«Тясдиг едирям»


Torpaq sürüşməsi və uçqunlar



Yüklə 180 Kb.
səhifə7/9
tarix31.10.2022
ölçüsü180 Kb.
#66893
1   2   3   4   5   6   7   8   9
M-2

Torpaq sürüşməsi və uçqunlar. Torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə yamacın sürüşməsi, Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub yamaclarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay ətraflarında) və Xızı rayonlarında daha tez-tez baş verir. Belə hallar həmçinin Şabran, Zaqatala, Qusar, Oğuz rayonlarında da müşahidə edilir. Talış dağları zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Qobustan ərazisinin dağlıq hissəsini, Qaradağ və şərqi Abşeronun təpəlik ərazilərini də əhatə edir. Bir çox hallarda geniş sürüşmələrə sel və zəlzələlər də səbəb olur.
Məsələn, 1986-cı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş vermişdir.
Daşqınlar və subasmalar. Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su qovşağı (Şəmkir, Mingəçevir, Araz, Sərsəng taxtakörpü su anbari) və 6 su hövzəsinin (Arpaçay, Akstafaçay, Vayxır, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) bəndləri, zəlzələ nəticəsində yaxud digər səbəblərdən yarılarsa, böyük ərazilərdə fəlakətli daşqın və ya subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, rabitə və elektrik xətləri müxtəlif dərəcədə dağılar və ya su altında qala bilər.
Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləcəyi fəlakətli subasma zonalarının ümumi sahəsi 20.000 kv.km təşkil edir ki, nəticə etibarı ilə, orada 1 milyondan çox əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə külli miqdarda ziyan dəyər.
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı, Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla cənub sərhədlərinədək (800 km), Xəzər dənizi sahilində yerləşir.
Son illər dəniz səviyyəsinin 1,5 m-dən çox qalxması nəticəsində, Xəzər ətrafı zonalarda, xüsusən Abşeron yarımadasında və Lənkəran-Astara bölgəsində bir çox müəssisələrin və yaşayış məntəqələrinin suyun altında qalmaq təhlükəsi yaranmışdır.

Yüklə 180 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin