TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3.17 Mb.
PDF просмотр
səhifə11/38
tarix03.12.2016
ölçüsü3.17 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

  

SAFRUH ÜÇÜN 

Ataya Səcdə Müqəddəsliyində Atanın portreti, büstü haqqında 

söhbətin ülvi mənası anlaşılmaz. 

Bunu bugünkü bütpərəstliyin təsiri sayarlar. 

Bu səbəbdən də həmin müddəanı Müqəddəs Qanundan çıxartmaq 

lazımdır. 

Siz, Evladlar – Atanın surətini Amalımızın İfadəsi səviyyəsində dərk 

etsəniz, Zahirin Daxili Mahiyyətinə yüksəlsəniz – Atanın Portreti 

məsələsini hökmsüz də həll edərsiniz. 

Ləyaqətinizin Tələbi bunu sizə öyrədər. 



Sərt Ay, Yeddinci il. Bakı. 

 

MƏLUMAT 

Bu ayın 13-də Dövlət Təhlükəsizlik Komitəsinin Şöbə müdiri Tofiq 

Heydərov Ata Evinə gəldi. 

– “Niyə çap olunmursunuz? 

Niyə doktorluqla bağlı Moskvaya zəng vurmursunuz? 

Niyə kitablarınızın nəşriylə maraqlanmırsınız? 

Bilirik ki, dəyişməmisiniz...” 

Dedim ki, “cavanlıqda müxtəlif balaca qazanlar qaynadırdım. 

İndi bir Böyük Qazan qaynadıram”. 

Çaşqın idi – narahat idi. 



13 Qar - 7-ci il. 

SAFRUH ÜÇÜN 

1. Müqəddəs İllə Görüşə Ruhani səviyyədə hazırlaşırsan. 

Qayda yazılıb. 

Onun hərfinə və Ruhuna tam riayət etmək gərəkdir. 



 

139


Görüşü Hadisəyə çevirmək lazımdır. 

Texniki tərəfi hərtərəfli düşünürsən, Yetkin şəkildə hər şeyi Dəqiq- 

liklə müəyyən eləyirsən, Əsillə birgə. 

(Harada, saat neçədə, kimlə?) 

Maqnitofon olsa – Ata Müraciətini yazarsan, bu təsirli olar; olmasa – 

oxuyarsınız Biriniz. 

Məndən olsa – Sən. 

2. Zəruri saysan, Atayla Mərasimlə bağlı ayda iki dəfə görüşə bilərsən. 

İkinci həftənin beşinci günü, bir də əvvəlki. 

   Sənədlərimizi tənzim et, diqqətlə, məsuliyyətlə qoru. 

   Ürəyin Qaranlıqları Yarsın! 

Qar Ayı. 

 

SAFRUH  ÜÇÜN 

1.Zəruriyyət. 

15 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 30 yaşı olacaq. 

18 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 33 yaşı olacaq. 

2.İnamsız həyat gənclik yavanlığını Yamanlığa çevirir. 

    Evladlaşdırmaq – Yamanlıqdan uzaqlaşdırmaq... 

    Qəddarlıq  Yamanlığı  görürəm  gənclərdə,  haramlıq yamanlığı  görürəm 

gənclərdə,  yabançılıq  yamanlığı  görürəm  gənclərdə,  bir  hissəsində  də 

məscid hədyanlığı, avamlıq... 

Dəbbə arxasında hədsiz yazıqlıq... 



(Yazıqlığın qəddarlığından olmaz!) 

    Dəhşətli Atasızlıq! 



Bilmir  nə  eləsin,  ona  görə  də  yamanlıq  eləyir  cavan. 

Lap uşaq yaşından yaşamır... 

3.“Dindarlar Ataya daha yaxındır!” – fikri səhvdir. 



Dünənkilər – bəli, bugünkü dindarlar – yox. 

Onlar Xomeyni bədnamlığına yaxındır. 

    Qoyun mütiliyi onu yaratdı ki, südəmər körpələri analarının qucağından 

alıb raketin qabağına yollayırlar mollalar! 

Bizə özümüzdən başqa Yaxın olan yoxdur... 

Bu səbəbdən də başqalarını özümləşdirməliyik. 

Dindarları  yalançı  İnamdan  xilas  eləməliyik,  onlardan  Evlad 

yetişdirməliyik və Dindarların xilasına göndərməliyik. 

4.Müqəddəs  İlimiz  Novruz  Bayramından  fərqlidir.  Onun  vaxtını  fərqli 

müəyyənləşdirmək lazımdır. 

1 Günəş Ayı, 1979-cu il köhnə təqvimlə. 



 

140


5.İllə  görüş  Qaydalarıyla  Əsili  tanış  elə.  O,  Qaydayla  tanış  deyil.  

    Ruhani  Hökmlər,  “Sədaqət”  Səfər  ayağında  Əsil  tərəfindən 

öyrənilir. 

6.Günəş  Ayının başqa  günündə də Müqəddəs  İllə görüşmək  olar. 

Ancaq Novruzdan fərqli. 

28 Köçəri Ay, 7-ci il. Bakı. 

 

ATAYA  MÜQƏDDƏS  TƏZİM  QANUNU 

Baş əymək, əlini ürəyin üstünə qoymaq, Əlini öpmək. 

Baş əymək – Hörmət rəmzi. 

Ürək vermək – Məhəbbət rəmzi. 

Əlini öpmək  Səcdə Rəmzi. 

Biz sübut etmək istəyirik ki, dövlətdən başqa xalq da var. 

Bizə sübut etmək istəyirlər ki, dövlətdən başqa heç nə yoxdur. 

Akademiyanın kitabxanasında iki cavan və bir yaşlı Atanı izləyir. 

Akademiyanın  Arxitektura  və  İncəsənət  İnstitutunda  bir  çaqqal  sayaq 

adam Atanı izləyir. 

Bulvarda bir yaşlı şəxs Atanı izləyir. 

Akademiyanın bağında bir nəfər möhtəşəm bədənli Atanı izləyir. 

Ata isə xüsusi qoruyucuya ehtiyac hiss eləmir. 

Ataya  elə  təzə  Evlad  lazımdır  ki,  ətrafdakı  həyatsızlıqdan, 

həyasızlıqdan,  İnsansızlıqdan  tam  əl  çəkə  bilsin,  Yeni  Həyat  həsrətiylə 

yansın,  Bütünlüklə,  Hərtərəfli  Yalançı  Dünyayla  hesabını  çürüdüb  qur-

tarsın,  Atalığa  qovuşsun,  özünü  dünyaya  qarşı  qoya  bilsin,  İnamımızın 

Təzəliyi,  Bənzərsizliyi  səviyyəsində  yaşaya  bilsin,  kamilləşmə  ləyaqətinə 

yüksəlsin! 

Xalq bizə belə Evladlar verməyə qadirdir, ancaq səbrimiz də dərya 

boyda olmalıdır. 

 

SAFRUH  ÜÇÜN 

 Bənzərsizliyimiz:  “Heç  nə  eləməyə-eləməyə”  hər  şey  eləmək. 

    Ataya 



Təzim 

Qanununun  Son,  Yetkin  çeşidini  yazmışam. 

    Ona əməl eləmək – Müqəddəs Borcdur. 

Seçdiyin,  Dəyərləndirdiyin,  Məsul  olduğun  Şəxsləri  Ata  Görüşünə 

hərtərəfli  hazırlayanda  həmin  Qanuna  Mütləq  riayət  Zəruriliyini  də 

öyrət. 

    Əvvəl  tərəddüd  edib  sonra  Qayıdanlar  tərəddüd  çirkabını  Əməl 



Suyuyla yumalıdırlar. 

Tərəddüd bağışlanmır – Tərəddüdçü tərəfindən Murdar çirk kimi silinir. 

Tərəddüdçü  çox  çətin  və  ağır  Vəzifəni  boynuna  götürməli,  həyata 

keçirməli, tərəddüdsüzlüyünü Əməllə sübut etməlidir. 



 

141


Mənə 

Ölümlə 

üzləşən 

İş 

Buyur 

– 

Naqisliyimi 



Yuyum!” 

Tərəddüdçü bu ricayla Ata hüzuruna gəlməlidir. 

“Müqəddəs  İllə  görüş”ü  Ata  Tələbinin  hərfinə  və  Mənasına  Mütləq 

Uyğunluq səviyyəsində keçirin. 

Mərasimi təsvir elə, hifz elə, Sabahkılara çatdır. 

Tərəddüdçüləri, Qaçqınları dəvət etmə. 



Say Ruhani hesabda əsas rol oynamır. 

Vətəni Müqəddəs Ənənələr nuruna boyayacağıq! 

Ruhaniyyat Düsturu: “Ucalıb Mənəvi Günəşə çatmaq, Günəş yerində da-

yanmaq!” 

Ürəyin Qaranlıqları Yarsın! 



Köçəri Ay, 7-ci il.  

 

EVLADLARA 

 Ənənə yarandı.  

 Amalın Əməl dövrü başlandı. 

 Mübarək gündür Günümüz! 

 Nəbini Oğulluğa götürürəm. 

 Onun oğulluğunu halal sayıram. 

 Evimdə gözləyirəm. 

 Safruhum, Əsilim, Halalım. 

 Üçüm – Üç Dünyam. 

 Ürəyinizdəki Mütləq Sizə Yar olsun. 



Müqəddəs Gün. 8-ci il. 

    Bakımız. 

SAFRUH  ÜÇÜN 

1.Şər oynadılır və buna görə də qeyzlənir. 

Qorxuda bilmir, bu səbəbdən də qorxur. 

2.Yazılarında “Ata Şər qeyzində” bölgüsü ayır. 

3.Şər Evladlara ciddi təsir edəcəyinə inanmır, cüzi təsirə ümid bəsləyir. 

   Cüzi təsir belə Evlad üçün Məğlubiyyətdir. 

Evladlarımdan Məğlubiyyət gözləmirəm. 

4.Oxucu  haylayırsan:  Kitablarımızın  hər  sətrini,  nöqtəsini,  vergülünü 

gözünə təpəcəklər – saysız-hesabsızdır. 

Ancaq Şər Müqəddəs Sözün hər hərfi üçün ələk-vələkdir: ələ keçirsin, 

yandırsın.  Oğlum  nədənsə  unudur  ki,  Atanın  hərəkatımızla  bağlı 

düşünmədiyi, daşınmadığı məsələ yoxdur. 

Əgər Ata Vacib bir məsələni görmürsə, o, nə Atadır? 

Ruhaniyyatda  Mütləq  səbrə  xilaf  çıxmaq  –  qeyri-yetkinlik  sayılır. 

Bizim bənzərsiz vəziyyətimizdə o, ciddi zərər törədər. 

5.Hərəkatımızın Adı Bəllidir: Asif Ata Hərəkatı. 



 

142


6.Zamanla  Təmas  Qaydası  (Diplomatiya  əvəzinə):  Əlçatmazlıq, 

Bənzərsizlik, Müstəqillik. 

7.Müqəddəs  Kitabları  Ata  səsiylə  Maqnitofona  yazmaq  lazımdır. 

Bununla Şərin bəd niyyəti puç olur. 

Əsillə birgə hərtərəfli düşünün: nə vaxt, harada, hansı müddətdə neçə 

kaset gərək olacaq, maliyyə problemi. Vəziyyəti hazırlayın. 

8.Əmələ 

başlayın, 

Səfərə 

çıxın, 


xalqı 

Amallaşdırın. 

Bunun üçün nə lazımsa deyilib, yazılıb – İnamınıza hopdurun, İdrakınıza 

həkk 


eləyin, 

Mənəviyyatınıza 

çiləyin, 

İradənizə 

calayın. 

Amala layiq Əməl tələb eləyirəm sizdən. 

9.Evlad Savadı – Müqəddəs Kitablar. 

Hər sətrinə qovuşmaq. 

Ürəyiniz Qaranlıqları Yarsın! 

Daxilinizdəki Mütləq Sizə Yar Olsun! 



20 Günəş Ayı, 8-ci il. Bakı. 

(“Atayla Görüş” dəftəri tut, ora yaz. Əslini qaytar. Əsilə oxu). 



 

HALAL  ÜÇÜN 

Adını "Halal" qoydum – adına layiq olasan! 

Ömrünü səndən alıb Amala həsr elədim – Amallaşdırdım! 

Ürəyin qaranlıqları yarsın! 

Daxilindəki Mütləq sənə yar olsun! 

23 Günəş Ayı, 8-ci il. 

MƏLUMAT 

1.Dünən Heydərovla görüşdük. 

2.O, sübut etmək istədi ki, Safruh “Ata məndən müraciət tələb elədi” – 

deyib, “Əsərlərimi çap elə” – deyib.  

Mən  sübut  etdim  ki,  Safruhun  Ocaqla,  Atayla  heç  bir  əlaqəsi  olmayıb 

və yoxdur; o, yalnız filosof-tənqidçi Asif Əfəndiyev tanıyır, onu evində bir 

neçə gün qonaq saxlayıb, avtoreferatını çap eləyib. 

3.Heydərov  Safruhun  Müəssisəyə  təqdim  etdiyi  yazısını  görsətdi  və 

mən  bildim  ki,  Safruh  Ata  hökmünə  tam  əməl  eləyib  və  heç  bir  sirr  ver-

məyib  –  əslində  Müəssisə  heç  nə  bilmir.  (Özünü  hər şeyi  bilən  görsətsə 

də). 

4.Safruhun  sevimli  Qardaşı  Sadiq  haqqında  “Gombul”  ifadəsini  daxili 



qeyzlə  yazdığını,  “Atayla  əlaqəni  kəsməyə  söz  verirəm”  patetikasında 

daxili inamı bariz hiss etdim. 

5.Ən  ibtidai  və  şablon  bir  üsulla:  Evladla  Ata  arasında  münaqişə 

yaratmaq;  Ataya  “Evlad  satqındır”,  Evlada  “Ata  naqisdir”  –  Fikrini  təlqin 

etməklə – döyüşürlər. 

Əlifba səviyyəsində Fənd qururlar, çünki başqa səviyyələri yoxdur. 



 

143


6.Güman eləyirlər ki, Ata Təzə bir iş görür. 

Nə iş, harada, necə – gümansızdırlar. 

7.Atanı  cismani  Ailə  çərçivəsinə  salmaq,  keçmiş  həyat  yoldaşını  onun 

üzərində nəzarətçi qoymaq, məişətləşmə bəxtiyarlığına yüksəltmək cəhdi 

var. 


Bu, deyəsən, hələlik Müəssisə müdrikliyinin zirvəsidir. 

    Yəqin ki, Safruha da buna bənzər iqbal “hazırlayırlar”. 

8.Tam  əmin  oldum  ki,  Müəssisəylə  münasibətin  Ata  Xətti  özünü  tam 

doğruldur. 



Onun hərfinə və Ruhuna əməl etmək – Müqəddəs Borcdur. 

 

SADİQİN  ATAYURDA  QAYITMASI 

1.Sadiqin  Vətənə  gəlişini  Ruhani  Mərasim  səviyyəsinə  qaldırmalı. 

Sadiq bir daha Atalı, Yurdlu, Qardaşlı olduğunu bilsin. 

2.Halal qardaşını vağzalda gül-çiçəklə qarşılayır. 

O biri gün Safruh öz evində Sadiqin şərəfinə Ruhani Məclis düzəldir. 

3.Atanın  hüzuruna  gəlməmişdən  əvvəl  Sadiq  Amalla  (Müqəddəs 

Kitablarla) tanış olur, görülənləri, Vəziyyəti, Məqsədi, Vəzifəni öyrənir. 

4.Sadiq  Atanın  Ziyarətinə  –  Qayıtmanın  üçüncü  günü  gəlir. 

Yazılı  şəkildə  İnamını,  İdrakını,  Mənəviyyatını  Ataya  təqdim  edir. 

“Ömrüm sənindir, Ata. Al. İstədiyin kimi sərf et” – deyir. 

Görüş axşam saat 11-də başlayır, 11.15-də qurtarır. 

5.Mərasim yazılır, saxlanılır. 



28 Günəş Ayı, 8-ci il. Bakı. 

HALAL  ÜÇÜN 

 Ömrü Həyata sərf eləmək olmaz. 

Ömrü Amala sərf eləmək gərəkdir. 

      Ömrü bugünə sərf eləmək olmaz. 

Ömrü sabaha sərf eləmək gərəkdir. 

      Amalımızın bənzərsizliyinə qovuş. 

     Sabahımızın bənzərsizliyinə qovuş. 

     "Halal" adını sənə halal edirəm. 

  Səni evladlığa qəbul edirəm. 

  Ata qarşısında xəcil olmayasan! 

  Amal qarşısında xəcil olmayasan! 

  Sabah qarşısında xəcil olmayasan. 

                       6 Ümid günü, Çiçək Ayı, 8-ci ildə təzədən doğuldun! 

  Ürəyin Qaranlıqları Yarsın! 

  Daxilindəki Mütləq sənə yar olsun! 

6 Çiçək Ayı, 8-ci il. 

(Qeyd: Həyatda adı Nəbi idi. Ocaqdan çıxdı). 


 

144


SAFRUH  ÜÇÜN 

1.Atayla Görüş 15 dəqiqə ərzində baş verir. 

Yazılar  Ataya  təqdim  olunur  və  Ata  Yazılara  cavab  verir,  Hökmlər, 

Məlumatlar  şəklində  yazılı  Təmaslar.  Tapşırıqlar.  Səssiz  Səcdə.  Hər 

dəqiqə Mütləqiləşir. 

2.Maqnitofona Ata müraciətinin yazılması Atanın Düşünülmüş hərəkəti 

idi və o, özünü tam doğrultdu. Bu, görüşün Qaydalarını dəyişmir. 

3.Halalı  Evladlıq  zirvəsinə  qaldırmaq  yolunda  yorulmaq  bilmə. 

Bununla özün də Evladlıq zirvəsinə yüksəlirsən. 

4.Safruhun  Ataya  Yeni  İl  Sözü,  Evladların  Müraciətindən  daha 

hərarətli, daha Məhəbbətli, daha Səcdəli idi. Əminəm ki, o həqiqətə daha 

uyğundur. 

İşgüzarlıq 

Səcdədən 

ayrılanda 

– 

sönükləşir. 



    Səcdə Müqəddəsliyi – Ruhani Günəşdir, isindirir. 

Səcdə – Evlad Dilidir. Evlad öz Dilində danışır. 



 

SAFRUH  ÜÇÜN 

1.Halala Ruhani Biliyi halal elə. 

2.Tamam Tamamlanmalı, İnallanmalıdır. 

3.“Muğam Fəlsəfəsi” yazıldı. Tədqiqat olsa da, Amallıdır. 

İmkan  daxilində,  Səfərdən  qalmamaq  şərtiylə,  makinadan  çıxart. 

     4.Əkin Ayı Yox, Yağış Ayı. Belə deyilib, belə də oxunsun. 



5.“Qətiyyən Tələsmə! Qətiyyən gecikmə!” 

6.Əsili, Halalı Təzə Kəlamlarla, Hökmlərlə yaraqlandır. 

7.Atayla  Görüş  Mütləq  mənada  15  dəqiqədə  bitməlidir.  Bu,  Ürəyin 

hökmü  deyil,  İradənin  hökmüdür:  “Yazdığın  Ataya  təqdim  edilir, 



Yazılan aparılır”. 

8.Şəkillər  haqqında:  Qaranlıq  Fotolarda  Müqəddəs  Məqamın  İşıqları 

görünür. 

9.Halal Ata hüzuruna gələ bilər: 

Suallarıyla saat 11-də, 15 dəqiqə ərzində. 

Yazılı Suallara Yazılı Cavablar almaq üçün. 

10.Ata Kəlamının, Hökmünün ən cüzi vergülünə əməlsizlik Ocağa 

xəyanətdir. 

    Bizdən əvvəlkilər Mütləqiliyi pozdular, ona görə də Müqəddəslik söndü. 

    Dərs almayan Dərs verməz! 

Ürəyin Qaranlıqları Yarsın! 



16 Qismət günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA,  SADİQƏ,  ƏSİLƏ,  HALALA 

Tələsmədən və gecikmədən əməl etmək: 

    1.Evladlıq Nişanəsi (müasir dildə: vəsiqəsi, pasportu və s.) hazırlanır. 


 

145


Dörd səhifədən ibarət, qabıqlı. Ürəyin başında saxlanılır,  yağıya ve-

rilmir! 

2.Üz qabığında: Atanın şəkli, “İnsanlaşın, İnsanlaşdırın!” kəlamı. 

3.Birinci səhifədə: Evladın şəkli. 

                                  Ad: Atanın verdiyi. 

                                  Nəsil: Atalı. 

                                  Doğulduğu vaxt: Ocaq ili. 

                                  Vətən: Atayurd. 

                                  Amal: Asifçi. 

4.Dördüncü səhifənin sonunda: “Ata Ruhunu Ürəyimdə Aparıram!” ni-

dası, Atanın İmzası, Tarix. 

5.Üçüncü səhifədə: “Mütləqim – Asif Ata. 

                                      Rəngim – İşıq. 

                                      Rəmzim – Ocaq. 

                                      Bayrağım – Vicdan. 

                                      Yarağım – İnam!” kəlamı. 

6.Bədiiyyat, nəfislik, ciddilik əsasında təzə biçim tapmaq. Düşünmək, 

daşınmaq, xəyalı, mənəviyyatı səfərbər eləmək və həmişəyaşar mənaya 

layiq Biçim seçmək, Ataya təqdim etmək... 

    Sabahı göz önündə tutmaq. 



    Məsuliyyətlə yaraqlanmaq! 

7.Hələlik 10 nüsxəylə kifayətlənmək. 



Birinci nüsxə Safruhun, ikinci – Sadiqin, üçüncü – Əsilin, dör- 

düncü – Halalın adına yazılır. 

Sizə müqəddəs işdə ruhani uğurlar diləyirəm! 

(Safruha: “Pünhan” sənədi üçün qoru) 

18 İnam günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHUMA 

1.Fəlsəfi Nəqaratın gözəldir. 

Qeydlər: nazlı dalğalar yox, ərşə qalxan dalğalar, yaxud başqa bir şey. 

    50 yaş qeyd olunmur, Ata Günü qeyd olunur. 



Son cümlədə duyğu natamlığı var. 

Daha qəti duyğuyla qurtarmalıdır nəqarat. 



Son Akkord Qətiliyi! 

“Rus xalqının əleyhinə deyilik!” – etirafına ehtiyac yoxdur. 

Bu, Fəlsəfəmizin əlifbasından bəllidir. 

Kiməsə nəyisə sübut eləmək Müqəddəs Məqama yaramır. 

2.Təzədən makinadan çıxart, qaralama olmasın. 

3.Ruhani Sənədlər Dəftəri (Papkası) ayır. 

Oraya Əməl, Ataya Səcdə, Ruhani Hökmlər və b. Yazıları yığ. 



 

146


4.25-dən Yeni Mərhələ başlayır. Həmin günə Layiq olun. 

5.“Təzadlar”ı  ayrı  da  çap  eləyə  bilərsən,  sonuncu  kitabla  da 



birləşdirə bilərsən. Üçünə Ümumi Ad 25-də deyiləcək. 

6.Tamamın  Atayla  Görüşünü  hazırla  (“Əməl”,  “Ataya  Səcdə 

Müqəddəsliyi” əsasında). 

25-də iştirak edə bilər. Evdə Vaxtını müəyyənləşdirin. 

25-də deyərsən. Tamam – Evlad olacaq. 

7.Ya  sənin  gündəliyin,  ya  da  Aslanın  dostunun  gündəliyi  oxunub. 

Səbəb odur. 

Heç nə dəqiq bilinmir. 

8.Maddi problemin həlliylə ciddi məşğul olacağam... 



Sənin ağır yükün Mütləq yüngülləşməlidir... 

İşığı qorxuram kəsələr... 

Tapmasan, gəl maaşımdan apar... 

Hər şey gözləmək olar qeyrətsizlərdən. 

9.Yuxuda gördüm ki, Şərin başını kəsmisən.  Ancaq sonra baş bədənlə 

bir təhər birləşdi və ölü səslə dillənməyə başladı. Şər bizə qələbə çala 

bilməz. 


Çünki həm Atasızdır, həm də Evladsızdır. 

Mütləq sənə Yar olsun! 



 

MƏLUMAT 

Səfər mərhələsini İyləyən Şər Atanın qulağına maddiyyat çöpü soxdu.  

Atanın Aylıq maaşını kəsdilər. 

    Vəziyyətdən Sizsiz, özüm çıxdım. 

    Şərin iyrənc kassa fəndi bu dəfə də baş tutmadı. 

29 Mərhəm günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA 

“Ata İşığında” kitabının birinci cildiylə bağlı. 

Qadın deyirsən – Amal deyəcəksən! 

    Gözəllik deyirsən – Amal deyəcəksən! 

    Ad-san deyirsən – Amal deyəcəksən! 

    Bugün deyirsən – Sabah deyəcəksən! 

    Nisbi deyirsən – Mütləq deyəcəksən! 

    Mütləq deyəcəksən! 



30 Qismət günü, İşıq Ayı, 8-ci il. 

 

 

 

 

 

147


SAFRUHA 

Saf duyğuların, düşüncələrin mübarək

Kitabın 


haqqında 

heç 


bir 

tənqidi 


mülahizə 

deməyəcəyəm. 

    Vaxt  gələr,  özün  Amal  işığında  kitabındakı  qüsurları  görərsən. 

    Buyuruğum:  

    Amalımızın  Ruhuna  uyğun  olan,  Məqsədimizə  bilavasitə xidmət  edən, 

Tam  Yetkin, Əməlli  Deyimlərdən  Nisbətən  daha  qısa,  bəlkə  də  bir  cildlik 

Ruhani 


Kitab 

hazırlayırsan 



(“Ataya 

Doğru” 

Yetkin 

Addır). 

    Sabahyönlülər üçün. Sabahlılar üçün! 

“Qadın öpüşünün dadını” biz də görmüşük, ancaq bəşəriyyətin bundan 

başqa da dərdləri var! 

Cildləri Ruhani Suda yuyursan, sıxırsan, sonra Günəşdə qurudursan 

və Saf Kitab yaranır. 

Sənin bugünkü səviyyəni qabaqlayan, Sabahkı səviyyəni ifadə edən 

kitab. 


“Sosializm bütün vəziyyətlərdə – köləlik, məzlumluq yaradır. 

Kapitalizm bütün vəziyyətlərdə – yırtıcılıq, zalımlıq yaradır. 

    Yeni cəmiyyət, İnsani cəmiyyət, Ruhani cəmiyyət gərəkdir. 

    Sosialist Azərbaycanı elə Sovet Azərbaycanı deməkdir! 

     Amaldan başqa Gözəllik və Sevgi yoxdur! 

Cismani  gözəllikdən vəcdə  gəlmək  asandır,  Ruhaniyyat  əsil  Aşiqlikdir, 

bunun üçün Təzə İdrak lazımdır. 

Həyat  Amalın  kölgəsidir,  ancaq  naşı  gözlərə  Amaldan  canlı  görünür. 

Təzə göz gərəkdir”. 

Amalımızın  bu  çox  adi  qənaətləri  işığında  Kitab  bağçanı  ağac-

ağac,  meyvə-meyvə  gəz  və  Ocağımız  üçün  Ləyaqətli  saydığın  mey-

vələrdən bir əməlli Səbət bizə təqdim elə. 

Evladlar üçün Ruhani kitab yaranar, yaşayar. 

Gərəkli işində Uğurlar diləyirəm. 

31 Murad günü, İşıq Ayı, 8-ci il. 

 

SADİQİM  ÜÇÜN 

Ürəyimdə 

görürdüm 

ki, 


Ata 

Ruhunu 


ürəyində 

gəzdirirsən. 

Ata Yurda qayıtman sevincimizdir! 

Sadiqimə hökmüm: 

1.Təmas vəzifəsi. 

Şərqiyyə,  Yeganə,  Yaqut,  Etibar  sənin  Ata  Yurda  qayıtmanı 

bilməlidirlər. 

    Bakıdan kənara çıxmadan, yetkin ustalıqla, ləyaqətli məharətlə onlara 

gəldiyini  bildirirsən;  evladlar  səni  tapsalar,  Atayla  görüşə  Müqəddəs 

həsrət  və  yanğıyla  can  atsalar, onları Ata Hüzuruna hazırla (“Sədaqət” 


 

148


kitabında  toplanmış  kəlamlar  və  hökmlər  əsasında),  Ad  qoyma 

mərasiminə yüksəlt! 

2.Xalqlaşma vəzifəsi. 

Müqəddəs  Kitablar,  Amal  və  Əməl  yeni,  daha  kamil  şəkildə  xalqa 

çatdırılır. 

    Xalq – ailələşir. 



Bakıda ailələşmə əməli sənə tapşırılır. 

“Sədaqət”i öyrən, öz fikirlərini, tədbirlərini Ataya təqdim et, əmələ başla. 



3.Dünyalaşmaq vəzifəsi. 

Amalımız  imperiyanın  bütün  ərazisinə,  Şərqə,  Qərbə  yayılmalıdır. 

Rəsmi  dairələrlə  yox,  diplomatik  idarələrlə  yox,  xalqlarla,  insanlığa  can 

atan  adamlarla  ruhani  əlaqə  yaratmaq!  Onları  Amal  Müqəddəsliyiylə 

nurlandırmaq! 

Tələsmədən  və  gecikmədən  ardıcıl  şəkildə  genişlənməliyik! 

Bu haqda fikirlərini, tədbirlərini Ataya təqdim et və əmələ başla. 


1   ...   7   8   9   10   11   12   13   14   ...   38


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə