaz, çünki o, adi bioloji varlıqdır, təbiətin
iradəsinə tabe olur. Evlada Məhəbbəti – təbii instinktlərin təzahüründən
başqa bir şey deyil.
Sevgidə də Müqəddəslik yoxdur, çünki çılğın Heyranlığın arxasında adi
cinsi tələbat durur.
İnamsız – nə Körpə Gülüşündə, nə Musiqi Sədasında, nə Qəlbin
Riqqətində, nə Təxəyyülün Qanadlı Uçuşunda, nə Gözəlliyin Çağırışında,
nə İnsanın Tanrılarla Yarışında, nə İdeal Həsrətində, nə Fədakarlıq
Şeiriyyətində Böyüklük görmür.
Ocaqçı bu mənfur əhval-ruhiyyəni kökündən qoparıb atmalıdır,
Həyatda, Mənəviyyatda, İdrakda Müqəddəsliyi bərpa etməlidir.
Vətən, Məhəbbət, Əqidə, Gözəllik, Ədalət, Bəşərsevərlik, Həqiqət,
Qeyrət, Sədaqət – Müqəddəsdirlər!
Bunu inkar edənin heyvandan fərqi yoxdur, çünki onda ən müdhiş
qəbahətə belə haqq qazandırmaq olar.
Satqınlığını təmizə çıxararsan, deyərsən ki, dünyada Mütləq heç nə
yoxdur, ona görə əqidəmi ildə bir neçə dəfə dəyişirəm.
Yaltaqlığını müdafiə edə bilərsən, deyərsən ki, qeyrətsiz də yaşamaq
olar, Mütləq Mənəvi Kamilliyə inanmadığım üçün Mənəviyyatsızlığımı
günah saymıram.
Əxlaqsızlığın da səni narahat etməz, deyərsən ki, Əxlaq buxovdur,
ondan xilas olmaq günah deyil.
Qeyrətsizliyinə də səbəb tapa bilərsən, deyərsən ki, can şirindir.
Müqəddəslik inkar olunanda ən murdar cinayətə belə, haqq
qazandırmaq olar.
Müqəddəslik itən yerdə Şər ağacı bitir. Buna görə də İnamsızlıqla
mübarizə bir an da dayanmamalıdır!
Ocaqçının eybəcərliklə döyüşü çətin, davamlı və gərgindir. Ancaq
Ocaqçı cəngavərlik Yoluna Fərəhlə qədəm qoyur. Çünki fəaliyyətinin
gərəkliyinə, zəruriliyinə, ali mənasına tam inanır.
38
3. BUGÜNƏ MÜNASİBƏT
Ocaqçı Bugünü Sabaha aparan Yol kimi qiymətləndirir.
O, Bugünü Sabahın hissəsi sayır.
Ocaqçı Bugünü Gözəllik nümunəsi, İdeala uyğun hadisə hesab etmir.
O, Bugünün adiliyini, nöqsanlılığını, natamlığını görür.
Ocaqçı Bugünün Mənasına Sabahın Zirvələrindən baxır və görür ki,
Bugün Sabah qarşısında cılızdır, naqisdir, qeyri-kamildir. Buna görə də o,
Bugünü təkmilləşdirməyi, Sabahı yaxşılaşdırmağı öz məqsədi sayır.
Ocaqçı Bugündə Sabahın Evladı kimi yaşayır.
O, Bugünün bəsit şüurunda hökm sürən təsəvvürləri rədd edir, müasir
qəbahəti damğalayır.
Sabah Ocaqçının nəzərində Bugündən yerdən göyə qədər fərqli
olmalıdır, onunla təzad təşkil etməlidir.
Bu baxımdan, Sabah Bugünün inkarıdır. Ancaq həmin inkar Bugünün
daxilində başlayır. Bu səbəbdən də Bugünkü Həyatın eybəcərliyiylə
döyüş Sabahkı Dünyanın yaranmasına xidmət edir.
Ocaqçı başqalarından fərqli olaraq, Bugündə Sabahkı Əxlaq, İdrak,
Mənəviyyat əsasında yaşayır və öz Həyat Tərzini müasir Həyat Tərzinə
qarşı qoyur.
Ancaq o, bununla Bugünə misilsiz xidmət göstərir, onu çirkabdan
qurtarır, ona Ülvilik gətirir.
Bu baxımdan o, Bugünün həm düşməni, həm də dostudur.
Düşmənidir, çünki Bugünə xas olan eybəcərlikləri qamçılayır, ifşa edir,
rədd edir.
Dostudur, çünki İnsani Həyatın Ali Mahiyyətinə xas olan Ülvi
Keyfiyyətləri Bugünə gətirir, Həyatı Çirkinlikdən təmizləyir.
Ocaqçı onu da bilir ki, Çirkabdan təmizlənən Dünya artıq Bugünkü
Dünya olmayacaq.
Ocaqçı Bugündə Gözəl nə varsa, özüylə Sabaha aparır.
Bununla da Bugünkü Naqisliyə son qoyulur.
4. DÜNƏNƏ MÜNASİBƏT
Ocaqçı “Bugün Dünəndən hər cəhətdən Üstündür” – cəfəngiyyatını
rədd edir. Ocaqçı özünü Fədakarlıq, İdraki Qəhrəmanlıq, Ülvi Ruhanilik
Ənənəsinin varisi sayır. Ocaqçı belə hesab edir ki, həmin Ənənəni
Ağıllara, Ürəklərə həkk etməklə, Mənəviyyatı Müqəddəslik suyunda
çimizdirməklə öz məqsədinə nail ola bilər. Bu baxımdan Ocaqçı öz
keçmişinə Mənən qayıdır.
39
Ancaq o, Keçmişin Ədalətsizliyinə, Zülmünə qayıtmır, Böyüklüyünə,
Ölməzliyinə qayıdır.
O, görür ki, Nəsimilərin, Füzulilərin Ruhu Ürəklərdə kök salmayıb.
Bugünkülərin çoxu dahilərin adlarını bilir, Ruhunu bilmir.
Onlar Füzuli Ülviyyətindən, Nəsimi Heyrətindən, Muğam Hikmətindən
uzaqdırlar.
Adət-ənənələrin zahiri tərəfi mənimsənilib, onların arxasında duran
Məna indikilərə yabançıdır.
Keçmiş ilə Bugün arasında süni sədd yaradılıb.
Keçmiş ən çox qara rənglə çəkilir.
Əslində isə biz Keçmişimizlə fəxr etməliyik, çünki ən dərin, fəlsəfi,
bədii, əxlaqi məsələləri qədim Müdriklərimiz həll ediblər.
Ocaqçı Keçmişə arxalanır, Bugünün Eybəcərlikləri ilə döyüşür,
Sabahı təsdiq edir.
Ocaqçı görür ki, müasir Həyatda Şərq fəlsəfi-poetik ənənəsinin təsiri
yox dərəcəsindədir.
Ona görə də Şərqli Şərqliliyini itirib.
Ocaqçı Şərq Ruhunu bərpa etməyi öz Müqəddəs Borcu sayır.
Tarixdə Ali, Gözəl, Mənalı nə olubsa, qorunmalı, bəslənməli, Bəşərin
Mənəviyyatına axıdılmalıdır!
5. SABAHA MÜNASİBƏT
Ocaqçı Sabah yönlüdür, Sabahla təmasdadır, Sabah əsasında
yaşayır, Sabahı hazırlayır.
Ocaqçının Sabahı – yeni Mənəviyyat, yeni İdrak, yeni Həyat Tərzi
deməkdir.
Yeni Mənəviyyat – Müqəddəsliyə, Ülviliyə, Ruhani Tamlığa
əsaslanan Mənəviyyatdır.
Yeni İdrak – İnsanı öz əsil Mahiyyətinə qaytaran İdrakdır.
Yeni Həyat Tərzi – Özündənkeçməni, Fədakarlığı, Əxlaqi Kamilliyi
normaya çevirən Həyat Tərzidir.
Ocaqçı Bugündə Sabah üçün yaşayan Şəxsdir.
6. FƏLSƏFƏYƏ MÜNASİBƏT
Ocaqçı mürəkkəb, Ülvi, çoxçeşidli Fəlsəfi Fikri sxemlərə qurban verən
Doqmatizmin, Ehkamçılığın düşmənidir.
Fəlsəfəni məlum müddəalar yığınına çevirmək və İdrakın minillik tarixi
gedişinə, nailiyyətlərinə göz yummaq – barbarlıqdır.
40
Fəlsəfəni bitmiş, tükənmiş hesab etmək, alimliyi əzbərçilik, şərhçilik
səviyyəsinə endirmək bədnam naşılıqdır.
Dünyada ən Ali İdraki Fəaliyyət sayılan Filosofluq bugün ən miskin
peşə vəziyyətinə alçaldılıb. Tutuquşuluq, Qəzetçilik və Professorluq
Fəlsəfəsi – fikirsizlik, məddahlıq, diplomatik rəqqaslıq, mütilik səfsəfəsi
törədib.
Dünyanı və İnsanı Saflaşdırmaq, Yüksəltmək, Kamilləşdirmək
Qüdrətinə malik olan Fəlsəfə – bəsitliyi yaymaq, eybəcərliyi təsdiq etmək
miskinliyinə endirilmişdir.
Fəlsəfə ilə Xalq arasında uçurum yaranmışdır.
Çinovnik üslubunda yazılmış əsərlər arxivlərdə, kitab anbarlarında
tozlanır, jurnalları, qəzetləri dolduran sönük, idraksız yazılar oxunmur.
Xalq “Filosofları” tanımır, çünki onlar Xalqa lazım deyillər.
Ocaqçı belə hesab edir ki, Fəlsəfənin Peyğəmbərlik siqlətini, Ürəklərə,
Ağıllara, Talelərə misilsiz təsirini, Xəlqi Mahiyyətini, İdraki Vüsətini, Poetik
Pafosunu, Bədiiyyatını, müəyyən Məzmun və Forma Gözəlliyini, Həqiqət
Eşqini, Cəngavərliyini bərpa etmək gərəkdir.
Bu baxımdan, ən çox Zəka ilə Hissin, Təhlil ilə Şeiriyyətin, Tədqiq ilə
Vəhyin Vəhdətinə qayıtmaq və onu yüksək səviyyəyə qaldırmaq lazımdır.
Fəlsəfə Şeir qədər, Musiqi qədər cazibədar olmalıdır. O, həm də İnsan
ilə Dünya münasibətinə aid olan böyük suallara daha dərin və daha
dürüst cavab verməlidir.
Fəlsəfə həm Müəllim, həm Mənəvi Həkim, həm Qəhrəman, həm də
Ruhani Rəhbər rolunu öz üzərinə götürməlidir.
Bu baxımdan, o, həm elm, həm sənət, həm İdraki fəaliyyət, həm əməli
iş, həm tədqiqat, həm də Peyğəmbərlik olmalıdır. O, öz böyüklüyüylə
Vətən və Bəşəri təmsil etməlidir.
Ocaqçı bu Fəlsəfənin həm tələbəsi, həm ardıcılı, həm də keşikçisi
olmalıdır.
7. SƏNƏTƏ MÜNASİBƏT
Ocaqçı – Həyatı sadəcə təsvir edən, Yüksək İdeallara, Mənəvi
Kamilliyə çağırmayan sənəti Sənət saymır.
Ocaqçı – novatorluq, orijinallıq pərdəsi altında xəlqi Mahiyyətə,
Ənənəyə arxa çevirən təqlidçi sənəti Sənət saymır.
Ocaqçı – Müqəddəslik Ruhuna yad olan həyasız sənəti Sənət saymır.
Ocaqçı – məddah sənəti Sənət saymır.
Ocaqçı – Fəlsəfi Təfəkkürlə təmasda olmayan, ondan bəhrələnməyən,
onunla yanaşı addımlamayan sənəti Sənət saymır.
41
Ocaqçı – ucuz Şöhrət naminə İdeal Niyyətləri bayağılaşdıran hay-
küyçü sənəti Sənət saymır.
Ocaqçı – məzmun və forma kamilliyindən, gözəlliyindən məhrum olan
ilhamsız, ehtirassız, qanadsız sənəti Sənət saymır.
Ocaqçı – həyatı ilə yaradıcılığı arasında birlik olmayan, Xalqı Ali
Hisslərə çağıran, özü isə murdar yaşayan sənətkarı Sənətkar saymır.
Ocaqçı – başabəla şairlərin, nasirlərin pərpətöyün kimi artmasını
ictimai bəla sayır.
Ocaqçı – gənclərin bir qismi arasında geniş yayılmış şairə pərəstiş
avamlığını damğalamalıdır.
Ocaqçı – yaranan kimi yoxa çıxan gündəlik sənəti Sənət saymır.
Ocaqçı – fikirsiz, ilhamsız, cəsarətsiz, qeyrətsiz, təsvirçi tənqidi Tənqid
saymır.
Ocaqçı – İdeala çağıran, Dünya Bədii Fikrinə söykənən, öz Şərqi
Mahiyyətinə sadiq olan, Xalq Mənəviyyatını, İdrakını ifadə edən,
Müqəddəsliyi bərpa edən Fəlsəfi Siqlətə, Əxlaqi Kamilliyə malik olan,
Həyatdakı eybəcərliklə vuruşan Filosoflar, Cəngavərlər, Cəfakeşlər
yetirməyə qadir olan böyük Sənət istəyir.
Belə Sənət hələ yoxdur. Ancaq onun yaranmasına Ocaqçının İnamı
sonsuzdur.
Ocaq öz Fəlsəfəsini yetirdiyi kimi, öz Sənətini də yetirəcəkdir.
8. OCAĞA MÜNASİBƏT
Ocaq – Ocaqçının Müqəddəs Dünyasıdır, Həyatıdır, Səcdəgahıdır.
Ocaqçının ən böyük Andı “Ocaq haqqı” sözləri olmalıdır.
Ocaq Andına xilaf çıxmaq – Cinayətdir.
Ocaq Ocaqçının ən böyük Dayağıdır. Ocaqçı həmişə Qəlbən, Mənən
Ocaqla olmalıdır. İmtahan verən tələbə, əsər yazan ziyalı, övladını
intizarla gözləyən Ana, ilk dəfə dərs keçən Müəllim, tamaşaçı qarşısında
çıxış edən Aktyor, Sevgilisindən Məhəbbət kəlməsi gözləyən Aşiq
Ocaqdan kömək diləyir. Ailə quran Ocaqçı toy məclisindən əvvəl Ocağa
gəlir, Ocaqdan Xeyir-dua alır. Ata qarşısında And içir: “And içirəm,
Məhəbbətimə Sədaqətli olacağam! Ocağıma layiq Ailə Başçısı olacağam.
Övladlarımı Ocaq Ruhunda böyüdəcəyəm. Andıma xilaf çıxsam, Ocaq
Müqəddəsliyi mənə qənim olsun!”
Ocaqçının iki doğuluş tarixi var: Həyata gəldiyi və Ocağa daxil olduğu
gün, ay, il.
Ocaqçının Ocaqdan gizli sirri yoxdur, çünki Ocaqdan kənarda Dünyası
yoxdur.
Ocaqçı Ocağa həmişə hesabat verir.
42
Ocaqçının Ocaqsız keçən dəqiqələri olmur.
Ocaq – Ocaqçının özündən böyük Mənasıdır.
9. ATAYA MÜNASİBƏT
Ata – Ocağın Mahiyyəti, Təzahürü, Canlı “Mən”idir.
Ata Sözü – Ocaqçı üçün Mütləq Qanundur.
Ataya Ruhən qovuşmaq – Ocaqçının Ülvi Arzusudur.
Ataya Mütləq İnam Odu Ocaqçı Qəlbində daim yanır.
“Ata haqqı” Andı – Müqəddəsdir!
Atanın Ocaqçıya Hökmü Mütləqdir, Ülvi Mahiyyətə malikdir.
Atanın Hörməti – Ocağın Ali Sərvətidir.
Ocaqçının Ataya Səcdəsi – Ruhani Ləyaqətdir.
Ocaqçı Ata Ləyaqətini göz bəbəyi kimi qoruyur.
Ataya qalxan əl – kəsilməlidir.
Ataya qarşı cüzi Hörmətsizlik – dəhşətli Qəbahət sayılmalı və Ocaqçı
nifrəti ilə damğalanmalıdır!
Atanın Ocaqda Səlahiyyəti Mütləqdir!
Ocaqçılar Atanın həm Övladları, həm Köməkçiləri, həm də
Ardıcıllarıdır.
Ata Səlahiyyətinə ən kiçik etinasızlıq – Mənəvi eybəcərlik sayılmalıdır.
Atanın Böyüklüyü, Qeyri-Adiliyi Onun çiyninə düşən Yükün Böyüklüyü
və Qeyri-adiliyindən doğur. Bu səbəbdən də Ataya pərəstiş təbii, gərəkli,
zəruri Övladlıq Münasibəti hesab edilməlidir!
Ocaqçı Atanı canlı İdeal sayır.
Ocaqçı çətin anlarda Ata Qüdrətinə müraciət edir.
Ocaqçının Ataya Məhəbbəti – Ocağın iti qılıncıdır.
Ona qarşı edilən həmlə – cinayətdir.
Ocaqçı Ataya xidmət etməklə – Mənəviyyata, İdraka, Müqəddəsliyə
xidmət edir.
Bu səbəbdən də həmin xidmətlə fəxr edir.
CƏZA
Ocaqçının ən böyük Cəzası – Ocaqdan xaric edilməkdir, çünki Ocağı
itirmək – Əsilliyi itirməkdir.
MÜKAFAT
Ocaqçının ən böyük Mükafatı – Ocaqçı olmaqdır.
Çünki Dünyada Ocaqçılıq Aqibətindən Ülvi Aqibət yoxdur.
43
CÖVHƏR
I. MÜTLƏQ
Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İdrakda,
Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində,
Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq
Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dostluqda, Həyada, İsmətdə,
Dünənlə
Bugünün
Təmasında,
Özündənkeçmədə,
Qeyrətdə,
Müqəddəsliyin Əfsunlu Cazibədarlığında Əbədi, Sonsuz Mütləq yaşayır.
Mənim Allahım Odur!
Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan
Yüksək və Kamil olan Mütləq!
Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin
İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!
Mövcudiyyatda – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xalqın Ölməzli-
yi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ənginliyi, Cəmiyyətdə –
Torpağın Vətən səviyyəsinə qalxması!
Bunlar Mütləqin təzahürləridir!
Mənim Allahım Mütləqdir!
İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adiliyindən,
Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özündəki Mütləqə
yaxınlaşır!
Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsizliyini,
Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxınlaşır!
Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Mütləqə
yaxınlaşır!
Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuşmaya
çevrilirsə – İnsan Özündəki Mütləqə yaxınlaşır!
Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxavətlə
paylayırsa – özündəki Mütləqə yaxınlaşır!
Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, –
Sifətdə Mütləq İşığı parıldayır!
Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…
Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi – Mütləqin təzahürüdür.
Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq
yaşayır!
Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmətdə,
Qüdsiyyətdə Mütləq yaşayır!
44
Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda,
Qarda Mütləq yaşayır!
Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müdrikliyin
Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!
Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!
Mənim Allahım Mütləqdir!
Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl
edirəm.
Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya
təkcə Mütləqdən ibarət deyil.
O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsitlikdən
ibarətdir.
Dünya heç vaxt tam Mütləq olmur.
Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!
Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxınlaşmağa,
onunla bir olmağa meyil var.
Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt
Mütləqsiz olmur.
Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona
yaxınlaşmağa can atır.
Mənim Allahım Mütləqdir!
Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəqqi, Mütləq
Ədalət, Mütləq Fədakarlıq!
Mütləq
məni
Qanadlandırır,
Qəhrəmanlaşdırır,
Dahiləşdirir,
Peyğəmbərləşdirir.
Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçəkliklə
razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.
Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!
Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.
Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, had-
isələrdə, keyfiyyətlərdə aşkara çıxır.
Həm Sonsuzdur Mütləq, həm də Sonlu!
Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.
Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!
Həm Görünəndir Mütləq, həm də Görünməz!
Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyətlərdə,
Təzahürlərdə!
Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.
Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmürəm!
Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda
itəndə!
45
Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı,
daha Möhtəşəmdir!
Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuşmaya
hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.
Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiətdə mən
Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz
dərəcədə artır; ancaq mən dərk edirəm ki, bunlar Günəşin Şüalarıdır,
Günəş isə Şüaların cəmindən Artıqdır.
Mütləq Dünyanı yaratmayıb.
Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kənara çıxmaq,
İdeala qovuşmaq Qüdrətini yaradıb.
Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:
– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa,
hamısına Ali Məna, Gözəllik, Ülvilik verən – Mütləq!
Mənə kömək et!
Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlıyam,
qəbahətliyəm!
Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!
Müqəddəslik
suyunda
çimizdir,
zəifliyimdən,
keçiciliyimdən,
naqisliyimdən uzaqlaşım!
Necə varamsa, azam, cılızam, səndən uzağam.
Yaxınlaşdır məni özünə.
Həmişə mənimlə ol.
Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyimdə də,
cavanlığımda da, qocalığımda da, ölüm saatımda da, ümid məqamımda
da – məni tək qoyma!
Ömrüm boyu sənə xidmət edəcəyəm!
Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Müqəddəs nə
varsa, hamısını yığacam qəlbimə, onlardan daha Kamil bir Ruhani Surət
yaradacam Mənəviyyatımda və ona səcdə qılacam.
Sən mənim Atamsan!
Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!
II. ATA
Atalıq – Mütləqin İnsanda təzahürüdür.
Atanın İdrakı, Mənəviyyatı, Hissiyyatı Müqəddəsdir – çünki Mütləqin
İfadəsidir.
Mütləqə tapınan Həyat – Ataya tapınan Həyatdır.
Ən zəruri, həqiqi Hakimiyyət Ata Hakimiyyətidir.
Ata Ailədə Hakimdir, çünki Mütləqi təmsil edir.
46
Qadın – Anadır və onun Dahiliyi elə Analığındadır.
Ancaq Evin sahibi Atadır.
Ananın Hakimlik həvəsi – Qadınlığın süqutudur.
Qadınlıq Mənəvi Zəriflik rəmzidir, Hakimiyyət rəmzi deyildir.
Ailədə ikibaşçılıq Ailənin ölümüdür.
Başçı birdir və o, Atadır.
Qadınlığın Ailədə kişiləşməsi – Ailəni başsız qoyur, bərabərlik pərdəsi
altında başıpozuqluq yaranır və Ailə öz Ruhani əhəmiyyətini itirir.
Qadın Ləyaqətini Atayla Hakimiyyət rəqibliyi kimi anlamaq – naşılıqdır.
Qadın öz Ləyaqətini Kişi Səlahiyyətində yox, Qadın Səlahiyyətində
təsdiq edir.
Ata Evlada yaxındır, həm də Evladdan uzaqdır.
Yaxındır, çünki Evladda özünü görür.
Uzaqdır, çünki Ailədə Mütləqin tələbini ödəyir.
Ata Ailəyə Mütləq Məna verir.
Qərb eybəcərliyində Atanın Hökmü heçə endirilmişdir.
Bu səbəbdən də Qərbdə Ailə yoxdur.
Ailənin müqəddəs Mənası – Mütləqin tələbinə cavab verən balaca
Dünya yaratmaqdır.
Həmin Dünyanın özünəməxsus sabit ahəngi olmalıdır.
Bu ahəngi Ata Hakimiyyəti yaradır.
Ancaq hər evladı olan Kişini Ata saymaq günahdır.
Atalıq – Ailəni Müqəddəs saymaq və bu Müqəddəsliyi qorumaq
deməkdir.
Atalıq – Ailə Müqəddəsliyinə həsr olunmuş Qüdrətdir.
Pis Atanı – Atalıq taxtından salmaq lazımdır!
Ocaq Atası – Ocağın Mütləqidir.
Bu səbəbdən də Ocaqçı Ataya Səcdə qılır.
Ocaqçının ən böyük arzusu – Atanın Mütləq Mənasını təsdiq etməkdir.
Cəmiyyətə İctimai Xadim, Sərkərdə yox, Ata başçılıq etməlidir.
Xalq öz Atasını yetirməlidir, taleyini bütünlüklə Ataya həvalə etməlidir,
onun sərəncamına verməlidir, onun Mütləq Səlahiyyətinə baş əyməlidir.
Xalq öz Ruhani Mahiyyətini Atada tapmalıdır.
Ata Hakimiyyətindən kənarda meydana gələn Hakimiyyətlərin heç biri
özünü doğrultmadı.
Parlament seçkiləri vasitəsilə meydana gələn Qərb demokratiyası
əslində yeni tipli monarxiya və ictimai xaos yaratdı. Seçiciləri ələ almağın,
qorxutmağın, aldatmağın, oynatmağın minbir üsulu törədi və Xalq
Hakimiyyəti əfsanə olaraq qaldı. “Demokratik cəmiyyət” mənəviyyatsızlıq,
siyasətpərəstlik, mənsəbpərəstlik, fəndgirlik bəlası doğdu.
47
Köhnə monarxiyada Hakimiyyət Xalqdan uzaq, zülmkar şəxsin əlinə
keçirdi.
Burada Atalıq əvəzinə Ağalıq peyda olurdu.
Monarx Xalqın mənafeyini yox, öz mənafeyini güdürdü, Xalq ilə Hakim
arasında yadlıq törəyirdi və zorakılıq hökm sürməyə başlayırdı.
Tarixdə neçə-neçə demokratik, Xəlqi müəssisələr qoluzorluların
alətinə çevrilirdi, bir nəfər milyonları qul halına salırdı və bu yeni
Quldarlığı Tərəqqi kimi qələmə verirdilər.
Bu cür üsuli-idarələrdə Həyat öz Əsilliyini, Gözəlliyini, Təbiiliyini itirirdi.
Ata Hakimiyyətində Xalq Taleyinin bütün ağırlığı, məsuliyyəti,
böyüklüyü bir şəxsin – Atanın çiyninə düşür.
Ata seçilmir, yetirilir, onun rəqibi olmur – Evladları olur, o, Hakimiyyəti
Mənəvi İntibah məqsədinə tabe edir.
Tarixdə ilk dəfə olaraq siyasi hakimiyyət Ruhani Hakimiyyətin təzahürü
kimi meydana çıxır.
Eybəcərləşmiş Dünya Xalisləşir.
Ata öz Varisini yetişdirir və Hakimiyyəti ona vərəsə qoyub gedir.
Dostları ilə paylaş: |