“Üfüq” Gənclərin
İnkişafı Naminə
İctimai Birliyi
“Horizon” for youth
Development
Public Union
Ünvan: Bakı, Mətbuat prospekti, 501 məhəllə, ev 12 b, m.14, telefon: 012 439 11 33, mob:050 3463001, 0505161950
Press-reliz ( aprel 2011)
“Üfüq”Gənclərin İnkişafı Naminə İcitimai Birliyi regionlarda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihə həyata keçirir.
“Üfüq”Gənclərin İnkişafı Naminə İcitimai Birliyi İcitimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında sosial problem olan- zərərli vərdişlərin profilaktikasına dair maarifləndirmə işinin aparılması” adlı layihə icra edir.
Layihənin məqsədi regionlarda xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zəzərli vərdişlərlə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli qabaqlayıcı tədbirlərinin aparılması, informasiya çatışmazlığının aradan qaldırılması, Sağlam həyat tərzi və sağlam ailə prinsiplərinin təbliği zərərli vərdişlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılması xüsusi qayğıya ehtiyacı olan uşaqların maraqlarının müdafiəsidir.
Bakı şəhərində seçilmiş 2 məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün zərərli vərdişlər mövzusunda məktəbdən kənar təlimlər keçirilir. Hər iki məktəbdən cəmi 80 (hər məktəbdən 40 nəfər) nəfər xüsusi qayğıya ehtiyacı olan uşağa məktəbdən kənar təlimlər keçirləcək. Hər məktəbdə 4 dəfə olmaqla, cəmi 8 gün təlim keçiriləcəkdir. Təlimlər zamanı uşaqlara zərərli vərdişlər barədə, onların ziyanlı tərəfləri barəsində biliklər veriləcəkdir. Aşağıdakı mövzularda təlimlər keçiriləcək:
-
Sağlam həyat tərzi nədir?
-
Zərərli vərdişlər barəsində
-
Siqarətin zərərli təsirləri barədə
-
İçkiyə aludəçilik və mənfi nəticələr
-
Narkotiklərsiz dünya daha gözəldir.
-
QİÇS haqda tibbi faktlar.
-
QİÇS-dən necə qorunmalı.
-
Gənclərin mənəvi tərbiyyəsinə görə məsuliyyət barədə.
-
Zərərli vərdişlərlə mübarizədə yerli hakimiyyət orqanlarının, təhsil və səhiyyə təşkilatlarının, icmaların və gənclər təşkilatlarının rolu və birgə səyi haqqında.
-
Sağlam həyat tərzini seçək ki, gələcəyimizi qoruyaq.
Layihənin rəhbəri Nahid Quliyev bildirmişdir ki, Azərbaycanda narkomaniya problemi bir sıra dünya ölkələri ilə müqayisədə faciəvi həddə çatmasa da, son illər narkomanların artım dinamikası narahatlıq doğurmaya bilməz. Rəsmi statistikaya Azərbaycanda ötən il 18 mindən artıq narkotik istifadəçi qeydə alınmışdırsa, bu il bu göstərici 21 min 80 nəfər olmuşdur. Ancaq qeyri-rəsmi statistikaya görə narkomanların sayı 180- 200 min nəfər təşkil edir. Fovqəladə vəziyyət ondan ibarətdir ki, narkomaniya probleminin mərkəzində 15-30 yaşında gənclər və qadınlar dayanır. Artıq narkotiklərdən istifadənin gəncləşdiyi tendensiyası müşahidə olunmaqdadır. Əvvəlllər narkotikdən istifadə edənlər 25- 30 yaş həddində idisə, indi bu göstərici 15-18 yaşa qədər enib.Layihənin aşağıdakı nəticələri gözlənilir:
-
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zərərli vərdişlərlə bağlı lazımi biliklərin yaranması, onların maariflənməsi
-
Zərərli vərdişlərlə mübarizədə QHT-lərlə xüsusi məktəblərin imkanlarının artırılması, birləşdirilməsi
-
Sağlam həyat tərzi prinsiplərinin davamlı təbliği
-
Vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi
-
Lazımi informasiya bazasının yaradılması
-
Əldə olunmuş informasiyanın başqa uşaqlara verilməsi
“Üfüq” Gənclərin İnkişafı Naminə İB
Tel- 050 5161950
Dostları ilə paylaş: |