3. Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı:
Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr;
Atmosferin tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (iqlimin kəskin dəyişməsi, oksigen azlığı, azon qatının pozulması və s.);
Hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (su mənbələrinin quruması, çirklənməsi və su ehtiyyatlarının kəskin surətdə azalması);
Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (bəzi heyvan və bitkti növlərinin kütləvi şəkildə məhv olması və s.).
4. Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı:
Sosial-siyasi xarakterli fövqəladə hadisələrin 2 növü var:
Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz növbəsində:
Peşə əlaməti;
Dini əlamət;
Mülkiyyət əlaməti;
Ərazi əlaməti;
Qohumluq əlaməti;
Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur.
Siyasi xarakterli fövqəladə hadisələr isə:
Millətlərarası münasibələr;
Narkotik maddə ticarəti;
Mütəşəkkil cinayətkarlıq;
«Kölgə» iqtisadiyyatı;
Dövlət böhranı;
İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur.
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr: Lokal (məhdut);