TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)


Ocaqçının qəddar düşmənlərindən biri də İnamsızlıqdır



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   2   3   4   5   6   7   8   9   ...   38

 

Ocaqçının qəddar düşmənlərindən biri də İnamsızlıqdır.  

Bu eybəcərlik özünü ən çox Müqəddəsliyin inkarında büruzə verir. 

İnamsızlar üçün Dünyada Pərəstişə, Heyrətə, Məhəbbətə layiq heç nə 

yoxdur:  Anaya  səcdə  qılmaq  olmaz, çünki  o,  adi  bioloji varlıqdır,  təbiətin 

iradəsinə  tabe  olur.  Evlada  Məhəbbəti  –  təbii  instinktlərin  təzahüründən 

başqa bir şey deyil.  

Sevgidə də Müqəddəslik yoxdur, çünki çılğın Heyranlığın arxasında adi 

cinsi tələbat durur.  

İnamsız  –  nə  Körpə  Gülüşündə,  nə  Musiqi  Sədasında,  nə  Qəlbin 

Riqqətində, nə Təxəyyülün Qanadlı Uçuşunda, nə Gözəlliyin Çağırışında, 

nə  İnsanın  Tanrılarla  Yarışında,  nə  İdeal  Həsrətində,  nə  Fədakarlıq 

Şeiriyyətində Böyüklük görmür.  

Ocaqçı  bu  mənfur  əhval-ruhiyyəni  kökündən  qoparıb  atmalıdır, 

Həyatda, Mənəviyyatda, İdrakda Müqəddəsliyi bərpa etməlidir.  

Vətən,  Məhəbbət,  Əqidə,  Gözəllik,  Ədalət,  Bəşərsevərlik,  Həqiqət, 

Qeyrət, Sədaqət  –  Müqəddəsdirlər! 

Bunu  inkar  edənin  heyvandan  fərqi  yoxdur,  çünki  onda  ən  müdhiş 

qəbahətə belə haqq qazandırmaq olar.  

Satqınlığını  təmizə  çıxararsan,  deyərsən  ki,  dünyada  Mütləq  heç  nə 

yoxdur, ona görə əqidəmi ildə bir neçə dəfə dəyişirəm.  

Yaltaqlığını  müdafiə  edə  bilərsən,  deyərsən  ki,  qeyrətsiz  də  yaşamaq 

olar,  Mütləq  Mənəvi  Kamilliyə  inanmadığım  üçün  Mənəviyyatsızlığımı 

günah saymıram.  

Əxlaqsızlığın  da  səni  narahat  etməz,  deyərsən  ki,  Əxlaq  buxovdur, 

ondan xilas olmaq günah deyil. 

Qeyrətsizliyinə  də  səbəb  tapa  bilərsən,  deyərsən  ki,  can  şirindir. 



Müqəddəslik  inkar  olunanda  ən  murdar  cinayətə    belə,  haqq 

qazandırmaq olar.  



Müqəddəslik  itən  yerdə  Şər  ağacı  bitir.  Buna  görə  də    İnamsızlıqla 

mübarizə bir an da dayanmamalıdır! 

Ocaqçının  eybəcərliklə  döyüşü  çətin,  davamlı  və  gərgindir.  Ancaq 

Ocaqçı  cəngavərlik  Yoluna  Fərəhlə  qədəm  qoyur.  Çünki  fəaliyyətinin 

gərəkliyinə, zəruriliyinə, ali mənasına tam inanır.  

 

 



 

 

 

38 


3. BUGÜNƏ  MÜNASİBƏT 

 

Ocaqçı Bugünü Sabaha aparan Yol kimi qiymətləndirir.  



O, Bugünü Sabahın hissəsi sayır.  

Ocaqçı  Bugünü  Gözəllik  nümunəsi, İdeala  uyğun  hadisə  hesab  etmir. 

O, Bugünün adiliyini, nöqsanlılığını, natamlığını görür. 

Ocaqçı  Bugünün  Mənasına  Sabahın  Zirvələrindən  baxır  və  görür  ki, 

Bugün Sabah qarşısında cılızdır, naqisdir, qeyri-kamildir. Buna görə də o, 

Bugünü təkmilləşdirməyi, Sabahı yaxşılaşdırmağı öz məqsədi sayır.  



Ocaqçı Bugündə Sabahın Evladı kimi yaşayır.  

O, Bugünün bəsit şüurunda hökm sürən təsəvvürləri rədd edir, müasir 

qəbahəti damğalayır.  

Sabah  Ocaqçının  nəzərində  Bugündən  yerdən  göyə  qədər  fərqli 

olmalıdır, onunla təzad təşkil etməlidir.  

Bu  baxımdan,  Sabah  Bugünün  inkarıdır.  Ancaq  həmin  inkar  Bugünün 

daxilində  başlayır.  Bu  səbəbdən  də  Bugünkü  Həyatın  eybəcərliyiylə 

döyüş Sabahkı Dünyanın yaranmasına xidmət edir.  

Ocaqçı  başqalarından  fərqli  olaraq,  Bugündə  Sabahkı  Əxlaq,  İdrak, 

Mənəviyyat  əsasında  yaşayır  və  öz  Həyat  Tərzini  müasir  Həyat  Tərzinə 

qarşı qoyur.  

Ancaq  o,  bununla  Bugünə  misilsiz  xidmət  göstərir,  onu  çirkabdan 

qurtarır, ona Ülvilik gətirir.  

Bu baxımdan o, Bugünün həm  düşməni, həm də dostudur.  

Düşmənidir, çünki Bugünə xas olan eybəcərlikləri qamçılayır, ifşa edir, 

rədd edir.  

Dostudur,  çünki  İnsani  Həyatın  Ali  Mahiyyətinə  xas  olan  Ülvi 

Keyfiyyətləri Bugünə gətirir, Həyatı Çirkinlikdən təmizləyir.  

Ocaqçı  onu  da  bilir  ki,  Çirkabdan  təmizlənən  Dünya  artıq  Bugünkü 

Dünya olmayacaq.  



Ocaqçı Bugündə Gözəl nə varsa, özüylə Sabaha aparır.  

Bununla da Bugünkü Naqisliyə son qoyulur.  

 

4. DÜNƏNƏ  MÜNASİBƏT 

 

 Ocaqçı  “Bugün  Dünəndən  hər  cəhətdən  Üstündür”  –  cəfəngiyyatını 

rədd  edir.  Ocaqçı  özünü  Fədakarlıq,  İdraki  Qəhrəmanlıq,  Ülvi  Ruhanilik 

Ənənəsinin  varisi  sayır.  Ocaqçı  belə  hesab  edir  ki,  həmin  Ənənəni 

Ağıllara,  Ürəklərə  həkk  etməklə,  Mənəviyyatı  Müqəddəslik  suyunda 

çimizdirməklə  öz  məqsədinə  nail  ola  bilər.  Bu  baxımdan  Ocaqçı  öz 

keçmişinə Mənən qayıdır.  


 

39 


Ancaq  o,  Keçmişin  Ədalətsizliyinə,  Zülmünə  qayıtmır,  Böyüklüyünə, 

Ölməzliyinə qayıdır.  

O,  görür  ki,  Nəsimilərin,  Füzulilərin  Ruhu  Ürəklərdə  kök  salmayıb. 

Bugünkülərin çoxu dahilərin adlarını bilir, Ruhunu bilmir.  

Onlar  Füzuli  Ülviyyətindən,  Nəsimi  Heyrətindən,  Muğam  Hikmətindən 

uzaqdırlar.  

Adət-ənənələrin  zahiri  tərəfi  mənimsənilib,  onların  arxasında  duran 

Məna indikilərə yabançıdır.  

Keçmiş ilə Bugün arasında süni sədd yaradılıb.  

Keçmiş ən çox qara rənglə çəkilir.  

Əslində  isə  biz  Keçmişimizlə  fəxr  etməliyik,  çünki  ən  dərin,  fəlsəfi, 

bədii, əxlaqi məsələləri qədim Müdriklərimiz həll ediblər.  

Ocaqçı  Keçmişə  arxalanır,  Bugünün  Eybəcərlikləri  ilə  döyüşür, 

Sabahı təsdiq edir.  

Ocaqçı  görür  ki,  müasir  Həyatda  Şərq  fəlsəfi-poetik  ənənəsinin  təsiri 

yox dərəcəsindədir.  

Ona görə də Şərqli Şərqliliyini itirib.  



Ocaqçı Şərq Ruhunu bərpa etməyi öz Müqəddəs Borcu sayır.  

Tarixdə  Ali,  Gözəl,  Mənalı  nə  olubsa,  qorunmalı,  bəslənməli,  Bəşərin 

Mənəviyyatına axıdılmalıdır! 

 

5. SABAHA  MÜNASİBƏT 



 

Ocaqçı  Sabah  yönlüdür,  Sabahla  təmasdadır,  Sabah  əsasında 

yaşayır, Sabahı hazırlayır.  

Ocaqçının  Sabahı  –  yeni  Mənəviyyat,  yeni  İdrak,  yeni  Həyat  Tərzi 

deməkdir.  

Yeni  Mənəviyyat  –  Müqəddəsliyə,  Ülviliyə,  Ruhani    Tamlığa 

əsaslanan Mənəviyyatdır.  



Yeni İdrak – İnsanı öz əsil Mahiyyətinə qaytaran İdrakdır.  

Yeni  Həyat  Tərzi  –  Özündənkeçməni,  Fədakarlığı,  Əxlaqi  Kamilliyi 

normaya çevirən Həyat Tərzidir.  



Ocaqçı Bugündə Sabah üçün yaşayan Şəxsdir.  

 

6. FƏLSƏFƏYƏ  MÜNASİBƏT 

 

Ocaqçı mürəkkəb, Ülvi, çoxçeşidli Fəlsəfi Fikri sxemlərə qurban verən 



Doqmatizmin, Ehkamçılığın düşmənidir.  

Fəlsəfəni məlum müddəalar  yığınına  çevirmək və  İdrakın minillik tarixi 

gedişinə, nailiyyətlərinə göz yummaq  – barbarlıqdır.  


 

40 


Fəlsəfəni  bitmiş,  tükənmiş  hesab  etmək,  alimliyi  əzbərçilik,  şərhçilik 

səviyyəsinə endirmək bədnam naşılıqdır.  

Dünyada  ən  Ali  İdraki  Fəaliyyət  sayılan  Filosofluq  bugün  ən  miskin 

peşə  vəziyyətinə  alçaldılıb.  Tutuquşuluq,  Qəzetçilik  və  Professorluq  

Fəlsəfəsi  –  fikirsizlik,  məddahlıq,  diplomatik  rəqqaslıq,  mütilik  səfsəfəsi 

törədib.  

Dünyanı  və  İnsanı  Saflaşdırmaq,  Yüksəltmək,  Kamilləşdirmək 

Qüdrətinə malik olan Fəlsəfə – bəsitliyi yaymaq, eybəcərliyi təsdiq etmək 

miskinliyinə endirilmişdir.  

Fəlsəfə ilə Xalq arasında uçurum yaranmışdır. 

Çinovnik  üslubunda  yazılmış  əsərlər  arxivlərdə,  kitab  anbarlarında  

tozlanır, jurnalları, qəzetləri dolduran sönük, idraksız yazılar oxunmur.  

Xalq “Filosofları” tanımır, çünki onlar Xalqa lazım deyillər.  

Ocaqçı belə hesab edir ki, Fəlsəfənin Peyğəmbərlik siqlətini, Ürəklərə, 

Ağıllara, Talelərə misilsiz təsirini, Xəlqi Mahiyyətini, İdraki Vüsətini, Poetik 

Pafosunu, Bədiiyyatını, müəyyən Məzmun və Forma Gözəlliyini, Həqiqət 

Eşqini, Cəngavərliyini bərpa etmək gərəkdir.  

Bu baxımdan, ən çox Zəka ilə Hissin, Təhlil ilə Şeiriyyətin,  Tədqiq ilə 

Vəhyin Vəhdətinə qayıtmaq və onu yüksək səviyyəyə qaldırmaq lazımdır.  

Fəlsəfə Şeir qədər, Musiqi qədər cazibədar olmalıdır. O, həm də İnsan 

ilə  Dünya  münasibətinə  aid  olan  böyük  suallara  daha  dərin  və  daha 

dürüst cavab verməlidir.  

Fəlsəfə  həm  Müəllim,  həm  Mənəvi  Həkim,  həm  Qəhrəman,  həm  də 

Ruhani Rəhbər rolunu öz üzərinə götürməlidir.  

Bu baxımdan, o, həm elm, həm sənət, həm İdraki fəaliyyət, həm əməli 

iş,  həm  tədqiqat,  həm  də  Peyğəmbərlik  olmalıdır.  O,  öz  böyüklüyüylə 

Vətən və Bəşəri təmsil etməlidir. 

Ocaqçı  bu  Fəlsəfənin  həm  tələbəsi,  həm  ardıcılı,  həm  də  keşikçisi 

olmalıdır.  

 

7. SƏNƏTƏ  MÜNASİBƏT 

 

Ocaqçı  –  Həyatı  sadəcə  təsvir  edən,  Yüksək  İdeallara,  Mənəvi 

Kamilliyə çağırmayan sənəti Sənət saymır.  

Ocaqçı  –  novatorluq,  orijinallıq  pərdəsi  altında  xəlqi  Mahiyyətə, 

Ənənəyə arxa çevirən təqlidçi sənəti Sənət saymır. 

Ocaqçı – Müqəddəslik Ruhuna yad olan həyasız sənəti Sənət saymır.  

Ocaqçı – məddah sənəti Sənət saymır. 

Ocaqçı – Fəlsəfi Təfəkkürlə təmasda olmayan, ondan bəhrələnməyən, 

onunla yanaşı addımlamayan sənəti Sənət saymır. 


 

41 


Ocaqçı  –  ucuz  Şöhrət  naminə  İdeal  Niyyətləri  bayağılaşdıran  hay-

küyçü sənəti Sənət saymır.  

Ocaqçı  – məzmun və forma  kamilliyindən,  gözəlliyindən məhrum  olan 

ilhamsız, ehtirassız, qanadsız  sənəti Sənət saymır.  

Ocaqçı  –  həyatı  ilə  yaradıcılığı  arasında  birlik  olmayan,  Xalqı  Ali 

Hisslərə çağıran, özü isə murdar yaşayan sənətkarı Sənətkar saymır. 

Ocaqçı  –  başabəla  şairlərin,  nasirlərin  pərpətöyün  kimi  artmasını 

ictimai bəla sayır.  

Ocaqçı  –  gənclərin  bir  qismi  arasında  geniş  yayılmış  şairə  pərəstiş 

avamlığını damğalamalıdır.  

Ocaqçı – yaranan kimi yoxa çıxan gündəlik sənəti Sənət saymır.  

Ocaqçı – fikirsiz, ilhamsız, cəsarətsiz, qeyrətsiz, təsvirçi tənqidi  Tənqid 

saymır.  

Ocaqçı  –  İdeala  çağıran,  Dünya  Bədii  Fikrinə  söykənən,  öz  Şərqi 

Mahiyyətinə  sadiq  olan,  Xalq  Mənəviyyatını,  İdrakını  ifadə  edən, 

Müqəddəsliyi  bərpa  edən  Fəlsəfi  Siqlətə,  Əxlaqi  Kamilliyə  malik  olan, 

Həyatdakı  eybəcərliklə  vuruşan  Filosoflar,  Cəngavərlər,  Cəfakeşlər 

yetirməyə qadir olan böyük Sənət istəyir.  

Belə  Sənət  hələ  yoxdur.  Ancaq  onun  yaranmasına  Ocaqçının  İnamı 

sonsuzdur.  

Ocaq öz Fəlsəfəsini yetirdiyi kimi, öz Sənətini də yetirəcəkdir.  

 

8. OCAĞA  MÜNASİBƏT 



 

Ocaq – Ocaqçının Müqəddəs Dünyasıdır, Həyatıdır, Səcdəgahıdır.  

Ocaqçının ən böyük Andı “Ocaq haqqı” sözləri olmalıdır.  

Ocaq Andına xilaf çıxmaq – Cinayətdir. 

Ocaq  Ocaqçının  ən  böyük  Dayağıdır.  Ocaqçı  həmişə  Qəlbən,  Mənən 

Ocaqla  olmalıdır.  İmtahan  verən  tələbə,  əsər  yazan  ziyalı,  övladını 

intizarla gözləyən Ana, ilk dəfə dərs keçən Müəllim, tamaşaçı qarşısında 

çıxış  edən  Aktyor,  Sevgilisindən  Məhəbbət  kəlməsi  gözləyən  Aşiq 

Ocaqdan  kömək  diləyir. Ailə  quran  Ocaqçı  toy məclisindən  əvvəl Ocağa 

gəlir,  Ocaqdan  Xeyir-dua  alır.  Ata  qarşısında  And  içir:  “And  içirəm, 

Məhəbbətimə Sədaqətli olacağam! Ocağıma layiq Ailə Başçısı olacağam. 

Övladlarımı  Ocaq  Ruhunda  böyüdəcəyəm.  Andıma  xilaf  çıxsam,  Ocaq 

Müqəddəsliyi mənə qənim olsun!” 

Ocaqçının iki doğuluş tarixi var: Həyata gəldiyi və Ocağa daxil olduğu 

gün, ay, il.  

Ocaqçının Ocaqdan gizli sirri yoxdur, çünki Ocaqdan kənarda Dünyası 

yoxdur.  

Ocaqçı Ocağa həmişə hesabat verir.  



 

42 


Ocaqçının Ocaqsız keçən dəqiqələri olmur.  

Ocaq – Ocaqçının özündən böyük Mənasıdır.  

 

9. ATAYA  MÜNASİBƏT 

Ata – Ocağın Mahiyyəti, Təzahürü, Canlı “Mən”idir. 

Ata Sözü – Ocaqçı üçün Mütləq Qanundur.  

Ataya Ruhən qovuşmaq – Ocaqçının Ülvi Arzusudur. 

Ataya Mütləq İnam  Odu Ocaqçı Qəlbində daim yanır. 

“Ata haqqı” Andı – Müqəddəsdir! 

Atanın Ocaqçıya Hökmü Mütləqdir, Ülvi Mahiyyətə malikdir.  

Atanın Hörməti – Ocağın Ali Sərvətidir. 

Ocaqçının Ataya Səcdəsi – Ruhani Ləyaqətdir.    

Ocaqçı Ata Ləyaqətini göz bəbəyi kimi qoruyur.  

Ataya qalxan əl – kəsilməlidir. 

Ataya  qarşı  cüzi  Hörmətsizlik  –  dəhşətli Qəbahət  sayılmalı və Ocaqçı 

nifrəti ilə damğalanmalıdır! 

Atanın Ocaqda Səlahiyyəti Mütləqdir! 

Ocaqçılar  Atanın  həm  Övladları,  həm  Köməkçiləri,  həm  də 

Ardıcıllarıdır.  

Ata Səlahiyyətinə ən kiçik etinasızlıq – Mənəvi eybəcərlik sayılmalıdır.  

Atanın  Böyüklüyü,  Qeyri-Adiliyi  Onun çiyninə  düşən  Yükün  Böyüklüyü 

və Qeyri-adiliyindən doğur. Bu səbəbdən də Ataya pərəstiş təbii, gərəkli, 

zəruri Övladlıq Münasibəti hesab edilməlidir! 

Ocaqçı Atanı canlı İdeal sayır.  

Ocaqçı çətin anlarda Ata Qüdrətinə müraciət edir.  

Ocaqçının Ataya Məhəbbəti – Ocağın iti qılıncıdır.  

Ona qarşı edilən həmlə – cinayətdir. 

Ocaqçı  Ataya  xidmət  etməklə  –  Mənəviyyata,  İdraka,  Müqəddəsliyə 

xidmət edir.  

Bu səbəbdən də həmin xidmətlə fəxr edir.  

 

CƏZA 

 

Ocaqçının  ən  böyük  Cəzası  –  Ocaqdan  xaric  edilməkdir,  çünki Ocağı 

itirmək – Əsilliyi itirməkdir.  

 

MÜKAFAT 

 

Ocaqçının ən böyük Mükafatı – Ocaqçı olmaqdır.  

Çünki Dünyada Ocaqçılıq Aqibətindən Ülvi Aqibət yoxdur.  

 


 

43 


CÖVHƏR 

 

I. MÜTLƏQ 

 

Təbiətdə,  Mənəviyyatda,  Kainatın  Ahəngində,  Gözəllikdə,  İdrakda, 

Ehtizazda,  Vəcddə,  Analıqda,  Məhəbbətdə,  Ruhun  Ülvi  Xilqətində, 

Bəşərin  Özündən  Böyük  Mənasında,  Ürəyin  Ürəyə  Qovuşmaq 

Arzusunda,  İdeala  qarşısıalınmaz  Meyildə,  Dostluqda,  Həyada,  İsmətdə, 

Dünənlə 


Bugünün 

Təmasında, 

Özündənkeçmədə, 

Qeyrətdə, 

Müqəddəsliyin Əfsunlu  Cazibədarlığında Əbədi, Sonsuz Mütləq yaşayır.  

Mənim Allahım Odur! 

Sözə  sığmayan,  nisbi  hadisələrin  daxilində  yaşayan,  fəqət  onlardan 

Yüksək və Kamil olan Mütləq! 

Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin 

İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq! 

Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xalqın Ölməzli-

yi,  Təbiətdə  –  Dağların  Vüqarı,  Səmanın  Sehrli  Ənginliyi,  Cəmiyyətdə  – 

Torpağın Vətən səviyyəsinə qalxması! 



Bunlar Mütləqin təzahürləridir! 

Mənim Allahım Mütləqdir! 

İnsan  Özündənkeçmə,  Fədakarlıq  Yüksəkliyinə  qalxır,  Adiliyindən, 

Keçiciliyindən,  Qorxu  Duyğusundan  xilas  olursa,  Özündəki  Mütləqə 

yaxınlaşır! 

Xalq  sonsuz  Mətanət,  Əzab-Əziyyət  bahasına  öz  bənzərsizliyini, 

Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxınlaşır! 

Ana  Övladına  Məhəbbətdə  Dahilik  göstərirsə  –  Özündəki  Mütləqə 

yaxınlaşır! 

Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuşmaya 

çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır! 

Günəş  Yerə,  Torpağa,  Canlılara,  Bitkilərə  öz  Şəfqətini  Səxavətlə 

paylayırsa – özündəki Mütləqə yaxınlaşır! 

Sifətdə  İnsanın  Dünyaya  sığmayan  Mahiyyəti  öz  İfadəsini  tapırsa,  – 

Sifətdə Mütləq İşığı parıldayır! 

Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir… 

Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təzahürüdür.  

Peyğəmbərlərin  Sözlərində,  Qəhrəmanların  Əməllərində  Mütləq 

yaşayır! 

Zülmə  qarşı  hiddətdə,  eybəcərliyə  qarşı  Nifrətdə,  Mərhəmətdə, 

Qüdsiyyətdə Mütləq yaşayır! 



 

44 


Gecə  Sükutunda,  Səhər  Oyanmasında,  Şimşək  Nərəsində,  Yağışda, 

Qarda Mütləq yaşayır! 

Ruhun  bədən  üzərində,  İnsaniliyin  Heyvanilik  üzərində,  Müdrikliyin 

Naşılıq üzərində qələbəsində Mütləq yaşayır! 

Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır! 

Mənim Allahım Mütləqdir! 

Mən  Ona  Səcdə  qılıram.  Onunla  yaşayıram.  Onun  tələblərinə  əməl 

edirəm.  

Mütləq  Dünyada  təzahür  edir,  Dünyanın  daxilindədir.  Ancaq  Dünya 

təkcə Mütləqdən ibarət deyil.  

O,  həm  də  şərdən,  naqislikdən,  çirkinlikdən,  adilikdən,  bəsitlikdən 

ibarətdir.  

Dünya heç vaxt tam Mütləq olmur. 

Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir! 

Ancaq  Gerçəklikdə  həmişə  Mütləqə  can  atmağa,  ona  yaxınlaşmağa, 

onunla bir olmağa meyil var.  

Dünya  heç  vaxt  tam  Mütləq  olmur,  ancaq  Dünya  həm  də  heç  vaxt 

Mütləqsiz olmur. 

Mütləq  həmişə  Dünyada  özünü  büruzə  verir,  həm  də  Dünya  ona 

yaxınlaşmağa can atır.  

Mənim Allahım Mütləqdir! 

Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəqqi, Mütləq 

Ədalət, Mütləq Fədakarlıq! 

Mütləq 


məni 

Qanadlandırır, 

Qəhrəmanlaşdırır, 

Dahiləşdirir, 

Peyğəmbərləşdirir.  

Özümlə  Döyüşürəm,  öz  üzərimdə  Qələbə  çalıram,  Gerçəkliklə 

razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.  

Həm Əlçatmazdır Mütləq, həm də Yaxın! 

Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.  

Yaxındır,  çünki  özünü  Gerçəklikdə  büruzə  verir,  əməllərdə,  had-

isələrdə, keyfiyyətlərdə aşkara çıxır.  



Həm Sonsuzdur Mütləq, həm də Sonlu! 

Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir. 

Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir! 

Həm Görünəndir Mütləq, həm də Görünməz! 

Görünəndir  –  ayrı-ayrı  İnsanlarda,  Gözəlliklərdə,  Məziyyətlərdə, 

Təzahürlərdə! 

Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.  

Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmürəm! 

Görürəm  Ülviyyətlə,  Qüdsiyyətlə  görüşəndə,  ona  qovuşanda,  onda 

itəndə! 


 

45 


Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, 

daha Möhtəşəmdir! 

Görünən  Mütləq  məni  görünməyən  Mütləqlə  Ruhani  qovuşmaya 

hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.  

Peyğəmbərlərdə,  Müdriklərdə,  Özündən  Keçənlərdə,  Təbiətdə  mən 

Mütləqin  təzahürləriylə  görüşürəm,  onlarla  bir  oluram,  Qüdrətim  hədsiz 

dərəcədə  artır;  ancaq  mən  dərk  edirəm  ki,  bunlar  Günəşin  Şüalarıdır, 

Günəş isə Şüaların cəmindən Artıqdır. 

Mütləq Dünyanı yaratmayıb.  

Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kənara çıxmaq, 

İdeala qovuşmaq Qüdrətini yaradıb.  

Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm: 

–  Ey  yerə-göyə  sığmayan,  tayı-bərabəri  olmayan,  Dünyada  nə  varsa, 

hamısına Ali Məna, Gözəllik, Ülvilik  verən – Mütləq! 

Mənə kömək et! 

Yanında  cılızam,  kiçiyəm,  naqisəm,  nöqsanlıyam,  günahlıyam, 

qəbahətliyəm! 

Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə! 

Müqəddəslik 

suyunda 


çimizdir, 

zəifliyimdən, 

keçiciliyimdən, 

naqisliyimdən uzaqlaşım! 

Necə varamsa, azam, cılızam, səndən uzağam.  

Yaxınlaşdır məni özünə. 

Həmişə mənimlə ol.  

Qəmimdə  də,  sevincimdə  də,  balacalığımda  da,  yetkinliyimdə  də, 

cavanlığımda da, qocalığımda  da, ölüm saatımda da, ümid məqamımda 

da – məni tək qoyma! 

Ömrüm boyu sənə xidmət edəcəyəm! 

Dünyada,  İnsanda,  Dünəndə,  Bugündə  Gözəl,  Mənalı,  Müqəddəs  nə 

varsa, hamısını yığacam qəlbimə,  onlardan daha Kamil bir Ruhani Surət 

yaradacam Mənəviyyatımda və  ona səcdə qılacam. 

Sən mənim Atamsan! 

Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!  

 

II. ATA 

 

Atalıq – Mütləqin İnsanda təzahürüdür.  

Atanın  İdrakı,  Mənəviyyatı,  Hissiyyatı  Müqəddəsdir  –  çünki  Mütləqin 

İfadəsidir.  

Mütləqə tapınan Həyat – Ataya tapınan Həyatdır. 

Ən zəruri, həqiqi Hakimiyyət Ata Hakimiyyətidir.  

Ata Ailədə Hakimdir, çünki Mütləqi təmsil edir.  


 

46 


Qadın – Anadır və onun Dahiliyi elə Analığındadır. 

Ancaq Evin sahibi Atadır.  

Ananın Hakimlik həvəsi – Qadınlığın süqutudur.  

Qadınlıq Mənəvi Zəriflik rəmzidir, Hakimiyyət rəmzi deyildir.  

Ailədə ikibaşçılıq Ailənin ölümüdür.  

Başçı birdir və o, Atadır.  

Qadınlığın Ailədə kişiləşməsi – Ailəni başsız qoyur, bərabərlik pərdəsi 

altında başıpozuqluq yaranır və Ailə öz Ruhani əhəmiyyətini itirir.  

Qadın Ləyaqətini Atayla Hakimiyyət rəqibliyi kimi anlamaq – naşılıqdır.  

Qadın  öz  Ləyaqətini  Kişi  Səlahiyyətində  yox,  Qadın  Səlahiyyətində 

təsdiq edir.  

Ata Evlada yaxındır, həm də Evladdan uzaqdır.  

Yaxındır, çünki Evladda özünü görür.  

Uzaqdır, çünki Ailədə Mütləqin tələbini ödəyir.  

Ata Ailəyə Mütləq Məna verir.  

Qərb eybəcərliyində Atanın Hökmü heçə endirilmişdir.  

Bu səbəbdən də Qərbdə Ailə yoxdur.  



Ailənin müqəddəs  Mənası – Mütləqin tələbinə cavab verən balaca 

Dünya yaratmaqdır.  

Həmin Dünyanın özünəməxsus sabit ahəngi olmalıdır.  

Bu ahəngi Ata Hakimiyyəti yaradır.  

Ancaq hər evladı olan Kişini Ata saymaq günahdır. 



Atalıq  –  Ailəni  Müqəddəs  saymaq  və  bu  Müqəddəsliyi  qorumaq 

deməkdir.  

Atalıq – Ailə Müqəddəsliyinə həsr olunmuş Qüdrətdir.  

Pis Atanı – Atalıq taxtından salmaq lazımdır! 

Ocaq Atası – Ocağın Mütləqidir. 

Bu səbəbdən də Ocaqçı Ataya Səcdə qılır. 

Ocaqçının ən böyük arzusu – Atanın Mütləq Mənasını təsdiq etməkdir.  

Cəmiyyətə İctimai Xadim, Sərkərdə yox, Ata başçılıq etməlidir.  

Xalq öz Atasını yetirməlidir, taleyini bütünlüklə Ataya həvalə etməlidir, 

onun sərəncamına verməlidir, onun Mütləq Səlahiyyətinə baş əyməlidir. 



Xalq öz Ruhani Mahiyyətini Atada tapmalıdır.  

Ata  Hakimiyyətindən  kənarda  meydana  gələn  Hakimiyyətlərin  heç  biri 

özünü doğrultmadı.  

Parlament  seçkiləri  vasitəsilə  meydana  gələn  Qərb  demokratiyası 

əslində yeni tipli monarxiya və ictimai xaos yaratdı. Seçiciləri ələ almağın, 

qorxutmağın,  aldatmağın,  oynatmağın  minbir  üsulu  törədi  və  Xalq 

Hakimiyyəti əfsanə olaraq qaldı. “Demokratik cəmiyyət” mənəviyyatsızlıq, 

siyasətpərəstlik, mənsəbpərəstlik, fəndgirlik bəlası doğdu.  



 

47 


Köhnə  monarxiyada  Hakimiyyət  Xalqdan  uzaq,  zülmkar  şəxsin  əlinə 

keçirdi.  



Burada Atalıq əvəzinə Ağalıq peyda olurdu.  

Monarx Xalqın mənafeyini yox, öz mənafeyini güdürdü, Xalq ilə Hakim 

arasında yadlıq törəyirdi və zorakılıq hökm sürməyə başlayırdı. 

 Tarixdə  neçə-neçə  demokratik,    Xəlqi  müəssisələr  qoluzorluların 

alətinə  çevrilirdi,  bir  nəfər  milyonları  qul  halına  salırdı  və  bu  yeni 

Quldarlığı Tərəqqi kimi qələmə verirdilər. 

Bu cür üsuli-idarələrdə Həyat öz Əsilliyini, Gözəlliyini, Təbiiliyini itirirdi.  

Ata  Hakimiyyətində  Xalq  Taleyinin  bütün  ağırlığı,  məsuliyyəti, 

böyüklüyü bir şəxsin – Atanın çiyninə düşür.  

Ata  seçilmir,  yetirilir,  onun  rəqibi  olmur  –  Evladları  olur,  o,  Hakimiyyəti 

Mənəvi İntibah məqsədinə tabe edir.  

Tarixdə ilk dəfə olaraq siyasi hakimiyyət Ruhani Hakimiyyətin təzahürü 

kimi meydana çıxır.  

Eybəcərləşmiş Dünya Xalisləşir.  

Ata öz Varisini yetişdirir və Hakimiyyəti ona vərəsə qoyub gedir.  

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin