TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə9/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

DOĞMALIQ – YADLIQ 

Xalqa Doğmayıq – Cəmiyyətə Yadıq! 

Doğma Cəmiyyət Yaratmalıyıq! 



10 Mərhəm günü, Od Ayı, 8-ci il. Bakı. 

 

İCTİMAİ  ŞƏR 

Ehkam Yalanı. 

Cəmiyyət Cəhənnəmi. 

Sürü Səfaləti. 

Zor Əsarəti. 


 

111


OYATMALAR 

Dövlət Dilənçisi –    

Əhali Dövlətdən Çörək dilənir, Ev dilənir, Güzəran dilənir. 

Dövlət Dilənçisi yaranıb. 

12 Murad günü, Od Ayı. 

 

EVLAD  DƏYANƏTİ 

Yarpaq deyiləm ki, Şər Küləyinə qarışam. 

Şitil deyiləm ki, Şər Küləyindən qırılam. 

Ağac deyiləm ki, Şər Küləyindən əsəm. 

Dağam – Şər Küləyi daşlarımda qırılır! 



26 Murad günü, Od Ayı, 8-ci il.  

 

ŞƏR  “XEYİRİ” 

İnamsızlaşdırdı – İnama hədsiz Ehtiyac yaratdı. 

İdraksızlaşdırdı – İdraka hədsiz Ehtiyac yaratdı. 

Mənəviyyatsızlaşdırdı – Mənəviyyata hədsiz Ehtiyac yaratdı. 

İradəsizləşdirdi – İradəyə hədsiz Ehtiyac yaratdı. 



Şərləşdirdi – Xeyirə hədsiz  Ehtiyac yaratdı. 

 

GÜZƏRAN  LƏYAQƏTİ 

Kasıblıqdan utanmamaq – Halallıqdan usanmamaq! 

 

ÖZÜNÜDƏRKETMƏ  ÖLÇÜSÜ 



İnam Ölçüsü – Mütləq. 

İdrak Ölçüsü – İnsan. 

Mənəviyyat ölçüsü – Vicdan. 

İradə ölçüsü – Əməl. 

 

SABAHIMIZ 

Atayurd – Türk Dünyasının Beyni və Ürəyi. 

Türkiyə  Türk Dünyasının Qolu və Kürəyi. 

 

ÖZÜYLƏDÖYÜŞ  ÜSULU 



Özünütəhlil, Özünəqiymət, Özünüdəyişmə. 

Hər gün, hər həftə, hər Ay, hər İl. 

29 Qismət, Qürub Ayı, 8-ci il. Bakı.  

 

MÜQƏDDƏS QİSMƏTİMİZ 

Şər başımıza gül səpməz, güllə çaxar. 

 


 

112


MÜTLƏQ  BİRLİK 

Amal Birdir və Bizimkidir. 

Sabah Birdir və Bizimkidir. 

Həqiqət Birdir və Bizimkidir. 



Amalımızdan başqa Amal Yoxdur! 

Sabahımızdan başqa Sabah Yoxdur! 

Həqiqətimizdən başqa Həqiqət Yoxdur! 

31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı.  

 

DOĞMALARIMIZ 

Günəş – İşığımızın Doğması. 

Səma – Yüksəkliyimizin Doğması. 

Dağ – Səbatımızın Doğması. 

 

SAĞLAMLIQ  MEYARI 

İlin bütün fəsillərindən Fərəh dərmək. 

Qışın Qar Fərəhini. 

Yazın Çiçək Fərəhini. 

Yayın Günəş Fərəhini. 

Payızın Yağış Fərəhini. 



8 Arzu günü, Ata Ayı, 8-ci il. Bakı.  

 

GEDİŞAT 

Öyrətmələr, Mərasimlər, Tədbirlər – İmtina! 

Amallaşmaq, İnsanlaşmaq, Xalqlaşmaq, Şərqləşmək, Bəşərləşmək! 

Şərin  Şər  olduğunu  bilməli,  Şərin  tabeliyindən  çıxmalı,  Şərə  qarşı 

çıxmalı! 

ŞƏRÇİLƏR 

Ehkam, Cəmiyyət, Boyunduruq, Zor. 

 

RUHANİ  DÖYÜŞ 

Zora qarşı Dəyanət. 

Qorxuya qarşı Cürət. 

Yalana qarşı Həqiqət. 

Harama qarşı Halal. 

Zülmə qarşı Ədalət. 

Zoru Zordan salmaq. 

Qorxunu qorxutmaq. 

Yalanı qovmaq. 

Haramı hoylamaq. 

Zülmə Zülm eləmək. 


 

113


XƏLQİ BİRLİK 

Xalq bir olanda Diri olur. 

Xalq bir olmayanda Ölü olur. 

 

İMTİNA  QANUNU 

Ehkama  İnanma,  Cəmiyyətə  baş  əymə,  Boyunduruqdan  çıx,  Zora 

əyilmə! 


GÜCSÜZLÜK 

Ehkamda Həqiqət gücü yoxdur! 

Cəmiyyətdə Ədalət gücü yoxdur! 

Boyunduruqda Vəhdət gücü yoxdur! 

Zorda Ruhaniyyat gücü yoxdur! 

 

BİLDİYİMİZ 

Həyatın Mənası – Amal.  

Bugünün Mənası – Sabah. 

 

EVLAD  MÜSTƏQİLLİYİ 

Atadan başqa heç kimdən asılı deyiləm. 

Amaldan başqa heç nədən asılı deyiləm. 

Sabahdan başqa bugünüm yoxdur! 

 

ÖZÜNƏİNAM   MÜDRİKLİYİ 



Özünə tam inananda özünü tam dərk etmiş olursan. 

Tutalım ki, Zəifsən – Ruhun ki Zəif deyil, o ki səndən artıqdır. 

Ruhuna çat! 

Tutalım ki, Naqissən – Ruhun ki Naqis deyil, o ki səndən artıqdır. 

Ruhuna çat! 

Tutalım ki, Naşısan – Ruhun ki Naşı deyil, o ki səndən artıqdır! 

Ruhuna çat! 

 

RUHANİ   CAR 

İnamla İnamsızlığı məğlub etmək! 

İdrakla İdraksızlığı məğlub etmək! 

Mənəviyyatla Mənəviyyatsızlığı məğlub etmək! 

İradəylə İradəsizliyi məğlub etmək! 

 

MÜQƏDDƏS   ƏMƏL  ÜSLUBU 

Şər İdrakına Sığmayan! 

Şər İradəsinə Sığmayan! 

 


 

114


BİLİK  BİRLİYİ 

“Hər şeyi bilən” heç şeyi bilmir. 

Həqiqət Birdir. Biri Bilməli! 

 

EVLAD  FƏALİYYƏTİ 

                              Müqəddəs Kitabları öyrənmək,  

                              Özünüdəyişmək,  

                              Ata Ailələri yaratamaq! 

 

GÖRDÜYÜMÜZ 

Xalq Həyatının Üzündə Bugün üzür. 

Xalq Həyatının Daxilində Sabah bitir. 

 

İDRAK QANUNU 



Üzdəkində qalma! 

Daxildəkini Üzə çıxart! 

9 Ümid günü, Ata Ayı, 8-ci il. Bakı. 

 

ÖZÜNÜTƏRBİYƏ  ƏHVALI 

İnam tərbiyəsi: Mütləq olmayana inanma! 

İdrak tərbiyəsi: Həqiqi olmayanı var olan sayma! 

Mənəviyyat tərbiyəsi: Kamil olmayanı Mənəvi sayma! 

İradə tərbiyəsi: İmkansızlığa inanma! 

10 Dözüm günü, Ata Ayı, 8-ci il. Bakı.  

 

TƏRBİYƏSİZLİK   MƏRHƏLƏLƏRİ 

Pioner tərbiyəsizliyi.  

Komsomol Tərbiyəsizliyi.  

Partiya Tərbiyəsizliyi. 

  

TƏZƏ  KÖHNƏLİK 

Məlum oldu ki, yeni sosialist iqtisadiyyatı Böhran qədər köhnəymiş! 

Yeni sosialist ictimaiyyəti Ədalətsizlik qədər köhnəymiş! 

Yeni sosialist Mənəviyyatı Əxlaqsızlıq qədər köhnəymiş! 

Yeni sosialist İdrakı Yalan qədər köhnəymiş! 

 

ADAM  GÜNAHI 

Adam günahkardır! 



Cəmiyyət Adama doy gələ bildi! 

Adam Cəmiyyətə doy gələ bilmədi! 

Adam İnsan ola bilmədi! 

 

115


“SƏRBƏSTLİK”  YÖNÜ 

Rəisi döy ki, Cəmiyyəti döyməyəsən! 

Yalançını Döy ki, Ehkamı döyməyəsən! 

Zorbanı Döy ki, Zoru döyməyəsən! 

Şərçini Döy ki, Şəri döyməyəsən! 

 

SAHİBLİK 

Üzdə nə varsa – Sizin! 

Daxildə nə varsa – Bizim! 

Bina Sizin – Ailə Bizim! 

Məktəb Sizin – İdrak Bizim! 

Mətbuat Sizin – Həqiqət Bizim! 

Var Sizin – Amal Bizim! 

Zaman Sizin – İnsan Bizim! 

Ürəklərin qapısını üzümüzə kim bağlayacaq?! 

Zəkaların qapısını üzümüzə kim bağlayacaq?! 

Arzuların qapısını üzümüzə kim bağlayacaq?! 

 

FƏRASƏT 

“Adamda təqsir yoxdur, təqsir cəmiyyətdədir” – deyirdilər,  Kapitalizmi 

məhv etmək üçün. 

“Cəmiyyətdə  təqsir  yoxdur,  təqsir  adamdadır!”  –  deyirlər,    Sosializmi 

xilas etmək üçün. 

 

QÜVVƏTLƏNƏN İNSAN  AMİLİ 

Yaxşı Dolansın ki, Yaxşı Davransın! 

Yaxşı Dişləsin ki, Yaxşı İşləsin! 

Yaxşı Təmin olunsun  ki, Yaxşı İstifadə olunsun! 

 

MİLLİ  SİYASƏTİN  “DİALEKTİKASI” 

Müstəqil olmağa haqqın var, ancaq Müstəqil olmağın nahaqdır. 

 

VƏTƏNDAŞLIQ  BORCU 

Möhtəşəm Dövlət naminə Zavallı qal! 

 

MƏQSƏD 

Məqsəd Ehkamı xilas eləməkdir.  

              Ehkam – Şərdir. 

Məqsəd Cəmiyyəti xilas eləməkdir.  

              Cəmiyyət –  Şərdir. 

Məqsəd “Xeyirləşmə” vasitəsiylə Şərləşmədir. 


 

116


SƏBƏB – NƏTİCƏ 

Yalana – “Doğru” dedilər! 

Oğurluğu doğrultdular! 

Əyriliyi “Düzəltdilər!” 

Oğru Cəmiyyət yarandı. 

Əyri Cəmiyyət yarandı. 

İndi Oğru cəmiyyəti Oğru şəxslərdən “təmizləyirlər”. 

İndi Əyri cəmiyyəti əyri şəxslərdən “təmizləyirlər”. 



Xalqı cəmiyyətdən təmizləmək əvəzinə. 

 

MADDİYYATÇI   ƏXLAQI 

Mənəviyyatdan danışırlar, çünki maddiyyat geriləyib! 

İdrakdan danışırlar, çünki maddiyyat geriləyib! 

Ədalətdən danışırlar, çünki maddiyyat geriləyib! 

Həqiqətdən danışırlar, çünki maddiyyat geriləyib! 

    Ruhaniyyatdan danışırlar – maddiyyat naminə! 

 

FƏND 

Həqiqəti cəmiyyətləşdirirlər – Yalanlaşdırırlar. 

Ədaləti cəmiyyətləşdirirlər – Ədalətsizləşdirirlər. 

Xeyiri cəmiyyətləşdirirlər – Şərləşdirirlər. 

 

“MÖHTƏŞƏM  ƏMƏLİYYAT” 

Şərə Xidmət eləyən Xeyir yaratmaq. 

 

HÜDUD  ŞƏRİ 

Həm Doğruçu ol, həm də Yalandan kənara çıxma! 

Həm Cəsarətli ol, həm də Qorxudan kənara çıxma! 

Həm Ədalətli ol, həm də Zülmdən kənara çıxma! 

Həm Xeyirçi ol, həm də Şərdən kənara çıxma! 

 

SÜRƏTLİ  CƏHD 

         İsgəndərlərdən Şeyx Nəsrullahçı hazırlamaq. 

 

DÖVRAN BÖYÜKLƏRİ 

                         Alqışla gəlib Qarğışla gedənlər. 

 

POZULAN  TARİX 

         Bugünkü Tarix kitablarında Tarix yazılmır – pozulur! 

 

 



 

117


YAZILAN  TARİX 

Tarix Amalla Yazılır, Əməllə Yazılır! 

 

DÖVLƏT  ADAMI 

Dövlət Elmi Yoxdur, ancaq Dövlət Alimi var. 

Dövlət Sənəti Yoxdur, ancaq Dövlət Sənətkarı var. 

Dövlət İnsanı Yoxdur, Dövlət Adamı var. 

 

RƏSMİYYƏT  XÜSUSİYYƏTİ 

Rəsmi Ləyaqət – Xüsusi Ləyaqətsizlik. 

Rəsmi Qeyrət – Xüsusi Qeyrətsizlik. 

Rəsmi Cəsarət – Xüsusi Qorxaqlıq. 

Rəsmi Hörmət – Xüsusi Hörmətsizlik. 

Rəsmi Şərəf – Xüsusi Şərəfsizlik. 



11 Mərhəm günü, Ata Ayı, 8-ci il. Bakı.  

 

ÜSTÜNLÜYÜMÜZ 

Amalımız Xalqa, Şərqə, Bəşərə Doğmadır! 

Ehkamlar, Xalqa, Şərqə, Bəşərə Yaddır! 

 

SEVİNCLƏR 

    1.Məxluq sevinci (Bioloji sevinc): 

Məişət sevinci.  

Şəhvət sevinci. 

    2.Adam Sevinci (İctimai sevinc): 

Rütbə sevinci.  

Vəzifə sevinci.  

Şöhrət sevinci.  

Varidat sevinci. 

    3.İnsan Sevinci (Ruhani sevinc): 

İnam sevinci.  

İdrak sevinci.  

Mənəviyyat sevinci.  

İradə sevinci. 

 

RUHANİ  SOY 

Asifçilik. 

Asifçilər. 



12 Qismət günü, Ata Ayı, 8-ci il. 

 

 

 

118


XİDMƏT  LƏYAQƏTİ 

Məqsəd – İnsana xidmət etməkdir. 

İnsana zidd cəmiyyətə xidmət etmək – cinayətdir. 

 

MÜQƏDDƏS BİRLİK 



Ruhani İctimai İntibah: 

Həm İnam, həm Fəlsəfi Təlim, həm Amal, həm Əməl! 

Vahid Məqsəd! 

13 Murad günü, Ata Ayı, 8-ci il. Bakı.  

 

PİLLƏLƏR 

Klub – çağırılmaq, çağırmaq. 

Ocaq – isinmək, isitmək. 

Amal – səpilmək, səpmək. 

 

ÖLÇÜ 

Təhlükə – İqtidar! 

Təhlükəsizlik – İqtidarsızlıq! 

 21 İnam Günü, Ata Ayı, 8-ci il. Bakı.  

 

ÇEVRİLMƏLƏR 

I.İctimai Çevriliş (İnqilab) 

 

Zəruriyyət 

İnsan  İnsan  olmayanda  qeyri-insani  Cəmiyyət  yaranır  və  adamlar 

həmin Cəmiyyəti devirməli olurlar.  

İnsan İnsan olmayanda qeyri-insani Quruluş yaranır və adamlar həmin 

Quruluşu devirməli olurlar.  

İnsan  İnsan  olmayanda  İnsana  zidd  Qanunlar  yaranır  və  adamlar 

həmin Qanunları devirməli olurlar.  

İnsan  İnsan  olmayanda  İnsana  zidd  Ehkamlar  yaranır  və  adamlar 

həmin Ehkamları devirməli olurlar.  

İnqilabi Zəruriyyət əslində İnsanilik Zəruriyyətidir. 

 

Məqsəd 

İnqilab – Azadlıq Carı çəkir. 

  Ədalət carı çəkir. 

  Qardaşlıq carı çəkir. 

  Bərabərlik carı çəkir. 

Əslində o, İnsanilik carı çəkir. 

 


 

119


Birləşmə 

Azadlıq çağırışında kölələr birləşir. 

Ədalət çağırışında məzlumlar birləşir. 

Qardaşlıq çağırışında yalqızlar birləşir. 

Bərabərlik çağırışında məhrumlar birləşir. 

Əslində İnsanilik çağırışında adamlar birləşir. 

 

Yağılıq 

Misilsiz Yağılıq yaranır. 

Yağılıq taxta çıxır. 

 

Nəticə 

Təzə Əsarət yaranır.  

Təzə Zülm yaranır.  

Təzə Yadlıq yaranır.  

Təzə Yırtıcılıq yaranır.  



Çünki İnsanilik yaranmır. 

 

2. Ruhani  Çevriliş  (İntibah) 



 

İstək 

Adam İnsan olmaq istəyir və qeyri-insaniliyindən imtina edir.  

Yırtıcılığından imtina edir.  

Xudbinliyindən imtina edir.  

Köləliyindən imtina edir.  

Hərisliyindən imtina edir.  

Həsədindən imtina edir.  

Şəhvətindən imtina edir.  



Adam İnsanlaşmaq istəyir. 

 

Vəhdət 

Adam İnsanlaşdıqca İnsanlaşdırır. 

Yırtıcılığına qalib gəldikcə – Yırtıcılığa qalib gəlir. 

Xudbinliyinə qalib gəldikcə – Xudbinliyə qalib gəlir. 

Köləliyinə qalib gəldikcə – Köləliyə qalib gəlir. 

Hərisliyinə qalib gəldikcə – Hərisliyə qalib gəlir. 

Həsədinə qalib gəldikcə – Həsədə qalib gəlir. 

Şəhvətinə qalib gəldikcə – Şəhvətə qalib gəlir. 

Adam İnsanlaşdıqca cəmiyyət İnsaniləşir. 

 

 



 

120


Sabahlaşmaq 

Bugün İnsaniliyə yaramır. 

Bu səbəbdən də İmtinaya layiqdir. 

İnsanlaşma – Sabahlaşma yaradır. 

6 Arzu günü, Xəzan Ayı. 

 

İQTİSADİ  AMİL 

Səfalətdən ayıran – Ləyaqətdən ayırmayan! 

Əsarətdən qurtaran – Əsarətə salmayan! 

Gərək olan – Sahib olmayan! 

Xidmət edən – Xəyanət etməyən İqtisadiyyat! 

 

İNSAN  AMALI 

İnsan Amil deyil – Amaldır. 

Cəmiyyət Amal deyil – Amildir. 

 

RUHANİ  MÜQAVİMƏT 



Şərə əyilməyən – Şəri əyir. 

Zora əyilməyən – Zoru əyir. 

Vara əyilməyən – Varı əyir. 

Şöhrətə əyilməyən – Şöhrəti əyir. 

Şəhvətə əyilməyən – Şəhvəti əyir. 

 

RUHANİ QİYMƏT 

Zoru zorsuz saymaq! 

Varı varsız saymaq! 

Şöhrəti şöhrətsiz saymaq! 

Şəhvəti şəhdsiz saymaq! 



6 Arzu günü, Xəzan Ayı.8-ci il. Bakı.  

 

YENİ ERA 

Bəşər Fərdiçilik yağışından ümumiçilik yağmuruna düşdü. 

 

FƏALİYYƏT 

“Çoxmillətli xalq” həşirində Birmillətli xalq bişirirlər. 



 

YAD BİRLİK 

1. 


Torpaq Torpağı becərənin olmalıdır, Dövlətin olmamalıdır. 

Fabrik fabrikdə işləyənlərin olmalıdır, Dövlətin olmamalıdır. 

2. 


 

121


Əslində birgə, ictimai, ümumxalq torpağı olmur, Dövlət torpağı olur. 

Əslində birgə, ictimai, ümumxalq fabriki olmur, Dövlət fabriki olur. 

3. 

Dövlət  mülkiyyətində:  kəndli  torpağından  məhrum  olur,  fəhlələr 



fabriklərindən məhrum olurlar. 

4. 


Vahid mülkiyyət əməkçi mülkiyyətsizliyi yaradır. 

İctimai ədalətsizlik bərqərar olur. 

5. 

Mülkiyyət birliyi əsasında ictimai birlik yaranmaz! 



İctimai birlik əməkçi mülkiyyəti əsasında yarana bilər. 

6. 


Ictimailəşən torpaq yadlaşan torpağa çevrilir. 

İctimailəşən fabrik yadlaşan fabrikə çevrilir. 



Yadlıq Yağılıq yaradır! 

 

TƏZAD 

“Vahid Mülkiyyət – Vahid cəmiyyət” deyirdilər. 

Vahid Mülkiyyət – Yad cəmiyyət yarandı. 

7 Ümid günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

VƏHDƏTLƏR 



Azad  cəmiyyət üçün Güclü  Dövlət gərəkdir – ancaq azadlığa xidmət 

edən, əsarətə xidmət etməyən güclü Dövlət! 



Demokratiya  üçün  İntizam  gərəkdir  –  ancaq  demokratiyaya  xidmət 

edən, istibdada xidmət etməyən İntizam! 



Millilik  üçün  Ümumbəşərilik  gərəkdir  –  ancaq  milləti  yaşadan,  məhv 

etməyən Ümumbəşərilik! 



24 Qismət, Xəzan Ayı,  8-ci il. Bakı.  

 

İQTİSADİ  TƏMAS 

Özümləşmə, Müstəqilləşmə əsasında bərabər mübadilə. 

İqtisadi İttifaqlar boyunduruğundan uzaq! 



26 İnam günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

BEYNƏLXALQ  AMİL 

Sədamızın əks-sədası. 

27 Arzu günü, Xəzan Ayı, 8-ci il. Bakı. 

 

 

 


 

122


RUHANİ  YOLÇULUQ 

Ehtiyatı  özümüzə  bayraq  eləmirik,  yaraq  eləmirik,  həm  də  yasaq 

eləmirik, ehtiyatda saxlayırıq. 

Özümüzlə Yola müdrikliyi aparırıq, yetkinliyi aparırıq. 

 

ANTİRƏSMİLİK 

Rəsmi Həqiqət olmur, rəsmi cəhalət olur. 

Rəsmi Ədalət olmur, rəsmi əsarət olur. 

Rəsmi Ləyaqət olmur, rəsmi qəbahət olur. 

Həqiqətimiz rəsmiyyətə qarşıdır. 

Ədalətimiz rəsmiyyətə qarşıdır. 

Ləyaqətimiz rəsmiyyətə qarşıdır. 

Rəsmiyyət həyatı öldürür,  

Ruhaniyyat həyatı Ali Həyata yüksəldir! 

Həyatı Rəsmiyyət Fəlakətindən xilas etməliyik! 

2 Arzu günü, Köçəri Ayı, 8-ci il. Bakı. 

 

ÖZÜNLƏ  DOĞMALAŞMAQ 

1. 

Özünlə  Doğmalaşmaq  üçün  Özündəki  Yadlıqla  –  Naqisliklə 



Yağılaşmalısan, döyüşməlisən, onun üzərində tam qələbə çalmalısan! 

Kamillik səviyyəsində yaranan doğmalıq! 

Qeyri-kamillər özlərinə yaddırlar! 

2. 


Özünü tanımaq üçün Özündəki Yaddan ayrılmalısan! 

Özünlə Doğmalaşmadan özünü tanıya bilməzsən! 



Doğma Naqislik olmur! 

Yad Kamillik olmur! 

12 Mərhəm, Köçəri Ayı, 8-ci il. 

 

ÇAĞIRIŞ 

Yatanlar, Ayılın! 

Yıxılanlar, Qalxın! 

Əyilənlər, Düzəlin! 

Ölənlər,  Dirilin – Amal Məqamıdır! 

 

Yatanları Ayıldın! 



Yıxılanları Qaldırın! 

Əyilənləri Düzəldin! 

Ölənləri Dirildin! – Amal Məqamıdır! 

 


 

123


Ayılsın Dünya! 

Qalxsın Dünya! 

Düzəlsin Dünya! 

Dirilsin Dünya! – Amal Məqamıdır! 

 

SÖZ – ƏMƏL 

Söz – İşıq.  

Söz – Su.  

Söz – Od. 

İşıqlanmaq,  

İşıqlandırmaq,  

Təmizlənmək,  

Təmizləmək, 

İsinmək,  

İsitmək. 

 

ŞƏR  FƏSADI 

Çoxmillətli  müttəfiq  respublikalar  quraşdırılır  ki,  “İşıqlı”  gələcəkdə 

birmillətli, vahid ölkə yaransın. Çoxmillətlilik quyusu qazırlar xalqlar üçün. 

Atayurd  –  Bir  Dilli,  Bir  mədəniyyətli,  Bir  millətli  ölkə  olmalıdır  – 

çoxmillətlilik fəsadına uymayan, bütöv, müstəqil. 

27 Qismət günü, Köçəri Ayı. 8-ci il. Bakı. 

 

TALEYİMİZ 

Taleyimizi Hamının Ümumi Taleyini yazan Şərin əlindən alıb, Özümüz 

yazdıq. 


2 Arzu günü, Günəş Ayı, 9-cu il. 

 

ÖZÜYLƏDÖYÜŞ  HAQQI 



Qorxuya qarşı: Zindanla cəmiyyət arasında fərq yoxdur.  

Amala Ölüm yoxdur! 



Əsarətə qarşı: Beynim var ki, düşünəm!  

  Qəlbim var ki, duyam!  

  Gözüm var ki, görəm!  

  Qulağım var ki, eşidəm! 



    Şöhrətə qarşı: Cəmiyyət Təsdiqi İnkardır. 

Şəhvətə qarşı: Nəşəyə əyilən – heyvana baş əyir. 

Həsədə qarşı: Dünyada yaxşı nə varsa – mənimdir,  

                                        pis nə varsa – Yağının. 



Ətalətə qarşı: Var olmaq üçün sağ olmaq azdır... 

Yalana qarşı: Murdarlanan dodaq, qulaq. 

 

124


ÖZÜMLƏŞMƏ  YADDAŞI 

Nə qədər özünü bilsən də, Daxilində bilməzlik var. Onu bil. 

Nə qədər özünə yaxın olsan da, daxilində yadlıq var. Ona yad ol. 

Nə qədər özünə dost olsan da, daxilində yağılıq var. Ona yağı ol... 



17 Ümid günü, Günəş Ayı, 9-cu il. Bakı.  

 

MÜTLƏQLƏ   İŞIQLANMAQ 

(Ruhani Qanun) 

 

I. İnsan 

Qorxaqlıqdan  Azad  olanda  Daxilindəki  Mütləqə  çatırsan,  Qorxmazlıq 

İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Yalandan Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Doğruluq İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Xudbinlikdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Özümlük İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Həsəddən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Qüdrət İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Şəhvətdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Ləyaqət İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Şöhrətdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Əsillik İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Hərislikdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Vüqar İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Naşılıqdan Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Müdriklik İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Vəhşilikdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Məhəbbət İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Mərasim:  Zülmətdə  İşıq  yandırırsan.  İşıq  Zülməti  yandırıb  kül  eləyir. 

Zülmət – təbii işıqlarla: şamla, məşəllə, Ocaqla işıqlanır.  

İşıq Əməli, İşıq Fərəhi Rəmzləşir.  

Ömrün İşıq Günləri yaranır – əbədi bayramlaşan. 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin