ONUNCU “MÜQƏDDƏS İL” BAYRAMI
1.Bayram Baş tutdu, Ali Səviyyəyə yaxınlaşdı.
2.Qəlbinin, Özümlünün, Əsilin Bayram Yazısı Təqdir olunur.
3.Evladların Sözləri Təqdir olunur.
4.Əsilin Təşkilatçılığı Təqdir olunur.
5.Safruhun Bütövlə və Yetkinlə Ruhani Təması Təqdir olunur.
Naqisliklər: Carlarda Ata Mütləqiliyi ifadə olunmamışdı, bu, Şərin
xeyrinəydi.
Yazıya dəqiq əməl olunmadı.
Səbəbi araşdırılsın.
Yetkin
Bayramdan
ayrı
düşdü,
Rəğbətçi
səviyyəsinə
endi.
Səbəbi araşdırılsın!
Qaranlıqlar yarılır.
17 Mərhəm günü, Günəş Ayı, 10-cu il. Bakı.
SADİQİMİN SƏFƏR ƏMƏLİ
1.Sadiqimin Səfər Əməli Təqdir olunur.
2.Təzə Səfərə hazırlaşmalı, Müqəddəs Kitablardan daha səmərəli
bəhrələnməli, Ailə quruculuğu Məqsədinə nail olmalı.
3.Özünü Səfər İşığında ruhani müayinə eləmək, yazılı şəkildə Nəticəni
Ataya təqdim etmək.
4.Təzə Səfər Yönü: Sumqayıt. Vaxt – Günəş Ayı. Məqsəd: Öyrətmək,
Ata Sözünə çatdırmaq, Ailə quruculuğuna imkan aramaq, Şəraiti
öyrənmək.
5.Ümumi Üsul: Rəğbətçi tapmaq, əlaqə yaratmaq, öyrətmək, Ata
hüzuruna hazırlamaq.
Onun vasitəsiylə təzə Qapılar açmaq.
191
6.Səfər gündəliyindən başqa Səfər hesabatı Yazmaq, hər ikisini Ataya
təqdim etmək!
Qaranlıqlar Yarılsın!
18 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı.
SAFRUHA
Evlad Ehtiramı Pakdır!
1.Safruhun kəndində Ailə yaradılır.
“Əməl” və “Müqəddəs Əməl” hərfi və ruhani mənada gerçəkləşir.
Ayda bir dəfə Safruh Ailəyə Üz tutur, Mərasim keçirir.
2.İlk Mərasimə və bütün Mərasimlərə Müqəddəs Kitablardan, Deyim-
lərdən ibarət Söz aparırsan.
Yazılı və Şifahi Nitq vasitəsiylə Amal yayılır, Ağdam səviyyəsinə qal-
dırılır və Qarabağlaşır.
3.Vahid, Müqəddəs Ata Ruhu, İdrakı, Mənəviyyatı Təsdiq olunur.
Atalıqdan kənara çıxmaq – Xəyanət sayılır.
Qarabağ hadisəsi haqqında Ata Hökmü deyilir.
4.İndidən Bütövlə sözləşirsən, Bütöv sənin gəlişini hazırlayır.
Öz ailəniz çərçivəsində, qonşularla, qohumlarla birgə Təməl yaradırsan.
İmkan olsa Ağdamın özündən də dəvət eləyirsən.
Asan qələbə gözləmirsən, Çətin Qələbəyə İnanırsan.
5.Evlad lazımdır Qarabağda, Bütövə qardaş, Atayla camaat arasında
körpü, Safruha köməkçi, dayaq.
6.Gələn Ayın ortalarında Yola düşürsən, Ataya sevinc gətirirsən.
7.Yetkinə Ata Sözü Deyilib, orada Ruhaniyyat var; Öyrət Yetkinə
Ruhaniyyatı dərk eləməyi.
“Mənalar”ı, “Rəmzlər”i, ”Yol”u, “Sədaqət”i oxusun.
Mühitdən tam ayrılsın, Bənzərsiz, Əlçatmaz, Müstəqil olmağın Mənasına
yüksəlsin.
Şeirini Təb üstə kökləsin, Dərd üstə çalsın, İnam üstə çağırsın, Evladlığı
şairlikdən üstün tutsun!
8.Evlad axtarışlarını davam elətdir.
9.Səfərini Yaz, Təhlil elə, Ataya çatdır.
Ürəyin Qaranlıqları Yarsın.
25 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı.
SADİQƏ
Xasiyyətində Ata Hökmlərinə dəqiqsizlik, çətinlikdə ruhdan düşmək,
soyumaq, Atanı düzəltmək, öyrətmək müasirliyi yaranıb. Onları
birdəfəlik ləğv eləməsən, Amalı tərk elə!
Ata Sözü Mütləqdir!
192
QƏLBİYƏ
1.Məişət, şəxsi həyat, elmi iş Amala xidməti üstələdiyindən Qəlbi bir il
müddətinə Amaldan çıxarılır.
(11-ci il Günəş Ayının sonuna qədər)
2.Bir il ərzində özünü Amala bütövlüklə həsr eləmək Qüdrəti əldə
etməsə, Qəlbi Amala qayıtmır!
Ata Sözü Mütləqdir!
SAFRUHA
1.Safruh tərcümə məsələsində Ataya şübhə izhar etməkdən əl çəkmir,
Ata Mütləqiliyinə xilaf çıxır.
2.Ata hökm eləyir: İradəsinə Sahibliyi bacarmayan Safruh 3 ay ərzində
Ata hüzurundan Məhrum olunur (Od Ayının 29-na qədər).
3. 3 ay ərzində İradəsinə Yiyələnə bilməsə Safruh Amala qayıtmır.
4. 3 ay ərzində Safruh Amal işlərindən tam azad olunur.
Ata Sözü Mütləqdir!
EVLADLARA
Mütləq İntizama dözə bilməyən, əhvalına yiyəlik eləyə bilməyən, Za-
manın təsirinə düşən, Ağlayan, Zarıyan, Amalın özünəməxsusluğunu an-
lamayan, özgədən öyrənən, özünə inanmayan – Evladlıqdan çıxsın, bu
gündən başlamış Şölə Ayının axırına qədər Ataya qərarını bildirsin.
Ata Sözü Mütləqdir.
EVLADLARA
Evlad ağlına Ata ağlından çox inanmayın!
Ata Hökmünə dəqiqsizlik göstərməyin!
Onun vergülünə belə xəyanət olmaz!
Ata səcdəsinə diqqətsizlik eləməyin!
Şəri sevindirməyin!
Dünyanın halına oynamayın, Atanın havasına oynayın!
Ya da Amalı tərk edin!
***
Hökmlər Evladlara çatdırılsın!
6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı.
193
YETKİN MƏSƏLƏSİ
4
1.Safruh Yetkindən Ata Sözünü geri alır.
2.Yetkin Nişanlanma Mərasiminə çağırılmır, Evladlığa qəbul olunmur.
Ata Sözü Mütləqdir!
PÜNHANLIQ
Atayla Görüşlər olmur.
Atayla Təmas Əsil vasitəsiylə Yazılaşma biçimində baş verir.
Ata Sözü Mütləqdir!
6 Dözüm günü, Çiçək Ayı, 10-cu il. Bakı.
SADİQİMƏ
Evlad Ehtiramı pakdır!
1.Etirafın qəbul olunur.
2.Kamilsizliyinlə barışma, razılaşma, döyüş!
Hər gününü, hər duyğunu, fikrini, əməlini qiymətləndir, yeri gələndə
özünə ən pis qiymət verməkdən çəkinmə.
3.Ata Hökmlərini, Kəlamlarını dönə-dönə oxu, gör onlara tam əməl
eləyirsənmi; natamlığına uyma, o səni azdırar.
4.Gör hansı əməlində tələsmisən; nə vaxt Qorxmusan, Sözünə nə
səviyyədə Əməl eləyirsən, Bir İşi qurtarmamış başqa İşə keçməyinin
səbəbi nədir, idrakının, iradənin naqisliyinə niyə qalib gələ bilmirsən?
5.Sənin indiki vəzifən: Tərcümə Yazılışını başa çatdırmaq, Səfərə çıxıb
Ailə yaratmaq, Dünyalaşma hadisəsinə hazırlaşmaq.
Vəzifənə əməl elə! Özündən təzə Vəzifə uydurma! Ötəri həvəsə
qapılma!
Ata Buyuruğu – Mütləqdir!
Vəzifə Atadan gəlir, Evlada çatır, Gerçəkləşir – Göydən Yerə Düşür.
Vəzifəni yerinə yetirməkdə – İdrakını, İradəni tam istifadə elə, ancaq
onu Başqa Vəzifəylə əvəz etmək haqqın yoxdur.
6.Amaldan kənardakı Təşkillər əslində Amalsızlıqdır, çünki Ruhani
mənadan məhrumdur, yaxud Şər oyunudur, onlara Evlad həvəsi – xu-
rafatdır.
7.Sadiqimə inanıram!
Ürəyindəki Mütləq sənə yar olsun!
4
Bu Kutsal Bəlgə də 29 Qar 9-ilsıralı Bəlgədə adı keçən Yetkin – İslam
haqqındadır. (Bax: bu nəşr, səh. 189).
194
SAFRUHA
Evlad Ehtiramı Pakdır!
1.O əl ki, Amala xələl gətirir – kəsilməlidir.
O göz ki, Amala xələl gətirir – çıxarılmalıdır.
O ürək ki, Amala xələl gətirir – susdurulmalıdır.
Safruhun Elmanlığı Amala xələl gətirir – bu səbəbdən də Safruh
cəzalandırılır.
2.Safruh Amal Yükünün çoxunu çiynində aparıb, Əməl Yükünün
çoxunu çiynində aparıb, ancaq bunları nöqsanlarını doğrultmaq üçün
eləməyib.
3.Safruh
Elmandan
–
şikayətdən,
giley-güzardan,
hissiyyat
pərakəndəliyindən, sərbəstlik xurafatından, hal cilovsuzluğundan – heç
cür ayrıla bilmir!
4.Nə qədər ki, Ata yaşayır – Amal yaşayacaq; nə qədər ki, Atayurdda
bircə nəfər qeyrətli Şəxs var – Amal yaşayacaq; nə qədər ki, Bəşərdə
bircə nəfər qeyrətli Şəxs var – Amal yaşayacaq!
5.Ata Danlağından soyuyan Ocaq yanmasa yaxşıdır!
6.Ürəksizliyə Amalda yer yoxdur!
7.Dünyaya gərəyik, Dünya bizə gərəkdir. Müqəddəsatımız Dü-
nyaya çatmalıdır.
8.Safruhun Amalda yeri yüksəkdir; – ancaq Safruh Yüksəklikdə dayana
bilmir – Elman ona mane olur, ayağından çəkir.
9.“Partiya”, “Antipartiya”, “Qrup” – Amalın lüğətində bu Sözlər yoxdur.
10.Amala xidmət – Ləyaqətdir. Ləyaqətdən böyük qiymət yoxdur.
11.Ataya müraciətdə Müdafiə var, İnciklik var, Etiraz var – Təqsirlə
Döyüşmək, Təqsiri öldürmək yoxdur!
12.Atanın Evladlara sevgisi – güzəştsizliyə bərabərdir; Amal
güzəşt tanımır.
13.Ata Zəhmi – Yükün kəramətindəndir, oynaya-oynaya, qaqqıldaşa-
qaqqıldaşa daşımaq olmur Yükü, Yoxuş şuxluğa uyuşmur; bir zamanlar
zarafatcıl sayılırdım.
14.Amal üçün nə eləmişiksə, nə eləyəcəyiksə, özümüzə eləmişik,
eləyəcəyik. “Amal“ adlı İşıq düşüb Baxtımıza Zülmətdə.
15.Ata
Safruhun
qayıtmasını
istəyir
–
ancaq
Elmansız!
Amal – Klub deyil, Məbəddir. Məbəddə mübahisəyə yer Yoxdur!
Ürəyindəki Mütləq Sənə Yar olsun!
21 Mərhəm günü, Çiçək Ayı, 10-cu il. Bakı.
195
ƏSİLİMƏ
Məişət buyuruğu
Ata hərfi mənada, tamam pulsuzdur.
Gələn Ayın 5-nə qədər Atanı pullaşdırmalısınız.
Bunun Səfərə ziyanı olsa da, başqa əlac yoxdur.
Atanın özgələrdən borc alması – Şəri sevindirər!
İndi nəyin varsa – boğazından kəs – Ataya ver...
Sonra Safruhla birgə vəziyyəti həll edərsiniz.
ƏSİLƏ SƏFƏR ƏMƏLİ
1.Özünlə Müqəddəs Kitablardan “Mütləqə İnam”, “İnsana çatmaq”,
“Ruhani Cəmiyyət”, “Müstəqil Xalq”, “Ləyaqətli Şərq” haqqında Kəlamlar,
Şeir Bədiyyatı aparırsan, oxuyursan.
2.Anladırsan ki, Atayurdda Ata var, Amal var, Evladlar var.
Məram: Müstəqil Xalq, Mütləq İnam, Kamil İnsan, Ruhani Cəmiyyət,
Ləyaqətli Şərq.
Bugün
Həqiqətini
göstərirsən,
bütün
dəhşətiylə, fəlakətiylə,
həqarətiylə; Sabah xilasını söyləyirsən: Müqəddəsliyi, Bənzərsizliyi,
Yüksəkliyiylə.
Ataya qovuşmaq, Amallaşmaq üçün – Ailələşmə zəruriliyini
qandırırsan.
3.“Ailə yaradaq Şəhərimizdə!” – deyirsən. “Müqəddəsliyin Təməlini
qoyaq, Atalığı öyrənək, Amallaşaq, camaata ruhani Dayaq olaq, İntibaha,
İmtinaya hazırlaşaq, Şərdən xilas olaq, Xeyirə çataq!”
4.Ailə quruluşunun Mahiyyəti haqqında “Əməl” və “Müqəddəs Əməl”
kəlamlarından oxuyursan, Suallara cavab verirsən, düşünməyə-
daşınmağa vaxt qoyursan, ikinci dəfə görüşürsən, gələcək görüşü
müəyyənləşdirirsən.
5.Şəri saymırsan, Şərə sirr vermirsən, Şərin başına Aşkarlıq və Demo-
kratiya Oyununu çırpırsan!
6.Gedişatı yazırsan, təhlil edirsən, qiymətləndirirsən və Ataya təqdim
edirsən!
Ürəyin Qaranlıqları Yarsın!
23 Murad günü, Çiçək Ayı, 10-cu il. Bakı.
ƏSİLİN SƏFƏR ƏMƏLİ
Əsilin Səfər Əməli – Ruhani Yönü, Məzmun və Üsul ciddiyyəti, Duyğu
Hərarəti,
Təhlükəylə
öcəşmə
Qətiyyəti
–
Təqdir
olunur.
Yurdumuzun Ailələşmə Aqibətinə Qovuşur Əməl.
Qaranlıqlar Yarılsın!
28 Murad günü, İşıq Ayı, 10-cu il. Bakı.
196
ATAYA MÜQƏDDƏS RİCA
Təqsirdən Üstün
Təqsirimi öldürdüm, İnamımı, İdrakımı, Mənəviyyatımı Təqsirdən
təmizlədim, Ata Hökmünə pənah gətirirəm.
Təqsirdən Üstünəm!
Amaldan qeyri Həyatım yoxdur.
Təqsirlərdən iraq olacam.
Təqsirsizlik – Evladlığın mövcudluq qaydasıdır.
Təqsir – Şər əməlidir. Şər Əməli ölməlidir.
Şölə Ayı, Onuncu il. Bakı.
SAFRUHA
1. Mütləqə İnamın Mahiyyəti qavranılıb, ifadə olunub.
2. “Ailə yaradaq!” çağrışıyla bitməli Söz, “Əməl”, “Mütləq əməl”
Kəlamları oxunmalı, Ailənin bünövrəsi qoyulmalı, Bütov vasitəsiylə əlaqə
yaradılmalı, gələn ay İlk Məşğələ Kəlamın Ruhuna və Hərfinə Mütləq
uyğunluq səviyyəsində keçirilməli, Təmsil Seçilməli.
“Gəlin Atalığı öyrənək, Amalı öyrənək, Ailələşək, Şərdən İmtina
eləyək, Xeyrə çataq” – məramı gerçəkləşsin.
3. Atanın Ümumi İnam, İdrak, Mənəviyyat, İradə Varlığını Tanıtmaq.
(Ad çəkmədən)
Atalıq siqləti, Peyğəmbərlik siqləti, Mütləqilik. Əvvəlkilərlə müqayisə.
Evladların, Ümumi Varlığını tanıtmaq (Ad çəkmədən).
4. Çağrışların Ehkam səviyyəsində, Quruluş səviyyəsində, Təşkilat
səviyyəsində, Bugünkü İdrak və İradə səviyyəsində, yaxud İslam
səviyyəsində – müstəqil Ata Yurd niyyətlərinin Şər olduğunu anlatmaq.
Xalqı Hay-həşirdən ayırmaq, Ağac-Ağac Xalq Bağı salmaq, böyütmək,
Yetirmək.
İmtina Məqamına çatdırmaq.
Yetkincəsinə, Müqəddəscəsinə Ata Hökmünə əsasən.
5. Bugünkü Demokratizmin, Aşkarçılığın Şər Mahiyyətini, Səddini
göstərmək.
Ehkam səviyyəsində Demokratiya – Antidemokratiya.
Ehkam səviyyəsində Aşkarlıq – Antiaşkarlıq.
Sosializm səviyyəsində, Təşkilat səviyyəsində Mahiyyətlə Təzahürü
bir-birindən ayırmaq.
Məqsəd – Demokratiya adıyla Antidemokratiyanı yaşatmaq və
yaymaq.
6.Şöhrətpərəstliyin ruhani Şəhvətpərəstlik olduğunu anlatmaq.
Yurdsevərlik harayında şöhrətpərəstlik yanğısı var.
Belələriylə Yola çıxmaq olmaz.
197
1) Yol Birdir – Amal, Atalıq. Başqa Yol Uçurumdur.
2) Xalq çox Uçurumlar görüb, ona görə də Uçuruma alışıb, onu
görmür.
3) İnamlı olmaq, İnsanlı olmaq, cəmiyyətli olmaq, yurdlu olmaq,
Şərqli olmaq.
4) “Ataya Sözünüz nədir, Ricanız nədir?” – sözləriylə camaata üz
tutmaq.
5) Şərin təzə “millilik” fəndini anlatmalı oyun – millilik əvəzinə
antimillilik, “milliləşdirirəm ki, beynəlmiləlləşdirəm, “dirildirəm ki,
öldürəm”, “dirildə-dirildə öldürürəm”.
6) Stalinizm – Sosializm, Marksizm, Təşkilat deməkdir. Bunlar
amtiinsanilik,
antiəxlaq,
makiavelçilik
deməkdir.
“Məqsəd
vasitəni doğruldur” – həqarəti.
7) Görüş çoxvaxtlı olsun.
Suallara cavab ver ətraflı.
8) Şər İtinin ağzına Demokratiya əti at.
9) Bütövün Amalda əsas İşi – Təşkilatçılıq olacaq. Səninlə görüşlərin
Təşkili Təcrübə məktəbi olsun Bütövün.
10) Təqsirini əməlinlə Yu. Atanı sevindir.
Qaranlıqlar Yarılsın!
8 Dözüm Günü, Şölə Ayı, 10-cu il. Bakı.
ONUNCU İL “ATA GÜNÜ” BAYRAMI
1.Bayram “Yol” kitabı üstə qurulur.
Kitabın
əsas
İdeyaları
Yazılır
və
Bayramda
səsləndirilir.
Bayram Kitabla başlayır və qurtarır.
2.Ata haqqında Söz Atanı dərk etmə Yönündə deyilir:
Atanı dərk etmə səviyyəm.
Ata və Qədimlik.
Ata və Müasir Həyat.
Ataya xidmətim.
Atanın Mahiyyəti.
3.Bayramda Nişanlanma Mərasimi keçirilir.
4.Bayramın Gedişatını Evladım Safruh yazır, təşkilatçılıq – Evladım
Əsilə həvalə edilir.
Yazı Qürub ayının 12-də Ataya təqdim olunur.
5.Bayram iki saat ərzində başa çatır.
Qaranlıqlar yarılsın!
21 Mərhəm günü, Od Ayı, 10-cu il. Bakı.
198
EVLADIM LAYİQƏ
Nalayiq Dünyadan layiq Dünya yaranmalıdır.
Nalayiq Adamdan layiq İnsan yaranmalıdır.
İnamsızlıq əvəzinə İnam yaranmalıdır.
İdraksızlıq əvəzinə İdrak yaranmalıdır.
Mənəviyyatsızlıq əvəzinə Mənəviyyat yaranmalıdır.
İradəsizlik əvəzinə İradə yaranmalıdır.
Müstəqil Xalq yaranmalıdır.
Ruhani Cəmiyyət yaranmalıdır.
Vətən Ailələşməlidir!
Həyat – Amallaşmalıdır!
“Layiq“ adını sənə halal eləyirəm!
Adına layiq ol!
12 Qismət günü, Qürub Ayı, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Vələddin idi. Ocaqdan çıxdı).
EVLADIM HAQLIYA
Xeyir haqlıdır – Şər haqsız!
Amal Haqlıdır – Həyat haqsız!
Sabah haqlıdır – Bugün haqsız!
“Haqlı“ adını sənə halal eləyirəm.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
20 Murad günü, Qürub Ayı, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Möhsün idi. Ocaqdan çıxdı).
EVLADIM QƏDİMƏ
Zərdüşt qədər Qədimik.
Babək qədər Qədimik.
Qorqud qədər Qədimik.
Nəsimi qədər Qədimik.
Füzuli qədər Qədimik.
Muğam qədər Qədimik.
Saz qədər Qədimik.
Qədimliyi Amalımızda Sabahlaşdırırıq.
“Qədim“ adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
4 Ata Ayı, İnam günü, 10-cu il. Bakı.
(Qeyd: Həyatda adı Nadir idi. Ocaqdan çıxdı).
199
MƏSULİYYƏT
Ataya Təzə Evlad hazırlayan, Təqdim edən Ocaqçı – hadisənin
Məsuliyyətini çiyninə götürür.
“OCAQ TARİXİ” HAQQINDA
1.Evladlığa hazırlananlar üçün “Ocaq tarixi” yazılır (kiçik həcmdə,
maşınka yazısında 50 ədəd).
2.Qar ayının 27-də Kitabın Quruluş Qaydası (Planı) Ataya göstərilir.
Kitabın ilk nüsxəsi Ata Günündə (11-ci il) Ataya təqdim olunur.
3.Yazanlar: Safruh, Qəlbi, Özümlü.
MÜQƏDDƏS TƏLİM
1.Müqəddəs Kitablardan Mütləqə İnam, Kamil İnsan, Ruhani Cəmiyyət,
Müstəqil Vətən, Ləyaqətli Şərq İdeyaları seçilir, qaydalanır (sistemləşir),
oxuculara çatdırılır.
Tərtibçi: Safruh. (Maşınka yazısında 50 ədəd).
2.Kitabın ilk çeşidi (variantı) 11-ci il Od Ayının 28-də Ataya göstərilir.
3.Kitabın ilk nüsxəsi 11-ci il Ata Günündə Ataya təqdim edilir.
“YAS MƏRASİMİ”
Çiçək Ayının 28-i Atayurdun “Yas Günü” sayılsın və Mərasimləşsin.
MÜTLƏQÇİLİK MÜQƏDDƏSLİYİ
1.Mütləqçi olduğunu unudurlar Evladlar.
Özüylə döyüşdə güzəşt görünür, Ataya Səcdədə natamlıq var.
Müqəddəs Ricalar oxunmur, əməl Amala çatmır.
Mütləqçilik – Evladlıq ləyaqətidir.
Mütləqçi səviyyəsi – zəruridir.
Ona yetməyən Ocağı tərk eləməlidir.
RUHANİ İNTİZAM
Ata Evladın əsl “Mən”idir.
Evladın Atadan kənarda “Mən”i Yoxdur.
Atayla Vəhdətdən fərqli Müstəqillik yoxdur Ocaqda.
AİLƏ YARANIŞI
Ailə “Əməl” və “Müqəddəs Əməl” Hökmlərinin ruhani və hərfi mənasına
tam riayət əsasında Yarananda həqiqi sayılır; tarixi həmin vaxtdan
Başlanır və Mərasimləşir.
200
MÜTLƏQ İNTİZAM
1.Mütləqiliyin ən cüzi dərəcədə belə pozulması günahdır.
Günah Ata tərəfindən cəzalandırılır.
2.Cəzalar: 1.Danlaq, 2.Müəyyən vaxt ərzində Ocaqdan çıxarılmaq,
3.Həmişəlik Ocaqdan çıxarılmaq.
Ata Sözü Mütləqdir!
Ata Hökmü Mütləqdir!
Amal Qanunları Mütləqdir!
EVLADIM ÜSTÜNƏ
Amal Həyatdan üstündür.
İnam Zamandan üstündür.
Mənəviyyat Zordan üstündür.
İradə Zülmdən üstündür.
Dünyanı məhvərindən çıxartdılar.
İnsanı insanlıqdan ayırdılar.
Yalanı dünyaya yaydılar.
İnamlaşmaq məqamıdır.
İnsanlaşmaq məqamıdır.
Vətənləşmək məqamıdır.
İnqilab yaramadı – İntibah gərək.
Səhrada bağ salmalıyıq.
Tarixdən üstün olmalıyıq.
Dünyadan üstün olmalıyıq.
Üstünlük – taleyimizdir – təhlükəli, fərəhli.
"Üstün" adını sənə halal eləyirəm.
Adına layiq ol.
Ürəyin Qaranlıqları Yarsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Qeyd: Həyatda adı Yaqut idi. Döndü).
“MƏBƏD” KİTABÇASI (jurnalı) HAQQINDA
1. 11-ci ilin “Ata Günü”ndən – Ocağın “Məbəd” kitabçası (jurnalı)
çıxmağa başlayır (Maşınka yazısıyla 100 ədəd, pullu).
Məqsəd – Atalığı təbliğ eləmək, xalqı İmtinaya hazırlamaq, çağırmaq –
müqəddəs məzmun, ülvi biçim əsasında.
2.Kitabçanı hazırlayanlar – Safruh, Qəlbi, Özümlü.
3.Kitabçanın çapını təmin edən – Əsil.
4.Kitabçanı yayanlar – Sadiq, Halal, Bütöv, Layiq, Haqlı, Qədim, Üs-
tün, İşıqlı.
201
5.Qar ayına qədər Evladlar “Məbəd”ə aid öz mülahizələrini Safruh va-
sitəsiylə Ataya çatdırırlar...
Kitabçanın ilk nüsxəsi on birinci il “Ata Günü”ndə Ataya təqdim edilir.
20 Ümid günü, Ata Ayı, 10-cu il. Bakı.
Dostları ilə paylaş: |